İstifadəçi müzakirəsi:Cekli829/2014-İyun
2009 | Fevral | — | — | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2010 | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | |
2011 | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | |
2012 | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | |
2013 | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | |
2014 | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | |
2015 | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | |
2016 | Yanvar | Fevral | Mart | Aprel | May | — | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | |
2017 | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | |
2018 | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr |
Həftənin seçilmiş məqaləsi - Qərəzli yanaşma?
[mənbəni redaktə et]Salam. Bu həftə, Həftənin seçilmiş məqaləsi olaraq Ana səhifəyə yerləşdirilmiş Bəxtiyar filminin "poster" əvəzinə qoyulmuş şəkli müəllif hüququ ilə qorunur. Maraqlıdır, Sərbəst eniş filmi Ana səhifəyə çıxarılarkən siz məhz "müəllif hüququ ilə qorunan şəkil" bəhanəsi ilə [1] məqaləni Ana səhifədən çıxarmışdınız. İndi isə eyni reaksiyanı vermirsiz? Bunu necə başa düşək? Sərbəst eniş məqaləsi üzərində işləyən bizlərə qarşı qərəzli yanaşma kimi? Hörmətlə --sefer azeri 08:41, 2 iyun 2014 (UTC)
- Tamamilə cənab Sefer azerinin dedikləri ilə razıyam. Cənab Cekli siz özünüz mənə şəxsən yazmışdız ki, əqər Sərbəst eniş məqaləsində Commonsda müəllif hüquqları ilə qorunan şəkil olarsa, siz məqalənin Ana səhifədə əks olunmasına qarşı olmayacaqsınız. Bu problemlərin hər birinin həll edilməsinə baxmayaraq, onu siz Ana səhifəyə yerləşdirməkdən imtina etdiniz. Məncə bu tamamilə başqa səbəblərdəndir. Və bu Vikipediyanın neytrallığına xələl gətirir. --Keete 37 (Farid Aliev) (talk) 08:52, 2 iyun 2014 (UTC)
sefer azeri, o zaman haqlı olardın ki, o məqaləni Ana Səhifəyə mən yerləşdirim. Amma indiki vəziyyətdə kimin qərəzli olduğunu aydınlaşdırmaq elə də çətin deyil. Mən bu gün Ana Səhifəyə baxmamışam. Görüb diqqət etsəydim, təbii ki, reaksiya verərdim. Amma sənin müəllif hüququ ilə qorunduğunu bilə-bilə həmin şəkli bir idarəçi olaraq, Ana Səhifədən çıxarmamağını necə başa düşək? Bunu niyə özün etmirsən? Axı sən də idarəçisən... --►Cekli829 12:50, 2 iyun 2014 (UTC)
- Çünki, mən posterlərin Ana səfihəyə yerləşdirilməsinin problemli məsələ olduğunu düşünmürəm. Çünki, poster şablonu ilə yüklənən şəkillərin azad istifadəyə verilmədiyi onsuz da qeyd edilib və biz həmin şəkili Ana səhifəyə yerləşdirməklə onu azad istifadəyə vermiş sayılmırıq. Əvvəlki aylarda həftənin seçilmiş məqaləsi kimi Ana səhifəyə çıxarılmış məqalələrə fikir ver. Bir neçə film məqaləsi var və məhz film posterləri Ana səhifəyə çıxarılıb. Heç kim də bunda bir problem görməyib. Mən indi də bunun problemli məsələ olmadığını düşünürəm.--sefer azeri 15:08, 2 iyun 2014 (UTC)
- P.S. Ümumiyyətlə, posterlərin Ana səhifəyə çıxarılması qaydanı pozur deyərkən, hansı qaydaya istinad edirsiz? Yəni bu hansı qaydanın pozulmasıdı? İndiyə kimi posterlərin və sinql coverlərinin Ana səhifəyə çıxarılması halı dəfələrlə olub axı.--sefer azeri 15:10, 2 iyun 2014 (UTC)
AzVikidə sən bir idarəçi olaraq elə düşünürsənsə, təbii ki, qayda pozulacaq. İndiyə kimi posterlərin və sinql coverlərinin Ana səhifəyə çıxarılması nəzarət mexanizminin tam işləməməsi səbəbindən olub. Görünür yalnız mənim nəzarət etməyim kifayət deyil. Gərək bütün idarəçilər qaydalara uyğun şəkildə aktivlik nümayiş etdirsinlər.
- P.S. {{Azad olmayan afişa}} şablonunda əslində hər şey açıq şəkildə göstərilib. Məsələn: Film haqqında kritik şərhləri təmin etmək, filmdə baş verən hadisəni, filmində bəhs olunan mövzunu və s.-ni izah etmək üçün məhdud sayda istifadə ediləcəyinə inanılır. və Bu şəklin əlavə olaraq Vikipediya və ya digər hər hansı bir yerdə istifadə edilməsi müəllif hüquqlarının pozulmasına gətirib çıxara bilər. və s. --►Cekli829 03:53, 3 iyun 2014 (UTC)
Dəvətnamə
[mənbəni redaktə et]DƏVƏTNAMƏ | ||
Salam Aleykum Barnaba İncili məqaləsinin "Seçilmiş məqalə" statusu alması üçün Vikipediya:Seçilmiş məqalə namizədləri/Barnaba İncili səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirəm. |
--samral müzakirə 13:57, 2 iyun 2014 (UTC)
JW Marriott Absheron Baku Hotel - Article request
[mənbəni redaktə et]Are you interested in writing an article in Azeri on the en:JW Marriott Absheron Baku Hotel?
