Tacikistanın dövlət quruluşu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tacikistan
Ҷумҳурии Тоҷикистон
Bayraq Gerb
Bayraq Gerb
Tarixi
 • Elan olunub 9 sentyabr 1991
Paytaxt Düşənbə
İdarəetmə forması Respublika
Prezident Emoməli Rəhmon[6.XI.1994 ~]
Baş nazir Qohir Rasulzoda[ 23.XI.2013 ]
Sahəsi Dünyada 92-ci
 • Ümumi 143100 km²
 • Su sahəsi (%) 0.3
Əhalisi
 • Əhali 8 120 min [1] nəfər (96-cı)
 • Siyahıyaalma (2010) 7 564 502 nəf.
 • Sıxlıq 56 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 22,3 milyard dollar  (140-cı)
 • Adambaşına 2 700 dollar  (193-cü)
İİİ (2013) 0.622

Tacikistanın dövlət quruluşu - 1994-cü ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.

Dövlət quruluşu

[redaktə | vikimətni redaktə et]

Tacikistan dualist idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1991) 9 sentyabrda qeyd olunur. Tacikistan Konstitusiyası 1994-ci il 6 noyabrdan (19992003-cü illərdə edilmiş dəyişikliklərlə) qüvvədədir.

İnzibati bölgüsü

[redaktə | vikimətni redaktə et]

Tacikistan Respublikası inzibati cəhətdən 1 muxtar vilayət (Dağlıq Bədəxşan), 2 vilayət (Sogd və Xatlon), 13-ü respublika tabeli olmaqla 62 rayon, 17 şəhər (Bostan, Boxtar, Gülüstan, Hisar, Xoruğ, Xücənd, İsfərə, İstərövşən, İstiqlal, Kanibadam, Kulab, Levakənd, Narək, Pəncəkənd, Roğun, Tursunzadə, Vəhdət) və paytaxt Düşənbə şəhərindən ibarətdir [2].

Dövlət başçısı

[redaktə | vikimətni redaktə et]

Konstitusiyaya edilmiş 2006-ci il dəyişikliyinə əsasən Prezident ümumxalq səsverməsi yolu ilə 7 il müddətinə seçilir. Baş nazirHökumət üzvləri, habelə dövlətdə təmsil olunan yüksək vəzifəli şəxslərin böyük əksəriyyəti Prezident tərəfindən təyin edilir. Dövlətin idarə edilməsində geniş səlahiyyətlərə malik olan dövlət başçısı, eyni zamanda silahlı qüvvələrin ali baş komandanıdır.

Qanunverici hakimiyyət

[redaktə | vikimətni redaktə et]

3 yerlik Milli Məclisdən (Yuxarı Palata) və 63 yerlik Nümayəndələr Palatasından (Aşağı Palata) ibarət ikipalatalı Ali Məclisdir.

Qanunvericilik təşəbbüsü hüququ Milli Məclisin üzvlərinə, Tacikistan Prezidentinə, Tacikistan Hökumətinə, öz yurisdiksiyaları çərçivəsində Konstitusiyaya, Ali və Ali İqtisad Məhkəmələrinə aiddir.

Aşağı Palata qanunları müzakirə və qəbul etdikdən sonra təsdiq edilməsi üçün Milli Məclisə və daha sonra Prezidentə göndərir. Yuxarı Palata qanunvericilik aktlarını səs çoxluğu ilə qəbul edir, əks təqdirdə, yəni qanun geri qayıtdıqda Aşağı Palata üzvlərinin 2/3 səs çoxluğu ilə bu sənədi yenidən qəbul edir.

İcraedici hakimiyyət

[redaktə | vikimətni redaktə et]

Prezident tərəfindən təyin və Parlament (Ali Məclis) tərəfindən təsdiq edilən Nazirlər Kabinetidir. Bir qayda olaraq, mərasim funksiyalarını yerinə yetirən Baş nazirdən, onun iki müavinindən, 19 nazirdən, 9 komitə sədrindən və daha bir neçə Hökumət üzvlərindən ibarət olan Nazirlər Kabinetinin səlahiyyətləri, mövcud Konstitusiyaya uyğun olaraq dövlət başçısının qərarlarının icra edilməsi və nazirliklərin fəaliyyətlinin əlaqələndirilməsi ilə məhdudlaşır.

Məhkəmə hakimiyyəti

[redaktə | vikimətni redaktə et]

Üzvləri Prezident tərəfindən təyin və Ali Şura tərəfindən təsdiq olunan Ali Məhkəmə, habelə digər ixtisaslaşmış və aşağı instansiya məhkəmələri ölkədə məhkəmə hakimiyyətini həyata keçirir.

  1. Агентии омори назди Президенти Ҷумҳурии Тоҷикистон корҳои бозҳисокунии аҳолиро оид ба муайян намудани санаи таваллуди 8 миллионаи аҳолии Ҷумҳурии Тоҷикистон, ба анҷом расонид"
  2. Ведомости Маджлиси Оли Республики Таджикистан 1995 год, 21, ст. 239; 2000 год, 11, ст. 513; 2003 год, 4, ст.153