İstifadəçi müzakirəsi:Sortilegus/Arxiv 2010
Mükafat
[mənbəni redaktə et]Mükafata görə təşəkkür edirəm. Amma, məncə fəaliyyətim idealdan çox uzaqdır :) Wertuose 21:29, 3 yanvar 2010 (UTC)
Mən mükafatın qeyd hissəsində "ideal idarəçi fəaliyyətinə görə" yazmamışam ki:) Cekli də bu gündən idarəçilər siyahısına qoşulur. Burda məqalələrə nəzarət xeyli güclənəcək. Amma məncə, hələ də AzVikidə fəal idarəçi qıtlığı hiss olunacaq. Bəlkə də AzViki 270 vikipediya arasında yeganə vikipediyadır ki, burda idarəçiləri "yalvar-yaxarla" seçirik:) 2010-da 4 fəal idarəçi çalışıb 30-35 min məqaləyə nəzarət etməliyik. Sıralarımız genişlənsə əla olar. Mehrdadın da statusunu saxladıq - onun idarəçi kimi mövcudluğu da bu işdə bizə mənəvi dayaq olacaq, buna inanıram:))) Amma indiki halda həm fəal istifadəçilərə, həm də fəal idarəçilərə böyük ehtiyacımız var. Bu mükafat da sənə məhz həmin fəal idarəçi qıtlığının bir hissəsini doldurduğuna görə verilib. --Sortilegus 21:56, 3 yanvar 2010 (UTC)
Xəzərlər
[mənbəni redaktə et]Salam.xəzərlər haqqında məqalə yaratmaq istədim amma bu ad artıq Xəzər xaqanlığı üçün istifadə olunub və düşünürəm ki,bu normal deyil.Yəni Xəzər xaqanlığı və Xəzərlər ayrıca mövzulardır.Bu problemi necə həll edə bilərəm?--Sefer azeri 01:27, 06 yanvar 2010 (UTC)
Salam. Belə olan halda Xəzərlər məqaləsindən redirekti götürmək və əlavə etmək istədiyin mətni həmin səhifəyə yazmaq lazımdır. Lap yaxşı olardı ki, bu vaxt səhifənin sol aşağı küncündəki "alətlər sandığı"ndan "Bu səhifəyə keçidlər" bölməsinə nəzər yetirəsən. Harda ki "Xəzərlər" adı keçir bu siyahıda görəcəksən. Onlara bir-bir baxmaq lazımdır ki, keçidlər sənin yaratdığın "xəzərlər"ə istiqamət verir, yoxsa Xəzər xaqanlığı nəzərdə tutulur. Əgər ikinci haldırsa onda həmin keçidlərdə düzəlişlər etmək yaxşı olardı. Burda iki məqalə var Xəzər dövləti və Xəzər xaqanlığı - məncə, bunlar da eyni dövlət haqqındadır və birləşdirmək lazımdır.Hörmətlə:--Sortilegus 18:22, 6 yanvar 2010 (UTC)
Xahiş
[mənbəni redaktə et]Salam.Sarı Gəlin,Laçın (İlqar Muradov və Norveç Kilsə xoru),Sarı Gəlin (Brilyant Dadaşova və Norveç Kilsə xoru) məqalələrinə musiqi əlavə etdim.Amma niyəsə player işləmədi.Çox xahiş edirəm bu problemi aradan qaldırmağa kömək edəsiniz.--Sefer azeri 12:07, 07 yanvar 2010 (UTC)
Salam. Normal oxuyur hər üçü mahnı. Çox güman ki, sənin kompyuterində bu formatlı faylları dinləmək üçün proqram yoxdur. Vinampı yükləsən dinləyə bilərsən. Hörmətlə:--Sortilegus 13:24, 7 yanvar 2010 (UTC)
Nikin Dəyişdirilməsi
[mənbəni redaktə et]Salam. Əgər mümkündürsə mənim qeydiyyat adımı dəyişdirəsən. moonsun1981 nikini e-citizen nikinə. Teshekurler. --Moonsun1981 10:47, 7 yanvar 2010 (UTC)
Salam. Mümkündür. Siz bu səhifədə → Vikipediya:İstifadəçi adı dəyişdirmək müraciət edin - sonra dəyişim. Səhifədə mən bilən hər şey sizə aydın olacaq - necə müraciət etmək lazımdır. Hörmətlə:--Sortilegus 13:17, 7 yanvar 2010 (UTC)
Sual
[mənbəni redaktə et]şablon:məbədlər-də nə üçün gizlə və göstər düymələri işləmir?--Raynec 20:50, 30 dekabr 2009 (UTC) Diqqətinizə görə sağ olun,Məndə təkcə şablon:məbədlər-ə girəndə işləyir lakin hansısa məbəddən girəndə işləmir...--Raynec 12:50, 30 dekabr 2009 (UTC)
Mahnı
[mənbəni redaktə et]Yəni məqalələr silindi ya necə?Mən axtardım gəlmədi.Belə məqalələr yaratmaq lazım deyilsə deyin yaratmayım.--Sefer azeri 00:45, 08 yanvar 2010 (UTC)
Əgər mahnının tarixçəsi varsa yaratmaq olar. Mahnı haqqında məqalə yazmaq lazımdır, özü də ensiklopedik məqalə olmalıdır. Mahnı ancaq sözlərdən və musiqidən ibarətdirsə, VikiMənbəyə yerləşdirmək lazımdır. Ümumiyyətlə, şeir mətnlərinin VikiMənbədə olması məqsədəuyğundur. VikiMənbədə Ayrılıq səhifəsinə bax.--Sortilegus 21:00, 7 yanvar 2010 (UTC)
Onda yüklədiyim ogg lər vikimənbəyə keçirdiniz düzmü anladım.Bəs klassik əsərlər necə olsun.Məsələn mən Kürd Ovşarı və Min bir gecə baleti haqqda məqalə yaratmaq istəyirdim.Will you be there məqaləsi yaratdım onu da köçürmək lazımdır mənbəyə? Amma ingiliscə vikidə adi mahnılara da məqlələr var.Sadəcə olaraq müəllifi və ifaçını qeyd ediblər hətta.Məncə xalq mahnılarımız xüsusilə oğurlanan mahnılarımız haqqında burda məqalələr olsa daha yaxşı olar.Çünki mənə elə gəlir ki,vikipediyanın ziyarətçisi vikimənbəninkindən daha çoxdur.Sarı Gəlin məqaləsinin Həmçinin bax hissəsinə yazdığım səhifələri yaratmıyım deyirsiniz.--Sefer azeri 01:04, 08 yanvar 2010 (UTC)
Mahnı haqqında məqalə şəklində informasiya olmalıdır. İngilis vikipediyasında da belədir. Mahnının sözləri VikiMənbəyə:) ogg fayllar hələlik burdadır - heç yerə köçürməmişəm. Oğurlanan mahnılarımızla bağlı məqalə yaratmaq lazımdır - kim oğurlayıb, nə vaxt oğurlayıb, necə oğurlayıb, harda oğurlayıb. Mətn VikiMənbədə (şeirin müəllifinin səhifəsinə Vikipediyaya daxili keçid) və musiqi - xarici keçidlərdə (ogg fayl kimi də yükləmək olar).--Sortilegus 21:35, 7 yanvar 2010 (UTC)
Bəs ogg mahnılar hara yüklənməlidir.Onlar da mənbəyə?--Sefer azeri 01:39, 08 yanvar 2010 (UTC)
Baxmaq lazımdır ingilis, rus, türk vikipediyasında necədir. Mən dəqiqləşdirib sənə məlumat verərəm.--Sortilegus 14:31, 8 yanvar 2010 (UTC)
Sertifikatlaşdırma
[mənbəni redaktə et]Salam.Musiqi faylları necə sertifikatlaşdırılır?Bir də zəhmət olmasa son iki gündə yaratdığım musiqi məqalələrinə bir bax,gör hər şey normaldırmı.Yəni sonra silinəcəksə heç əziyyət çəkib yaratmayım.--Sefer azeri 05:16, 10 yanvar 2010 (UTC)
Salam. Sertifikatlaşmanı dəqiqləşdirərəm. Baxıram, mahnılara haqqında ətraflı məlumat yerləşdirsən Sarı Gəlin məqaləsindəki kimi, silinməzlər. Ola bilər yalnız sözləri VikiMənbəyə köçürülsün. Hörmətlə:--Sortilegus 22:39, 10 yanvar 2010 (UTC)
Nikin dəyişdirilməsi
[mənbəni redaktə et]Hörmətli Sortilegus men raziyam. Digər vikilerde nikim evvelki kimi qalsın. En esası azwikidir. Təşəkkürlər. --Moonsun1981 06:40, 11 yanvar 2010 (UTC)
Təşəkkürlər
[mənbəni redaktə et]Hörmətli Sortilegus dəyişikliyə görə təşəkkür edirəm. Hörmətlə --E-citizen 08:47, 13 yanvar 2010 (UTC)
Dəyməz.--Sortilegus 14:26, 13 yanvar 2010 (UTC)
Ana Səhifə
[mənbəni redaktə et]Salam.Bizdə Ana səhifə niyə gec-gec yenilənir.31 yanvar Rəsulzadənin doğum günüdür.Deyirəm bəlkə Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Xalq Cümhuriyyəti məqalələrini Ana səhifəyə çıxaraq.--Sefer azeri 13:36, 13 yanvar 2010 (UTC)
Salam. Olar. Rəsulzadənin ad günü ərəfəsində onun haqqında məqaləni qoyarıq ana səhifəyə. O na qədər də gərək 1 dəfə dəyişiklik edək. Bu gün sabah çalışaram normal məzmunlu məqalə tapım. Hörmətlə:--Sortilegus 14:25, 13 yanvar 2010 (UTC)
Fikrimcə yanvarın 25-nə qədər 20 Yanvar hadisələri ilə bağlı, 25-dən fevralın 3-nə qədər Məhəmməd Əmin Rəsulzadə ilə bağlı məqalələr Ana Səhifədə yerləşdirilməlidir. Cekli829 18:33, 13 yanvar 2010 (Cek vaxtı ilə)
Razıyam. Belə təkliflər olanda idarəçilərin ümumi müzakirə səhifəsində yaz, ümumi razılıq əsasında qərar qəbul edək.--Sortilegus 14:38, 13 yanvar 2010 (UTC)
Azərbaycan həqiqətləri haqqında kitabların silinməsi
[mənbəni redaktə et]Azərbaycan həqiqətləri: Xocalı soyqırımı, mart hadisələri və s. haqqında kitabların silinməsi nə dərəcədə düzgündür? Əgər bəhanə yalnız başqa dillərdə yazılmaqlarındadırsa bu ağrılı mövzularla bağlı bütün kitabların bütün dillərdə Bizim bütün layihələrdə olması bu gün daha vacibdir. Əks fikirləşənləri mən həm özümə, həm də bütün Azərbaycan xalqına qarşı düşmən olduğunu fikirləşirəm. Digər mövzularla bağlı kitabların yalnız Azərbaycan dilində olan versiyalarının bizim layihəyə daxil edilməyi ilə mən də razıyam, lakin bu mövzular digər layihələrdə ermənilər, farslar və hətta "türklər" tərəfindən silindiyi üçün onların bizdə qalması daha düzgün və vacibdir. Buraya [[1]] baxmanızı və məni dəstəkləmənizi istərdim. --Ira 11:46, 13 yanvar 2010 (UTC)
Salam. Burda [2] cavab yazdım. Hörmətlə:--Sortilegus 14:27, 13 yanvar 2010 (UTC)
Təcili
[mənbəni redaktə et]Salam,20 Yanvar faciəsində ölənlər məqaləsini təcili silmək lazımdır.--Sefer azeri 20:43, 16 yanvar 2010 (UTC)
Salam.Zəhmət olmasa Abaran rayonu məqaləsinə bir sxaem yerləşdirin.Mən sonra ona baxıb düzəldərəm.Uğurlar.--Sefer azeri 21:58, 17 yanvar 2010 (UTC)
Başqa dillərdə
[mənbəni redaktə et]Yaratdığım hər hansı bir məqalənin başqa dillərdə olan vikipediyalarda olub-olmadığını necə öyrənməliyəm.Məqaləyə başqa dillərdə bax keçidi qoymaq üçün.--Sefer azeri 02:53, 18 yanvar 2010 (UTC)
Bildiyin dildə olan vikipediyaya girib orada axtarış etməlisən və ya tutaq ki "Qənd" adlı məqalə yaratdın və məsələn, rus dilində bu məqalənin olub-olmadığını yoxlamaq istəyirsən - onda məqalənin lap sonuna [[ru:Сахар]] intervikisini əlavə elə və "Sınaq göstərişi" düyməsini bas. Səhifədə solda aşağıda (intervikilər olan yerdə) rus vikipediyasına keçid yaranacaq - keçidin üstünə gəlib onu ayrıca səhifədə aç. Həmin adda məqalə varsa rus vikipediyasında o açılacaq. İngilis, [[en:?????]] türk də [[tr:???]] eynən o cür. Amma başqa dildə həmin məqaləni tapanda onu elə interviki şəklində məqaləyə yerləşdirmək lazımdır. "Həmçinin bax" və ya "Xarici keçidlər" bölmələrində yerləşdirməyə ehtiyac yoxdur. --Sortilegus 15:12, 18 yanvar 2010 (UTC)
Sil Sil
[mənbəni redaktə et]Allah köməkiz olsun! Karribian məqaləsidə silindi. Məqalələri silmədən qabax heç onlara baxırsız?? Niyə bu məqalələr silinir? Bu necə bir viki olur?
Xəritə
[mənbəni redaktə et]Salam.Mən Qərbi Azərbaycandakı rayonlar və şəhərlər haqqında məqalələr yaratmağa başlamışam.Amma bir problem var ki,xəritələrini tapa bilmirəm.Ermənilərin və ya rusların istehsalı olan xəritələrdən də istifadə etmək istəmədim.Çünki,onlar toponimləri təhrif edirlər.Bu məsələdə kömək edə bilsəniz sizə minnətdar olaram.Bir də səs fayllarının sertifikatlaşdırılması ilə bağlı araşdıraram demişdiniz.Bir şey alındı mı?--Sefer azeri 00:51, 21 yanvar 2010 (UTC)
Salam. Xəritədə kəndin yerini göstərmək üçün, yoxsa ümumiyyətlə Qərbi Azərbaycanın xəritəsini? Mənə elə gəlir ki, Qərbi Azərbaycanın hər bölgəsi üçün ayrı-ayrı xəritələr yerləşdirib o xəritələrin üzərində kəndlərin yerini göstərsək yaxşı olar. Bir də ümumi Qərbi Azərbaycanın xəritəsini eyniadlı məqalədə verərik. Bu bizim üçün çox vacib və həssas məsələdir - ermənilər indi müşahidə etdiyim qədər digər böyük vikilərdə ancaq onunla məşğuldurlar ki, Qərbi Azərbaycanın və Qarabağın kənd, şəhər adlarını erməniləşdirirlər. Sənin adları dəyişdirilmiş Qərbi Azərbaycan kəndlərinin köhnə adlarını qeyd etdiyin məqalələri oxudum. Burda o kəndlərin bütün siyahısı olan bir məqalə olmalıdır. Xatırlayıram, cədvəl şəklinə redaktə edib mən salmışam. Dünən axtardım, tapa bilmədim həmin məqaləni. Tapıb sənə keçid verəcəm, ordakı materiallardan da istifadə edə bilərsən məlumatları dəqiqləşdirmək üçün. Kitabxanamda da baxaram - Qərbi Azərbaycanla bağlı kitablar olmalıdır. Tapdığım bütün xəritələrin skanerdən üzünü köçürüb sənə e-mailla göndərərəm. Özün seçərsən arasından və bura yerləşdirərsən.
Sertifikatlar tapmışam, gərək Azərbaycan dilinə tərcümə edək, sonra burda istifadə edək. Çalışaram bu işi də bu həftə həll edim. Hörmətlə:--Sortilegus 17:35, 21 yanvar 2010 (UTC)
Şatal
[mənbəni redaktə et]Salam.Şətəl qalası haqqında mən keçən il məqalə yaratmışdım.İndi də Şatal adlı məqalə yaradıblar.Məzmununda yeni bir şey yoxdu.Məsləhət olsa onu silərsiz.--Sefer azeri 10:35, 21 yanvar 2010 (UTC)
Salam. Birləşdirib istiqamətləndirmə verərik. Hörmətlə:--Sortilegus 17:35, 21 yanvar 2010 (UTC)
Xəritə
[mənbəni redaktə et]Mənə elə gəlir hər rayonun Qərbi Azərbaycanda hansı ərazidə yerləşdiyini və kəndlərinin adını göstərən xəritələr olsa yaxşı olar.Məsələn Keşişkənd rayonunun ayrıca xəritəsi,Soylan rayonunun ayrıca xəritəsi və s.Həmçinin Azərbaycan toponimlərinin dəqiq göstərildiyi Qərbi Azərbaycan xəritəsi (Qərbi Azərbaycan məqaləsi üçün) və Qərbi Azərbaycandakı mahalların xəritələri.Məsələn Göyçə mahalı,Zəngəzur mahalı,Pəmbək mahalı və s.Bu cür xəritələri tapıb lap başqa dillərdəki məqalələrə də yerləşdirə bilsək əla olar.O ki qaldı ermənilərin cəhdlərinə onlar Azərbaycanlıların hansısa erməni adını təhrif etmələrinə dair bir sənəd göstərə bilməzlər.Maksimum hansısa erməni mənbələrinə istinad edə bilərlər ki,burdakı toponimlərin hətta erməni dilini təşkil edən sözlərin 30 faizdən çoxunun türk sözləri olmasını erməni alimi A.Açaryan özü sübut edib.Köməyə görə çox sağ ol.--Sefer azeri 00:59 1 yanvar 2010 (UTC)
Niklərdə qarışıqlıq
[mənbəni redaktə et]Salam Sortilegus. Mənim nikim dəyişildikdən sonra bəzi hallarda e-citizenle daxil olsam belə moonsun1981 kimi qeyd olunur. Xahiş edirəm bunun səbəbini aydınlaşdırardız. Təşəkürlər Hörmətlə --E-citizen 06:38, 22 yanvar 2010 (UTC)
Salam. Araşdıraram. Çox güman ki, sistemdə olan texniki problemdir. Hörmətlə:--Sortilegus 16:55, 22 yanvar 2010 (UTC)
Marka
[mənbəni redaktə et]Burda fikrinizi yazmış olsanız kömək etmiş olarsınız.--Melikov Memmed 09:20, 22 yanvar 2010 (UTC)
Məbədlər
[mənbəni redaktə et]Ümumiyyətlə Azərbaycan tarixinin düyün nöqtəsi Qafqaz Albaniyasıdır. Fikir versəniz Azərbaycan tarixində ən çox təcavüz edlən və saxtalaşdırılmalara məruz qalan dövr də Qafqaz Albaniyası dövrüdür. Bunun bir neçə səbəbi var. Birincisi və ən önəmlisi odur ki, Qafqaz Albaniyası istər yerli (erməni,alban və fars dilli mənbələrdə) istərsə də xarici mənbələrdə Azərbaycan Respublikası ərazisində adı çəkilən ilk güclü dövlətdir. Qafqaz Albaniyasına kim sahib çıxsa Azərbaycanın da sahibi odur. Ermənilərin alban məbədlərinə yiyələnmə cəhdlərinin də əsasında bu durur. Qafqaz Albaniyası dövrünün yeganə yadigarları məbədlərdir. Əgər onlar eramızın ilk əsrlərindən başlayaraq azərbaycanda erməni mənbələrinin tikildiyini sübut etsələr deməli ermənilərin Azərbaycanın köklü əhalisi olduğunu da sübut etmiş olurlar. Onsuzda erməni tarixşünaslığı Qafqaz Albaniyasını Böyük Ermənistanın Şərq vilayəti Alban kilsəsini isə Erməni kilsəsinin şərq yepiskopluğu hesab edir.Qısacası ermənilər alban abidələrini mənimsəməklə sətiraltı anlamda Azərbaycan ərazilərini də mənimsəyirlər. İkincisi fikri vermisinizsə hər vasitə ilə bizə qəbul etdirməyə çalışırlar ki,albanlar qafqaz dilli və ya erməni dilli olub və onların türklərə heç bir dəxli yoxdur.Çünki bu gün Azərbaycan Respublikası əhalisinin 90 faizdən çoxu türk mənşəlidir. Dolayısıyla bu o demək olur ki, bizim X əsrə yəni oğuzların Azərbaycana gəlişinə qədər azərbaycan tarixinə dəxlimiz yoxdur və biz Azərbaycanı işğal etmiş Orta Asiya çöllüləriyik. Bu yalnız o halda ola bilər ki, albanların,madalıların və onlardan əvvəlki Güney Azərbaycan etnoslarının türk mənşəli olmadığı sübut edilmiş olsun ki, ermənilər də bu gün buna çalışırlar.Bu həm də o anlama gəlir ki. Güney Azərbaycandakı azərbaycanlılarla biz tamam başqa etnoslarıq (güneydəkilər farsdan dönmə,biz də hansısa qafqazdilli etnosdan və ya ermənidən dönmə) və bizim birlik istəməyimiz gülüncdür. Gördüyünüz kimi bu həm də İranın işinə yarayır,dolayıssıyla bu konsepsiyanın siyasi dəstəyi də var və ermənilər də bundan məharətlə istifadə edirlər. Çox çox təəssüf ki, mən nə rus nə də ingilis dilini yaxşı bilmirəm və həmin vikilərdə baş verən haqsızlıqlara müdaxilə etmək imkasnım xaricindədir.Bacardığım məlumatları hazırlıyıb öz vikimizdə yerləşdirməyimdir ki, bunu da imkanım çatan qədər edirəm. Xarici vikilərdə işləyən azərbaycanlı uşaqları bu sahədə aktivliyə sövq etmək lazımdır. Çünki ermənilər Qarabağın Ermənistan ərazisi olduğunu dedikdə də məhz Qafqaz Albaniyası dövrünə istinad edir və Qarabağdakı alban məbədlərini erməni məbədləri kimi qələmə verərək həmin ərazilərinin köklü sakinlərinin ermənilər olduğunu iddia edirlər. Erməni məbədləri şablonuna baxdım bildiyim 26 məbəd erməni yox alban və türk məbədidir ki,adlarına çıxırlar.Bunların qarşısını indi almasaq sonra qabaqlarında dura bilmiyəcəyik.--Sefer azeri 01:00, 23 yanvar 2010 (UTC)
Salam
[mənbəni redaktə et]Salam, 1.Men Özüm Haqda Məqalə Yazmamışam Wikipedinin Azeri Versiyasına Baxırdım Dünən Və Görəndə Qızıl Orda Yazılıb Onu Düzəlttim Sehv Yazılıb O Mən Düzəldirəm Kimse Yenə Sehv Sözü yazır Ora.Bu Wikinin Azeri Versiyasıdırsa Hər Şey Azeri Dilində Olmalıdır. Sehv Məlumatdır. Qızıl Rusca:Orda Azerice:Ordu Belə Olmalıdır. ;) — Bu imzasız yazı MirHaSaN (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Rəqslər
[mənbəni redaktə et]Bəlkəm rəqslər standart şablonda göstərilsə daha estetik görünər.--MrArifnajafov 20:38, 23 yanvar 2010 (UTC)
Məncə də elə yaxşı olar. Redaktə etmişdim, geriyə qaytardız redaktələrimi amma:) --Sortilegus 20:44, 23 yanvar 2010 (UTC)
Anlamadım --MrArifnajafov 20:51, 23 yanvar 2010 (UTC)
"Rəqs" və ya "Rəqslər" şablonu yoxdur axı bizdə. Məqaləyə şablonun içi köçürülmür, şablon özü yararadılmalıdır. Məsələn, Şablon:Rəqs və ya "Rəqslər" şablonları yoxdur, Şablon:Şəxs və ya Şablon:Dövlət xadimi şablonları var. Bilirəm, anlamaq bir az çətindir, amma hər halda şablonlaşdırmanı daha təcrübəli istifadəçilərimizin öhtəsinə buraxaq.--Sortilegus 21:15, 23 yanvar 2010 (UTC)
Sizi anlamadım. indiki Tanqo variantını standart və estetik sayırsınız? Hansı redaktədən danışırsınız?--MrArifnajafov 21:15, 23 yanvar 2010 (UTC)
Onda nə vaxta kimi gözləməliyik? Bəlkə siz deyən o təcrübəli tapılana qədər bundan istifadə edək? Bəlkəm bu təqdim etdiyim variantı təcrübəlilərin müzakirəsinə buraxaq?--MrArifnajafov 21:23, 23 yanvar 2010 (UTC)
Nəyisə gözləməyə ehtiyac yoxdur:) İstədiyiniz məqaləni yaradın, redaktə edin. --Sortilegus 21:37, 23 yanvar 2010 (UTC)
Mən İstifadəçi:Wertuosedən xahiş elədim, yaratdığınız rəqs şablonuna düzəlişlər etsin. Şablonların hazırlanmasında o məndən daha təcrübəlidir. Sonra rəqslərlə bağlı bütün məqalələrə bu şablonu əlavə edərik. Fürsətdən istifadə edib, bir də Sizə yaratdığınız və zənginləşdirdiyiniz məqalələrə görə təşəkkürümü bildirirəm. Sizin kimi AzVikinin inkişafına və zənginləşdirilməsinə məsuliyyətlə yanaşan, bunun üçün çalışan istifadəçilərimizin sayı çox olsaydı indi vikipediyamız özünə layiq daha yüksək yerlərdən birini tutardı. Hörmətlə:--Sortilegus 15:57, 24 yanvar 2010 (UTC)
Cox minnətdaram. Allah razı olsun. Çox istərdim Az Viki birinci beşliyə daxil olsun. Səhifələrimizin dizaynı bərbaddır. Əlbəttə çox işlər də görülmüşdür. Əsasən Şablonların daha rəngarəng və çox funksiyalı tərtib edilməsinə çalışılmalıdır. Bəsitlik vaxtı artıq bitmişdir. Alman İngilis fransız elə rus səhifələri buna misaldır--MrArifnajafov 19:37, 24 yanvar 2010 (UTC)
Qızıl Orda
[mənbəni redaktə et]Bütün mənbələrdə dövlətin adı orda kimi göstərilib. Özüdə Orda rus sözü deyil, türk sözüdür. Monqol dövləti ordalara (uluslara) bölünmüşdü,ki onlardan biridə Qızıl Ordadır ki, Böyük Monqol İmperiyasının parçalanmasından sonra müstəqillik qazanmışdır. Dövləti Qızıl Ordu adlandırmaq gülüncdür. --Sefer azeri 20:32, 24 yanvar 2010 (UTC)
Азәрбајҹан Совет Енсиклопедијасы
[mənbəni redaktə et]Азәрбајҹан Совет Енсиклопедијасы ona istinad edənlərin yaralı yeri ola bilər. Bu mənbəyə qarşı deyiləm amma bu günümüzdə ondan yapışıb qalmaq da düzgün deyildir. Təqdim olunan məqaləyə rəy soruşulmadan kardinal redaktələr aparmaq ozü elə nəzakətsizlikdir. Əgər tutarlı xarici ədəbiyyat misal gətirilirsə onda idial kimi Азәрбајҹан Совет Енсиклопедијасы gözə soxulmamalıdır. Hörmətlə--MrArifnajafov 20:49, 30 yanvar 2010 (UTC)
Uzundərə
[mənbəni redaktə et]Hörmətli, Sortilegus zəhmət olmasa deyərdiniz, Uzundərəyə (rəqs) əlavə olunmalıdır yoxsa ehtiyac yoxdur? Hörmətlə--MrArifnajafov 02:14, 31 yanvar 2010 (UTC)
Salam. "Uzundərə" adında burda başqa məqalə yoxdur, ona görə də adı elə "Uzundərə" yazılsa yaxşıdır. Hörmətlə: --Sortilegus 18:31, 31 yanvar 2010 (UTC)
Kateqoriya:Anatomiya
[mənbəni redaktə et]Hörmətli Sortilegus idarəçi olduğunuza görə bir xahişim var. Adı gedən Kateqoriyadakı məqalələrdə coxlu tibbi nöqteyi nəzərdən uyğun gəlməyən (savadsız) cümlələr mövcuddur. Etiraz etməsəydiniz və müəlliflərinin razılığı ilə onları silib mən təzədən yazardım. Elə məqalələr var ki, silinib təzədən yazılsa daha məsləhətdir. Hörmətlə --MrArifnajafov 17:30, 31 yanvar 2010 (UTC)
Etiraz etmirəm. Amma çalışmaq lazimdir ki, məqalənin məzmununda minimum itki olsun. Mümkün qədər zənginləşdirmək lazimddir. Hörmətlə:--Sortilegus 18:31, 31 yanvar 2010 (UTC)
- Ürək - Məqalənin tibb terminalogiyasına uyğun gəlmədiyi üçün silinməsini və Ürək (insan anatomiyası) məqaləsi ilə əvəz olunmasını təklif edirəm.