Thanks WhisperToMe (talk) 12:50, 4 iyun 2014 (UTC)
- Why not? --►Cekli829 13:06, 4 iyun 2014 (UTC)
Zəhmət
[mənbəni redaktə et]Son günlər çəkdiyin zəhməti dəyərləndirir və alqışlayıram. Bəlkə bununla da Vikimizin keyfiyyəti yüksələ. --Araz Yaquboglu (talk) 12:04, 5 iyun 2014 (UTC)
- Xoş sözlər üçün təşəkkürlərǃ Əslində bunu çoxdan etmək lazım idi. Amma yenə də gec deyil. AzVikidə islahatlar aparmağın vaxtıdır. AzVikiyə yeni bir imic qazandırmaq lazımdır. Hörmətlə, --►Cekli829 12:32, 5 iyun 2014 (UTC)
Fayl adları
[mənbəni redaktə et]Salam zəhmət deyilsə bu faylların adlarını dəyişin. Bunun adını Şəkil:1994-cü il dünya çempionatı rəsmi loqosu.jpeg digərləri ilə uyğunlaşdırın. Bu üç faylda da qadınlararası sözündə səhv var.[2] [3] [4] Birdə mümkünsə bundakı 2010-u 2014 edin. [5]. Əvvəlcədən təşəkkürlər! →Seko Selimov12:23, 6 iyun 2014 (UTC)
- İstəyiniz məqsədəuyğun olduğu üçün yerinə yetirildi. Hörmətlə, --►Cekli829 12:34, 6 iyun 2014 (UTC)
- Bu fayl yaddan çıxıb →Seko Selimov 17:35, 9 iyun 2014 (UTC)
Hörmətli Cekli829. Xatırlayırsınızsa siz dünən İdarəçilərə müraciət səhifəsində anonim istifadəçi ilə müzakirə aparırdınız. Anonim istifadəçi AzVikidə onun fəaliyyət göstərməsinə qarşı təşkil edilmiş vandalizm hallarını bir-bir sadalayırdı. Siz isə onun yazdıqlarının guya yalan olduğunu yazdınız və son cavabını isə 7 dəfə sildiniz, 7 dafə IP-sini, ən nəhayətdə isə Avitel provayderini blokladınız. Nəyə görə siz ananonim istifadəçi haqqında yalan şeylər uydura və yaza bilərsiniz, amma onun cavab yazmasına imkan vermirsiniz? Kişilik deyilən bir şey var, bu axı kişilikdən deyil. Sizin anonim istifadəçiyə qarşı həqiqətə oxşayan yeganə iradınız isə onun guya qəsdən 1 istifadəçi adı ilə yox, müxtəlif IP-lərdən anonim yazması barədə idi. Amma qarşı tərəf izah etdi ki, azərbaycanca vikipediya böhran vəziyyətindədir. İdarəçilərin vandallığını göstərən, idarəçilərin vikipediya qaydalarını kobud surətdə pozmasıni yazan hər hansı istifadsəçi dərhal bloklanır. Elə siz özünüz də bunun təsdiqi kimi bizim IP-zi 7 dəfə blokladınız, sonra isə provayderimizi. Nə isə. Olan oldu, keçən keçdi. İndi budur, öz istifadəçi adımızla sizə müraciət edirik. Karantiya verə bilərsinizmi ki, idarəçilər bizə qarşı vandallıq etməyəcək, IP-lərimizi və istifadəçi adımızı bloklamayacaq, bizim vikipediyada normal fəaliyyətimizə mane olmayacaqlar? Əgər buna karantiya verə bilmirsinizsə, buna səlahiyyətiniz çatmırsa, dünən niyə bizimlə əbəs yerə müzakirə aparırdınız? Hörmətlə --Shekikhanof (talk) 13:19, 07 iyun 2013 (UTC)
- Cənab Shekikhanof siz bu istifadəçilərdən nə istəyirsiniz? Vur tut bir məqalə yaratmısız onun üstündə hər gün dava edirsiz. Siz məqər başqa neytral xüsusiyyətə malik məqalə yarada bilmirsiz? Mən bilirəm ki, o anonim istifadəçi elə sizsiniz. Və həmçinin onu da bilirəm ki, siz əslində Shekikhanov yox, İstifadəçi:Aydinsalis-siniz, mən Sizin narazılığınızı da dəstəkləmirəm - yəni İstifadəçi Urek Meniashvili barədə, istifadəçinin bir səhifəsi olar 10-dənə deyil. Sizin özünüzün gör nə qədər səhifəniz var, gah bir adla yazırsız, gah başqa adla. İstifadəçiləri incitməyin. --Keete 37 (Farid Aliev) (talk) 09:45, 7 iyun 2014 (UTC)
- Cənab Farid Aliev. İnciməyin, mənim nə istədiyimi bilmək istəyirsinizsə, yuxarıda yazdığımı oxusanız kifayətdi. Konkret, dəqiq və azərbaycan dilində nə istədiyimi yazmışam. Belə olan halda niyə mənə sual verirsiniz ki mən nə istəyirəm? İkincisi isə deyirsiniz ki mən 1 dənə məqalə yaratmışam. Hansı məqaləni yaratmışam Fərid bəy? Əgər mən mənəmsə, mən hələ 1 dənə məqalə yaratmamışam, ilk redaktəmi bu yazı ilə başladım, karantiya almaq üçün. 3-sü isə sonra siz iddia edirsiniz ki mən Aydın Məmmədovam. Axı Aydın Məmmədov 1 yox, çox məqalə yaradıbdır? Yəni sizin məqalə yaratmaqla bağlı göstərdiyiniz say hər hansı halda yalnışdır. 