İstifadəçi müzakirəsi:Sefer azeri/Arxiv 2010
Xəzərlər
[mənbəni redaktə et]Salam.xəzərlər haqqında məqalə yaratmaq istədim amma bu ad artıq Xəzər xaqanlığı üçün istifadə olunub və düşünürəm ki,bu normal deyil.Yəni Xəzər xaqanlığı və Xəzərlər ayrıca mövzulardır.Bu problemi necə həll edə bilərəm?--Sefer azeri 01:27, 06 yanvar 2010 (UTC)
Salam. Belə olan halda Xəzərlər məqaləsindən redirekti götürmək və əlavə etmək istədiyin mətni həmin səhifəyə yazmaq lazımdır. Lap yaxşı olardı ki, bu vaxt səhifənin sol aşağı küncündəki "alətlər sandığı"ndan "Bu səhifəyə keçidlər" bölməsinə nəzər yetirəsən. Harda ki "Xəzərlər" adı keçir bu siyahıda görəcəksən. Onlara bir-bir baxmaq lazımdır ki, keçidlər sənin yaratdığın "xəzərlər"ə istiqamət verir, yoxsa Xəzər xaqanlığı nəzərdə tutulur. Əgər ikinci haldırsa onda həmin keçidlərdə düzəlişlər etmək yaxşı olardı. Burda iki məqalə var Xəzər dövləti və Xəzər xaqanlığı - məncə, bunlar da eyni dövlət haqqındadır və birləşdirmək lazımdır.Hörmətlə:--Sortilegus 18:22, 6 yanvar 2010 (UTC)
Xahiş
[mənbəni redaktə et]Salam.Sarı Gəlin,Laçın (İlqar Muradov və Norveç Kilsə xoru),Sarı Gəlin (Brilyant Dadaşova və Norveç Kilsə xoru) məqalələrinə musiqi əlavə etdim.Amma niyəsə player işləmədi.Çox xahiş edirəm bu problemi aradan qaldırmağa kömək edəsiniz.--Sefer azeri 12:07, 07 yanvar 2010 (UTC)
Salam. Normal oxuyur hər üçü mahnı. Çox güman ki, sənin kompyuterində bu formatlı faylları dinləmək üçün proqram yoxdur. Vinampı yükləsən dinləyə bilərsən. Hörmətlə:--Sortilegus 13:23, 7 yanvar 2010 (UTC)
Mahnıları VikiMənbəyə köçürdüm Laçın və Sarı gəlin səhifəsinə. Keçidlər də əlavə etdim.--Sortilegus 20:34, 7 yanvar 2010 (UTC)
Yəni məqalələr silindi ya necə?Mən axtardım gəlmədi.Belə məqalələr yaratmaq lazım deyilsə deyin yaratmayım.--Sefer azeri 00:45, 08 yanvar 2010 (UTC)
Əgər mahnının tarixçəsi varsa yaratmaq olar. Mahnı haqqında məqalə yazmaq lazımdır, özü də ensiklopedik məqalə olmalıdır. Mahnı ancaq sözlərdən və musiqidən ibarətdirsə, VikiMənbəyə yerləşdirmək lazımdır. Ümumiyyətlə, şeir mətnlərinin VikiMənbədə olması məqsədəuyğundur. VikiMənbədə Ayrılıq səhifəsinə bax.--Sortilegus 21:00, 7 yanvar 2010 (UTC)
Onda yüklədiyim ogg lər vikimənbəyə keçirdiniz düzmü anladım.Bəs klassik əsərlər necə olsun.Məsələn mən Kürd Ovşarı və Min bir gecə baleti haqqda məqalə yaratmaq istəyirdim.Will you be there məqaləsi yaratdım onu da köçürmək lazımdır mənbəyə? Amma ingiliscə vikidə adi mahnılara da məqlələr var.Sadəcə olaraq müəllifi və ifaçını qeyd ediblər hətta.Məncə xalq mahnılarımız xüsusilə oğurlanan mahnılarımız haqqında burda məqalələr olsa daha yaxşı olar.Çünki mənə elə gəlir ki,vikipediyanın ziyarətçisi vikimənbəninkindən daha çoxdur.Sarı Gəlin məqaləsinin Həmçinin bax hissəsinə yazdığım səhifələri yaratmıyım deyirsiniz.--Sefer azeri 01:04, 08 yanvar 2010 (UTC)
Mahnı haqqında məqalə şəklində informasiya olmalıdır. İngilis vikipediyasında da belədir. Mahnının sözləri VikiMənbəyə:) ogg fayllar hələlik burdadır - heç yerə köçürməmişəm. Oğurlanan mahnılarımızla bağlı məqalə yaratmaq lazımdır - kim oğurlayıb, nə vaxt oğurlayıb, necə oğurlayıb, harda oğurlayıb. Mətn VikiMənbədə (şeirin müəllifinin səhifəsinə Vikipediyaya daxili keçid) və musiqi - xarici keçidlərdə (ogg fayl kimi də yükləmək olar).--Sortilegus 21:35, 7 yanvar 2010 (UTC)
Bəs ogg mahnılar hara yüklənməlidir.Onlar da mənbəyə?--Sefer azeri 01:39, 08 yanvar 2010 (UTC)
Baxmaq lazımdır ingilis, rus, türk vikipediyasında necədir. Mən dəqiqləşdirib sənə məlumat verərəm.--Sortilegus 14:31, 8 yanvar 2010 (UTC)
Sertifikatlaşdırma
[mənbəni redaktə et]Salam.Musiqi faylları necə sertifikatlaşdırılır?Bir də zəhmət olmasa son iki gündə yaratdığım musiqi məqalələrinə bir bax,gör hər şey normaldırmı.Yəni sonra silinəcəksə heç əziyyət çəkib yaratmayım.--Sefer azeri 05:16, 10 yanvar 2010 (UTC)
Salam. Sertifikatlaşmanı dəqiqləşdirərəm. Baxıram, mahnılara haqqında ətraflı məlumat yerləşdirsən Sarı Gəlin məqaləsindəki kimi, silinməzlər. Ola bilər yalnız sözləri VikiMənbəyə köçürülsün. Hörmətlə:--Sortilegus 22:39, 10 yanvar 2010 (UTC)
Ana Səhifə
[mənbəni redaktə et]Salam.Bizdə Ana səhifə niyə gec-gec yenilənir.31 yanvar Rəsulzadənin doğum günüdür.Deyirəm bəlkə Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Xalq Cümhuriyyəti məqalələrini Ana səhifəyə çıxaraq.--Sefer azeri 13:36, 13 yanvar 2010 (UTC)
Salam. Olar. Rəsulzadənin ad günü ərəfəsində onun haqqında məqaləni qoyarıq ana səhifəyə. O na qədər də gərək 1 dəfə dəyişiklik edək. Bu gün sabah çalışaram normal məzmunlu məqalə tapım. Hörmətlə:--Sortilegus 14:25, 13 yanvar 2010 (UTC)
Fikrimcə yanvarın 25-nə qədər 20 Yanvar hadisələri ilə bağlı, 25-dən fevralın 3-nə qədər Məhəmməd Əmin Rəsulzadə ilə bağlı məqalələr Ana Səhifədə yerləşdirilməlidir. Cekli829 18:33, 13 yanvar 2010 (Cek vaxtı ilə)
Dəstək
[mənbəni redaktə et]İradə xanım sizi tamamilə dəstəkləyirəm və anlayıram.Azərbaycan həqiqətlərindən bəhs edən və əsl silah olan bu cür kitablar haqqında məlumatların silinməsini isə anlamıram.Bu cür kitablar bizim istifadə edə biləcəyimiz yeganə silahlardır bu gün.Elə həmişə qaydalarla oynadığımıza görə də sonda məğlub olan həmişə biz oluruq.Bir də ki,ən böyük Azərbaycan tarixçilərinin əsərləri ruscadır,Deməli biz bu əsərlər haqqında susmalıyıq mı?Nümunə olaraq Fəridə Məmmədovanı,Ziya Bünyadovu və digərlərini göstərmək olar.Nəysə siz bunlara fikir verməyin.Onsuz da hər dövürdə bizim kimi adamlara maneə törədənlər olub və olacaq da.Əsas odur ki,biz özümüzdə mübarizə əzmi tapaq.Azərbaycan türkcəsində olan vikipediyada Azərbaycan alimlərinin əsərləri kateqoriyası yaradıb həmin kitablar haqqında məqalələri də ora yerləşdirmək,eyni zamanda başqa dillərdə olan ensiklopediyalarda da yerləşdirmək və sadəcə yerləşdirmək yox,təbliğ etmək,tanıtmaq lazımdır.Sizə işlərinizdə uğurlar,Tamam yox,davam --Sefer azeri 01:00, 16 yanvar 2010 (UTC)
Sefer azeri, salam. Dəstəyinizə görə minnətdaram. Azərbaycan həqiqətlərini Vikipediyada yaymağa çalışdığıma görə mənə qarşı bu cür aqressiv münasibəti hər kəsdən gözləyərdim, amma öz millətimin gənclərindən yox. Bu cür münasibət mənim üçün çox gözlənilməz oldu. Bu bir daha sübut edir ki, bizim cəmiyyətdə heç də hər şey qaydasında deyil. Nə isə... Bir daha təşəkkürlər. --Ira 21:22, 15 yanvar 2010 (UTC)
Redaktə qaydaları
[mənbəni redaktə et]Salam, Səfər. Məqalələrə əlavə etdiyin mətnlərdə nöqtə və vergüldən, ümumiyyətlə durğu işarələrindən sonra boşluq buraxmaq lazımdır. Başqa mənbələrdən köçürdüyün mətnlərdə bu səhv olmur, amma müşahidələrimə görə özün yazdığın bütün mətnlərdə bu qaydanı pozursan. Xahiş edirəm nəzərə al, çünki, sonra bunu redaktə etmək də ayrıca bir işdir. Wertuose 21:56, 17 yanvar 2010 (UTC)
Ay Səfər! Memarlıqdan yaxşı yazırsan. Amma Wertuosenin də dediyi kimi Azərbaycan dilinin yazı qaydalarına riayət etsən yaxşı olar. Buna müzakizə səhifələrində də diqqət yetirməyini səndən xahiş edirəm. Yazarkən memar kimi yarat! Hörmətlə: Cekli829 12:10, 20 yanvar 2010 (Cek vaxtı ilə)
Başqa dillərdə
[mənbəni redaktə et]Yaratdığım hər hansı bir məqalənin başqa dillərdə olan vikipediyalarda olub-olmadığını necə öyrənməliyəm.Məqaləyə başqa dillərdə bax keçidi qoymaq üçün.--Sefer azeri 02:53, 18 yanvar 2010 (UTC)
Bildiyin dildə olan vikipediyaya girib orada axtarış etməlisən və ya tutaq ki "Qənd" adlı məqalə yaratdın və məsələn, rus dilində bu məqalənin olub-olmadığını yoxlamaq istəyirsən - onda məqalənin lap sonuna [[ru:Сахар]] intervikisini əlavə elə və "Sınaq göstərişi" düyməsini bas. Səhifədə solda aşağıda (intervikilər olan yerdə) rus vikipediyasına keçid yaranacaq - keçidin üstünə gəlib onu ayrıca səhifədə aç. Həmin adda məqalə varsa rus vikipediyasında o açılacaq. İngilis, [[en:?????]] türk də [[tr:???]] eynən o cür. Amma başqa dildə həmin məqaləni tapanda onu elə interviki şəklində məqaləyə yerləşdirmək lazımdır. "Həmçinin bax" və ya "Xarici keçidlər" bölmələrində yerləşdirməyə ehtiyac yoxdur. --Sortilegus 15:12, 18 yanvar 2010 (UTC)
Şablon:Tarixi dövlət
[mənbəni redaktə et]Salam. Yeni {{Tarixi dövlət}} şablonu hazırdır. Wertuose 07:14, 19 yanvar 2010 (UTC)
Salam İradə xanım.Azərbaycan memarlığı haqqında məqalə yaratmaq çox vacib idi.Düzü mən də fikirləşmişdim ki,yaxın zamanda belə bir məqalə yaradım.Amma siz məni qabaqladınız.Amma bir əlavə qeyd etmək istərdim.Məncə məqalədə İslamdan əvvəlki dövr memarlığı iki ayrı başlıq altında Zərdüşti memarlığı (və ya Pagan memarlığı) və Xristian memarlığı.Azərbaycan müdafiə tikililəri - qalalar haqqında da məlumat olması vacibdir.Ayrıca tarixən Azərbaycanda formalaşmış üç memarlıq məktəbi var Arran memarlıq məktəbi,Şirvan-Abşeron memarlıq məktəbi və Naxçıvan-Marağa memarlıq məktəbi.Bunların da qeyd edilməsi yaxşı olardı.Sonra Güney Azərbaycanda Ağqoyunlu,Qaraqoyunlu və Səfəvi dövrünün yadgar olan çoxlu möhtəşəm saraylar (Cəhəl sütun,Həşt behişt və s.)var.Həmin abidələr,həmçinin Güney Azərbaycandakı məscidlər,türbələr,kilsələr və digər memarlıq abidələri haqqında da məlumat verilsə yaxşı olar.Sizə işləriinizdə uğurlar diləyiylə --Sefer azeri 12:01, 20 yanvar 2010 (UTC)
Salam. Sizinlə tam razıyam. Amma Sizin qədər bu barədə məlumatım olmadığım üçün məqalənin bir qədər səthi olduğunu mən də anlayıram. Əgər vaxtınız olsa məqalə üzərində işləmənizi xahiş edərdim. Hörmətlə. --Ira 13:22, 20 yanvar 2010 (UTC)
Ani
[mənbəni redaktə et]Salam.Ani məqaləsində etdiyiniz dəyişikliyin səbəbi nədir?--Sefer azeri 10:31, 21 yanvar 2010 (UTC)
Bunu:
- Ani - Ermənistan (indiki Türkiyə Cümhuriyyəti) ərazisində tarixi şəhər-qala.
Bununla:
- Ani — tarixi şəhər-qala.
- əvəz etdim. Ani haqqında heç bir məlumatım yoxdur. Amma dəqiq bilirəm ki, erməni tarixi qondarma tarixdir. Tarixdəki Ərməniyyəni indiki separatçı Ermənistana aid etmək qətiyyən doğru deyil. Hörmətlə: Cekli829 11:24, 21 yanvar 2010 (Cek vaxtı ilə)
Sizinlə tam razıyam ki, tarixdəki erməni dövlətlərini və Ermənistan ərazisini indiki Ermənistan Respublikası ilə eyniləşdirmək doğru deyil. Ermənilərin Ermənistan Respublikası ərazisinə nə vaxt,kim tərəfindən və haradan köçürülməsi də hamımıza yaxşı bəllidir. Ona görə öz əzəli torpaqlarımız Ermənistan demək doğru deyil. Amma bir şey də həqiqətdir ki, tarixi Ermənistan ərazisi indiki Türkiyə ərazisində - Şərqi Anadolu vilayətlərinin bir neçəsini əhatə edən ərazidir və həmin ərazi ermənilərin vətəni, erməni mədəniyyətinin formalaşdığı yerdir.Əgər maraqlansanız sizə bu mövzuyla bağlı istənilən qədər kitab adı qeyd verə bilərəm.Qədim Ani şəhəri də Baqratuni erməni xanədanı başda olmaqla bir neçə erməni naharar sülaləsinin siyasi inzibati mərkəzi olub.Ona görə də Ani - Ermənistan (indiki Türkiyə Cümhuriyyəti) ərazisində tarixi şəhər-qala. şəklində göstərmək daha doğrudur.--Sefer azeri 11:41, 21 yanvar 2010 (UTC)
Orada Ermənistan əvəzinə Ərməniyyə yazmaq daha yaxşı olmazdımı? Hörmətlə: Cekli829 11:46, 21 yanvar 2010 (Cek vaxtı ilə)
Olar,amma elə bir fərqi yoxdu.Ərməniyyə Ermənistan adının ərəb dilinə uyğunlaşdırılmış formasıdır sadəcə.Amma məncə Ermənistan yazmağımız daha yaxşıdır.Tarixi Ermənistan ərazisinin Azərbaycan ərazisində - indiki Ermənistan Respublikası ərazisində olmadığını nəzərə çarpdırmaq üçün.--Sefer azeri 11:54, 21 yanvar 2010 (UTC)
Ərməniyyə türk sözüdür. Mənası "Ər (igid) mənəm" deməkdir. Nə Qafqazda, nə də Anadoluda tarixi Ermənistan ərazisi olmayıb. Onlar bu coğrafiyada Çar Rusiyası və bəzi Qərb ölkələri (məsələn: Fransa) tərəfindən sonradan qondarılmış məhsullardır. Hörmətlə: Cekli829 12:04, 21 yanvar 2010 (Cek vaxtı ilə)
Ağoğlan qəsri
[mənbəni redaktə et]Salam. Rusca Vikipediyada Лачин maddəsinə yerləşdirilmiş markanın altında yazılıb: Азербайджанская марка, посвященная городу. На изображении армянский монастырь Цицернаванк. Siz Ağoğlan məbədinin erməni deyil məhz Alban məbədi olması haqqında mənə bir neçə tutarlı mənbə gördərə bilərsinizmi, bunu Цицернаванк maddəsinə əlavə etmək istəyirəm.--Melikov Memmed 08:41, 21 yanvar 2010 (UTC)
- Ətraflı məlumat üçün çox sağ olun, ancaq mənbə kimi Rəşid Göyüşovun Amaras-Ağoğlan kitabını götürsək başımıza iş açmış olarıq: Рассуждения Р. Б. Геюшева нелепы, беспочвенны и тенденциозны, а потому антинаучны. Они ни в малейшей степени не способны изменить существующие представления—ни об Албании, ни о Хачене, ни о Гандзасарском монастыре, который, вопреки незадачливому автору, был и остается выдающимся памятником армянской культуры, и им вправе гордиться армянский народ. А заметка Р. Б. Геюшева только засоряет советскую историческую науку. А. Л. ЯКОБСОН--Melikov Memmed 19:27, 21 yanvar 2010 (UTC)
- Salam. Sefer azeri, yaxşı olardı ki, qərbdə nəşr olunan mənbə göstərərdiniz. Çünki rus vikipediyasında mübahisəli məqalələrdə nəinki Azərbaycan, hətta Sovet və Russiya mənbələri də etibarsızlırkar. Ondsa mən rus vikisində məqalənin hətta adının dəyişdirilib Ağoğlan qoyulmasını tələb edəcəm. --Interfase 16:00, 22 yanvar 2010 (UTC)
- Ümumiyyətlə, son dövrlər müşahidə etdiyim qədər burda Alban məbədləri haqqında hər yeni məqalə yaranan kimi onun "erməniləşdirilmiş variantı" rus, ingilis, ukrayna vikipediyalarında yaradılır. Sən özün buna nəzarət elə - bilmirəm rus dilini bilirsən, ya yox. Məsələn, rus vikipediyasında bu şablona bax → [1] Yəni, AzViki istifadəçilərinin (rus, ingilis dilini bilən) bunun qarşısını almaq üçün atmalı olduqları addımları sən koordinə elə. Mən məsələn, təklif edərdim ki, türkdilli vikipediyalarda kütləvi şəkildə bu məbədlər haqqında adlarının Azərbaycan dilindəkinə uyğun məqalələr yaradaq. Mənbələr əlavə edək həmin məqalələrə. Lazım olar idarəçilərinə müraciət edərik ki, bizə köməklik göstərsinlər. --Sortilegus 19:07, 22 yanvar 2010 (UTC)
- Salam. Sefer azeri, yaxşı olardı ki, qərbdə nəşr olunan mənbə göstərərdiniz. Çünki rus vikipediyasında mübahisəli məqalələrdə nəinki Azərbaycan, hətta Sovet və Russiya mənbələri də etibarsızlırkar. Ondsa mən rus vikisində məqalənin hətta adının dəyişdirilib Ağoğlan qoyulmasını tələb edəcəm. --Interfase 16:00, 22 yanvar 2010 (UTC)
Xəritə
[mənbəni redaktə et]Salam.Mən Qərbi Azərbaycandakı rayonlar və şəhərlər haqqında məqalələr yaratmağa başlamışam.Amma bir problem var ki,xəritələrini tapa bilmirəm.Ermənilərin və ya rusların istehsalı olan xəritələrdən də istifadə etmək istəmədim.Çünki,onlar toponimləri təhrif edirlər.Bu məsələdə kömək edə bilsəniz sizə minnətdar olaram.Bir də səs fayllarının sertifikatlaşdırılması ilə bağlı araşdıraram demişdiniz.Bir şey alındı mı?--Sefer azeri 00:51, 21 yanvar 2010 (UTC)
Salam. Xəritədə kəndin yerini göstərmək üçün, yoxsa ümumiyyətlə Qərbi Azərbaycanın xəritəsini? Mənə elə gəlir ki, Qərbi Azərbaycanın hər bölgəsi üçün ayrı-ayrı xəritələr yerləşdirib o xəritələrin üzərində kəndlərin yerini göstərsək yaxşı olar. Bir də ümumi Qərbi Azərbaycanın xəritəsini eyniadlı məqalədə verərik. Bu bizim üçün çox vacib və həssas məsələdir - ermənilər indi müşahidə etdiyim qədər digər böyük vikilərdə ancaq onunla məşğuldurlar ki, Qərbi Azərbaycanın və Qarabağın kənd, şəhər adlarını erməniləşdirirlər. Sənin adları dəyişdirilmiş Qərbi Azərbaycan kəndlərinin köhnə adlarını qeyd etdiyin məqalələri oxudum. Burda o kəndlərin bütün siyahısı olan bir məqalə olmalıdır. Xatırlayıram, cədvəl şəklinə redaktə edib mən salmışam. Dünən axtardım, tapa bilmədim həmin məqaləni. Tapıb sənə keçid verəcəm, ordakı materiallardan da istifadə edə bilərsən məlumatları dəqiqləşdirmək üçün. Kitabxanamda da baxaram - Qərbi Azərbaycanla bağlı kitablar olmalıdır. Tapdığım bütün xəritələrin skanerdən üzünü köçürüb sənə e-mailla göndərərəm. Özün seçərsən arasından və bura yerləşdirərsən.
Sertifikatlar tapmışam, gərək Azərbaycan dilinə tərcümə edək, sonra burda istifadə edək. Çalışaram bu işi də bu həftə həll edim. Hörmətlə:--Sortilegus 17:35, 21 yanvar 2010 (UTC)
Şatal
[mənbəni redaktə et]Salam.Şətəl qalası haqqında mən keçən il məqalə yaratmışdım.İndi də Şatal adlı məqalə yaradıblar.Məzmununda yeni bir şey yoxdu.Məsləhət olsa onu silərsiz.--Sefer azeri 10:35, 21 yanvar 2010 (UTC)
Salam. Birləşdirib istiqamətləndirmə verərik. Hörmətlə:--Sortilegus 17:35, 21 yanvar 2010 (UTC)
Salam. Bu məbəd barədə mənbə göstərə bilərsənmi. Mümkünsə rus və ya ingilis dilində olsun. Material varsa mənin poçt ünvanıma göndər. --Interfase 17:10, 23 yanvar 2010 (UTC)
Qızıl Orda
[mənbəni redaktə et]Salam. Bir Qızıl Orda məqaləsinə baxarsan vaxtın olanda. Hər halda tarixçi kimi bizdən daha yaxşı bilərsən - "Qızıl Orda" olmalıdır, ya "Qızıl Ordu"? Şəxsən mən oxuduğum kitablarda "Qızıl Orda" şəklində yazılışa daha çox rast gəlmişəm. Amma istifadəçilərimizdən biri iddia edir ki, "Qızıl Ordu" olmalıdır. Hörmətlə: --Sortilegus 16:08, 24 yanvar 2010 (UTC)
Kitab
[mənbəni redaktə et]Salam İradə xanım. Məndə Azərbaycan xalqının etnogenezinə aid çox gözəl və obyektiv kitab var. Qiyasəddin Qeybullayev - Azərbaycan xalqının etnogenezindən. Həmin kitabı vikimənbəyə yerləşdirsək yaxşı olar. Məsələ burasındadır ki kitab rus dilindədir. Mən həmin kitabı bizim mənbəyə yerləşdirsəm siz rus vikimənbəsinə köçürə bilərsiniz mi? Məncə bu kitab siz Azərbaycanın yerli əhalisi deyilsiniz deyənlərə ən tutarlı cavabdır. Kömək etsəniz sizə minnətdar olaram. --Sefer azeri 19:33, 24 yanvar 2010 (UTC)
Sefer azeri, salam. Çox həvəslə kömək edərəm. Amma məsələ burasındadır ki, ru-vikitekaya yükləmək üçün həmin kitabın müəllifinin, yəni Qiyasəddin Qeybullayevin icazəsi olmalıdır. İcazəni o, öz e-mail ünvanından bu ünvana göndərməlidir: permissions-ru@wikimedia.org. Qayda burada yazılıbdır: [[2]]. Odur ki, çalışın bizim daha doğrusu onların vikimənbəyinə yükləyin. Ümüdvaram ki, orada mənə göstərilən "hörmət", Sizə qarşı olmaz. --Ira 19:42, 24 yanvar 2010 (UTC)
Çox təəssüf ki, Qiyasəddin bəy dünyasını dəyişib.Bəs bu halda hansısa icazə lazımdır mı? Mən rus dilini bilmədiyim üçün bu işlə məşğul ola bilmirəm. Ona görə sizdən kömək etmənizi xahiş edirəm. --Sefer azeri 01:15, 25 yanvar 2010 (UTC)
O halda, müəllif hüququ hansı qohumuna keçibsə (həyat yoldaşı, oğlu, qızı və s.), onun rəsmi icazəsi olmalıdır. Məsələn, bu məqaləni [[3]] Tahirə xanımın razılığı ilə daxil etmişəm. Ümumiyyətlə Az-vikimənbəyə də daxil edilən kitabların müəllif icazəsi olsa yaxşı olar. Amma rus və ingilisdəki kimi sərt qaydalar yox, daha yumuşaq. Məsələn, zəng edib icazə verən adama e-mail vasitəsi ilə metaya məktub göndərməyi, öz e-mailinin həqiqətən ona mənsub olduğunu İnternetdə sübut etməyi tələb etmək nə qədər realdır. Yalnız bu qaydada icazə alsanız kitabı ru-vikimənbəyə daxil etmək mümkündür. Bu isə asan iş deyil. Əks halda Azərbaycan həqiqətlərini yenə də özümüz deyib, özümüz eşitməli olacağıq. Bu cür kitabların şəxsi veb-sayta və ya bloqa daxil etmənizi məsləhət görmürəm. Onlar etibarlı mənbə sayılmadıqlarından bu cür qiymətli kitablara şübhə ilə yanaşmaya səbəb ola bilərlər. Ən yaxşı üsul Eminlə razılaşıb bu kitabın az-vikimənbəyə daxil edilməsidir. Uğurlar. Hörmətlə, --Ira 08:58, 25 yanvar 2010 (UTC)
Hörmətli Səfər Azəri bəlkəm bunları birləşdirək? Necə baxırsınız? Ümumi işin xeyrinə olar. Mənim mətnim AzTV nin Azərbaycan rəqsləri verlişindən gıtürülmədir. Artıq (İstifadəçi:Wertuose tərəfindən) Şablon:Rəqs mövcuddur.--MrArifnajafov 21:52, 25 yanvar 2010 (UTC)
Təhrif
[mənbəni redaktə et]Salam.Bu şəkildə (http://az.wikipedia.org/wiki/Şəkil:Guney-azerbaycan.PNG) Güney Azərbaycanın ərazisi təhrif edilmişdir.Xahiş edirəm bu şəkili silib yerinə əvvəlkini bərpa edəsiniz.
Hörmətlə --Sefer azeri 19:17, 11 Fevral 2010 (UTC)
Salam. Həmin istifadəçinin fəaliyyəti vandalizm kriteriyalarına uyğun gəldiyinə görə bloklandı. Məlumat verdiyinə görə təşəkkürlər. Hörmətlə:--Sortilegus 20:42, 11 Fevral 2010 (UTC)
Şeyx Səfi kompleksi
[mənbəni redaktə et]Hörmətli Səfər Azəri fikrinizi bilmək istərdim Şeyx Səfi kompleksini məqbərəsi və ya türbəsi ilə əvəz etmək mümkündürmü? Hörmətlə--MrArifnajafov 17:00, 15 Fevral 2010 (UTC)
- Sizi çox gözəl başa düşürəm və razılaşıram. Imformativ cavaba görə təşəkkür edirəm. Hörmətlə --MrArifnajafov 17:01, 18 Fevral 2010 (UTC)
Xəritələr
[mənbəni redaktə et]Salam. Siz demişdiniz Qərbi Azərbaycandakı mahalların və rayonların xəritələrini göndərəcəksiniz mənə. Deyəsən yadınızdan çıxıb. Məqalələri tamamlamaq və hazırda iş gedir şablonlarını çıxarmaq üçün həmin xəritələri gözləyirəm. Hörmətlə:--Sefer azeri 16:49, 19 Fevral 2010 (UTC)
Salam. Məndə Qərbi Azərbaycanla bağlı son nəşrlərdən biri kimi Akif Muradverdiyevin Zəngəzurun tarixinə dair kitabı vardı. Dostlardan biri götürüb, deyəcəm 1 həftəyə-10 günə qaytarsın. Dəqiq yadımda deyil, orda xəritələr vardı, ya yox. Amma kifayət qədər yazılı məlumat vardı. Yaxşı yadıma saldın. Hörmətlə:--Sortilegus 19:16, 19 Fevral 2010 (UTC)
Hörmətli Səfər Azəri xayişinizi yerinə yetirdim. Mən yoxladım çalışır və problem olmamalıdır olsa xəbər edin. Sizə uğurlar.--MrArifnajafov 00:01, 20 Fevral 2010 (UTC)
Bir daha salam. Mahnı şablonunda nəsə problem var deyəsən. Ya da mən düz istifadə etmirəm. Sadness (Part I) səhifəsinə baxın zəhmət olmasa. Şablonun xronologiya yerindəki noname yazısı nədir?Hörmətlə--Səfər Azəri 23:03, 22 Fevral 2010 (UTC)
- Düzdür şablon mənim deyil, amma mən xırda mexaniki dəyişiklik etdim.
Sadəcə olaraq illərə görə çıxmış sonqların adını və illərini yazın.
Məsələn:
|prev = əvvəlki sonqun və ya albomun adı
|prev_no = ili
|Name = sözügedən sonqun adı və ya albomun
|track_no = ili
|next = sonrakı sonqun adı və ya albomun
|next_no = ili
Hörmətlə --MrArifnajafov 20:24, 22 Fevral 2010 (UTC)
- SİZLƏR də həmçinin--MrArifnajafov 20:49, 22 Fevral 2010 (UTC)
Şablon
[mənbəni redaktə et]Hazırdır.--MrArifnajafov 21:24, 11 Mart 2010 (UTC)
Tanrı
[mənbəni redaktə et]- Mən etiraz etmirəm amma görək o birisi dostlarımız nə deyirlər, qərar yekdil olsa dəyişmək su içim kimi bir şeydir.
Şablon haqqında əlavə təkliflərinizi gözləyirəm.--MrArifnajafov 19:12, 21 Fevral 2010 (UTC)
- Bəlkəm Şablon:Misir allahlarının da adını tanrı ilə əvəz edək? Təklifiniz nədir?--MrArifnajafov 10:42, 23 Fevral 2010 (UTC)
Xocalı Soyqırımı
[mənbəni redaktə et]Salam. Zori Balayanın Ruhumuzun dirçəlişi adlı kitabından Xocalı soyqırımının törədilməsi ilə bağlı çox çaraqlı etiraflar tapmışam. Yəqin bilirsiz ki, o,özü də şəxsən həmin gecə Xocalıda olub. İstədim həmin faktları məqaləyə əlavə edim. Amma redaktə olunmur məqalə. Bu nəylə bağlıdır.Hörmətlə:--Sefer azeri 22:36, 21 Fevral 2010 (UTC)
Məqalə indilik Ana səhifəyə qoyulub, ona görə redaktə olunmur. Ana səhifəyə qoyulan məqalələri vandalizmdən qorumaq üçün mühafizə edirik. İstəsən mən bir neçə saatlıq mühafizəni götürərəm, sən faktları əlavə elə sonra yenidən mühafizə edim məqaləni. Hörmətlə:--Sortilegus 20:34, 21 Fevral 2010 (UTC)
Götürdüm mühafizəni. 1-2 saat ərzində əlavələrini edə bilərsən. Hörmətlə:--Sortilegus 21:16, 21 Fevral 2010 (UTC)
Xalça
[mənbəni redaktə et]hələm tam hazır deyil üzərində işləyirəm təklifiniz, əlavəniz varsa deyin--MrArifnajafov 13:48, 23 Fevral 2010 (UTC)
Xarker hücumu
[mənbəni redaktə et]Əziz dostlar mənim zənginləşdirdiyim Afina (mifologiya) məqaləsinə kimsə bunu:"آفینا-میفولوژی یا" 19:34, 24 Fevral 2010 versiyası (redaktə) əlavə etmişdir sözün düzü mən qonşularımızdan yada kosmopolitlərimizdəm şübhələnirəm. Kim bu ananim düzəlişi aydınlaşdıra bilər? Xahiş edirəm kömək etsin. Hörmətlə--MrArifnajafov 10:46, 25 Fevral 2010 (UTC)
- {{[Ar|هئرا]}} Bu şablonu yaradanı mütləq tapmaq lazımdır. O düşməndir. Bu ədalətsizlikdə məncə (şəxsi fikirim) İranlı istifadəçilər istisna deyildir. Mən şablonu silmişəm amma kimə məxsusluğunu tapa bilmirəm--MrArifnajafov 12:08, 25 Fevral 2010 (UTC)
VİKİXƏBƏR
[mənbəni redaktə et]Salam. Bizdə Vikixəbər niyə yoxdur? Hörmətlə:--Sefer azeri 18:29, 26 Fevral 2010 (UTC)
Salam. VikiXəbərin layihəsini hazırlamaq lazımdır. Onun üçün bir neçə fəal istifadəçi çalışmalıdır. Sonra Metadan layihənin açılması üçün icazə alaq gərək. Amma fəal istifadəçi qıtlığıdır. Vikipediyadan başqa 3-4 layihəmiz də var - onları inkişaf elətdirə bilmirik. Fəal istifadəçi sayı artandan sonra VikiXəbər haqqında fikirləşmək olar. Hörmətlə:--Sortilegus 18:57, 26 Fevral 2010 (UTC)
Konkret nəyi nəzərdə tutursunuz, deyin mən yoxlayım.--MrArifnajafov 13:07, 1 Mart 2010 (UTC)
Bir daha yoxlayın. məncə qaydasına düşməlidir. Bu şablon: Şablon:Mahnı əsasən elə albom üçün nəzərdə tutulub. Bir də zəhmət olmasa istəyinizi düzgün ifadə edin ki, kömək edə bilim. Əks təqdirdə boş yerə şablona müdaxilə etmiş oluruq. Bu heç də arzu olunan deyil. hansı şablondan söhbət gedirsə keçidlə (məsələn belə:Şablon:Mahnı) göstərin ki tapmaq asand olsun.--MrArifnajafov 15:46, 1 Mart 2010 (UTC)
Şablon:Mahnı Albomları Hazırdır, isyifadə edə bilərsiniz.. Ölçülüb biçilmiş təklifiniz varsa, deyin əlavə edim.--MrArifnajafov 17:41, 1 Mart 2010 (UTC)
- amma bir məsələ var ki, Şablon:Mahnı Albomları istifadə olunmuş səhifələr yeni istifadə qaydasına uyğunlaşdırılmalıdırlar. hörmətlə--MrArifnajafov 10:24, 2 Mart 2010 (UTC)
Bu 3 bənd əlavə olunmalıdır:
|şəkil_ölçü =
|şəkil_izah =
|prodüser =
--MrArifnajafov 10:29, 2 Mart 2010 (UTC)
Şablon:Mahnı Albomlarında Sinqllar ingilis versiyasına uyğundur. bəlkəm əlavə olaraq albom xranologiyası əlavə edək.
- amma yenə təkrar edirəm, bir məsələ var ki, Şablon:Mahnı Albomları istifadə olunmuş səhifələr yeni istifadə qaydasına uyğunlaşdırılmalıdırlar. hörmətlə--MrArifnajafov 15:43, 2 Mart 2010 (UTC)
Təklifiniz yerinə yetirildi, amma redaktələr sizin boynunuzdadır. Sizin də çərşənbəniz mübarək olsun.--MrArifnajafov 16:15, 2 Mart 2010 (UTC)
- Dəyməz, ehtiyacınız olsa müraciət edin.--MrArifnajafov 16:22, 2 Mart 2010 (UTC)
- özü də çox faydası olacaq. Sizə çox minnətdaram, çoxsağolun, allah köməyiniz olsun.--MrArifnajafov 18:49, 2 Mart 2010 (UTC)
- Baxın görün bəyənirsinizmi? hər ehtimala qarşı dediklərinizi ixtisar etmədim. Amma bənd istifadə olunmasa görsənməyəcək. Ölkəni əlavə etdim. Xahiş edirəm redaktə etməyi unutmayasınız. Yoxsa idarəçilərdən yaxa qurtara bilmərik. (zarafat). uğurlar olsun--MrArifnajafov 16:15, 3 Mart 2010 (UTC)
- Singlelarıdakı g yoxsa q, a yoxsa ə olmalıdır? alternativ söz varsa deyin.--MrArifnajafov 16:44, 3 Mart 2010 (UTC)
Singleları görünməz etdim--MrArifnajafov 17:31, 3 Mart 2010 (UTC)
- AB bəndi Şablon Mahnıya yoxsa Alboma əlavə olunmalıdır?--MrArifnajafov 13:43, 8 Mart 2010 (UTC)
Salam
[mənbəni redaktə et]Çərşəmbəniz mübarək. Ogg faylların sertifikatlaşdırılması ilə bağlı araşdıraram demişdiniz. Bir nəticəsi var mı? Bir də Qərbi Azərbaycanla bağlı xəritələr göndərməliydiz mənə hələ də gözləyirəm. Deyən yaddan çıxıb. --Sefer azeri 16:59, 02 mart 2010 (UTC)
Salam. Sənin də bayramın mübarək. Mən ogg fayllarının lisenziyalarını nəzərdən keçirdim - elə şəkillər üçün nəzərdə tutulan lisenziyalardır. Amma yaxşı olar ki, həmin fayllar commonsa yüklənsin. Məsələn, ruslar "Boje, tsarya xrani" musiqisini köçürüblər commonsa [4] Lisenziya da bunu qoyublar (türkcə nümunəsdir) [5] Bu lisenziya Azərbaycan üçün də keçərlidir. Yəni musiqinin müəllifi 70 il əvvəl dünyasını dəyişibsə həmin musiqini problemsiz commonsa yerləşdirmək və bu lisenziyanı ona "yapışdırmaq" olar. Ümumiyyətlə türklərdə azad fayl lisenziyaları burda [6], ruslarda isə burdadır [7] Amma bəstəkarı sağ olan və ya 70 ildən az vaxtda rəhmətə gedən faylları yerləşdirmək olmaz. Məsələn, Üzeyir bəyin də musiqiləri hələlik bu kateqoriyaya düşür və hələ 8 ildən sonra azad istifadəyə verilə bilər.