Hörmətlə --MrArifnajafov 22:16, 2 Fevral 2010 (UTC)
Xahiş
[mənbəni redaktə et]Salam Sortilegus. Imkanın olsa "Çoxluq nəzəriyyəsi"nə adını "Çoxluqlar nəzəriyyəsi" dəyiş. Mən çalışdım alınmadı. Oncədən təşəkkürlər. Rezo 14:45, 9 Fevral 2010 (UTC)
Neft məqaləsi
[mənbəni redaktə et]Salam, Sortilegus. Zamanımın cox az olmasina baxmayaraq, təsadüfən bu meqalədəki gördüyüm sehvleri aradan qaldırmaqdan vaz keçəmmədim. Məqalənin düzəlişini indi tamamlamaq istərkən onun əvvəlki versiyasına qaytarıldığını gördüm. Məncə məqalədə cox səhv var. Mən bir neft mühəndisi (və tədqiqatçısı)olaraq bunların aradan qaldırılmasını istərdim və bunu etməyə hazıram. Eyni zamanda belə redaktələr azərbaycan dilində vikipedianı zənginləşdirməyə şərait yaradır deyə düşünürəm. Hörmətlə, Mamed2009 21:56, 9 Fevral 2010 (UTC)
Təhrif
[mənbəni redaktə et]Salam.Bu şəkildə (http://az.wikipedia.org/wiki/Şəkil:Guney-azerbaycan.PNG) Güney Azərbaycanın ərazisi təhrif edilmişdir.Xahiş edirəm bu şəkili silib yerinə əvvəlkini bərpa edəsiniz.
Hörmətlə --Sefer azeri 19:17, 11 Fevral 2010 (UTC)
Salam. Həmin istifadəçinin fəaliyyəti vandalizm kriteriyalarına uyğun gəldiyinə görə bloklandı. Məlumat verdiyinə görə təşəkkürlər. Hörmətlə:--Sortilegus 20:42, 11 Fevral 2010 (UTC)
- Cənubi Azərbaycan məqaləsində həmin şəkil verilib və Cənubi Azərbaycan kimi təqdim olunub. Dəyişilməsin?! -Vago 11:26, 12 Fevral 2010 (UTC)
Salam. Bu xəritə deyildi. O xəritədə Cənubi Azərbaycanın ərazisinin yarısı göstərilməmişdi. Silmişəm o variantı. Bu xəritədə bütöv göstərilib ərazi, amma orfoqrafik səhvlər var. Hörmətlə:--Sortilegus 14:07, 12 Fevral 2010 (UTC)
Reklam
[mənbəni redaktə et]Salam. Bu səhifəyə (Bizimsayt.clan.su)də bir bax zəhmət olmasa. Deyəsən millət yenə özünü reklamla məşğuldur. Bir də bu xəritədəki (Şəkil:Guney-azerbaycan.PNG) sözlərin yazılışı Güney Azərbaycan ləhcəsinə uyğunlaşdırılıb. Deməzdim ki, bu cür yazılış səhvdir. Sadəcə olaraq güneydəki soydaşlarımızın danışıq dili daha çox fars dilinin təsirinə məruz qalıb. Ədəbi dilləri isə təbii ki,yoxdur. Fikir versəniz onlar ədəbi dil kimi Azərbaycan ədəbi dilindən istifadə edirlər. Xəritə yaxşı xəritədir, sözləri bir qədər düzəltsək bu xəritəni istifadə etmək olar məncə. Hörmətlə --Sefer azeri 20:06, 12 Fevral 2010 (UTC)
Şablon
[mənbəni redaktə et]Hörmətli Sortilegus,
- əgər siz bəyənirsinizsə deməli nəsə bir şey alınmaq üzrədir. Təqdirinizə görə sağ olun. Hörmətlə: --MrArifnajafov 09:06, 14 Fevral 2010 (UTC)
İkisi bir yerdə...
[mənbəni redaktə et]Salam, zəhmət olmazsa, İsmayıl bəy Camalbəyov və İsmayıl Camalbəyova baxın. Birini, mən hazırladığımı silin. Hörmətlə:--Enver62 15:48, 14 Fevral 2010 (UTC)Enver62
Yeni-yeni uğurlar
[mənbəni redaktə et]Hörmətli Sortilegus, salam. Diqqətinizə görə sizə minnətdaram. İdarəçilərin, şəxsən sizin fəaliyyətinizi bəyənirəm.Bu çətin, məsuliyyətli və şərəfli işdə sizlərə yeni-yeni uğurlar arzulayıram. Təşəkkür üçün çox sağolun. Azərbaycan dilində olan Vikipediyanı zənginləşdirmək hər birimizin sadəcə vəzifə borcumuzdur. Hörmətlə:--Sultan11 22:28, 16 Fevral 2010 (UTC)
Xəritələr
[mənbəni redaktə et]Salam. Siz demişdiniz Qərbi Azərbaycandakı mahalların və rayonların xəritələrini göndərəcəksiniz mənə. Deyəsən yadınızdan çıxıb. Məqalələri tamamlamaq və hazırda iş gedir şablonlarını çıxarmaq üçün həmin xəritələri gözləyirəm. Hörmətlə:--Sefer azeri 16:49, 19 Fevral 2010 (UTC)
Salam. Məndə Qərbi Azərbaycanla bağlı son nəşrlərdən biri kimi Akif Muradverdiyevin Zəngəzurun tarixinə dair kitabı vardı. Dostlardan biri götürüb, deyəcəm 1 həftəyə-10 günə qaytarsın. Dəqiq yadımda deyil, orda xəritələr vardı, ya yox. Amma kifayət qədər yazılı məlumat vardı. Yaxşı yadıma saldın. Hörmətlə:--Sortilegus 19:16, 19 Fevral 2010 (UTC)
Reklam
[mənbəni redaktə et]Maşızadə Ceyhun məqaləsində şəxsi reklam xarakteri var deyəsən.Hörmətlə:--Sefer azeri 21:47, 19 Fevral 2010 (UTC)
Fuad Əbdürrəhmanov
[mənbəni redaktə et]Bu məqaləni ilk dəfə mən yaratmışdım. İndi necə olur ki, başqasının adına qeyd olunub. — Bu imzasız yazı Enver62 (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Salam. Mən baxdım - məsələ burasındadır ki, Siz Fuad Əbdürrəhmanov məqaləsini yaratmısınız, digər istifadəçi isə Fuad Əbdürəhmanov (soyadında 1 "r" hərfi ixtisar olunub). Eyni şəxs haqqında olan məqalələr olduğuna görə birləşdiriliblər və Siz yaratdığınız məqalənin məzmunu adlandırılması daha düzgün olan məqaləyə köçürülüb, adı isə həmin məqaləyə istiqamətləndirilib. Mən digər vikilərə baxdım - orda da bu şəxsin soyadında 1 "r" hərfi var. Əgər soyadın məhz Sizin variantının düzgün olduğu ilə bağlı istinad edə biləcəyiniz mənbələr varsa, lütfən onları göstərin yenidən düzəlişləri geri qaytaraq. Hörmətlə: --Sortilegus 15:58, 21 Fevral 2010 (UTC)
Xocalı Soyqırımı
[mənbəni redaktə et]Salam. Zori Balayanın Ruhumuzun dirçəlişi adlı kitabından Xocalı soyqırımının törədilməsi ilə bağlı çox çaraqlı etiraflar tapmışam. Yəqin bilirsiz ki, o,özü də şəxsən həmin gecə Xocalıda olub. İstədim həmin faktları məqaləyə əlavə edim. Amma redaktə olunmur məqalə. Bu nəylə bağlıdır.Hörmətlə:--Sefer azeri 22:36, 21 Fevral 2010 (UTC)
Məqalə indilik Ana səhifəyə qoyulub, ona görə redaktə olunmur. Ana səhifəyə qoyulan məqalələri vandalizmdən qorumaq üçün mühafizə edirik. İstəsən mən bir neçə saatlıq mühafizəni götürərəm, sən faktları əlavə elə sonra yenidən mühafizə edim məqaləni. Hörmətlə:--Sortilegus 20:34, 21 Fevral 2010 (UTC)
Hə, yaxşı olar. Məncə Xocali faciəsi ərəfəsində belə məlumatlar maraqlı olar.Mühafizəni götürəndə xəbər edin zəhmət olmasa.Hörmətlə:--Sefer azeri 01:13, 22 Fevral 2010 (UTC)
Əlavələrimi etdim. Başqa müdaxilə olmamış mühafizəni qaytarsaq yaxşı olar. Hörmətlə:--Sefer azeri 01:34, 22 Fevral 2010 (UTC)
Bəylər
[mənbəni redaktə et]Salamlar, ideya və təşəbbüsünüz bəyənilsin. Amma bu şəxsiyyətlə çoxdan çoxdurlar. Tarixən ziyalı olduqlarından haqları var. Siz yaradın, mən də işləyim. Hörmətlə:--Enver62 20:41, 23 Fevral 2010 (UTC)Enver62
Mövlud Qəndili
[mənbəni redaktə et]Salam. Mövlud Qəndiliniz mübarək. Deyirəm bəlkə bir günlük Hz. Məhəmməd (s.ə.s.) haqqında olan məqaləni Ana Səhifəyə yerləşdirək? Hörmətlə:--Sefer azeri 09:30, 24 Fevral 2010 (UTC)
Xarker hücumu
[mənbəni redaktə et]Əziz dostlar mənim zənginləşdirdiyim Afina (mifologiya) məqaləsinə kimsə bunu:"آفینا-میفولوژی یا" 19:34, 24 Fevral 2010 versiyası (redaktə) əlavə etmişdir sözün düzü mən qonşularımızdan yada kosmopolitlərimizdəm şübhələnirəm. Kim bu ananim düzəlişi aydınlaşdıra bilər? Xahiş edirəm kömək etsin. Hörmətlə--MrArifnajafov 10:46, 25 Fevral 2010 (UTC)
{{[Ar|هئرا]}} Bu şablonu yaradanı mütləq tapmaq lazımdır. O düşməndir. Bu ədalətsizlikdə məncə (şəxsi fikirim) İranlı istifadəçilər istisna deyildir. Mən şablonu silmişəm amma kimə məxsusluğunu tapa bilmirəm--MrArifnajafov 12:10, 25 Fevral 2010 (UTC)
bu şablon "patstavnaya utkadır" ona Xocalı ilə əlaqədar falsifikasiya saytı yerləşdirilmişdir. Mən silmişəm. Sayta girib baxarsıniz görün nə yalanlar yazılır (guya özümüz törətmişik ermənilərin heç günahı yoxdur.) Bu formaba idi:
Falsification * http://www.xocali.net/
VİKİXƏBƏR
[mənbəni redaktə et]Salam. Bizdə Vikixəbər niyə yoxdur? Hörmətlə:--Sefer azeri 18:29, 26 Fevral 2010 (UTC)
Salam. VikiXəbərin layihəsini hazırlamaq lazımdır. Onun üçün bir neçə fəal istifadəçi çalışmalıdır. Sonra Metadan layihənin açılması üçün icazə alaq gərək. Amma fəal istifadəçi qıtlığıdır. Vikipediyadan başqa 3-4 layihəmiz də var - onları inkişaf elətdirə bilmirik. Fəal istifadəçi sayı artandan sonra VikiXəbər haqqında fikirləşmək olar. Hörmətlə:--Sortilegus 18:57, 26 Fevral 2010 (UTC)
Əgər vikixəbər yaradılsa mən orda işləməyə hazıram. Hörmətlə:--Sefer azeri 13:00, 27 Fevral 2010 (UTC)
Mart ayında keçirilməsi nəzərdə tutulan vikipediyaçıların növbəti görüşündə Vikixəbər layihəsini hərtərəfli müzakirə etmək lazımdır. Bu strateji bir məsələdir. -- Cekli829 13:45, 27 fevral 2010 (Cek vaxtı ilə)
Çox yaxşı olar. İndilik bütün güc-qüvvəmizi Vikipediyanın inkişafına, zənginləşdirilməsinə yönəltmişik. "VikiLüğət", "VikiMənbə", "VikiSitat", VikiKitab" layihələrimiz də var. Amma demək olar ki, inkişaf etmirlər, zənginləşmirlər. Onların zənginləşməsi üçün gərək Vikipediyadan kimisə "qurban verək".--Sortilegus 18:06, 27 Fevral 2010 (UTC)
VikiSitat loqosu
[mənbəni redaktə et]Salam. Mən VikiSitatın loqosunun Azərbaycan dilində olan versiyasını hazırlamışam. Hətta onu wiki.png kimi yerləşdirmişəm. Bugzilla-da dedilər ki, loqonu yerləşdirmək üçün, loqo mühafizə olunmalıdır. Yalnız bundan sonra yerləşdirilə bilər. Mühafizə etməyi mən bacarmıram, yəqin status məsələsidir. Sizdən xahiş edirəm ki, mühafizə edəsiniz. Bundan başda diğər layihələrin də Azərbaycan dilli loqosunu hazırlayıram. Əgər Vikisitatın loqosu uğurlu olsa, digərlərinin loqosunu da yerləşdirəcəm. Diqqətinizə görə minnətdaram. --PPerviz 20:11, 28 Fevral 2010 (UTC)
Salam. VikiSitatın logosu əla alınıb. Sizə təşəkkürlər. VikiSitatda mən onu yerləşdirərəm. Mühafizə də edərəm. Commonsa yüklənsə yaxşı olar. Hörmətlə:--Sortilegus 11:23, 1 Mart 2010 (UTC)
Salam
[mənbəni redaktə et]Çərşəmbəniz mübarək. Ogg faylların sertifikatlaşdırılması ilə bağlı araşdıraram demişdiniz. Bir nəticəsi var mı? Bir də Qərbi Azərbaycanla bağlı xəritələr göndərməliydiz mənə hələ də gözləyirəm. Deyən yaddan çıxıb. --Sefer azeri 16:59, 02 mart 2010 (UTC)
Salam. Sənin də bayramın mübarək. Mən ogg fayllarının lisenziyalarını nəzərdən keçirdim - elə şəkillər üçün nəzərdə tutulan lisenziyalardır. Amma yaxşı olar ki, həmin fayllar commonsa yüklənsin. Məsələn, ruslar "Boje, tsarya xrani" musiqisini köçürüblər commonsa [4] Lisenziya da bunu qoyublar (türkcə nümunəsdir) [5] Bu lisenziya Azərbaycan üçün də keçərlidir. Yəni musiqinin müəllifi 70 il əvvəl dünyasını dəyişibsə həmin musiqini problemsiz commonsa yerləşdirmək və bu lisenziyanı ona "yapışdırmaq" olar. Ümumiyyətlə türklərdə azad fayl lisenziyaları burda [6], ruslarda isə burdadır [7] Amma bəstəkarı sağ olan və ya 70 ildən az vaxtda rəhmətə gedən faylları yerləşdirmək olmaz. Məsələn, Üzeyir bəyin də musiqiləri hələlik bu kateqoriyaya düşür və hələ 8 ildən sonra azad istifadəyə verilə bilər.
Xəritələr yadımdan çıxmayıb. Kitab mənə gəlib çatan kimi skaner edib yollayacam sənə. Hörmətlə:--Sortilegus 19:22, 2 Mart 2010 (UTC)
Əgər mahnıları (oogg) şablonlamasam, silinməlidi? --Sefer azeri 01:13, 03 mart 2010 (UTC)
Lisenziyası qoyulmayan istənilən faylın (şəkil, ya musiqi) silinmə ehtimalı var. Yəni bu gün mən silməsəm, o biri idarəçilər silməsə, sabah idarəçi seçiləcək bir başqası silə bilər, ya metadan styuardlardan hansılarsa gəlib silə bilər. Bir elə "faşist" styuard vardı, amma çoxdandır bura baş çəkmir:) Yəni ən yaxşı variant müvafiq lisenziya tapıb faylı commonsa yükləməkdir. Orda fayllara da güclü nəzarət olunur. Orda qaldısa, deməli həmişəlik qaldı. Həm də commonsda olan faylı digər istənilən vikipediyalarda, vikimənbələrdə və s. də problemsiz istifadə etmək olar. Amma bura yüklədiyin fayl ancaq bura üçündür. Hörmətlə:--Sortilegus 21:25, 2 Mart 2010 (UTC)
Mühafizə
[mənbəni redaktə et]Hörmətli Sortilegus bilmək istərdim, mühafizə etmək və ya qoruma kilidi vurmaq hüququ yalnız idarəçilərə aiddir, yoxsa istifadəçi də bunu edə bilər? Əvvəlcədən öz təşəkkürümü bildirirəm.--MrArifnajafov 20:37, 2 Mart 2010 (UTC)
Salam. Mühafizə etmək və ya mühafizəni qaldırmaq ancaq idarəçilərin səlahiyyətlərinə daxildir. Siz hansısa səhifəni mühafizə etmək lazım gələrsə ya mənə, ya digər idarəçilərə müraciət edə bilərsiz. Ümumiyyətlə isə uzunmüddətli və ya həmişəlik hansısa səhifələri və ya şablonları tam mühafizə altında saxlamaq məqsədəuyğun sayılmır. Çünki bu halda onlar inkişaf etmirlər. Hansı səhifədə ki redaktə müharibəsi gedir və ya tez-tez vandalizmə məruz qalır onları adətən idarəçilər qısa müddətə mühafizə edirlər. Və ya həddən artıq çox səhifədə işlənən şablonlar və ana səhifəyə yerləşdirilən məqalələr mühafizə olunur. Hörmətlə:--Sortilegus 21:06, 2 Mart 2010 (UTC)
Tanrı
[mənbəni redaktə et]Salam. MrArifnajafov bir neçə dəfə Misir allahlarının yerinə Misir tanrıları yazmağı təklif edib. Yaratdığı məqalələrə diqqət edirəm, özümüz üçün qeyri-müəyyən olduğunu nəzərə alıb allah, tanrı və ilah sözlərinin hamısından istifadə edir. Məncə bunu birdəfəlik müəyyənləşdirsəydik şablonlarda, eləcə də məqalələrdə onlar eyni cür düzələrdi. --Vago 14:19, 3 Mart 2010 (UTC)
Dediyiniz məsələ təkcə vikipediyada yox, ümumiyyətlə bizim mətbuatda da, elmi və bədii ədəbiyyatda da mübahisəli məsələdir. Bəziləri Allah sözünü yalnız İslam dininin çərçivələri daxilində işlətməyin tərəfdarıdırlar. Başqa dinlərdə tanrı, ilahi sözlərinin işlədilməsini düzgün sayırlar. Amma mən bu günə qədər oxuduğum bədii ədəbiyyatlarda yunan, roma allahları kəlmələrinə çox rast gəlmişəm. Həm də məsələn, tez-tez işlədirik "çoxallahlı dinlər", "təkallahlı dinlər". Ona görə məncə, bu halda da "Misir allahları", "Yunan allahları" və s. işlətməyimiz yaxşı olar. Amma bu mənim şəxsi fikrimdir. Gərək digər istifadəçilərin də fikirlərini öyrənək sonra bir ümumi standart tətbiq edək. Hörmətlə:--Sortilegus 16:59, 3 Mart 2010 (UTC)
Məncə, "Misir allahları" kimi terminlər işlətmək çox yalnışdır. Çünki Allah sözü ancaq İslamda tanrı mənasında işlənir. Tanrı sözü isə ümumilikdə ilah mənasındadır. Mənim fikrimcə "Misir tanrıları" daha məqsədə uyğundur. --PPerviz 17:00, 17 Mart 2010 (UTC)
Azeri>English Translator Needed!