4-sü isə mənim 1 istifadəçi adım var, mən yalnız bu adla yazıram. Göstərə bilərsinizmi ki başqa hansı adla yazmışam? AzVikipediyanın böhran vəziyyətində olması səbəbindən, heç şübhə etmirəm ki, bu istifadəçi adımı heç bir əsas olmadan yarım saatdan sonra müddətsiz bloklaya bilərlər, belə ki idarəçilərin vandalizminə qarşı rəsnmən istədiyim karantiyaya heç kim boyun olmur. Sonra mən məcburam ya 1-2 saat başqa istifadəçi adı altında fəaliyyət göstərim, ya da anonim. Bəli Fərid bəy. İstifadəçi adı müddətsiz bloklanan vikipediyaçının AzVikidə yalnız bir yolu var, ya anonim, ya da digər istifadəçi adı ilə qeydiyyatdan keçib fəaliyyət göstərmək, vəssalam. Bunları bilə-bilə niyə yalan-yalan şeylər yazırsınız? O ki qaldı İstifadəçi Urek Meniashvili barədə yazdıqlarınıza, heç nə başa düşmək olmur?! Nəyi dəstəkləmirsiniz? Çoxsaylı istifadəçi adları ilə biz yox, idarəçilər fəaliyyət göstərir, biz də buna etiraz edirik. Bəs siz nə demək istəyirsiniz? Əgər fikrinizi azərbaycan dilində izah etməyə çətinlik çəkirsinizsə, ingiliscə, ya rusca, ya da yaxşı bildiyiniz Avropa dillərinin birində də yaza bilərsiniz, bizim üçün heç bir problem yoxdur, sizin fikrinizi başa düşməyə çalışacağıq. Azərbaycan dilində yazdıqlarınızı isə deyəsən başa düşə bilmirik. Hörmətlə --Shekikhanof (talk) 15:19, 07 iyun 2013 (UTC)
- Cənab Shekikhanof siz bu istifadəçilərdən nə istəyirsiniz? Vur tut bir məqalə yaratmısız onun üstündə hər gün dava edirsiz. Siz məqər başqa neytral xüsusiyyətə malik məqalə yarada bilmirsiz? Mən bilirəm ki, o anonim istifadəçi elə sizsiniz. Və həmçinin onu da bilirəm ki, siz əslində Shekikhanov yox, İstifadəçi:Aydinsalis-siniz, mən Sizin narazılığınızı da dəstəkləmirəm - yəni İstifadəçi Urek Meniashvili barədə, istifadəçinin bir səhifəsi olar 10-dənə deyil. Sizin özünüzün gör nə qədər səhifəniz var, gah bir adla yazırsız, gah başqa adla. İstifadəçiləri incitməyin. --Keete 37 (Farid Aliev) (talk) 09:45, 7 iyun 2014 (UTC)
- Cənab Shekikhanof əqər sizi bloklayıblarsa, siz başqa istifadəçi adı ilə burada fəaliyyət göstərməməlisiniz, sizin blok müddətiniz ərzində burada çalışmamalısınız. Blokun elə mənası buradadır. O ki qaldı sizin diqər istifadəçi adınıza, yəni İstifadəçi:Aydinsalis-a, bəli o adla da siz Şəki barədə məqalələr yaratmısız, lakin sizin hazırki adınızla siz hələ 1 məqalə yaratmısız, düzdür? Hereti məqaləsinin adını dəyişib, Şəki dövləti barədə yazmışdız. Siz bu Hereti mövzusu barədə o qədər mübahisə etmisiz ki, öz xərclədiyiniz vaxtın yerinə yeni daha neytral məqalələr yarada bilərdiniz. Siz ora şikayət edirsiz, bura şikayət edirsiz. Mən belə şeyləri anlamıram. Ola bilər ki, İdarəçilər də (yəni Sefer azeri və başqaları) sizin kimi, 2 və daha artıq adla burada çalışsın, lakin bunun hamısı qanunsuzdur. Belə insanları bloklamaq lazıdır, sizi də. O ki qaldı sizin qeyd etdiyiniz - "Əgər fikrimin azərbaycan dilində izah etməyimə" - mən azərbaycan, rus və alman dillərində öz fikrimi çox aydın və açıq şəkildə izah edə bilirəm, ancaq nə qədər sizin yazdıqlarınızı oxusam belə, hələ də bir şey anlamıram. Vikipediyada çalışmaq istəyirsizsə, yeni Qlobal məqalə yaradın. Əvvəllər "Aydınsalis" adı ilə necə yaradırdızsa o cür. Yaradın da, mübahisə etmək nəyə lazım? İdarəçilərlə səhərdən-axşama kimi, mübahisə etsək, o zaman məqalələri kim yaradacaq? --Keete 37 (Farid Aliev) (talk) 10:58, 7 iyun 2014 (UTC)
- Mövqeyinizə hörmətlə yanaşıram, cənab Fərid bəy. Amma görünür mənim yazdıqlarımı hələ tam başa düşməmisiniz. Belə ki, mən qeyd elədim ki hələlik heç bir məqalə yaratmamışam. Nə Herreti məqaləsinin adını dəyişmişəm, nə də Şəki barədə məqalə yaratmışam. İstifadəçi:Aydinsalis də mən deyiləm. Vikipediyada şəxsiyyət bloklanmır, müəyyən istifadəçi adı altında fəaliyyət göstərən istifadəçi bloklanır. Əgər vikipediyanın əsas prinsiplərindən biri anonimlikdirsə deməli, burada bloklanmış istifadəçinin şəxsiyyətinə diqqət yetirilə bilməz və bu mümkün də deyil. Mən hal-hazırda qeydiyyatdan keçmiş aktiv istifadəçiyəm. Mənim heç bir digər istifadəöçi