Xəritələr yadımdan çıxmayıb. Kitab mənə gəlib çatan kimi skaner edib yollayacam sənə. Hörmətlə:--Sortilegus 19:22, 2 Mart 2010 (UTC)
Əgər mahnıları (oogg) şablonlamasam, silinməlidi? --Sefer azeri 01:13, 03 mart 2010 (UTC)
Lisenziyası qoyulmayan istənilən faylın (şəkil, ya musiqi) silinmə ehtimalı var. Yəni bu gün mən silməsəm, o biri idarəçilər silməsə, sabah idarəçi seçiləcək bir başqası silə bilər, ya metadan styuardlardan hansılarsa gəlib silə bilər. Bir elə "faşist" styuard vardı, amma çoxdandır bura baş çəkmir:) Yəni ən yaxşı variant müvafiq lisenziya tapıb faylı commonsa yükləməkdir. Orda fayllara da güclü nəzarət olunur. Orda qaldısa, deməli həmişəlik qaldı. Həm də commonsda olan faylı digər istənilən vikipediyalarda, vikimənbələrdə və s. də problemsiz istifadə etmək olar. Amma bura yüklədiyin fayl ancaq bura üçündür. Hörmətlə:--Sortilegus 21:25, 2 Mart 2010 (UTC)
Salam. Dediyim həmin kitabı mənə geri qaytarıblar. Təəssüflər olsun ki, orda Qərbi Azərbaycanın xəritələri demək olar ki, yoxdur. Amma həm Qərbi Azərbaycanın, həm də Qarabağın abidələrinin, kəndlərinin, dağ-dərələrinin çox gözəl şəkilləri var. Yazılı məlumat da kifayət qədərdir. İstəyirsən gələn həftə ərzində şəkilləri yavaş-yavaş skan eləyib sənə göndərim, bax gör hansıları yerləşdirmək lazımdırsa burda özün yerləşdir. Mətnləri çalışaram özüm skan eləyim yerləşdirim. Sisyan Vorotan - alban abidəsinin, Qazangölün, Qazan yurdun, Qazanquşun, Keçəl təpənin, Gəmiqayanın, Qafanın, Gorusun, İlanlı dağın, Xotavank, Xudavəng monastırının və s. və i. xeyli şəkilləri var. Zəngəzur mahalının kəndbəkənd statistik göstəriciləri var. Alban məbədləri, abidələri və s. ilə sən burda məşğul olmusan əsasən. Baxarsan təkrar şəkilləri daha keyfiyyətsiz olsa atarsan qırağa, keyfiyyətli olsa burdakıları onlarla əvəzləyərsən. Yeni olanları əlavə edərsən. Hörmətlə:--Sortilegus 21:29, 6 Mart 2010 (UTC)
Təsəvvüf
[mənbəni redaktə et]Sözün düzü mən müsəlman olsam da mömin deyiləm. Şablonu mən yaradaram bu asand işdir amma oradakı adları azərbaycan dilinə çevirmək lazımdır. Bütün adları azərbaycanlaşdırıb mənə göndərsəniz düzəldərəm. --MrArifnajafov 14:05, 4 Mart 2010 (UTC)
- təxminən belə Şablon:Təsəvvüf
Bəyəndinizmi--MrArifnajafov 15:53, 4 Mart 2010 (UTC)
- Bu şablon Şablon:Azərbaycan şərabları üçün materiallar, şəkillər haradan tapmaq olar? Deyəsən GƏNCƏLİSİNİZ və əsasən Gəncəbasar bölgəsində istehsal olunur ona görə soruşuram. Yəqin ki, bilməmiş olmazsınız--MrArifnajafov 15:53, 4 Mart 2010 (UTC)
- İndi razısınızmı?--MrArifnajafov 16:56, 4 Mart 2010 (UTC)
- Ağdam şərabçılıq məktəbinə dair birşey tapsanız zəhmət olmasa xəbər edin--MrArifnajafov 20:23, 5 Mart 2010 (UTC)
- ÇOXSAĞOLUN, böyük köməkdir. Şablona və ümumiyyətlə köməyə ehtiyacınız olsa deyin. Hörmətlə--MrArifnajafov 21:23, 5 Mart 2010 (UTC)
- Şablon:Təsəvvüf Belə necə yaxşıdır?--MrArifnajafov 09:15, 6 Mart 2010 (UTC)
Tarixi dövlət
[mənbəni redaktə et]Bu şablon Wertuose məxsusdu mənim üçün problem deyil amma özü etsə yaxşı olar. Mən etsəm hörmətsizlik kimi çıxar. Ona bir müraciət edin görün nə deyir. Amma yeni yaratmaq və mənimkiləri dəyişdirmək üçün hər zaman hazıram--MrArifnajafov 21:31, 5 Mart 2010 (UTC)
- Məncə siz deyəsən şablonu tam mənimsəməmisiniz, belə ki orada 7 varis və 7 xələf dövlət üçün bəndlər var:
|p1 = 1sələf dövlətin adı
|flag_p1 = 1sələf dövlətin bayrağı
|p2 = 2sələf dövlətin adı
|flag_p2 = 2sələf dövlətin bayrağı
|p3 = 3sələf dövlətin adı
|flag_p3 = 3sələf dövlətin bayrağı
|p4 = 4sələf dövlətin adı
|flag_p4 = 4sələf dövlətin bayrağı
|p5 = 5sələf dövlətin adı
|flag_p6 = 5sələf dövlətin bayrağı
|p7 = 6sələf dövlətin adı
|flag_p8 = 6sələf dövlətin bayrağı
|f1 = 1xələf dövlətin adı
|flag_f1 = 1xələf dövlətin bayrağı
|f2 = 2xələf dövlətin adı
|flag_f2 = 2xələf dövlətin bayrağı
|f3 = 3xələf dövlətin adı
|flag_f3 = 3xələf dövlətin bayrağı
|f4 =
|flag_f4 =
|f5 =
|flag_f5 =
|f6 =
|flag_f6 =
|f7 =
|flag_f7 =
--MrArifnajafov 01:02, 6 Mart 2010 (UTC)
- Şablonlar qaydasındadır sadəcə əgər bayraq məlum deyilsə onda bu bəndləri boş buraxmaq lazımdır.
|p1 = 1sələf dövlətin adı
|flag_p1 = 1sələf dövlətin bayrağı
|p2 = 2sələf dövlətin adı
|flag_p2 = 2sələf dövlətin bayrağı
|p3 = 3sələf dövlətin adı
|flag_p3 = 3sələf dövlətin bayrağı
|p4 = 4sələf dövlətin adı
|flag_p4 = 4sələf dövlətin bayrağı
|p5 = 5sələf dövlətin adı
|flag_p6 = 5sələf dövlətin bayrağı
|p7 = 6sələf dövlətin adı
|flag_p8 = 6sələf dövlətin bayrağı
|f1 = 1xələf dövlətin adı
|flag_f1 = 1xələf dövlətin bayrağı
|f2 = 2xələf dövlətin adı
|flag_f2 = 2xələf dövlətin bayrağı
|f3 = 3xələf dövlətin adı
|flag_f3 = 3xələf dövlətin bayrağı
|f4 =
|flag_f4 =
|f5 =
|flag_f5 =
|f6 =
|flag_f6 =
|f7 =
|flag_f7 =
--MrArifnajafov 21:38, 12 Mart 2010 (UTC)
- O boş qalan yer bayraqların yerləridir. Şablon belə düzəldilib o biri dillərdə də belədir bəlkəm müəllifi Wertuosedən soruşasınız.--MrArifnajafov 21:53, 12 Mart 2010 (UTC)
- Məndə səhifədə boşluq yoxdur. Ardıcıllığı normaldır. Məncə sizin kompyuter proqramı ilə əlaqədardır. Bəlkəm qrafik miqyasını kiçildəsiniz.--MrArifnajafov 13:38, 13 Mart 2010 (UTC)
Rənglər
[mənbəni redaktə et]Veb rəngləri buradan seçin bəyəndiyiniz rəngin şiriftini mənə göndərin.--MrArifnajafov 18:10, 7 Mart 2010 (UTC)
Tərcümə
[mənbəni redaktə et]Bu mətni tərcümə edə bilərsiniz: Ադրբեջանում հայտնաբերվել է միջնադարյան Ադրբեջանի Բալաքյանի շրջանում հայտնաբերվել է միջին դարերին վերաբերող հուշարձան:
Այդ մասին հաղորդում է Armenia.Az-ը՝ վկայակոչելով ԱՊԱ-ին: Նշվում է, որ Բալաքյանի շրջանի փոքր բնակավայրերից մեկում հայտնաբերվել է առաքյալների դարաշրջանին վերաբերող հուշարձան: Տվյալ հուշարձանը հանդիսանում է Կովկասի ամենահին քրիստոնեական տաճարներից մեկը--Raynec 20:34, 12 Mart 2010 (UTC)
Statistika
[mənbəni redaktə et]Salam virtual dost! Necesen. Vikistatistikamı (vikidə nə qədər dəyişiklik etdiyimi) necə və haradan öyrənməliyəm?--Sefer azeri 16:30, 13 Mart 2010 (UTC)
Buradan öyrənə bilərsən. -- Cekli829 16:34, 13 mart 2010 (Cek vaxtı ilə)
{{Dinlə
| Adı = Mahnı və musiqinin adı
| Faylın adı = Faylın adı
| İzahı = Mahnı və musiqi haqqında izah
}}
--MrArifnajafov 15:00, 13 Mart 2010 (UTC)
- Şablon:Mahnıya ikinci dinləni izahı ilə əlavə etdim.--MrArifnajafov 19:49, 14 Mart 2010 (UTC)
{{Dinlə
| Adı = Mahnı və musiqinin adı
| Faylın adı = Faylın adı -->
| İzahı = Mahnı və musiqi haqqında izah
| pos = sadəcə left yazmaq kifayətdir
}}
--MrArifnajafov 22:34, 17 Mart 2010 (UTC)
Musiqi faylları
[mənbəni redaktə et]Salam, Səfər. Son vaxtlar yerləşdirdiyin mahnılar müəllif hüquqlarını pozur. Yalnız qısa prevyu və müəllif hüquqları ilə qorunmayan mahnıları yerləşdirməyə icazə verilir. Yoxsa Vikipediyanın zaycev.ru və ya open.az saytlarından fərqi olmaz ki. Mahnının müəllif hüquqları ilə qorunmadığını isə sübut etmək lazımdır. Yaxşı olar ki, Commonsda, yaxud ingilis, alman, rus və digər etibarlı vikilərdə yerləşdirilmiş musiqi parçalarından istifadə edəsən. Çünki, onlar artıq lazımi yoxlamadan keçmiş və qaydalara uyğun hazırlanmış fayllardır. Wertuose 12:54, 16 Mart 2010 (UTC)
Salam. Axır vaxtlar yerləşdirdiyim mahnıların müəlliflərindən Michael Jackson, Elvis Presli, Frank Sinatra kimiləri artıq dünyalarını dəyişiblər. Enigma və ERA qruplarının mahnıları isə hardasa 90-cı illərin mahnılarıdı. Düşünmürəm ki, həmin mahnıların yayılması qrupa ziyan vura bilər. Axı həmin mahnılar internetdə kifayət qədər yayılıb, yəni onların bizim tərəfimizdən yayılmasını düşünmək gülüncdür məncə. Ancaq çalışaram başqa vikilərdə olduğu halda oradakı parçalardan istifadə edim. --Sefer azeri 17:22, 16 Mart 2010 (UTC)
- Şəxsin ölməsi o demək deyil ki, müəllif hüquqları qorunmur. Bu hüquqlar 50 il müddətinə onun özünə, özü öldükdə isə ailə üzvlərinə və ya təyin etdiyi hər hansı şəxsə və ya firmaya keçə bilər. İnternetdə yayılması o demək deyil ki, buna icazə var. Əslində bu qanunsuzdur. Vikipediya isə hüquqi şəxs olan Vikmedia fondunun layihəsidir. Sabah hər hansı bir müğənni onu məhkəməyə verib təzminat tələb edə bilər ki, Vikidə piratçılığa yol verilir və onun müəllif hüquqları pozulur. Qaydalara əsasən sənin müzakirə səhifəndə yazdığım məsələ qadağandır. Wertuose 14:33, 16 Mart 2010 (UTC)
Səfər, bu mahnıların hamısı yaxın günlərdə silinəcək. Ona görə xahiş edirəm yeni mahnı yükləməyi dayandır. Bir daha təkrar edirəm ki, bu təkcə Vikipediyanın qaydalarını deyil, həm də beynəlxalq qanunları və həmçinin, Azərbaycan Respublikasının qanunlarını pozur. Wertuose 21:38, 18 Mart 2010 (UTC)
- Bir də xahiş edirəm müzakirələri eyni səhifədə apar. Yəni sənə hansı səhifədə müraciət olunursa cavabı da orda yaz. Wertuose 21:40, 18 Mart 2010 (UTC)
Bəs digər vikilərdəki mahnılar? Onlar qanunu pozmur o zaman? Əgər commonsda və ya digər vikilərdə yoxdursa o zaman mən mahnı yükləyirəm. Bəs müəlliflərdən necə icazə almaq olar? Bir də ax mən həmin faylları sertifikatlaşdırıram. O halda da qanunsuz sayılır? Sefer azeri 01:49, 19 Mart 2010 (UTC)
- Digər vikilərdə sən yerləşdirdiyin kimi tam versiyalı və orijinal ifada olan mahnı tapa bilməzsən. Onların əksəriyyəti 25-30 saniyəlik prevyulardır (preview). Əgər sənin yerləşdirdiyin kimi tam ölçülü fayl tapsan onda o faylın məlumat səhifəsində bunun səbəbləri yəqin ki, yazılmış olacaq. Ya həmin mahnı müəllif tərəfindən ictimai istifadəyə verilib, ya da müəllif hüquqlarının vaxtı qurtarıb, yəni artıq 50 il keçib. Mahnının müəllifi həmin mahnının satışından əldə olunan gəlirdən müəyyən faiz alır. Qanun pozuntusu isə ondan ibarətdir ki, internetdə pulsuz yükləmə imkanı verən saytlarda yerləşdirildikdə istənilən şəxs müəllifin intellektual mülkiyyət hüquqlarını pozaraq, heç bir pul ödəmədən mahnını yükləyə bilər. Wertuose 22:09, 18 Mart 2010 (UTC)
- Bir də səncə niyə o qədər məşhur mahnılar Commonsda yoxdur? Çünki, Commonsda hər şey qaydalar çərçivəsində həll olunur. 100-dən çox admini var və hamısı qaydaları gözləyir. Wertuose 22:11, 18 Mart 2010 (UTC)
Sizcə ogg formatda olan hansısa mahnı kiməsə lazım ola bilər ki? Bir də bu qaydalar Azərbaycan mahnılarına da (örnəyi Şövkət Ələkbərovanın ifaları və ya Üzeyir bəyin əsərləri) aiddir?Sefer azeri 02:15, 19 Mart 2010 (UTC)
- Ogg formatında olan mahnıları Winampla və internetdən yükləyə biləcəyin onlarla mediapleyerdə dinləmək və yenə də onlarla və yüzlərlə proqramın köməyi ilə bir neçə saniyəyə mp3 formatına çevirmək olar. Söhbət faylın hansı formatda yerləşdirilməsindən yox, onun ümumiyyətlə müəllifin razılığı olmadan internetdə yerləşdirilməsindən gedir. Bu linkdə "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu"na baxa bilərsən. Qanunun 25-ci maddəsində bu hüquqların qorunma müddəti qeyd olunub. Bütün ölkələrdə müəllif hüquqları bu cür qanunlarla, Beynəlxalq Konvensiyalar və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzvləri tərəfindən təsdiq olunmuş müqavilələrlə qorunur. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbul olunmamasının səbəblərindən biri də bizdə müəllif hüquqlarının qorunmasının lazımi səviyyədə təmin edilməməsidir. Belə görünür ki, "səbəbkar"lardan biri də sənsən :) Wertuose 22:48, 21 Mart 2010 (UTC)
Tarixi dövlətlər
[mənbəni redaktə et]Salam.Ona görə Tarixi dövlətlər (Kuti,Qafqaz Albaniyası və s.) məqalələrində böyük boşluq olur ki, şablon-Azərbaycan tarixi harada yerləşdirsək orada böyük boşluq olur.--Raynec 15:52, 18 Mart 2010 (UTC)
tracklist şablonu
[mənbəni redaktə et]Bizdə deyəsən tracklist şablonu yoxdur, ingilis şablonunu azvikidə istifadəsi mümkün deyil.--MrArifnajafov 18:05, 20 Mart 2010 (UTC)
- Üzərində işləyirəm--MrArifnajafov 18:30, 21 Mart 2010 (UTC)
- Artıq hazırdı istifadə edə bilərsiniz. Bir qədər qəlizdir yəqin ingilis versiyasına baxıb qaydaları mənimsəyərsiniz. Mən izahında bir qədər tərcümə qeydləri etmişəm.
Şablon:Tracklist --MrArifnajafov 00:34, 22 Mart 2010 (UTC)
Etiraz
[mənbəni redaktə et]Salam. Müzakirənizə müdaxilə etmək məcburiyyətindəyəm. Çünki,
"Sefer azeri/Arxiv 2010" |
---|
şablonunda etdiyiniz dəyişikliklər şablonun funksionallığına təsir göstərir. Bu şablon ingilis vikisindəki en:Template:Infobox_song şablonuna uyğun hazırlanmışdı. Lakin, Sefer azerinin istəyi ilə etdiyiniz dəyişikliklərlə bu şablonun bəzi funksiyalarını ixtisar edib, ona en:Template:Infobox single şablonundakı və bəzi digər funksiyaları əlavə etmisiniz. Hər hansı şablonda əlavə və dəyişikliklər etməzdən əvvəl, aradan qaldırmaq istədiyiniz problemin digər vikilərdə necə həll olunduğu ilə ətraflı maraqlanın və çalışın bəndlər digər vikilərdə olduğu kimi olsun ki, istifadəçilər özləri müqayisə aparıb çətinlik çəkməsinlər. Təklif edirəm ki, əlavə Sinql şablonu yaradıb, Mahnı şablonunu ilkin vəziyyətinə qaytarasınız. Əlbəttə ki, sinqllarla bağlı məqalələrdəki düzəlişləri də yerinə yetirmək şərti ilə. Məncə bu işi səbəbkarın özünə tapşırsanız yaxşı olar :) Başqa bir məsələ də şablonda mahnının yerləşdirilməsidir. Bildiyiniz kimi müəllif hüquqları haqqında qanuna görə müəllifin icazəsi olmadan mahnının tam versiyasının internetdə yerləşdirilməsi hüquq pozuntusudur. Yalnız tanışlıq üçün qısa prevyu yerləşdirməyə icazə verilir. Bizdə isə müəllif hüquqları ilə qorunan mahnıların tam versiyaları yerləşdirilib ki, bu da Vikipediyada tamamilə qadağandır. İngilislər estetik zövqdən məhrum olduqlarına görə yox, məhz bunu nəzərə aldıqları üçün şablonda bu bəndi qoymayıblar. Sizin istəyinizlə rəqs şablonuna belə bir bənd əlavə etmişdim, çünki rəqs musiqilərinin əksəriyyəti artıq köhnə musiqilərdir və müəllif hüquqları onlara şamil edilmir. Amma Səfərin əlavə etdiyi mahnıların bəziləri heç "yetkinlik yaşına" çatmayıb :) Wertuose 12:46, 16 Mart 2010 (UTC)
- Xahiş edirəm fikirinizi bildirin--MrArifnajafov 20:09, 28 Mart 2010 (UTC)
Eyni məqalə?
[mənbəni redaktə et]"Azat" məqaləsi Azad" məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür. -- Cekli829 16:17, 1 aprel 2010 (Cek vaxtı ilə)
Alban Katolikosları
[mənbəni redaktə et]Alban Katolikosları şablonunda bəzi keçidləri niyə dəyişdirdin? Daha doğrusu niyə yığışdırdın? -- Cekli829 15:59, 2 aprel 2010 (Cek vaxtı ilə)
Salam. Çünki, həmin katolikoslar haqqında heç bir məlumat yoxdur. Dövrümüzə yalnız onların adları çatıb. Deyirəm bəlkə şablonda Alban Katolikosları yazısının hər iki tərəfinə alban xaçı yerləşdirək? Daha gözəl görünər. --Sefer azeri 16:07, 2 Aprel 2010 (UTC)
Alban Katolikosları haqqında Siz daha yaxşı bilirsiniz. Alban Katolikosları şablonunu necə istəyirsən elə də təkmilləşdir. Fikrimcə bəzi adların dəqiqləşdirilməsi də lazımdır. Barələrində məlumat olmayan katolikoslar haqqında da məqalə yaratmaq olar. Məsələn: orada göstərmək olar ki, təxminən hansı dövrdə yaşayıb, neçənci katolikos olub? Yəni qaralama formasında məqalə yaratmaq olar. Tarixçilərin araşdırması da güman edirəm ki, öz bəhrəsini verəcək. 100% əminəm ki, xarici ölkələrin arxivlərində bu haqda ətraflı məlumat mövcuddur. -- Cekli829 16:47, 2 aprel 2010 (Cek vaxtı ilə)
Yox qətiyyən, keçidləri qaldırdığım katolikoslar haqqında heç nə bilinmir. Mən bir aydan çox vaxt sərf edib, bu haqqda olan həm yerli, hə də xarici ədəbiyyatla tanış olmuşam. Həmin katolikosların nə hansı dövrlərdə yaşadıqları nə də neçənci katolikos olmaları bilinmir və Fəridə Məmmədovanın da qeyd etdiyi kimi, sıralamadakı yerləri belə təxminidir. Bir məsələdə var ki, mən şablonlarla işləyə bilmirəm. Heç başım çıxmır. İmkan olsa dediyim kimi siz uyğun şəkil seçib əlavə edərsiz şablona. --Sefer azeri 16:55, 2 Aprel 2010 (UTC)
Dəvəçi
[mənbəni redaktə et]Dəvəçinin adı dəyişdirilməyib. Mən bilən Prezidentin qərarı olmalıdır bunun üçün. --Sefer azeri 18:03, 2 Aprel 2010 (UTC)
100% o da olacaq! -- Cekli829 18:03, 2 aprel 2010 (Cek vaxtı ilə)
Plagiat
[mənbəni redaktə et]Salam. Bura ([8]) və bura ([9]) baxın. Bizim məqaləni, hətta məqalədə yerləşdirdiyim şəkilləri oğurlayıblar. --Sefer azeri 16:41, 02 aprel 2010 (UTC)
Salam. Əslində elə bizim burda məqsədimiz ondan ibarətdir ki, yazdıqlarımızı götürüb başqa saytlara da yerləşdirsinlər. Bir neçə digər sayt da var ki, aktiv şəkildə bizim materiallardan istifadə edir. Vikipediyada heç bir məqalənin müəllifi olmadığı üçün məqalələr də müəllif hüquqları ilə qorunmur. Hörmətlə:--Sortilegus 20:23, 2 Aprel 2010 (UTC)
Misir və Mifologiya silsiləsi
[mənbəni redaktə et]Necə bəyəm?--MrArifnajafov 19:23, 4 Aprel 2010 (UTC)
- Bu bəhs hələ də diqqətimdədir, amma digər vaxt aparan görüləsi işlər də var. Sadəcə başladığım bütün mövzulara imkan daxilində dövri baş çəkirəm.--MrArifnajafov 19:35, 4 Aprel 2010 (UTC)
- Minnətdaram--MrArifnajafov 20:20, 4 Aprel 2010 (UTC)
Zaviyə məscidi
[mənbəni redaktə et]Bu məqalə nəyə görə silinib? Əgər redaktə ilə bağlı səhv varsa, düzəltməyə çalışacam... --PPerviz 22:53, 4 Aprel 2010 (UTC)
Çünki siz artıq ikinci dəfədir ki, eyni mövzu haqqında ikinci məqaləni yaratmağa çalışırsınız. İnanıram ki, bu sadəcə diqqətsizlikdən baş verib, amma lütfən daha diqqətli olmağa çalışın. Zaviyyə məscidi haqqında mən iki il bundan əvvəl səhifə yaratmıdım. Əgər hansısa əlavələriniz varsa həmin səhifəni inkişaf etdirin. Bir də Azvikidə Azərbaycan abidələri haqqında olan (Azərbaycan məbədləri, qalaları, türbələri, məscidləri və s.) məqalələrin əksəriyyətini mən yaratmışam. Hansısa kömək lazım olsa mənə müraciət edə bilərsiz. --sefer azeri 17:00, 05 aprel 2010 (UTC)
- Günahkarı mən deyiləm. Ayrı-ayrı mənbələrdə adlar fərqli yazılıb. Mən "Zaviyyə" adını siz deyəndən sonra vikipediyada gördüm. Axtarış sistemlərində hər iki addan nəticə almaq mümkündür. Amma bu abidənin adı, AMEA-ın Naxçıvan bölməsinin hazırladığı "Naxçıvan Abidələri Ensiklopediyası"nda isə "Zaviyə-mədrəsə binası" kimi verilib. Təklif edirəm, məqalə elə bu adda yazılsın.--PPerviz 14:07, 5 Aprel 2010 (UTC)
- Söz ərəb mənşəli sözdür və "y" hərfinin qoşa yazılması burdan irəli gəlir və tamamilə doğrudur. O, ki, qaldı mədrəsə və ya məscid olmasına, NMR saytında və ASSR Ensiklopediyasında məsid kimi göstərilib. məncə məscid olaraq qalsa daha yaxşıdır amma, siz necə istəyirsiniz elə də edin, artıq müdaxilə etməyəcəm. Sadəcə çalışın dezinformasiya olmasın və səhifənin estetik görüntüsü pozulmasın, lütfən. Əks təqdirdə mən təkrar müdaxilə etməyə məcbur olacam.--sefer azeri 20:24, 05 aprel 2010 (UTC)
- Düz deyirsən, məscid kimi qalması yaxşıdır. Məqaləni dahada genişləndirib, ingilis dilində olan variantıda yerləşdirərəm.--PPerviz 16:55, 5 Aprel 2010 (UTC)
Bir şey də deyim. Anladığım qədəriylə siz memarlıq üzrə təhsil alırsınız. Yaxşı olardı ki, Güney Azərbaycandakı xristian məbədləriylə bağlı bir az araşdırma aparıb ordakı xristian abidələrimiz haqqında məqalələr yaradasınız. Məsələn Xoyda bir məbədi (Müqəddəs Faddey Məbədi və ya Qara kilsə [10]) ermənilərin və farsların birgə səyi nəticəsində YUNESKOda erməni məbədi kimi qeydiyyatdan keçirdilər. Möhtəşəm bir abidə olan bu məbədin ermənilərə bir aidiyyatının olması şəxsən mənə inandırıcı görünmür. Amma memarlıqdan o qədər də başım çıxmadığı üçün onu araşdırmaq imkanım məhduddur. Amma tarixçi kimi ərazidə ermənilərin yaşamadığını və bizim qədim torpağımız olduğunu deyə bilərəm. Ərdəbildə və Urmiyada da belə xristian abidələri var. Amma biz onlara da sahib durmamışıq hələ. Ermənilər yiyələnməmiş gəlsənə biz həmin abidələrin bizə aid olduğunu sübut edək. Yoxsa yenə gec olacaq. --sefer azeri 20:34, 05 aprel 2010 (UTC)
- Sizlə tamamilə raziyam. Bu məsələ ilə ciddi məşğul olacam.--PPerviz 16:55, 5 Aprel 2010 (UTC)
Köhnəqala və Yezidabad başlığına baxın, [11]--PPerviz 16:55, 5 Aprel 2010 (UTC)
Kiş məbədi "təhrif"
[mənbəni redaktə et]Salam. İngilis ([[12]]) və rus ([[13]]) dillərində Kiş məbədi ilə bağlı məqalələrdə ciddi təhrif var və bu təhrif birbaşa ermənilərə xidmət edir. Belə ki, ingilis dilində olan yazıda məbədin 12 - 13 cü əsrlərdə tikildiyi göstərilir. və bu Alban kilsəsinin ən qədim kilsələrdən biri olduğunu sbut edən faktın təhrifidir ki, bu da ermənilərin guya ən qədim kilsəyə malik olmaları ilə bağlı uydurmalarını yaymalarına şərait yaradır. Rus dilində olan versiyada isə məbədin I əsrdə inşa edilməsi göstərilsə də onun gürcü və erməni kilsələrinə aid olması qeyd edilir və yenə də alban mədəniyyəti mənimsənilir. Eyniylə ingilis dilində olan məqalədə də məbədin erməni və gürcü kilsələrinə aid olması göstərilir və tarixi, dolayısıyla Azərbaycan tarixi saxtalaşdırılır. Halbuki, Moisey Kalankatlı məbədin birinci əsrdə müqəddəs apostol Yelisey tərəfindən inşa edilməsi haqqında məlumat verir. Mən Kalankatlının əsərindən həmin hissəni tapıb öz dilimizdə olan varianta əlavə edəcəm. Çox xahiş edirəm, imkanınız daxilində siz ingilis və rus mətnlərinə müdaxilə edəsiniz və göstərdiyim təhrifləri aradan qaldırasınız. Mümkünsə nəticə haqqında da mənə bilgi verin. Hörmətlə --Sefer azeri 23:35, 11 Mart 2010 (UTC)
Salam. Həmin vikilərdə fəaliyyət göstərən bizimkilərdən xahiş edərik, tərcümə edib yerləşdirərlər məqaləyə. Əsas mənbələri dəqiq göstərməkdir. --Sortilegus 10:06, 12 Mart 2010 (UTC)
Salam. Azərbaycan tarixi və Tarixi dövlət şablonlarının birlikdə yerləşdirildiyi məqalələrdə böyük boşluqlar yaranır. Bu nədən ola bilər? --Sefer azeri 21:55, 12 Mart 2010 (UTC)
Salam. Hansı məqalədə? Məsələn, Kuti dövləti məqaləsində boşluq yoxdur.--Sortilegus 17:27, 12 Mart 2010 (UTC)
Salam. Şəki əyalətinin 1824-cü il siyahıyaalma aktlarında Kiş kəndində 1 nəfər də olsun erməninin yaşamadığı məlum olur. Rəşid bəy Əfəndiyev 1925-ci ildə çap olunmuş kitabında göstərir ki ermənilər Kiş kilsəsini mənimsəyiblər (bu sözü ona görə yağlı hərflərlə yazdım ki, bizə deyirdilər ki "mənimsəmək" sözü süni sözdür, 70-ci illərdə, Dilçilik İnstitutu tərəfindən yaradılıb, amma eldirsə 1925-ci ildə nəşr olunmuş kitabda necə peyda olub?), hə Rəşid bəy göstərirdi ki, ermənilər kilsənin kirəmit dam örtüyünü dəyişib, sarı dəmirlə əvəz ediblər. Kilsənin 2000-ci ildə təmiri zamanı, Rəşid bəyin dedikləri düz çıxdı, həqiqətən, daha əvvəl kilsənin dam örtüyünün kirəmit olması məlum oldu və elə əvvəlki vəziyyətinə də qaytarıldı.
O ki qaldı kilsənin tikilmə tarixinə, onun bünovrəsi əlbəttə ki Yelisey tərəfindən qoyulmuşdur! Albaniya tarixinə əsasən hətta ili də dəqiqləşdirmək olur. Mən belə bir məqalə yazmışdım nə vaxtsa. Hətta İusus Xristosun mühakimə etmiş Roma prokurorunun prokurorluq etdiyi illəri də öyrəndim ki, Kiş kilsəsinin nə vaxt tikildiyini bilim...
Daha sonra, 6-cı əsrdə, erməni əlifbasının yaradıcısı Mesrop Maştos (o, erməni deyil ha!) burada müqəddəs xaç gizlədir, özü gedəndən sonra, onun Kiş kilsəsində saxladığı tələbələri öldürürlər. Bir neçə yüz il sonra, Mesropun Kişdə gizlətdiyi müqəddəs xaç zərrəciyini Şəki yepiskopu Yelezear tapır, sonra bu yepiskop Albaniya katalikosu seçilir, deyəsən, həmin illərdə Kilsə yenidən təmir eilir. Bunlar, yadımda qalanlardı və hamısı Albaniya tarixində yazılıb. 2000-ci ildə kilsədə qazıntı zamanı sasanilərə aid gümüş sikkə tapılmışdır, deyirlər ki 5-6-cı əsrlərə aiddir. Kilsənin divarından nümunə götürüb apardılar ki "radiokarbon" analizi deyilən bir analiz var, bu analizlə yaşını yoxlasınlar, lakin mən nəticə barədə ciddi bir məlumat əldə edə bilməmişəm. Kilsə müqəddəsliyini hələ də saxlayır. Albaniya tarixində, bir yerdə yazılıb ki, kimsə kilsənin ətrəfını mundarlamaq istəyib və yerindəcə quruyub qalıb. 1000 il sonra, 2000-ci ildə bu sözü mən həmin Kiş kəndi sakinlərindən də eşitdim, "flankəsin oğlu, xəlvət bir yer axtarırmış, kilsənin, həyətinə keçib və neçə dəqiqə quruyub qalıb, yəni tərpənə bilməyib".
Daha sonralar, kiş kilsəsi gürcü kilsəsinə tabe ola bilər, məndə bir gürcü mənbəsi var 15-ci əsrə aid, deyəsən, orada yazılıb ki Kiş kilsəsində Gürcü və Alban dilləri tədris olunur. 15-ci əsrin əvvəllərinə aid digər bir mənbədə isə Şəkidəki xristianların gürcülərlə eyni məzhəbdə olmaları, lakın əlavə olaraq məxsusi dini ayinlər icra etmələri göstərilir. Mənim bildiklərim bu qədər...
Aydinsalis 10:20, 11 aprel 2010 (Bakı)
Qazaka
[mənbəni redaktə et]Salam. Qazaka məqaləsinin ingilis dilindəki versiyasında azərbaycan türkcəsini, həmçinin məqaləninin başında başqa dillərdə şəhərin adlandırılması yerinə azərbaycan türkcəsi:Qazaka şəklində bir əlavə etdim. Lakin bu gün baxdım ki, həmin əlavələri siliblər. Düşünürəm ki, bu farsların işidir. Çünki, ingilis dilində olan yazıda dezinformasiya var. Mümkünsə bu işlə məşğul olun və ya birinə deyin. Mənbələrdə birmənalı olaraq şəhər Azərbaycan şəhəri kimi təqdi olunur. Mən faktları əqalədə yerləşdirmişəm. Lütfən bu məsələyə diqqət yetirin. --Sefer azeri 20:40, 31 Mart 2010 (UTC)
Salam. Ermənilərin "yaradıcılığı"dır. Məqalədəki xəritə də Tiqranın "Böyük Ermənistan"ıdır. Sən bizim vikidəki məqaləyə mənbələr əlavə elə ki, onları ingilis vikisindəki məqaləyə köçürmək mümkün olsun. Özü də yaxşı olar ingilis dilində mənbələr olsun.--Sortilegus 16:13, 31 Mart 2010 (UTC)
Qazaka məqaləsinə mənbələri əlavə etdim. Bir də Kiş məbədi məqaləsinə də Kalankatlının Alban tarixi əsərindən məbədin tarixçəsiylə bağlı hissəni əlavə etmişəm. Çox xahiş edirəm ingilis vikisində məbədin gürcülərlə və ermənilərlə bağlanılmasını və adların ermənicəsinin göstərilməsini yığışdırın. Əlavə etdiyim parça məbədin yalnız və yalnız albanlara aid olduğunu sübut edir. İngilis vikisində Kiş kəndinin adı və sair erməni dilindəki qarşılığı da göstərilir buna nə ehtiyac var axı, nə məbədin nə də Kişin ermənilərə dəxli olmadığı halda. Çox xahiş edirəm Qazaka və Kiş məbədiylə bağlı yalnışlıqların aradan qaldırılasında kömək edin. --Sefer azeri 01:53, 01 aprel 2010 (UTC)
Əlavə olunan mənbələr xarici keçidlər (internet səhifələrinə istinadlar) formasında olmalıdır. İngilisdilli vikipediyadan mən nəyisə yiğişdıra bilmərəm axı. Mən Azərbaycan dilində olan vikipediyanın idarəçisiyəm. İngilisdilli vikipediyada sənin "dəyişikliklər mübarizəsi" aparman üçün ingilis dilini bilmən vacibdir. Burda (Azərbaycandilli vikipediyada) kim "xətrinə dəysə" mənə müraciət edə bilərsən, orda (270 dildə vikipediya) mən gücsüzəm. --Sortilegus 21:25, 31 Mart 2010 (UTC)
Mən məqaləni kitablardan istifadə edib yazmışam, necə internet səifələrinə istinad göstərə bilərəm? Bizim vikidə ingilis dilini bilən yoxdu ki, ona deyək bu işlərlə məşğul olsun. Anlamıram nəyə görə biz ən primitiv şeyləri belə sübut edib göstərə bilmirik? --Sefer azeri 14:47, 01 aprel 2010 (UTC)
Kitab mənbəsini, özü də Azərbaycan dilində olan kitabları tutarlı mənbə hesab etməyəcəklər orda. İnternet mənbəsi istəyəcəklər. Hər halda cəhd eləmək olar. Gərək ingilis dilinə tərcümə edilsin sənin məqaləyə əlavə etdiyin faktlar. --Sortilegus 12:02, 1 Aprel 2010 (UTC)
Shekil
[mənbəni redaktə et]Bunun izahi nedir? Hormetle Gülməmməd | Danış 19:17, 6 Aprel 2010 (UTC)
Nizami kürd?
