Zaman bəy Şeyxəlibəyov
Zaman bəy Şeyxəlibəyov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 noyabr 1838 |
Doğum yeri | |
Vəfat tarixi | 6 may 1904 (65 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, tərcüməçi, diplomat |
|
|
Təltifləri |
Zaman bəy Şeyxəli bəy oğlu Şeyxəlibəyov (7 noyabr 1838, Şəki – 6 may 1904, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu) — dövlət xadimi, diplomat, tərcüməçi, dövlət müşaviri. 1877–1900-cü illərdə Türküstan general-qubernatorluğu idarəsində tərcüməçi işləyib. Qazax dilində çıxan ilk qəzet olan "Türküstan yerli qəzeti"nin ədəbi redaksiyasında fəal iştirak etmişdir.[1]
1870-ci illərdə Zaman bəy Şıxəlibəyov Yeddişəhər xanlığında böyük gücə malik idi və Məhəmməd Yaqub bəy Bədaulet xana yaxın idi. Rus səyyahı Nikolay Prjevalski öz gündəliyində dəfələrlə Zaman bəyin adını çəkərək vurğulayırdı ki, Zaman bəy olmasaydı, onun səyahəti baş tutmaz və yəqin ki, sağ qala bilməzdi.
Həyatı
[redaktə | vikimətni redaktə et]1838-ci il oktyabrın 26-da (7 noyabr) Nuxa (indiki Şəki) şəhərində anadan olub.[2]. 1860-1867-ci illərdə Nuxa qəza məhkəməsinin katibi,[3][4][5][6][7][8] 1868-1872-ci illərdə Yelizavetpol dairə məhkəməsinin Nuxa magistratura şöbəsinin pristavı vəzifəsində çalışıb.[9][10][11][12]
Daha sonra bir çox qafqazlı ilə birlikdə Türkiyəyə mühacirət etdi. O, rus hakimiyyətinin repressiyasından qorxduğu üçün qardaşları ilə birlikdə İstanbulda qaldı.
1870-ci illərdə Kokand xanlığının şərqində yeni dövlət - Yeddişəhər yarandı və burada Yaqub bəy öz hakimiyyətini elan etdi. Yaqub bəy islahatlar aparmaq istədiyi üçün osmanlı sultanından bir neçə savadlı müsəlman göndərməsini xahiş etdi. Sultan bu xahişi yerinə yetirdi. Göndərilən şəxslər arasında Zaman bəy Şıxəlibəyov da var idi.
1876-cı ildə Türküstan general-qubernatoru Kaufman kapitan Kuropatkin vasitəsi ilə Yaqub bəylə dostluq müqaviləsi bağladı. Həmin il rus səyyahı və coğrafiyaşünası Prjevalski Külcədən İli çayına qədər baş tutacaq ikinci səyahətə çıxmışdı. Yeddişəhərin hüdudlarını tərk edən Prjevalski Zaman bəy haqqında öz gündəliyində minnətdar qeydlər edir.[13]
1877-ci ildə Yaqub bəyin ölümündən sonra Zaman bəy Daşkəndə gəldi və Kaufmanın xahişi ilə Kuropatkinə göstərdiyi xidmətlərə görə minnətdarlıq edən imperator II Aleksandr Zaman bəyin günahını bağışladı və işə götürülməsinə icazə verdi.
1877-1878-ci illərdə Zaman bəy Rusiyanın Əfqanıstana göndərdiyi və general-mayor Nikolay Stoletovun başçılıq etdiyi səfirlikdə iştirak etmişdir.[14]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Assanova, 2018. səh. 10
- ↑ Тагирзаде, 2016
- ↑ Кавказский календарь, 1860. səh. 21
- ↑ Кавказский календарь, 1861. səh. 347
- ↑ Кавказский календарь, 1863. səh. 319
- ↑ Кавказский календарь, 1864. səh. 24 (on-line 340)
- ↑ Кавказский календарь, 1865. səh. 27 (on-line 414)
- ↑ Кавказский календарь, 1866. səh. 29 (on-line 491)
- ↑ Кавказский календарь, 1868. səh. 36 (ol-line 514)
- ↑ Кавказский календарь, 1869. səh. 40 (on-line 536)
- ↑ Кавказский календарь, 1871. səh. 51 (on-line 523)
- ↑ Кавказский календарь, 1872. səh. 51 (on-line 523)
- ↑ Пржевальский Н.М., 1947. səh. 139
- ↑ Пржевальский Н.М., 1947. səh. 138
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Assanova B.S. http://rmebrk.kz/journals/4640/19077.pdf (#bare_url_missing_title) (PDF) // Хабаршы Вестник Bulletin («tарих және саяси-әлеуметтік ғылымдар» сериясы) (журнал) (qazax). № 2 (57). Алматы. 2018. 10. 2020-12-31 tarixində arxivləşdirilib (PDF).
- Тагирзаде А. Т. Офицер, посланный султаном Абдулазизом в Восточно-Туркестанско-Кашгарское ханство // Türkçe Tarih (журнал) (türk). № 2. — 2016. декабрь.
- Пржевальский Н.М. От Кульджи за Тянь-Шань и на Лоб-Нор (ОГИЗ Государственное издательство географической литературы). Москва. под ред. и со вступительной статьей Э.М. Мурзаева. 1947.
- Фёдоров Г.П. "Моя служба в Туркестанском крае (1870 – 1910 года)/Часть двадцать первая". https://mytashkent.uz/ (rus). mytashkent.uz. 2020-10-23 tarixində arxivləşdirilib.
- Абдирашидов Д. Аннотированная библиография туркестанских материалов в газете «Таржумāн» (1883 – 1917) (PDF) // CERS (журнал). № 5. 2011. ISBN 978-4-904039-29-08. 2020-12-31 tarixində arxivləşdirilib (PDF).
- "Высочайшие приказы, текстовая версия, 1900, ноябрь". https://www.ria1914.info/ (rus). Офицеры русской императорской армии. 1900. 2019-12-30 tarixində arxivləşdirilib.
- Россия и Палестина: научные и культурные связы (PDF). Сант-Петербург. 2018. ISBN 978-5-336-00236-2.
- "Служащие (чиновники) Семиреченской области". https://genealogiya.kz/ (rus). Генеалогическое общество Алматы. 2020-10-20 tarixində arxivləşdirilib.