adım yoxdur. Digər istifadəçi adına axı nə ehtiyacım var? Oxuduqlarımdan, eşitdiklərimdən və gördüklərimdən mənə məlumdur ki, hanslar ki KİV-də də dərc olunub, AzViki kənar şəxslər tərəfindən redaktə oluna bilməz, bu bölməni yalnız idarəçilər redaktə edirlər, əgər sıravi bir vətəndaş burada fəaliyyət göstərmək istəsə idarəçilər ilk növdədə onun fəaliyyətinə maneələr yaradacaqlar ki, o, bezib getsin. Əgər getməsə müddətsiz bloklayacaqlar. Belə bir halın yaranmasının yalnız siyasi və maddi yox, həm də texniki səbəbləri var. O ki qaldı mənim kiminləsə mübahisə etməyimə, bu barədə yazdığınız da doğru deyil. Mübahisə nəyimə gərəkdir axı mənim? Mübahisəni yaradan tərəflər var, idarəçilərdir, onların burada maraqları var, mənim nə marağım ola bilər ki, qəsdən edirlər, onların funksiyalarından biri də elə budur, yeni istifadəçiləri bu yolla bezdirmək və vikipediyadan uzaqlaşmalarına nail olmaq. Bunu mən özümdən demirəm, bütün bunlar KİV-də açıq-aşkar yazılıb və təkzib olunmayıbdır, yəni doğru faktlardır. O ki qaldı vikipediyada normal fəaliyyət göstərməyimə, mən də elə bunun üçün icazə istəyirəm, karantiya istəyirəm ki idarəçilər mənim fəaliyyətimə qarşı vandallıq etməyəcəklər, amma gördüyünüz kimi karantiya verən yoxdur. Elə isə burada fəaliyyətə başlamağa dəyərmi? Hansı qlobal məqalə yaratmaqdan danışırsınız cənab Fərid bəy? Hörmətlə --Shekikhanof (talk) 16:40, 07 iyun 2013 (UTC)
- Cənab Shekikhanof əqər sizi bloklayıblarsa, siz başqa istifadəçi adı ilə burada fəaliyyət göstərməməlisiniz, sizin blok müddətiniz ərzində burada çalışmamalısınız. Blokun elə mənası buradadır. O ki qaldı sizin diqər istifadəçi adınıza, yəni İstifadəçi:Aydinsalis-a, bəli o adla da siz Şəki barədə məqalələr yaratmısız, lakin sizin hazırki adınızla siz hələ 1 məqalə yaratmısız, düzdür? Hereti məqaləsinin adını dəyişib, Şəki dövləti barədə yazmışdız. Siz bu Hereti mövzusu barədə o qədər mübahisə etmisiz ki, öz xərclədiyiniz vaxtın yerinə yeni daha neytral məqalələr yarada bilərdiniz. Siz ora şikayət edirsiz, bura şikayət edirsiz. Mən belə şeyləri anlamıram. Ola bilər ki, İdarəçilər də (yəni Sefer azeri və başqaları) sizin kimi, 2 və daha artıq adla burada çalışsın, lakin bunun hamısı qanunsuzdur. Belə insanları bloklamaq lazıdır, sizi də. O ki qaldı sizin qeyd etdiyiniz - "Əgər fikrimin azərbaycan dilində izah etməyimə" - mən azərbaycan, rus və alman dillərində öz fikrimi çox aydın və açıq şəkildə izah edə bilirəm, ancaq nə qədər sizin yazdıqlarınızı oxusam belə, hələ də bir şey anlamıram. Vikipediyada çalışmaq istəyirsizsə, yeni Qlobal məqalə yaradın. Əvvəllər "Aydınsalis" adı ilə necə yaradırdızsa o cür. Yaradın da, mübahisə etmək nəyə lazım? İdarəçilərlə səhərdən-axşama kimi, mübahisə etsək, o zaman məqalələri kim yaradacaq? --Keete 37 (Farid Aliev) (talk) 10:58, 7 iyun 2014 (UTC)
- Cənab Shekikhanof mən AZ VİKİdə 2 ilə yaxındır ki, çalışıram və bu müddət ərzində onun hər bir nüansını öyrənmişəm. Baxın bu səhifəyə - [6] burada açıq aydın görünür ki, o məqalələri məhz siz yaratmısınız, mənə isə deyirsiz ki, siz deyilsiz. Üstəlik orada siz "Shekikhanov" adı ilə qeyd olunmusunuz, ancaq indi siz "Shekikhanof"-suz. Bunun da səbəbi ondan irəli gəlir ki, idarəçilər Sefer azeri və NKozi sizi bloklamışdılar hədə-qorxuya görə - baxın bu səhifəyə - [7]. Mən sizə kömək etmək istəyirəm, lakin siz məni aldadırsız. Bu yaxşı iş deyil cənab Shekikhanof və ya Shekikhanov. --Keete 37 (Farid Aliev) (talk) 12:33, 7 iyun 2014 (UTC)