[mənbəni redaktə et]Hi,
I am looking for an Azeri>English transltor. Please help me! My email is info@kurdglobal.com
Kind Regards,
Salam
[mənbəni redaktə et]Olar. Onda siz imkan daxilində əldə etdiyiniz şəkilləri mənə göndərərsiz, mən də onları lazımlı məqalələrə yerləşdirərəm. Bir daha təşəkkür. --Sefer azeri 17:56, 7 Mart 2010 (UTC)
Salam. [[8]] və [[9]] səhifələrinə də baxın. Eyni alim haqqındadır. İkincini mən yaratmışam birincidən xəbərsiz. Amma birincinin adlandırması düzgün deyil. Məqalənin özünə isə baxmamışam. Məsləhət olsa birləşdirin.--Sefer azeri 15:36, 8 Mart 2010 (UTC)
Kiş məbədi "təhrif"
[mənbəni redaktə et]Salam. İngilis ([[10]]) və rus ([[11]]) dillərində Kiş məbədi ilə bağlı məqalələrdə ciddi təhrif var və bu təhrif birbaşa ermənilərə xidmət edir. Belə ki, ingilis dilində olan yazıda məbədin 12 - 13 cü əsrlərdə tikildiyi göstərilir. və bu Alban kilsəsinin ən qədim kilsələrdən biri olduğunu sbut edən faktın təhrifidir ki, bu da ermənilərin guya ən qədim kilsəyə malik olmaları ilə bağlı uydurmalarını yaymalarına şərait yaradır. Rus dilində olan versiyada isə məbədin I əsrdə inşa edilməsi göstərilsə də onun gürcü və erməni kilsələrinə aid olması qeyd edilir və yenə də alban mədəniyyəti mənimsənilir. Eyniylə ingilis dilində olan məqalədə də məbədin erməni və gürcü kilsələrinə aid olması göstərilir və tarixi, dolayısıyla Azərbaycan tarixi saxtalaşdırılır. Halbuki, Moisey Kalankatlı məbədin birinci əsrdə müqəddəs apostol Yelisey tərəfindən inşa edilməsi haqqında məlumat verir. Mən Kalankatlının əsərindən həmin hissəni tapıb öz dilimizdə olan varianta əlavə edəcəm. Çox xahiş edirəm, imkanınız daxilində siz ingilis və rus mətnlərinə müdaxilə edəsiniz və göstərdiyim təhrifləri aradan qaldırasınız. Mümkünsə nəticə haqqında da mənə bilgi verin. Hörmətlə --Sefer azeri 23:35, 11 Mart 2010 (UTC)
Salam. Həmin vikilərdə fəaliyyət göstərən bizimkilərdən xahiş edərik, tərcümə edib yerləşdirərlər məqaləyə. Əsas mənbələri dəqiq göstərməkdir. --Sortilegus 10:06, 12 Mart 2010 (UTC)
Salam. Azərbaycan tarixi və Tarixi dövlət şablonlarının birlikdə yerləşdirildiyi məqalələrdə böyük boşluqlar yaranır. Bu nədən ola bilər? --Sefer azeri 21:55, 12 Mart 2010 (UTC)
Salam. Hansı məqalədə? Məsələn, Kuti dövləti məqaləsində boşluq yoxdur.--Sortilegus 17:27, 12 Mart 2010 (UTC)
Məhz Kuti dövləti məqaləsində var. Yazılar şablondan xeyli aşağıda görünür axı. Eləcə də digər səhifələrdə Qafqaz Albaniyası, Manna və sair. --sefer azeri 00:12, 13 Mart 2010 (UTC)
Seçilmiş məqalələr
[mənbəni redaktə et]Ümumiyyətlə bu "seçilmiş məqalələr" necə seçilir? Mənim bu sualıma cavab yoxdur :). --Proger 16:55, 15 Mart 2010 (UTC)
- Sürəkli iqnorlar ən azından hörmətsizlikdir. Bu sadəcə sualdır. Cavab vermək məncə elə də çətin deyil. Burada nə var ki?! --Proger 20:57, 16 Mart 2010 (UTC)
Salam. Əgər gec cavab verməyimi hörmətsizlik kimi qəbul etmisinizsə, üzr istəyirəm. Məqalələrin təftişinə başım qarışdığından bəzən mənə ünvanlanan suallara gec cavab verirəm (1-2 gün gecikməklə:)). Burda əslində gizli bir məsələ də yoxdur. Ümumiyyətlə, hələlik ana səhifənin dizaynını idarəçilər müəyyənləşdirirlər. Orda "seçilmiş" və ya "seçilməmiş" nə varsa onlarlıqdı (içi mən qarışıq:)). Elə ona görə də ana səhifənin dizaynı belə gec-gec dəyişir (çox təəssüflər olsun ki). Amma bu müvəqqətidir. AzViki inkişaf etdikcə, dəyərli və zəngin məqalələr çoxaldıqca bu proses texniki xarakter alacaq. Hörmətlə:--Sortilegus 22:24, 16 Mart 2010 (UTC)
- Çox gözəl :). İndi belə çıxır ki, hansı məqalənin seçilmiş və ya (belə demək olarsa) seçilməmiş olmasını idarəçilər seçirlər. Düzdür? Bəs tutaq ki, mən hər-hansı bir məqaləni (fərq yoxdur kimin məqaləsidir. Hər-halda zənginləşdirənlər də olur) seçilmişlərə namizəd kimi irəli sürmək istəsəm? Və ya "Qızıl məqalə" kimi? Kimə və necə müraciət etməliyəm? Bu ümumiyyətlə mümkündür? --Proger 22:28, 16 Mart 2010 (UTC)
Təbii ki, mümkündür. İdarəçilər ana səhifənin seçilmiş məqaləsini müəyyənləşdirirlər. Siz burda seçilmiş məqalə və ya dediyiniz kimi "qızıl məqalə" kimi dəyərləndirdiyiniz məqalənin səsverməsini təşkil edə bilərsiz. --Sortilegus 22:43, 16 Mart 2010 (UTC)
- Dərin təşəkkürlər! :) --Proger 22:49, 16 Mart 2010 (UTC)
- Əlavə olaraq təlimatlar verə bilərsiniz? Çünki orada səs-vermə müddəti, forma rəngi və sair kimi şərtlər var. Mənə bir forma lazımdır ki, onun əsasında yaza bilim. Mümkündür? Ya elə sadəcə məqalənin adını daxil edim vəssalam? Hörmətlə. --Proger 22:54, 16 Mart 2010 (UTC)
- Ku-ku :) --Proger 19:02, 19 Mart 2010 (UTC)
Salam. Novruz bayramınız mübarək. Səsvermə müddətini siz özünüz müəyyənləşdirəcəksiniz - bu səhifədə → səsvermə şərtləri və tələbləri ilə tanış ola bilərsiniz. Rəng məsələsi idarəçilərlikdir. Səsvermə gedən müddətdə səhifədə heç bir rəng olmur, səsvermə bitəndən sonra idarəçilərdən biri onun nəticələrini hesablayır və yekun qərarı elan edir. Rəngin olmağı o deməkdir ki, artıq həmin səhifədə səsvermə bitib və nə səs vermək olar, nə də şərh yazmaq. Yəni proses tamamlandı. Forma sadədir - "Seçilmiş məqalə namizədi" bölməsində yazırsınız:
=== [[xxxxxx]] (məqalənin adı və ona daxili keçid) === '''səsvermə müddəti: 20-27 mart 2010 ''' [[xxxxxx]] məqaləsini seçilmiş məqalə statusu almağa layiq hesab edirəm (imzanız) ==== [[Şəkil:Symbol support vote.png|20px|Dəstək]] Dəstək ==== ==== [[Şəkil:Symbol oppose vote.png|20px|Qarşı]] Qarşı ==== ==== [[Şəkil:Symbol neutral vote.png|15px|Bitərəf]] Bitərəf ==== === Şərhlər ===
Təəssüflər olsun ki, bizdə "seçilmiş məqalə şərtləri" prinsipləri hələ hazır deyil. Mən onları hazırlayıram. İnşallah hazır olanda şərtlərin özünü səsverməyə çıxarıb münasibət bildirəcəyik. İndilik AzVikidə 1 seçilmiş məqalə var - Elvis Presli. Yəni ona baxıb seçilmiş məqalənin təxminən necə olmalı olduğunu özünüz üçün müəyyənləşdirə bilərsiniz. Hörmətlə:--Sortilegus 20:01, 20 Mart 2010 (UTC)
- Qədim bayramımız mübarək! Ətraflı məlumata görə dərin təşəkkürümü bildirirəm. --Proger 21:14, 20 Mart 2010 (UTC)
- Hazırdır. Baxın burada əgər hər şey düzdürsə, məncə şərh və səs verməyə başlamaq olar. Yardımınız üçün bir daha təşəkkür edirəm. --Proger 21:37, 20 Mart 2010 (UTC)
Dəyməz. Baxdım, hər şey düzdür. Həm məqaləni, həm də şərhinizi oxuyub sonra öz fikrimi bildirəcəm və səs verəcəm. Adətən səsvermələrdə bizim təcrübəli istifadəçilərimiz daha fəal iştirak edirlər. Yəqin ki onlar da öz fikirlərini bildirəcəklər. Səsvermə artıq başlanmış sayılır və 1 həftə müddətində davam edəcək. --Sortilegus 21:47, 20 Mart 2010 (UTC)
- İnanıram ki, unutmamısınız ;). --Proger 20:37, 29 Mart 2010 (UTC)
- Təşəkkür edirəm! Bu əslində məndə çox güclü həvəs oyatdı! Tezliklə yeni məqalələr yazmağa başlayacam. Bir daha təşəkkür edirəm! :) --Proger 23:25, 29 Mart 2010 (UTC)
Mühafizə ilə bağlı...
[mənbəni redaktə et]Səndən çox xahiş edirəm bu linkdə [12] yazılanları oxu, və oxuyan kimi bir tədbir gör. Artıq 5 gündən çox keçib. Dərin Hörmətlə:--PPerviz 19:22, 16 Mart 2010 (UTC)
Bu linkə daxil olun --PPerviz 00:02, 18 Mart 2010 (UTC)
Tarixi dövlətlər
[mənbəni redaktə et]Salam.Ona görə Tarixi dövlətlər (Kuti,Qafqaz Albaniyası və s.) məqalələrində böyük boşluq olur ki, şablon-Azərbaycan tarixi harada yerləşdirsək orada böyük boşluq olur.Bununla maraqlana bilərsiniz?.--Raynec 20:27, 17 Mart 2010 (UTC)
İstifadəçi müzakirəsi
[mənbəni redaktə et]Salam. Novruz bayramın mübarək. Kiminlə ki, müzakirə aparırsan, çalış həmin müzakirənin mətni tam şəkildə öz müzakirə səhifəndə də olsun. Yəni istifadəçinin sənə yazdığı ismarıca 1-ci öz istifadəçi müzakirəsi səhifəndə cavab ver, sonra cavabını onun səhifəsinə copy-paste elə. Özün müzakirə açanda da birinci öz səhifənə yaz, sonra istifadəçinin müzakirə səhifəsinə. Hörmətlə:--Sortilegus 20:20, 20 Mart 2010 (UTC)
- Salam, bayramın mübarək. Sən dediyin kimi etdikdə müzakirənin harda başlayıb harda qurtardığı anlaşılmır. Gərək hər dəfə mənim səhifəmdə mənə yazılan cavabı kopyalayıb, müsahibimin müzakirə səhifəsinə yerləşdirim. Tutaq ki, mən bunu edirəm, amma etməyən istifadəçilər kifayət qədərdir. Digər vikilərdə qayda belədir ki, sənə hansı səhifədə müraciət olunubsa orda da cavab verirsən. Məncə bu daha sivil müzakirə üsuludur. Qoy istifadəçilər yazdıqları mesajın taleyi ilə özləri maraqlansınlar. Əgər mən kiməsə onun müzakirə səhifəsində müraciət edirəmsə, cavabı mənim yox, elə öz səhifəsində yazsın. Əgər həmin müzakirə səhifəsi mənim "İzlədiyim səhifələr" siyahısında görünürsə və yazılan cavabı izləyə bilirəmsə, onda copy-pasteyə nə ehtiyac var? Wertuose 22:12, 21 Mart 2010 (UTC)
Əslində kopyalamalısan və yerləşdirməlisən. Sən indi təcrübəli "vikipedist"sən, müzakirə apardığın səhifələri "izlədiyim səhifələr"ə daxil edirsən. Təcrübəsiz istifadəçilər də var, onları da nəzərə almaq lazımdır. Təsəvvür elə, 50 təcrübəsiz istifadəçidir - 50 ismarıc yazmısan, əllisi də öz müzakirə səhifələrində sənə cavab veriblər. O ismarıclara sən cavab verməyə borclu deyilsən. Ancaq sənin istifadəçi müzakirəsi səhifəndə yazılanlara cavab verməlisən, ən azından ona görə ki, "xəbərdarlıq" alırsan. Amma idarəçi kimi təbii ki, "Son dəyişikliklər"ə baxıb səhifələrə nəzarət etməlisən:) --Sortilegus 06:33, 23 Mart 2010 (UTC)
Ana səhifə
[mənbəni redaktə et]Xoş gördük.
Vaxtınız olanda lütfən, "Ana səhifənin" müzakirə bölməsini ziyarət edərsiniz. Əvvəlcədən təşəkkür. --Proger 01:27, 24 Mart 2010 (UTC)
Ad günü
[mənbəni redaktə et]Səhv etmirəmsə, təbrik edirəm! ) --Vago 07:32, 25 Mart 2010 (UTC)
- Səhv etmirəmsə, mən də təbrik edirəm! :) --Proger 20:09, 26 Mart 2010 (UTC)
- Səhv etmirsiniz:)Təbrikə görə təşəkkürlər:)--Sortilegus 06:40, 29 Mart 2010 (UTC)
Dillə bağlı müzakirə
[mənbəni redaktə et]Bir də, zəhmət olmasa Kənd meydanındakı dillə bağlı müzakirəyə münasibət bildirin. Söhbət idarəçi müasibətindən gedir. Gördüyünüz kimi çox adam bu haqda düşünür və mövzü aktualdır. Hesab edirəm ki, həll etmək lazımdır. Seçim yalnız bir və ya bir neçə İnzibatçı arasında həll edilə bilməz! Xahiş edirəm bunu nəzərə alın və mənim oradakı iki təklifimə müasibət bildirin. İki yoldan biri mütləq seçilməlidir. Kiminsə, konkret "belə olmalıdır" ilə bitmir məsələ. Hesab edirəm ki, ən optimal yolları göstərmişəm. Seçim siz, İnzibatçılarındır. Hörmətlə. --Proger 20:14, 26 Mart 2010 (UTC)
İstifadəçi:Eurovisionaz
[mənbəni redaktə et]Salam. İstifadəçi:Eurovisionaz bir neçə dəfə Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində məqaləsində reklam məqsədli redaktələr edib. İstifadəçi səhifəmin məzmununu silib [13]. Xahiş edirəm, bu istifadəçini bloklayın.--Eмϊn >> 17:24, 30 Mart 2010 (UTC)
Yazdığın mesajdan sonra:[14] [15]--Eмϊn >> 18:16, 30 Mart 2010 (UTC)
Salam. Gördüm. Bilərəkdən edilən dəyişikliklərdir. Təcrübəsiz istifadəçi deyil. 1 həftə müddətinə bloklandı.--Sortilegus 18:18, 30 Mart 2010 (UTC)
Bir həftədən sonra yenə davam edəcək. Mənə yazdığı e-maillər bunu təsdiq edir.--Eмϊn >> 18:23, 30 Mart 2010 (UTC)
Nə yazır ki?--Sortilegus 18:26, 30 Mart 2010 (UTC)
Qazaka
[mənbəni redaktə et]Salam. Qazaka məqaləsinin ingilis dilindəki versiyasında azərbaycan türkcəsini, həmçinin məqaləninin başında başqa dillərdə şəhərin adlandırılması yerinə azərbaycan türkcəsi:Qazaka şəklində bir əlavə etdim. Lakin bu gün baxdım ki, həmin əlavələri siliblər. Düşünürəm ki, bu farsların işidir. Çünki, ingilis dilində olan yazıda dezinformasiya var. Mümkünsə bu işlə məşğul olun və ya birinə deyin. Mənbələrdə birmənalı olaraq şəhər Azərbaycan şəhəri kimi təqdi olunur. Mən faktları əqalədə yerləşdirmişəm. Lütfən bu məsələyə diqqət yetirin. --Sefer azeri 20:40, 31 Mart 2010 (UTC)
Salam. Ermənilərin "yaradıcılığı"dır. Məqalədəki xəritə də Tiqranın "Böyük Ermənistan"ıdır. Sən bizim vikidəki məqaləyə mənbələr əlavə elə ki, onları ingilis vikisindəki məqaləyə köçürmək mümkün olsun. Özü də yaxşı olar ingilis dilində mənbələr olsun.--Sortilegus 16:14, 31 Mart 2010 (UTC)
Qazaka məqaləsinə mənbələri əlavə etdim. Bir də Kiş məbədi məqaləsinə də Kalankatlının Alban tarixi əsərindən məbədin tarixçəsiylə bağlı hissəni əlavə etmişəm. Çox xahiş edirəm ingilis vikisində məbədin gürcülərlə və ermənilərlə bağlanılmasını və adların ermənicəsinin göstərilməsini yığışdırın. Əlavə etdiyim parça məbədin yalnız və yalnız albanlara aid olduğunu sübut edir. İngilis vikisində Kiş kəndinin adı və sair erməni dilindəki qarşılığı da göstərilir buna nə ehtiyac var axı, nə məbədin nə də Kişin ermənilərə dəxli olmadığı halda. Çox xahiş edirəm Qazaka və Kiş məbədiylə bağlı yalnışlıqların aradan qaldırılasında kömək edin. --Sefer azeri 01:53, 01 aprel 2010 (UTC)
Əlavə olunan mənbələr xarici keçidlər (internet səhifələrinə istinadlar) formasında olmalıdır. İngilisdilli vikipediyadan mən nəyisə yiğişdıra bilmərəm axı. Mən Azərbaycan dilində olan vikipediyanın idarəçisiyəm. İngilisdilli vikipediyada sənin "dəyişikliklər mübarizəsi" aparman üçün ingilis dilini bilmən vacibdir. Burda (Azərbaycandilli vikipediyada) kim "xətrinə dəysə" mənə müraciət edə bilərsən, orda (270 dildə vikipediya) mən gücsüzəm. --Sortilegus 21:25, 31 Mart 2010 (UTC)
Mən məqaləni kitablardan istifadə edib yazmışam, necə internet səifələrinə istinad göstərə bilərəm? Bizim vikidə ingilis dilini bilən yoxdu ki, ona deyək bu işlərlə məşğul olsun. Anlamıram nəyə görə biz ən primitiv şeyləri belə sübut edib göstərə bilmirik? --Sefer azeri 14:47, 01 aprel 2010 (UTC)
Kitab mənbəsini, özü də Azərbaycan dilində olan kitabları tutarlı mənbə hesab etməyəcəklər orda. İnternet mənbəsi istəyəcəklər. Hər halda cəhd eləmək olar. Gərək ingilis dilinə tərcümə edilsin sənin məqaləyə əlavə etdiyin faktlar. --Sortilegus 12:02, 1 Aprel 2010 (UTC)
Plagiat
[mənbəni redaktə et]Salam. Bura ([16]) və bura ([17]) baxın. Bizim məqaləni, hətta məqalədə yerləşdirdiyim şəkilləri oğurlayıblar. --Sefer azeri 16:41, 02 aprel 2010 (UTC)
Salam. Əslində elə bizim burda məqsədimiz ondan ibarətdir ki, yazdıqlarımızı götürüb başqa saytlara da yerləşdirsinlər. Bir neçə digər sayt da var ki, aktiv şəkildə bizim materiallardan istifadə edir. Vikipediyada heç bir məqalənin müəllifi olmadığı üçün məqalələr də müəllif hüquqları ilə qorunmur. Hörmətlə:--Sortilegus 20:23, 2 Aprel 2010 (UTC)
- Selamlar. Şunun silinmesi iyi olmaz mı? (Şəkil:06.12.09.jpg) Commons'ta çok daha iyisi var. Alta linki mevcut.[18]--Reality 21:09, 2 Aprel 2010 (UTC)
- Teşekkürler. Ben konumu kabaca Bakü olarak gösterdim fakat ayrıntısını biliyorsanız işaretleyebilirsiniz.)--Reality 21:23, 2 Aprel 2010 (UTC)
Arxivləşdirmə
[mənbəni redaktə et]Xoş gördük. Dəyərli həmkar, Sizə elə gəlmir mi ki, arxivləşdirmə zamanından tez aparılır? Axı burada illik arxivləşdirmədir. Çünki Arxiv yazısının qarşısında ili də var. Elə hesab edirəm ki, bu ilin sonuna kimi heç bir arxivləşdirmə aparmaq lazım deyil. Təklif edirəm ki, bütün seçilən və seçilməyən məqalələr elə özünə məxsus il bölməsində 2010-cu ilin sonuna kimi qalsın. Vizual görünüşündən belə zövq almaq olur və Azərbaycan Açıq Ensiklopediyasının canlı olmasını özünə-məxsus vurğulayır ). Fikrinizi gözləyirəm. Hörmətlə. --Proger 23:37, 2 Aprel 2010 (UTC)
Salam. Əslində illik arxivləşdirmənin mütləq ilin sonunda aparılması vacib deyil. İl ərzində keçirilən səsvermələrin nəticələri səsvermə bitəndən sonra və yeni səsvermə başlayanda artıq arxivləşdirilə bilər. Hətta həmin səsvermənin nəticələrinin etibarsız sayılması üçün yeni səsvermə keçirilməsi tələb olunsa belə bu arxivləşdirməyə maneəçilik törətmir. Çünki bunun üçün yeni səsvermə keçirilir, yeni şərhlər yazılır və s. Vacib deyil ki, bu səsvermə köhnə səsvermənin altında aparılsın. Digər tərəfdən də səhifədə yekunlaşmış səsvermənin nəticələri qalanda bu yeni istifadəçiləri çaşdırır. Hörmətlə:--Sortilegus 11:05, 3 Aprel 2010 (UTC)
- Nə bilim... Düzü belə də olar. Arqumentlərimi əsasən vizual və "canlılıq" effekti ilə bağlıdır. Həmçinin digər vikilərdə də bildiyim qədərilə belə tez arxivləşdirilmir. --Proger 00:05, 4 Aprel 2010 (UTC)
Müzakirələr
[mənbəni redaktə et]Mümkünsə bura nəzər edin. Bir çoxlarını, bir çox məsələlər maraqlandırır :). Hörmətlə. --Proger 00:05, 4 Aprel 2010 (UTC)
Salam. Baxdım. Müzakirə səhifəsində cavab yazacam. Hörmətlə:--Sortilegus 02:12, 4 Aprel 2010 (UTC)
Şablon
[mənbəni redaktə et]Salam. Bütöv Azərbaycan-qaralama şablonu yaratsaq necə olar? Güney Azərbaycanla, Qərbi Azərbaycanla bağlı qaralama məqalələrə Azərbaycan şablonu yerləşdirmək düzgün alınmır. Çünki, Azərbaycan-qaralama şablonunda konkret Azərbaycan respublikasının xəritəsi verilib. Bütöv Azərbaycan şablonunada da Azərbaycan xəitəsi olar. --Sefer azeri 19:29, 04 aprel 2010 (UTC)
Aydınlaşdırma
[mənbəni redaktə et]Bu şəkillərdə ([19], [20]) nədən bəhs edildiyini aydınlaşdırmağa kömək edin lütfən. Şəkildə təsvir olunan ([21]) Qoşavəng məbədindəki çox məşhur xaç daşıdır.--Sefer azeri 19:29, 04 aprel 2010 (UTC)
Şəkillər rus vikipediyasındakı bu məqaləyə yerləşdirilib. Konkret həmin şəkillərlə bağlı iddia olunur ki, Azərbaycan tarixçiləri erməni xaçkarlarındakı təsvirləri saxtalaşdırıb onları dəyişdirirlər. --Sortilegus 14:18, 7 Aprel 2010 (UTC)
Ulduz
[mənbəni redaktə et]Hörmətli Sortilegus. Göstərdiyiniz diqqətə görə təşəkkürlər. Hörmətlə:--E-citizen 06:47, 5 Aprel 2010 (UTC)
Nizami kürd?