[mənbəni redaktə et]Salam. Kürdlər məqaləsinin ingiliscə olan qarşılığında ([14])tanınmış kürdlərin sırasında Nizami Gəncəvinin də şəkli verilib. Hətta onun anasının kürd olduğunu qəbul etsək belə (Xəlil Yusifli və Həmid Araslı bunun əksini iddia edir) onun kürdlər sırasında verilməsi doğru deyil. Məqalənin digər dillərdə olan qarşılıqlarına da baxdım. Yalnız ingilis dilində olanda belə səhv var. Çox xahiş edirəm həmin şəklin dəyişdirilməsinə çalışın. Axı Nizami bizim ən böyük dəyərlərimizdəndir. Milləti tərənnüm etmək üçün bir iki nəfərin adını çəkiriksə (Əlin qələm, sinən dəftər,Nizamilər, Füzulilər, De gəlsin hər nəyin vardır, Deyilən söz yadigardır.) onlardan da biri Nizamidir. Çox xahiş edirəm heç olmasa buna sahib durmağımıza kömək edin. İngilis vikisinin idarəçilərinə məsələni siz başa salın və ya ingilis dili bilən bizimkilərdən biri bunu etsin, amma mütləq edilsin bu iş. Yoxsa artıq itiriləsi bir şeyimiz qalmayacaq. --Sefer azeri 01:06, 07 aprel 2010 (UTC)
Salam. Məlumatım var. Nizamiyə deyəsən bizim özümüzdən başqa hamı yiyə durmağa hazırdır. Farslar, indi kürdlər, mənə təəccüblü gəlir ki, indiyəcən ermənilər hələ nə əcəb yerlərindən tərpənməyiblər:) Şəkil commonsa yüklənib, commonsdan onun ya çıxarılmasına, ya da redaktə edilib Nizaminin şəklinin ordan çıxarılmasına çalışmaq lazımdır. --Sortilegus 20:13, 6 Aprel 2010 (UTC)
- Sortilegus, dostcasina deyirem, dedin tarixchisen amma gorunur Nizaminin eserinde anasinin kurd oldughunu yazdighindan xeberin yoxdur :( Deyrirem bes becahre millet ne etsin :)
Hormetle Gülməmməd | Danış 20:45, 6 Aprel 2010 (UTC)
- Tarixçi mən deyiləm, Səfər Azəridir. Mən filoloqam:) Filoloq üçün daha ayıbdır ki, Nizaminin hansısa əsərində anasının kürd olduğunu yazdığını bilməmək:)Zarafat bir yana, amma lap əgər Nizaminin anası kürddürsə də onun şəkli tanınmış kürdlər siyahısında ola bilməz. Çünki kürdlərdə ana xətti əsas götürülmür. Puşkinin də bir babası həbəşdir (efiop). Onda gərək həbəşlər Puşkini tanınmış həbəşlər siyahısına salsınlar. --Sortilegus 14:04, 7 Aprel 2010 (UTC)
Deyəsən xəbəriniz yoxdur, ermənilər keçən ildən əl-ayağa düşüblər. Gəncə haqqında İrəvanda (akademik nəşr) keçən il çıxan kitabda Nizami bu şəkildə "qədim erməni şəhəri Qandzakın fəxri və erməni ədəbiyyatının günəşi" kimi təqdim olunur. Amma vikiyə yol açmayıb bu "informasiya". Mümkün qədər tez- nə qədər ki, başqa vikilər də istifadə etməyib həmin şəklə bir əncam çəkməyə çalışın lütfən. Ayrıca Səlahəddin Əyyubi də kürd deyil. XI əsrdə hansısa kürd hökmdardan danışmaq absuddur. Axı həmin millət heç o vaxt formalaşmamışdı. Səlahəddin Əyyubinin şəcərəsi vardı məndə, qıpçaq türküdür, köküdə Gürcüstana gedib çıxır. Həmin şəcərəni tapmağa çalışacam. Özüm ingilscə bilsəm sizə bu qədər əziyyət verməzdim amma təəssüf ki, ancaq burda nəsə edə bilirəm. Ona görə çox xahiş edirəm Nizamini kürdlükdən "xilas edin". --Sefer azeri 01:31, 07 aprel 2010 (UTC)
Təəssüf ki, sənə əvvəlcə də yazdığım kimi, mənim ingiliscəm ingilisdilli layihələrdə ciddi dəyişikliklər, redaktələr etməyə mənə imkan vermir. Müzakirələr aparmaq üçün də ingiliscəni mükəmməl bilmək lazımdır. Bu işləri görməyi bizim həmin layihələrdə gəaliyyət göstərən soydaşlarımızdan xahiş etmək lazımdır. --Sortilegus 14:04, 7 Aprel 2010 (UTC)
Çox sayda kürd digər millətlər üçün çalışıb, yazıb yaratmışlar. Lakin Nizami Gencevi ümumdünyavi dəyərləri, maarifçiliyi təbliğ etsədə, öz kürdlüyünü həmişə vurğulamış və bir neçə əsərini kürdcə yazmış, əsərlərində kürdlərə geniş yer vermişdir. Lakin indi bu haqda məlumat tapmaq çətindir, hər şey redadtə olunub.
Qərbi Azərbaycan rayonları
[mənbəni redaktə et]Salam. Mən də Qərbi Azərbaycan rayonlarıyla bağlı normal xəritə tapa bilmədim. İndilis vikisində sadəcə üstü yazısız Ermənistan xəritəsi yerləşdiriblər, amma necəsə şablonda rayonların dəyişdirilmiş-erməni dilində olan adı da görünür xəritədə. Mən bir az baxdım, bir şey anlamadım. Əgər bizdə də elə bir şey etmək mümkündürsə, biz də yazısız Ermənistan xəritəsi yerləşdirib, üstündə də Azərbaycan dilində olan toponimləri qeyd edək. Əgər bnu necə etdiklərini bilirsinizsə, bizdəki, Qərbi Azərbaycan rayonları haqqında olan məqalələrdən birinə tətbiq edin və necə edildiyini mənə başa salın, başqalarını mən özüm düzəldərəm. --Sefer azeri 16:34, 07 aprel 2010 (UTC)
Salam. Mən baxaram, mümkün olsa sən dediyin kimi edərəm, onu nümunə götürərsən. Hörmətlə:--Sortilegus 14:07, 7 Aprel 2010 (UTC)
İngilis dilində konkret hansı məqaləni nəzərdə tutursan? Birinə keçid ver, mən baxım. --Sortilegus 18:53, 7 Aprel 2010 (UTC)
Abaran məqaləsində bu gün, ya sabah düzəldəcəm, onu nümunə götürərsən.--Sortilegus 20:00, 7 Aprel 2010 (UTC)
Əslində işarə-xəritə şəhərlər və kənd üçündür.Abaran isə rayondur.Məncə Abaran rayonu üçün yeni xəritə düzəltmək lazımdı kəndlərini isə işarə-xəritə ilə göstərmək olar.--Raynec 20:00, 7 Aprel 2010 (UTC)
"Şəhər" şablonu da bizdə zəifdir. Ruslarda belə bir şablon var. "Yaşayış məntəqəsi" şablonu - ona uyğun birini burda yaradaram, onu əlavə edərik məqalələrə. Hələ tələsmə. --Sortilegus 20:50, 7 Aprel 2010 (UTC)
Nizami kürdcə bir şey yazıb məgər?!
[mənbəni redaktə et]- Müzakirələrdə iştirak etməmişəm deyə bu sual məni maraqlandırır:
- Gülməmməd iddia edir ki, Nizaminin Azərbaycan dilində əsəri olmadığına görə Azərbaycanlı deyil, kürddür. Nizami kürd dilində yazıb ki?! --Vago 11:50, 7 Aprel 2010 (UTC)
- Azerbaijanli ve Azerbaijan shairi olmaq ferqli anlayishlardir. Nizami fars shairidir chunki o farsca yazib amma o fars deyil. Kurd shairi da deyil, sadece poeminde anasinin kurd oldughunu aydinca yazib ve kurd nesilli shekhsiyyet kimi teqdim oluna biler. Amma onun "yerde qalan hissesinin" azeri oldughunu nece subut ederdiniz? (men demirem ki, atasi azeri olmayib amma mene bunu gosteren membe lazimdir). Gülməmməd | Danış 15:20, 7 Aprel 2010 (UTC)
- Üzr istəyirəm, söhbətə müdaxilə etdiyimə görə. Nizaminin Azərbaycan şairi olması aksiomadır, yəni sübuta ehtiyacı yoxdur, dünya da bunu elə belə qəbul edib, çünki onun doğulub boya-başa çatdığı və yazıb-yaratdığı şəhər, hal-hazırda Azərbaycan Respublikasının şəhərlərindən biridir! Nəvai, İbn Sina özbək dilində yazıb bəyəm? Heç o vaxt nə özbək var idi, nə də Özbəkistan, amma dünya onları Özbək şairi və özbək alimi kimi qəbul edir. Yeri gəlmişkən, "Azərbaycan" qəzetinin bir Gəncə müxbiri var, milliyətcə ləzgidir, o yazıb ki Nizami əslən, Qaxın Qum kəndindəndir, İranın Qum şəhərindən yox! Həmin kənd də, deyirlər, ləzgi kəndidir və ləzgilər də bunu əsas götürüb Nizamini ləzgi hesab ediblər. Şəxsən, özüm oxumuşam, onların kitablarını, tanınmış ləzgilərin adları və şəkilləri arasında başda Nizaminin şəkli dururdu. Amma mən təklif edirəm, biz gərək, diqqətimizi belə şeylərə yönəltməyək, hansı dildə wikipediada səhv varsa, bu, həmin dildə vvikipedianı redaktə edənlərin problemləridir, biz wikipedianın azərbaycan dili bölməsində hər şeyin dəqiq olmasına çalışmalıyıq. --Aydinsalis 03:00, 13 Aprel 2010 (Bakı v.)
- O ki qaldı Nizaminin hansı millətdən olmasına, bu barədə əvvəlcə nizamişünasların fikrini öyrənmək lazımdır. Mənim subyektiv fikrim isə budur ki, onun adı "İlyas" idi və bu ad türkdilli xalqlara məxsus addır, ona görə Nizamini milliyyətcə də Aərbaycan türkü hesab etmək olar.
Aydınlaşdırma
[mənbəni redaktə et]Bu şəkillərdə ([15], [16]) nədən bəhs edildiyini aydınlaşdırmağa kömək edin lütfən. Şəkildə təsvir olunan ([17]) Qoşavəng məbədindəki çox məşhur xaç daşıdır.--Sefer azeri 19:29, 04 aprel 2010 (UTC)
Şəkillər rus vikipediyasındakı bu məqaləyə yerləşdirilib. Konkret həmin şəkillərlə bağlı iddia olunur ki, Azərbaycan tarixçiləri erməni xaçkarlarındakı təsvirləri saxtalaşdırıb onları dəyişdirirlər. --Sortilegus 14:18, 7 Aprel 2010 (UTC)
Xahiş
[mənbəni redaktə et]Salam. Xahiş edirəm mənim üçün də 2008, 2009, 2010 cu il arxivləri yaradın və ya başa salın necə edilməlidir özüm edim. Yoxsa belə müzakirə səhifəm yaman uzanıb. ---Sefer azeri 19:07, 8 Aprel 2010 (UTC)
Salam. Düzəldirəm indi. 2008 və 2009-u arxivləşdirərəm, 2010-a özün baxarsan. Hansı müzakirənin ki, davam etmə ehtimalı var onu saxlayıb, məsələn, ondan sonra gəlsə də bitmiş müzakirə olanı arxivləşdirə bilərsən. Yəni bu artıq sırf sənlikdir.--Sortilegus 14:46, 8 Aprel 2010 (UTC)
2010-da maşallah "danışmaqda" rekord vurmusan:) Hansını bitmiş müzakirə sayırsansa arxivləşdir.--Sortilegus 14:53, 8 Aprel 2010 (UTC)
Rəqəmlərin magiyası
[mənbəni redaktə et]Salam, Sefer azeri. Rəqəmlərin magiyası məqaləsi barədə fikirlərinizi öyrənmək mənim üçün maraqlıdır. Məqaləni necə qiymətləndirirsiniz. Təşəkkürlər, --Tar 88 15:21, 8 Aprel 2010 (UTC)
Məqaləni bəyənmənizə çox sevindim. Mənim wikipediada məqsədim çox insanın haqqında məlumatı olmadığı, qeyri-adi obyekt və subyektlərlə bağlı məqalələr yazmaqdır. Düşünürəm ki, Qiyamət anbarı və Rəqəmlərin magiyası bu qəbildən olan məqalələrdir. --Tar 88 04:36, 9 Aprel 2010 (UTC)
XX əsrdə Azərbaycanda Milli azadlıq hərəkatı
[mənbəni redaktə et]Salam. [18] məqaləsini VikiMənbədən sildim. Çünki, latın əlifbası ilə yazılmamışdı.--Eмϊn >> 13:39, 9 Aprel 2010 (UTC)
Salam. Əslində kitab latın qrfikasıyla yazılıb. Sadəcə vikiyə kopyalayanda nədənsə kirilə çevrildi və anlaşılmaz bir şəklə düşdü. İstədim sizə yazım qeyri aktiv yazısını görüb yazmadım, düşündüm yəqin özünüz müraciət edərsiz. Kitabda çox qiymətli məlumatlar və ermənilərin Azərbaycanda törətdikləri vəhşilklər haqqında çoxlu arxiv materiallarına istnad edən faktlar, AXC-nin qurulması haqqında maraqlı məlumatlar var. Çox qiymətli kitabdır. Amma mən normal şəkildə düzəldə bilmədim. Mümkünsə siz həmin kitabı düzəldib bərpa edin, burdakı məqalələrdə istinad ediləsi çoxlu faktlar var orada. Qərarınız haqqında məni bilgiləndirsəniz məmnun olaram. --Sefer azeri 18:52, 9 aprel 2010 (UTC)
Məqaləni bərpa edərəm. Amma o formada qala bilməz. Siz, çalışın latın qrafikasıyla vikimənbədə yerləşdirin.--Eмϊn >> 13:59, 9 Aprel 2010 (UTC)
Mən 4-5 dəfə cəhd etdim. Vikiyə yerləşdirdiyi yazını kopyalayıram Word documentə latına çevrilir və oxunan hala gəlir, təkrar kopyalayıram vikiyə belə bərbad hala düşür. Bir zəhmət siz düzəltməyə çalışın. Məndə bir şey alınmadı. Bəlkə viki hansısa şrifti dəstəkləmir? --Sefer azeri 19:09, 9 aprel 2010 (UTC)
Siz həmin mətni mənə göndərin (eminn@box.az). Mən əlavə edim. Yenə bu formada olsa, Sortilegusa müraciət edərik.--Eмϊn >> 14:24, 9 Aprel 2010 (UTC)
Bir iki kitab daha var. (Qarabağ xanlığı, Şərqi Avropada Türk Tayfalarının tarixi, Böyük müharibənin tarixi, Türk dünyasının tanınmış şəxsiyyətləri və Cəfər Cabbarlı) Onları da sizə göndərirəm. Siz yerləşdirərsiniz. Müəlliflərindən də icazə almışam narahat olmayın. Problem olmaz. Heç olmasa istinad etməyə bir yer tapaq. --Sefer azeri 19:38, 9 aprel 2010 (UTC)
Kitabı sizin ünvana göndərdim. Amma boyutu bir az böyük olduğundan (13 mb) hissələrə bölüb o şəkildə sizə göndərdim. Özünüz baxın. İnşallah bir şey alınar. Lütfən nəticə haqqında məni bilgiləndirin.--Sefer azeri 20:42, 9 aprel 2010 (UTC)
Siz deyən kimi oldu. VikiMənbəyə yazanda həmin formada oldu.--Eмϊn >> 08:29, 10 Aprel 2010 (UTC)
Mən bildiyimə görə bu problemi aradan qaldırmaq üçün hazır proqramlar var. Amma məndə elə proqram yoxdur. Şəxsən özüm vacib olduqda bu tip problemi aradan qaldırmaq üçün Word redaktorunda Ctrl+H edib, 32 hərfin hər birini mətndə bir-bir düzəldirəm. Məsələn: П=P, Л=L, Я=Ə və s. Maksimum 2-3 dəqiqə vaxt aparır.-- Cekli829 13:44, 10 aprel 2010 (Cek vaxtı ilə)
Bağışlayın, müzakirənizə qarışıram, siz belə yazıları pdf formatlı kitablardan köçürdürsünüzsə, ABBYY FineReader adlı proqram var. "Convert PDF to Word" funksiyası ilə yazıları təmiz çevirə bilir. Amma həcmi 285 mb-dır. --PPerviz 09:26, 10 Aprel 2010 (UTC)
Kitab
[mənbəni redaktə et]Salam. Yox PDF formatda deyil Normal Word Documentdir və documentdə normal bir şəkildə oxunur. Lakin vikiyə kopyalayanda nədənsə kirilə çevrilir və oxunmaz bir hala düşür. Bu cür halla ilk dəfədir ki, qarşılaşıram. Bir də Güney Azərbaycandak məbədlərlə bağlı bir irəliləyiş var mı? --sefer azeri 14:34, 10 aprel 2010 (UTC)
- Yəqinki qeyri-standart şriftlə yazılıb. İstəyirsənsə, sən o faylı göndər, unikod dəstəkləyən versiyasını hazırlayıb, göndərim sənə. email:capitan_az@hotmail.com
Güney Azərbaycandakı məbədlər haqqında elə böyük bir irəlləyiş olmayıb hələki. Amma araşdırma davam edir. Ахундов Д.А."Храмы Ирана в эпоху первый Ахаменидов, их реставрация и реконстукция" Bakı 1978 adlı mənbə var. Bu kitab milli kitabxanada olmalıdır. Vaxt ayırıb ora gedəcəm.
Bundan başqa, Güney Azərbaycanda olan müdafiə tikililəri haqqında məlumatlar da tapdım. Tərcümə edib yerləşdirəcəm. --PPerviz 12:28, 10 Aprel 2010 (UTC)
- Salam. Azərbaycanca Kiril hərifləri ilə yazılmış mətni latına çevirmək üçün proqram (VVordun komponimenti): wordconv.zip
- Mənim saytımda, var.
- Latın klaviaturasında ərəb əlifbası ilə mətn yazmaq üçün xüsusi veb səhifə isə budur.
- Bu isə Azərbaycan dilində olan İran saytlarının siyahısı -52 sayt toplamışam.
- Bilmirən, sizə lazım olar ya yox, hər ehtimala qarşı qeyd etdim.
- --Aydinsalis 10:34, 10 aprel 2010 (Bakı)
Mən göndərdiyim versiya sizə çatıb? --PPerviz 22:07, 15 Aprel 2010 (UTC)
Opponentlərinizə hörmət edin
[mənbəni redaktə et]Hörmətli Sefer azeri, siz tarixçi və gəncəli olduğunuz halda: “Nizaminin anasının kürd olduğunu iddia edənlər ancaq elmdən xəbərsiz başıboş axmaqlar ola bilər. Mən Gəncəliyəm və deyirəm ki, biz tərəfdə heç vaxt kürdlər yaşamayıb” kimi sözlər yazmışsınız.
Nizami Gəncəvi. Leyli və Məcnun. “Yazıcı” nəşriyyatı, Bakı, 1983, səh. 67.
Anam Rəisənin xatirəsi
Kürd qızı anam da bizi tərk etdi,
Bir ana qəlbiylə dünyadan getdi.
Nə qədər ağlayıb, yansa da ürək,
Anama dil verən varmıdır, görək?
Məmməd Əmin Rəsulzadə. Azərbaycan şairi Nizami: "Anası, şairin özünün qeyd etdiyi kimi, “Pəiseyi-Kürd” olub, Gəncədə yaşamış Azərbaycan kürdlərindən olan bir ailənin qızı olmuşdur. Onun adı məlum deyil."
Tarixdə Gəncənin yaşadığı ən möhtəşəm zamanlardan biri də məhz X-XII əsr Şəddadilər dövrüdür, Şəddadilər də kürddürlər. Gördüyünüz kimi bəzən siz axmaq hesab etdiyiniz, axmaq olmaya da bilər, başqalarının fikirlərinə qarşı bir az dözümlü olun.--Melikov Memmed 20:05, 11 Aprel 2010 (UTC)
Salam. Üzr istəyitəm, söhbətə müdaxilə etdiyimə görə. Bəli Şəddadilər kürddürlər, əvvəlki tarix kitablarında elə də yazırdılar, "Kürdlərin şəddadilər dövləti". Amma biz Şəddadilər dövlətini kürd dövləti kimi qəbul edə bilmərik, bu dövlətin kürd dövləti olması sübut edilənə qədər. Əgər dövlət onun yaradanların milliyətinə görə həmin millətə məxsus hesab edilə bilərsə, onda Şirvanşahlar dövlətini də "Ərəb dövləti" adlandırmalıyıq. Fətəli xan Xoyski də kürdür deyə Azərbaycan Demokratik Respublikasını kürd respublikası hesab etmək olarmı? Yeri gəlmişkən, F.X.Xoyskinin ata babaları dünbülü kürd tayfasının rəisləri olmuşlar, amma özlərinin dediklərinə görə onlar bərməkilər sülaləsindədirlər, hansı ki "1001 gecə" nağıllarında adı çəkilir, xəlifə Harun ər-Rəşidin vəziri Cəfər var ha, onun nəslindəndirlər, xəlifənin əlindən qaçıb İrana gəliblər. Bərməkilər ərəb olduqları halda, dünbülü kürd tayfasını ərəb tayfası hesab etmək olarmı?
O ki qaldı Nüzaminin anasının kürd olmasına, burada qeyri-adi heç bir şey yoxdur, kürdlər də bizimlə bir yerdə yaşayan xalqdır, buna inana bilərdim, amma bu barədə M.Ə.Rəsulzadədən sitat gətirildiyinə görə, bir az şübhələndin, inana bilmirəm. Rəsulzadə nə vaxtdan nizamişünas oldu ki? Axı Nizamini tədqiq etmiş nə qədər böyük ə ədəbiyyatşünaslar var, onlar bu barədə nə deyiblər bəs?
Aydinsalis 05:30, 12 Aprel 2010 (Bakı v.)
- Tamamilə fərqli şeylərdən danışırıq. Birincisi söhbət "elmdən xəbərsiz başıboş axmaqlar"dan gedir, şəxsən mən nə Nizami Gəncəvini, nə də Rəsulzadəni belələrindən hesab etmirəm. İkincisi Gəncədə "heç vaxt kürdlər yaşamayıb" fikridir ki, onda da məlum olur ki, 2 əsrə yaxın bu bölgənin hamısını kürd sülalələri idarə edib, deməli kürdlər nəinki yaşayıb, hətta hökmranlıq da ediblər. Şəddadilər dövlətinin kürd dövləti olub-olmadığından bir kəlmə belə yoxdur və bu başqa söhbətin mövzusudur. O ki, qaldı böyük ədəbiyyatşünaslara, əgər Siz hesab edirsinizsə hansısa ədəbiyyatşünas anasının kim olduğunu şairin özündən daha yaxşı bilir, daha mən nə deyə bilərəm ki! --Melikov Memmed 04:40, 12 Aprel 2010 (UTC)
- "2 Əsrə yaxın"? Amma bu wikipediada cəmi 116 il göstərilir?
- Sitat: "Siz hesab edirsinizsə hansısa ədəbiyyatşünas anasının kim olduğunu şairin özündən daha yaxşı bilir, daha mən nə deyə bilərəm ki!".
- Cavab: Burada siz məni düz başa düşməmisiniz, belə ki söhbət şairin anasının kim olması barədə özünün nə deməsindən yox, onun bu barədə nə yazmasından gedirdi, əgər nizamişünaslar bu barədə yekdil bir fikrə gəlməyiblərsə, biz bunu qəbul edə bilmərik. Çünki onlar həmin sahə üzrə mütəxəsisdirlər. Bütün əlyazma variantları ilə tanışdırlar, sözlərin bütün oxunuş variantlarını bilirlər və s. Sadəcə, bir misal, cəmi, 2 iqtibas gətirmisiniz, amma bunlarda fərq var, birində M.Ə.Rəsulzadə deyir ki Nizaminin anası "Pəiseyi-Kürd” olub", sonra əlavə edir ki, "Onun adı məlum deyil"; "Leyli və Məcnun"un 1983-cü il nəşrindən isə məlum olur ki şairin anasının adı "Rəisə" imiş. Aşağıda, Sefer azeri isə bu adı "Rəbiyyə" şəklində təqdim edir.
- --Aydinsalis 23:00, 12 Aprel 2010 (Bakı v.)
Salam, hörmətli həmkarım Melikov Memmed. Söhbətə qarışdığım üçün əvvəlcədən üzürxahlıq edirəm. Siz niyə bir tərəfli mövqedən çıxiş edirsiniz. Hər iki tərəfin opponentlərinə hörmət etməyə çağrış edin. Digər tərəfin söylədiyi fikirlərdəki yanlışlıqları onlara da söyləyin. Onuda qeyd edim ki, Nizaminin anasının kürd olub-olmaması biz azəri türklərinə eyib gətirməz. Biz kürdlərlə çoxdan qonşuluqda yaşamışıq və yaşamaq fikrindəyik. Gəlin şəxsi emosiyalara qapanmadan fikir söyləyək.
--Sultan11 05:33, 12 Aprel 2010 (UTC)
- Salam. Yəqin nəzərdən qaçırmışsınız ki, bura məhz Sefer azeri müzakirə səhifəsidir və buradan digər kimə isə müraciət etmək doğru deyil. Əslində gərək biz Sefer azeridən üzr istəyək ki, onun səhifəsində ona aid olmayan mövzuları müzakirə edirik. --Melikov Memmed 05:45, 12 Aprel 2010 (UTC)
Salam. Əvvəlcə onu qeyd edim ki, üzr istəməyə ehtiyac yoxdur, təki polemikamız hamımız üçün müsbət düşüncələr doğursun. Melikov Memmed sizin haqqlı iradlarınızı qəbul edirəm, lakin bəzi fikirlərinizlə razılaşa bilmərəm. Nizaminin anası Rəbiyyə xanımın kürd kökənli olması Nizaminin kürd olması demək deyil və bu heç kimə əsas vermir ki, Nizamini dünyada tanınmış dörd-beş kürd millətindən olan ziyalılardan biri kimi təqdim etsin. Ən azından ona görə ki, nəsil şəcərəsi ata xəttiylə götürülür. İkincisi kürdlərin Azərbaycanda islamın yayaıldığı ilk dövrdən ya.adığı məlum olsa da bunun etnologiyada elə də bir önəmi yoxdur. Mən "heç vaxt kürdlər yaşamayıb" deyərkən tarixin ilk dövrlərini - yəni Azərbaycanda yerli etnosların formalaşdığı dövrləri (e.ə. I əsr - b.e. V əsri) nəzərdə tutrdum. Yəni dolayısıyla kürdlər Azərbaycanda avtoxon əhali deyil. Üçüncüsü, Şəddadilərin kürd mənşəli olması haqqında düzü mənbələrdə hələlik heç bir qeydə rast gəlməmişəm, lakin Z. Bünyadov və İ. Şnilermanın əsərlərində bunu oxumuşam. Amma dəqiqləşdirilməli və mənbələr əsasında yenidən işlənilməli, araşdırılmalı bir məsələdi. İstənilən halda Şəddadilərin də Azərbaycana (daha doğrusu Şərqi Anadoluya, çünki Şəddadilər əvvəlcə Ş. Anadoluda məskunlaşmış, oradan Dəvilə (Dvin) köçmüş və Xilafətin zəifləməsindən istifadə edərək burada ilk siyasi birliklərini yaratmış, daha sonra həmin siyasi birliyi genişləndirmiş, Gəncə tabe edildikdən sonra isə paytaxta çevrilmişdir.) gəlmə tayfa olması şübhə doğurmur. Yəni onlar yerli əhalinin formalaşmasında hansısa əlamətdar rola malik ola bilməzdilər. O ki, qaldı Nzamiylə bağlı məsələyə, Nizaminin anasının kürd mənşəli xatun olması Nizami haqqındaolan məqalədə həyatı və ya ailəsi ilə bağlı hissədə qeyd edilə bilər. Lakin Nizaminin şəklinin kürdlərlə yanaşı yerləşdirilməsi mənim açımdan ən azı ədalətsizlikdir. --Sefer azeri 23:18, 12 aprel 2010 (UTC)
- Hörmətli Sefer azeri, doğrusu mənim Sizin yuxarıda yazdıqlarınıza tək bir etirazım belə yoxdur, ancaq mən heç vaxt Nizaminin kürd olaması və bu səbəbdən onun şəklinin kürdlər məqaləsində verilməsinin tərəfdarı olmamışam, yəni məsələnin bu yönünün mənə aidiyyəti yoxdur. Şəkil məsələsində səhv etmirəmsə Sortilegusun belə bir fikri olmuşdur: "Məgər kürdlərdə də milliyət ana xətti ilə müəyyən olunur?" və mən də belə düşünürəm. Sadəcə Nizaminin anası kürd qızıdır və Gülməmməd bunu yazanda az qala hamının onun üstünə düşməsini ədalətsizlik kimi qəbul etdim və məsələyə aydınlıq gətirməyə çalışdım.--Melikov Memmed 19:09, 12 Aprel 2010 (UTC)
Mən Nizaminin anasının kürd xanım olmasının qeyd edilməsinə qarşı deyiləm. Sadəcə Nizaminin kürd mənşəli bir şəzx kimi təqdim edilməsinin əlehinəyəm. Gülməmməd adlı istifadəçi isə Nizaminin kürdlərin arasında verilməsinin nə yalnışlığı var deyə israr edirdi. Mən ona görə müəyyən qədər sət danışdım, amma emosiyalara da qapıldığımı etriaf edə bilərəm. Bi şey də qeyd edim, həmin şəkildə Səlahəddin Əyyubi də kürd kimi təqdim edilir. Lakin açın Türkiyədə çıxan rəsmi dövlət nəşri "İslam Ansiklopedisi" çoxcildliyinidə Səlahəddin Əyyubi və Əyyubilər başlığı altında olan yazını oxuyun. Səlahəddinin eləcə də Əyyubilərin tam nəsil şəcərəsi verilir. Əyyubilər türkdür - qıpçaq türkü. Azərbaycan ərazisindən (indiki Ermənistan - Qərbi Azərbaycan) köçüblər Suriyaya və Səlahəddin Suriyada dünyaya gəlib. Ama həmin şəkildə S. Əyyubi də kürd kimi təqdim olunur. Məgər başqa kürd insan yoxdur? Mübahisə yaradacaq şəxsləri millətin siması kimi istifadə etmək düşünürəm doğru deyil. Ayrıca mümkün qədər çalışıb commonsdakı şəkli redaktə etmək və ya sildirmək lazımdır. Çünki birbaşa Azərbaycan tarixinin saxtalaşdırılmasıdır. --Sefer azeri 00:48, 13 aprel 2010 (UTC)
- Səlahəddin Əyyubinin milli mənsubiyyəti ərəblər və türklər tərəfindən mübahisəli hesab olunur, ancaq ümumiyyətlə Səlahəddin kürd olaraq qəbul edilir. Vikipediyada əsas olan, mötəbər mənbələri olan faktları verməkdir, bunlardan hansının doğru olub-olmadığını müəyyənləşdirməyə çalışmaq başqalarının işidir. Əgər Azərbaycanca Vikipediyada kim isə hansı isə şəkli qoymaq istəyirsə qoy əvvəlcə mənbələr ilə bunun “doğru” olduğunu sübut etsin. Qarşı tərəfin də mənbələri varsa deməli bu mübahisəli bir şeydir və Azərbaycanca Vikipediyada Səlahəddin Əyyubi milli mənsubiyyəti mübahisəlidirsə onda bu şəkli Kürdlər məqaləsinə yerləşdirmək imkansızdır, yəni burada bu insan kürd kimi qəbul olunmursa, onun kürdlərin arasında nə işi var. Ancaq başqa dildəki Vikipediyada o kürd olaraq qəbul olunursa deməli kürdlər məqaləsində də olmalıdır. Sonda bir daha öz fikrimi bildirmək istəyirəm, Vikipediya üçün ən əsas şey “mötəbər mənbə”lərin olması, fakt heç də həmişə həqiqət olmaya bilər.--Melikov Memmed 06:02, 13 Aprel 2010 (UTC)
Şabran
[mənbəni redaktə et]Dəvəçinin adı dəyişdirilməyib. Mən bilən Prezidentin qərarı olmalıdır bunun üçün. --Sefer azeri 18:03, 2 Aprel 2010 (UTC)
100% o da olacaq! -- Cekli829 18:03, 2 aprel 2010 (Cek vaxtı ilə)
Onda gözləyək olsun, sonra dəyişdirərsiniz burdakı adı. Məncə hələlik Dəvəçi adını geri qaytarsanız yaxşıdır. --Sefer azeri 18:09, 2 Aprel 2010 (UTC)
Dəvəçi rayonunun Şabran adlandırılması haqda qanun qüvvəyə minib. Prezident İlham Əliyev parlamentin aprelin 2-də qəbul etdiyi qanunu imzalayaraq onun tətbiqinə sərəncam verib. -- Cekli829 16:26, 14 aprel 2010 (Cek vaxtı ilə)
Commons
[mənbəni redaktə et]Xoş gördük, həmkar! Sizdən bu şəkli Commonsa transfer etmənizi xahiş edirəm. Əvvəlcədən təşəkkür. --Proger 10:37, 15 Aprel 2010 (UTC)
- Səfər bəy, iş də orasındadır ki, heç mən özüm də bilmirəm :). Ona görə Sizə dedim. Haradansa öyrənə bilərsiniz? :) --Proger 11:00, 15 Aprel 2010 (UTC)
Commons
[mənbəni redaktə et]Ana səhifədə aşağıda "Commons"a daxil olub hesab açırsan (Vikipediyadakə kimi), sonra sol paneldə "fayl yükləmə" (məndə rus dilindədir) düyməsindən istifadə edirsiniz.--Vago 11:38, 15 Aprel 2010 (UTC)
- Qeydiyatdan keçdim amma fayl yükləyə bilmədim. Sertifikat falan istəyir, onları necə tənzimləmək lazımdır. --sefer azeri 17:16, 15 Aprel 2010 (UTC)
- Siz əvvəlcə "bu tam mənim işimdir" (Это полностью моя собственная работа) seçməlisiniz. Sonra qrafaları doldurmağa başlamalısınız--Vago 12:44, 15 Aprel 2010 (UTC)
- Original source {{own}} qalır.
- Description - heç bir şey
- Permission (icəzə verirsiniz) - "yes"
- Additional info informasiya nə istəyirsiniz yazın --Vago 13:05, 15 Aprel 2010 (UTC)
- Siz əvvəlcə "bu tam mənim işimdir" (Это полностью моя собственная работа) seçməlisiniz. Sonra qrafaları doldurmağa başlamalısınız--Vago 12:44, 15 Aprel 2010 (UTC)
LJ Messenjer varınızdırmı, çatda yazışaq. Mən Sizi e-mail-inizi əlavə etdim.--Vago 15:03, 15 Aprel 2010 (UTC)
- "Licensing:"də "Public domain" seçmək yaddan çıxmışdı
- Yüklədiyimə baxın: Xəzərin sahili :)--Vago 06:33, 16 Aprel 2010 (UTC)
Salam. Deyəsən commonsa yükləməyi də öyrəndim. Bu şəkilləri ([19], [20], [21], [22], [23], [24], [25], [26]) yüklədim. Baxın görün nəsə problem yoxdur ki. Yəni başqa şəkilləri də belə yükləsəm silməzlər ki? --sefer azeri 17:00, 16 Aprel 2010 (UTC)
- Salam. Təbrik edirəm. İnşallah problem olmaz. Müvəffəqiyyətlər --Vago 12:12, 16 Aprel 2010 (UTC)
Səfər bəy, təşəkkür. Artıq, yüklədiyiniz iki şəkil ingilis dilli vikipediyada yayımlanır. Əsas odur ki, pozulmasınlar. Diqqət edin! Təşəkkür edirəm. --Proger 22:25, 16 Aprel 2010 (UTC)
- Təəsüf ki, yox :(. --Proger 19:18, 17 Aprel 2010 (UTC)
Salam. Commonsda faylların kateqoriyalara yerləşdirilməsi necə aparılır? Bir də Anahid məbədinin şəkillərini yükləmək istədim commonsa special upload formasına keçdi. Bir neçə dəfə təkrar etdim alınmadı. Başqa nələrsə tələb etdi. Bu nədən ola bilər? --sefer azeri 17:16, 18 Aprel 2010 (UTC)
Salam. Yüklədiyin şəkilləri mən çalışaram orda kateqoriyalaşdırım. Sonra onun əsasında özün kateqoriyalar əlavə edərsən şəkillərə. İkinici məsələni də çalışaram dəqiqləşdirim. Hörmətlə:--Sortilegus 12:37, 18 Aprel 2010 (UTC)
Eynən burdakı kimi kateqoriya əlavə edirsən səhifənin sonuna. Sadəcə kateqoriyaların adı ingiliscədir. Hansı şəkil hansı kateqoriyaya uyğun gəlirsə o kateqoriyanın da adını əlavə etmək lazımdır. --Sortilegus 12:57, 18 Aprel 2010 (UTC)
Commons
[mənbəni redaktə et]Salam. Commonsa fayllar necə yüklənilir? Mnə başa salın daha faylları bura yox, commonsa yükləyim. İdarəçi səhifəsində gördüm ki, bura çox fayl yüklənməsindən şikayət edirsiniz. İstifadçilər arasında isə ən çox fayl yükləyən mənəm deyəsən. :)) --sefer azeri 16:18, 15 Aprel 2010 (UTC)
Salam. Sən ikinci yerdəsən:) Commonsda qeydiyyatdan keçirsən, bura yüklədiyin formada ora da yükləyirsən. Amma burdan fərqli olaraq orda lisenziyalaşmaya ciddi fikir verirlər. İdarəçiləri şəkilləri bir-bir nəzərdən keçirir, hansısa saytdan köçürmə olub-olmadığını müəyyənləşdirir. Üzərində leybl olan istənilən şəkli avtomatik silirlər. --Sortilegus 18:23, 15 Aprel 2010 (UTC)
- Bu səbəbədən yüklədiyin kitab üzlərinin lisenziyası Sənə aid olmadığı üçün "maraqlanan" olsa geç-tez siləcəklər. --Melikov Memmed 12:54, 16 Aprel 2010 (UTC)
- Kitab üzləri üçün heç bir şey, "kapitalist" bilsə ki, lisenziya Sənə məxsus deyil, siləcək. Nə məqsədlə bunları yerləşdirirsən, bəlkə onda bir məsləhət verə bilərəm --Melikov Memmed 13:05, 16 Aprel 2010 (UTC)
- Lisenziya yoxsa bu kitab üzü şəkillərini konkret bu kitablar haqqında olan məqalələrdə yerləşdirmək daha düzgündür [[27]], [[28]], [29] --Melikov Memmed 13:27, 16 Aprel 2010 (UTC)
- Siz istədiyiniz mənada yalnız müəllif hüququ olan tərəfin Sizə bu hüququ verməsi lazımdır, başqa yolu yoxdur. Vikipediya müəllif hüququnu poza bilməz, xaricdə bu çox ciddi məsələdir. Məncə konkret Sizin halda buna enerji sərf etməyə dəyməz, sadəcə AzVikidə yerləşdirin bəsdir--Melikov Memmed 14:37, 16 Aprel 2010 (UTC)
Xahiş
[mənbəni redaktə et]Salam.Sizdən xahiş eirəm ki Məqalələrdə Azərbaycan türkcəsi Azərbaycan türkləri əvəzinə Azərbaycan dili və Azərbaycanlılar yazasınız.--Raynec 15:17, 9 Aprel 2010 (UTC)
Gülüstan türbəsi
[mənbəni redaktə et]Salam İrada xanım. Gülüstan qalası (Naxçıvan) səhifəsinə yerləşdirdiyiniz şəkil Gülüstan türbəsinə aiddir. Məncə şəkil ora köçürülməlidir. --sefer azeri 00:20, 23 Aprel 2010 (UTC)
Haqlısan. Mən səhv etmişəm.