- Fərid bəy, mən heç kimi aldatmıram, kimisə aldatmağa da ehtiyacım yoxdur, ən böyük biclik düzlükdür, - belə deyim var. Göstərdiyiniz məqalədə mənim 1 redaktəm olsaydı, həmin məqaləni bəlkə də mənə aid edə bilərdiniz. Amma təəssüf ki orada mənim heç bir redaktəm yoxdur, ona görə də yalnız istifadəçi adlarının oxşarlığına görə bunu deyə bilməzsiniz. Amma dediyinizi əsaslandırmaq üçün bunu göstərsəydiniz daha inandırıcı olardı, mən həmin məqalənin rus versiyasında 1 redaktə etmişən, 1 hərfi pozmuşam, vəssalam, texniki səhv idi, ona görə. Bu mövzu mənim üçün çətindir. Məqaləni kim yaradıb, yaxşı olar ki o da redaktəni başa çatdırsın, fakt göz qabağındadırt ki onu tam əsassız olaraq bloklayıblar, biz başqa-başqa adamlarıq. O ki qaldı daha əvvəl "İdarəçilərlə səhərdən-axşama kimi, mübahisə etsək, o zaman məqalələri kim yaradacaq?" yazmağınıza, bəli doğru deyirsiniz, bizdə əksinədir, məqalələri idarəçilər yaradırlar, ona görə də aktiv istifadəçilərə imkan vermirlər ki məqalə yaradaq. Başqa vikipediyalarda isə məqalələri aktiv istifadəçilər yaradır və redaktə edir, idarəçilərin vəzifəsi isə problemləri həll etmək, mübahisələri aradan qaldırmaq, müzakirələrdə iştirak etməkdir. Burda idarəçilər bir biri ilə məqalə yaratmaqda, redaktə sayında bəhsə gedir, müzakirələrdə, problemlərin həllində ümüumiyyətlə iştirak etmirlər, aktiv istifadəçilərin fəaliyyətinə qısqanclıq hissi ilə yanaşırlar. Fakt budur ki problemləri aradan qaldırılmasında aktiv istifadəçilər idarəçilərdən daha fəaldırlar, daha çox canfəşanlıq göstərirlər, idarəçilər isə passivdirlər. Səbəbini soruşanda isə deyirlər könüllülük prinsipi ilə işləyirik. Yəni məqalə yaratmaqda maraqlıdırlar, başqa şeylərdə yox, hansı ki onların əsas vəzifəsi budur. Sonda sizdən xahiş edirəm ki, bura daha yazmayasınız, mənə nə demək istəyirsinizsə, istifadəçi səhifəmə yazın. Çünki mən bu statusu yazarkən mövzu karantiya məsələsi idi. Siz onsuz da mənə karantiya vermək səlahiyyətində deyilsiniz, buna baxmayaraq cavab yazırsınız, sonra mən sizə cavab yazıram və əsas məsələ qalır kənarda, yaddan çıxır. Hörmətlə --Shekikhanof (talk) 17:57, 07 iyun 2013 (UTC)
- Cənab Shekikhanof mən AZ VİKİdə 2 ilə yaxındır ki, çalışıram və bu müddət ərzində onun hər bir nüansını öyrənmişəm. Baxın bu səhifəyə - [6] burada açıq aydın görünür ki, o məqalələri məhz siz yaratmısınız, mənə isə deyirsiz ki, siz deyilsiz. Üstəlik orada siz "Shekikhanov" adı ilə qeyd olunmusunuz, ancaq indi siz "Shekikhanof"-suz. Bunun da səbəbi ondan irəli gəlir ki, idarəçilər Sefer azeri və NKozi sizi bloklamışdılar hədə-qorxuya görə - baxın bu səhifəyə - [7]. Mən sizə kömək etmək istəyirəm, lakin siz məni aldadırsız. Bu yaxşı iş deyil cənab Shekikhanof və ya Shekikhanov. --Keete 37 (Farid Aliev) (talk) 12:33, 7 iyun 2014 (UTC)
- Cənab Shekikhanof fakt orasındadır ki, siz həmin rus vikipediyasında bir redaktə etməmisiniz, bütün məqaləni yaratmısınız, baxın - [8] orada yalnız sizin adınız gedir. Aktiv istifadəçilərə gəldikdə - mən aktiv istifadəçiyəm mənim 10-a yaxın Seçilmiş və Yaxşı məqaləm var. Burada məni heç kim sıxışdırmır. Əksinə, mən 454 aktiv istifadəçi arasında 24-cü pozisiyada dururam - [9] - yəni qısası, burada çalışmaq istəyən çalışır, çalışmaq istəməyənlər isə sadəcə diskriminasiya termini altında çalışmaqdan vaz keçir. Shekikhanof və Shekikhanov eyni istifadəçidir. Vikipediyada eyni və bir-birinə həddindən artıq yaxın adı olan 2 istifadəçi çalışmır və bu ola bilməz. Sizə məsləhət vermək istəmirəm, çünki siz özünüzə tam olaraq cavabdehsiz, sadəcə onu bildirmək istəyirəm ki, yeni məqalələr yaradın, heç Azərbaycana aidiyyatı olmasın, bu daha neytral olar. Əqər sıxışdırma halı baş verərsə, mən sizi tam olaraq dəstəkləyərəm, lakin siz bir istifadəçi adı ilə çalışmalısınız. Vəssalam, məncə daha artıq disskussiyaya ehtiyac yoxdur. --Keete 37 (Farid Aliev) (talk) 13:14, 7 iyun 2014 (UTC)
- Fərid bəy, mən hər şeyi izah etdim, yenə də qeyd edirəm ki, adların oxşarlığı iki istifadıçinin eyni şəxs olması anlamına gələ bilməz. Məsələn mən də Şəkixanovam, qardaşım da, oğlum da, əmim oğlu da, əmim də. İndi nə deyə bilərsiniz? Sonda sizdən xahiş edirəm ki, bura daha yazmayasınız, mənə nə demək istəyirsinizsə, istifadəçi səhifəmə yazın. Çünki mən bu statusu yazarkən mövzu karantiya məsələsi idi. Siz onsuz da mənə karantiya vermək səlahiyyətində deyilsiniz, buna baxmayaraq cavab yazırsınız, sonra mən sizə cavab yazıram və əsas məsələ qalır kənarda, yaddan çıxır. O ki qaldı sıxışdırılmağa, sizin yazdıqlarınızı oxumuşam, səhv etmirəmsə kənd meydanında və deyəsən Robert Landon adı ilə, elə ən çox sıxışdırılan siz deyilmisiniz? Hörmətlə --Shekikhanof (talk) 18:22, 07 iyun 2013 (UTC)