[mənbəni redaktə et]Salam. Kürdlər məqaləsinin ingiliscə olan qarşılığında ([22])tanınmış kürdlərin sırasında Nizami Gəncəvinin də şəkli verilib. Hətta onun anasının kürd olduğunu qəbul etsək belə (Xəlil Yusifli və Həmid Araslı bunun əksini iddia edir) onun kürdlər sırasında verilməsi doğru deyil. Məqalənin digər dillərdə olan qarşılıqlarına da baxdım. Yalnız ingilis dilində olanda belə səhv var. Çox xahiş edirəm həmin şəklin dəyişdirilməsinə çalışın. Axı Nizami bizim ən böyük dəyərlərimizdəndir. Milləti tərənnüm etmək üçün bir iki nəfərin adını çəkiriksə (Əlin qələm, sinən dəftər,Nizamilər, Füzulilər, De gəlsin hər nəyin vardır, Deyilən söz yadigardır.) onlardan da biri Nizamidir. Çox xahiş edirəm heç olmasa buna sahib durmağımıza kömək edin. İngilis vikisinin idarəçilərinə məsələni siz başa salın və ya ingilis dili bilən bizimkilərdən biri bunu etsin, amma mütləq edilsin bu iş. Yoxsa artıq itiriləsi bir şeyimiz qalmayacaq. --Sefer azeri 01:06, 07 aprel 2010 (UTC)
Salam. Məlumatım var. Nizamiyə deyəsən bizim özümüzdən başqa hamı yiyə durmağa hazırdır. Farslar, indi kürdlər, mənə təəccüblü gəlir ki, indiyəcən ermənilər hələ nə əcəb yerlərindən tərpənməyiblər:) Şəkil commonsa yüklənib, commonsdan onun ya çıxarılmasına, ya da redaktə edilib Nizaminin şəklinin ordan çıxarılmasına çalışmaq lazımdır. --Sortilegus 20:13, 6 Aprel 2010 (UTC)
Deyəsən xəbəriniz yoxdur, ermənilər keçən ildən əl-ayağa düşüblər. Gəncə haqqında İrəvanda (akademik nəşr) keçən il çıxan kitabda Nizami bu şəkildə "qədim erməni şəhəri Qandzakın fəxri və erməni ədəbiyyatının günəşi" kimi təqdim olunur. Amma vikiyə yol açmayıb bu "informasiya". Mümkün qədər tez- nə qədər ki, başqa vikilər də istifadə etməyib həmin şəklə bir əncam çəkməyə çalışın lütfən. Ayrıca Səlahəddin Əyyubi də kürd deyil. XI əsrdə hansısa kürd hökmdardan danışmaq absuddur. Axı həmin millət heç o vaxt formalaşmamışdı. Səlahəddin Əyyubinin şəcərəsi vardı məndə, qıpçaq türküdür, köküdə Gürcüstana gedib çıxır. Həmin şəcərəni tapmağa çalışacam. Özüm ingilscə bilsəm sizə bu qədər əziyyət verməzdim amma təəssüf ki, ancaq burda nəsə edə bilirəm. Ona görə çox xahiş edirəm Nizamini kürdlükdən "xilas edin". --Sefer azeri 01:31, 07 aprel 2010 (UTC)
Təəssüf ki, sənə əvvəlcə də yazdığım kimi, mənim ingiliscəm ingilisdilli layihələrdə ciddi dəyişikliklər, redaktələr etməyə mənə imkan vermir. Müzakirələr aparmaq üçün də ingiliscəni mükəmməl bilmək lazımdır. Bu işləri görməyi bizim həmin layihələrdə gəaliyyət göstərən soydaşlarımızdan xahiş etmək lazımdır. --Sortilegus 14:04, 7 Aprel 2010 (UTC)
- Sefer Azeri, Ingilis dilini bilmirsense, turk vikisinde olan meqalede kurdler haqqinda oxu. Nizami Azerbaijan shairi olsaydi, Azerice bir bend sheir yazardi. Bunu Nesimi, Xetai, Fuzuli ve s. haqqinda demek olmaz, chunki onlar azerice yazib. Gülməmməd | Danış 05:05, 7 Aprel 2010 (UTC)
Commonsdakı kürdlər şəklini redaktə və ya silinməsinə cəhd kimi bir fikriniz var? Məncə nəsil şəcərəsinin ana deyildə, ata xəttiylə götürüldüyünü desəniz sizlə razılaşarlar. Şəkli redaktə edib Nizaminin yerinə İbrahim Tatlısəsi və ya Səid Nursini qoymaq olar. --Sefer azeri 01:19, 09 aprel 2010 (UTC)
Salam Sortilegus. Siz deyəsən burada kürdlərə qarşı kompaniya aparırsız. Kürdlər haqqında heç türk dilində də belə yazılar yoxdur. Abdullah Öcalanı terrorçu adlandırırsız, lakin onun haqqında hər-hansısa materialları derhal silirsiz. Bəlkə hansısa bir azərbaycanlıya PKK, Abdullah Öcalan haqqında öyrənmək istəyən sağlam demokratik düşüncəli adam var? Başqasının tütəyini pülüyürsün, xalqılarımızın uzun illər etdiyi dostluğa zərər yetirirsiz. Mərhum prezident Heydər Əliyev həmişə bizə nəsihət edib - "Azərbaycan balanslaşdırılmış xarici siyasət yürütməlidir". Bunu qulağınıza sırğa edin. Bura girən kürd azərbaycanlılardan yalnız nifrət görəcək. Bəs bunun sabahı??? — Bu imzasız yazı 109.127.21.95 (m) tərəfindən əlavə edilib;
Qərbi Azərbaycan rayonları
[mənbəni redaktə et]Salam. Mən də Qərbi Azərbaycan rayonlarıyla bağlı normal xəritə tapa bilmədim. İndilis vikisində sadəcə üstü yazısız Ermənistan xəritəsi yerləşdiriblər, amma necəsə şablonda rayonların dəyişdirilmiş-erməni dilində olan adı da görünür xəritədə. Mən bir az baxdım, bir şey anlamadım. Əgər bizdə də elə bir şey etmək mümkündürsə, biz də yazısız Ermənistan xəritəsi yerləşdirib, üstündə də Azərbaycan dilində olan toponimləri qeyd edək. Əgər bnu necə etdiklərini bilirsinizsə, bizdəki, Qərbi Azərbaycan rayonları haqqında olan məqalələrdən birinə tətbiq edin və necə edildiyini mənə başa salın, başqalarını mən özüm düzəldərəm. --Sefer azeri 16:34, 07 aprel 2010 (UTC)
Salam. Mən baxaram, mümkün olsa sən dediyin kimi edərəm, onu nümunə götürərsən. Hörmətlə:--Sortilegus 14:07, 7 Aprel 2010 (UTC)
Məsələn bu [23] səhifədəki şablonda xəritə yazısız Ermənistan xəritəsidir. Amma şablonda qırmızı nöqtə ilə rayonun adı yazılıb və yeri göstərilib. --Sefer azeri 00:04, 08 aprel 2010 (UTC)
Şikayət
[mənbəni redaktə et]Xoş gördük, həmkar.
Burada gedən müzakirələr zamanı "Gülməmməd" adlı istifadəçi açıq şəkildə etik normaları keçib, yaşadığım Vətən, xalq və ümumiyyətlə mənsubiyyət cəhətdən açıq-aşkar təhqirə keçib, sübutsuz olaraq təhdidlərə başlayıb (assimilasiya, oğurluq). Digər bölmələrindəki özü-başınalığı nəzərə alaraq, rəsmən bu istifadəçidən şikətçiyəm. Burada arbitraj məhkəməsinə rast gəlmədiyim üçün bu istifadəçinin bloklanmasını xahiş edirəm. --Proger 22:42, 7 Aprel 2010 (UTC)
- Salam. Yazı mənə ünvanlanmasa da çox üzr istəyib xahiş edərdim ki, istifadəçilərin aralarında olan məsələlər elə o səviyyədə də qalsın, işi böyüdüb ümumi vikipediya problemi eləmək heç kimə fayda verməyəcək. Xüsusilə də etnik-milli məsələlər kimi necə deyərlər dibi olmayan quyuya bəribaşdan girmək lazım deyil. Yenə də xahiş edirəm, hamı burda ağlı başında, bir-birini anlaya bilən insanlardı. Çalışın aranızda danışıb nə məsələ varsa həll eliyin, mümkün qədər inzibati üsullara əl atmayın. Çünki təkrar eliyirəm, bu məsələlər uzun müddətdə dəyərləndirəndə işimizə ancaq mənfi təsir edə bilər. Hamıya hörmətlər. --TimBitsتِمبِتس 22:57, 7 Aprel 2010 (UTC)
- Şikayət mövzusu açılmışkən, şikayət olmasa da mütəmadi izləmək imkanı olan idarəçilərdən və istifadəçilərdən xahiş edərdim Stalker adlı istifadəçinin fəaliyyətinə nəzər yetirsinlər. Həvəsli istifadəçiyə oxşayır amma məzhəb təəsübkeşliyi aparır. Bu problem aradan qalxarsa bəlkə gələcəkdə dəyərli iştirakı ola bilər, bildiyi və maraqlandığı mövzularda. --TimBitsتِمبِتس 23:02, 7 Aprel 2010 (UTC)
- Mən də Sizə qatılaraq onu qeyd etmək istəyirəm ki, "Şiə"ləri "Rafizi" adlandırmaq onları təhqir etmək anlamında işlədilir və Stalker bunu həvəslə tez-tez təkrar edir. ---Vago 06:11, 8 Aprel 2010 (UTC)
- Şikayət mövzusu açılmışkən, şikayət olmasa da mütəmadi izləmək imkanı olan idarəçilərdən və istifadəçilərdən xahiş edərdim Stalker adlı istifadəçinin fəaliyyətinə nəzər yetirsinlər. Həvəsli istifadəçiyə oxşayır amma məzhəb təəsübkeşliyi aparır. Bu problem aradan qalxarsa bəlkə gələcəkdə dəyərli iştirakı ola bilər, bildiyi və maraqlandığı mövzularda. --TimBitsتِمبِتس 23:02, 7 Aprel 2010 (UTC)
Dəyərli həmkar, TimBitsتِمبِتس - müzakirədəki səhifəyə diqqətlə fikir versəniz, görərsiniz ki, mənim ünvanladığım fikrə qarşı təhqir və təhdidlər ünvanlanıb. Mən heç kimi orada, tutaq ki, terrorluqda suçlamamışam ). Amma əksini görürəm. O üzdən məsələ qüvvədədir. Təşəkkür edirəm. --Proger 09:37, 8 Aprel 2010 (UTC)
türk dilində olan məqalələr
[mənbəni redaktə et]Salam.Musa dağı olayı,Kosova Türkləri-Məncə belə məqalələr türk dilində olduğu üçün silinməlidir.Türk dilində olan bütün məqalələri silmək lazımdı.---Raynec 14:07, 8 Aprel 2010 (UTC)
Xahiş
[mənbəni redaktə et]Salam. Xahiş edirəm mənim üçün də 2008, 2009, 2010 cu il arxivləri yaradın və ya başa salın necə edilməlidir özüm edim. Yoxsa belə müzakirə səhifəm yaman uzanıb. ---Sefer azeri 19:07, 8 Aprel 2010 (UTC)
Salam. Düzəldirəm indi. 2008 və 2009-u arxivləşdirərəm, 2010-a özün baxarsan. Hansı müzakirənin ki, davam etmə ehtimalı var onu saxlayıb, məsələn, ondan sonra gəlsə də bitmiş müzakirə olanı arxivləşdirə bilərsən. Yəni bu artıq sırf sənlikdir.--Sortilegus 14:46, 8 Aprel 2010 (UTC)
Arxivə görə çoooox sağ ol. Səhifəm xeyli yüngülləşdi. Allah sizdən razı olsun. --Sefer azeri 22:55, 8 Aprel 2010 (UTC)
Rəqəmlərin magiyası
[mənbəni redaktə et]Salam, Sortilegus. Sizin Rəqəmlərin magiyası məqaləsi barədə fikirləriniz mənim üçün maraqlıdır. Məqaləni necə qiymətləndirirsiniz. Bu haqda şərh yazsanız, məni məmnun edərsiniz. Təşəkkürlər. --Tar 88 15:16, 8 Aprel 2010 (UTC)
Xəbərdarlıq
[mənbəni redaktə et]Salam.Xaiş edirəm ki mənə etdiyiniz xəbardarlıqları siləsiniz.Çünji əvvəllər vikipediyanı yaxşı başa düşmürdüm və müzakirə səhifəsinə girmirdim.Sonradan bilədən sonra artıq 2 xəbardarlıq almışdım. --Raynec 00:59, 10 Aprel 2010 (UTC)
"Azərbaycan"/"Azərbaycanca"/"Azərbaycan dili"
[mənbəni redaktə et]Bu dilin adlandırılmasına aid müzakirə də arxivləşdirildi. Məsələ hələ də həllini tapmayıb. Virtuozun işdən xəbəri var mı? --Proger 22:02, 10 Aprel 2010 (UTC)
Mən Wertuose deyiləm axı. Yazırsan ki, "Hörmətli Wertuose, Kənd meydanında mənim tərəfimdən açılan müzakirənin sonucunda, Azərbaycan Vikipediyasında "başqa dillərdə" bölməsində Azərbaycan dilinə olan keçidlərin "Azərbaycan" yox, "Azərbaycanca" adlandırılması qərara alınmışdır. bax →Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2010. Amma bunu AzVikinin idarəçiləri yox, Metadakı idarəçilər edə bilərlər. MetaVikinin idarəçilərinə bununla bağlı müraciət etmənizi sizdən xahiş edirəm". Məktubu konvertə qoyub göndərirsən bu ünvana → İstifadəçi müzakirəsi:Wertuose. Bu qədər sadə və bəsit bir məsələ:) Hörmətlə:--Sortilegus 22:36, 10 Aprel 2010 (UTC)
- Lap utandırdınız məni :). Təşəkkür edirəm! ;). --Proger 23:05, 10 Aprel 2010 (UTC)
Salam. Bu problemi Wertuose artıq həll edib. Vikipediya:İdarəçi müzakirəsi səhifəsində digər idarəçilərə məlumat verib. Yəqin ki, 1 aya artıq bütün vikilərdə "azərbaycanca" görünəcək. Hörmətlə:--Sortilegus 21:06, 10 May 2010 (UTC)
Astral səyahət
[mənbəni redaktə et]Salam, Sortilegus. Qeyri-adi mövzu başlıqları altında olan məqalələr silsiləmi davam etdirirəm. Astral səyahət məqaləsini necə qiymətləndirirsən. Təbii ki, məqalədə hələ iş gedir. Sadəcə olaraq ilkin fikirlərin mənim üçün maraqlıdır. Təşəkkürlər, --Tar 88 18:51, 12 Aprel 2010 (UTC)
Xoş qayıtdın
[mənbəni redaktə et]Axan salam. Səni burda görməyimə xeyli şadam. Necəsən? Pirbılağ məqaləsini oxudum, düzəlişlər edib orfoqrafik səhvləri aradan qaldıracam. Sən əsas intervikilər artır:) Sənlik də burda xeyli işimiz var. Mehrdad kimi "aradan çıxma". --Sortilegus 20:06, 13 Aprel 2010 (UTC)
- salam yoldaş. mən yaxşıyam ! siz necəsiniz? mən aradan çıxmamışam! hər zaman azviki gəlip və burdaki toplanmış məlumatlardan istifadə etmişəm.(Axi azviki yavaş yavaş bizim dildə önəmli ensiklopediyaya dönür).Ancaq (bir ilə yaxın) azvikidə redaktəm olmayıb! İndi mən azvikidəyəm.yəqin ki məni yeni fəal istifadəçilərlə tanış edəcəksiz.orfoqrafik səhvləri görə hər zaman məni nəzərdə tutun.--Axan.bulut 20:44, 13 Aprel 2010 (UTC)
Pirbılağ kimin məqalələrin interviki linkləri olmaz ya da çöx az intervikiləri olar.çünki azərbaycan kəndlərini yalnız bizimiçin önəmli dir. bu kəndlərin adı , şəkiləri və tarixləri qalmalıdir.--Axan.bulut 20:53, 13 Aprel 2010 (UTC)
Numerologiya
[mənbəni redaktə et]Sortilegus, məqalədə şəxsi psixomatrisin qurulması qaydası əks olunub. Məncə, 1-ci sinifə getməyən uşaq o hesablamaları özü edə bilər. Mən nümunəni verməyə də bilərdim. Onun üçün nümunə verdim ki, hesablama daha aydın və anlaşıqlı olsun. Məqaləni "falçılıq" adlandırmaq və aşağı səviyyədə kimi göstərməniz həqiqətən mənim acığıma gəldi. Numerologiya elmi haqqında məlumatınız inanıram ki, yox idi. Məlumatınız olmayan elm barəsində necə şərh gətirə bilirsiniz. Və məqaləni "falçılıq" adlandırırsınız. Bu sözlə sizin səviyyənizi mən çox rahatlıqla yəqin etdim. Bu sizə axrıncı yazımdır. Bir daha sizinlə dialoq qurmayacam.--Tar 88 18:31, 14 Aprel 2010 (UTC)
Qeydlərdən incimək lazım deyil. Mənim səviyyəm 1-ci sinfə gedən uşağın səviyyəsindən də yəqin aşağıdır, sizcə. Dialoq olmaz aramızda, monoloq olar:) Əsəbləşmək lazım deyil:)--Sortilegus 19:00, 14 Aprel 2010 (UTC)
Commons
[mənbəni redaktə et]Salam. Commonsa fayllar necə yüklənilir? Mnə başa salın daha faylları bura yox, commonsa yükləyim. İdarəçi səhifəsində gördüm ki, bura çox fayl yüklənməsindən şikayət edirsiniz. İstifadçilər arasında isə ən çox fayl yükləyən mənəm deyəsən. :)) --sefer azeri 16:18, 15 Aprel 2010 (UTC)
Salam. Sən ikinci yerdəsən:) Commonsda qeydiyyatdan keçirsən, bura yüklədiyin formada ora da yükləyirsən. Amma burdan fərqli olaraq orda lisenziyalaşmaya ciddi fikir verirlər. İdarəçiləri şəkilləri bir-bir nəzərdən keçirir, hansısa saytdan köçürmə olub-olmadığını müəyyənləşdirir. Üzərində leybl olan istənilən şəkli avtomatik silirlər. --Sortilegus 18:23, 15 Aprel 2010 (UTC)
Salam. Commonsda faylların kateqoriyalara yerləşdirilməsi necə aparılır? Bir də Anahid məbədinin şəkillərini yükləmək istədim commonsa special upload formasına keçdi. Bir neçə dəfə təkrar etdim alınmadı. Başqa nələrsə tələb etdi. Bu nədən ola bilər? --sefer azeri 17:16, 18 Aprel 2010 (UTC)
Salam. Yüklədiyin şəkilləri mən çalışaram orda kateqoriyalaşdırım. Sonra onun əsasında özün kateqoriyalar əlavə edərsən şəkillərə. İkinici məsələni də çalışaram dəqiqləşdirim. Hörmətlə:--Sortilegus 12:37, 18 Aprel 2010 (UTC)
Eynən burdakı kimi kateqoriya əlavə edirsən səhifənin sonuna. Sadəcə kateqoriyaların adı ingiliscədir. Hansı şəkil hansı kateqoriyaya uyğun gəlirsə o kateqoriyanın da adını əlavə etmək lazımdır. --Sortilegus 12:57, 18 Aprel 2010 (UTC)
WikiKitab loqosu
[mənbəni redaktə et]Xahiş edirəm bu loqonu mühafizə edin. Hörmətlə: --PPerviz 12:52, 16 Aprel 2010 (UTC)
Salam. VikiKitabın bizdə idarəçisi yoxdur. Mən VikiSitatın müvəqqəti idarəçisiyəm. O loqonun mühafizə olunması üçün gərək qlobal adminlərə müraciət edəsiniz. Hörmətlə:--Sortilegus 14:42, 16 Aprel 2010 (UTC)
Redaktənin geri qaytarılması
[mənbəni redaktə et]Salam. Mənim Altay Əliyev məqaləsindəki düzəlişlərimi geri qaytarmısınız. →[24] Amma mən etdiyim düzəlişlər düzgün idi. Məsələn, Ağdamın "Qarabag" futbol komandasından söhbət gedirsə daxili keçid belə olur →Qarabağ kod şəklində [[Qarabağ FK|Qarabağ]], amma ərazi kimi Qarabağdan söhbət gedirsə elə keçid sadəcə sözə qoyulur, yəni belə →Qarabağ kod şəklində [[Qarabağ]]. Burda müəyyən qayda-qanunlar, texniki məsələlər var ki, onları zamanla öyrənəcəksiniz. Amma elə daxili keçidlərin qoyulması ilə bağlı texniki işlərlə mənim düzəlişlərimi geri qaytararaq onları nəzərdən keçirməklə də tanış ola bilərsiniz. --Sortilegus 14:59, 16 Aprel 2010 (UTC)
Bir qeydim də var. Bura yüklədiyiniz şəkillərə ad qoyanda çalışın belə adlar qoymayın [[Şəkil:11375 m.jpg]] → [25] Bu məscid şəklidir. Yaxşı olar ki, məscidin adını şəklin adında qeyd edəsiniz. Məsələn, [[Şəkil:Bibiheybət məscidi.jpg]]. Əgər bu adda şəkil faylı artıq bura yüklənibsə, nömrələyə bilərsiniz. Məsələn, [[Şəkil:Bibiheybət məscidi01.jpg]]. Lütfən, qeydlərimi nəzərə alın.--Sortilegus 15:37, 16 Aprel 2010 (UTC)
Salam. Altay Əliyev məqaləsindəki düzəlişlərimi növbəti dəfə geri qaytarmağınızı heç cür anlaya bilmirəm. Məqalənin müzakirə səhifəsində bunu izah etsəz yaxşı olar. --Sortilegus 22:00, 18 Aprel 2010 (UTC)
Hörmətli Sortilegus "Xəsətəliklərin Beynəlxalq Təsnifatının" silinmə günahı nədir bəlkəm bizə də deyəsiniz. Axı bu səhifə tam işlənilməməsinə baxmayaraq xəstəliklərin təsnifatları ilə bağlıdır. Bəlkəm əlavə bir təklifiniz var? --MrArifnajafov 12:28, 17 Aprel 2010 (UTC)
Salam Arif bəy. Məqalənin adında orfoqrafik səhv olub ona görə adı dəyişdirilib →Xəstəliklərin Beynəlxalq Təsnifatı. Səhv variant silinib. Hörmətlə:--Sortilegus 11:13, 18 Aprel 2010 (UTC)
- Anladım günahkar elə özüməm. Üzr istəyirəm--MrArifnajafov 14:28, 18 Aprel 2010 (UTC)
Sizin burda yaratdığınız məqalələrdə əsasən problem elə orfoqrafik hərf səhvlərində və yanlış cümlə quruluşlarında olur. Bir də bizim vikipediyaçılarla ünsiyyət qurarkən onlarla bir qədər "mülayim" yazışmağa çalışmaq lazımdır. Şəxsən mən, sizin timsalınızda AzVikinin növbəti idarəçisini görürəm. Hörmətlə:--Sortilegus 20:57, 18 Aprel 2010 (UTC)
- Əziz dost, gündəlik ana dilimdə danışmaq, ünsiyyət qurmaq qürbətdə bir o qədər də asand deyil, (Azviki virtual ünsiyyət meydanı çox dadıma çatır ) günün 24 saatını alman dilində danışıb düşünmək məndə almanların sərt ifadə tərzi vərdişini yaratmışdır. Amma inanın ki arxasında pis niyyət yoxdur. Tastaturum alman-azəri-ingilis-rus qarışığı olduğu üçün tez-tez orfoqrafik hərf səhvləri buraxmaq məcburiyyəti yaradır. Tövsiyə mütləq nəzərə alınacaq, bir daha təşəkkürlər. Hörmətlə--MrArifnajafov 21:25, 18 Aprel 2010 (UTC)
Bu məqalənin kateqoriyalaşmasında elm, incəsənət, mədəniyyət kateqoriyaları birinci növbədə qeyd olunmalıdır (Xəzər Universiteti kateqriyasından da vacib), çünki bu məqalənin və bu Elm və Sənət Məclisinin məzmunu və mahiyyəti elm, incəsənət və mədəniyyət problemlərinin ciddi təhlilidir. Lütfən ağlınıza gələni həmin dəqiqə pozmaqla gerçəkləşdirməyin...Fikrinizi yazın, məsləhətləşin. Üstəlik, məqalələrin geniş kateqoriyalaşdırılması çox vacibdir, örnək üçün ingilis Wikipediasına baxın... — Bu imzasız yazı 213.172.91.193 (m) tərəfindən əlavə edilib;
REDIRECT
[mənbəni redaktə et]Salam. Yaratdighim redirect sehifelerini[26] niye pozubsunuz? IP-telefoniya deyilen shey insanlara VoIP adi ile taninir (IP-telefoniya qondarma termindir) ve ona gore bele bir redirect sehifesinin yaradilmasi vacib idi. Etdiyim redakteni basha dushmemishdinizse, buyurub sorusha bilerdiniz. Gülməmməd | Danış 19:30, 18 Aprel 2010 (UTC)
Salam. O müzakirə səhifəsinin redirectidir. Burda axı o səhifədə müzakirə aparıla bilməz. Müzakirələr İP telefoniya məqaləsinin müzakirə səhifəsində aparılmalıdır → Müzakirə:İP telefoniya. Orda qərara alınsa ki, məqalənin adı "VolP" olmalıdır, onda adı dəyişəcəyik, "Müzakirə:İP telefoniya" səhifəsi isə silinəcək. Amma məqalə adlarının bir-birinə istiqamətləndirilməsi qalacaq. Hörmətlə:--Sortilegus 20:41, 18 Aprel 2010 (UTC)
Siyasət İnstitutu
[mənbəni redaktə et]Bunu niyə silibsiniz? Nə günahın sahibidir bu məqalə? Silmək məsələsini müzakirə edə bilərdiniz (əgər bir şübhə və ya uyğunsuzluq vardısa)... Ümumiyyətlə belə kəskin hərəkətlərə məncə ehtiyac yoxdur, onların bir faydası da yoxdur. Məqalələri inkişaf etdirmək əvəzinə sizin zənnimcə əsassız silmə siyasətinizlə mübarizə aparmalı oluruq.