P.S. Şəkilləri kiçiltdim ki, müzakirələrə mane olmasın. Yəqin etiraz etməzsən. --Ira 19:29, 22 Aprel 2010 (UTC)
- Şəkilləri kiçiltdiyinizə görə təşəkkür. Bir də Gülüstan türbəsi haqqında başqa vikilərdə də məqalə yaradılsa və şəkil də həmin vikilərdə yayımlansa əla olar. Həqiqətən çox maraqlı və unikal abidədir. Mən çalışıb bir - iki günə öz vikimizdəki məqaləni genişləndirərəm. --sefer azeri 00:36, 23 Aprel 2010 (UTC)
Şəkli təsadüfən commonsda gördüm. Burada da var [30]. İnterfeysə dedim, söz verdi rusda və almanda yaratsın. --Ira 19:46, 22 Aprel 2010 (UTC)
Bilirsinizmi
[mənbəni redaktə et]Sefer azeri, Ana səhifədəki dəyişikliklər barəsində fikrini Buraya yaz.--Tar 88 13:51, 24 Aprel 2010 (UTC)
Təşəkkür
[mənbəni redaktə et]Salam. Kənd meydanında yazdıqlarınıza görə təşəkkür edirəm. Sizin tutarlı və dəqiq yazılardan sonra mənim nə isə əlavə etməyim yersiz olardı. Bir də ki, mən hesab edirəm ki, bu müzakirədə iştirak etməyim düzgün deyil. Uğurlar. Sizin kimi prinsipial, neç nədən və heç kimdən qorxmayaraq yalnız həqiqəti müdafiə edən oğullara nəinki Vikipediyada, eləcə də Azərbaycanda böyük ehtiyac var. --Ira 10:33, 25 Aprel 2010 (UTC)
Azerbaijanda Kurd deyilen shey yoxdur - Faktlar
[mənbəni redaktə et]Salam Sefer azeri. Kend meydaninda azerbijanda olan kurdlerle baghli fikirler yazibsan, chokh gozel. Belke dediklerin doghrudur amma wikipedianin fundamental prinsipine esaslanaraq senden chokh xahish ederdim fikirlerini neytral akademik menbelerle subut edesen. Azerbaijanda azerbaijanli ve ya kurd alimi terefinden derc olunmush material neytral kimi qebul oluna bilmez. Amma men qerb alimlerinin dilinden Azerbaijanda kurdlerin bashina neler getirildiyini bura yerleshdirirem (menbelerde sehifeleri de qeyd edirem):
In the 1920s, the Kurdish community in Azerbaijan was considerably diminished, when many of them moved to Armenia where Kurdish villages were created. [1] About the same time Azerbaijan's Kurds had their own region called Red Kurdistan in the Lachin region, which was to the West of Karabakh. In fact, Lachin with the principal towns Kalbajar, Kubatli and Zangelan and the administrative sub-divisions of Karakushlak, Koturli, Murad-Khanli and Kurd-Haji were mostly inhabitated by Kurds.[2] In 1930 it was abolished and most remaining Kurds were progressivally recategorized as Azerbaijani.[3] Official Azerbaijani records claim only 12,000 Kurds, while Kurdish leaders estimate as much as 200,000. The problem is that the historical record of the Kurds in Azerbaijan is filled with lacunae.[4] For instance, in 1979 there was according to the census no Kurds recorded. [5] Not only did Turkey and Azerbaijan pursue an identical policy against the Kurds, they even employed identical techniques like forced assimilation, manipulation of population figures, settlement of non-Kurds in areas predominantly Kurdish, suppression of publications and abolition of Kurdish as a medium of instruction in schools[5]. Kurdish historical figures such as Sharaf Khan of Bitlis and Ahmad Khani and the Shaddadid dynasty as a whole were described as Azeris[5].Kurds who retained 'Kurdish' as their nationality on their internal passports as opposed to 'Azeri' were unable to find employment[5]. In the past, in what is currently West of Azerbaijan (which includes Lachin), Kurds lived with an uneasy rivalry with the Azeri Turks. [6] In modern time they harbor some animosity toward them who they associate with the Turks, [7] which is not made easier because of Azerbaijan's prevailing policy of forceful assimilation. [8]
- ↑ Encyclopedia of World Cultures, David Levinson, G.K. Hall & Co. (1991), p.225
- ↑ The Kurds: A Contemporary Overview, Philip G. Kreyenbroek, Stefan Sperl, Routledge, (1992), ISBN 0415072654, p.201
- ↑ Black Garden: Armenia and Azerbaijan Through Peace and War, Thomas De Waal, NYU Press, ISBN 0814719457, p.133
- ↑ An Ethnohistorical Dictionary of the Russian and Soviet Empires, James Stuart Olson, Lee Brigance Pappas, Nicholas Charles Pappas, Greenwood Publishing Group, (1994), ISBN 0313274975, p.409
- ↑ 1 2 3 4 The Kurds: A Contemporary Overview, Philip G. Kreyenbroek, Stefan Sperl, Routledge, ISBN 0415072654, (1992), p.204
- ↑ Iran Under the Ayatollahs, Dilip Hiro, Routledge, (1987), ISBN 0710211236, p.111
- ↑ Political Culture and Civil Society in Russia and the New States of Eurasia, Vladimir Tismaneanu, M.E. Sharpe, (1995), ISBN 1563243652, p.355
- ↑ Linguistic Minorities in Central and Eastern Europe, Christina Bratt Paulston, Donald Peckham, Multilingual Matters, (1998), ISBN 1853594164, p.106
Bu metni menbelerle bir yerde dediyin alimlere goster ve qoy subut etsinler ki, bu yalandir. P.S. Yuxarida yazilan menim shexsi fikirim deyil. Gülməmməd | Danış 21:28, 25 Aprel 2010 (UTC)
Ana səhifə
[mənbəni redaktə et]Kənd meydanında Ana səhifənin yeni görünüşünü müzakirə edilir. Ana səhifənin yeni versiyasını dizayn etmişəm. Ana səhifənin yeni görünüşü haqqında öz fikrinizi yazın.--Tar 88 16:34, 26 Aprel 2010 (UTC)
Vault (architecture)
[mənbəni redaktə et]Salam. Buna [31] Azərbaycan dilində nə deyirlər? Ani kafedralının daxilində bu elementdən istifadə olunduğu yazılmışdı kitabda, mən də arka kimi tərcümə elədim. Bilmirəm düzdür ya yox. --sefer azeri 01:50, 28 Aprel 2010 (UTC)
Vault Azərbaycan dilində tağtavan və ya qübbə kimi tərcümə olunur. Arka isə tağ deməkdir. Tağın özü elə bu qübbənin elementi hesab olunur. --PPerviz 21:28, 27 Aprel 2010 (UTC)
Seçilmiş məqalə namizədi
[mənbəni redaktə et]Salam. Yeni yaratdığım Ani kafedralı məqaləsinin seçilmiş məqalə kimi təqdim edilə biləcəyini düşündüm. Əgər layiqdirsə səsverməyə təqdim edin, yox nəsə əksiklik varsa deyin düzəldim sonra təqdim edək. Nə düşünürsüz mümkündü? --sefer azeri 11:45, 01 may 2010 (UTC)
Salam. Məncə o qədər də zəngin məqalə deyil. Xarici keçidlər ümumiyyətlə yoxdu, cəmi 2 mənbə var. Amma məqaləni istənilən istifadəçi seçilmiş məqalə namizədliyinə təqdim edə bilər. Bu təkcə idarəçilərin səlahiyyətinə daxil olan məsələ deyil. --Sortilegus 09:23, 1 May 2010 (UTC)
Fayl lisenziyası
[mənbəni redaktə et]Salam. [[Şəkil:"Min bir gecə" baletinin yaradıcıları səhnədə Moskva 1981.jpg]] bu formada fotoşəkillərin AzVikidə qalması problemlidir. Üstündə fotoşəkil hansı saytdandırsa o saytın ünvanı da var. Fotoşəklə {{PD-oz}} şablonu yerləşdirməyin o deməkdir ki, 1981-ci ildə onu sən çəkmisən. Mümkün qədər çalış AzVikiyə dəqiq lisenziyası olmayan şəkil yükləmə. Sonra onlarla bağlı problem yaranacaq. Hörmətlə: --Sortilegus 17:30, 1 May 2010 (UTC)
Salam. Nə məsləhət görürsünüz, bu (Şəkil:"Min bir gecə" baletinin yaradıcıları səhnədə Moskva 1981.jpg) şəklə sil şablonu yerləşdirim? --sefer azeri 23:39, 03 May 2010 (UTC)
Salam. Commonsa yüklə. --Sortilegus 20:21, 3 May 2010 (UTC)
Здравствуйте, Sefer azeri! По поводу статьи Udilər (Удины). Вы в обсуждении этой статьи обращались, к сожалению я плохо владею азербайджанским, поэтому не смог понять все, что вами написано...понял некоторые моменты... Если Вы готовы помочь улучшить эту статью, то пожалуйста раздел "Tarix" отредактируйте, в русской википедии со статьи удины для этого раздела можно взять информацию и ссылки на авторские источники, там этот раздел достоверен. Я слежу за Вашей страницей, нет необходимости отвечать на моей странице...С уважением,--Udi 19:13, 3 May 2010 (UTC)
- Tərcümə:
Salam, Sefer azeri! "Udilər" məqaləsi haqqında. Siz bu məqalənin müzakirəsində iştirak etmisiniz, təəssüf ki, mən Azərbaycan dilini zəif bilirəm, ona görə də yazdıqlarınızın hamısını anlaya bilmədim... yalnız bəzi məqamları anladım... Əgər siz məqaləni yaxşılaşdırmağa hazırsınızsa, lütfən, "Tarix" bölməsini redaktə edin. Rus vikipediyasındakı məqalədən bu bölmə üçün məlumatları və müəllif mənbələrinə keçidləri götürə bilərsiniz. Orda bu bölmə etibarlıdır. Mən sizin müzakirə səhifənizi izləyirəm. Mənim müzakirə səhifəmdə cavab verməyinizə ehtiyac yoxdur. Hörmətlə: Udi
- Bu məqaləni nəzarətdə saxlasan yaxşı olar. Öz yaratmaq istədiyin məqaləni də tezliklə yaratsan, faktları və məlumatları müqayisə edib bir qərar verə bilərik. Hörmətlə:--Sortilegus 13:59, 4 May 2010 (UTC)
Salam dost! Xahiş edirəm fikirlərinizi Azərbaycan dilində yazın. Mən rus dilində bilmədyimdən nə yazdığınızı anlamadım. Hörmətlə --sefer azeri 00:24, 03 May 2010 (UTC)
Salam! Mən azərbaycanca başa düşürəm, ama fikirlərini azərbaycan dilində yazımmıram. Mən sizdə qörmüşəm şablonu "Bu istifadəçi Kiril əlifbasını başa düşür", elə bilmişəmki siz rusca başa düşürsiz...--Udi 19:38, 3 May 2010 (UTC)
Salam. Tərcüməyə görə çox sağ olun. Mən inşallah sabah yaratmağa çalışacan udilər haqqında səhifəni. Bircə elə edək ki, bu istifadəçiylə də Gülməmməd adlı istifadəçi kimi olmasın. Kürdlərdən fərqli olaraq mən udinləri çox sevirəm. Hələlik udinlər məqaləsinə özüm dəymirəm, Udi 88 adlı istifadəçi əlavələrini yekunlaşdırsın o məqaləni də redaktə etməyi düşünürəm. --sefer azeri 20:07, 04 May 2010 (UTC)
Dəyməz. Çalış, "kürdlərdən fərqli olaraq mən udinləri çox sevirəm" kimi qeyri-korrekt fikirlər səsləndirmə. Çünki, Azərbaycan dilində olan vikipediyada hər hansısa istifadəçinin nəyisə və ya kimisə sevib-sevməməyi heç bir rol oynamır. Qaydaları pozan istifadəçi, istəyir türk olsun, istəyir kürd və ya udin - bloklanır. Hörmətlə:--Sortilegus 15:20, 4 May 2010 (UTC)
- Buranı Qarabağın ilkin adları və ermənilərin tarixi saxtalaşdırma cəhdləri oxusanız bütün bunları Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun yazdığını görə bilərsiniz. --Melikov Memmed 18:54, 4 May 2010 (UTC)
- Mənin bu məqalələrə heç bir aidiyyətim yoxdur, sadəcə Udi88 Utilər məqaləsini silməyi təklif etmişdir, səbəb də mənbənin olmaması iddiası idi, mən də bunun belə olmadığını və nə üçün həm udinlər, həm də ayrıca utilər məqaləsinin olması lazım olduğunu göstərmək istədim. Azərbaycan sovet ensiklopediyası gəlincə yəqin hamımız onun nə qədər ideoloji olduğunu bilirik, ancaq bu hələlik Azərbaycanın ən mötəbər ensiklopediyası və üstəlik Azərbaycandan kənarda da mənbə kimi göstərilə bilən ən etibarlı vasitələrdən biridir, Azərbaycanca onlarla sözün necə yazılmalı olduğunu da yalnız burdan götürə bilərik, bir şeyi məhv etmək üçün əvvəlcə yenisini yaratmaq lazımdır.--Melikov Memmed 19:56, 4 May 2010 (UTC)
- Baxın ensiklopediyanın məlum ideologiyanın təbliği ilə məşğul olduğunu siz də etiraf edirsiniz. Eyni şeyi Sovet tarixşünaslığının bütün əsərlərinə aid etmək olar. Hər halda siz də bilirsiniz ki, "standartlara" cavab verməyən əsərlər senzuradan keçmirdi. Amma sizində dediyiniz düzdür ki, başqa bir istinad edə biləcəyimiz yer də yoxdur. Amma Milli Ensiklopediyamızın Azərbaycan cildi nəşrdən çıxıb. Sabah Universitetdə baxaram, görüm orda udinlər haqqında nə yazılıb. Siz hələlik işi saxlayın. Qoy Udi qardaşımız əlavələrini etsin. Mən mənbələri dəqiqləşdirim, sonra biz təkrar redaktə edib, ortaya normal bir iş çıxararıq. --sefer azeri 01:08, 05 May 2010 (UTC)
- Orada hər şey ümumi göstərilmişdir, maraqlı ola biləcək tək şey adlarının "udilər" kimi verilməsidir.--Melikov Memmed 04:34, 5 May 2010 (UTC)
Səfər, bilirəm ki, hər zaman həqiqətin tərəfində olmusunuz və sizin bu prinsipiallığınızı hər zaman qiymətləndirmişəm. Amma elə situasiyalar var ki, bəzən güzəştə getmək, çoxluğun fikri ilə razılaşmaq lazım gəlir. Yəni udin qardaşımızı özümüzdən incitmək, onun milli hislərinə toxunmaq düzgün olmaz. Şəxsən mənim üçün bu o qədər də böyük məsələ deyil və bunu şişirdib, digər bölmələrdən də camaatı bu məsələyə cəlb etməyi lüzumsuz hesab edirəm. Deyəsən mən də çox danışdım. Amma çox şeyi demədim, yəqin ki, siz məni əsas şeyləri deməsəm də başa düşdünüz. Hörmətlə, --Ira 18:28, 5 May 2010 (UTC)
Bu doğrudur?
[mənbəni redaktə et]Bu doğrudur?--Vago 06:41, 13 Aprel 2010 (UTC)
- Salam. Mən bir şey tapa bilmədim. Amma istəyirsiniz burdan ([32]) siz özünüz də bir baxın. Ola nilər ki, mənim gözümdən qaçsın. Əgər həqiqətən də Nizami "mənim türklüyümü" kimi bir ifadə işlədibsə əlavə sözə ehtiyac olmadan şəklin kürdlər məqaləsindən çıxarılmasını və Nizami məqaləsindən fars, tacik və ya İran ədəbiyyatı kimi ifadələrin çıxarılmasını və yerinə Farsdilli Azərbayan ədəbiyyatı ifadəsinin işlədilməsini tələb edə bilərik. Böyük uğur olar.--sefer azeri 14:32, 13 Aprel 2010 (UTC)
- Salam. 45-ci səhifə, axırdan 8-ci sətirə bax ([33]):)
Mənim şikayətim yoxluqdan deyil,
Ondandır, ondandır, bunu sən də bil.
Almaz türklüyümü həbəş ölkəsi,
Olmuş xoş dovğadan məhrum cümləsi
--Vago 10:07, 13 Aprel 2010 (UTC)
Xəritə
[mənbəni redaktə et]Salam. Xəritələrlə bağlı iş nə yerdədi? Bir şey alınır mı?--Sefer azeri 01:25, 13 aprel 2010 (UTC) Salam.Hazırda xəritə var amma hələ tam hazır deyil.Baxaq görək uyğun gəlsə qoyarıq.2-3 günə hazır olacaq.--Raynec 00:33, 14 aprel 2010 (UTC)
Şablon:Heykəl
[mənbəni redaktə et]buyurun bu da siz istədiyiniz Şablon:Heykəl Düzdür birqədər başım İnsan ürəyinə qarışdığı üçün ləngidim.--MrArifnajafov 23:35, 13 Aprel 2010 (UTC)
- Şablonu Bəyəndinizmi, tətbiqində çətinliyiniz varmı?--MrArifnajafov 17:44, 14 Aprel 2010 (UTC)
Deyəsə şablonda hər şey qaydasındadır?--MrArifnajafov 09:48, 15 Aprel 2010 (UTC)
Elməni əlifbası ilə, amma azərbaycan dilində yazılmış ədəbiyat barədə nə bilirsiniz?
[mənbəni redaktə et]--Aydinsalis 09:30, 13 aprel 2010 (Bakı)
Rayonlar
[mənbəni redaktə et]Salam.Sizcə rayonlar hansı cür göstərilsə yaxşı olar(Məncə 3-cü yaxşıdı -Abaran): "Şəkil:Abaran-1.jpg" "Şəkil:Abaran-2.jpg" "Şəkil:Abaran-3.jpg" --Raynec 16:22,18 Aprel 2010 (UTC)
- Добрый день, случайно попал на вашу страницу. Если вас интересует, то вот карта.--Pandukht 09:27, 22 Aprel 2010 (UTC)
Salam. Xəritələrlə bağlı iş nə yerdədir? hazır olanları var mı?Sefer azeri 17:14, 25 aprel 2010 (UTC)
Salam.Bir neçə gündən sonra başlıyacam hamısını düzəltməyə. Bir sayt var sizə lazım ola bilər.Sizin MSNiniz var? Bir də sizə Anidəki kilsələr erməni kilsələridiki? -Raynec 17:48, 25 aprel 2010 (UTC)
Güney Azərbaycan məbədləri
[mənbəni redaktə et]Salam həmkar. Güney Azərbaycan məbədləriylə bağlı araşdırma aparacağınızı söyləmişdiniz nəsə bir nəticə var? --sefer azeri 00:00, 20 Aprel 2010 (UTC)
Salam. Çox təəssüf hələki xristian məbədlərinə aid ciddi bir nəticə yoxdur... Məlumatlar topladıqca sizə xəbər verəcəm. Hörmətlə:--PPerviz 21:03, 22 Aprel 2010 (UTC)
Seçilmiş şəkil
[mənbəni redaktə et]Sefer azeri, Ağ zanbaq şəklini Ana səhifəyə qoyulmasına razısansa Buradan səs verə bilərsən.--Tar 88 14:02, 23 Aprel 2010 (UTC)
Cavanşir qalasına baxıb kənaraçıxmalar etmədən ona uyğun tətbiq edə bilərsiniz. Diqqət: obyektin (olmasa yerləşdiyi şəhər və kəndin) koordinatlarını düz verin.--MrArifnajafov 00:41, 7 May 2010 (UTC)
Tətbiq edə bilərsiniz artıq hazırdır.--MrArifnajafov 13:43, 9 May 2010 (UTC) Şablon həmin şablondu amma bir qədər korrektə etmişəm. sadəcə əlavə olunan hissəni məqalələrdə tətbiq olunmuş şablona əlavə etmək gərəkdir.--MrArifnajafov 13:47, 9 May 2010 (UTC)
- Nardaran məscidinə baxa bilərsiniz--MrArifnajafov 18:55, 9 May 2010 (UTC)
- Şablon:Məscid --MrArifnajafov 19:50, 9 May 2010 (UTC) istifadəsi məbəd də ki kimidir.--MrArifnajafov 20:03, 9 May 2010 (UTC)
- Belə də olar amma yaxşı olardı ki, adlar eyni olduqda sadəcə yerin adı və kilsə göstərilsin.--MrArifnajafov 20:31, 9 May 2010 (UTC)
Commons
[mənbəni redaktə et]Səfər, salam. Kommonsa yüklədiyin şəkillərin hamısını Siz özünüz çəkmisiniz? Əgər başqasının şəklidirsə gec-tez müəlliflik hüquqlarının almadığını elan edərək onları silə bilərlər. Müəlliflik hüquqlarının Sizə məxsus olduğunu sübut etmək üçün şəkillərin ölçüləri 70-100 Mb ölçüdə ora yüklənməlidir. Buradakı şəkilləri sildirməyə tələsməyin. --Ira 08:41, 9 May 2010 (UTC)
Salam İrada xanım. Şəkillərin çoxu özüm çəkdiyim şəkillər deyil. Amma müəlliflik hüququ olmayan şəkillərdir. Onları necə sertifikatlaşdırmalıyam bəs? Düzü mənimçün elə fərqi yox idi şəkilləri bura yükləyim ya commonsa. Amma Sortilegus dedi commonsa yükləsən yaxşıdır. Bura ikinci ən çox fayl yükləyən mənəm deyə şikayət edirlər :) Sonra düşündüm ki, Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı yaxşı şəkilləri commonsa yükləsəm yaxşı olar ki, həm başqa vikilərdə də istfadə olunar, həm də bu da bir müsbət təbliğat vasitəsidir. İndi nə məsləhət görürsüz? Neyniyim?--sefer azeri 14:48, 09 May 2010 (UTC)
Şəkillərin müəllifi Siz deyilsinizsə commonsdan onları siləcəklər. Mən bu etapı keçmişəm. Yalnız 70 il öncə çəkilmiş şəkilləri saxlayırlar. Odur ki, o, şəkilləri burada saxlayın, amma mənbə göstərməklə. Yalnız özünüz çəkdiyiniz şəkillər commonsda qala bilər ya da müəllifini tapın, qoy öz adından şəkilləri atsın. Məsələn mən fevral ayında İlqar Cəfərovu tapdım, şəkilləri onun adından commonsa yüklətdirdim. --Ira 15:26, 9 May 2010 (UTC)
Silinmiş faylların siyahısına birada baxa bilərsiniz. [34], bərpa etmək mümkündür. Amma əvvəlcə sil şablonu qoyulan şəkilləri redaktə edin [35]. Mən elə buradakıları yavaş-yavaş silirdim :), birdən ağlıma gəldi ki, məqalələrdəki şəkilləri bir də yoxlayım ... --Ira 15:56, 9 May 2010 (UTC)
İndi bərpa edim, ya gözləyək? --Ira 16:09, 9 May 2010 (UTC)
Zəhməti yoxdur, borcumdur. Amma baxın [36], hamısını bərpa etdim ya yox? --Ira 16:22, 9 May 2010 (UTC)
Bu şəkil [37] deyəsən köhnə şəkildir, onu PD-old lisenziyası ilə commonsa yükləmək olar. --Ira 16:24, 9 May 2010 (UTC)
Köhnə şəkilləri göstərdiyim lisenziya ilə commonsa yükləyin getsin, problem olmayacaq, uğurlar --Ira 16:37, 9 May 2010 (UTC)
Salam İrada xanım. Gül bayramınız mübarək! Deyirəm bəlkə, Nardaran məscidi məqaləsində şiə məscidi yox, sadəcə drd minarəli məscid yazaq. Nə fərqi var ki, onsuzda ikisi də allahın evidi. Heç olmasa biz ayırımçılıq etməyək. Onsuzda axır vaxtlar sünni və şiə istifadəçilərimiz yola getmir :( --sefer azeri 12:09, 10 May 2010 (UTC)
Təbrikə görə təşəkkür edirəm. Şiə məsələsinə gəldikdə, mənim üçün fərqi yoxdur. Sadəcə olaraq minarələrdə fərq olduğuna görə belə yazdım. Amma siz demişkən yenidən mübahisə olmasın deyə bu ifadə işlənilməsə də olar. --Ira 08:55, 10 May 2010 (UTC)
Oyun
[mənbəni redaktə et]Salam. Seçilmiş məqalə statusu almış iki məqalənizdən anladım ki, video oyunlar haqqında bilgilisiniz. Bu [38] oyun haqqında da məqalə yarada bilsəz əla olar. :) İşlərinizdə uğurlar. Hörmətlə --sefer azeri 23:28, 09 May 2010 (UTC)
- Xoş gördük, Səfər! Bu məşhur oyunu özüm SEGA konsolunda oynamışam. Hətta bağlamışam da ). Əfsanəvi oyundur ). Çalışacam yazım ;). Hörmətlə. --Proger danış 18:36, 9 May 2010 (UTC)
- Belə anlatım. Mənim fəaliyyətimə fikir versəniz görərsiniz ki, məqalələr arasında hiss ediləcək fərq var. Yəni yazılma vaxtlarından danışıram. Məsələ orasındadır ki, mən hər-hansı məqalə yazıramsa demək həvəsim var :). Həvəsim olmadığım məqalələri yaza bilmirəm. Ancaq yazanda tam və dolğun yazıram. Maylka aid video oyunu yazmağa hələ ki, həvəsim yoxdur :). Axırıncı məqaləm Half-Life-dır. Ondan sonra heç bir məqalə yazmamışam. Çünki hələ ki, həvəsim yoxdur. Olan kimi yazacam, narahat olmayın. Yadımdadır ;). --Proger danış 11:28, 16 May 2010 (UTC)
Şəxs haqqında
[mənbəni redaktə et]Salam. Vikidə istənilən adam haqqında məqalə yaratmaq olar? Məsələn Alik Əlioğlu kimi məqalələr bizə nə qədər lazımdır? --sefer azeri 22:38, 10 May 2010 (UTC)
Salam. "Şəxslərin ensiklopedik əhəmiyyəti" və "Vikipediyanın məqalə silmə kriteriyaları" prinsiplərini yekunlaşdırıb qəbul edəndən sonra belə məqalələrin təftişini aparacağıq və istifadəçilərin rəylərinə əsasən onların hansının qalmalı, hansının silinməli olduğunu müəyyənləşdirəcəyik. Hələlik istifadəçi məqaləyə əlavələr edir. Ziyanı yoxdur, dərhal silməklə belə yeni istifadəçiləri vikipediyadan uzaqlaşdıra bilərik. Bəlkə 1 əhəmiyyətsiz məqalə yaratdı, amma sonra Vikipediya qanunları ilə tanış olub töhfələr verməyə başladı. Hörmətlə:--Sortilegus 20:57, 10 May 2010 (UTC)
Kateqoriyalaşdırma
[mənbəni redaktə et]Salam. Erməni kilsələri, erməni monastırları və ümumiyyətlə erməni abidələri ilə bağlı kateqoriyaları hara yerləşdirsək normal olar. Ölkələrinə görə kateqoriyay yerləşdirmək düşünürəm ki, normal olmaz, çünki erməni abidələrinin çoxu Ermənistanda yox Türkiyədədir. Bir də Bakirələr monastırında etdiyiniz dəişikliyə görə - Hripsime adın ingiliscə yazılışıdır. Azərbaycan dilində kitablarda Müqəddəs Ripsime yazılıb. --sefer azri 21:30, 11 May 2010 (UTC)
Salam. Kateqoriyalaşdırma məsələsi bir az qəliz məsələdir. Sən kateqoriyalaşdırmağa tələsmə. "Erməni kilsəsi" anlayışı var ki? "Qriqoryan kilsəsi" olar da hər halda. "Rus kilsəsi" demirlər ki. "Pravoslav kilsəsi" deyirlər. Bəlkə də səhv edirəm, amma qoy dəqiqləşdirək, sonra kateqoriyalaşdırarıq. Burda kateqoriyalaşdırma məsələsini min bir əziyyətlə qaydaya salmışıq:) Ripsime məsələsinə də baxaram. Hörmətlə:--Sortilegus 16:37, 11 May 2010 (UTC)
Lap kinodakı kimi oldu "həm qəlizdi, həm də ki vacib" :)) Rusca vikidə armyanskie çerkvi kateqoriyası var. Amma orda bizim kilsələr də erməni kilsəsi kimi göstərilib. Kilsələri tabe olduqları kilsə qurumlarına görə kateqoriyalaşdırmırlar deyəsən. Aid olduqları xalq və ölkələrə görə kateqoriyalaşdırılar ki, bu zaman da hər ikisi üst - üstə düşür. Yəni rus kilsələri Rusiyada, Azərbaycan kilsələri Azərbaycandadır. Bircə bu ermənilər istisnadır. Vətənlərini tərk edib başqasının vətənində (bizim torpaqda) məskunlaşdıqlarından kilsələri də tarixən məskun olduqları torpaqlarda qalıb. Desən Türkiyə kilsələri düz çıxmır, erməni kilsələridir. Desən Ermənistan kilsələri yenə düz çıxmır, Ermənistanda deyil. Desən Erməni kilsələri onda da yerləşdirməyə kateqoriya tapmırsan. İndi gəl baş aç bu qarışıqlıqdan. --sefer azri 21:48, 11 May 2010 (UTC)
Onda yığ hamısını "Erməni kilsələri" kateqoriyasına, sonra baxarıq görək neynirik--Sortilegus 08:35, 12 May 2010 (UTC)
Salam. Yaxşı olar ki, mənbələrdə fərqli ad ilə verilən terminləri düzəliş etmək yox, uyğun məqaləyə istiqamətləndirəsiniz (redirect), məsələn, “kəngərlər”i “kəngərlilər”ə. O ki, qaldı albanların türk olması məsələsinə, nəzərə alın ki, belə iddialar üçün mütləq tərəfsiz mənbələr lazımdır. Bir də xahiş edərdim, Utilər məqaləsində etdiyiniz son dəyişiklikləri bir az ensiklopedik yazı kimi düzəldəsiniz, hazırda elə bil nə isə araşdırılır.--Melikov Memmed 07:39, 15 May 2010 (UTC)
- Hörmətli sefer azeri, Siz “Azərbaycan tarixinin I cildi haqqında mən öz fikrimi bildirmişdim” yazmışsınız, ancaq bir istifadəçi bir mənbə haqqında öz fikrini bildirməməlidir, Utilər məqaləsində isə qırmızı xətlə onların türk olması sübut edilməyə çalışılır, mən də albanların türk olmasını çox istərdim, ancaq məqalə tam tərəfsiz olmalıdır, yəni nə isə sübut edilməyə çalışılmamalıdır.--Melikov Memmed 08:15, 15 May 2010 (UTC)
Məsələ burasındadır ki, sizin göstərdiyiniz mənbə (burda konkret olaraq yeddi cildlik Azərbaycan tarixi) tərəfsiz və normal bir mənbə deyil. Əksinə tərəfli və bir ideyanın (türklərin Azərbaycana XI yüzildə gəlmə olması) isbat etməyə çalışır. Mən bu mühitin içindəyəm, hər gün bu haqqda onlarla fikir, müxtəlif mənbələrdən sitatlar eşidirəm, inanın ki, millətçilik etməyə çalışmıram (amma millətçiliyə də pis baxmıram). Maksimum tərəfsiz olmağa çalışıram. Axı mənm gətirdiyim sitatlar konkret alimlərin əsərlərndəndir, hətta səhifələrini belə göstərirəm. Diqqətlə fikir versəniz, məqalənin başında əvvəlki dövr Azərbaycan tarixşünaslığında (Sovet Azərbaycanı tarixşünaslığı) utilərin udinlər və albanlarla eyniləşdirilməsi və hətta qafqazdilli hesab edilməsi haqqında faktları göstərmişəm, həmçinin belə düşünmüş alimlərin (indi onların əksriyyəti dünyasını dəyişib) bəzilərinin əsərlərindən də sitatlar gətirmişəm. Mn utilərin türk olduğunu sübut etməyə də çalışmıram. Hər şey ortadadır zatən. Eyni şeyi albanlara da şamil etmək olar. İndi Avstriya tarixçisi Erix Fayqlın çox maraqlı bir əsərini oxuyuram. Albanlar haqqında çox maraqlı fikirləri var və o da albalraın türklər olduğunu danmır. Ayrıca daha çox istinad etdiyim bir tarixçi, Qiyasəddin Qeybullayevi də tərəfsiz hesab etmək olar. Etnik mənşəcə türk deyil, tat olub o rəhmətlik də. Lakin İqrar Əliyev kimi həqiqətləri danmazlıqdan və faktların üstündən keçməzlikdən gəlməyib. Bir şey də qeyd edim, çalışın ümumiyyətlə İqrar Əliyevə istinad etməyin heç nədə. Çünki, artıq müasir Azərbaycan tarixşünaslığında onun heç bir iddiası artıq ciddi qəbul edilmir. --sefer azeri 18:53, 15 May 2010 (UTC)
- Məqalədə, nəinki sovet albanşünaslarının, hətta akademik Z.M.Bünyadov, akademik İ.H.Əliyev, tarix elmləri doktoru, albanşünas F.Məmmədova kimi Azərbaycanda mövzu ilə birbaşa əlaqəsi olan və xaricdə də az-çox tanınan elm adamlarının fikirləri etnoqraf Qiyasəddin Qeybullayevin fikirləri ilə “alt-üst” edilməyə çalışılır. Məsələyə bu cür baxışı qeyri-ciddi hesab edirəm. Professor Q.Ş.Kazımov Qiyasəddin Qeybullayev haqqında əsərləri işıq saçan vətən fədailərindən biri olması kimi çox gözəl sözlər yazsa da, hətta Azərbaycan şəraitində ona olan digər münasibətlər haqqında yazır: “...Qiyasəddin Qeybullayevin heç bir fəxri adı yox idi. ... Cild-cild kitabların müəllifi savadsız adamların aldığı doktorluq diplomunu da ala bilmirdi və bu, məni çox təəccübləndirirdi, çox ağrıdırdı. Hər soruşduqda «Qoymurlar» deyirdi. İnstitut rəhbərliyi onun yaradıcılığına həqarətlə baxır, Qeybullayev adlı adamın varlığını görmək istəmirdilər”. Məsələyə kim isə “Hamı Manqut, Qeybullayev isə vətənpərvər idi” kimi baxırsa, digərləri də onun “vətənpərvər” yazılarının subyektiv olmasını söyləyə bilər. Ümumiyyətlə, kimin isə ciddiyə alıb-almadığından asılı olmayaraq Azərbaycan reallığında Qafqaz Albaniyası ilə əlaqədar Z.M.Bünyadovun, İ.H.Əliyevin və F.Məmmədovanın fikirlərini diqqətə almamaq imkansızdır, ən azı müasir Azərbaycan albanşünaslığında mövzü ilə əlaqəli onlar çapda elm adaları hələlik yetişməmişdir və ya kim isə bunun əksini iddia edirsə, onları da hələlik ciddi bir albanşünas kimi heç kim tanımır.--Melikov Memmed 18:46, 15 May 2010 (UTC)
- Diqqət etsəniz mövzuya aid tək bir mənbə belə ixtisar olunmamışdır, ancaq bir istifadəçi kimi şəxsən Sizə aid olan fikirlər silinir, "Azərbaycanın etnik tarixində ən dolaşıq məsələlərdən biri də Albaniyada uti adını daşıyanların etnik mənsubiyyəti məsələsidir" yazmadan da faktları yazmaqla bunun belə olduğu görünür, "Beləliklə, bu müəlliflər albanları indiki Dağıstandilli udinlərin ulu əcdadları hesab edirlər və bununla da dolayı yolla orta əsrlərdə Azərbaycanda türkləşmə prosesinin getməsi və deməli, Azərbaycan dilinin kənardan gətirilmə olması haqqında başabəla müddəanın tərəfində dururlar" cümləsi də Sizin fikriniz və məqaləyə heç bir aidiyyəti yoxdur. Konkret nə isə nəzərdən qaçıbsa, əlbəttə öz düzəlişlərinizi edin--Melikov Memmed 20:41, 15 May 2010 (UTC)
- Bütün məqalə tək Qiyasəddin Qeybullayev fikirləri əsasında (nəzərə alın ki, bunlar da hamının qəbul etdiyi faktlar deyil, onun subyektiv fikirləridir, çox xoş da olsa) yazılsa bu bir tərəfsiz məqalə deyil, Qeybullayevin iddialari verilən bir məqalə olacaq, bu doğru deyil, məncə yaxşı olar ki, məqalədə onun bütün fikirləri tək bir abzas şəklində verilsin, Siz də uyğun ad ilə ayrıca bir məqalə də yarada bilərsiniz, ancaq utilər məqaləsi bu iddialar əsasında yazılmamalıdır, bir kiçik məqalədə bir müəlifin əsrini 11 dəfə mənbə kimi göstərmək doğru deyil və tərəflidir--Melikov Memmed 21:07, 15 May 2010 (UTC)
- Vaxt da artıq gecdir, hələlik.--Melikov Memmed 21:46, 15 May 2010 (UTC)
- Bütün məqalə tək Qiyasəddin Qeybullayev fikirləri əsasında (nəzərə alın ki, bunlar da hamının qəbul etdiyi faktlar deyil, onun subyektiv fikirləridir, çox xoş da olsa) yazılsa bu bir tərəfsiz məqalə deyil, Qeybullayevin iddialari verilən bir məqalə olacaq, bu doğru deyil, məncə yaxşı olar ki, məqalədə onun bütün fikirləri tək bir abzas şəklində verilsin, Siz də uyğun ad ilə ayrıca bir məqalə də yarada bilərsiniz, ancaq utilər məqaləsi bu iddialar əsasında yazılmamalıdır, bir kiçik məqalədə bir müəlifin əsrini 11 dəfə mənbə kimi göstərmək doğru deyil və tərəflidir--Melikov Memmed 21:07, 15 May 2010 (UTC)
- Sefer azeri, salam! Siz rusca başadüşmirsiz, kimsə tərcuma eləsa bunu: Удины. rus dilindən azerbaycan dilinə, yaxşı olardı, istiirəmki siz oxuyasız orda nə yazılıpdı Загляните по этой ссылке, некоторые сообщения имеют прямое отношение к Вам. Кстати, это сообщения азербайджанцев, участников русской википедии.