- Cənab Shekikhanof, bağışlayın lakin mən Robert Landon adında heç kimi tanımıram, heç AZ VİKİdə belə istifadəçi yoxdur :-) Qısası, mən çalışdım sizə öz fikrimi bildirdim. Arzu edirəm, sizin bütün etirazlarınızı tez bir zamanda idarəçilərimiz həll etsin. Sizə uğurlar. --Keete 37 (Farid Aliev) (talk) 13:41, 7 iyun 2014 (UTC)
- Fikrinizi bildirdiyiniz üçün təşəkkürlər, Robert Londonun adını isə burada görmüşdüm, ondan yuxarıda sizin yazışmalar vardı, elə bilmişdim sizsiniz, yazırdınız ki, "Mən son vaxt bəzi idarəçilər tərəfinən mənə qarşı kütləvi şəkildə hörmətsizliklə qarşılaşıram. 2 İdarəçi (məsələn cənab Babək Akifoğlu və bir az Cekli), məni son vaxtlar üzürlər", amma indi əksinə iddia edirsiniz ki, sizi heç kim sıxışdırmır... Hörmətlə --Shekikhanof (talk) 19:11, 07 iyun 2013 (UTC)
- Cənab Shekikhanof, bağışlayın lakin mən Robert Landon adında heç kimi tanımıram, heç AZ VİKİdə belə istifadəçi yoxdur :-) Qısası, mən çalışdım sizə öz fikrimi bildirdim. Arzu edirəm, sizin bütün etirazlarınızı tez bir zamanda idarəçilərimiz həll etsin. Sizə uğurlar. --Keete 37 (Farid Aliev) (talk) 13:41, 7 iyun 2014 (UTC)
- Cənab Shekikhanof Robert Landon adlı istifadəçi əslində Rovshan.95-dir, mən deyiləm :-) O ki qaldı mənim bir vaxt incikliyimə, bəli o vaxt məni bir az incitmişdir İdarəçilər, çünki mən azərbaycan dilini o zaman pis bilirdim, mənim İdarəçilərə olan müraciətlərim o vaxtlar sırf rus dilində idi. Vəssalam, OK Sizi anladım, sizə fəaliyyətinizdə uğurlar. Bir tək sualım, görürəm ki, siz idarəçilərdən narazısız, özünüz də Şəkilisiniz, məncə bu - [10] istifadəçi də sizsiniz, elə deyilmi? --Keete 37 (Farid Aliev) (talk) 14:25, 7 iyun 2014 (UTC)
- Yox, Fərid bəy. Mən şəkili deyiləm, amma yay aylarında Şəkiyə qonaq gedirəm, qohumlarım var orda. Bir daha qeyd etməyə məcburam ki, mənim indiyə qədər heç bir istifadəçi adım olmayıbdır və indi də cəmi 1 istifadəçi adım var. Suala görə təşəkkürlər. Hörmətlə --Shekikhanof (talk) 19:41, 07 iyun 2013 (UTC)
- Cənab Shekikhanof Robert Landon adlı istifadəçi əslində Rovshan.95-dir, mən deyiləm :-) O ki qaldı mənim bir vaxt incikliyimə, bəli o vaxt məni bir az incitmişdir İdarəçilər, çünki mən azərbaycan dilini o zaman pis bilirdim, mənim İdarəçilərə olan müraciətlərim o vaxtlar sırf rus dilində idi. Vəssalam, OK Sizi anladım, sizə fəaliyyətinizdə uğurlar. Bir tək sualım, görürəm ki, siz idarəçilərdən narazısız, özünüz də Şəkilisiniz, məncə bu - [10] istifadəçi də sizsiniz, elə deyilmi? --Keete 37 (Farid Aliev) (talk) 14:25, 7 iyun 2014 (UTC)
- Elə görüntü yarandı ki, mən yazdım, qızğın müzakirə getdi, bütün problemlər həll oldu, narazı tərəflər razı qaldı. Amma əslində heç nə baş verməyib hələ. Mən müraciət etdim, müraciətimə cavab verən olmadı. O adamlar ki dünən bizi əsassız olaraq saxtakarlıqda və s. şeylərdə günahkar bilirdilər, onlar bu gün nədənsə üzə çıxmırlar. Odur ki, müraciətimizi təkrarən bir də dərc edirik:
- Hörmətli Cekli829. Xatırlayırsınızsa siz dünən İdarəçilərə müraciət səhifəsində anonim istifadəçi ilə müzakirə aparırdınız. Anonim istifadəçi AzVikidə onun fəaliyyət göstərməsinə qarşı təşkil edilmiş vandalizm hallarını bir-bir sadalayırdı. Siz isə onun yazdıqlarının guya yalan olduğunu yazdınız və son cavabını isə 7 dəfə sildiniz, 7 dafə IP-sini, ən nəhayətdə isə Avitel provayderini blokladınız. Nəyə görə siz ananonim istifadəçi haqqında yalan şeylər uydura və yaza bilərsiniz, amma onun cavab yazmasına imkan vermirsiniz? Kişilik deyilən bir şey var, bu axı kişilikdən deyil. Sizin anonim istifadəçiyə qarşı həqiqətə oxşayan yeganə iradınız isə onun guya qəsdən 