Lütfən məqaləni qaytarın, ona əlavələr etmək istəyirəm. — Bu imzasız yazı 1978anadolu (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Salam. Bərpa etdim → Siyasət İnstitutu--Sortilegus 15:08, 20 Aprel 2010 (UTC)
Yaxşı?!
[mənbəni redaktə et]Siz yaxşı oğlana (və ya qıza??) oxşayırsınız.
İslamla bağlı məqalələr
[mənbəni redaktə et]Salam. Bizim burdakı istifadəçilərdən biri İslamla bağlı məqalələrə zərərli dəyişikliklər edir (təriqətçilik edir). Mənim müşahidə etdiyim qədər sənin bu sahəylə bağlı müəyyən bilgilərin var. Vikipediyada bu mövzulu məqalələri nəzarətində saxlasan yaxşı olardı. İxtisasca jurnalıst-filoloq olsam da mənim də az-çox məlumatım var bu sahəyə dair. Amma bəzən idarəçi kimi bütün dəyişikliklərə nəzarət etmək mümkün olmur. Hörmətlə:--Sortilegus 14:23, 20 Aprel 2010 (UTC)
- Məmnuniyyətlə. --Vago 06:11, 21 Aprel 2010 (UTC)
Salam. Rafizilər kimdir belə?:) Bizim bir "dostumuz" da burda yaman sünni-şiə, rafizi-hənəfi söhbəti edirdi, təriqətçilik edirdi, bloklamışam, email yazıb məni də rafizi çıxarıb:) Baxıram, məqalələrə nəzarət edirsən, təşəkkürlər. Amma islam din adamları haqqında məqalələrdə mən də addan sonra mötərizə içində (ə), (s.ə.) yazılmasının tərəfdarı deyiləm. Hər halda bu məsələdə tək qərar vermək olmaz. Lazım olar müzakirəyə çıxararıq. Hörmətlə:--Sortilegus 14:24, 3 May 2010 (UTC)
- Salam, səhv etmirəmə, rafizi "yolunu azmış" deməkdir. Özünü rafizi adlandıran kimsə eşitməmişəm.
"Dostumuz" özünə "sünni" deyilməsini qəbul edə bilmir, Əhli sünnə" adlandırılmasını istəyir və iddia edir ki, onlar özünü belə adlandırırlar. Onun məntiqi ilə yanaşsaq, bu sözü kimlərisə (aydındır) təhqir etmək anlamında işlədir. Qaldı (ə), (ə.f), (s.ə) (r.a) yazılışları məsələsinə, narazılıq yaradırsa, onların hamnın hamısının (təkcə Peyğəmbərdə (s) qalması şərtilə) yığışdırılması tərəfdarıyam. Onsuz da bilən salamını göndərir.--Vago 14:45, 3 May 2010 (UTC)
Mümkün qədər çalışmaq lazımdır ki, problemləri "sülh yoluyla" həll edək. Səndə bu keyfiyyəti mən görürəm (müzakirələrdəki ismarıclarından). Elə bir sünni-şiə məsələsinin burda qızış(dırıl)mağı çatışmırdı. Rafizilər məqaləsi AzVikidə var. Baxacam görüm digər vikilər nə yazırlar. Amma gərək çalışaq ki, milli, dini, irqi ayrıseçkilik salan istifadəçi fəaliyyətinin elə başlanğıcdan qarşısını alaq. Çünki sonra daha böyük problemə çevrilir burda. --Sortilegus 14:58, 3 May 2010 (UTC)
İdarəçilər səhifəsi
[mənbəni redaktə et]Salam. Vikipediya:İdarəçilər səhifəsində səsvermə keçirilib və yekunlaşıb. İstifadəçinin adının üstündən o vaxt xətt çəkilir ki, o səsvermə keçirilən müddətdə səs verib, amma səsvermə qaydalarına görə onun səsi etibarsız sayılıb. Yekunlaşdırma hissəsindəki "Etibarsız səs sayı" bölməsində də bu göstərilir. Belə səsvermələrə sonradan edilən istənilən dəyişiklik geri qaytarılır. İdarəçi kimi bunu bilməyin vacibdir. "Məqsədiniz mənə məlumdur"u necə başa düşüm? Məqsədim nədir ki?--Sortilegus 06:43, 21 Aprel 2010 (UTC)
- Üzərindən xətt çəkmək, o deməkdir ki, səs etibarsızdır. İdarəçi kimi bunu da sənin bilməyin vacibdir. Səsi silmək bu səsi gizlətmək deməkdir. Əgər kiminsə səsi etibarsız sayılırsa onu gizlətmirlər, təkrar edirəm, üzərindən xətt çəkirlər. Üzərindən xətt çəkmək isə o deməkdir ki, digər istifadəçilər kimlərin səslərinin etibarsız olduğundan xəbərdar olsun. Hamı sənin kimi təcrübəli deyil ki, tarixçələrə baxsın.
- Öyrətmək olmasın, etibarsız səslərə isə aiddir: 3 bloku olan, yetərli redaktəsi olmayan istifadəçilərin səsləri və səsvermə vaxtı bitdikdən sonra əlavə edilən səslər. Yalnız Vandalizm məqsədi ilə olan səslər silinir. Burada isə mən səndən fərqli olaraq vandalizm görmürəm. Mənim bərpa etdiyimin ləğv edilməsinin məqsədinin nə olduğunu istifadəçilər özləri başa düşəcəklər. --Ira 07:41, 21 Aprel 2010 (UTC)
Harda yazılıb ki, 3 bloku olan şəxs səsvermədə iştirak edə bilməz? 3-dən artıq bloku olan istifadəçinin idarəçiliyə namizədliyi rəli sürülə bilməz. Amma səsvermələrdə iştirak edə bilər. Yaxşı. Belə bir situasiyanı da təhlil elə - tutaq ki, mən, həmin səhifədə seçki keçirilən vaxtı səs vermişəm. Səsim etibarlı sayılıb. İndi öz adımı həmin siyahıdan sildim. Mənim bu düzəlişimi bir idarəçi kimi geri qaytarmayacaqsan? Etibarlı-etibarsız səslər səsverməni keçirən istifadəçinin müəyyənləşdirdiyi vaxt çərçivəsində nəzərə alınır. Vaxt bitəndə idarəçilər səsverməni yekunlaşdırır. Necə ki, bunu Vikipediya:Seçilmiş məqalə namizədləri səhifəsində dünən mən etdim. Etibarlı-etibarsız səslərə orda baxa bilərsən. İndi həmin yekunlaşdırılmış səsvermələrə hansı dəyişikliklər olsa geri qaytarılacaq. Lap sən tutaq ki, seçilmiş məqalə olmasının "lehinə" səs verdiyin məqaləyə fikrini dəyişib "əleyhinə" səs versən, xeyri yoxdur. Çünki səsin artıq sayılıb. Bunun üçün artıq yeni səsvermə keçirməlisən. Sənin bərpa etdiyinin ləğv edilməsi isə düz addımdır. Məqsədi də bir idarəçi kimi yol verdiyin səhvi aradan qaldırmaqdır. --Sortilegus 08:33, 21 Aprel 2010 (UTC)
O qədər qəliz yazdın ki, bir şey anlamaq çətin oldu. Mən demirəm ki, səs sayılmalıdır. Mə deyirəm üstündən xətt çəkilməlidir. Səsin üstündən xətt çəkilmiş halda orada görünməsinin nə ziyanı var. Əksinə xeyri daha çoxdur. Təcrübəsiz istifadəçiləri məlumatlandırmaq baxımında. Əgər bu səsin orada görünməsi kiminsə əsəblərinə toxunursa bu başqa məsələ, istəyirsən lap mənim də səsimi sil. Mən yeni səsverməyə qədər o məqaləyə baxmayacam. Nə istəyirsən et. --Ira 08:55, 21 Aprel 2010 (UTC)
Söhbət sənin, ya mənim səsimdən getmir. Demək istədiyim odur ki, hansı səsverməni ki, yekunlaşdırdıq, rəngini sarı, ya boz elədik artıq orada nə şərh yazılmalıdır, nə kimsə səs verməlidir. Tutaq ki, 2007-də burda hansısa məsələylə bağlı səsvermə keçirilib, indi 2010-da təcrübəsiz istifadəçi götürüb həmin səhifədə səs verir. Avtomatik bu geri qaytarılmalıdır, onun səsi nəinki etibarsız, ümumiyyətlə sayılmır. Etibarsız səs 2007-də həmin səsvermə zamanı səsverən və deyək ki, redaktə sayı kifayət qədər olmayan istifadəçinin səsi ola bilər. Yoxsa belədə gərək köhnə səsvermə səhifələrində hər səsverən təcrübəsiz istifadəçinin adının üstündən xətt çəkək, "Etibarsız səs sayı" bölməsində hər belə hal olduqca dəyişiklik edək. Bu düzgün deyil. Səsvermə tamamlandı, onun sonucları ümumiləşdirilir və bağlanır. --Sortilegus 13:40, 21 Aprel 2010 (UTC)
- "Etibarsız səs sayı" bölməsində dəyişiklik baxımından səninlə razıyam. Doğrudan da bölmədə dəyişiklik etmək məcburiyyəti ortaya çıxır. Bu isə mümkün deyil. Demək sən deyən variant daha düzgündür. --Ira 16:04, 21 Aprel 2010 (UTC)
Etibarsız səs
[mənbəni redaktə et]Burda şəxsi qərəzlik yoxdur. Mən izah edim niyə sizin səs etibarsız sayılıb. AzVikidə belə bir qanun var → Vikipediya:Səsvermə. Həmin qanunda deyilir: "Qeydiyyatdan keçmiş istifadəçinin hər hansı bir səsvermədəki səsinin etibarlı sayılması üçün aşağıdakı şərtlərdən ən azı biri yerinə yetirilməlidir:
- a)İstifadəçi səsvermənin başlandığı tarixdən ən azı 3 ay əvvəl qeydiyyatdan keçmiş olmalı VƏ bu tarixədək ən azı 200 redaktə etmiş olmalıdır.
- b)İstifadəçi səsvermənin başlandığı tarixədək ən azı 600 redaktə etmiş olmalıdır."
Siz 2010-cu il aprel ayının 3-ü qeydiyyatdan keçmisiniz. Yəni 2-3 həftə bundan əvvəl, ona görə 200 redaktə prinsipi sizə şamil edilmir. Qalır 600 redaktə. Seçki başlanana qədər və elə bu günün özündə də sizin redaktə sayınız 600-ə çatmır. Baxın: [27]. Ona görə də indi keçirilən səsvermələrdə sizin və sizdən savayı daha 1 istifadəçinin səsi etibarsız sayılıb. --Sortilegus 14:27, 21 Aprel 2010 (UTC)
Təşəkkürlər
[mənbəni redaktə et]Əziz dost diqqət və qayğılarınıza görə çox minnətdaram. Hesab edirəm ki, bu qiymət tək mənə deyil məqalədə kiçik və böyüklüyündən asılı olmayaraq əməyi olan bütün dostlara aiddir. Sözsüz, çox bəxtiyaram. Sizə bir daha təşəkkürümü bildirirəm. Hörmətlə--MrArifnajafov 14:49, 21 Aprel 2010 (UTC)
Sual
[mənbəni redaktə et]Hörmətli Sortilegus.Mən sizdən xahiş edirəm ki,mənə rayonlardakı yaşayış məntəqələrinin əhali statistikası barədə sayt deyəsiniz.Bir dənə sayt var: http://www.mcdmerkez.org/ts_general/azl/belediye/b-43.htm amma işləmir.Bu sayt Lənkəranın əhali statistikasıdır.Başqa rayonlar da var.Mən Goranboy rayonunu axtarıram.Nec' tapa bilərəm?Bu sayta girirsən başqa şey açılır.Zəhmət olmasa siz mənim üçün araşdıra bilərsinizmi? — Bu imzasız yazı CaNahid (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Salam. Sözün düzü internetdə mən də Azərbaycanın kəndlərində yaşayan əhalinin sayı ilə bağlı statistik məlumatlar, ümumiyyətlə, Azərbaycan rayonlarındakı kəndlərin dəqiq adları qeyd olunan sayt axtarmışam, amma tapa bilməmişəm. Ona görə də fərqli mənbələrdən fərqli adlar və rəqəmlər daxil edib, sonra onları dəqiqləşdirmək məcburiyyəti qarşısında qalırıq. Goranboy rayonu, şəhər, kəndləri ilə bağlı məqalələrdə son vaxtlar çoxlu dəyişikliklər edirsiz. Xüsusilə, şablonlara əlavələriniz, onların adlarının dəyişdirilməsi və yaratdığınız yeni şablonlarda problemlər olur. Səhv dəyişikliklərinizi mən sonra redaktə edib düzəldəcəm. Və sizə bu barədə məlumat verib, bunları sizinlə razılaşdıracam. Hələlik Vikipediyanın bütün qayda-qanunlarına, prinsiplərinə bələd olana qədər çalışın az sayda məqalə yaradın və ya az sayda məqalədə düzəlişlər edin ki, sonra səhvlərinizi aradan qaldırmaq idarəçilərə çətinlik törətməsin. Hörmətlə:--Sortilegus 18:01, 24 Aprel 2010 (UTC)
Sualınıza cavab
[mənbəni redaktə et]Hörmətli Sortilegus! Fəliyyətimə maraq göstərdiyinizə və dəyərli düzəlişlərinizə görə Sizə təşəkkür edirəm." Heydər Əliyev " ordeni səhifəsindəki düzəlişlərə gəldikdə isə , Azərbaycan Respublikası Konstitusiyasında ifadələr "Azərbaycan Respublikası Prezidenti", "Azərbaycan Respublikası Milli Məclisinin Sədri " formasında yazılır.O vəzifələrin yazılışı da Konstitusiyada olduğu kimi yazılmalıdır.Nazirliklərin adları isə Azərbaycan dilinin qrammatikasına uyğun ilaraq Siz deyən formada yazılır. Digər düzəlişlə bağlı isə, " Heydər Əliyev " ordeni səhifəsində Küveyt Əmirinin adının qarşısında həmişə şeyx titulu yazılmalıdır.Bu Küveyt Dövlətində qəbul edilmiş dövlət protokol qaydalarına hörmətdən irəli gəlir. Hörmətlə --Acategory 17:55, 25 Aprel 2010 (UTC)
Təşəkkürlər
[mənbəni redaktə et]Salam. Mükafata görə təşəkkür edirəm. Uğur olsun!