Utilər
[mənbəni redaktə et]Salam İrada xanım. Utilər haqqında bir məqlə yaratdım. Xahiş edirəm, məqaləni oxuyasız. Əgər gətirilən faktları və göstərilən mənbələri tutarlı hesab edirsinizsə, ümumi rəyə gəlib, udinlərlə bağlı Udi 88 qardaşımızın yaratdığı məqaləyə düzəlişlər edək. Bir də Məlikov Məmməd bəy utilər məqaləsinin tərəfsiz yazılmadığını qeyd edir. Amma mən maksimum tərəfsiz olmağa çalışmışmışam. Təklif edirəm, çalışaq bir ortaq qərara gəlib bu məsələni bağlayaq. --sefer azeri 20:00, 15 May 2010 (UTC)
Sefer, salam. Məqalə çox maraqlı alınıb və hətta deyərdim ki, yüksək dərəcədə elmi məqalədir (Mən sizin yerinizdə olsydım bu məqaləni buraya daxil etməzdən əvvəl hər hansı elmi jurnalda çap elətdirərdim, sonra vikiyə daxil edərdim). Məqalədə müxtəlif alimlərin uti tarixinə aid elmi araşdırmaları və gəldikləri nəticələr öz yerini tapmışdır. Odur ki, mən təklif edirəm ki, məqalə udilər məqaləsi ilə birləşdirilməsin, adı isə Utilər haqqında tarixçilərin fikri və ya Uti tarixi haqqında və buna oxşar adla ayrıca məqalə kimi qalsın, Utilər məqaləsindən bu məqaləyə keçid verilsin. Əvvəl mən də məqalələrin birləşdirilməsi tərəfdrı idim, amma indi görünür ki, məqalə Udi tarixi haqqında ayrıc bir mövzudan bəhs edir. Hörmətlə, --Ira 06:17, 16 May 2010 (UTC)
P.S. Melikov Memmed adlı istifadəçinin bir fikri ilə razıyam ki, çalışın öz şəxsi fikirlərinizi və şəxsi nəticələrinizi məqaləyə daxil etməyəsiz. Nəticəni oxucu özü çıxarmalıdır. Qalan məsələlərdə isə məqalə çox maraqlı alınıb. Təşəkkürlər. --Ira 06:17, 16 May 2010 (UTC)
İrada xanım, udilər məqaləsində indiki udinlər Qafqaz Albaniyasındakı utilərin və həmçinin Qafqaz albanlarının etnik və mədəni varisikimi göstərilir. Amma utilər haqqında olan məqalədən də göründüyü kimi bu belə deyil. Albanların udinlərə heç bir dəxli yoxdur, utilərin isə hamısının dəxli yoxdur, utilərin bir hissəsi qafqazdilli olub. Ayrıca udinlərin yerli olması qeyd edilir ki, bunun belə olmaması, udinlərin indiki Azərbaycan ərazisinə Qərbi Azərbaycandan Urartu dövlətinin sıxışdırmasından sonra gəldikləri bir neçə alim tərəfindən (həm də erməni, rus və gürcü alimləri) qeyd edilir. Deməli udinləri yerli adlandırmaq yox, onların I - II əsrlərdə gəlmə olduğunu yazmaq lazımdır. Əsas məsələ alban əlifbasının udinlərə dəxli olmadığı ortadadır. Çünki albanlar udinlər deyil. Udinlər məqaləsindəi qədim yazısı hissəsini tamamilə çıxarmağı və tarixi bölməsini yenidən redaktə etməyi təklif edirəm. Ortaq razılığa gəlsək mən redaktə etmək istərdim udinlər məqaləsini. Amma narazılıq olmasın :)--sefer azeri 14:24, 16 May 2010 (UTC)
Elə mən də istəyirəm ki, narazılıq olmasın :) Utilər məqaləsini diqqətlə oxudum. Orada görünür ki, alimlərin udilərin etnik tarixi haqqında fikirləri müxtəlifdir. Udilər məqaləsində müəyyən dəyişikliklər etmək olar. Amma, ru-vikidən camaatın yenidən bura gəlib mübahisələr aparmasının əleyhinə olduğum üçün məsələnin dərinləşməsini istəməzdim. Odur ki, redaktələri bütün qaydalara uyğun olaraq, mənbələr göstərməklə və konflikt yaratmadan edin. --Ira 15:01, 16 May 2010 (UTC)
Səlahəddin Əyyubi
[mənbəni redaktə et]Salamlar, mən çalışıram. Şadlı elinin türk mənşəli olması haqqında sənədlər və qaynaqlar çoxdur. Azərb/ref> Not only did Turkey and Azerbaijan pursue an identical policy against the Kurds, they even employed identical techniques like forced assimilation, manipulation of population figures, settlement of non-Kurds in areas predominantly Kurdish, suppression of publications and abolition of Kurdish as a medium of instruction in schoolsaycanda yaşayan Şadlinskilər və Şadlı elinin nümayəndələri özlərini türk sanırlar. Heç biri kürd dilini bilmir. Səlahəddin Əyyubinin türk olması haqqında sənədə rast gəlməmişəm. Fəxrəddin Kırzıoğlu onun Azərbaycandan olmasını qeyd edir. Bu onun türk olmasına hələlik dəlalət etmir. Hər halda axtarıram. Mən də sizin yazıları böyük maraqla izləyirəm. Uğurlar! --Enver62 19:04, 15 May 2010 (UTC)Enver62
Papravənd məqbərəsi
[mənbəni redaktə et]Salam. Siz bilmirsiz Ağdam rayonunda Papravənd kəndində yerləşən məqbərənin şəkilini harda tapmaq olar? --Interfase 16:50, 25 May 2010 (UTC)
Kəndin koordinatları: 40°09′30″ N və 46°50′30″ E. Yaxşısı budur bütün şəkilləri mənə göndərin. --Interfase 08:54, 29 May 2010 (UTC)
Vaqifin məqbərəsi
[mənbəni redaktə et]Salam. Mən çoxdan Vaqif türbəsi haqqında məqalə yaratmışdım. Məsləhət olsa ikisini bir adda birləşdirin. :) İşlərinizdə uğurlar.Hörmətlə:--sefer azeri 01:11, 01 İyun 2010 (UTC)
Salam, hörmətli həmkar! Bu səhifəni mən yox, Interfase yaratmışdır. Odur ki, zəhmət olmasa ona müraciət edin. Mən yalnız bir qramatik səhv düzəltmişəm. :)Sizə yeni-yeni müvəffəqiyyətlər.
Səmimiyyətlə--Sultan11 20:28, 31 May 2010 (UTC)
Seçilmiş məqalə
[mənbəni redaktə et]Salam İradə xanım. Mən Atropatena məqaləsini işləyib qurtardım. Düşünürəm ki, seçilmiş məqalə statusuna layiqdir. Çünki, Atropatenayla bağlı bütün məsələləri qısa da olsa əks etdirmişəm. Amma əvvəlcə sizinlə məsləhətləşmək istədim. Sizin rəyiniz mənimçün olduqca maraqlıdır. Mümkünsə məqaləni oxuyub fikrinizi bildirin, sonra namizəd kimi göstərək.--sefer azeri 23:44, 31 May 2010 (UTC)
Səfər, salam. Məqaləyə baxdım. Yəni tam diqqətlə oxumadım, amma ümumi məzmunu ilə tanış oldum. Məqalə çox möhtəşəmdir. Bir şey yaxşıdır ki, nəhayət Seçilmiş məqalələr içində Azərbaycana aid bir məqalə olacaq. Yalnız bir məsələ məni narahat edir, mənbələr çox deyil. Yəni Azərbaycan tarixçilərindən Ziya Bünyadovun, Fəridə Məmmədovanın, Cəmil Həsənli, Tofiq Köçərli, Tofiq Hacıyev və bir çoxlarının [39] əsərlərindən də nümunələr olsaydı pis olmazdı. Amma ümumi fikrim belədir ki, Məqalə Süçilmiş məqalə statusu almağa layiqdir. Hörmətlə, --Ira 05:25, 1 İyun 2010 (UTC)
İrada xanım, mən də şox istərdim ki, zəngin ədəbiyyat göstərmək imkanımız olsun. Təəssüf ki, bu belə deyil. Adlarını çəkdiyiniz tarixçilərdən heç biri, Atropatena tarixi ilə məşğul olmayıb. Ümumiyyətlə Azərbaycanda Atropatena tarixini araşdıran iki alim var, Abdulla Fazili (Atropatena) və İqrar Əliyev (Atropatena tarixinin oçerkləri) və hərəsinin də bu mövzuda cəmi bir kitabı var. İranda isə Atropatena tarixi ümumiyyətlə araşdırılmayıb. Lakin bəzi tarixçilər öz əsərlərində ötəri məlumatlar veriblər. Amma İran tarixçiləri bir qayda olaraq böyük təhriflərə yol verib, əksər hallarda isə onlara xeyir eləmiyən faktların üstündən səssizcə ötüblər. Amma yenə də onlardan hansısa maraql fikirləri götürə bildim. İqrar Əliyevin kitabını isə oxuduqdan sonra ona itirdiyi vaxta heyfsiləndim. Adam gözümüzün içinə baxa - baxa Atropatenanı fars dövləti çıxarır. Nəysə, qısacası yararlı olan bircə Abdulla bəyin 1993 - cü ildə çıxardığı Atropatena kitabıdır. Amma mən birbaşa mənbələrə daha çox üstünlük verərək onlardan daha çox istifadə etdim. --sefer azeri 17:09, 01 İyun 2010 (UTC)
- Düzdür təəssüf ki, Atropatena tarixi siz dediyiniz kimi bizdə o qədər də çox öyrənilməyib. Amma fikirləşdim ki, bəlkə sadaladığım alimlərin əsərlərinin içində siz nə isə tapmısınız. Dediyim kimi məqalə çox möhtəşəmdir. Bu qədər zəhmət müqabilində sizə yalnız minnətdarlığımı bildirə bilərəm. Allah, razı olsun. Məqaləni Süçilmişlər içində görməyi çox arzulayıram. --Ira 12:24, 1 İyun 2010 (UTC)
Məqalədəki düzəlişlərə görə təşəkkürlət. Tarixçi olmadığıma görə tərcüməni baş-ayaq etmişdim. Amma bilirdim ki, gəlib düzəldəcəksiz :)--Ira 18:12, 1 İyun 2010 (UTC)
Bu [40] mətni niyə sildiniz, orada ümumi məlumat var idi, silmək üçün elə çiddi problem görmədim --Ira 18:25, 1 İyun 2010 (UTC)
Səfər, əgər zəhmət deyilsə, düzəlişləri özünüz edin. Məqalədə daxil etdiyim mətnlərdə takrarlanmalar olduğunu indi gördüm. Mənbələri lazım olan yerlərə daxil et. Əhali bölməsində də düzəlişləri Sizə həvalə edirəm. Hər halda mövzuya siz məndən daha yaxınsınız. --Ira 18:49, 1 İyun 2010 (UTC)
- Sağ olun! Ancaq xahiş edirəm iki eyni başlığı birləşdirməyi unutmayasınız--Melikov Memmed 18:54, 2 İyun 2010 (UTC)
- Salam. “Azərbaycan” sözü ərəb dili ilə bağlı olduğu üçün yəqin ki, V-VI əslərdə orginalda olsa-olsa Ātur-patkān, Atropatena və ya Ատրպատական ola bilərdi. “Son tədqiqatlar göstərmişdir” qətiyyən Vikipediya prinsiplərinə uyğun deyil, bu iddia etməkdir ki, bunu hər kəs qəbul edir, özünüz də bilirsiniz ki, bu belə deyil. Məsələn, Sizin üçün “son tədqiqatlar göstərmişdir”, mənim üçün isə heç nə göstərməmişdir. Bir də “Bir çox müəlliflərə görə, Azərbaycan öz adını Atropatenadan almışdır.[6] (lakin Azərbaycan adının başqa yozumları da vardır.)” Burda (lakin Azərbaycan adının başqa yozumları da vardır.) yazmaq lazım deyil, çünki bir mənbəyin belə yazması hələ bunun sübut olunmuş fakt olması demək deyil, mən də bilirəm ki, başqa yozumlar da var, həm də Siz artıq mənbəyə öz fikrinizi bildirirsiniz. Azərbaycanca Vikipediyada istifadəçilər tez-tez bir mütəxəssis kimi öz fikirlərini bildirirlər, bu yolverilməzdir, hətta tam haqlı olsalar belə.--Melikov Memmed 12:34, 3 İyun 2010 (UTC)
- Çünki, bunu yazan "Azərbaycan" sözünün birmənalı Ātur-patkān olduğunu qəbul edir, ancaq bilirsiz ki, heç də hər kəs bu fikirdə deyil--Melikov Memmed 12:57, 3 İyun 2010 (UTC)
Salam. Mənbədən madalıların İrandilli olmasını fikrini çıxmaq yolverilməzdir, bu mənə Sovet dövrünü xatırlatdı, "sərf eləyəni yaz, eləməyəni kəs at", xahiş edirəm madalıların İrandilli olmasını maddədə göstərəsiniz. "Azərbaycanın görkəmli dövlət adamı" fikrini çıxmağımın səbəbi, axı o zaman heç "Azərbaycan" sözü yox idi, Azərbaycan Atropatdan sora öz adını onun adından almış isə o necə Azərbaycanın görkəmli dövlət adamı olmuşdur, məntiq yoxdur.--Melikov Memmed 17:27, 4 İyun 2010 (UTC)
- Hörmətli Sefer azeri, bir var qəbul edilmiş tarixi fakt, yəni bunu müxtəlif görkəmli alimlər və akademik nəşrlər yazır, bir də var ki, iddia. Məsələn, bu gün kampaniya başlayır ki, ukraynalılar slavyan deyil “təmiz” türkdürlər, bir necə alim də bunu öz kitabında “əsaslandırır” (yəqin belə ciddi iddialar olduğunu bilirsiniz), indi belə çıxır ki, biz də bunun hər ikisinin “eynihüquqlu iddia olduğunu” qəbul etməliyik? Midiya haqqında burda çox maraqlı məqalə var.--Melikov Memmed 18:12, 4 İyun 2010 (UTC)
- Bir şeyi birmənalı qəbul etməniz lazım ki, Vikipediya araşdırma yeri deyil, istifadəçiyə Vikipediya üçün mötəbər sayılan mənbələri müzakirə etmək, yəni “bunu yazan bu sahənin mütəxəssisidir, ancaq mən deyirəm ki, səhv edir” hüququ verilməyib. Hətta təsəvvür edin ilkin qaynaq əsasında da yazı yazılmamalıdır, kobud desək “mən bir kitab yazıb deyirəm ki, filan cinayəti mən törətmişəm”, Vikipediya üçün bu fakt kimi qəbul olunmur, mütləq digər mənbə ilə təsdiq olunmalıdır, ancaq məntiq ilə “bunu məndən yaxşı kim bilər ki”. Məsələn, elə götürək Siz yazan Erməni soyqırımını, bilirsiniz ki, bu “midiyalılar irandillimi, yoxsa türk olmaları” kimi əhəmiyyətsiz bir şey deyil, bu iddialar Türkiyə üçün dövləti əhəmiyyətə malikdir, bunun qəbulu Türkiyə üçün çox arzuolunmaz nəticələr yaradar və Türk dövləti də bu iddiaları birmənalı rədd edir, ancaq Siz yazan kimi, bu iddiaları təsdiq edən çox tutarlı və akademik mənbələr olduğu üçün Türkcə Vikipediyada bunlar tamamilə öz əksini tapmışdır. Çünki, Vikipediyada araşdırma aparılmır, kimin haqlı, kimin haqsız olmasını araşdırılmır, sadəcə mötəbər mənbədə əsaslanan faktlar verilir. Yəni bu iddialara Türkcə Vikipediyakı istifadəçilər deyil, Türkiyə tarixçiləri cavab verir. Vikipediya üçün də tək doğru olan şey budur--Melikov Memmed 04:40, 5 İyun 2010 (UTC)
- Bu mənada Sizinlə tam razıyam, inanılan mənbə əsasında faktlar verilir, qərarı qoy oxucu versin. Bir təklifiniz də ki, etnik mənsubiyyət məqalədən çıxarılsın, o zaman mütləq məqalədən Qeybullayevin "türk" iddiaları da çıxarılmalıdır. Yenidən yad bir adam gözü ilə bir daha məqaləyə nəzər salın, demək olar ki, Atropatenanın bir türk dövləti olmasına heç bir şübhə yeri qoyulmamışdır, bu qətiyyən düz prinsip deyil və çox tərəflidir, mən sizə öncə yazmışdım, bir daha təkrarlamaq istərdim, sadəcə bir neçə il bundan əvvələ qədər demək olar ki, bütün millətlər öz tarixlərinə "əl gəzdirirdilər" və bu çox vacib idi, eləcə də Azərbaycan üçün. Ancaq indi reallığı nəzərə almalısınız, artıq sadəcə "daxil üçün" nəzərdə tutulan tarixdən heç bir "xeyir" yoxdur, ancaq başqalarının yanında, istər düşmən, istər dost yumşaq desək, xoş görünmür. Bir anlığa təsəvvür edin ki, dünya tarixçilərinin mötəbər bir beynəlxal tədbirdə türk oğlu türk Atropatdan məruzə edirsiniz, erməni, iranlı, türk tarixçilər də qulaq asır, nə hiss edərdiniz --Melikov Memmed 05:51, 5 İyun 2010 (UTC)
Arxeoloji abidə
[mənbəni redaktə et]Şablon:Abidə buyurub istifadə edə bilərsiniz Bax:Yedditəpə. Hörmətlə--MrArifnajafov 16:20, 4 İyun 2010 (UTC)
Rəsm
[mənbəni redaktə et]Salam. Siz Atropatın Bariaksı əsir alması səhnəsinin təsvir olunduğu rəsm əsərinin müəllifini tapmaq istədiyinizi yazanda mən rəsmə baxdım, doğrudur onu məqaləyə mən yerləşdirmişəm, ancaq doğrusu şəkilə heç diqqət etməmişdim, şəkildə Aleksandr və makedoniya döyüşçüləri təsvir olunub, əsgərlərin geyiminə diqqət edin, hər kəs makedoniyalı. Məncə bu rəsmin Atropata dəxli ola bilməzdi, məqalədən çıxıram, seçilmiş məqalə üçün çox şübhəlidir.--Melikov Memmed 05:21, 6 İyun 2010 (UTC)
Xəritələr
[mənbəni redaktə et]- xəritə qrafikası ilə məşğul olmamışam, amma belə bir variant təklif edə bilərəm:Abaran bəyənməsəniz geri qaytara bilərsiniz. Bu formanı Şablon:Rayon məlumat qutusuna da tətbiq edə bilərəm. Və hansı adı istəsəniz yaza bilərsiniz. Bu variant standart variantdır və ümumi qəbul olunmuşdur. Razısınızsa deyin əlavə edim --MrArifnajafov 13:42, 6 İyun 2010 (UTC)
Şablon:Tarixi ərazilər baxın görün bu yarayar.--MrArifnajafov 20:19, 6 İyun 2010 (UTC)
- Əhali sıxlığı, nəqliyyat vasitəsi kodu, telefon kodu, icra başçısı, poçt indeksi, icra nümayəndəsi, bələdiyyə başçısı, qubernator bölmərinin qalmasının ziyanı yoxdur doldurulmadığı təqdirdə görünməz qalacaqdır. Ehtiyac duyularsa istifadə də oluna bilər. Nümunə bax: Vedi.--MrArifnajafov 20:34, 6 İyun 2010 (UTC)
Hazırdı tətbiq edə bilərsiniz
Nə əlavəniz varsa deyin.
--MrArifnajafov 17:16, 9 İyun 2010 (UTC)
- Əhali sıxlığı, nəqliyyat vasitəsi kodu, telefon kodu, icra başçısı, poçt indeksi, icra nümayəndəsi, bələdiyyə başçısı, qubernator bölmərinin qalmasının ziyanı yoxdur doldurulmadığı təqdirdə görünməz qalacaqdır. Ehtiyac duyularsa istifadə də oluna bilər. Nümunə bax: Vedi.--MrArifnajafov 20:34, 6 İyun 2010 (UTC)
Udi
[mənbəni redaktə et]Qeyd edirlər ki, ağıllı başlı məqalə yaza bilməmələri bəs deyilmiş kimi indi də Utilərin indiki udinlərin əcdadı yox, türk olmasını sübüt etməyə təşəbbüs göstərirlər, halbuki bütün dünyada utilər udin kimi qeydə alınıb. Udi88-nin doğruluğunu sübut etmək üçün könüllüləri AzVikidə müzakirələrə dəvət edir. (GrandMaster)
İttihamlardan biri də guya Sizin Azərbaycan vikipediyasını aşağı səviyyəli təbliğat məqsədilə bardaq günə qoymağınızdır (Parisan).
İddia olunur ki, biz türkükü və dilimiz də türk dilidir, ancaq alban və digər bizim əcdadımız olan yerli "qəbilə"lərin dili assimilyasiyaya uğrayıb. (GrandMaster)
- Məndən bu qədər. --Vago 11:29, 8 İyun 2010 (UTC)
- Salam. qardaş. Tərcüməyə görə çox təşəkkür edirəm. Həmin o məni ittiham edən istifadəçiyə qarşı şikayət etmək imkanım var? --sefer azeri 19:59, 8 İyun 2010 (UTC)
- Salam. Qabaqlar LiveJournal-da bir politikimizi əməlli-başlı söymüşdülər. O, da vay-şivən etdi ki məhkəməyə verəcəyəm, sənədləri də hazırlamışam. Ondan sonra düşdülər həmin politikin üstünə ki, sən əməlli-başlı işverən imişsən ki?! Sonda söyüşmə kimin səhifəsində gedirdisə, həmin səhifədəki materiaalların hamısını pozdu. Necə deyərlər, "İt öldü, qotur kəsildi!". Nə deyim, heç özüm də bilmirəm.--Vago 15:08, 8 İyun 2010 (UTC)
- Salam. qardaş. Tərcüməyə görə çox təşəkkür edirəm. Həmin o məni ittiham edən istifadəçiyə qarşı şikayət etmək imkanım var? --sefer azeri 19:59, 8 İyun 2010 (UTC)
Salam. Vago elə bütün müzakirənin qısa icmalını yazıb. --Sortilegus 15:37, 8 İyun 2010 (UTC)
Səfər, salam. Mənim bu məsələdən çoxdan xəbərim var idi. Bu barədə də Udi88-ə yazmışdım [41]. Yazımda bildirirəm ki,az-vikidə bir məqalə belə yaratmayan və ya redaktə etməyən azərbaycanlı istifadəçilər nə üzlə bizi ittiham edirlər. yazını həmin istifadəçilər çoxdan oxuyublar. Yəni Sizin yerinizə mən onlara xəbərdarlıq etdim. Odur ki, narahat olmayın.
Əslində onlar pis uşaqlar deyillər, sadəcə az-vikidən xəbərləri yoxdur. Onların az-vikidə Seçilmiş məqalələr arasında bir dənə də olsun Azərbaycana aid məqalə olmadığı haqqında ittihamlara isə Siz Atropatena məqaləsi ilə cavab vermisiniz. Hörmətlə, --Ira 15:49, 8 İyun 2010 (UTC)
- Salam İrada xanım. Sizə əvəzsiz dəstəyinizə və yardımlarınıza görə çox - çox təşəkkür edirəm. Amma özümüzünkülərin bizə belə münasibət bəsləməsi bir az adamın qol - qanadını qırır. Mənimçün olduqca maraqlıdır, vikidəki fəaliyyətim o qədər mi mənfi yönümlüdür ki, mənə arşı bu cür ittihamlar irəli sürülür. Amma nəysə bu qarşılaşdığımız birinci haqsızlıq halı deyil onsuz da, əminəm ki, heç axırıncı da olmayacaq. --sefer azeri 20:58, 8 İyun 2010 (UTC)
- Axı biz optimist nəslin nümayəndələriyik :) --Vago 16:10, 8 İyun 2010 (UTC)
Sefer, burada siyasət başqadır. Udi88 ru-vikidə ermənilərlə "müharibələrdə" Azərbaycanlılara çox dəyərli köməkliklər göstərir, belə ki, neytral istifadəçi kimi idarəçilər onun müzakirəsini dəyərləndirirlər. Bizimkilər də qarşılıqlı olaraq onun tərəfini saxlamağa çalışırlar. --Ira 16:19, 8 İyun 2010 (UTC)
Burada söhbət təkcə sizdən getmir. Az-vikini "bardak" adlandırmaqla onlar əslində idarəçiləri təhqir etmişlər. İndi neyləyim, onların hamısını burada bloklayım? Odur ki, Vago düz deyir, optimist olun. Vago və mənim kimi :) --Ira 18:56, 8 İyun 2010 (UTC)
- Yuxarıdakı inzibatçılar (bir azdan biri əlavə olunacaq :)) düz deyirlər. Fikir verməyin. "Bardak" və sair məsələsinə gəldikdə isə onu deyən adam Vikipediyada əvəssiz rol oynayıb (en və ru). Çox böyük. Həddindən artıq. Onun fəaliyyətinə bir baxın. Özü ilə də tanışam. Hesab edirəm ki, düşünülməmiş, hirsli başla deyilən sözdür. Fikir verməyin. Sizin işiniz, hörmətli Səfər bəy - Azərbaycan Vikipediyasında əvəssizdir! İnanın mənə! Bunu burada hər bir istigadəçi (hətta Sizinlə münaqişəyə girən belə) təsdiq edə bilər. O üzdən qol-qanadınız qırılmasın. Nə badə! :) Sizin kimi istifadəçilər Vətənə (bəli məhz, Vətənə!) çox lazımdır! Hörmətlə. --Proger danış 19:12, 8 İyun 2010 (UTC)
Vikipediyada əsas şərtlərdən biri məqalələrdə istifadə olunan faktları tutarlı mənbələrlə təsdiq etməkdir. Çalış yaratdığın və zənginləşdirdiyin məqalələrə daha çox belə mənbələr əlavə elə. O müzakirəni mən oxudum (rus dilini az-çox bilirəm) - boş söz yığnağıdır. AzViki də "bardak" deyil. Elə ona görə belə çoxlu müzakirələrin şahidi oluruq son vaxtlar. "Bardak" olsaydı burda hamı "at oynadardı". --Sortilegus 19:24, 8 İyun 2010 (UTC)
Salam Səfər. Həmkarların fikirlərinə məndə şərikəm. Sİzin əməyinizi hamı kimi məndə çox gözəl qiymətləndirirəm. Ruhdan düşməyə heç bir əsas yoxdur. Həyat mübarizədir, mübarizə isə yaşamaqdır. Sizi mübarizələrə səsləyirik! Uğurlar. Hörmətlə:--Sultan11 19:46, 8 İyun 2010 (UTC)
- Bir şeyi bildirmək istəyirəm ki, doğurdan Azərbaycanca Vikipediyanın böyük çatışmazlıqları var və bu barədə Rusca Vikipediyadakı azərbaycanlıların fikirlərinə diqqət verməmiz pis olmaz. İştirak edənlər bilir, Rusca, İngiliscə və hətta qardaş Türkçə Vikipediyada Azərbaycanın tarixi gerçəklikləri haqqında yazmaq bir “zülmdür” və bunun əsas səbəblərindən biri də azərbaycan mənbələrinə inam olmaması, ermənilərin “azərbaycanlı alimləri tarixi saxtalaşdırırlar” iddiasının bu Vikilərdə geniş yayılmasıdır. Azərbaycanca Vikipediyadakı bəzi tamamılə yersiz olan “vətənpərvər” yazılar da “düşmən dəyirmanına su tökmək” kimi bir şeydir və diqqət etsəniz Rusca Vikipediyadakı azərbaycanlıları da narahat edən elə budur. Mən hətta udilər məqaləsində Səfər azerinin heç cürə inandıra bilmədikdə, axırda məcbur olub “ən azı Rusca Vikipediyada bunu Azərbaycanın əleyhinə istifadə edəcəklər” yazmışdım, çünki udinlərin tarixini udinlərin özündən də yaxşı bilən erməni istifadəçilər üçün Azərbaycanda onların türk olduğunu iddia olunduğunu öyrənmək bu mənada “toy-bayram” kimi bir şeydir. Təklif edərdim, Azərbaycanca Vikipediyada məni çox narahat edən, dilimizin orfoqrafiya qaydalarına “yumşaq” münasibət, tarixi məqalələrdə ensiklopedik olmayan və ya mötəbər mənbələrə əsaslanmayan faktların verilməsi və dini məsələlədə ensiklopedik yazı əvəzinə islam qaydalarını öyrətməyə çalışmaq kimi yanlış münasibətləri Kənd meydanında hamımızın iştirakı ilə bir-bir müzakirə edək və məncə beləcə bir qərara gələ bilərik ki, bu da ümumi işin xeyirinə ola bilər.--Melikov Memmed 05:26, 9 İyun 2010 (UTC)
Hər kəsə dəstəyə görə çoxlu - çoxlu təşəkkür edirəm :) və Məlikov Məmməd bəyin fikrinə qoşularaq onun təklif etdiyi məsələlərin, eyni zamanda hansı mənbənin bizim üçün mötəbər mənbə ola biləcəyinin də müzakirəyə çıxarılmasını təklif edirəm. "Oturub" bir yerdə bunları müzakirə etsək, sonra xaricdən hansısa müdaxilə olanda bizlər də nala-mıxa vurmaz, bir mövqedən çıxış edə, həmçinin digər vikilərdə də öz mövqelərimizi müdafiə edə bilərik. Amma bu müzakirəni nə qədər tez eləsək o qədər yaxşı olar. Çünki mən Manna, Midiya, Qafqaz Albaniyası, Alban memarlığı, Ani, Xürrəmilər hərəkatı və Babək məqalələri hazırlamışam və bura yerləşdirərək Seçilmiş məqalə namizədi kimi təqdim etmək fikrim var. Mənbələrlə bağlı problemimiz tez həll olunsa mən də bilərəm ki, hansı mənbələrə istinad etmək olar, hansına yox.
Udinlər məsələsinə gəlincə, mən ümumiyyətlə Udi88 qardaşımızın zənginləşdirdiyi Udilər məqaləsinə toxunmadım. Bunun iki səbəbi var idi. Birincisi İrada xanımın xahişini nəzərə aldım (çox səs - küy salmamaqla bağlı) ikinicisi, rusca vikidə Udi88 bəyin fəaliyyətinə baxdım və onun bizlərdən inciməsini istəmədiyimdən, sadəcə olaraq məqaləyə müdaxilə etmədim. Halbuki, udilər məqaləsinə mübahisə doğuracaq kifayət qədər fikirlər var. Udi88 qardaşımız məqaləni zənginləşdirərkən əsasən rus vikidəki mənbələrə və məqaləyə istinad edib, amma həmin vikidə Azərbaycan tarixinin nə qədər saxtalaşdırıldığını göstərmək üçün təkcə onu demək lazımdır ki, İrəvan, Gəncə qədim erməni şəhərləri kimi təqdim olunur. Əvəzinə Utilər məqaləsini yaratdım. Udinlər və Utilərlə bağlı ortada sadəcə bir yanlış anlaşılma var. Utilər məqaləsini oxusanız, orada udinlərin türk mənşəli olmasının iddia edilmədiyini görəcəksiniz. Udinlər və Utilər hər ikisi Azərbaycanın qədim sakinləri olmaqla başqa-başqa tayfalardır. Biri türk mənşəli, digəri isə Qafqaz mənşəli. Sadəcə ad oxşarlığı səbəbindən bir çox alimlər, hətta böyük akademiklər belə (bilərəkdən və ya bilməyərəkdən) bu iki tayfanı qarışdırmışlar. Bununla da həm udinlərin, həm də utilərin, dolayısıyla Azərbaycan türklərinin tarixi saxtalaşdırılmşdır. Məsələ bu qədər bəsit ikən biz niyə özümüzə problem yaradaq axı. Bir də utilər məqaləsində Azərbaycanın əlehinə istifadə ediləcək hansısa fakt yoxdur mən bilən. Varsa deyin çıxardaq. Bir daha əməyimə verdiyiniz dəyərə və dəstəyə görə hər birinizə təşəkkür edirəm, dostlar! --sefer azeri 15:47, 9 İyun 2010 (UTC)
- Melikov Memmedin təklifini tam dəstəkləyirəm. Nəhayət belə bir müzakirəni başlamaq lazımdır. Son 10-15 ildə bəzi müəlliflər tərəfindən Azərbaycan ərazisində yaşayan və yaşamış bütün xalqların ucdantutma türk mənşəli olduqlarını elan edən kitablar yazılır. Əslində etiraz doğuran bu fikirlərin yaranması deyil, çünki bu tip fikirlər əksər xalqlarda var. Lakin, bu cür fikirlər adətən ciddi qəbul olunan və dövlət səviyyəsində dəstəklənən fikirlər deyil. Bizdə isə sensasiyalara maraq və ortalığa atılan fikirlərə tənqidi yanaşma tərzinin demək olar ki, olmaması ona gətirib çıxarır ki, dünən nəşrdən çıxan kitab heç bir təhlilə məruz qalmadan bir çoxları tərəfindən dərs vəsaiti kimi, tədris məqsədləri üçün qəbul edilir. Buna etiraz edənləri də başa düşmək çətin deyil. Axı belə çıxır ki, sənə birdən-birə tamamilə yeni dünyagörüşü sırımağa çalışırlar və əlbəttə ki, bununla razılaşmayanların olması təbiidir. Seçilmiş məqalə namizədləri səhifəsində "Atropatena" məqaləsi ilə bağlı şərhimdə də bu fikirləri qeyd etmişəm. Məncə mənbələrlə bağlı müzakirəni nə qədər tez başlasaq bir o qədər faydalı olar. --Wertuose 07:29, 10 İyun 2010 (UTC)
Minnətdarlıq
[mənbəni redaktə et]Çox hörmətli Həmkarım sefer azeri,
Dəstək və təbrikə görə sizə dərin təşəkkürümü bildirir və hamımıza Azvikinin qüdrətini artırılması üçün görə biləcəyimiz işlərdə uğurlar arzu edirəm.--MrArifnajafov 10:06, 10 İyun 2010 (UTC)
Müqəddəs Ancelo qəsri
[mənbəni redaktə et]Burada Müzakirə:Müqəddəs Ancelo qəsri mübahisəni davam etdirmək olar.--MrArifnajafov 17:50, 9 İyun 2010 (UTC)
Silinmə
[mənbəni redaktə et]Salam. Bu gün commonsa yüklədiyim bir şəklə [42] silinmə şablonu yerləşdirilib. Səbəini yazıblar amma anlamadım. Mümkünsə kömək edin nə qədər ki, şəkli silməyiblər.--sefer azeri 19:37, 10 İyun 2010 (UTC)
- Mən də başa düşə bilmədim. Şəkilləri yükləyəndə çalışın faylın ölçüsünü böyük edin. Deyilənə görə o zaman güman edirlər ki, şəklin orjinalı özündədir.--Vago 14:44, 10 İyun 2010 (UTC)
- Bir yerdə təqribən başa düşdüyüm qədər qeyd ediblər ki, Azərbaycanda panoramaların heç bir kommersiya azadlığı yoxdur.--Vago 14:51, 10 İyun 2010 (UTC)
Azad şəkil saymırlar. Sən çalış lisenziyalaşdıranda bir az çox məlumat əlavə elə. Vago düz deyir, şəkil nə qədər keyfiyyətli oldu o qədər yaxşıdır. Sözün düzü mən commonsda aktiv fəaliyyət göstərmirəm, onların lisenziya, keyfiyyət tələblərini də bir o qədər yaxşı bilmirəm. Hörmətlə:--Sortilegus 15:40, 10 İyun 2010 (UTC)
Azad şəkil necə olmalıdır başa düşmürəm, şəklin orijinalını yükləmişəm, 3648x2736 ölçüdədir. Şablonu qaldırsam problem olmaz ki, görəsən? --sefer azeri 20:48, 10 İyun 2010 (UTC)
Problem olar. Orda gərək silinməyə göndərilən şəkillər üçün açılan müzakirə səhifəsində öz mövqeyini müdafiə edəsən və şəkilin sinməsinə etirazını bildirəsən. İngiliscə yazışmaq lazımdır. --Sortilegus 15:51, 10 İyun 2010 (UTC)
Azərbaycan dilində yazsam olar? Mən ingiliscə bilmirəm. --sefer azeri 20:59, 10 İyun 2010 (UTC)
İngilis dilində yazmaq lazımdır ki, səkilin silinməsinə və ya qalmasına səs verən istifadəçilər anlasınlar. Mən də düz-əməlli ingiliscə bilmirəm, ona görə sənə kömək edə bilməyəcəm. --Sortilegus 16:05, 10 İyun 2010 (UTC)
Səfər, salam. Şəkli saxlamaq mümkün olmayacaq. Belə ki, bu adi maketdir və onun müəllifi var. Commonsda maketin müəllifinin icazəsi tələb olunur. Əks halda silinəcəkdir. --Ira 16:17, 10 İyun 2010 (UTC)
- Salam. Səfər, nəzərə al ki, Commonsa bir şəkil yükləyəndə, üstəlik sən gərək hər kəsə ondan istədiyi kimi istifadə etmək hüququ da verəsən, burda isə başqasına aid olan maketin şəkilindən istifadə hüququnu sən necə kimə isə verə bilərsən? Yəni İradə xanım yazdığı kimi bu şəkili saxlamaq mümkün olmayacaq. Mən "yalandan" bir iki boş şey yazıb "keep" qoydum, ancaq bu bir az vaxt udmaqdan başqa bir şeyə yaramaz. Azərbaycan qanunları bu şəkildən qeyri-komersiya məqsədi ilə istifadəyə icazə verir, ancaq problem bu ki, Vikipediya üçün yalnız istənilən məqsəd üçün istifadə oluna biləcək şəkillər qəbul olunur.--Melikov Memmed 11:45, 11 İyun 2010 (UTC)
İrada xanım, bəs ermənilər bunu [43] necə saxlayırlar? --sefer azeri 15:43, 11 İyun 2010 (UTC)
Sualınız şəkli silmək istəyən idarəçiyə verildi: [44], cavabı o verməlidir --Ira 17:02, 11 İyun 2010 (UTC)
Atropatena
[mənbəni redaktə et]Atropatena məqaləsinin seçilmişlər sırasına qatılması münasibətilə təbrik edirəm. Azərbaycanın tarixi həqiqətlərinin bundan sonra da işıqlandırmaq yolunda müvəffəqiyyətlər arzulayıram. --Vago 06:03, 11 İyun 2010 (UTC)
Atropatena məqaləsinin seçilmiş məqalə statusu alması münasibəti ilə təbrikə qoşulur, Azərbaycana, Azərbaycan tarixinə aid yeni-yeni məqalələrinizin bu statusu almasını arzulayıram.
Xoş arzularla:--Sultan11 08:36, 11 İyun 2010 (UTC)
Hər ikinizə təşəkkür edirəm, qardaşlar. --sefer azeri 15:53, 11 İyun 2010 (UTC)
Atropatena məqaləsinin seçilmişlər sırasına qatılması üçün göstərdiyiniz inadkarlığınızı xüsusi geyd etməklə bərabər sizi bir daha təbrik edirəm. Tarixçi olmadığım üçün obektivlik xatirinə kortəbii şəxsi fikir bildirməmək üçün səsvermədə iştirak etməməyimi üzürlü sayın. Ümid edirəm ki, neçə-neçə seçilmişləriniz irəlidə sizi gözləyir. Hörmətlə --MrArifnajafov 11:46, 11 İyun 2010 (UTC)
Çox təşəkkür edirəm, həkim.--sefer azeri 19:57, 11 İyun 2010 (UTC)
Qum bazilikası
[mənbəni redaktə et]Salam. Əvvəlcə buradakı [45] müzakirədə yardımınıza görə sizə sonsuz minnətdarlığımı bildirmək istəyirəm. Mən ingiliscə yaxşı bilmədiyimdən, heç bir müzakirə apara bilməyəcəydim və əslində ümüdümü üzdüm ki, şəkli siləcəklər. Amma siz yardım etdiniz. Bunu çox yüksək dəyərləndirirəm. Son olaraq nə nəticəyə gəlindi? Sil şablonunu qaldıra bilərəm? Bir də sizdən bir xahiş etmək istəyirəm. Mən öz vikimizdə alban abidələri haqqında olan (bunların əksəriyyəti monastır və kilsələrdir) məqalələri yavaş yavş zənginləşdirirəm. Mümkünsə siz də buradakı məlumatlardan istifadə edərək başqa vikilərdə (ən azı ingilis və rus) həmin abidələrimiz haqqında məqalələr yaradın. Ermənilərin ən çox iddia etdikəri və azərbaycan torpaqlarına iddialarını əsaslandırdıqları məhz həmin abidələrin Azərbaycanda varlığıdır. Ermənilər hər vəcdlə həmin abidələrimizi erməni abidələri kimi təqdim etməyə çalışırlar. Lakin erməni memarlığı ilə alban memarlığının dağlar qədər fərqi var və qarışdırılması mümkün deyil. ox xahiş edirəm bu abidələrimizin mənimsənilməsinin qarşısını almağa kömək edəsiniz. mən dil bilgisizliyi ucbatından bunu edə bilmirəm. --sefer azeri 13:41, 14 İyun 2010 (UTC)
- Salam. Şəkil ilə əlaqədar, yuxarıda Sizə ətraflı məlumat yazmışam, hələ ki, səsvermə gedir və əleyhinə səs verən yoxdur, ancaq Siz Sil şablonunu qaldıra bilməzsiniz, bu yalnız səsvermənin nəticəsindən asılı olaraq ediləcək. Bir daha bildirmək istəyirəm ki, bu şəkil indiyə qədər mövcud olan Commons prinsiplərinə ziddir, ancaq bu il bu prinsiplərin bir az yumşaldılması gözlənilir. Yəni bu işdə çox şeyə ümid etməmək lazımdır. Alban abidələri ilə əlaqədar; doğurdan da həmin abidələrin çoxu digər dillərdəki Vikipediyalarda erməni abidələri kimi təqdim edilir. Bunun ən başlıca səbəblərindən biri ermənilərin Azərbaycan mənbələri “zərərsizləşdirməsidir”. Məncə Siz doğrudan da bu sahədə kömək edə bilərsiniz, məsələn, “erməni memarlığı ilə alban memarlığının dağlar qədər fərqi var” yazmışsınız, əgər bir “neytral” qəzet, jurnal və ya saytda bu abidənin biri haqqında bir mütəxəssis (mütləq mütəxəssis) bu fərqi elmi surətdə göstərsə idi, bu faktların həmin abidə barədəki məqalədə verilməsinə heç kim mane ola bilməzdir. Sadəcə, ermənilərə bu yazının “millətçi” və ya “saxta” olmasını söyləmələri üçün bir əl yeri qoyulmaması bəs edərdi.--Melikov Memmed 19:38, 15 İyun 2010 (UTC)
Salam İrada xanım. Bəlkə Şahbulaq məscidi məqaləsini Şahbulaq Qıfılı saray kompleksi məqaləsi ilə birləşdirəsiniz? Məscid kompleksin tərkibində olub və artıq yoxdur, məhv edilib. Hörmətlə, --sefer azeri 17:28, 17 İyun 2010 (UTC)
- Sefer, salam. Məncə ayrı qalsa da pis olmaz. Məsələn Şirvanşahlar kompleksinə aid olan tikililər haqqında ayrı-ayrılıqda məqalələr vardır. Mən müəyyən keçidlər əlavə etdim. --Ira 16:33, 17 İyun 2010 (UTC)
Erməni
[mənbəni redaktə et]Salam qardaş. Xahiş edirəm, erməniylə gedən mübahisənin məzmunuyla məni tanış edəsiz (Atropatena müzakirəsində) bəlkə köməyim dəydi. --sefer azeri 11:12, 18 İyun 2010 (UTC)
- Səfər, salam. Əslində buna mübahisə demək olmaz, bir formdakı kimi "istehza mübadiləsi", düzü Vikipediyanın foruma döndərilməsinin tam əleyhinəyəm, ancaq qonaq idi, özü də necə qonaq, mən də qaydaları pozdum, gələcəkdə təkrar olmaz. Maraqlı bir şey yoxdur, ancaq xahiş edtiyin üçün qonağı maraqlandıran əsas suala qədər təxmini tərcümə edib Sənə göndərirəm.
tarixi Azərbaycan torpaqlarının bir hissəsində
Siz özünüz necə, inanırsınız?--Pandukht 16:15, 16 İyun 2010 (UTC)
Məyər bu belə deyil Panduktcik, əgər şübhə edirsinizsə onda bu sizin öz probleminizdir.--MrArifnajafov 07:40, 17 İyun 2010 (UTC)
Yox əşi, kim buna şübhə edər (ən azı Bakı şəhərində) --Pandukht 11:37, 17 İyun 2010 (UTC)
Ən azı nə vaxtsa önümüzdəki zaman («когда петух клюнет») tezliklə Yerevanda da şübhə etməyəcəklər.--MrArifnajafov 12:26, 17 İyun 2010 (UTC)
Heç olmasa buna görə sağ olun, yoxsa elə bildim İran Azərbaycan Respublikasının adının dəyişdirilməsi məsələsini qaldırıb və bu səbəbdən də Pandukht Azərbaycan Respublikasını tarixi Azərbaycanın (yəni Antropatenanın) bir hissəsi hesab etmir Melikov Memmed 12:40, 17 İyun 2010 (UTC)
Yox əşi, nə danışırsınız. Mən hesab edirəm, əlbəttə. İravanı da hesab edirəm, Dərbənd, Urmiya, hamısını, hamısını, hamısını, а как же, дорогой.Ancaq ciddi olsaq, azərbaycanlılar oğuzlardır, bu səbəbdən Qafqazda, İranda 12-13 əsrlərə qədər onlar ola bilməzdilər. Bəs onda orada Tarixi Azərbaycan necə ola bilərdi?