1 istifadəçi adı ilə yox, müxtəlif IP-lərdən anonim yazması barədə idi. Amma qarşı tərəf izah etdi ki, azərbaycanca vikipediya böhran vəziyyətindədir. İdarəçilərin vandallığını göstərən, idarəçilərin vikipediya qaydalarını kobud surətdə pozmasıni yazan hər hansı istifadsəçi dərhal bloklanır. Elə siz özünüz də bunun təsdiqi kimi bizim IP-zi 7 dəfə blokladınız, sonra isə provayderimizi. Nə isə. Olan oldu, keçən keçdi. İndi budur, öz istifadəçi adımızla sizə müraciət edirik. Karantiya verə bilərsinizmi ki, idarəçilər bizə qarşı vandallıq etməyəcək, IP-lərimizi və istifadəçi adımızı bloklamayacaq, bizim vikipediyada normal fəaliyyətimizə mane olmayacaqlar? Əgər buna karantiya verə bilmirsinizsə, buna səlahiyyətiniz çatmırsa, dünən niyə bizimlə əbəs yerə müzakirə aparırdınız? Hörmətlə --Shekikhanof (talk) 21:59, 07 iyun 2013 (UTC)
- Bəli, kişilik deyilən bir şey var; amma bunun sizlərə aidiyyatı yoxdur. Çünki müxtəlif IP və istifadəçi adları ilə təhqirləriniz elə bir səviyyədədir ki, (məsələn, biri bu) qeyd etdiyiniz kimi Azərbaycanca vikipediya böhran vəziyyətində deyil, sadəcə özünüz mənəviyyat böhranı keçirirsiniz. Mənəviyyat böhranınızı geridə qoyub, səmərəli fəaliyyət göstərsəniz və fəaliyyətinizdə bloklanmanıza səbəb ola biləcək əməlləriniz olmazsa, o zaman təbii ki, heç bir idarəçi sizləri bloklamaz. Uğurlarǃ
- P.S. Elə bilməyin ki, biz söyüş bilmirik. Ona görə də səmərəli fəaliyyətə başlayacağınız halda elə edin ki, sizləri tanımayım. Əks halda fəaliyyətinizdən asılı olmayaraq, "Şəkili təhqir dəstəsi"nin üzvü olduğunuzu bilsəm, heç şübhəsiz ki, dərhal müddətsiz bloklanma ehtimalınız yüksəkdir. Buna görə məsuliyyət sizlərə aiddir. --►Cekli829 18:49, 7 iyun 2014 (UTC)
Silinməyə namizəd siyahılar
[mənbəni redaktə et]Salam. "Hə"sini versəydin, bunları da silərdim ;) Hörmətlə, --►Cekli829 08:07, 6 iyun 2014 (UTC)
Tərxan salam. Siyahılar olduğu kimi qalsa yaxşıdı. Təkcə qırmızıları qaralt. Amma silmə keçidsiz də olsa məsələn sürücülərin siyahısı qalsın--Vüsal Ağayev (talk) 12:14, 7 iyun 2014 (UTC)
- Cənab Cekli, düz edirsiz, silin o məqalələri. Mən əslində bilməzdim ki, Azərbaycan Vikipediyasında bu qədər lazımsız məqalə mövcuddur. Bir də cənab Cekli Borjomi şəhəri barədə AZ VİKİdə iki məqalə var, onların birini yəni bunu [11] silin zəhmət olmazsa. --Keete 37 (Farid Aliev) (talk) 12:38, 7 iyun 2014 (UTC)
- Keete 37, eyni mövzu ilə bağlı olduğu üçün Borjomi (şəhər) məqaləsini daha əvvəl yaradılan Borjomi məqaləsinə birləşdirdim. --►Cekli829 18:59, 7 iyun 2014 (UTC)
Salam Cekli. Sizdən ustad kimi bir şey öyrənmək istəyirəm. Necə edirsən ki, məqalələr tarixçələri ilə birlikdə birləşdirilir. Məsələn: Borjomidə etdiyiniz kimi, yəni. --Araz Yaquboglu (talk) 07:42, 8 iyun 2014 (UTC)
- Əslində çox sadədir. Amma təəssüf ki, belə - virtual olaraq izah edə bilməyəcəyəm. İnşallah, bir gün praktiki olaraq bu barədə məlumat verərəm. --►Cekli829 07:45, 8 iyun 2014 (UTC)
- İnşallah. Daha yaxşı olar. --Araz Yaquboglu (talk) 07:47, 8 iyun 2014 (UTC)
Məqalə laboratoriyası
[mənbəni redaktə et]Salam Həmkar. Vikipediya:Məqalə laboratoriyası/İqtisadçı QVK səhifəsində laboratoriya üçün keçirilən səsvermə vaxtı bitibdir. Seçilmiş məqalə namizədliyi üçün də başladılmalıdır, yoxsa elə bununla məqaləni seçilmiş etmək olar? Xaiş edirəm və zəhmət olmasa köməklik edərdiz. Siz də istəsəz proseduru davam etdirə bilərsiz. Çünki qaydaları siz daha yaxşı bilirsiz. --Araz Yaquboglu (talk) 09:00, 8 iyun 2014 (UTC)
- Həmin məqaləni artıq SM namizədliyinə təqdim etmişəm: Vikipediya:Seçilmiş məqalə namizədləri/İqtisadçı QVK --►Cekli829 09:03, 8 iyun 2014 (UTC)
- Təşəkkürlər. Əlinizə sağlıq. --Araz Yaquboglu (talk) 09:06, 8 iyun 2014 (UTC)
Şablon problemi