--Vüsal Ağayev 07:31, 26 Aprel 2010 (UTC)
Sual
[mənbəni redaktə et]Açdığım yeni səhifəni niyə silirsiniz ki? Bəhaullah adlı səhifəni nəzərdə tuturam. Əgər qaydaları pozmuşamsa, pozduğum yerləri silin heç olmasa, bütöv bir mövzunu niyə silirsiniz? — Bu imzasız yazı Javid1844 (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Fan of everythink
[mənbəni redaktə et]Bu adama çarə edin — Bu imzasız yazı 1978anadolu (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
S.Sarqsyan səhifəsindəki düzəlişlərlə bağlı
[mənbəni redaktə et]Hörmətli Sortilegus! Siz mənim bu səhifədəki düzəlişlərimi ləğv etmisiniz.Buna təəsüf edirəm.Etdiyim düzəlişlər dəqiqləşdirmə xarakteri daşıyır.Beləki,Ermənistan dövlətinin rəsmi adı Ermənistan Respublikasıdır və onun dövlət başçısı böyük hərflə Prezident yazılır.SSRİ dövründə ordu "SSRİ ordusu" yox,"Sovet Ordusu " və ya "SSRİ Sİlahlı Qüvvələri " adlanırdı.Azərbaycanın sovet dövründə onun Dağlıq Qarabağ bölgəsində "Xankəndi şəhəri Kommunist partiyasının Gənclər Assosiasiyasının Komitə sədri " və "Dağlıq Qarabağ regional komitəsinin birinci katibinin müavini " strukturları və vəzifələri olmayıb.O dövrdə Serj Sarqsyan mövcud olan " Azərbaycan komsomolu Xankəndi şəhər komitəsinin şöbə müdürlüyündən Vilayət Partiya Komitəsinin birinci katibinin köməkçisi " vəzifəsinədək qalxıb. Hörmətlə --Acategory 04:25, 28 Aprel 2010 (UTC)
Ana səhifə-test
[mənbəni redaktə et]İdarəçi Sortilegus, Ana səhifənin yenilənməsi ilə əlaqədar fikirlərinizi İdarəçi müzakirəsində bildirmənizi xahiş edirəm. Düşünürəm ki, artıq azvikinin ana səhifəsinin dizaynının dəyişdirilməsinə ehtiyac var.--Tar 88 03:57, 29 Aprel 2010 (UTC)
Seçilmiş məqalə
[mənbəni redaktə et]Sizcə Coser ehramı namizədliyə layiqdir?--MrArifnajafov 18:50, 29 Aprel 2010 (UTC)
Salam. Mən bilən bir az da məlumat artırıla bilər hələ məqaləyə. Onda daha bitkin məqalə olar. Məsələn, bizdəki Bəbir məqaləsindəki qədər baxdığım digər heç bir vikidə dolğun məlumat yoxdur. --Sortilegus 05:21, 30 Aprel 2010 (UTC)
Seçilmiş məqalə namizədi
[mənbəni redaktə et]Salam. Yeni yaratdığım Ani kafedralı məqaləsinin seçilmiş məqalə kimi təqdim edilə biləcəyini düşündüm. Əgər layiqdirsə səsverməyə təqdim edin, yox nəsə əksiklik varsa deyin düzəldim sonra təqdim edək. Nə düşünürsüz mümkündü? --sefer azeri 11:45, 01 may 2010 (UTC)
Salam. Məncə o qədər də zəngin məqalə deyil. Xarici keçidlər ümumiyyətlə yoxdu, cəmi 2 mənbə var. Amma məqaləni istənilən istifadəçi seçilmiş məqalə namizədliyinə təqdim edə bilər. Bu təkcə idarəçilərin səlahiyyətinə daxil olan məsələ deyil. --Sortilegus 09:23, 1 May 2010 (UTC)
По поводу статьи Udilər. Не откатывайте статью, и не удаляйте ничего пожалуйста, дайте доделать статью, потом редактируйте, зачем возвращать к прежнему виду, ведь стараемся улучшить статью, а не ухудшить, там нет никакого вандализма.... То что вы там обратно возвратили, ведь не было удалено, а просто перенесено ниже, в соответствующий раздел. Если хотите помочь улучшить статью будем рады..., присоединяйтесь редактируйте..., а нет, то пожалуйста немного подождите, дайте начатое довести до конца... --Udi 09:43, 2 May 2010 (UTC)
Salam. Tərcüməyə görə çox sağ olun. Mən inşallah sabah yaratmağa çalışacan udilər haqqında səhifəni. Bircə elə edək ki, bu istifadəçiylə də Gülməmməd adlı istifadəçi kimi olmasın. Kürdlərdən fərqli olaraq mən udinləri çox sevirəm. Hələlik udinlər məqaləsinə özüm dəymirəm, Udi 88 adlı istifadəçi əlavələrini yekunlaşdırsın o məqaləni də redaktə etməyi düşünürəm. --sefer azeri 20:07, 04 May 2010 (UTC)
Dəyməz. Çalış, "kürdlərdən fərqli olaraq mən udinləri çox sevirəm" kimi qeyri-korrekt fikirlər səsləndirmə. Çünki, Azərbaycan dilində olan vikipediyada hər hansısa istifadəçinin nəyisə və ya kimisə sevib-sevməməyi heç bir rol oynamır. Qaydaları pozan istifadəçi, istəyir türk olsun, istəyir kürd və ya udin - bloklanır. Hörmətlə:--Sortilegus 15:20, 4 May 2010 (UTC)
- Sortilegus məncə "Kürdlərdən fərqli olaraq mən udinləri çox sevirəm" sözlərinə görə siz bir idarəçi kimi sefer azeri heç olmasın dərs olsun deyə bir günlüyə bloklamalısınız--Melikov Memmed 15:19, 4 May 2010 (UTC)
- Bu lap "erməni soyqırımı" oldu. Kim təqzib eləsə, cərimə. İstəmir də bunları. Burada nə var e? Demir ki, söyürəm, tapalayıram, batırıram, alçaldıram. Sadəcə sevmir. Siz qatığı sevirsiniz? O sevmir. Bu qədər sadə. Hörmətlə. --Proger 18:22, 4 May 2010 (UTC)
- İstifadəçilərə hücum və şəxsiyyətlərinin alçalması hesab edilir: İstifadəçinin yaşı, cinsi, milli mənsubiyyəti, dini, mənsub olduğu sosial qrup, ixtisası ilə bağlı istehzalara yol vermək və təhqir etmək; --Melikov Memmed 18:47, 4 May 2010 (UTC)
- Hansı istifadəçiyə hücum olub? Söhbət Sizin "bloklanmalıdır" iddiasından gedir. Bu şəxs heç kimi yaşı, cinsi, milli mənsubiyyəti, dini, mənsub olduğu sosial qrup və ya ixtisası ilə bağlı istehza dolu danışmayıb. Sadəcə
qaraqatığı bəyənmədiyini deyir. Siz bəyənirsiniz? Sizi buna görə kimsə deyirmi ki, bloklansın? Eyni haldır. Hörmətlə. --Proger 18:53, 4 May 2010 (UTC)
- Hansı istifadəçiyə hücum olub? Söhbət Sizin "bloklanmalıdır" iddiasından gedir. Bu şəxs heç kimi yaşı, cinsi, milli mənsubiyyəti, dini, mənsub olduğu sosial qrup və ya ixtisası ilə bağlı istehza dolu danışmayıb. Sadəcə
- İstifadəçilərə hücum və şəxsiyyətlərinin alçalması hesab edilir: İstifadəçinin yaşı, cinsi, milli mənsubiyyəti, dini, mənsub olduğu sosial qrup, ixtisası ilə bağlı istehzalara yol vermək və təhqir etmək; --Melikov Memmed 18:47, 4 May 2010 (UTC)
Bura kimin üçün isə açıq şəkildə "Mən Kürdləri sevmirəm" fikiri bildimək yeri deyil, bunun üçün formlar var. Qatıq ilə Kürdün fərqini bilmirsənsə, Bakıda Kürdlər var yaxınlaşıb soruşa bilərsən--Melikov Memmed 19:04, 4 May 2010 (UTC)
- Sualım cavabsız qaldı... Kürdlərə də qatıq deyən sən oldun mən yox (millət Siz-i qanmayanadək düzələn deyil). Hər millətin pisi də var, yaxşısı da. Mübahisəsizdir ). Mən "qatıq" misalı bəyənib/bəyənməməyə aid edirdim ). Bir sözlə Səfər Azəri heç bir bəndi qanunu bozmayıb. Bu üzdən də bloklanana bilməz.
P.S Yaxınlaşıb demək məsələsini, BDU-da eləmişik. Yersiz də, kefimizdən də yox. Narahat olma! ;) --Proger 19:17, 4 May 2010 (UTC)
- Sadəcə sonda bildirmək istərdim ki, BDU-da belə şeylərlə fəxr edilirsə, doğurdan da narahat olmağa dəyər, ən azı elmimiz üçün. --Melikov Memmed 19:36, 4 May 2010 (UTC)
Müzakirəni öz istifadəçi müzakirəsi səhifənizdə davam etdirin.--Sortilegus 19:47, 4 May 2010 (UTC)
Добрый вечер! Зачем Вы удалили эту информацию: Udilər (milli dildə: udi, uti)— Şərqi Qafqazda ən qədim xalqlardan biri (Удины // Народы Кавказа. Том 2. М., 1962.) Udilər Oğuz şəhərində, həmçinin Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar . Azərbaycandan başqa Udilər Rusiya Federasiyasında, Gürcüstanda (Oktomberi kəndində), Qazaxıstanda, Ukrainada və başka olkələrdə yaşayırlar.
Оставили это: Udinlər — Azərbaycanın Oğuz şəhərində, həmçinin Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar. Udinlər eləcə də Rusiyada, Gürcüstanda, Qazaxıstanda, Ukraynada yaşayırlar.
Это общепринятое мнение: Udilər (milli dildə: udi, uti)— Şərqi Qafqazda ən qədim xalqlardan biri. ссылка на АИ есть, могу и другие ссылки привести. Так же зачем приводить исчерпывающий список стран, удины и во многих других странах (кроме указанных) живут...--Udi 17:40, 4 May 2010 (UTC)
Fayl lisenziyası
[mənbəni redaktə et]Salam. [[Şəkil:"Min bir gecə" baletinin yaradıcıları səhnədə Moskva 1981.jpg]] bu formada fotoşəkillərin AzVikidə qalması problemlidir. Üstündə fotoşəkil hansı saytdandırsa o saytın ünvanı da var. Fotoşəklə {{PD-oz}} şablonu yerləşdirməyin o deməkdir ki, 1981-ci ildə onu sən çəkmisən. Mümkün qədər çalış AzVikiyə dəqiq lisenziyası olmayan şəkil yükləmə. Sonra onlarla bağlı problem yaranacaq. Hörmətlə: --Sortilegus 17:30, 1 May 2010 (UTC)
Salam. Nə məsləhət görürsünüz, bu (Şəkil:"Min bir gecə" baletinin yaradıcıları səhnədə Moskva 1981.jpg) şəklə sil şablonu yerləşdirim? --sefer azeri 23:39, 03 May 2010 (UTC)
Salam. Commonsa yüklə. --Sortilegus 20:21, 3 May 2010 (UTC)
Bot
[mənbəni redaktə et]Xoş gördük. Yadınızdadırsa demişdiniz ki, "seçilmiş məqalələrə" intervikilərdə ulduz (FA məsələsi) əlavə edən botlarla bizdə problem var. Gərək belə demək olarsa "əllə" əlavə edək. Yazmışdınız ki, məsələni tezliklə həll edəcəksiniz. Deyəsən alınmayıb, hə? :). --Proger 11:27, 7 May 2010 (UTC)
Salam. Yadımdan çıxmışdı bu məsələ. Seçilmiş məqalələrimizin də sayı artır. Həll etməyə çalışacam. Hörmətlə:--Sortilegus 20:52, 10 May 2010 (UTC)
Şəxs haqqında
[mənbəni redaktə et]Salam. Vikidə istənilən adam haqqında məqalə yaratmaq olar? Məsələn Alik Əlioğlu kimi məqalələr bizə nə qədər lazımdır? --sefer azeri 22:38, 10 May 2010 (UTC)
Salam. "Şəxslərin ensiklopedik əhəmiyyəti" və "Vikipediyanın məqalə silmə kriteriyaları" prinsiplərini yekunlaşdırıb qəbul edəndən sonra belə məqalələrin təftişini aparacağıq və istifadəçilərin rəylərinə əsasən onların hansının qalmalı, hansının silinməli olduğunu müəyyənləşdirəcəyik. Hələlik istifadəçi məqaləyə əlavələr edir. Ziyanı yoxdur, dərhal silməklə belə yeni istifadəçiləri vikipediyadan uzaqlaşdıra bilərik. Bəlkə 1 əhəmiyyətsiz məqalə yaratdı, amma sonra Vikipediya qanunları ilə tanış olub töhfələr verməyə başladı. Hörmətlə:--Sortilegus 20:57, 10 May 2010 (UTC)
Hörmətli Sortilegus çox xahiş edirəm mümkündürsə bu xəritəni
Bəbir məqaləsinin Yaşayış yeri bəndindəki xəritə ilə əvəz etmək və ya ora əlavə etmək üçün mühafizəni götürəsiniz. İstəsəniz özünüzdə edə bilərsiniz. Əvvəlcədən təşəkkürümü bildirirəm.--MrArifnajafov 09:12, 11 May 2010 (UTC)
Kateqoriyalaşdırma
[mənbəni redaktə et]Salam. Erməni kilsələri, erməni monastırları və ümumiyyətlə erməni abidələri ilə bağlı kateqoriyaları hara yerləşdirsək normal olar. Ölkələrinə görə kateqoriyay yerləşdirmək düşünürəm ki, normal olmaz, çünki erməni abidələrinin çoxu Ermənistanda yox Türkiyədədir. Bir də Bakirələr monastırında etdiyiniz dəişikliyə görə - Hripsime adın ingiliscə yazılışıdır. Azərbaycan dilində kitablarda Müqəddəs Ripsime yazılıb. --sefer azri 21:30, 11 May 2010 (UTC)
Salam. Kateqoriyalaşdırma məsələsi bir az qəliz məsələdir. Sən kateqoriyalaşdırmağa tələsmə. "Erməni kilsəsi" anlayışı var ki? "Qriqoryan kilsəsi" olar da hər halda. "Rus kilsəsi" demirlər ki. "Pravoslav kilsəsi" deyirlər. Bəlkə də səhv edirəm, amma qoy dəqiqləşdirək, sonra kateqoriyalaşdırarıq. Burda kateqoriyalaşdırma məsələsini min bir əziyyətlə qaydaya salmışıq:) Ripsime məsələsinə də baxaram. Hörmətlə:--Sortilegus 16:37, 11 May 2010 (UTC)
Lap kinodakı kimi oldu "həm qəlizdi, həm də ki vacib" :)) Rusca vikidə armyanskie çerkvi kateqoriyası var. Amma orda bizim kilsələr də erməni kilsəsi kimi göstərilib. Kilsələri tabe olduqları kilsə qurumlarına görə kateqoriyalaşdırmırlar deyəsən. Aid olduqları xalq və ölkələrə görə kateqoriyalaşdırılar ki, bu zaman da hər ikisi üst - üstə düşür. Yəni rus kilsələri Rusiyada, Azərbaycan kilsələri Azərbaycandadır. Bircə bu ermənilər istisnadır. Vətənlərini tərk edib başqasının vətənində (bizim torpaqda) məskunlaşdıqlarından kilsələri də tarixən məskun olduqları torpaqlarda qalıb. Desən Türkiyə kilsələri düz çıxmır, erməni kilsələridir. Desən Ermənistan kilsələri yenə düz çıxmır, Ermənistanda deyil. Desən Erməni kilsələri onda da yerləşdirməyə kateqoriya tapmırsan. İndi gəl baş aç bu qarışıqlıqdan. --sefer azri 21:48, 11 May 2010 (UTC)
Onda yığ hamısını "Erməni kilsələri" kateqoriyasına, sonra baxarıq görək neynirik--Sortilegus 08:35, 12 May 2010 (UTC)
Bir təşkilatın (məsələn Xəzər Universitetinin) şəxsləri
[mənbəni redaktə et]Dünyadakı daha inkişaf etmiş vikipediyalara baxın. Məsələn ingilis dilində Harvard University people və ya Yale University people. Bu kateqoriyalar həmin universitetin rəhbərləri, professor-müəllim heyəti, tanınmış əməkdaşları, məşhur məzunları və məşhur tələbələri haqqında kateqoriyadır. Rektorlar (Prezidentlər) və ya məzunlar haqqında altkateqoriyalar yaradılır, Harvard University alumni kimi.
Gəlin bizim vikipediyaların tərtibində ingilisdilli və digər böyük və səviyyəli vikipediyaların təcrübəsindən istifadə edək.
Bir də lütfən mənim yazdıqlarımı geri qaytarmaqla məşğul olmayın. Siz fəal insansınız, belə də davam edin. Mən (təvazökarlıqdan uzaq olsa da) vikipedia tarixini, onun strukturunu, onun problemlərini, inkişaf perspektivlərini çox ciddi surətdə öyrənmiş bir adamam. Bizim vikipedianın həm həcmcə, həm keyfiyyətcə irəli getməsi üçün çalışıram. Bu barədə cidii planım da mövcuddur. Diqqətinizə görə təşəkkür edirəm. — Bu imzasız yazı 1978anadolu (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Fəal insan (yəqin ki, vikipediya istifadəçisi) kimi məni dəyərləndiyinizə görə təşəkkürlər. Çalışaram belə fəal olmaqda davam edim. Yazdıqlarınızda təvazökarlıq da yoxdur. Mən şübhə etmirəm ki, Siz "vikipedia tarixini, onun strukturunu, onun problemlərini, inkişaf perspektivlərini çox ciddi surətdə öyrənmiş" bir adamsınız. Amma burda ismarıclarınızın sonunda imza atsaz yaxşı olar. Bu Vikipediyanın ciddi nəzəri yox, xırda texniki problemidir. Ciddi planlarınızı həyata keçirməyə başlayacağınız günü səbirsizliklə gözləyən: --Sortilegus 21:41, 12 May 2010 (UTC)
Bir daha kateqoriyalaşma haqqında
[mənbəni redaktə et]Eyni adam bir neçə təşkilatın şəxslər kateqoriyasına düşə bilər, bunda bir problem yoxdur, əksinə belə qəbul olunub. Məsələn, Harvard Universitetinin məzunu Yale Universitetində çalışırsa və İBM-də proyektə başçılıq edirsə, onda hər 3 təşkilat öz "People" kateqoriyalarında həmin şəxsə yer verəcəklər.
Ümumiyyətlə, bizim Vikipediyada kateqoriyalaşmanı daha zəngin, daha rəngarəng etmək lazımdır. Bu barədə yeniliklər etməyə çalışaq. (Yenilik əslində bizim Vikipedia üçün olacaq, böyük Vikipediyalarda bunlar çoxdan var). — Bu imzasız yazı 1978anadolu (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
" Kemeron " məqaləsi haqqında
[mənbəni redaktə et]Salam, Sortilegus ! Böyük Britaniyanın yeni Baş Naziri haqqında yeni yaradılan məqaləyə dəyərli düzəlişlərinizə görə təşəkkür edirəm.Ancaq adın dəyişdirilməsi bir qədər sual doğurur.Düzdür, mətbuatda və adi danışıqda əvvəl ad , sonra soyad işlədilir.Ancaq rəsmi materiallarda bir qayda olaraq soyad əvvəl gəlir.Həmçinin axtarış verilərkən yenə də ilk növbədə soyad yazılır.Bunları nəzərə alaraq Azərbaycan dilində məqalədə soyadı əvvəl vermək düzgün olmazdımı ? Hörmətlə --Acategory 03:58, 13 May 2010 (UTC)
Salam. Məqalə hələ ciddi şəkildə işlənməlidir. Bizim Vikipediyada standart belədir ki, əvvəlcə ad gəlir, sonra soyad, ata adından istifadə olunmur. Siz deyən variantı rus vikipediyası tətbiq edib. Hörmətlə:--Sortilegus 15:07, 13 May 2010 (UTC)
Deyəsən rafizisən
[mənbəni redaktə et]Bax brat yalnız mənə ilişirsən,Vago agzına qələni yazır əl vurmursan,deyəsən səndə rafizisən=şıə.mənim yazdıqlarımı araşdırmaq əvəzinə silirsən,hec maraqlanmırsan,blok etmək hasantdır.o ki qaldi məni blok edərsən və yaxud ip və yaxud kompyuter və yaxud sairə.məni blok etsən başqa kompdan qirəcəm bunun qorxusu yoxdur yalniz SƏNDƏN XAİŞİM NEYTRALİTETİ QORU. — Bu imzasız yazı Stalker (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Üzrxahlıq
[mənbəni redaktə et]Sizdən hazırki durumda Vikipediyaya aidiyyatı olmayan bəzi mətləblərin müzakirəsini aparmağım xüsusunda (əlavə materialları oxumağınıza görə) üzr istəyirəm.--Vago 05:58, 14 May 2010 (UTC)
Salam. Sənin axı nəyəsə görəsə uzr istəməyinə heç səbəb də yoxdur. Əsl uzr istəməli adam 6 aylıq bloklanib. Mən müzakirələrinizi oxuyurdum, sənin tərəfindən orda hansısa nə vikipediya, nə də etika qaydasının pozulmasının şahidi olmadim. Əgər elə bir şey olsaydı, dərhal xəbərdarlıq edərdim. Hər halda həm sən, həm mən, həm digər təcrübəli istifadəçilərimiz məsələni sülh və məsləhətlər yoluyla həll etməyə çalışdı, amma görünür qismət deyilmiş. Bizim burda bir o qədər vaxtımız da yoxdur ki, bir "ərköyün" istifadəçinin nazıyla oynayaq. Vikipediya forum da deyil ki, hər addımla bağlı 10 səhifəlik lazımsız müzakirələr açılsın. Hörmətlə:--Sortilegus 19:20, 15 May 2010 (UTC)
Utilər
[mənbəni redaktə et]Salam. xahiş edirəm, yeni yaratdığım utilər məqaləsini oxu. Əgər faktlar və mənbələri kifayət qədər tutarlı hesab edirsinizsə, udinlər haqqında olan məqaləyə müəyyən dəyişiklər edək. --sefer azeri 01:18, 16 May 2010 (UTC)
Salam. Oldu--Sortilegus 20:20, 15 May 2010 (UTC)
Salam, Zəhmət olmazsa, bu şəxsin şəkili niyə bu qədər böyük olur? Lap az yazsam da iri görünür.--Enver62 19:10, 16 May 2010 (UTC)Enver62
Şablon
[mənbəni redaktə et]Siz nə edirsiniz??? ISO ay şablonunu silməyin! Bu xüsusi hesablama aparmaq üçün yaradılmış şablondur! "Birgə iş" üçün. Bunun üçün: baxın
- Bərpa etditinizə görə təşəkkür edirəm. Xahiş edirəm göndərdiyim səhifəyə nəzər edin. Bu haqda "Ana Səhifənin" test bölməsində də yazmışam. Aşağıdakı boş yerdə "Birgə iş" üçün yer əlavə etmişəm. Şablon tam hazırdır. Bir aydan-bir səsverə yolu ilə seçilmiş məqalə orada yerləşdiriləcək və istifadəçiləri iştirak etməyə çağıracaq. Özü avtomatik məqalələri dəyişəcək. Hesablamar ISO vasitəsilə aparılır. Bunun üçün lazımdır. Məncə fikri dəstəkləyərsiniz. Bu haqda müvafiq müzakirə səhifəsində istərsəniz, fikrinizi bildirərsiniz. Hörmətlə. --Proger danış 18:43, 19 May 2010 (UTC)
Zəhmət olmasa bu səhifəyə baxın. Həm fikriniz lazımdır həm də keçidlərin birində, cədvəldə forma var. O formanın AzViki qanunlarına uyğun olmasını müzakirə səhifəsində bildirin, lütfən. Hörmətlə. --Proger danış 07:34, 20 May 2010 (UTC)
Qasımlı
[mənbəni redaktə et]Salam. Qəmgin Fəzi məqaləsindəki Ağdam rayonunun Qasımlı kəndini linkdən azad etmisiniz. Amma Ağdamda Qasımlı kəndi olub. Bu Ağdam məqaləsinin Coğrafiyası bölməsində də göstərilib. Bu haqda həmin məqalənin müzakirə səhifəsində də verilib. Məncə araşdırmaq lazımdır. Elməddin Hacıyev 07:09, 21 May 2010 (UTC)
Ogg fayllar
[mənbəni redaktə et]Salam. İstifadəsiz ogg fayları silək? Sayı həddən artıq çoxdur - 5-dən çox. Yoxsa sənə lazım olanları var içində, özün onları seçib lazım olmayanlara "sil" şablonu qoyasan? Hörmətlə:--Sortilegus 21:31, 21 May 2010 (UTC)
Salam. Eziyyet deyilse hamisi silinmelidir. Teshekkur!