Hər halda ən maraqlı yazı --Proger danış yazandır, azı gərək özüm əməl edim.--Melikov Memmed 08:26, 18 İyun 2010 (UTC)
Tərcüməyə görə təşəkkürlər. Məsələ burasındadır ki, Azərbaycan türklərini sırf oğuzlara bağlamaqla XI əsrdən əvvəlki Azərbaycan tarixini "silmək" istəyirlər. Çox məkirli plandır və bu planın altında çox böyük alimlərin imzası var. Bizim alimər hələ təzə - təzə başlayıblar həmin məsələlərə cavab verməyə. Nəysə... Bir də ki, ermənilərin Azərbaycan türklərinin və ümumiyyətlə etnik amili heç nəzərə almasaq, ümumilikdə Azərbaycan tarixinin şanlı səhifələrindən birini yazmış Atropatenayala bağlı (yəni Atropatenanın Azərbaycanın dövlətçilik tarixinin bir parçası olmasıyla bağlı) məsələyə etiraz etmələri də məncə başa düşüləndir. Atropatna - Ermənistan əlaqələri hissəsini oxusanız görərsiz ki. Ermənistan ərazisi Atropatena çarlarına bəxşiş edilib və uzun müddət Atropatena çarları tərəfindən idarə olunub. Ermənilər üçün vaxtilə bizi idarəçiliyimiz altında yaşamalarını qəbul etmələri məncə qıcıq yaradan amil olar. Amma tarix tarix olaraq qalır. Bir də, sizdən bir xahiş edim, mümkünsə mənim commonsa yüklədiyim şəkilləri [46](hamısı Azərbaycanl bağlıdır) digər vikilərdəki müvafiq məqalələrdə də tətbiq edin. Azərbaycanın müsbət yöndən tanıdılması üçün maraqlı şəkillər var aralarında. Mən digər vikilərdə bir neçə dəfə yerləşdirmişəm bəzi şəkilləri amma sonra baxdım ki, siliblər. Ondan sonra bir də yerləşdirmədim. Başqa dillərdə müzakirə aparmaq imkanım isə olduqca az olduğundan baş qoşmadım. Mümkünsə bu işi siz görün. Təşəkkür, uğurlar. --sefer azeri 16:06, 18 İyun 2010 (UTC)
- Hörmətli Səfər, bilirsiniz ki, mən Azərbaycan türklərinin tarixinin Albaniya və ya Atropatenaya bağlamaq fikrinə inanmıram. İnandığım şey, yəqin ki, Azərbaycan türklərinin formalaşmasında istər oğuz türklərindən başqa türklər, istərsə də digər millətlər iştirak etmiş ola bilərlər, ancaq mənim üçün Azərbaycan türklərinin tarixi oğuz tayfaları ilə başlayır və mən bir Türk kimi burda heç bir əskilik görmürəm, əgər dünya tarixində mühüm yerə sahib on ən böyük millətin adını çəkmək lazım gələrsə, onlardan biri mütləq türklər olacaq. Niyə özümüzü ona-buna bağlayaq bilmirəm, əgər bir gün albanların türk olduğu sübut olarsa çox sevinərəm, ancaq bu gün mənim üçün albanın ermənidən elə bir fərqi yox, irandillilər də (arilər, məsələn midiyalılar) onun kimi.--Melikov Memmed 12:00, 18 İyun 2010 (UTC)
Animasiya
[mənbəni redaktə et]Salam. Bu şəkil [47] normalda hərəkətlidir. Amma mənim istifadəçi səhifəmdə ərəkətli olmur. Bu nədəndir? --sefer azeri 18:26, 20 İyun 2010 (UTC)
Salam. Sənin də səhifəndə hərəkətlidir.--Sortilegus 16:36, 20 İyun 2010 (UTC)
Salam
[mənbəni redaktə et]Hörmətli Sefer azeri.Sizin məqalələrinizi və dəyişiklilərinizi maraqla izləyirəm.Həvəsli və zəhmətkeş insan olduğunuz hiss edilir.Ancaq deyə bilərsinizmi Azərbaycan türkcəsi hansı dildr ? Və bu barədə hansı ciddi elmi və ya hüquqi mənbədən bilik əldə edə bilrərəm ? Hörmətlə --Acategory 05:08, 21 İyun 2010 (UTC)
Salam. Bəs siz deyə bilərsiniz mi ki, Azərbaycan dili hansı dildir və onun mənşəyi nədir? Mən dilçi deyiləm ona görə mənbə göstərə bilməyəcəm. Amma tarixçi olaraq deyə bilərəm ki, tarixdə (1935 - ci ildən əvvəl) Azərbaycan dili adlı bir dil yoxdur. Şəxsən mən bu anlayışı qəbul etmirəm. Azərbaycan coğrafi addır. coğrafi adla dili adlandırmaq isə gülüncdür. Həm də Azərbaycan dili dil adıdırsa, onda niyə böyük hərflə yazılır? Türk dili yazsam, Türkiyə türkcəsi ilə qarışdırılar. Ona görə Azərbaycan türkcəsi yazıram bütün məqalələrimdə. Hörmətlə --sefer azeri 10:21, 21 İyun 2010 (UTC)
- Bu məsələdə sefer azeri tam haqlıdır, Azərbaycan türkcəsi yazmaq tam doğrusudur, müəyyən səbəblərdən rəsmi olaraq dilimiz Azərbaycan dili, türk əhali isə Azərbaycanlılar adlanır, ancaq "Azərbaycan türkcəsi" və ya "Azərbaycan türkləri" yazılmasına da irad tutmaq olmaz. Şəxsan mən özümü Azərbaycan vətəndaşı kimi Azərbaycanlı qəbul edirəm, etnik olaraq isə talış, ləzgi, kürd və s. olduğu kimi bu ölkədə türklər də (Azərbaycan türkləri) yaşayır. --Melikov Memmed 07:36, 21 İyun 2010 (UTC)
Hörmətli Sefer azeri.Azərbaycan türkcəsi adlı dilə hər hansı mənbə göstərə bilməyəcəyinz barədə etirafınız çox cəsarətli addımdır.Ziyalı hər şeyi bilməyə də bilər, ancaq ziyalının o sahənin mütəxəssisi ilə məsləhətləşməyi onun yüksək qiymətidir.Bizlər AzVikipediyada sadəcə maraq göstərən yox, digəriləirinin istifadə edə biləcəyi Ensiklopediya yaradıcısıyıq.Ensiklopediya isə ancaq və ancaq konkret mənbəyə, fakta və hüquqa istinad etməlidir. İstəməzdim ki, 100 il bundan əvvəl həll edilmiş problemi indi şəxsi iddialarımızla yenidən gələcək nəsillər üçün problemə çevirək.
P.S.Məlumat üçün coğrafi adla dil adlanmaya dair bir neçə misal gətirmək istəyirəm :Danimarka, Norveç, Filippin, İndoneziya və s.
Dostluq və əməkdaşlıq səmimiyyəti ilə --Acategory 15:08, 21 İyun 2010 (UTC)
Commons
[mənbəni redaktə et]Salam. Xalq mahnıları və rəqslərini commonsda yerləşdirmək problem yaratmaz ki? Onların müəllifi yoxdur, ona görə deyirəm. --sefer azeri 11:35, 21 İyun 2010 (UTC)
- Düzü bu sahədə heç bir təcrübəm yoxdur, konkret olaraq nə yükləmək istəyirsən yaz araşdıraq, mən yalnız şəkil, o da çox az sayda, yükləmişəm. --Melikov Memmed 07:43, 21 İyun 2010 (UTC)
- Burda olmalıdır, mən də vaxt olan kimi araşdıracağam--Melikov Memmed 10:38, 21 İyun 2010 (UTC)
- Müəllif hüquqi ilə qorunmurmuş, {{PD-AZ-exempt}} istifadə edib yerləşdirin, ancaq mütləq folkyor nümunəsi olsun--Melikov Memmed 10:47, 21 İyun 2010 (UTC)
Yeni məqalələr
[mənbəni redaktə et]Salam. Commonsda hər yeni tapdığın şəkillə bağlı burda məqalə yaratmağa ehtiyac yoxdur. Çox yaxşı haldır ki, şəkilləri Commonsa yükləməyi öyrənmisən, amma şəklin rəssamı var, çəkildiyi dövr var - Azviki idarəçilərinə artıq problemlər yaradırsan. --Sortilegus 15:15, 22 İyun 2010 (UTC)
Anlamadım söhbət hansı şəkillərdən gedir? Bugeronun əsərlərini nəzərdə tutursunuzsa onlar hər tapılan şəkil deyil, məşhur əsərlərdir və digər vikilərdə də onlar haqqında ayrıca məqalələr var. Mən birinci şablonları yerləşdirdim. Bu axşam da inşallah məqalələri yazıb genişləndirməyi düşünürəm. Hörmətlə:--sefer azeri 21:00, 22 İyun 2010 (UTC)
O, "Bugero" kimdir?:) Haqqında burda məqalə var? Qoy hələ adını dəqiqləşdirək, sonra rəsmləri haqqında burda məqalələr yaradarıq. --Sortilegus 16:45, 22 İyun 2010 (UTC)
Nə əcəb tanımırsız, məşhur rəssamdır. Bizdə deyəsən haqında məqalə yoxdur. Amma bir çox vikilərdə var [48]. Əsərləri çox gözəldir. Ona görə yaratdım məqalələri. Problem nədədi mən düzü başa düşmədim. Qısa olmalarındadırsa, zənginləşdirəcəm. Hörmətlə:--sefer azeri 21:49, 22 İyun 2010 (UTC)
- Səfər, çalış ki, məqalələr Azərbaycan dilində olsun. Əgər transliterasiyada çətinliyin olsa rus dilindəki tələffüzünə bax. Mənə də müraciət edə bilərsən. Wertuose 16:52, 22 İyun 2010 (UTC)
Xüsusi adın tələffüs olunması
[mənbəni redaktə et]Mən artıq bunu burda izah etməkdən yorulmuşam:) Azərbaycan dilində xüsusi ad (adam adı, yer adı və s.) necə tələffüz olunursa elə də yazılır. Maykl Cekson (mən bu şəxs haqqında danışanda onun adını belə tələffüs edirəm). Bəs sən necə? "Michael Jackson"mu deyirsən?--Sortilegus 17:51, 22 İyun 2010 (UTC)
Hmmmm. Azərbaycan dilində belə qayda olduğunu bilmirdim. Marifləndirməyə görə minnətdaram. :) Bağışlayın ki sizi (həm də Wertuoseni) bezdirirəm bayaqdan. Mən də indiyə kimi yaratdığım bütün məqalələrdə Michael Jackson yazmışam. Eybi yox, söz, səhvlərimi təlafi edərəm. :) --sefer azeri 23:05, 22 İyun 2010 (UTC)
Maarifçilik funksiyasını öz üzərimə götürmək istəməzdim. Özümü buna layiq də bilmirəm. Amma tələsmə, sən yaratdığın səhifləri düzəltməyə başlasan, maarifçi kimi yox, idarəçi kimi işimiz burda xeyli çoxalacaq:) Hörmətlə:--Sortilegus 18:21, 22 İyun 2010 (UTC)
- Psixeyanın oğurlanması--Melikov Memmed 13:02, 23 İyun 2010 (UTC)
Səfəvi–Osmanlı münasibətləri
[mənbəni redaktə et]Salam. Səfəvi-Osmanlı müharibələrini bu şəkildə hazırlamaq çox əla təşəbbüsdür. Düzü mən də belə etməyi düşünmüşdüm. Amma qədim dövrü başa çatdıra bilmirəm ki, orta əsrlərə keçəm. :) Bir də mütləq Səfəvilərin bayraqlarını dəqiqləşdirmək lazımdır. Sizin indi göstərdiyiniz yaşıl şiri-xurşidli bayraq Şah Abbasın bayrağıdır. Ondan əvvəl və sonra da bayraqlar var. Xətainin bayrağı da ayrıdır. Həmin yaşıl bayrağı ancaq Çah Abbas dövrünün müharibələrində işlətmək olar. Mən digər bayraqları indi Səfəvilər məqaləsinə yükləyəcəm ki, siz istifadə edəsiniz. Sonra məqalədən silmək də olar. Uğur olsun!--sefer azeri 17:38, 24 İyun 2010 (UTC)
- Salam. Vaxtın olduqca öz əlavələrini et.--Melikov Memmed 12:42, 24 İyun 2010 (UTC)
Azərbaycanda İslamın yayılması
[mənbəni redaktə et]Salam. Azərbaycanda İslamın yayılması məqaləsi yaratdım. Mümkünsə məqaləyə bir baxın. İslami baxımdan hansısa yalnışlıqlar olmasın. Mən məsələyə sırf tarixi baxımdan yanaşmış və tarixi mənbələrdən istifadə etmişəm. deyəsən siz İslamla maraqlanırsınız. Mümkünsə məqalədəki əksiklikləri (əgər varsa) düzəldin. Bir də bu mövzuyla bağlı nəsə şəkil əlavə etmək mümkündürmü? Məsələn Hz. Ömər və Hz. Osmanın şəkilləri var mı? Azərbaycanda İslam onların dövründə yayılıb. Onların şəklini əlavə etmək olar məqaləyə məncə.--sefer azeri 19:26, 24 İyun 2010 (UTC)
- Salam. Tarixçi olmadığıma görə təbii ki, məqaləyə ümumi baxaram. İlk baxışda bəzi mənbələr gördüm ki, Xəlifə Öməri Peyğəmbərdən (s) bir qədər də yuxarı qaldırmaq istəyirlər, necə ki, Əlini Allah hesab elədilər. Bu məsələyə hansı prizmadan baxacağımı özüm də bilmirəm. Şəkil məsələsinə gəlincə, olsa ancaq ilk 4 xəlifənin saxta şəkillərini tapmaq olar.--Vago 15:01, 24 İyun 2010 (UTC)
- Hə rus tarixçilərinin "Məhəmmədin özündən də mömün" ifadəsi mənə də şübhəli gəldi. Amma iki kitabda olduğundan düşündüm yəqin elə olub. Ona görə əlavə etdim. Amma əgər bu peyğəməbərə təhqir kimi Tarixi aspektdən düşünürəm ki, yaxşı əhatə edə bilmişəm, siz yalnız dini məsələlərə diqqət yetirin. Bir də necə yəni saxta şəkil. Fotoşəkil ola bilməyəcəyini bilirəm, amma hansısa rəsm əsəri və ya miniatür ola bilər yoxsa onlar da "İslamda qadağandır" deyib çəkdirməyiblər. -sefer azeri 20:15, 24 İyun 2010 (UTC)
- Xristianlığa baxmayın, nə cür şəkil gəldi çəkirlər. Bu gedişlə, 600 ildən sonrakı İslamı təsəvvür edə bilərsiniz :) -Vago 15:18, 24 İyun 2010 (UTC)
- Hə rus tarixçilərinin "Məhəmmədin özündən də mömün" ifadəsi mənə də şübhəli gəldi. Amma iki kitabda olduğundan düşündüm yəqin elə olub. Ona görə əlavə etdim. Amma əgər bu peyğəməbərə təhqir kimi Tarixi aspektdən düşünürəm ki, yaxşı əhatə edə bilmişəm, siz yalnız dini məsələlərə diqqət yetirin. Bir də necə yəni saxta şəkil. Fotoşəkil ola bilməyəcəyini bilirəm, amma hansısa rəsm əsəri və ya miniatür ola bilər yoxsa onlar da "İslamda qadağandır" deyib çəkdirməyiblər. -sefer azeri 20:15, 24 İyun 2010 (UTC)
Azərbaycan Ərəb Xilafətinin tərkibində
[mənbəni redaktə et]Salam İrada xanım. Azərbaycan Ərəb Xilafətinin tərkibində mövzusunu işlədim. Mümkünsə baxın məqaləyə, layiq görsəniz seçilmişə nazmizəd təklif edək. Sizin rəyiniz çox maraqlıdır mənimçün.Dərin hörmətlə, --sefer azeri 19:52, 24 İyun 2010 (UTC)
Sefer, salam. İndi heç nə deyə bilmərəm. Məqaləni oxuyandan sonra fikrimi deyərəm. Ümumi baxdım - ağır mövzudur. Təşəkkür edirəm.--Ira 19:22, 24 İyun 2010 (UTC)
Düz buyurursuz, çox ağır mövzudur. Hardasa Azərbaycan tarixnin üç əsrə qədər dövrünü əhatə edir. Amma kimsə işləməli idi əvvəl-axır bu mövzunu. Üstəlik dini məsələlər də var burda, xristianlığın zəifləməsi, islamın yayılması və sair. Amma çalışmışam hər şeyi əhatə edim. Hər halda seçilmiş məqalə namizədi kimi irəli sürmək üçün sizin rəyinizi gözləyəcəm. -sefer azeri 16:46, 25 İyun 2010 (UTC)
Səfer, məncə məqaləni müəyyən qədər ixtisar etmək lazımdır. Yəni məqalə ensiklopediyadan çox elmi məqaləyə (kitaba) bənzəyir. Məqalə müəyyən qədər konkretləşsə əla olar. Siz başlayın, əgər icazə versəniz mən də müəyyən əlavə cümlələri ləğv edərəm. --Ira 19:09, 25 İyun 2010 (UTC)
Gülüstan müqaviləsi
[mənbəni redaktə et]Salam. İngiliscə vikidə Gülüstan müqaviləsi məqaləsindəki şablona yerləşdirilmiş xəritədə [49] Cənubi Qafqazda Armenia göstərilib. Halbuki İrəvan xanlığı olmalı idi. Mümkünsə bu məsələni araşdırın. Xəritəni ya dəyişsinlər, ya da silsinlər. --sefer azeri 09:45, 25 İyun 2010 (UTC)
- Salam. Bu müasir bir xəritə və orada sadəcə xətt çəkərək sərhədlər göstərilmişdir. Yəni bizim hüququmuzu pozan heç bir şey yoxdur. Adlara diqqət etsəz Qroznı, Stavropol, Azərbaycan və s. hər şey aydın olar--Melikov Memmed 04:58, 25 İyun 2010 (UTC)
Məktub
[mənbəni redaktə et]Xoş gördük, həmkar. Sizə elektron poçt yazmışam. Çatmayıb deyəsən. Hə? --Proger danış 18:48, 26 İyun 2010 (UTC)
Şablon
[mənbəni redaktə et]- Hörmətli həmkar sözün düzü iradlardan sonra adı gedən {{Mahnı}} şablonuna hər hansı bir dəyişiklik etməzdim. Mən hələ də o fikirdəyəm ki, kardinal redaktə və dəyişikləri ancaq şablonun müəllifinin özü tərəfindən edilməsi məsləhətdir. Mənim tərəfimdən yaradılmış şablonlara hər hansı bir təkliflər əsasında rassional redaktə və dəyişikliklər etməyə, ümumiyyətlə məndən asılı hər hansı bir kömək göstərməyə hər vaxt hazıram. Xahişiniz əsnasında kömək edə bilməyəcəyimə görə çox üzr istəyirəm. Uğurlar. Hörmətlə.--MrArifnajafov 20:03, 24 İyun 2010 (UTC)
- Mənim dost sarmatlar iran-dili xalq . Onlar osetinlar birbaşa əcdadları vardır. Bizdə (azəbaycanlılar) iran genlar var - bu midiyalar.
- Слушайте уважаемый. Я сам азербайджанец, просто плохо говорю по-азербайджански, поскольку с детства в чужой стране без выездно приходится говорить на иностранном языке. Потому скажу по-русски. Вы удаляете то, что было с источниками, даже не берёте во внимание турецкую википедию. Сарматы предки алан, а аланы предки осетин. У скифов есть гипотеза, что это ираноязычный народ, а есть что это тюркоязычный народ, могу привести и то и то (у меня хорошая библиотека), просто вы меня уже разозлили потому я стал говорить так о скифах. Азербайджанцы имеют иранское происхождение, дреним элементом которого являются мидяне. Если по ващему мидяне тюрки, то как они оказались в VI в. до н. э. и какие тогда иранцы в генах у азербайджанцев? Попадись ты мне в Баку, я тебе научу науки, без обид =). Ах да, Гюльмамед здесь не причём.
- Mənim dost sarmatlar iran-dili xalq . Onlar osetinlar birbaşa əcdadları vardır. Bizdə (azəbaycanlılar) iran genlar var - bu midiyalar.
Kişi yuxarıda rusca deyir ki: "Mən özüm azərbaycanlıyam. Sadəcə azərbaycanca pis danışıram, ona görə ki, uşaqlıqdan başqa ölkədə yaşamışam və xarici dildə danışmağa məcbur oluram. Bu üzdən rusca deyəcəm. Siz mənbə olanı silirsiniz, heç türk vikipediyasını nəzərə almırsınız. Sarmatlar alanların əcdadlarıdır, alanlar isə osetinlərin. Skiflərdə onların irandilli həm də türkdilli olmaqları haqda hipotezlər var. Mən hər ikisini göstərə bilərəm (mənim yaxşı kitabxanam var). Sadəcə siz məni artıq hirsləndirdiniz, ona görə də mən skiflər haqda belə danışdım. Azərbaycanlılar İran mənşəlidirlər, hansının ki, qədim elementi midiyalılardır. Əgər sizin iddianız ilə midayalılar türklərdirsə, onda onlar necə bizim e.ə VI əsrdə var idilər - (cümlədə məna tuta bilmədim. Ona görə sinxron tərcümə elədim) və onda hansı iranlılar azərbaycanlıların genlərindədir? Sən mənim əlimə Bakıda düşsən, sənə tarixi öyrəcədəm, incimə =). Hə, bir də Gülməmmədin bura aidiyyatı yoxdur. Cavab olaraq bildirmişəm ki: "Azərbaycan türkləri - 1936-cı ilədək Azərbaycan Respublikası və Şimali İranın əsas əhalisini təşkil edən, bu gün həmçinin «azərbaycanlılar» çağırılan millətin rəsmi adıdır. Bununla hər şey deyilib." Əlavə olaraq bildirim ki, bu cür səviyyəsiz, mədəniyyətsiz danışıqlara getməyin. Normal olun, qoy o ensin, alçalsın. Siz öz işiniz görün ;). --Proger danış 09:44, 29 İyun 2010 (UTC)
Şeyx Səfi
[mənbəni redaktə et]sefer azeri, yəqin gözəl bilirsən ki, Şeyx Səfinin mənşəcə kim olması çox mübahisəlidir. Buna görə də xahiş edirəm bu məsələ ayrıca bir başlıqda verilsin və orada bütün tərəflərin iddiaları yer alsın. Məndən çox "türkdür" yazan olmayıb, ancaq tərəfsizlik prinsipinə əmal etməliyik--Melikov Memmed 06:27, 29 İyun 2010 (UTC)
Mənbə konkret etnik mənşəyi göstərir "Ey piri-türk". Bacarırlarsa kürd mənşəli olasına dair hansısa bir tarxi mənbə göstərsinlər. Ləmazatda da türk piri kimi verilib. Mehmet Rıhtım da türk mənşəli göstərir, Bartold kimi nəhəng alim belə türk mənşəli göstərir. Lakin bütün bunlar ikinci dərəcəlidir. Əsas mənbədə qeyd olunandır - "Ey piri-türk". Kürd mənşəli olmasıyla bağlı hansısa sərsəmləmələr isə (elmi mənbəyə dayanmadığından sərsəmləmədir) önəmsizdir. Bu cür məsələlərdə güzəştə getmək olmaz. Məqalədə tərəf saxlanılmır, sadəcə məsələyə obyektiv yanaşılıb və səhih tarixi mənbəyə istinad edilib. Bacarırlarsa onlar da bu cür mənbə qoysunlar ortaya. Bəzi mənbələrdə İranlı kimi qeyd edilib, amma bu fars anlamına gəlmir, çünki, orada yaşayan türklər də iranlıdır. Bir də axı qızılbaş tayfaları hamısı türk mənşəlidir, bu ki, mübahusəsizdir. Şeyx Səfinin şeirlərini oxuyun, dili Xətaininkindən daha anlaşıqlıdır. Bütün əsərləri türkcədir. Onların fikirlərini qeyd etmək həmin fikirlərin yayılmasına xidmət edər, həmin saxta fikirlərin yayılması bizim nəyimizə lazımdır ki? --sefer azeri 11:42, 29 İyun 2010 (UTC)
Hörmətli, Səfər. Siz mənim başqalarına sübut etməyə çalışdığımı mənim özümə yazmısınız. Ancaq söhbət bizim nə düşündüyümüzdən getmir. Siz dəfələrlə Oqtay Əfəndiyevin kitabını mənbə göstərmisiniz, orda da bu məsələ nə qədər mübahisəli olduğu çox gözəl verilib. Elə biz haqlı olduğumuzu sübut etmək üçün gərək digər iddiaları da verək ki, sonra da onların haqlı olmadığını göstərək digər mənbələri (bu barədə problem yoxdur). Tərəfsilik budur, yoxsa bunu gizlətməklə heç nəyə nail ola bilmərik, əksinə sabah birsi "az qala bütün digər Vikilərin" onun Kürd olduğunu iddia etdiyini biləndə çaşıb qalacaq. Məni anladınızmı? --Melikov Memmed 06:54, 29 İyun 2010 (UTC)
Salam. Mən ədəbiyyatçı olmadığıma görə elə bir mənbə bilmirəm. Amma bu yaxınlarda elm qəzetində Xəlil Yusiflinin bu məsələylə bağlı (Səfinin türk dilində olan şeirlərinin tədqiqi) iki məqaləsinin oxumuşdum. Çalışacam onunla əlaqə yaradım. Amma xəlil bəy Gəncədədir. Hər halda cəhd edəcəm. Bir də bizdə sortilegus deyəsən filoloqdur, ona da müraciət edəcəm, bəlkə köməyi dəydi. Bir iki mənbə müəyyənləşdirib sizə söyləməyə çalışacam. Bir də əlimizdə kifayət qədər görkəmli alimlərin iddiaları var. Həmin iddiaların digər vikilərdə (xüsusən ingilis) məqaləyə salınmasını təmin edə bilməzsiniz? Elm qəzetinin (AMEA-nın rəsmi nəşri) keçən həftəki sayında şox maraqlı bir yazı oxumuşdum, yadımdan çıxıb, sizə demək, Ə. Kəsrəvinin ölümündən qsa zaman öncə yazdığı bir memuarı var. Qəzetdə yazmışdılar ki, orda məşhur azəri nəzəriyyəsindən imtina edərək siyasi təzyiqlər altında yazdığını etiraf edib. Mütləq araşdırıb həmin memuarı tapmaq lazımdır, müəllifin özünün imtina etdiyi bir nəzəriyyə artıq heç bir elmi dəyər daşımır. Amma bununçün fars dilini bilən birinə ehtiyacımız var.--sefer azeri 10:48, 01 İyul 2010 (UTC)
Salam. Səfər kimin isə nə yazması hələ onun qəbul olunmuş bir iddia olması deyil və bu cür iddialar ilə Vikipediyada mənbə göstərmək olmaz. Ən qəribəsi ədəbiyyatçı olmadığınıza görə nəzərə almırsınız ki, Azərbaycan türk şeiri İzzəddin Həsənoğlu ilə başlayır, o isə Şeyx Səfidən əvvəl bunu yaza bilməzdir. Şeyx Səfi farsca yazıb, onun Türkcə yazdığı tək bir cümlə bizə gəlib çatmayıb. Bir də bu “Azəri məsələsi”. Ə. Kəsrəvi barədə məlumatım var, onun haqqında məqalədə bəzi iddiaları “xoş olmadığı üçün” yazmadım, onun Rza şaha sifariş ilə işlədiyini etiraf etməsi mənə məlumdur, öldürülməsi də “qaranlıqdır”, ancaq əks iddiaları var, ətraflı lazım deyil, sadəcə bildirmək istərdim ki, bu fakt əsasında Sizin onun üstündən xətt çəkmək fikriniz düz deyil, onun Azərbaycan tarixi üçün mühüm araşdırmaları var, məsələ Siz yazan qədər də sadə deyil. --Melikov Memmed 06:21, 1 İyul 2010 (UTC)
Mahnı şablonu
[mənbəni redaktə et]Bu şablondakı xronologiya bölməsini nəyin xronologiyası olaraq istifadə edirsən? Əslində həmin bölmədə hər hansı mahnı albomunda məqalədə haqqında söhbət gedən mahnıdan əvvəl və sonra gələn mahnının adı görünməlidir. Duet ifa olunan mahnılar isə adətən bir ümumi albomda çıxarılır. Yəni hər ifaçı ayrı-ayrı albom buraxmır. Konkret misal göstər ki, ona uyğun olaraq şablonda istədiyin əlavəni edə bilim. Cavabı bu səhifədə yaz. Wertuose 07:37, 29 İyun 2010 (UTC)
bax məsələn bu [50] mahnıda hər iki ifaçının sinql xronologiyası göstərilməlidir. Mən isə bizim şablonda belə etmək mümkün olmadığından yalnız ifaçılardan birinin (Sarah Connor) sinql xronologiyasını göstərə bilmişəm [51]. Bir də iki dənə albom track list xronologiyası lazımdır. Məsələn bu [52] mahnıda həm ifaçının sinql xronologiyası, həm də albomun track list siyahısı göstərilib. Bizdə isə mən yalnız sinql xronologiyasını göstərə bilmişəm [53]. Duet olan mahnılarda isə hər iki sənətçinin həm sinql xronologiyasını həm də hər iki sənətçinin mahnının daxil olduğu albomunun track listini göstərmək lazım olur. Bir də bəz mahnılar iki cover ilə çıxır [54]. Bizdə həmin bölmə (alternative cover) oladığından göstərmək olmur [55]. --sefer azeri 16:46, 29 İyun 2010 (UTC)
- Aydındır, amma həmin funksiyalar heç ingilis vikisindəki şablonda da yoxdur, ona görə əlavə etmək bir az çətin olacaq. Onlar həmin problemi həll etmək üçün başqa şablon yaradıblar, amma məqaləyə əlavə edəndə iki şablon bir yerdə görsənir. Bu üsul bizim istifadəçilər üçün yəqin ki, çətin olar. Ona görə də sən dediyin kimi Mahnı şablonunun genişləndirmək lazım olacaq. Bir məsələni də nəzərə al ki, yuxarıda da dediyim kimi indiyədək sinql xronologiyası adı ilə istifadə etdiyin bənd əslində trek listinq üçün nəzərdə tutulub. Yadındadırsa sən Maykl Ceksonun mahnılarına dair məqalələr yaratmağa başlayanda şablonda əvvəllər "xronologiyası" əvəzinə "Filan albomun xronologiyası" yazılırdı. Arif müəəlim də sənin xahişinlə şablonun kodlarında dəyişiklik edib həmin sözləri çıxarıb, sən də trek listinqin funksiyasını dəyişib sinql xronologiyası üçün istifadə etmisən. Yəni bizə 2 dənə trek listinq yox, 1 dənə trek listinq və 2 dənə sinql xronologiyası lazımdır. Bu son əlavələri etdikdən sonra həmin bəndin səhv işləndiyi məqalələrdə düzəliş etmək lazım gələcək. Maksimum 20-30 belə məqalə olmalıdır, sən başlayarsan, mən də kömək edəcəyəm. Wertuose 13:07, 29 İyun 2010 (UTC)
- Oldu. Amma siz şablona dəyişiklik etdikdən sonra istifadə qaydası yerində də izahla yazın ki, mən tətbiq edə bilim. --sefer azeri 10:53, 30 İyun 2010 (UTC)
- Şablon artıq hazırdır. Yeni izahları var, bütün bəndlər işləyir. Bu üç məqalədə düzəliş etmişəm - Beat It, Billie Jean, Another Part of Me. Onların tarixçəsində etdiyim düzəlişlərə baxıb digər məqalələrdə də bu cür dəyişiklik edə bilərsən. Wertuose 13:20, 2 İyul 2010 (UTC)
- Scream/Childhood məqaləsində lazımi düzəlişləri etdim. "? müğənninin albomlarının xronologiyası" yazılması ona görədir ki, bu şablon mahnılar üçün nəzərdə tutulub və mahnının yer aldığı albomu bildirmək üçündür. Sən isə bu aşblonu həm də sinqllar üçün istifadə edirsən)) Məsələn, ingilis vikisində mahnı və sinql şablonları ayrıdır. Məncə bu problemi də şablonun kodlarında 1-2 dəyişiklik edib həll etmək olar. Amma bu halda məqalələrdə də bəzi əlavələr etmək lazım olacaq. Wertuose 08:08, 5 İyul 2010 (UTC)
- Siz nə dəyişiklik lazımdırsa edin, məqalələrdə də mən dəyişiklik edərəm. Təki normal olsun bu şablon nəhayət ki. Bir də axı sinql olmayan adı mahnılar haqqında bizdə məqalələr yaradılmır. O zaman mahnı şablonu nəyə lazımdır?--sefer azeri 17:46, 5 İyul 2010 (UTC)
- Niyə də yaradılmasın axı? Heç yanda yazılmayıb ki, yaradıla bilməz. Bəlkə sabah kimsə məhz bu cür məqalələr yaratmaq qərarına gəldi. Bir də sənin yeni aranjimanda ifa olunan xalq mahnıları haqqında yaratdığın məqalələri niyə yaddan çıxarırsan, onlar ki, sinql deyil. Amma o məqalələrdə də bu şablon işlənir. Yaxud da kimsə hansısa məşhur bir mahnı haqqında məqalə yaratmaq istəsə neyləməlidir? Əslində sənin şablonlarla işləyərkən buraxdığın əsas səhv ondadır ki, şablonun qoyduğu tələblərə uyğunlaşmaq əvəzinə onu öz tələblərinə uyğunlaşdırmağa çalışırsan. Sonra da belə problemlər yaranır :) Wertuose 13:32, 5 İyul 2010 (UTC)
- Şablon artıq hazırdır. Yeni izahları var, bütün bəndlər işləyir. Bu üç məqalədə düzəliş etmişəm - Beat It, Billie Jean, Another Part of Me. Onların tarixçəsində etdiyim düzəlişlərə baxıb digər məqalələrdə də bu cür dəyişiklik edə bilərsən. Wertuose 13:20, 2 İyul 2010 (UTC)
- Oldu. Amma siz şablona dəyişiklik etdikdən sonra istifadə qaydası yerində də izahla yazın ki, mən tətbiq edə bilim. --sefer azeri 10:53, 30 İyun 2010 (UTC)
Mahnı şablonunun adını dəyişib "sinql" edə bilərik. Amma gərək dərhal bu şablonun istifadə edildiyi bütün məqalələrə baxıb, onların hansında söhbət sinqllardan gedirsə həmin məqalələrdə şablonun yuxarısında yazılan "Mahnı" sözünü dəyişib "Sinql" yazılsın. Eyni zamanda yeni bir "Mahnı" şablonu yaratmaq lazımdır. Yeni şablonu yaratmaq və köhnənin adını dəyişmək problem deyil, amma "mahnı" sözünü, "sinql" sözü ilə əvəz etmək sənlikdir :) Nə vaxt başlayaq? Wertuose 07:09, 14 İyul 2010 (UTC)
Elə bu gün başlaya bilərik. Sən birinci mahnı şablonunun adını dəyiş sinql elə. Mən də Məqalələrdə dəyişikliyə başlayım. Sonra da mahn şablonu yaradarsan inşallah. Şablonun adını dəyişən kimi mənə xəbər et, mən də redaktələrə başlayım. --sefer azeri 16:37, 14 İyul 2010 (UTC)
- Başlaya bilərsən. Amma yalnız sinqllar haqqında olan məqalələrdə düzəliş etməlisən. Adi mahnılar, xalq mahnıları və s. haqqında məqalələrə toxunma. Wertuose 11:47, 14 İyul 2010 (UTC)
Yenə nəsə düz deyil. Sadeness (Part I) səhifəsinə bax. Xronologiya yerində albomun adı yazılır. Sənətçinin sinql xronologiyası olmalıdır axı. --sefer azeri 16:54, 14 İyul 2010 (UTC)
- Sən hələ adları dəyiş, onları mən yavaş-yavaş düzəldirəm. Səbrin olsun :) Wertuose 11:57, 14 İyul 2010 (UTC)
- Dediyin məsələnin düzəlməsi üçün sən keçən dəfədən heç bir düzəliş etməmişdin, ona görə də indi "müğənninin sinqllarının xronologiyası" əvəzinə, "sinqlın xronologiyası" yazılırdı. Təkcə mənim keçən dəfədən nümunə üçün düzəliş etdiyim 3-4 məqalədə düzgün görünürdü. Məncə "Sinql" şablonunda sinql albomunun daxilindəki "sinqlların xronologiyası"nı vermək lazım deyil, çünki sinql cəmi 2 mahnıdan ibarət olan albomdur, onun da hərəsi plastinkanın 1 üzündə yazılır. "Sinql xronologiyası" bölməsini çıxardım. Yoxsa gərək boş yerə nümunə üçün düzəliş etdiyim məqalələrə baxıb qalanlarının da hamısında düzəliş etməli olacaqdın. Wertuose 12:51, 14 İyul 2010 (UTC)
- "Müğənninin sinqllarının xronologiyası" bölməsi qalıb. Wertuose 12:52, 14 İyul 2010 (UTC)
- Dediyin məsələnin düzəlməsi üçün sən keçən dəfədən heç bir düzəliş etməmişdin, ona görə də indi "müğənninin sinqllarının xronologiyası" əvəzinə, "sinqlın xronologiyası" yazılırdı. Təkcə mənim keçən dəfədən nümunə üçün düzəliş etdiyim 3-4 məqalədə düzgün görünürdü. Məncə "Sinql" şablonunda sinql albomunun daxilindəki "sinqlların xronologiyası"nı vermək lazım deyil, çünki sinql cəmi 2 mahnıdan ibarət olan albomdur, onun da hərəsi plastinkanın 1 üzündə yazılır. "Sinql xronologiyası" bölməsini çıxardım. Yoxsa gərək boş yerə nümunə üçün düzəliş etdiyim məqalələrə baxıb qalanlarının da hamısında düzəliş etməli olacaqdın. Wertuose 12:51, 14 İyul 2010 (UTC)
- Sən hələ adları dəyiş, onları mən yavaş-yavaş düzəldirəm. Səbrin olsun :) Wertuose 11:57, 14 İyul 2010 (UTC)
Anlamadım, nə ənada qalıb?--sefer azeri 18:06, 14 İyul 2010 (UTC)
- Yəni yerində qalıb. Üstdəki abzasın davamıdır. Wertuose 13:10, 14 İyul 2010 (UTC)
Başa düşmürəm, başqa nəyisədə dəyişək lazımdır? Bir az aydın izah elə lütfən.--sefer azeri 18:19, 14 İyul 2010 (UTC)
- Xeyr. Hansısa problemlə rastlaşsan xəbər ver. Wertuose 17:49, 14 İyul 2010 (UTC)
Səlahəddin Əyyubi
[mənbəni redaktə et]Salam. Səlahəddin Əyyubi məqaləsində onun kürd ailəsində doğulduğu qeyd olunub. Siz isə onun adını kürdlər məqaləsindən çıxarmısınız. Səbəbini bilmək olarmı?--Vago 12:52, 29 İyun 2010 (UTC)
- Əyyubi qətiyyən kürd deyil. Səhih mənbələr var onun ailəsi haqqında, hətta nəsil şəcərələri məlumdur, hansı ki, qıpçaqlara gedib çıxır. Əyyubinin atası Azərbaycandan (Qərbi Azərbaycan - indiki Ermənistan respublikası) köç edib. Özləri də Şadlı elinə mənsubdurlar. Baxın:İslam Ensklopediyası, Salahaddin Eyyubi ve Eyyubiler bölməsi. --sefer azeri 17:57, 29 İyun 2010 (UTC)
Hazırdır. Uğurlar--MrArifnajafov 11:06, 2 İyul 2010 (UTC)
Siz tarixçisiniz səhf etmirəmsə. Bu şablonla bağlı təkliflərinizi gözləyirəm. Tərcümədir harada yanlışlıq varsa zəhmət olmasa deyin. Hörmətlə--MrArifnajafov 12:02, 2 İyul 2010 (UTC)
Bloklamaq?
