Tacikistan coğrafiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Sahəsi və sərhədləri

Ərazisi 143 min km², əhalisi 7,1 mln. (2007) nəfərdir. Tacikistan Dənizə çıxışı olmayan dövlətlərdən biridir və ərazisi Pamir dağlarının ətəklərində yerləşir. Qərb və şimal-qərb tərəfdən Özbəkistanla, şimal tərəfdən Qırğızıstanla, şərq tərəfdən Çinlə və cənub tərəfdə isə Əfqanıstanla həmsərhəddir. Paytaxtı Düşənbə şəhəridir. MDB-nin iqtisadi cəhətdən ən zəif inkişaf etmiş ölkəsidir.

Tacikistanın relyefi

Tasikistanda dağ silsiləsi

Tacikistanın ərazisi əsasən dağlıqdır. Şimalda Fərqanə vadisi, şimal-qərbdə və ölkənin mərkəzində Türküstan, Zərəfşan, Hissar, Alay sıra dağları. Cənub-Şərqdə İsmayıl Səməni piki olan Pamir dağları yerləşir.[1]

Təbii ehtiyatları

Pamir dağları ərazisinin böyük hissəsini tutur. Dağarası və dağətəyi düzənliklərinin (Fərqanə vadisinin bir hissəsi) təsərrüfat əhəmiyyəti böyükdür. Çox böyük hidroenerji və su ehtiyatlarına malikdir. Əsas faydalı qazıntılar polimetal filizləri, sürmə, qızıl, gümüş, volfram, molibden, civə, xörək duzları, çöl şpatı. Az miqdarda neft və qaz ehtiyatları vardır.

Sovet dönəmində külli miqdarda uranium istehsal edilirdi. Amma müstəqillik dönəmində iqtisadi çətinliklərə görə uranium istehsalı dayandırıldı. Qazaxıstanın ekstensiv alüminium sənayesi tamamilə gətirilmə filizlə işləyir.

İqlimi və hidroqrafiyası

Tacikistanın iqlimi kontinentaldır. Yanvar ayında havanın orta temperaturu müsbət 2 dərəcə C-dən mənfi 2 dərəcə C-dək, Pamirdə mənfi 20 dərəcə C və daha aşağı olur (mütləq minimum temperatur mənfi 63 dərəcə C). İyulda temperatur 30 dərəcə C (maksimum 48 dərəcə C), Pamirdə 0 dərəcə C olur.

Tacikistanın əsas çayları Amudərya, Sırdərya və Zərəfşandır. Ölkə hidroenerji ehtiyatlarına görə keçmiş SSRİ-də Rusiya Federasiyasından sonra ikinci yeri tuturdu.

Su və enerji problemi, daha dəqiq desək, sərhədyanı su hövzəsindən enerji və kənd təsərrüfatı məqsədləri üçün istifadə zamanı meydana gələn ziddiyyətlər Mərkəzi Asiya bölgəsində regional əməkdaşlığın əsas münaqişə istiqamətlərindən birini təşkil edir.[2] Bu ziddiyyətin episentrində Mərkəzi Asiyada su istehlakında əsas paya malik olan Özbəkistanın Tacikistan və Qırğızıstan ilə münasibətləri dayanır. Belə ki, qeyd edilən ölkələr enerji üzrə istehsal gücünü artırmağa və onun regionun hüdudlarından kənara ixracı üçün münbit şəraitin yaradılmasına çalışırlar. 1990-cı ilin ortalarından başlayaraq Tacikistan və Qırğızıstan kimi "dağlıq" ölkələr[3] və onların "düzənlik" qonşusu olan Özbəkistan, Türkmənistan və Qazaxıstan arasında maraq münaqişəsi davamlı formada artmağa başlamışdır. Bu münaqişəni nə özbək karbohidrogen ehtiyatlarının güzəşt əsasında tədarükü, nə DSTKK-nın (Dövlətlərarası su təsərrüfatının koordinasiyası komissiyası) vasitəsilə illik su istehlakı balansının optimallaşdırılması, nə də ötən onilliyin ortalarında regional su və enerji konsorsiumunun yaradılmasına edilən cəhdlər hesabına hələ ki, həll etmək mümkün olmamışdır. Başqa sözlə, Mərkəzi Asiyada sərhədyanı su ehtiyatlarından enerji və aqrar məqsədlərlə istifadə zamanı yaranan ziddiyyətlərin kompleks tənzimlənməsinin Avrasiya İqtisadi Birliyinin xətti ilə ikitərəfli əsasda qəbul edilmiş və regiondan kənar strukturların cəlb edilməsi hesabına 2002-ci ildən onun genişləndirilməsi kontekstində bütün formatlar qapanmışdır.