--Vüsal Ağayev 21:52, 21 May 2010 (UTC)
Atropatena
[mənbəni redaktə et]Salam. Zəhmət olmasa bax gör Atropatena məqaləsi necədir. Seçilmiş məqalə adına layiqdir?--sefer azeri 00:33, 29 May 2010 (UTC)
Salam. Kiaksar məqaləsindən cümlələrin içində olan "türk" sözləri çıxarılaraq məqalə pis hala salınıb. Xahiş edirəm məqaləni mənim yaratdığım varianta qaytarasız. --sefer azeri 01:06, 01 İyun 2010 (UTC)
Ana Səhifə
[mənbəni redaktə et]Xoş gördük. Mən İdarəçi müzakirəsindəki "Ana səhifə" ilə bağlı məsələyə görə yazıram. Orada hər şey hazırdı. "Tarixdə bu gün"-ü mən hər gün zənginləşdirirəm. Özüm zamin dururam ki, yenilənəcək. İyun-un 8 günü hazırdır. Gündə 5-6 gün əlavə edirəm. İmkan olduqca daha çox. Ay tam hazırdır, Vikipediyaya köçürmək qalır. Nəinki iyun hətta iyul. Təkrar edirəm, zamin dururam. Yavaş-yavaş əlavə edirəm. 1 iyundan yeni dizayna keçək. Heç olmasa pilot versiya ilə. Baxaq görək necədir. Hörmətlə. --Proger danış 21:44, 31 May 2010 (UTC)
"Baxıb görmək" üçün səhifənin test variantı var. Məncə, hələ tələsməyək - çünki burda "başımız daşdan daşa dəyib", ona görə bunu deyirəm. Dizayn baxımından səhifə yaxşıdır, amma bölmələrin, eləcə də "Tarixdə bu gün" bölməsinin mövcudluğu problem yaradacaq. Hörmətlə:--Sortilegus 21:54, 31 May 2010 (UTC)
- Mən düzü başa düşmədim. Deyirəm axı iyun demək olar ki, hazırdır. Gündə 2-3-ünü əlavə edirəm ). Adam çatdırmır bir gün ərzində bir ayı hazırlasın. Təkəm. Həmçinin "Tarixdə bu gün" şablonunda maraqlı hadisə baş verdi. Şablon:1 İyun hər şey olmasına baxmayaraq dəyişmir. Başa düşmədim nə üzündəndir. Ancaq "Birgə iş" dəyişdi. Görmüsünüz? --Proger danış 08:39, 1 İyun 2010 (UTC)
- Düzəltdim. Baxın. Belə 8 iyuna kimi gedəcək. Bi gün axşam ən azı 5 gün əlavə edəcəm. Və belədə dalba-dal. Hətta iyul üçün baza artıq hazırdır. Köçürməyim qalıb. Əlavə olaraq deyim ki, "Birgə iş" də artıq başlayıb. Yeniləmək lazımdır bu səhifəni. Ya da heç olmasa "Bigə iş"-i keçirmək lazımdır indiki səhifəyə. Zaman itkisi olur. --Proger danış 08:41, 1 İyun 2010 (UTC)
Qoy digər idarəçilər də fikirlərini bildirsinlər. Məncə, iyuldan yeniləmək olar. Ona görə də "Tarixdə bu gün" bölməsində indilik iyul, avqust, sentyabr aylarına aid məlumatları zənginləşdirmək daha yaxşı olardı. Vaxt tapıb mən də sənə kömək edəcəm, həm yeni məlumatlar əlavə etməkdə, həm də redaktədə. Hörmətlə:--Sortilegus 14:42, 1 İyun 2010 (UTC)
- Oldu! Təşəkkür edirəm! Həmçinin fikir versəniz "Tarixdə bu gün"-də şablon (aylar - 1 İyun, 2 İyun və sair) ===Hadisələr=== yazılır. O şablonlar mühafizə olunur deyə düzəldə bilmədim. Elə olmasın deyə "Hadisələr"-dən yuxarıda abzas qoymaq lazımdır. Yəni sadəcə Hadisələrin qarşısında Enter və enir aşağı. Ondan sonra saxlayın. Düzələcək. Həmçinin "Seçilmiş şəkil"-də "Atəş, od" bir az əyri yazılıb. Hörmətlə. --Proger danış 19:41, 1 İyun 2010 (UTC)
- Əlavə: Onda Türkiyə ayını iyula qədər təxirə salaq? --Proger danış 21:27, 1 İyun 2010 (UTC)
O layihədə də ciddi redaktələr etmək lazımdı. Mövcud olmayan məqalələrin adında çoxlu yanlışlıqlar var (tərcümə səhvidir). Məncə, tələsməsək yaxşıdır. Amma lazımlı yeniliklərdir. Tələsməyək, birlikdə problemləri həll edək. Hörmətlə:--Sortilegus 21:33, 1 İyun 2010 (UTC)
- Haradadır səhvi tərcümələr? :) Özüdə tələsməyək, tələsməyəkdə. Nə deyirəm ki? ) Onu deyirəm ki, keçirək iyula? ) --Proger danış 21:38, 1 İyun 2010 (UTC)
Seçilmiş məqalə
[mənbəni redaktə et]Salam. Atropatena məqaləsinin seçilmiş məqalə statusu almasıyla bağlı burda [28] səsvermə keçirilir. Xahiş edirəm səsvermədə iştirak edin. Hörmətlə:--sefer azeri 01:50, 02 İyun 2010 (UTC)
toolserver
[mənbəni redaktə et]Bu işləmir. Niyə? -- Cekli829 16:40, 2 iyun 2010 (Cek vaxtı ilə)
Nəsə ümumi problemdir. 1 həftəyə düzəlməsə metadan dəqiqləşdirərik. Hörmətlə:--Sortilegus 11:55, 2 İyun 2010 (UTC)
İstifadəçi fəaliyyəti
[mənbəni redaktə et]Salam. Bu istifadəçinin fəaliyyətini nəzarətdə saxla →Turk (müzakirə • töhfələr • statistikalar). Mənim bəzən texniki işlərə başım qarışır, tam nəzarət edə bilmirəm. Əgər fəaliyyətinin ümumi təftiş edilməsi lazım olsa mənə xəbər edərsən. Çox böyük ehtimal ki, bloklanan istifadəçinin kuklasıdır və burda yenə də təriqətçilik aparır. Yüklədiyi şəkillərin adı təhqiramizdir, əlavələri təriqətçilik mahiyyətlidir. Hörmətlə:--Sortilegus 08:57, 5 İyun 2010 (UTC)
- Təşəkkür edirəm ki, bu xüsusa diqqət etmisiniz. Turk (müzakirə • töhfələr • statistikalar) Vikipediyadakı İslamla bağlı mübahisələri elmi müstəvidən küçə söhbətlərinə keçirmək istədiyi göz qabağındadır. Bilmirəm nə dərəcədə doğrudur, amma ixtilaflı məsələlərin eyni məqalədə hər məzhəbin baxışının ayrıca təqdim olunmasına çalışıram.--Vago 09:28, 5 İyun 2010 (UTC)
Əməkdar artistlər
[mənbəni redaktə et]Niyə kateqoriyanı "Azərbaycan Respublikasının əməkdar artistləri" adlandıraq, "Azərbaycan əməkdar artistləri" yox? Onda məsələn gərək olsun "Azərbaycan Respublikasının xalq şairləri"?--Sortilegus 20:12, 5 İyun 2010 (UTC)
"Azərbaycan əməkdar artistləri" cümləsi nə dərəcədə Azərbaycan qrammayikasına uyğundur. "Azərbaycan Respublikasının xalq şairləri" ilə bağlı kateqoriya da düzəldilməlidir. Biz bunu indi etməsək sonra kimlərsə gəlib edəcək və bizə güləcəklər ki, burada qrammatikanı bilən adam tapılmadı. --Ira 20:22, 5 İyun 2010 (UTC)
Bəlkə "Azərbaycanın əməkdar artistləri" ? --Ira 20:24, 5 İyun 2010 (UTC)
Daha bir məsələ, indi gördüm yadıma düşdü, bu şəkil [[29]] hansısa yasda çəkilib və şəkildəki şəxs bu şəklin Vikipediyadan yığışdırılmasını xahiş edir. --Ira 20:39, 5 İyun 2010 (UTC)
Adlandırma qrammatik qaydalara tam uyğundur. Mənsubiyyət şəkilçisi belə hallarda ixtisara salına bilər. Məsələn, "Azərbaycan himni" - şəkilçi ixtisara salınıb. "Azərbaycanın himni" demirik. Şairlərlə bağlı "Azərbaycan xalq şairləri" kateqoriyası mövcuddur. Hətta Azərbaycan xalq şairlərinin siyahısı məqaləsi də var. Şəkil göstərilən mənbədən yığışdırılıbsa burdan silmək olar. Və ya şəkli yükləyən istifadəçiylə bunu həll etmək lazımdır. --Sortilegus 21:05, 5 İyun 2010 (UTC)
"Azərbaycan xalq artistləri" ifadəsi bəzən istifadə edilir. Amma "Azərbaycan əməkdar artistləri" düzgün saymıram. Baxmayaraq ki, bir zamanlar bu kateqoriyanı özüm yaratmışdım. "Azərbaycan əməkdar artistləri"ni "Azərbaycanın əməkdar artistləri"-nə dəyişdim. Baxdım ki, "Rusiyanın əməkdar artistləri" kateqoriyası var.
Şəkli Vüsal yükləyib, indi ona yazaram.--Ira 21:18, 5 İyun 2010 (UTC)
Ad dəyişikliyi
[mənbəni redaktə et]Salam. İç Xəbər (????) məqaləsinin adını dəyişib İç Xəbər ( ANS TV-dı veriliş ) edəndə gərək bu səhifədəki [30] siyahıda olan məqalələrin hamısında həmin ad dəyişdirilsin. Bir başqa məsələ - əvvəlcə adlandırmışdınız "İç Xəbər ( ANS TV-dı veriliş )". Sonra səhvinizi düzəltdiniz. Amma bu dəyişikliyiniz burda artıq xeyli problem yaratdı. İkincisi, hər mötərizədən sonra "probel" işarəsi var, bu lazımsızdır və Azərbaycan dilinin orfoqrafik qaydalarına uyğun deyil. --Sortilegus 19:43, 5 İyun 2010 (UTC)
Yazdığınız iradları qəbul edirəm.Düzəliş etdiym başlıq əvvəlki yazılışda mahiyyəti tam açmırdı.Başqa keçidlərə gəlidikdə isə ,sadəcə olaraq mən o texnologiyanı bilmirəm,yoxsa böyük məmnunniyyətlə onu edərdim.Kimsə mənə onu öyrətcəydi təşəkkür edərdim.İkinci qaldırdığınız məsələ də düzdür,gələcəyə nəzərə alaram. Əməkdaşlıq arzusu ilə --Acategory 06:12, 6 İyun 2010 (UTC)
Bunlar texniki məsələlərdir. AzVikidə bu cür aktiv fəaliyyətinizi davam etdirsəniz tədricən hamısını öyrənəcəksiniz. Texniki məsələ də belədir ki - bir məqalə adını dəyişməklə, bir şablonda xırda bir dəyişiklik etməklə xeyli problem yaratmaq olar. Bu problemləri də sonra idarəçilər aradan qaldırmalıdırlar. Məsələn, "İç Xəbər" verilişinin adını dəyişəndə baxmaq lazımdır ki, digər verilişlər burda hansı standarta uyğun adlandırılıb. Tutaq ki, "Səhər (veriliş, 1995)". Adlandırmada verilişin adı və efirə çıxdığı il göstərilib. Deməli, veriliş hələ də efirdədir. Sabah veriliş bağlansa onda məqalənin adı olacaq Səhər (1995-2010). Başqa əlavə şərh verilmir, tutaq ki "Səhər (AzTV-də musiqili-informasiya verilişi)". Bir də siz məqalələrdə daxili keçidləri yanlış qoyursunuz. Durğu işarələrindən sonra isə probel qoymursuz. Amma mən fəaliyyətinizi izləyirəm və görürəm ki, Azərbaycan dilini gözəl bilirsiniz. Əksər mətn redaktələriniz yerindədir. Nə kömək lazım olsa, çəkinmədən mənə müraciət edə bilərsiniz. Hörmətlə:--Sortilegus 18:45, 6 İyun 2010 (UTC)
Təşəkkür edirəm.Əməkdaşlıq istəyi ilə --Acategory 18:54, 6 İyun 2010 (UTC)
Təşəkkür
[mənbəni redaktə et]Təbriklər! Yeni-yeni uğurlar arzusu ilə: --Sortilegus 19:09, 5 İyun 2010 (UTC)
- Təşəkkür edirəm. Hər birimizin uğuru UĞURUMUZDUR! Sizə +100000 müvəffəqiyyəti arzulayıram.--Vago 09:52, 6 İyun 2010 (UTC)
Yardım
[mənbəni redaktə et]Salam. Xahiş edirəm imkan daxilində buradakı [31] polemikanı tərcümə edəsiniz və ya məzmununu mənə çatdırasınız. Uti88 adlı istifadəçi həmin söhbətin məzmunu ilə mütləq tanış olmalı olduğumu qeyd edir. --sefer azeri 15:58, 8 İyun 2010 (UTC)
Şablon:Dövlət
[mənbəni redaktə et]Salam Sortilegus. Dünən Niger məqaləsi üzərində dəyişikliklər etdikdə orda bayrağı, gerbi sözlərinə rast gəldim. Şablon:Dövlətdə [32] dəyişikliklər etməyimində səbəbi var. Əgər bir dövlər üçün bayrağı, gerbi deyiriksə o zaman himni, paytaxtı, hökuməti və s. yazılmalıdır. Şablona xələl gəlməsin deyə bayrağı, gerbi yaradıb bayraq və gerb məqalələrinə redirect vermişəm. Şablonda yenidən etdiyiniz düzəlişləri əsassız sayıram. Hörmətlə:--E-citizen 09:42, 9 İyun 2010 (UTC)
Salam. Şablonda dəyişiklik edəndə o şablon hansı səhifədə işlənibsə bir-bir onlarda da dəyişiklik etmək lazımdır. Əks halda dəyişiklik edilmiş xanalar səhifədə görünmür və bir növ itir. Hörmətlə:--Sortilegus 19:06, 9 İyun 2010 (UTC)
İstifadəsiz şəkillər və şablonlar
[mənbəni redaktə et]Salam. Burda [33] sənin yüklədiyin çoxlu istifadəsiz şəkil var. Amma məncə, ucdantutma hamısını silmək düzgün deyil. Məsələn, hər filmə aid 8-10 şəkildən (təxmini) 1 faylda kollaj düzəltmək və onu həmin filmin səhifəsinə əlavə etmək olar. Ya məsələn, aktyorların səhifəsinə belə bir kollaj əlavə etmək olar - müxtəlif filmlərdən və müxtəlif rollarda. Məncə, orijinal görünər. Mən 1-2 kino adamının (məsələn, Ramiz Əzizbəyli) səhifəsində bunu etmişəm, amma kollaj şəklində yox. Belə bir təklifə nə deyirsən?
Bir də burda [34] kino portalına aid çoxlu istifadəsiz şablon var. Belə görünür ki, nə vaxtsa başladığın bir layihədir. Davam etdirəcəksən, ya silək? --Sortilegus 18:06, 8 İyun 2010 (UTC)
Salam. İstifadəsiz şablonları silmək olar. Ancaq şəkillər hələlik qalsın. Plan eynidi ona görə qalsın. Uğur olsun!
--Vüsal Ağayev 11:55, 9 İyun 2010 (UTC)
Təşəkkür
[mənbəni redaktə et]Hörmətli Vago Sizi Azərbaycandilli Vikipediyanın idarəçisi seçilməniz münasibətilə təbrik edirəm. İnanıram ki, əl-ələ verib Vikipediyamızı daha yüksəklərə qaldıracağıq. Hörmətlə:--Sortilegus 19:23, 9 İyun 2010 (UTC)
- Təşəkkür edirəm və ümid edirəm ki, etimadınızı doğruldacağam.--Vago 05:35, 10 İyun 2010 (UTC)
Minnətdarlıq
[mənbəni redaktə et]Çox hörmətli Həmkarım, Mənə verdiyiniz bu etimada, xüsusən göstərdiyiniz təşəbbüsə görə sizə dərin təşəkkürümü bildirir və hamımıza Azvikinin qüdrətini artırılması üçün görə biləcəyimiz işlərdə uğurlar arzu edirəm.--MrArifnajafov 09:54, 10 İyun 2010 (UTC)
Silinmə
[mənbəni redaktə et]Salam. Bu gün commonsa yüklədiyim bir şəkilə [35] silinmə şablonu yerləşdirilib. Düzdü səbəbini yazıblar, amma mən anlamadım. Mümkünsə baxıb, nə edə biləcəyimi deyin. --sefer azeri 20:29, 10 İyun 2010 (UTC)
Azad şəkil saymırlar. Sən çalış lisenziyalaşdıranda bir az çox məlumat əlavə elə. Vago düz deyir, şəkil nə qədər keyfiyyətli oldu o qədər yaxşıdır. Sözün düzü mən commonsda aktiv fəaliyyət göstərmirəm, onların lisenziya, keyfiyyət tələblərini də bir o qədər yaxşı bilmirəm. Hörmətlə:--Sortilegus 15:40, 10 İyun 2010 (UTC)
Azad şəkil necə olmalıdır başa düşmürəm, şəklin orijinalını yükləmişəm, 3648x2736 ölçüdədir. Şablonu qaldırsam problem olmaz ki, görəsən? --sefer azeri 20:48, 10 İyun 2010 (UTC)
Problem olar. Orda gərək silinməyə göndərilən şəkillər üçün açılan müzakirə səhifəsində öz mövqeyini müdafiə edəsən və şəkilin sinməsinə etirazını bildirəsən. İngiliscə yazışmaq lazımdır. --Sortilegus 15:51, 10 İyun 2010 (UTC)
Azərbaycan dilində yazsam olar? Mən ingiliscə bilmirəm. --sefer azeri 20:59, 10 İyun 2010 (UTC)
İngilis dilində yazmaq lazımdır ki, səkilin silinməsinə və ya qalmasına səs verən istifadəçilər anlasınlar. Mən də düz-əməlli ingiliscə bilmirəm, ona görə sənə kömək edə bilməyəcəm. --Sortilegus 16:05, 10 İyun 2010 (UTC)
Salam. Atropatena məqaləsinin seçilmiş məqalə namizədliyi dünən başa çatıb. Statusun verilməsinə kim qərar verməlidir? --sefer azeri 10:00, 11 İyun 2010 (UTC)
Şablonlar
[mənbəni redaktə et]Salam. Botanikaya, biologiyaya dair məqalələrə əlavə olunan şablonların mətni Azərbaycan dilinə tərcümə olunsa yaxşıdır. Bu, təcrübəsiz istifadəçilərin şablondakı xanaları daha tez doldurmasına yardımçı olur. Mən artıq vərdiş etmişəm - nümunəvi şablon kimi hamıya {{Dövlət xadimi}} şablonunu göstərirəm:) Yəni şablonun həm görünməyən, həm də görünən mətni Azərbaycan dilindədir. Hörmətlə:--Sortilegus 16:49, 10 İyun 2010 (UTC)
- Salam. Biologiyaya aid istifadə olunan əsas şablon MrArifnajafovun düzəltdiyi {{Taksoqutu}} şablonudur ki, təqribən ondan 1000 məqalədə istifadə olunmuşdur. O cümlədən də təqribən 550 məqalədə bu şablona istiqamətlənmiş {{Taxobox}} şablonundan istifadə olunmuşdur. Həmin şablonun sənəd hissəsində şablondan necə istifadə olunması aydın şəkildə verilib. Əgər MrArifnajafov da məsləhət görsə, Azərbaycan dilində yeni variant hazırlana bilər, yaxud məncə elə edə bilərik ki, əvvəlki səhifələrə toxunmadan Azərbaycan variantı hazırlansın.
- Qaldı son vaxtlar zərurət üzündən (Azərbaycan dilində botanika sahəsindəki terminologiyaların "rəngarəngliyi" üzündən fəsilə, sıra, yarımsinif, sinif, şöbə adlarında müxtəliflik boldur :) ) istifadə etmək istədiyim {{Takson}} şablonuna, onun hələlik nümunə kimi tətbiqinə başlamışam. Bu şablonda istifadə olunan bitki taksonlarının latınca adlarıdır və həmin adlara uyğun yaradılmış şablonlarda taksonların Azərbaycan dilində qarşılığı verilib. Əgər Azərbaycan dilindəki takson adında yanlışlıq olarsa, sadəcə bu takson şablonlarında dəyişiklik edilir, {{Takson}} şablonunda istifadə olunan Azərbaycanca ad avtomatik olaraq hamısında dəyişilir. Həmin şablon tam hazır olarsa, onun sənəd səhifəsində bu barədə ətraflı qeyd edəcəyəm. Məncə onun Azərbaycan dilində variantını hazırlamaq problem törətməyəcək. Hörmətlə, --Vago 05:44, 11 İyun 2010 (UTC)
- Hörmətli həmkarlar,
dəvətsiz müdaxiləyə görə qat-qat üzr istəyirəm, {{Taksoqutu}} nun ümumi terminoloji dili bir çox dillərdə qorunub saxlanılmasında məqsəd başqa dillərdə olan məqalənin şablon hissəsinin təkcə adını dəyişdirməklə yaradılacaq eyni adlı məqalənin şablon hissəsinə artırmaqla iş xeyli asandlaşmış olmasıdır.