[mənbəni redaktə et]Salam. Mənə belə (artıq sildiyini) şeylər yazan naməlum istifadəçini bloklamaq haqqımız var? --sefer azeri 11:10, 5 İyul 2010 (UTC)
- Sizdən əvvəl MrArifnajafovla da bu cür davranmışdı. Təhqir elementi olsaydı, MrArifnajafov özü bloklayardı, bir qədər səbir edək, görək nə olur. --Vago 06:16, 5 :Səhv eləmişəm, artıq onu bloklayıb :) --Vago 06:18, 5 İyul 2010 (UTC)İyul 2010 (UTC)
Avesta
[mənbəni redaktə et]Səfər, salam. Bu şəklin [56] mənbəyini göstərməklə commonsa yükləmək daha doğru olar. Çox qədim yazı olduğuna görə müəllif hüququ istəməzlər. Bir də, Azərbaycan memarlığı məqaləsini Sizin xahişinizlə siyahıdan çıxartdım. Uğurlar. --Ira 17:29, 5 İyul 2010 (UTC)
Müq. Varfolomey
[mənbəni redaktə et]Salam. Müqəddəs Varfolomey məbədinin şəklini commonsa yükləyən Parishan adlı istifadəçidən şəklin saxtalaşdırılmasıyla bağlı soruşacağınızı demişdiniz. Nəs bir nəticə var? Yoxdursa mən Bakı və Xəzəryanı yeparxiyanın saytını mənbə kimi göstərərək şəkli İşəri şəhər məqaləsinə əlavə etmək fikrindəyəm. --sefer azeri 15:24, 6 İyul 2010 (UTC)
- Salam. Bir mütəxəssis kimi fotonun saxta olmasında heç bir şəkk-şübhəm yoxdur. Bu haqda Commonsda kifayət qədər təcrübəsi olan Interfasenin də fikri Sizin üçün əhəmiyyətli ola bilər.--Vago 10:32, 6 İyul 2010 (UTC)
Başlığı dəyişməyi təklif etdim, siz bölməni tamamilə ləğv edərək məlumatı qısaltdınız. Mən bunu nəzərdə tutmamışdım. Lütfən belə etməyin. Həmin informasiyanı toplamağa, dəqiqləşdirməyə əziyyət və vaxt sərf edilib axı. Dediyiniz Çar Rusiyası dövründə bərpa edilməsinə də mənbə taparam. --sefer azeri 20:46, 06 İyul 2010 (UTC)
Salam
[mənbəni redaktə et]Mənim gənc dostum Sefer azeri . Dünən yazdığım mesaja cavab almasam da başqa yerdə Sizin " həmin informasiyanı toplamağa, dəqiqləşdirməyə əziyyət və vaxt sərf edilib axı " ifadənizə rast gəldim. Yazı tərzinizdən çox cavan olduğunuz görünür. Ona görə də Sizdən yaşlı insan kimi Sizinlə bir qədər söhbət etmək istəyirəm.
Əlbəttə çalışqanlığınız göz qarşısındadır və başqalarına nümunə ola bilər.( Söz arası Sizin yeni "Ulduz" mükafatınızı təbrik edirəm.) Ancaq gördüyünüz iş nə dərəcədə ümumu işə fayda verdiyi bir qədər müzakirə edilməlidir.
Bütün kollektiv Vikipediyamızın bəzəyi və vizit kartlarından biri ola biləcək "İçəri Şəhər" məqaləsi üzərində çalışır.Siz isə ora mənbəsi olmayan və tariximizi bir mənalı etməyən məlumat yerləşdirirsiniz. Hansı mənbədə konkret deyilib ki, Vrafolomey məhz İçəri Şəhər ərazisində vəfat edib ? Siz Onun vəhşicəsinə öldürüldüyünü vurğulayırsınız. Axı o dövrdə orada yaşayan insanlar bizim ulu babalarımızdır. Elə isə Siz babalarımızın əzazilliyini iddia edirsiniz. Məgər erməni millərçiləri bunu iddia etmirlərmi ? Varvolomeyi Müqəddəs adlandırırsınız. Müqəddəs anlayışı xristian dininə xasdır, islamda bu iddia yoxdur.Varfolomey xristian təriqətinin tərəfdarları üşün müqəddəs ola bilər , Azərbaycan cəmiyyəti üçün yox.
Sonra yazırsız ki, Qız qalası yaxınlığında kilsə 1892-ci ildə bərpa edilib (?).Məgər xanlıqlar dövründə İşəri Şəhərdə kilsə var idi ? 1892-ci ildə kilsə tikilib, bərpa edilməyib .Həmin kilsə və xüsusi vurğuladığınlz Aleksandr Nevski kilsəsi Çar tərəfində Azərbaycanı xristianlaşdırmaq cəhdləri idi.
İyunun 24-də Bakı pravoslav dini icamsı tərəfindən keçmiş kilsə yerində mərasim keçirildiyini iddia edirsiniz.24 iyun bu yaxınlarda idi, nədənsə orada heç kim görünmürdü. Digər tərəfdən yerləşdirdiyidniz çəkildə cəmi 5 keşiş və 3 mülki şəxs görünürdü. Budurmu geniş qeyd edilmə mərasimi ?
İstəməzdim ki, ciddi bir məqalədə mənbəsi olmayan və mövzunu mətləbdən uzaqlaşdıran fikirlər elə bizim öz əlimizə verilsin.
İnanıram ki, çalışqanlığınız və elmliliyiniz hələ AzVikiyə çox dəyərli məqalələr verəcəkdir.
Əməkdaşlıq və səmimiyyət arzusu ilə --Acategory 06:55, 7 İyul 2010 (UTC)
Sefer, müzakirələrdə iştirak etmək şəxsən mənim üçün çox maraqlıdır və bu müzakirələrdə hər zaman yeni ideyalara rast gəlirəm, bəzən özümdə də yeni ideyalar yaranır. Mən Sizi yaxşı anlayıram və Vikipediyanın zənginləşməsində Sizin əməyiniz çoxdur. Lakin məqalə özü və mübahisə etdiyimiz mövzu çox həssasdır.Yəni Vikipediyada qızgın müzakirələr gedirsə bilin ki, həmin mövzu cəmiyyətin özündə də mübahisələrə səbəb olur. Yəni burada heç birimizin günahı yoxdur. Tariximiz o qədər mürəkkəb və ziddiyyətlidir ki, istər-istəməz biz də bu burulğana düşürük. Məqalədə mübahisə yaradaca informasiyanın daxil edilməsini düzgün saymıra. mübahisəli informasiyalar hər zaman problem yaradacaq və bu problemlərdə ilk növbədə idarəçiləri günahlandırırlar. Yadınızdadırda uti məsələsində az-vikiyə daha nələr demədilər. Əgər öz Azərbaycanlılarımız buranı bardak adlandırırlarsa, görün düşmənlərimiz nə deyir. xahiş edirəm, məqalədəki redaktələrinizi kəsməyin. Tarixçi kimi bu məqaləyə nəzarətiniz önəmlidir. Hər zaman Sizi dəstəkləyən --Ira 12:23, 7 İyul 2010 (UTC)
Əgər yazdığınız mətn məqalədən silinirsə bunu təhqir kimi qəbul etmək heç düzgün deyil. Mənim də çox yazılarım silinir, geri qaytarılır. Onda gərək bir idarəçi kimi mən həmin istifadəçi ilə düşmən olum? Elə Vikipediyanın fəlsəfəsi də odur ki, məqalə (ciddi məqalə) böyük müzakirələr və mübahisələr nəticəsində ümumi konsensusa gəlinərək yaradılır. Sizin yazdığınız məlumat özlüyündə çox maraqlıdır, məsələn mən bunu ilk dəfə sizdən öyrəndim. Amma bütün maraqlı faktları dəqiq oldu-olmadı, yerli-yersiz məqaləyə yığıb mövzudan kənara çıxmaq da düzgün deyil. Əgər müşahidə edirsinizsə biz artıq İçəri Şəhəri yox İsa peyğəmbər həvarisindən danışırıq. Bu özü də sübut edir ki, artrıq çoxdan özümüz də hiss etmədən əsas mövzudan uzaqlaşmışıq. Səfər, mətn yox edilməyib, məqalə tarixçəsindədir və Müqəddəs Varfolomey məqaləsi yaradılan kimi oraya daxil edərik. Uğurlar --Ira 16:57, 7 İyul 2010 (UTC)
Qazağı rəqsi
[mənbəni redaktə et]Qazağı rəqsi məqaləsini niyə silək? -- Cekli829 18:13, 7 iyul 2010 (Cek vaxtı ilə)
Vikipediya:Yeni istifadəçilərə rəhbərlik
[mənbəni redaktə et]Salam. Leylatəpə mədəniyyəti məqaləsini mən heç bir saytdan götürməmişəm. Bizim dərsdə yazdığımız mühazirə mətnidir ki, onu da qısaldıb bura daxil etmişdim. Bəs o zaman aşağıdakı xarixi keçid nəyə lazımdır? --sefer azeri 18:19, 7 İyul 2010 (UTC)
- Salam. Mümkünsə, oxuyun: Vikipediya:Yeni istifadəçilərə kömək--Vago 14:18, 7 İyul 2010 (UTC)
Bayraq
[mənbəni redaktə et]Salam. Bir çox mənbələr xürrəmilərin qırmızı bayrağı olduğunu qeyd edir. Hətta Təbəri dəqiqliklə "necə ki, Abbasilər bayrağını qaraya boyayırdılar (Abbasilərin bayrağı heç bir əlavə elementsiz sadəcə qara rənglidir) xürrəmilər də bayraqlarını qırmızıya boyayırdılar. Biz bir qırmızı bayraq düzəldib onu xürrəmilərin bayrağı kimi təqdim edə bilərik? Bu məsələdə fikrinizi öyrənmək istərdim.--sefer azeri 09:28, 10 İyul 2010 (UTC)
- Salam. Söhbət bir dövlətdən deyil, bir hərəkatdan getdiyi üçün bayraq bir o qədər də aktual deyil, üstəlik əlimizdə də bu qırmızı bayrağın konkret necə olduğu barədə bir məlumat yoxdur. Ona görə məncə mənbələrə uyğun olaraq məqalədə söz ilə yazılması daha məsləhətdir. Doğrudur, hətta tarixi şəxsiyyətlərin şəkillərinin bir çoxu bu cür saxata düzəldilmiş şeylərdir, ancaq hər halda mənim fikrimcə ehitiyac olmadığı halda bunu etməyə dəyməz--Melikov Memmed⇒email 05:17, 10 İyul 2010 (UTC)
Havaşan
[mənbəni redaktə et]salam.necəsən? havaşan adını nədən həvəşənə dəyişdiribsən?--Axan.bulut 12:46, 10 İyul 2010 (UTC)
Salam, qardaş. Çox sağ ol, şükür hər şey normaldır. Məqalədə adın Azərbaycan dilində olmamasıyla bağlı şablon var idi (tarixçədn baxa bilərsən), oba görə amma Həvəşan kimi dəyişərkən heç bir mənbəyə istinad etməmişəm :). Bir də xatırlayırsansa Vago səndən "Salam, Axan.bulut. 45-ci səhifə, axırdan 8-ci sətirə bax ([57]):)
Mənim şikayətim yoxluqdan deyil,
Ondandır, ondandır, bunu sən də bil.
Almaz türklüyümü həbəş ölkəsi,
Olmuş xoş dovğadan məhrum cümləsi
Bunu sefer azeri ilə müzakirə etmişik və onun da fikri belədir ki, bu sübut olunsa, enVikidə və digər Vikipediyalarda Nizaminin türk olması haqqında məlumatlar üçün tutarlı dəlil olar.
Sizdən xahiş edirəm ki, "Yeddi gözəl" poemasının həmin hissəsinin fililoji tərcüməsinin düzgün olub-olmasına fikrinizi bildirəsiniz və bütün poemanın fars dilində elektron variantına istinad göstərəsiniz." deyə bir xahiş etmişdi. Sənsə araşdırıb cavab yazacağını bildirmişdin. Nəsə bir nəticə var mı? Bu çox mühümdür. xahiş edirəm bu işlə ciddi məşğul olasan. Biz farsca bilmədiyimizdən bunu edə bilmirik. --sefer azeri 17:56 10 İyul, 2010 (UTC)
- təkrar salam mən havaşan kəndinə on dəfədən çox getmişəm.əhali kəndin adın azərbaycan türkcəsində Havaşan deyirlər və farsca ona Həvaşanəq deyilir.kimsə həvəşan istifadə etmir.şablon sadəcə məqalənin mətini üçün orada yerləşdirilmişdir.vagonun istəyin unutmamışam.düzgün nəticəyə əldə etməmişəm.yenidən çalışaram!--Axan.bulut 18:05, 10 İyul 2010 (UTC)
Communiqué "Geochange"
[mənbəni redaktə et]Salam xahiş edirəm mənim məqaləmin Communiqué "Geochange" saxlanılmasına səs verəsiniz.--Ismail Valiyev 09:22, 13 İyul 2010 (UTC)
Azərbaycan
[mənbəni redaktə et]Səfər, gec cavab yazdığıma görə məni üzürlü hesab edin. Bakıda deyildim. İndi də 1 günlük gəlmişəm. Olduğum yerdə internetə çıxış imkanım olmadığına görə ola bilsin ki, yenə bir müddət Vikidə olmayım.
Yazdığınız problemə gəldikdə isə Sizinlə tam razıyam, amma necə deyərlər: "palaza bürün - elnən sürün." Bu problem ətrafında rus vikisində də mübahisə olmuşdu [58]. Amma qərara gəldilər ki, Rusiya və Rusiya Federasiyası eyni olsun. Wertuose və Proger düz deyirlər. Sizin daxil etmək istədiyiniz məlumatları təəssüf ki, yalnız Azərbaycan tarixi məqaləsinə bölmə şəklində, ya da ayrıca məqalə şəklində yazmaq olar. Hörmətlə, --Ira 09:58, 13 İyul 2010 (UTC)
Şəkil
[mənbəni redaktə et]İradə xanım bu [59] axı deyəsən sizin çəkdiyiniz şəkildir...:)--sefer azeri 16:21, 11 İyul 2010 (UTC)
Bəli, şəkli mən çəkmişəm amma, commonsa daxil etdiyim üçün şəkil artıq azaddır. Rüfət Əhmədzadəni isə yaxşı tanıyıram. Çox savadlı və istedadlı gəncdir. Əsasən şerlərinə valehəm: [60] --Ira 09:58, 13 İyul 2010 (UTC)
Mənbə
[mənbəni redaktə et]Salam. İngilis və Rus vikisində Babəki fars kimi göstərən mənbələrə baxdım. Heç biri mənbə deyil. Daha doğrusu tarixi qaynaq deyil (Vardan xaric). Mümkünsə müəyyənləşdirin həmin əsərlərdə hansı mənbələrə istinad olunur. Vardandan gətirilən sitat isə saxtalaşdırılıb. İngilis vikidə qrabarc orijinal mətn verilib. Bütün erməni tarixçiləri Babəki birmənalı olaraq iranlı Bab və ya Baban adlandırır. Heç bir mənbədə Babəkin pers (fars) məşəli olması yazılmır. Amma rus vikidə Vardandan sitatda persidskoqo kimi tərcümə edilib. Mənbələr Babəki iranlı adlandırır. Amma iranlı olmaq fars olmaq demək deyil. O zaman Dərbəndə qədər hər yer İran, sakinləri isə iranlı adlanırdı. İranlılıq etnik mənşə deyil. Buna istinadən Babəki fars adlandırmaq olmaz. Siz deyin onlar hansı mənbələrə istinad edirlər mən aydınlaşdırım orda nə yazılıb. Lazım olsa lap orijinal mənbələri də taparıq. Mən Ümumi tarixi (Vardan) iki dəfə oxumuşam. 100 faiz bilirəm, orda Babək fars adlandırılmır. Amma iranlı adlandırılır.--sefer azeri 21:13, 13 İyul 2010 (UTC)
- Səfər, salam. “Mənbələr Babəki iranlı adlandırır. Amma iranlı olmaq fars olmaq demək deyil” yazmışsınız və bu mənada tam haqlısınız. Ancaq o zaman böyük bir ərazini əhatə edən bu hərəkatlar sadəcə dini xarakterli deyildi, bu Sasani dövlətinin keçmiş şöhrətini qaytarmaq uğrunda gedən bir mübarizə idi (tarixi mənbələrdə bu var). Tarixi mənbələrdə Babəkin etnik mənsubiyyəti konkret göstərilməyib, ancaq onun rəhbərlik etdiyi hərəkatın xarakterini nəzərə alan bəzi müəlliflər günümüzün reallıqlarını da buraya əlavə edib birbaşa “fars” yazırlar, əlbəttə bu tam olaraq doğru deyil, sübut olunmayan bir şeyi fakt kimi yazmaq hər halda tərəfli bir mövqedir. Buna qarşılıq onun türk olduğunu yazmaq da qeyri-ciddi bir şeydir. Sovet dövründən bizə qalma bu ki, Babək Azərbaycanın ən böyük qəhrəmanıdır, ancaq bu gün Azərbaycan Respublikasının əsas əhalisi müsəlman türklərdir, Bəbək isə həm müsəlman düşməni olmuş, həm də ərəblərə qarşı İran milli azadlıq hərəkatının rəhbərlərindən biri olmuşdur. Bizə qalan tək şey onun vətənin və bazasının məhz Azərbaycan olmasıdır. Məncə sovet tarix ənənələrindən bizə qalmış “mirası” da nəzərə alaraq Babəkin Azərbaycan qəhrəmanı kimi bu yönünü əsas tuta bilərik, bu da az deyil, Azərbaycanın qəhrəmanı olmasına bəs edər, sadəcə yalançı “əlavələr” etmək lazım deyil. Ümumiyyətlə Babək məqaləsi ensiklopedik şəkildə konkret olmalıdır və məqalədə nəinki üzün-üzadı bədii əsər hissələri olmamalıdır, hətta tarixi faktlar da məhz onun özü haqqında olanlar verilməlidir. Təəssüf ki, indi işim ilə əlaqədar vaxtım yoxdur, güman edirəm ki, irəlidə vaxt olan kimi Babək məqaləsini bir az dəyişmək üçün fikir mübadiləsi edə bilərik, elə o vaxt da yuxarıda yazdıqlarını da araşdırarıq.--Melikov Memmed⇒email 04:19, 15 İyul 2010 (UTC)
Plagiat
[mənbəni redaktə et]Salam. Mümkünsə bu məsələyə fikrinizi bildirin (göstərilən məqalələrin bəziləri tərəfinizdən yaradıldığına görə). --Vago 11:35, 15 İyul 2010 (UTC)
Geri qaytarma
[mənbəni redaktə et]Redaktələrimi niyə geri qaytarmısız?--sefer azeri 12:32, 16 İyul 2010 (UTC)
- "Müəlliflik hüququ pozuntusu" yazısına görə olmuşdu. Geri qaytardım. --Vago 07:49, 16 İyul 2010 (UTC)
İstifadə etdiyim mənbəni göstərmişəm, həmin qadının iddia etdiyi kitablardan da ümumiyyətlə istifadə etməmişəm. Söhbət hansı müəllif hüququndan gedir o zaman. Şablonun çıxarılmasını tələb edirəm. Başa düşmürəm onu atası tədqiqat aparıb deyə başqa heç bir kitabda yazıla bilməz bu adamlar haqqında?--sefer azeri 12:58, 16 İyul 2010 (UTC)
- Bir az səbirli olsanız nə olar?! Mənbəni deyəsən bir azdan əlavə etmisiniz, qarşı tərəfin münasibətini də gözləyək, görək nə olur. Bəlkə gümanıma müvafiq olaraq, plagiatlığı elə "Azərbaycan filosofları"nı yaradarkən ediblər?!--Vago 08:15, 16 İyul 2010 (UTC)
- Heyif ki, kitab indi məndə deyil, (vaxtilə scan etdiyim mündəricat xaric) bəlkə də həmin qadının atası kitabın yazılmasında iştirak edib. Və ya onun əsərlərindən mənbə kimi istifadə edilib. Axundovda olmamış olmaz, çalışaram gedib ordan dəqiqləşdirim. Amma həmin kitabın müəllifləri (beş altı alim idi) plagiat etmiş olsa belə bu bizim məqalənin plagiat olması anlamına gəlmir və məncə bu halda belə şablon qaldırılmalıdır. --sefer azeri 13:35, 16 İyul 2010 (UTC)
- Yəqin Vikipediyanın qonşu layihələrində müəlliflik hüququ məsələsinə nə cür yanaşıldığı Sizə bəllidir. Əslində bu işin baş verməsi xeyirlidir. Biz də yavaş-yavaş bu cür hadisələrə qarşı hazır olmalıyıq. Məqaləyə gəlincə, ən sonuncu variant kimi, oradakı materialları öz sözlərinizlə yazacaqsınız, məsələ həll olub bitəcək. Hansısa hissənin eynilə köçürüldüyü yadınızdadırsa, həmin hissələrdə bunu indidən də edib, şablonun tezliklə götürülməsinə yardımçı ola bilərsiniz.--Vago 08:42, 16 İyul 2010 (UTC)
Bal rəqsləri
[mənbəni redaktə et]Salam həkim, bu {{Standart ball rəqsləri ilə məşqul olan istifadəçilər}} şablonu nə deməkdir?--sefer azeri 15:58, 16 İyul 2010 (UTC)
Bu bir hobbidir (Asta vals•Tanqo •Vyana valsı •Slou-foks •Foks-trott • Kvik-step və s.). Mən də uzun müddətdir ki onunla məşğul olutam. Bax.{{Klassik turnir rəqsləri}}--MrArifnajafov 11:06, 16 İyul 2010 (UTC)
Global Network for the Forecasting of Earthquakes
[mənbəni redaktə et]Salam Sefer . Ingilis wikipediyada mənim məqaləm haqqında çox böyük mübahisə gedir. Global Network for the Forecasting of Earthquakesxahiş edirəm orada səsvermədə iştirak edəsən. Bu təşkilatın əsasını azərbaycanlı alim Elçin Xəlilov qoyub.Və bu adın rast gəlindiyi bütün məqalələrdə qərəzli mövqelərə rast gəlinir. Xahiş edirəm səs verərkən http://en.wikipedia.org/wiki/Wikipedia:Articles_for_deletion/Global_Network_for_the_Forecasting_of_Earthquakes_%282nd_nomination%29 fikrinizi izah edin.Təşəkkür.--Ismail Valiyev 09:22, 17 İyul 2010 (UTC)
Şəkil
[mənbəni redaktə et]salam.Bu şəkli hardan tapmısınız? http://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Ar%C4%B1l%C4%B1qbin%C9%99_1.jpg --Raynec16:58, 19 İyul 2010 (UTC)
Salam. Şəkili Babaken.az saytından götürmüşdüm, amma dəqiq hardan o yadında deyil. Nədi ki? Bir də Qum bazilikası səhifəsinə etdiyiniz dəyişikliyi geri qaytardım. Mən şəkli Kiş kilsəsində çəkmişəm.--sefer azeri 17:22, 19 İyul 2010 (UTC)
Bağışlayın ama o mənim şəklimdi!Mən Qax muzeyində olanda çəkmişəm.Panaramioya göndərmişəm.Məbədin daxili olan şəkildə mənimkidi!.Onları silmənizi istəyirəm - ləkit və qum məbədlərinin maketi Buyurun.Buda əsl kiş məbədində olan zaman çəkdiyim Qum məbədinin maketi.Xaiş edirəm şəkil götürəndə mənbəsinidə yazın!
--Raynec 18:51,21 İyul 2010 (UTC)
Commonsda təhqir
[mənbəni redaktə et]Salam. Artıq neçənci dəfədir, commonsda erməni mənşəli bir istifadəçi mənim yüklədiyim fayllara yazdığım şərhləri və kateqoriyaları dəyişərək mənə söyüş yazır ([61], [62]). Bununla nəsə etmək mümkündür?Hörmətlə:--Sefer azeri 21:07, 29 İyul 2010 (UTC)
Səfər, salam. Commonsda taronun sizə qarşı təhqirlərinin qarşısını almaq üçün mütləq oradakı rus dilini bilən idarəçilərdən birinə müraciət edib təhqir yazılmış mətnləri ona göstərməlisiniz. Misal üçün Butkoya [[63]] müraciət edin. Hörmətlə, --Ira 16:46, 29 İyul 2010 (UTC)
Salam. Interfase orda artıq idarəçilərdən birinə bununla bağlı müraciət edib. Ehtiyac olar digər idarəçilərə də müraciət edərik.--Sortilegus 20:14, 29 İyul 2010 (UTC)
Qafqaz Albaniyası məqaləsi barədə
[mənbəni redaktə et]Salam, Sefer azeri.Məqaləni oxudum, elmi məqalə kimi maraqlıdır.Mütəxəssis olmadığımdan irad bildirməkdən uzağam. Bir qədər redaktə etdim, çünki, mətbuat məqaləsi ilə ensiklopediya məqaləsinin redaktəsi həmişə fərqli olur.--Acategory 18:40, 31 İyul 2010 (UTC)
Kömək
[mənbəni redaktə et]Salam, İradə xanım. Köməyinizə görə təşəkkür edirəm. Rusca bilmədiyimdən heç kimə müraciət edə bilmədim, ümidim qalıb özümüzünkülərə. Ona görə burdakı iki idarəçimizə müraciət etdim. Sortilegus deyir İnterface artıq idarəçilərdən birinə müraciət edib. Amma bu gün baxıram yenə mən yüklədiyim faylları qatıb bir birinə, izahları dəyişib rusca Dağlıq Qarabağ respublikası yazır, bir də Qafqaz Albaniyası kateqoriyasına yerləşdirdiyim faylların hamısından həmin kateqoriyanı çıxarır. İzahlara da erməni kilsəsi, erməni monastırı kimi şeylər yazır. Ağdərə adını da Qardrut eliyir. Artıq neçənçi dəfədir. Taron və Sardur adlı iki erməni istifadəçi bu cür dəyişiklər edirlər mənim yüklədiyim Qarabağ şəkillərinə.--sefer azeri 21:16, 30 İyul 2010 (UTC)
Səfər, salam. Şəkillər Sizə məxsus olduğu üçün, idarəçilərərə şəxsən Sizin müraciətiniz yaxşı olardı. Erməni vandallarının etdiklərini və təhqirlərini ardıcıl oradakı idarəçilərə göstərin. Digər tərəfdən isə şəklə məxsus mətndə yazdıqlarınız (məs. Khudavang albanian monastery complex Kalbajar region of Azerbaijan republic) qalir. Bu isə commonsda əsas faktdır. Hansı kateqoriyada olması vacib deyil, fayla daxil olan sizin şərhlərinizi oxuyur onsus da. Hörmətlə, --Ira 12:32, 9 Avqust 2010 (UTC)
Silinmə
[mənbəni redaktə et]Salam İrada xanım. Commonda yükləıdiyim bir neçə şəkilə təcili silinmə şablonu yerləşdirilərək silinib. Düzü səbəbini yazmışdılar amma mən anlamadım. İndi daha bir şəkilə həmin şablon yerləşdirilib. Çox xahiş edirəm bunun [64] nə anlama gəldiyini mənə izah edin. --sefer azeri 14:34, 15 Avqust 2010 (UTC)
Səfər, salam. Şəkildəki silmə şablonunda onun siz deyil, başqası tərəfindən çəkildiyi yazılır. Şəkli sizin çəkdiyinii sübut etmək üçün, həmin şəklin böyük həcmli yeni versiyasını yükləmək lazımdır. Yəni indi şəkil 444 × 589 pixels həcmindədir. Siz həqiqətən də bu şəkli çəkmisinizsə, sizdə onun 2000-3000 pixels və ya daha böyük həcmdə nüsxəsi olmalıdır. Onu yükləyin. Hörmətlə, --Ira 09:55, 15 Avqust 2010 (UTC)
Yox mən çəkdiyim şəkil deyil, başqa saytlardan götürülmüş şəkil commonsa yüklənilə bilər ünvan göstərilməklə? Əgər olarsa bu halda necə sertifikatlaşdırılmalıdır?--sefer azeri 15:23, 15 Avqust 2010 (UTC)
Təəssüf ki, mümkün deyil. Yalnız həmin saytda "commonsa yükləmək olar" icazəsi (Creative Commons və ya GNU, və s.) olduqda şəkil köçürmək olar. Son zamanlar commonsda qaydalar daha da ciddiləşib. Buna da həddən çox şəklin yüklənməsi səbəb olmuşdur. --Ira 10:36, 15 Avqust 2010 (UTC)
Səfər, salam. Commonsdan bir idarəçi [[65]] mənə sizdən şikayət etdi :) O, deyir ki, siz commonsa başqalarına məxsus şəkilləri yerləşdirirsiniz, commonsdan silinən şəkilləri isə az-vikiyə gətirirsiniz. Mən bildirdim ki, şəkillərin bir hissəsi şəxsən Səfər Azəriyə aiddir. O istəyir ki, hansı şəkillər sizə aiddirsə onların siyahısını (keçidlərini) siyahı şəklində ona göstərəsiniz. [66] Çünki ona şəkillərillərin hansının sizə hansının isə başqasına aid olmasını araşdırmaq çətindir. Hörmətlə, --Ira 03:57, 16 Avqust 2010 (UTC)
Səfər, mən siz mənə dediklərinizi həmin idarəçiyə yazdım [67] Bu yazının ardınca onun sildiyi və hələ silmədiyi, müəllifi siz olan şəkillərin siyahısını , keçidləriylə yazın ona. elə mənim yazımın altında yazın. --Ira 13:37, 16 Avqust 2010 (UTC)
Siyahını gördüm. Yaxşı elədiz. İndi gözləyək, görək nə deyəcəklər. Birdən-birə bu qədər şəkli yükləmiziniz, yəqin ondan şübhələniblər. Bir də heç vaxt müəllif hüququ ilə qorunan şəkilləri (siz çəkmədiyiniz) commonsa yükləməyin. Qurunun oduna yaş da yanır. Onları siləndə, sizə məxsus şəkilləri də onlara qoşub silirlər. Commonsa yalnız özünüz çəkdiyinizi yükləyin, qalanlarını mənbə göstərməklə, {{Promo}} şablonu qoyaraq burada saxlayın. Xəritələrdə isə məsələ başqa cürdür. Hər-hansı xəritəni götürürsüz, onu Photoshopda rəngini, ölçüsünü və s. dəyişməklə özünüzküləşdirirsiz, sonra own work-lə yükləyirsiz commonsa. --Ira 14:44, 16 Avqust 2010 (UTC)
Səfər, salam. Commonsdakı idarəçi Martin [68] göstərdiyiniz siyahıda da müəyyən şəkillərin bu [69] mənbədən götürüldüyünü iddia edir. O deyir ki, sildiyi şəkillər də başqa saytlardan götürüldüyü üçün geri qaytara bilməz. O istəyir ki, siz yalnız özünüz çəkdiyiniz şəkillərin siyahısıənı verəsiniz. Amma siz bütün yüklədiyiniz şəkillərin siyahısını vermisiniz. O bunu istəmir, o ancaq sizə məxsus şəkillərin siyahısını istəyir ki, qalanlarını silsin. O deyir ki, mənim üçün bir-bir şəkilləri araşdırıb, mənbələrini tapmaq vaxt aparır. Belə məlum olur ki, Martin şəkilləri bir-bir yoxlayır. Dediyim kimi yalnız özünüz çəkdiyiniz şəkillərin siyahısını göndərin. Yoxsa hamısını siləcəklər.Hörmətlə, --Ira 06:23, 17 Avqust 2010 (UTC)
Səfər, salam. commonsdakı nəzarətçilər göstərdiyiniz sonuncu siyahıda da bəzi şəkillərin skan olunduğunu iddia edirlər. [70] Bu çox təhlükəlidir, sizi bloklaya bilərlər, əgər şəkilləri şəxsən özünüz çəkməmisinizsə, qoy silsinlər. Hörmətlə, --Ira 11:12, 18 Avqust 2010 (UTC)
Şəkil skan olunsa belə başqasının mülkiyyəti sayılır. Odur ki, mənası yoxdur... Şəkillərə yaxşı olar ki, özünüz delet şablonu qoyasınız və izah edəsiniz ki, skan olunmuş şəkillərdə müəlliflik hüquqlarının qorunmasını bilmirdiniz. Bu cür hərəkət sizin etibarlı istifadəçi olmanızı sübut edər. Hansı şəkilləri isə fotoaparatla özünüz çəkmisiniz yalnız onları saxlayın. Hörmətlə,--Ira 15:37, 18 Avqust 2010 (UTC)
Səfər, salam. ru-vikidə, de-vikidə, az-vikidə və bir çox bölmələrdə mənbə göstərməklə və xüsusi şablon qoymaqla başqasının şəklini yükləməyə icazə verilir. Commonsda isə bu qadağandır. Ona görə mən deyirdim ki, bu cür şəkilləri mənbə göstərməklə elə az-vikiyə yükləyin, commonsdan siləcəklər. Hörmətlə, --Ira 17:40, 23 Avqust 2010 (UTC)
Qafqaz Albaniyası
[mənbəni redaktə et]Səfər Azəri, məqalə üzərində bu saat Proger işləyir, ona görə də mən hələ daxil olmuram. Onun redaktələrindən sonra ola bilsin ki, mənə ehtiyac olmasın. --Ira 12:13, 15 Avqust 2010 (UTC)
- Mən bilmirdim heç ki, İradə xanım mənim haqqımda bu qədər yüksək rəydədir. Minnətdaram! :) --Proger danış 13:19, 25 Avqust 2010 (UTC)
- )) --Ira 16:59, 25 Avqust 2010 (UTC)
Sasanilər İmperiyası
[mənbəni redaktə et]Səfər xoş gördük. Sən dediyini etdim. Burada yazmışam. Zəhmət olmasa, bir bax. --Proger danış 13:18, 25 Avqust 2010 (UTC)
- Siz özünüz axı yazmışdınız ki, bu xəritədə, ancaq Albaniya daxil olmaq (Albaniya Sasanilər İmperiyasının tərkibində) göstərilsin. Mən də sərhədləri böyütdüm, Albaniyanın şimal sərhədlərinə kimi. Ermənistanı da sola atdım. Sizə dəqiq nə lazımdır? --Proger danış 17:20, 25 Avqust 2010 (UTC)
Səliqəsizlik
[mənbəni redaktə et]Salam İrada xanım. Kinqmart adlı yoldaş məqalələri "xarablayır", lazımsız kateqoriyalar əlavə edir, adlarını dəyişib əcaib hala salır və s. Mümkünsə həmin yoldaşın fəaliyyətini nəzarətə götürün. Mamrux məbədi məqaləsinin də adını əvvəlki normal hala qaytarın lütfən. Bir də bu [71]şəkil commonsa yüklənmiş şəkil deyil? --sefer azeri 18:15, 25 Avqust 2010 (UTC)
Səfər, salam. Nəzarətdə saxlayaram. İstəyirsiniz ki, Mamrux məbədi məqaləsinin adındakı "Pəri qalası" sözünü silim? Göstərdiyiniz şəkil commonsdandır. Uğurlar, --Ira 16:59, 25 Avqust 2010 (UTC)
Bəli İrada xanım, Mamrux məbədinin adından Pəriqalası sözünün silinməsi lazımdır. Pəriqala Zaqatala rayonu ərazisindədir. Irada xanım fikir versəniz yuxarıda göstərdiyim şəkil də başqa saytdan götürülüb və commonsa yüklənib. Mənbə kimi də götürüldüyü sayt göstərilib. Mən də bu cür edə bilmərəm silinməyə namizəd göstərilən şəkilləri?--sefer azeri 14:14, 26 Avqust 2010 (UTC)
Bu şəkil xüsusi saytdan köçürülüb və mən belə anladım ki, bu saytla coomonsun xüsusi razılığı var. Çünki, saytın sonunda "The Commons", "Creative Commons" yazıları var: [72] Şəkli uzer deyil, bot (proqram) commonsa köçürür. Belə çıxır ki, bu və buna oxşar - commonsla razılığı olan saytlara yüklənən şəkillər botla commonsa da yüklənə bilər. Siz həmin saytdan şəkil götürüb, commonsa yükləyin, şablon, mənbə qoyun. Görək nə deyəcəklər. Yuxarıda yazmışdım: elə saytlar var ki, onlardan şəkli commonsa yükləmək olar. Belə saytlarda GNU və Commons yazılır. Hörmətlə,--Ira 11:58, 26 Avqust 2010 (UTC)
Səfər salam. Az-vikiyə yüklədiyiniz şəkillərə [73] zəhmət olmasa lisenziya əlavə edib, mənbə göstərin. Çünki artıq commonsdakılar öz iradlarını Kənd meydanında bildirirlər. Belə davam etsə bu şəkillərin hamısını metadan gəlib silə bilərlər. Hörmətlə, --Ira 05:15, 27 Avqust 2010 (UTC)
Xəritə
[mənbəni redaktə et]Salam həmkar. Düşünürəm ki. xərtiə çox böyükdür, bizə yalnız Sasanilərin xəritəsində Albaniyanın ərazisini göstərmək lazımdır, Hazırkı xəritədə isə Bizans və ümumiyyətlə bütün Qərbi Avropa təsvir edildiyindən Albaniya heç gözə dəymir. Ermənistanın ərazisini düzgün göstərmisən, sadəcə problem xəritənin çox böyük olmasındadır, düşünürəm ki, ya xəritəni kəsmək (lazımsız yerləri), ya da sırf Sasanilərin təsvir edildiyi xəritədən istifadə etsək yaxşı olar.--sefer azeri 14:33, 26 Avqust 2010 (UTC)