Lakin ötən beş-altı ildə Özbəkistan və onun "dağlıq" qonşuları (xüsusilə Tacikistan) tərəfindən "su problemi" qabardılaraq silahlı qarşıdurma həddinə çatdırılsa da, real hərbi münaqişədən qaçmaq mümkün olmuşdur.[4] İndiki mərhələdə isə münaqişəli vəziyyət müxtəlif regional və regiondan kənar qüvvələrin qarşılıqlı əməkdaşlığı xüsusiyyətini almışdır. Bu qüvvələr əksər hallarda gərginliyin kortəbii idarə olunmasından qaçmağa çalışırlar.

Bütövlükdə müasir mərhələdə Mərkəzi Asiya dövlətləri arasında su və enerji münasibətlərində potensial münaqişələrin konservasiyası baş verdi. Belə vəziyyətlər üçün isə adətən "dağlıq" və "düzənlik" ölkələr arasında xarakterik olan ənənəvi qarşıdurmanın "çiçəklənməsi" halı xarakterik olur. Xarici investisiyaların cəlb edilməsi məqsədilə Tacikistan artıq iki ildən çoxdur ki, Dünya Bankının xətti ilə Roqun layihəsinin ekspertizasının nəticələrini gözləyir. Özbəkistan isə xarici ekspertləri cəlb etməklə sudan aqrar məqsədlərlə istifadə edilməsinin modernizasiyası və öz qonşularının yürütdüyü siyasətin ekoloji nəticələrinin kütləvi tənqidi taktikasını seçmişdir. Ona görə də, özbək-tacik və özbək-qırğız münasibətlərində yüksək səviyyədə təzadların mövcud olaraq qalmasına baxmayaraq, bu münasibətlərin inkişafı beynəlxalq vasitələrin iştirakına mütəmadi razılığın verilməsi yolu ilə öz məcrasına yönəlməyə başladı.

Cəlb edilmiş beynəlxalq iştirakçıların əhatə dairəsinin genişləndirilməsi fonunda Mərkəzi Asiyada su və enerji münasibətlərində yeni formatın axtarışı baş verir. Bu tendensiya yalnız Tacikistan və Özbəkistanın ATƏT, Aİ və BMT-də özlərinin rəqabətli mövqelərinin qorunub saxlanması ilə deyil, həm də ABŞ və ÇXR-in aktivliyinin artmasını şərtləndirmişdir. Amerika tərəfi üçün isə bir neçə məsələ xarakterikdir:

  • I) Su münaqişəsinin tezliklə zəruri olaraq güc fazasına daxil olmasına dair ictimai həyəcanın verilməsi;
  • II) Taciklərin Roqun SES-nin tikintisi və Əfqanıstan istiqamətində ixracı planına siyasi dəstək;
  • III) Tacikistanın su və enerji məsələlərinin Mərkəzi Asiya regionunun parçalanması strategiyası ("Böyük Mərkəzi Asiya" planı) kontekstinə daxil edilməsi.[5]

Torpaq, bitki örtüyü

Ədəbiyyat

  • Красная книга Таджикской ССР. Душанбе, 1988.
  • Кутеминский В.Я., Леонтьева P.C. Почвы Таджикистана. Вып. I, Душанбе, "Ирфон", 1966.
  • Мухаббатов X. Ресурсный потенциал гор. Душанбе, "Ирфон", 1990.
  • Нарзикулов И.К. Проблемы развития производительных сил Таджикистана и формирования южно-таджикского комплекса. Душанбе, 1975.

İstinadlar

  1. Баратов Р.Б. Горы открывают свои тайны. Душанбе, "Ирфон", 1981.
  2. Ахророва А. Интенсификация энергетики Таджикистана. Душанбе, "Ирфон", 1988.
  3. Баденков Ю.П. Устойчивое развитие горных территорий. Известия РАН. Серия географическая, № 6, 1998.
  4. Голубчиков Ю.Н. География горных и полярных стран. М., изд. МГУ, 1996.
  5. Джураев К.Ш. Экономическое значение водных ресурсов Таджикистана. Душанбе, "Ирфон", 1974.

Xarici keçidlər