Yuri Fidler

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
YURİ FİDLER
Yuri Vladimiroviç Fidler
Doğum tarixi
Doğum yeri Saratov, Rusiya
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri
Fəaliyyəti şair, film ssenaristi[d]
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı "Əmək veteranı" medalı

Fidler Yuri Vladimiroviç (16 iyun 1898, Saratov14 may 1981, Bakı) — şair, tərcüməçi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü (ədəbi təxəllüsləri "Yeqor Yexidnı", "Optimist", "Yurfi", "D.İrinin").[mənbə göstərin]

Yuri Fidler 1898-ci il iyunun 16-da Saratov şəhərində məhkəmə məmuru ailəsində doğulmuşdur. Pyatiqorsk gimnaziyasında, sonra I Bakı gimnaziyasında orta təhsil almışdır (1907-1917). Əmək fəaliyyətinə 1917-ci ildən başlamışdır. Culfa-Bakı dəmiryolu idarəsində tabelçi-fəhlə (1917-1918), ərzaq idarəsində kontor işçisi (1918), Yessentukidə milis işçisi (1918-1919), Azərbaycan hərbi sanitariya idarəsində icraçı (1920), sonra katib (1921-1922), Rostov dövlət ticarəti kontorunda hesabdar (1922-1923), Keçmiş SSRİ Ticarət-Sənaye Bankının Azərbaycan kontorunda hesabdar, mühasib köməkçisi, müxbir, sığorta şöbəsinin müdiri (1923-1927), Bakı trestlərinin birində hesabdar (1927-1929), "Vışka" qəzeti redaksiyasında felyetonçu (1929-1932) işləmişdir. Sonra yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur.

1981-ci il mayın 14-də vəfat etmişdir.

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

Ədəbi fəaliyyətə 1920-ci ildən başlamış, felyeton və satirik şeirlərini "Krokodil", "Smexaç", "Begemot" jurnallarında dərc etdirmişdir. Hekayələr, pyeslər yazmış, Azərbaycan xalq və aşıq şeirlərini tərcümə etmiş, uşaq yazıçısı kimi fəaliyyət göstərmişdir.

  • Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 27.06.1978[1]
  • "Qafqazın müdafiəsinə görə" medalı
  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində fədakar əməyə görə" medalı
  • "Əmək veteranı" medalı
  • 1. Дочка героя. Баку: Детюниздат, 1939, 26 стр.
  • 2. Разговор на чистоту. Баку: Азернешр, 1947, 49 стр.
  • 3. Стихи и сказки. Баку: Детюниздат, 1950, 120 стр.
  • 4. Пещерные люди. Баку: Азернешр, 1952, 68 стр.
  • 5. Школьные знаменитости. Баку: Детюниздат, 1954, 24 стр.
  • 6. Сатирические стихи. Баку: Азернешр, 1956, 80 стр.
  • 7. Между нами говоря... Баку: Азернешр, 1958, 116 стр.
  • 8. Четверка за поведение. Баку: Детюниздат, 1960, 70 стр.
  • 9. Накип. Баку: Азернешр, 1962, 120 стр.
  • 10.Избранные сатирические стихи и фельетоны (1927-1967). Баку: Азернешр, 1970, 316 стр.
  • 11.За пол века. (стихи). Баку: Язычы, 1980, 143 стр.

Tərcümələri

[redaktə | vikimətni redaktə et]

(azərbaycancadan)

  • 1.Слово сердца. Баку: Азернешр, 1944, 56 стр.
  • 2.А. Шаик. Стихи и сказки. Баку: Детюниздат, 1950, 234 стр.
  • 3.Братья сатирики. Баку: Азернешр, 1966, 163 стр.