- Xoş gördük, həmkar. Fikrini anladım. Amma bir, iki dəqiqləşdirmələr lazımdır. Albaniyanın ərazisi ayrı mı göstərilməlidir? Yəni Sasanilər İmperiyasının daxilində (sərhədsiz) ya kənarda (sərhədli)? Əgər tərkibində göstərilirsə yenə də sərhədi ilə olsun ya sərhədsiz? Həm də mənə konkret bir xəritə lazımdır. Əgər varsa mənə ötür, düzəldim. Əgər yoxdursa bunu kəsək, sırf Sasanilər qalsın və tərkibində və ya kənarda olaraq Albaniyanı göstərək. Hörmətlə. --Proger danış 09:38, 26 Avqust 2010 (UTC)
Göstərdiyin şəkil elə bil skandır və ya kitabdan foto-kamera ilə çəkilib. Bir az problem yarana bilər. Söz vermirəm, cəhd edərəm. Onun normal rəqəmsal variantı yoxdur? --Proger danış 13:18, 26 Avqust 2010 (UTC)
Şəkillər
[mənbəni redaktə et]Səfər salam. Sən commonsa yüklədiyin şəkillərdəki problemlərlə bağlı Mardetanha ilə onun ya commonsdakı, ya metadakı müzakirə səhifəsində bir məsləhətləş. Kütləvi şəkildə şəkilləri yükləmisən, özünə commonsun idarəçilərinin diqqətini cəlb etmisən (1 idarəçi isə sənin ordakı fəaliyyətinlə xüsusi məşğuldur). Commonsda bir başqa azərbaycanlı idarəçi də olmalıdır. Onun da kimliyini dəqiqləşdirib sənə deyərəm. Planlı və tədbirli şəkildə şəkilləri yükləməyə çalış. Bir də komputerində də hələlik saxla şəkilləri. Commonsa yükləyən kimi komputerindən silmə. --Sortilegus 16:58, 27 Avqust 2010 (UTC)
Salam. Köməyə və məsləhətə görə təşəkkür. Commonsda azərbaycanlı istifadəçinin olması məni çox sevindirdi. Nəhayət dərdimizi başa salmağa adam tapa biləcəm. Yoxsa bu biri istifadəçilərin dillərini də başa düşmürəm. Gündə də bir şey yazırlar. Yenə İradə xanım çox sağ olsun, mənə kömək edir. Çox xahiş edirəm, ən qısa zamanda azərbaycanlı istifadəçinin kim olmasını bildirəsən. --sefer azeri 23:53, 27 Avqust 2010 (UTC)
Commonsda 2 azərbaycanlı idarəçi var. Biri Mardetanha (müzakirə • töhfələr • statistikalar)dır. Bizim guneyli dostumuzdur. O biri idarəçinin kimliyini çalışaram öyənim. Mən bilən bir o qədər də aktiv idarəçilərdən deyil. Amma hər halda sənə bəlkə yardımı dəyər.--Sortilegus 19:01, 27 Avqust 2010 (UTC)
Səfər, salam. Commonsdakı idarəçilər özlərinə əziyyət verib şəkilləri bir-bir yoxlamağın dərdindən hamısını birdən siliblər. Siz çalışın bundan sonra commons üçün nəzərdə tutduğunuz şəkilləri eyni fotoaparatla çəkin və birdən yox, yavaş-yavaş yüklüyün. Az-vikiyə isə şəkil yükləyərkən mənbə və lisenziya göstərməniz kifayətdir. Hörmətlə, --Ira 17:03, 29 Avqust 2010 (UTC)
Albaniya və Atropatena Sasanilər dövlətinin tərkibində
[mənbəni redaktə et]Səfər, Sasanilərlə bağlı elə bil düzəltdim... Laboratoriyada da yazdım. Gör belə deyirdin? Normaldır? --Proger danış 10:44, 3 Sentyabr 2010 (UTC)
Bəzz qalası pictures
[mənbəni redaktə et]Hi, can you upload picture of this article to commons:? after it, please leave a message for me in my wiki :) thanks.--ebraminiotalk 11:45, 6 Sentyabr 2010 (UTC)
Mənbə
[mənbəni redaktə et]Salam İrada xanım, QƏrbi Azərbaycan rayonları haqqında olan məqaləılərə Lux.az saytını da mənbə kimi əlavə etmisiz, mən həmin sayta bir neçə rayon haqqında olan yazılara baxdım, yanılmıramsa bizdən köürüblər onlar da. Çünki eyniylə mənim yazdığım cümlələrdir. Məncə əgər belədirsə həmin sytı mənbə kimi göstərmək düzgün deyil. --sefer azeri 23:33, 12 Sentyabr 2010 (UTC)
Elədirsə, həmin saytın adını məqalələrdən çıxartmaq lazımdır. Mən də elə bilirdim ki, siz onlardan köçürübsüz :)))--Ira 08:28, 13 Sentyabr 2010 (UTC)
- Mən özüm yazmışam, Əsasən Əziz Ələkbərlinin "Qədim türk-oğuz yurdu Ermənistan" kitabından istifadə etmişəm. Lakin öz cümlələrimlə vermişəm, həmin saytda isə eyniylə mənim cümlələrim təkrarlanır :)--sefer azeri 12:30, 14 Sentyabr 2010 (UTC)
Halal olsun :)) --Ira 09:14, 14 Sentyabr 2010 (UTC)
Təşəkkür
[mənbəni redaktə et]Krupnov haqqında məqaləyə görə təşəkkür edirəm. Allah razı olsun. Hörmətlə, --sefer azeri 11:09, 17 Sentyabr 2010 (UTC)
Cümləmizdən. Təşəkkürə görə təşəkkürlər :) Hörmətlə: --E-citizen 06:29, 17 Sentyabr 2010 (UTC)
Commons
[mənbəni redaktə et]Salam İrada xanım. Sizin dediyiniz icazəsi olan sayt vasitəsiylə yükləməmə baxmayaraq yenə commonsda şəkillərimə silinmə şablonu yerlşdirirlər. Burda [74] nəsə yazıblar zəhmət olmasa baxın. --sefer azeri 11:42, 19 Sentyabr 2010 (UTC)
Səfər salam. Şəkil [75] həmin saytda olsa da, oradakı şəkillərin heç də hamısı azad deyil, yalnız [76] və [77] bölmələrindəki şəkilləri yükləmək olar. Bu qaydanı mən də bilmirdim, elə bilirdim həmin saytdakı bütün şəkilləri yükləmək olar. Bir də mən hiss edirəm ki, bu məsələdə də ikili standartlardan istifadə edilir. --Ira 17:13, 19 Sentyabr 2010 (UTC)
Səfər, məncə bu iradınızı commonsdakı idarəçilərə bildirsəniz daha yaxşı olar. Yəni burada göstərdiyiniz kimi, onlara da şəkilləri göstərin və ayrı-seçkiliyin (ikili standartın) səbəbini soruşun. Hörmətlə, --Ira 17:57, 20 Sentyabr 2010 (UTC)
Commonsda ermənilərin həmin saytdan köçürdükləri bütün şəkilləri mənə göstərin, mən oradakı idarəçilərdən soruşum. --Ira 07:06, 21 Sentyabr 2010 (UTC)
Səfər, salam. İnterfeys sorgu göndərdi. İdarəçinin cavabı bu oldu ki, şəkillərin əsl müəllifi Hossein Barkhordari (http://www.panoramio.com/photo/4000714) olduğundan onların Flickr saytında qoyulması da müəlliflik hüququna ziddir: [78], Hörmətlə, --Ira 06:09, 23 Sentyabr 2010 (UTC)
Səfər, mən bu fikirdəyəm ki, onlarla mübahisə etməyin mənası yoxdur. Odur ki, şəkilləri mənbə göstərməklə və lisenziya ilə bura yükləyin. Mən elə bu mübahisələrə görə commonsa ancaq özümə məxsus şəkilləri yükləyirəm. Təbrikə görə təşəkkür edirəm. Xoşbəxt olyun. --Ira 10:36, 23 Sentyabr 2010 (UTC)
Şablon
[mənbəni redaktə et]Salam doktor. Mənim kompüterdə Şablon:Qafqaz Albaniyası və Şablon:Alban memarlığı nə Qafqaz Albaniyası səhifəsində nə də şablon səhifəsində görsənmir. Mümkünsə siz şablonları yoxlayın, görək probel şablonlardadır ya kompüterdə.--sefer azeri 11:25, 24 Sentyabr 2010 (UTC)
- Salam, deyəsən problem sizin kompütüerdədir. Şəxsən məndə hər ikisi görsənir.--MrArifnajafov 13:07, 24 Sentyabr 2010 (UTC)
- Xəbər vermək yadımdan çıxmışdı, problem Navbox şablonunda idi, düzəltdim. --Vago 06:31, 25 Sentyabr 2010 (UTC)
Qərbi Azərbaycan
[mənbəni redaktə et]Məncə Qərbi Azərbaycan rayonlarından digər vikilərə keçidləri yığışdırsaq yaxşı olar. Çünki bizim yaratdığımız məqalələrdə haqqında danışılan Qərbi Azərbaycan rayonları Ermənistan müstəqillik qazandıqdan sonra hamısı ləğv edilib və bir neçə rayonun yerində bir rayon yaradılıb. Bizim yaratdığımız məqalələrə uyğun yalnız Şəmşəddin rayonu haqqında digər vikilərdə məqalə yaradılıb və mən keçid verdim həmin məqalədən. Digər rayonlar haqqında olan məqalələri isə müasir Ermənistan rayon və şəhərləri haqqında olan məqalələrə yönləndirmək məncə düz deyil. Ya da intervikilərdə bir neçə Azərbaycan dilində keçid qoyulmalıdır. Məsələn Göyçə mahalı ərazisində yerləşən dörd rayon ərazisində 1992 - ci ildə ermənilər Gegarkunik adlı bir rayon yaradıb. Onda biz dörd məqaləni yönləndirək Geqarkunik məqaləsinə? Üstəlik bizdə Geqarkunik məqaləsinin də yaradılacağını (Ermənistan Respublikasının inzibati vahisi kimi) düşünsək beş olur. Qərbi Azərbaycan mahalları səhifəsindən baxa bilərsiz hansı rayonların yerində hansıların yaradıldığına. --sefer azeri 13:36, 26 Sentyabr 2010 (UTC)
Haqlısınız. Amma bir məsələ var ki, ermənilər Qərbi Azərbaycandakı rayonların əvvəlki adlarını tarixdən tamam silmək üçün bütün vasitələrdən istofadə edirlər. Məsələn, başqa dillərdəki vikilərdə Ermənistan rayonlarına aid məqalələrə tarixi adları yazmaq mümkün deyil. Ermənilər qoymurlar. Amma interviki ilə hər kəs bu yerin qədimdə necə adlandırılmasını az-vikiyə daxil olmaqla bilə bilər. (nə yaxşı ki, bizim əlifbamız latın qrafikasındadır...) Əgər bilsəniz az.-a intervikinin olması qonşularımızı necə əsəbləşdirir. Yadımdadır ki, 2 il əvvəl onlar bu mövzu ilə bağlı ru-viki idarəçilərinə məndən şikayət də etmişdilər. --Ira 17:18, 26 Sentyabr 2010 (UTC)
Xarizma Karpenter
[mənbəni redaktə et]Xahish edirem bu meqaleye uygun shekil qoyasiniz. Hormetle istifadəçi:Rovshan.95
Təbriklər! :)
[mənbəni redaktə et]Salam həmkar. Bildiyim qədər bu gün Sizin ad gününüzdür. Bu münasibətlə Sizi səmimi qəlbdən təbrik edirəm! :)-- Pərviz 19:45, 26 Sentyabr 2010 (UTC)
Təşəkkür həmkar, Allah razı olsun.:)--sefer azeri 01:14 27 Sentyabr 2010 (UTC)
- Mən də Pərvizə qoşulub Sizi təbrik edir və müvəffəqiyyət dolu ömür arzulayıram. Hörmətlə, --Vago 06:21, 27 Sentyabr 2010 (UTC)
- Təşəkkür qardaş :)--sefer azeri 11:23 27 Sentyabr 2010 (UTC)
Bir təbrik də məndən! --Cekli829 11:26, 27 sentyabr 2010 (Cek vaxtı ilə)
- Təşəkkür virtual dost :)--sefer azeri 11:26 27 Sentyabr 2010 (UTC)
Commonsa Yüklənə Biləcək Şəkillər
[mənbəni redaktə et]Salam Hörmətli Səfər, ad gününüzü mən də təbrik edirəm. Başlıqla əlaqədar olaraqsa demək istəyirəm ki mənə elə gəldi ki, Azviki-də yüklədiyiniz şəkillərin bəziləri şəxsən sizə aiddir. İmkan varsa onları Commonsa yükləyə bilrəsiz? Onları da siləcəklərinə inanmıram. Ya da varsa əgər commonsda ürəyiniz istəyən şəkillə əvəz edə bilərsiz. Bura bəzilərini rastıma gəldikcə qeyd edəcəm:
- Şəms Təbrizinin məzarı
- Şirvanşahlar sarayında qapı tağı
- [79]
---- Commonsdakı Şirvanşah şəkilləri --Bakuemil 05:32, 27 Sentyabr 2010 (UTC)
Seçilmiş
[mənbəni redaktə et]Salam həkim, Scream/Childhood məqaləsinin seçilmiş statusu almağa layiq olduğunu düşünürəm, siz də bir baxın, məsləhət görsəniz laboratoriyaya göndərin, əyər-əksiyini də düzəldib səsverməyə çıxaraq. --sefer azeri 23:03, 28 Sentyabr 2010 (UTC)
- Mən etiraz etmirəm amma yaxşı olardı ki, musiqişünas biliyi olan və ya bu qəbildən olan məqalələrlə maraqlanan bir idarəçi ilə məsləhətləşəsiniz.
- P.S.Bu sahədə sözün düzü maraq dairəm o qədər də geniş deyildir.--MrArifnajafov 18:16, 28 Sentyabr 2010 (UTC)
Salam, sefer azeri. Bura qeyd etməyə hazırlaşdığım düşüncələrimi demək olar ki, MrArifnajafov Sizinlə paylaşıb :) Hörmətlə, --Vago 07:04, 29 Sentyabr 2010 (UTC)
Scream/Childhood
[mənbəni redaktə et]Salam , Scream/Childhood məqaləsinin seçilmiş statusu almağa layiq olduğunu düşünürəm. Bununla bağlı artıq iki idarəçiyə (Vago və MrArifNajafov) müraciət etsəm də musiqi ilə maraqlanmadıqlarından bir şey deyə bilməyəcəklərini söylədilər. Siz də bir baxın, məsləhət görsəniz laboratoriyaya göndərin, əyər-əksiyini də düzəldib səsverməyə çıxaraq. --sefer azeri 19:39, 01 Oktyabr 2010 (UTC)
Salam. Mən də daxil olmaqla idarəçilərə müraciət etməyə ehtiyac yoxdur axı. Azvikinin təcrübəli istifadəçiləri istənilən məqaləni laboratoriyaya göndərə bilər. Burda hansı qanunda yazılıb ki, ancaq idarəçilər seçilmiş məqalə statusu almağa layiq bildikləri məqalələri laboratoriyaya göndərə bilərlər? İndiki halda məqalə çox bərbad gündədir və laboratoriyaya salınmağa layiq deyil. Bu mənim fikrimdi. Amma siz bir təcrübəli istifadəçi kimi bunu edə bilərsiniz. Mənim işim onunla məhdudlaşacaq ki, səsvermənin sonuncu gününə qədər bir idarəçi kimi məqaləni oxuyub onun ya laboratoriyadan çıxarılmasına, ya da seçilmiş məqalə namizədi olmasına səs verəcəm (ya da ümumiyyətlə mövqe bildirməyəcəm). Şəxsən məqalə ilə bağlı fikrim isə belədir: məqalənin əyər-əskiyini xeyli düzəltmək lazımdır ki, laboratoriyaya salınmağa layiq olsun. Hörmətlə:--Sortilegus 20:22, 1 Oktyabr 2010 (UTC)
Şablon Məscid
[mənbəni redaktə et]Salam həkim. Mümkünsə Məscid şablonuna memarı və sifarişcisi bölmələrini də əlavə edin. --sefer azeri 18:43, 05 Oktyabr 2010 (UTC)
- Əlavə etdim--MrArifnajafov 14:45, 5 Oktyabr 2010 (UTC)
Azərbaycan xalçaları
[mənbəni redaktə et]Xəritənin məqalələrdə həmişəlik qalması üçün onun həqiqi olmasını sübut edən mənbə göstərilməlidir. Əks halda bu gün Taron siləcək, sabah Hayk, o biri gün Divot və s. --Ira 15:36, 6 Oktyabr 2010 (UTC)
Yəni xəritənin hansı mənbə əsasında hazırlanmasını nəzərdə tutursuz? Bunu kitab şəklində göstərmək mümkündür də hər halda. --sefer azeri 14:01, 7 Oktyabr 2010 (UTC)
Əgər bu kitabdırsa, onlar Azərbaycanda cap olunmuş kitabların çoxunu etibarlı mənbə hesab etmirlər. Siz hamı tərəfindən qəbul olunmuş, xaricdə cap olunmuş mənbə göstərməlisiniz. --Ira 09:17, 7 Oktyabr 2010 (UTC)
Səfər salam. Barəsində danışdığın məqalələr uzun müddət mübahisə meydanı olmuşlar və bu saat həmin məqalələr istər azərbaycanlı, istərsə də erməni istifadəçilər tərəfindən nəzarətdədir. Bu məqalələrə nəinki şəkil, hətta bir cümlə daxil etmək üçün yenidən mübahisələrə qoşulmaq, etibarlı mənbələr göstərmək lazımdır. Əgər fikir versəniz təcrübəli ermənilər belə tənqid hədəfi olmasınlar deyə düzəlişlərini anonim edirlər. Mən təklif edirəm ki, bir müddət səbr edək, tutarlı mənbələr əldə edək. Çünki sizin şəkildə göstərdiyiniz mənbəni mən elə o cür də onlara təqdim edə bilmərəm. "Müharibədə qələbə çalmaq üçün əvvəlcə yaxşı hazırlaşmaq lazımdır". Hörmətlə, --Ira 07:51, 9 Oktyabr 2010 (UTC)
- Salam, sefer azeri. Biz Sizinlə 2-ci Yelizaveta məqaləsinə şəkilləri birgə yükləmək qərarına gəlmişdik. Sizin fotoqalereyadakı şəkillərdən istifadəyə dair hansı təklifləriniz var ? --Acategory 20:10, 9 Oktyabr 2010 (UTC)
Şablon:bina
[mənbəni redaktə et]Salam həkim! Mümkünsə bizə bina şablonu yaradın teatr, konsert salonu, muzey, qalereya, biznes mərkəzi və sair ictimai binalar haqqında olan məqalələrdə istifadə etmək üçün. Mən Beynəlxalq Muğam Mərkəzi məqaləsinə hələlik abidə şablonu yerləşdirdim. Həmin məqalənin ingiliscə versiyasında tətbiq edilmiş şablon kimi bir şablon olsa yaxşı olar. --sefer azeri 16:02, 11 Oktyabr 2010 (UTC)
- Hesab edirəm ki abidə şablonunu bu mənada da istifadə etmək olar. Yeni bina şablonuna ehtiyac yoxdur. Sadəcə lazım olan bəndləri {{Abidə}}yə əlavə etmək olar. Siz ehtiyac duyduğunuz bəndləri deyin mən də onları bir-bir əlavə edim.--MrArifnajafov 11:13, 11 Oktyabr 2010 (UTC)
- Mənim vaxtım olmadığından Vagodan xayiş etmişəm. O da şablon yaratmaqda çox mahirdir. Görək nə deyir.--MrArifnajafov 12:32, 12 Oktyabr 2010 (UTC)
- Həkimin dediyi kimi, "Bina" və "Abidə" şablonlarında hansı fərqlər var, mümkünsə qeyd edin ki, ya onları {{Abidə}} şablonunda nəzərə alaq, ya da ayrıca şablon kimi düzəldək.--Vago 12:41, 12 Oktyabr 2010 (UTC)
Hökümət Evi
[mənbəni redaktə et]Səfər, salam. Məqaləni kənd meydanına çıxararkən Sizin fəaliyyətinizə heç bir iradım olmayıb. Sizin bir istifadəçi kimi fəaliyyətiniz bəzi idarəçilərə nümunə olmalıdır. Amma idarəçilərin məqalələrdə redaktələri statuslarına uyğun olmalıdır. Üç idarəçinin bu məqalədə gördüyü iş tək sizin işinizlə müqayisədə çox azdır. Hörmətlə, --Ira 17:34, 19 Oktyabr 2010 (UTC)
Anlayıram. Amma redaktə xatirinə redaktə edənlərin, hansısa bir istifadəçinin zəhmətini "bir köpüklük" etmək istəklərini də qəbul etmirəm. Kaş ki, hamı sizin kimi, Acategory, Araz Yaquboglu, Ənvər müəllim və başqaları kimi dəyərli məqalələr yaratmaqla məşğul olaydılar. Hörmətlə, --Ira 18:02, 19 Oktyabr 2010 (UTC)
Salam. Mümkünsə Memarlıq abidəsi şablonuna da xəritədə yerləşdiyi ərazini göstərmək bölməsi əlavə edin. --sefer 23:42, 19 Oktyabr 2010 (UTC)
- Şablon:Abidə Şablon:Memarlıq abidəsinin təkmil formasıdır. Əgər xəritədə yerini göstərmək isəyirsinizsə onda Şablon:Memarlıq abidəsini Şablon:Abidə ilə əvəz edin. Məqalələrə tətbiq olunmadıqda Şablon:Memarlıq abidəsi sonra çıxdaş edilə bilər. Sonunda iksindən biri qalmalıdır.--MrArifnajafov 20:23, 19 Oktyabr 2010 (UTC)
- Dediyinizi əlavə etdim. Tətbiq etmək üçün {{Memarlıq abidəsi}} şablonuna baxın. Qeydlər bəndinə yer xəritəsi üslubunda əlavə etmək olar.--MrArifnajafov 15:46, 20 Oktyabr 2010 (UTC)
Yaratdığım Məqalələr
[mənbəni redaktə et]Salam. Hər dəfə yeni məqalə yaratdıqda İstifadəçi səhifənizdə Yaratdığım Məqalələr bölməsində müvafiq redaktə edərək vaxt itkisinə yol verirsiniz. Vaxt itkisinin qarşısını almaq məqsədilə təklif edirəm ki, yaratdığınız məqalələrin siyahısını göstərən bu linki öz istifadəçi səhifənizə yerləşdirərdiniz. --Cekli829 15:30, 20 oktyabr 2010 (Cek vaxtı ilə)
Salam İrada xanım. Bir bu məqaləyə baxın görün seçilmişə layiqdir. --sefer 15:34, 24 Oktyabr 2010 (UTC)
Bir azacıq da işlənsə seçilmişə layiq ola bilər. Belə ki, məqalədə bölmələr azdır, ona görə də mündəricatı görünmü. Yox...Səhv etdim...Mündəricat görünür. Bircə tarix bölməsini daha geniş yazmaq olar. Bir də mənbə cəmi bir dənədir. O da Cəfər Qiyasi. Yəni bu pronlemlər həll olunsa laboratoriyaya qoyun. Mən etiraz etmirəm. Uğurlar, --Irada 14:42, 24 Oktyabr 2010 (UTC)
Silmə
[mənbəni redaktə et]Salam. Kristen Stüart məqaləsinə yüklədiyim şəkli niyə silmisiz? Üstəlik etdiyim dəyişikliyi də geri qaytarmısız? Bu nəylə bağlıdır. Bildiyim qədər az vikidə mənbə göstərməklə başqa saytdan şəkil köçürməyə icazə var. Belə olan halda şəklin silinməsini həm də mənə məlumat verilmədən silinməsini anlamıram. -sefer 19:45, 25 Oktyabr 2010 (UTC)
Bizim əsas məqsədimiz şəkillərin sayını sıfıra endirməkdir. Ona görə də Commonsda Kristen Stüartın alternativ şəkili mövcud olduğu üçün Sizin yüklədiyiniz faylı silmişəm. Burada Kristen Stüartın kifayət qədər şəkilləri var. Münasib bildiyinizi seçin və onu məqalədə yerləşdirin. Bu redaktəmlə dəyişikliyi geri qaytarmağım da məhz şəkilin adı ilə bağlıdır. Çalışın AzVikiyə mümkün olduğu qədər az şəkil yükləyin. Onsuz da hamısı gec-tez silinəcək. --Cekli829 9:26, 26 oktyabr 2010 (Cek vaxtı ilə)
- Salam İrada xanım. Ağoğlan monastırı məqaləsinə etdiyiniz dəyişikliyə baxdım, məbədin Minkənd çayı sahilində yerləşdiyini yazmısız, amma bir çox mənbələr Ağoğlan çayı sahilində yerləşdiyini qeyd edirlər, Azərbaycan tarixinin II cildinə və Zodçestvo Kavkazskaya Albaniya əsərlərinə baxa bilərsiz. Ayrıca Google eartdan da baxa bilərsiz. Ağoğlan monastırının Ağoğlan çayı sahilində yerləşdiyi qeyd edilib. Minkənd çayının sahilində isə Minkənd məbədi yerləşir.--sefer 22:54, 26 Oktyabr 2010 (UTC)
Salam, Səfər. Mən təsadüfən rast gəldiyim mənbəyə istinad etdim. Amma bu mövzu sizə daha yaxın olduğundan, inanıram ki, sizin göstərdiyiniz mənbələr daha etibarlıdır. Yeri gəlmişkən, bəlkə məqalənin adını Ağoğlan məbədi kimi göstərək? Hörmətlə, --Irada 20:14, 26 Oktyabr 2010 (UTC)
Şablon
[mənbəni redaktə et]Salam. Mümkünsə Memarlıq abidəsi Şanlonunda xəritədə yerini göstərmək hissəsini Məscid şablonunda olan kimi düzəldin. İndiki halında istifadə etmək çox çətindir. Kordinatları dəqiq göstərmək mümkün deyil. --sefer 15:54, 27 Oktyabr 2010 (UTC)
- Salam. Yer xəritəsi şablonunda koordinatın necə göstəriləməsi qaydasını desəm, yəqin ki problem yaranmaz:
Götürək Gilan türbəsi məqaləsini. Ordubadın koordinatları belədir:
- |latd=38 |latm=54 |lats=29 |latNS=N
- |longd=46 |longm=01 |longs=40 |longEW=E
Yer xəritəsində birinci və ikinci koordinat uyğun olaraq aşağıdakı kimi olcaq:
- 1. — 38 + (54*60+29)/3600=38.9080
55555555555555555555555556; - 2. — 46 + (01*60+40)/3600=46.0277
77777777777777777777777778
Burada üstündən xət çəkilənləri atırsınız, vəssalam! --Vago 11:13, 27 Oktyabr 2010 (UTC)
- Belə çətindir, olmaz ki həmişəki kimi olsun, elə daha asandı. Eyni problem Bina şablonunda da var. --sefer 16:15, 27 Oktyabr 2010 (UTC)
Merkitlar veya Mərqitlar
[mənbəni redaktə et]Salam, sefer. Hardcore-Mike mənə bir sual ünvanlamışdı, düşündüm bu barədə ona düz-əməlli cavabı Siz verə bilərsiniz. Əgər belə bir məsələ haqqında məlumatınız varsa, Hardcore-Mikein müzakirə səhifəsinə yazmanızı xahiş edirəm.
Sualı qeyd edirəm: "Bir dəfə Merkitlar insanların türk mənşəli olduğunu oxudum. Bu Monqol millət Çingiz Xan altında assimilyasiya oldu. Digər qaynaqlardan bu insanlar və Monqol əsilli olduğunu sonradan bir Türk dili almışdır, ancaq söyləyirlər. İndi nə oldu?"
Hörmətlə, --Vago 12:37, 1 noyabr 2010 (UTC)
Məsləhətləşmə
[mənbəni redaktə et]Kənd meydanındakı məsləhətləşməyə dair mövqe bildirmək istəmirsinizmi--MrArifnajafov 16:07, 1 noyabr 2010 (UTC)
Müzakirə
[mənbəni redaktə et]- Burada mən artıq alman dilində sorğu vermişəm. Sizlərdə yaza bilərsiniz --MrArifnajafov 15:44, 2 noyabr 2010 (UTC)
Hörmətli İstifadəçi Sefer azeri Kolagirən qalası məqaləsindəki xəritədə qalanın yeri düzgün göstərilməyib. Həmin qala Göyçə gölünün şimalında yox tam cənubunda yerləşir. Aşağı Qaranlıq rayonuna aiddir. Xaiş edirəm bunu düzəldəsiz. Mən bunu bacarmıram. Hörmətlə: Araz Yaquboglu
İçərişəhər
[mənbəni redaktə et]Salam İrada xanım. Bir məsələ barədə sizin məsləhətinizə ehtiyac var. İçərişəhər kompleks olaraq UNESCO-nun ümumdünya irsi siyahısına salınıbsa deməlu bu İçərişəhərdə olan bütün abidələrə aiddir, elə deyilmi? İndi İçərişəhərdə olan abidələr haqqındakı məqalələrin hamısına Ümumdünya irsi şablonu tətbiq edə bilərik? Məsələn Multani karvansarasında bu gün etdiyim kimi. --sefer 14:08, 14 noyabr 2010 (UTC)
Salam, Səfər. Dediyiniz məsələ barədə mən də dəqiq bilmirəm. Onunla əlaqədar mən A.Zakirqızına zəng etdim. O mütəxəssislərdən öyrənib, 1-2 saata cavab verəcəyinə söz verdi. Hörmətlə,--Irada 11:29, 14 noyabr 2010 (UTC)
İcərişəhərdəki bütün abidələrə UNESCO şablonunu daxil etmək olar :) --Irada 11:59, 14 noyabr 2010 (UTC)
İstifadəsiz fayllar
[mənbəni redaktə et]Səfər salam. İstifadəsiz fayllar kateqoriyasına sənin yüklədiyin bəzi şəkillər düşüb. Onlara bir nəzər sal. Əksəriyyətini Commonsa yükləmisən, amma hər ehtimala qarşı komyuterində də saxla, sonra burdan silək. Hörmətlə:--Sortilegus 16:25, 15 noyabr 2010 (UTC)
Yeni Şablon
[mənbəni redaktə et]Salam həkim. Vaxtınız və imkanınız olanda bizimçün də bu [80] şablonlardan düzəldin. Yazıları cədvəl kimi yanaşı göstərməyə kömək edir. --sefer azeri 20:31, 22 noyabr 2010 (UTC)
- Buyurub {{Sütunlar}}istifadə edə bilərsiniz.--MrArifnajafov 11:34, 23 noyabr 2010 (UTC)
- Salam. Sütun şablonunu elə etmək olarmı ki sütunların arasındakı məsafə bir az balaca olsun və ya hər səhifədə istifadəçi sütunlar arası məsafəni özü təyin etsin. Məsələn bu [81] səhifədə sütunlar arası məqalənin çox olması problem yaradaraq səhifəni eybəcər hala salır. Şablonu istifadə etmədikdə isə siyahı həddən artıq uzun olur.--sefer azeri 18:36, 28 noyabr 2010 (UTC)
Əlbəttə olar bura "Columns" baxın və tətbiq edin.--MrArifnajafov 15:16, 28 noyabr 2010 (UTC)
Cite news
[mənbəni redaktə et]Həkim salam. Daha bir şablona ehtiyacımız var. Mümkünsə bu [82] şablonnan da yaradardız bizimçün. --sefer azeri 20:03, 29 noyabr 2010 (UTC)
- {{Cite news}} istifadə etmək olar. Amma istifadə qaydası və izahatı yarı ingilis yarı azərbaycancadır. Tərcümə edib yerinə yazmaq həvəsiniz olsa edə bilərsiniz. Şablonu İstifadəçi:Wertuose yaratmağa başlamışdır. Mən sadəcə sənədləşmə hissəsini qismən verməyə çalışmışam.--MrArifnajafov 17:43, 29 noyabr 2010 (UTC)
Seçilmiş
[mənbəni redaktə et]Salam İrada xanım. Zəhmət olmasa Qız qalası məqaləsinə baxın. Məsləhət görsəniz seçilmiş məqalə laboratoriyasına göndərin. --sefer 10:12, 4 dekabr 2010 (UTC)
Səfər, salam. Məqalə çox yaxşıdır. Şəxsən mənim xoşuma gəlir və mən məqaləni seçilmiş məqalə laboratoriyasına göndərməyin tərəfdarıyam. Amma məqalə haqqında digər istifadəçilərin də fikirlərinin mənim fikrimlə üst-üstə düşəcəyinə əmin deyiləm. Belə ki, məqalə bir qədər də geniş yazıla bilərdi. Bir də qalanın ətrafındakı tikililər haqqında da məlumatlar olsaydı pis olmazdı. Dediyim odur ki, bir az da genişləndirdikdən sonra laboratoriyaya göndərmək olar. Hörmətlə, --Irada 08:02, 4 dekabr 2010 (UTC)
"Ətrafındakı abidələr" bölməsi olsa və "Mədəniyyətdə2 bölməsi bir az geniş yazılsa məncə kifayət edər. Bir də mən hansısa ədəbiyyatda oxumuşdum ki, 60-cı illərdə bərpa bəhanəsi ilə erməni fəhlələr daşlar üzərindəki müxtəlif yazıları silmişlər. Bu informasiyanı tapsanız yaxşı olar. Mən də axtararam. --Irada 14:36, 5 dekabr 2010 (UTC)
Müqəddəs
[mənbəni redaktə et]{{Müqəddəs}} istifadə edə bilərsiniz. Bəndlər tərcümədir onlara aid alternativ təklifiniz varsa deyin.--MrArifnajafov 14:31, 12 dekabr 2010 (UTC)
Şəkillər
[mənbəni redaktə et]Hörmətli sefer. Zəhmət olmasa bura da diqqət edin. — Bu imzasız yazı Vugar 1981 (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Şablon
[mənbəni redaktə et]Salam həkim. Zəhmət olmasa bizimçün də bu [83] şablondan düzəldin. --sefer azeri 12:42, 20 dekabr 2010 (UTC)
- İstifadə edə bilərsiniz: {{Sitat qutusu}}--MrArifnajafov 19:51, 20 dekabr 2010 (UTC)
Etimad səsverməsi
[mənbəni redaktə et]22 dekabr 2010 - 3 yanvar 2011 tarixləri arasında keçirilən etimad səsverməsində ötən ilin sonunda — 22 dekabr 2009-cu ildə başlanmış və 3 yanvar 2010-cu il tarixində yekunlaşmış səsvermədə olduğu kimi yenə mənə etimad göstərməyinizi rica edirəm. --Cekli829 13:51, 22 dekabr 2010 (Cek vaxtı ilə)
Etimad səsverməsində iştirak edərək münasibət bildirdiyiniz və mənə etimad göstərmədiyiniz üçün təşəkkür edirəm! --Cekli829 9:42, 24 dekabr 2010 (Cek vaxtı ilə)
Diqqət
[mənbəni redaktə et]Səfər, salam. Acategory demişkən hər iki məqalə seçilmiş yox, yaxşı məqaləyə namizəd olsaydı daha yaxşı olardı. Amma məqalələr artıq səsverməyə çıxarılıb. Mən camaata deyə bilmərəm axı səs verməyin. İdarəçi olsam da buna mənim ixtiyarım çatmır. Siz gərək münasibətinizi laboratoriyada bildirəydiniz. O zaman istifadəçilər məqalələrə daha ciddi yanaşardılar. Öz münasibətimi isə mən Vikipediya:Seçilmiş məqalə namizədləri səhifəsinin şərhlərində yazaram. Hörmətlə, --Irada 08:20, 24 dekabr 2010 (UTC)
== Sınıqqala məscidi
[mənbəni redaktə et]Məsələyə düzgün münasibət göstərdiyiniz, və şəkilləri Məhəmməd məscidi məqaləsindən çıxardığınız üçün sizə təşəkkür edirəm.--N KOzi 11:49, 24 dekabr 2010 (UTC)
- Təşəkkürə ehtuyac yoxdu məncə. Sadəcə olaraq İki cümə məscidinin olmasını əski məscidin Çar Rusiyası dövründə uçurulmasını dəqiqləşdirdim. Ona görə də şəkilləri yeni səhifə yaradaraq ora köçürdüm. Amma uğrunda iki həftədən artıq mübarizə apardığınız səhifəni zənginləşdirmək sizin boynunuza. :)--sefer 16:18, 24 dekabr 2010 (UTC)
--MrArifnajafov 13:56, 26 dekabr 2010 (UTC)
Koroğlu abidəsi
[mənbəni redaktə et]Adlandırmanı dəyişəndə bir az yavaş elə də :D. Müzakirədə mən də bir variant təklif etmişdim :). --Proger danış 09:16, 27 dekabr 2010 (UTC)
Seyx Sefieddin Erdebili meqalesi
[mənbəni redaktə et]Salamlar. Lutfen bu deyiskliye izah vere bilersinizmi? — Bu imzasız yazı 213.154.6.51 (m) tərəfindən əlavə edilib; 22:13, 30 dekabr 2010 (UTC)
Erməni, gürcü, alban və ərəb əlifbasını oxşar cəhəti
[mənbəni redaktə et]15-ci əsrdə ruhani Mkrtıçın göstərişi ilə monstrın şagirdləri üçün dərslik monax Foma Metsopski tərəfindən tərtib edilmişdir.Əlyazmada yuxarıda adı çəkilən 4 əlifbanın 4-ü də var.