[mənbəni redaktə et]Salam. Voleybol üzrə qadınlararası dünya çempionatı 2014-ün seçmə mərhələsi məqaləsində Voleybol üzrə qadınlararası dünya çempionatı 2014 məqaləsinə geri istiqamətləndirmək lazım gəlir. Bunun digər vikilərdə də çox gözəl analoqları var. (fransızca və italyanca vikidə). Məsələn, italyanca vikidə 2014-cü ilin dünya çempionatına çox sadə şəkildə istiqamət verilib. Bunun üçün bu şablona ehtiyac var. O şablonun digər vikilərə çıxışı tamamilə fərqlidir. Bizdə də fərqli başlıq altında həmin şablonu tətbiq etməyinizi rica edərdim. Bir qədər mürəkkəb olduğundan mən edə bilmədim. Hörmətlə →Seko Selimov 11:41, 10 iyun 2014 (UTC)
- Hələlik belə hazırladım. Bir qədər də təkmilləşdirmək olar. Hörmətlə, --►Cekli829 13:37, 12 iyun 2014 (UTC)
- Təşəkkürlər! Mövzunu yanlış izah etməyimi də təcrübəsizliyimə verin ) Hörmətlə →Seko Selimov 13:41, 12 iyun 2014 (UTC)
- Bir daha salam. Mümkünsə bu şablonda qitələr bölməsini ingilis dilli vikidəki sola çəkərdiniz. Beləcə mən də qitə çempionatlarıını ora əlavə edərdim. Bir də ağ rəngdə olan yuxarı sitilinə hər hansı bir rəng qoyardınız. Əvvəlcədən təşəkkürlər! →Seko Selimov 13:24, 23 iyun 2014 (UTC)
- --►Cekli829 04:03, 24 iyun 2014 (UTC)
- Təşəkkür edirəm. Ancaq, məqalədə (məsələn, Voleybol məqaləsi) şablon niyə belə göstərir? →Seko Selimov 06:32, 24 iyun 2014 (UTC)
- --►Cekli829 04:03, 24 iyun 2014 (UTC)
- Bir daha salam. Mümkünsə bu şablonda qitələr bölməsini ingilis dilli vikidəki sola çəkərdiniz. Beləcə mən də qitə çempionatlarıını ora əlavə edərdim. Bir də ağ rəngdə olan yuxarı sitilinə hər hansı bir rəng qoyardınız. Əvvəlcədən təşəkkürlər! →Seko Selimov 13:24, 23 iyun 2014 (UTC)
- Təşəkkürlər! Mövzunu yanlış izah etməyimi də təcrübəsizliyimə verin ) Hörmətlə →Seko Selimov 13:41, 12 iyun 2014 (UTC)
Laboratoriyaya namizəd siyahısı
[mənbəni redaktə et]Salam Emin. Laboratoriyaya namizəd siyahısına Neftçi Bakı PFK məqaləsini təqdim etmisiniz. Lakin daha əvvəl də həmin məqalə laboratoriyada (Vikipediya:Məqalə laboratoriyası/Neftçi Bakı PFK) olmuş, ancaq oradan YM namizədi kimi çıxsa da son nəticə müsbət olmamışdır. Bunun da əsas səbəblərindən biri məqalədə 1970-1980-ci illər bölməsinin tamamilə boş olması ilə bağlıdır. Yaxşı olardı ki, bu bölməni işləyib-hazırlayardınız. Bunun üçün AzVikidə məlumat da var. Təklif edirəm ki, bu məsələnin həllində Azərbaycanda futbol məqaləsindən istifadə edərdiniz. Doğrudur, istinad etdiyim məqalə heç də vikiqaydalara tam uyğun deyil. Amma Sizin vikiqaydaları bildiyinizi və bu mövzuya marağınızı nəzərə alaraq, bu işdə Sizə etimad göstərilməsini məqsədəuyğun hesab edirəm. Hörmətlə, --►Cekli829 08:08, 8 iyun 2014 (UTC)
Salam, Cekli. İmtahanlarla əlaqədar başım qarışıqdır bir az, ona görə gec yazıram, üzrlü hesab edin. Qeyd etdiyiniz məsələ ilə məşğul olacam.--Emin • ismarış 15:10, 17 iyun 2014 (UTC)
Xahiş
[mənbəni redaktə et]Salam cənab Cekli, çox xahiş edirəm, bu [12] səsvermədə Siz də iştirak edəsiniz! Hörmətlə: --Keete 37 (Farid Aliev) (talk) 20:47, 25 iyun 2014 (UTC)
- Hörmətli İstifadəçi:Keete 37, təşəbbüsünüz üçün təşəkkürlər. Amma Vikipediya qaydalarında belə bir səsvermə nəzərdə tutulmayıb. Qeyd edim ki, İstifadəçi:Aydinsalis VP:BQ qaydasına uyğun olaraq idarəçimiz Sefer azeri tərəfindən bloklanıb. Əgər blok qaydalara uyğun olmasaydı, o zaman mən də daxil olmaqla digər idarəçilərdən biri Sefer azeriyə məlumat verər, nəticədə blok ləğv oluna bilər və ya bloklanma müddəti dəyişdirilə bilərdi. Lakin hər şey qaydalara uyğun olduğu üçün Sefer azerinin qərarı qüvvədə qalmışdır. Hörmətlə, --►Cekli829 08:18, 26 iyun 2014 (UTC)
- OK, cənab Cekli, Sizi anladım, mən sadəcə istəyirdim ki, bu cür problemlər müzakirə vasitələri ilə deyil, yalnız səsvermə yolu ilə keçirilsin. Səsvermə daha demokratik addımdır (çünki burada tək bir şəxs deyil daha çox insan öz mövqeyini bildirir) və uzun-uzadı şərh və müzakirələrə ehtiyac duyulmur. Əslində bu cür addımlar mənim preroqativim deyil, çünki mən idarəçi deyiləm, sadəcə olaraq mən buraya yenilik gətirmək istəyirdim. Diqqətiniz üçün təşəkkürlər. Hörmətlə: --Keete 37 (Farid Aliev) (talk) 08:32, 26 iyun 2014 (UTC)