Məsələn:
Azərbaycan versiyası:
{{Taksoqutu | name = Kiparis | image file = Med Cypress.jpg | image title = Həmişəyaşıl kiparis | image descr = yarpaq və qozaları ''[[Cupressus sempervirens]]'' | regnum = Bitkilər | superdivisio = [[Gymnospermae|Çılpaqtoxumlular]] | divisio = [[Pinophyta|İynəyarpaqlılar]] | classis = [[Pinopsida|İynəyarpaqlılar]] | ordo = [[Pinales|Küknarkimilər]] | familia = [[Cupressaceae|Sərvkimilər]] | genus = '''Kiparis''' | latin = {{btname|Cupressus|[[L.]]}} | section name = Növü | section text = ''Mətnə bax'' | wikispecies = Cupressus | commons = Category:Cupressus | itis = 183455 | ncbi = }}
İngilis versiyası:
{{Taxobox | name = | image file = Med Cypress.jpg | image title = | image descr = | regnum = [[Plant]]ae | superdivisio = [[Gymnospermae|]] | divisio = [[Pinophyta|]] | classis = [[Pinopsida|]] | ordo = [[Pinales|]] | familia = [[Cupressaceae|]] | genus = '''''' | latin = {{btname|Cupressus|[[L.]]}} | section name = | section text = '''' | wikispecies = Cupressus | commons = Category:Cupressus | itis = 183455 | ncbi = }}
Fərq təkcə Taksoqutu və Taxobox kəlmələrindədir. Sadəcə bərabərlik işarəsindən sonra azərbaycan dilində varsa adları əlavə etmək qalır. Yoxdursa latın variantı saxlanıla bilər. Bu demək olar ki bütün dillər üçün nəzərdə tutulmuş universal bir şablon qutusudur. Təsnifat şablonları universal qalması daha məqsədə uzğundur. Təəssüflər olsun ki, ana dilimizin texniki imkanları bir o qədər də zəngin deyildir.--MrArifnajafov 12:14, 11 İyun 2010 (UTC)
- Hörmətli MrArifnajafov. Sözünüzə əlavə olaraq onu bildirmək istəyirəm ki, başqa dillərdən köçürəndə hətta "Taxobox"-u "Taksoqutu"ya dəyişməyə də ehtiyac qalmır. Çünki {{Taxobox}} şablonu - elə {{Taksoqutu}} şablonuna istiqamətlənir.--Vago 12:23, 11 İyun 2010 (UTC)
Şablonun mətnini bura köçürüb atmaq problemin asan həlli yoludur. İşləri də asanlaşdırır. Amma bu düzgün deyil. Azərbaycan dilində vikipediyada çalışıb elə etmək lazımdır ki, hər bir cümlə Azərbaycan dilində olsun. Hər halda mən belə düşünürəm. Yoxsa elə "şəxslər", "futbolçular", "müğənnilər" şablonlarının da mətninin olduğu kimi bura köçürmək olardı və ingilis dilli vikidə olan analoji məqalələr burda da yaradılanda işlər xeyli asanlaşardı. Hörmətlə:--Sortilegus 08:21, 12 İyun 2010 (UTC)
- Əslində mütəxəssislər üçün latınca terminlərin verilməsi daha yaxşıdır. Sizin qeydlərinizlə də razıyam. Bu iki fikri Türkcə vikipediyada həyata keçiriblər, həm latınca, həm də türkcə veriblər. Mənim elə bir etirazım yoxdur. MrArifnajafov da razıdırsa, bunu tez bir zamanda yoluna qoymaq olar.--Vago 11:43, 12 İyun 2010 (UTC)
Adiant
[mənbəni redaktə et]Salam. Dərman bitkilərində həm də növün hansı kateqoriyadan (fəsilə və ya cinsin adı) olduğu qeyd olunur. Düşünürəm ki, bunları silməyə ehtiyac yoxdur.--Vago 11:48, 12 İyun 2010 (UTC)
Salam. Kateqoriyanı silməmişəm, mövcud olmayan kateqoriya adını səhifədən çıxarmışam. Bu idarəçilərin görməli olduqları texniki işlərdən biridir. Artıq sənin də bir idarəçi kimi adminstrativ fəaliyyətə çıxışın var. İcazənlə burda bir saçı-saqqalı ağarmış AzViki idarəçisi kimi bəzi detalları sənə izah edim:) İdarəçilər AzVikinin işinə əsasən Xüsusi:Specialpages səhifəsindən nəzarət edirlər. Təbii ki, "Son dəyişikliklər"ə baxmaqla da müəyyən qism məqalələrə nəzarət etmək olar. Amma "Xüsusi səhifələrdə"ki tutaq ki, "Cari məruzələr" və "Səhifələrin başlıqları" adı altında olan kateqoriyaları nəzərdən keçirməklə burdakı əyər-əskikləri müəyyənləşdirmək mümkündür. Sən dediyin məsələ həmin səhifədə "Cari məruzələr" bölməsində "Tələbat olan kateqoriyalar" başlığı altındadır. Hörmətlə:--Sortilegus 16:14, 12 İyun 2010 (UTC)
Bir də onu qeyd edim ki, Azərbaycana aid olmayan istənilən mövzuda məqalə, kateqoriya və s. yaratdıqda çalış ona intervikilər əlavə et. Məsələn, sən "Adiant" kateqoriyası yaradıb ona intervikilər əlavə etsəydin həmin məqalədə belə bir kateqoriyanın olub-olmaması mənim diqqətimi heç cəlb etməyəcəkdi (idarəçilərin sirlərindən birini açdım:)). Amma Azərbaycana və azərbaycanlılara aid məqalə və kateqoriyalara intervikilər digər vikilərdə olmaya bilər. Çünki bu halda istinad nöqtəsi kimi böyük ehtimalla AzVikidir. --Sortilegus 16:37, 12 İyun 2010 (UTC)
- Belə etməsək, sirləri necə öyrənəcəyik :). Bir də bitkilərə daxil olduğu fəsilənin adı kimi kateqoriyaları əlavə edəndə intervikiləri qoymamağımın səbəbi, onların həqiqətən fəsilə adı olub-olmamasındakı ikitirəlikdir. Qırmızı saxlayıdrım ki, bunları dəqiqləşdirmək lazımdir. Əlavə informasiiyalara görə təşəkkür. --Vago 08:33, 14 İyun 2010 (UTC)
Seçilmiş məqalənin ulduzu
[mənbəni redaktə et]Xoş gördük!
Nəzərinizə çatdırım ki, ingilis dilli vikipediyada artıq {{Link FA|az}} yumşaq desək "keçmir" :). Nə edək? --Proger danış 09:30, 11 İyun 2010 (UTC)
Salam. Bizim seçilmiş məqalələrin qarşısında ulduz görünmür? İndi məşğul olaram bu məsələylə:) Hörmətlə:--Sortilegus 08:17, 12 İyun 2010 (UTC)
Salam, Sortilegus
[mənbəni redaktə et]15 iyunda üzərində işlədiyim məqalələrə etdiyiniz düzəlişlərlə tanış oldum.Bir qismi düzgündür, onları daha baxımlı edib.Buna görə Sizə təşəkkür edirəm.Fəaliyyətinizi izləyirəm və gördüyünüz işlər AzVikipediyamıza dəyər verir və baxımlı edir.
Ancaq dünən müəyyən məqalələrdəki düzəlişlərimi dəyişməyinizı və ya tamam geri qaytarmağınızı qəbul edə bilmirəm.Onlardakı hər bir düzəlişə cavab verə bilərəm.
1987 -ci ildə ” Azərbaycan Respublikası ” olmadığından, onu o dövrün rəsmi adına uyğun ” Azərbaycan SSR ” etdim.
Həmçinin ” təsərrüfat rəhbəri ” ifadəsi sovet dövründə işlədilirdi.Hazırkı dövrdə istər dövlət, istər şəxsi müəssisələrin rəhbərləri yeni terminlə ” menecer ” adlanırlar.Və yaxud da şəxsin axırıncı rəsmi vəzifəsinin adı yazılmalıdır.
Rayonda məktəb direktorunu ” maarif xadimi ” adlandırmaq olmaz.Bu adla adlandırılmaq üçün ən azı tanınmış universitet professoru olmaq lazımdır.Mən hələ universitet rektoru, təhsil nazirliyinin yüksək rütbəli məmuru vəzifəsini demirəm.Titulların və adlanmanın özünün çox sərt tələbləri vardır.Onu cəmiyyət on illərnən yaradıb və bizim borcumuz onları qorumaqdır.Əks halda ədəbiyyatımızda Azərbaycan dili çoxvariantlılığı yarana bilər.Bu isə razılaşın ki, yol verilməzdir.
” Artur Şopenhaur ” məqaləsinin böyük hissəsinin kəsilməsi səbəbi də mənə aydın deyil.Ancaq o məqaləni tam yenidən işləmək istəyirəm.
Razılaşmadığım düzəlişləri müzakirəsiz geri qaytarmaq istəmədim.Ümüd edirəm ki, bir ziyalı mükamiləsi edə biləcəyik.
Hörmətlə və əmkdaşlıq arzusu ilə --Acategory 05:36, 16 İyun 2010 (UTC)
Salam. Xoş sözlərə görə təşəkkürlər.
Hansı məqalələrdən söhbət gedirsə onlara bir-bir daxili keçidlər qoysaydınız mən baxıb cavab verərdim. Rayonda məktəb direktoru ilə bağlı qeydiniz düzdür. Burda təcrübəsiz istifadəçilər adətən belə məqalələr yaradırlar. Hələ bu yaxşıdır, elə olur ki, öz babaları, nənələri haqqında da məqalələr yazırlar:) Şəxslərin ensiklopediklik əhəmiyyəti haqqında biz burda qanun hazırlayırıq. O qanun hazır olandan və qəbul ediləndən sonra bu problem çox qısa bir zamanda həllini tapacaq. Ensiklopedik şəxs olmayanlar haqqında yaradılan məqalələr qısa müddət ərzində silinəcək.
Onu deyim ki, sizin düzəlişlərin əksəriyyəti lazımlı düzəlişlər olur. Bir daxili keçidlər qoyanda bəzən səhvə yol verirsiz və elə olur ki, o qədər belə səhv daxili keçidlər əlavə edirsiz ki məqaləyə, onları bir-bir düzəltməkdənsə məqaləni əvvəlki halına qaytarmaq daha məqsədəuyğun olur. Bu zaman isə təbii ki, az sayda düzgün redaktələriniz itir. Bir də məqalələrin adını dəyişməyə tələsməyin. Adlandırmada hansısa yanlışqlıq görsəniz məqalənin müzakirə səhifəsində bunu qeyd edin. Təcrübəli istifadəçilər baxıb dəyərləndirsin və dəyişikliklər etsinlər. Çünki bəzən 1 məqalənin adını dəyişəndə buna uyğun olaraq 50-100 məqalədə də dəyişiklik etmək lazım gəlir. Hörmətlə:--Sortilegus 12:14, 16 İyun 2010 (UTC)
Şablon:Sokrataqədərki dövr-test
[mənbəni redaktə et]Salam. {{Sokrataqədərki filosoflar}} şablonuna uyğun olaraq daha geniş olan {{Sokrataqədərki dövr-test}} şablonunu test kimi hazırlamışam. Sonuncuda fəlsəfədən əvvəlki ənənələr də mövcud olduğundan ("Yeddi müdrik" kimi), şablonun adının elə "Sokrataqədərki filosoflar" kimi qalmasının nə dərəcədə doğru olub-olmadığını müəyyənləşdirməkdə çətinlik çəkirəm. Bu cür qala bilərsə, onda {{Sokrataqədərki dövr-test}} şablonun mətnini {{Sokrataqədərki filosoflar}} şablonuna köçürə bilərik.--Vago 05:48, 16 İyun 2010 (UTC)
Salam. Məncə, qala bilər. Rus vikisindəki şablon əsasında hazırlamısan, o daha dolğun şablondur. Ad qalsın, məzmununu yenisi ilə əvəzləmək olar. Hörmətlə:--Sortilegus 12:32, 16 İyun 2010 (UTC)
Məqalələrə nəzarət
[mənbəni redaktə et]Maşallah, idarəçi seçiləndən gün ərzində yaradılan bütün yeni məqalələrə, məqalələrdə edilən dəyişikliklərə nəzarət edirsən, belə getsə mən də daxil digər idarəçiləri burda "maaşsız" və işsiz qoyacaqsan:) Bir az yeni kateqoriyalar yaradanda diqqətli olmaq lazımdır. Rus vikipediyasındakı məqalələrin kateqoriyalarına uyğun kateqoriyalar yaradırsan. Amma rusların vikipediyasında məqalə sayı çoxdur, onlar belə çoxşaxəli kateqoriyalaşdırma apara bilirlər. Bizim üçün hələ tezdir. Mümkün qədər daha çox sayda məqaləni az sayda kateqoriyaya toplayaq hələlik, sonra kateqoriyalaşdırma aparaq. Bir də biologiya ilə bağlı çoxlu sayda qaralama məqalənin yaradılması keyfiyyət göstəricisinə ziyan vurur. Keçən ilin aprelində güc-bəlayla 23-ə qaldırmışdıq, 1 ilə düşüb olub 17. İdarəçi kimi biz gərək belə məqalələri zənginləşdirməyə çalışaq, onsuz da qaralama məqalələr yaradan istifadəçilər sarıdan korluq çəkmir AzViki:)--Sortilegus 13:05, 16 İyun 2010 (UTC)
- Qeyd etdiklərinizdən başqa AzVikinin keyfiyyətinə səbəb olan əsas faktorlar hansılardır? Əgər intervikilərin olmaması da səbəblərdən biridirsə, ilk növbədə rayonlar haqqında məqalələrə intervikilər qoyulmalıdır. Bunu Sultan11-dən xahiş etmək olar. --Vago 13:13, 16 İyun 2010 (UTC)
- Keyfiyyət göstəricisinə mənfi təsir göstərən əsas amil müzakirə səhifələrinin olmamasıdır. Yəni məqalələr yazılır, redaktə edilir, amma onun müzakirə səhifəsində heç bir müzakirə aparılmır. Belə çıxır ki, məqalədə hər şey əladır və ona heç kim etiraz bildirməyib. Əslində isə aydın məsələdir ki, bu həmişə belə deyil, narazılıqlar həmişə olur, amma bu narazılığı bildirmək üçün istifadəçilərimiz məqaləni yaradan və ya redaktə edən şəxsin müzakirə səhifəsinə yazırlar. Müzakirə səhifələrinin sayı artdıqca keyfiyyət göstəricisi də yüksələcək. Əlbəttə buna təsir göstərən digər amillər də var ki, onlara redaktələrin, məqalələrin və istifadəçi səhifələrinin sayı aiddir. Wertuose 13:27, 16 İyun 2010 (UTC)
Azərbaycan kəndləri haqqında yaradılan qaralama məqalələr də keyfiyyət göstəricisinə ziyan vurur. Amma burda təxminən 1 il qabaq biz belə qərara gəldik ki, belə məqalələri silməyək. İşi başlayan Baki adlı AzViki istifadəçisidir. Sonra əsas İradə ilə mən yaradırdıq kəndlər haqqında məqalələri bu vaxtacan, Sultan isə hazırda demək olar ki, bu işi tamamlayıb. Fikir versən görərsən ki, qeydiyyatdan keçməyən istifadəçilər tərəfindən belə məqalələrə çoxlu əlavələr edilir və məqalələr zənginləşir. Yəni azərbaycanlı internet istifadəçisi öz doğma kəndi haqqında internetdə axtarış aparanda birinci AzVikidəki məqaləyə rast gəlir. Məqalədə məlumatın olmadığını görüb özü ora məlumat yazır və təcrübəli istifadəçilər sonra bu məlumatları təftiş edirlər. Azərbaycan kəndləri haqqında da sonda AzVikidə 5000-dən artıq məqalə olacaq. Bu, indiki AzVikinin məqalələrinin 1/7-i deməkdir. Azərbaycan kəndləri haqqında qaralama məqalələr istisna haldır - başqa, məsələn biologiya, ədəbiyyat, kino, fizika kimi mövzulara aid bu həcmdə qaralama məqalənin yaradılmasına imkan verməyək gərək. Keyfiyyət göstəricisi ilə bağlı Wertuosenin yazdığı ismarıc həqiqəti əks etdirir:) --Sortilegus 13:34, 16 İyun 2010 (UTC)
Salam. Silək bu məqaləni, yoxsa Azərbaycan dilinə çevirəcəksiz? Dilmanc vasitəsilə bu formada türk dilindən Azərbaycan dilinə tərcümələri AzVikidə artıq 2 ilə yaxındır ki, xəbərdarlıqsız silirik. Çox zəif tərcümə olduğu üçün. Mövzuya dair yeni məqalə yazmaq daha asan olur.--Sortilegus 18:01, 16 İyun 2010 (UTC)
- Salam. Başa düşmədim niyə belə qənaətə gəlmisiniz. Məqaləni Dilmanc vasitəsilə tərcümə etməmişəm, məqalədə yazdığım xarici keçiddən köçürmüşəm. Heç türk dilli vikidə də belə məqalə yoxdur. Mən oxuyanda ciddi bir türkcəyə oxşarlıq hiss etmədim. Hansı hissəsi oxşayırsa xahiş edirəm göstərin, redaktə edim. Ümumiyyətlə vaxt ayırıb bütün üslublara aid məqalələri redaktə edəcəm. Hörmətlə:--Pərviz 18:32, 16 İyun 2010 (UTC)
Bunlara görə belə qənaətə gəlmişəm. - Təəssüf ki, məqaləni bu formada tam oxuyub redaktə etməyə vaxt yoxdur. --Sortilegus 18:43, 16 İyun 2010 (UTC)
Məqaləni özüm redaktə edəcəm.--Pərviz 18:52, 16 İyun 2010 (UTC)
Привет
[mənbəni redaktə et]Ты говоришь по-русски? 88.200.159.162 05:08, 17 İyun 2010 (UTC)
- Говорю--Sortilegus 10:13, 17 İyun 2010 (UTC)
- Я по поводу статьи Çuvaşıstan. Мне кажется, что нам всем стоит по максимуму использовать родные тюркские названия населённых пунктов. Например, Чебоксары по-чувашски - Шупашкар, по-турецки тоже - Şupaşkar. Может выставить этот вопрос где-нибудь на обсуждение в Азербайджанской вики? 88.200.159.162 09:34, 18 İyun 2010 (UTC)
- Я бы тоже хотел высказать свое мнение по этому вопросу. В данном вопросе есть определенные правила. То есть мы не можем сами из себя придумать какое то название для обозначения какого-то населенного пункта на нашем языке. Если то название которое вы упомянули употребляется чувашами, то когда появится статья мы можем лишь указать это в нем и конечно же дать определенную информацию. А названием для статьи должно быть официально утвержденное название или же издавна сложившаяся традиция обозначения данного города на нашем языке. А поскольку такой традиции нет, то в данном случае приходится ссылаться на официальное название.--Wertuose 11:38, 18 İyun 2010 (UTC)
- Я по поводу статьи Çuvaşıstan. Мне кажется, что нам всем стоит по максимуму использовать родные тюркские названия населённых пунктов. Например, Чебоксары по-чувашски - Шупашкар, по-турецки тоже - Şupaşkar. Может выставить этот вопрос где-нибудь на обсуждение в Азербайджанской вики? 88.200.159.162 09:34, 18 İyun 2010 (UTC)
Согласен с вами. Вы можете на странице обсуждения статьи писать об этом на русском языке. Многие из наших активных участников знают русский язык. Если они не будут против, то мы исправим названии населенных пунктов Чувашии. --Sortilegus 11:12, 18 İyun 2010 (UTC)
Bir daha müəlliflik hüququ haqqında
[mənbəni redaktə et]Salam. ASE-nin materiallarını bura yerləşdirəndə müəlliflik hüququ ilə bağlı nəyi gözləməliyik? Ümumiyyətlə AzVikidə müəlliflik hüququ ilə bağlı əsas kriteriyalar hansılardır? Ona görə soruşuram ki, bəzən bloqlardan materialları bura yerləşdirib mənbəsini göstəririk. Rus Vikipediyasında gərək müəlliflik hüququ gözlənilən məqalələrdən istifadə edib, Vikipediyaya əsasən öz sözlərinlə yazmalısan. (Bəzi bloqlarda müəlliflik hüququ gözlənilir işarəsi olmadığından, düşünürəm ki, onlardan götürülmüş materiallara istinad göstərmək kifayət edər.) Hörmətlə, --Vago 11:39, 17 İyun 2010 (UTC)
Salam. Ensiklopediyalardan, məlumat kitablarından informasiyaları bura yerləşdirmək olar. Ensiklopediyalar həm tutarlı məlumat mənbəsi sayılır, həm də müəlliflik hüququ ilə qorunmur. Bloqlar isə əksinə - ən etibarsız məlumat mənbəyi sayılır. Öz bloqunda kim nə istədi yaza bilər. Ona görə də bloqlardan bura köçürülən məlumatlar silinməlidir və bloqlara xarici keçidlər qəbul olunmamalıdır. Hörmətlə:--Sortilegus 11:44, 17 İyun 2010 (UTC)
- Ensiklopediyalar müəlliflik hüququ ilə qorunurlar. Məsələn, neçə dəfə olub ki, rus vikisində yaratdığım məqalələri Böyük Sovet Ensiklopediyasından köçürdüyümü əsas gətirərək siliblər və ya silmək istəyiblər. Mənbə kimi BSE-ni göstərdiyim məqaləni dərhal silmişdilər. Müəlliflik hüququ müddəti başa çatdığı üçün rus vikisində daha çox Brokqauz və Yefron Ensiklopediyasından istifadə edirlər, çünki o təxminən 100 il əvvəl yazılıb. Amma düşünürəm ki, hələlik bizdə bu məsələ ilə bağlı elə də ciddi problem yaşanmaz. Wertuose 11:11, 18 İyun 2010 (UTC)
- Prinsipcə mətndə müəyyən dəyişikliklər edib, cümlələri dəyişib, mənbəni göstərib yerləşdirmək mümkündür. Təbii ki, cümlə-cümlə olduğu kimi köçürmək problem yarada bilər. Amma rusların ensiklopediyaları çoxdur, seçim etmək imkanları genişdir. Bizdə bir ASE-dir, bir də təzə hazırlanan Azərbaycan Ensiklopediyası. Belədə gərək hələ 40-50 il oturub gözləyək ki, ASE-nin nəşrindən 70 il ötsün. --Sortilegus 11:18, 18 İyun 2010 (UTC)
Mühafizə
[mənbəni redaktə et]Hörmətli həmkar deyəsən mən mühafizə etməni tam mənimsəməmişəm. Və problemlərlə üzləşirəm. Bəlkəm kömək edəsiniz. Məsələn Napoleon məqaləsində etdiyim redaktələrdən sonra onu mühafizə edə bilmirəm. Bəlkəm əziyyət də olsa bir qədər məni məlumatlandırasınız. Əvvəlcədən təşşəkkürlər.--MrArifnajafov 13:18, 17 İyun 2010 (UTC)
Salam. 2 cür mühafizə etmək olur. Tam mühafizə edəndə yalnız idarəçilər o səhifəni redaktə edə bilirlər. Yarı mühafizədə qeydiyyatdan keçən bütün istifadəçilər. Orda vaxt da qoymaq olar mühafizə üçün. 1 gündən tutmuş qeyri-müəyyən vaxta qədər. Məqalənin adının dəyişdirilməsinin qarşısını almaq üçün də mühafizə etmək olur. Hörmətlə:--Sortilegus 13:48, 17 İyun 2010 (UTC)
Bəhailik
[mənbəni redaktə et]Sortilegus, bilmirəm nədənsə siz daim Babilik və Bəhailiklə bağlı mövzularımı silirsiz. Bəlkə də məsələyə şəxsi inanclarınızı qatırsız. Sizdən bi xahiş: İslam məzhəblərindən Bəhailik və Babiliyi çıxardın. Bunlar İslamın qolları deyil çünki. Yeni və müstəqil cərəyanlardır. Xristianlıq da yəhudiliklə çox oxşayır, hətta xristianlar hər iki dinin kitabını birlikdə çap etdirirlər, amma yenə də Xristianlıq Yəhudiliyin qolu deyil, müstəqil dini təlimdir. Ona görə də düşünürəm ki, "Bəhailik" adlı səhifəni ümumiyyətlə silin və onun əvəzinə açdığım "Bəhai dini" səhifəsini saxlayın, İslam məzhəbləri sırasına daxil etmədən. Viki-də təzə olduğum üçün hələ ki, bunları bacarmıram, sizdən xahiş edirəm. Əvvəlcədən təşəkkürlər. — Bu imzasız yazı Javid1844 (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Salam. Bəhailiklə Bəhai dininin nə fərqi var? Siz "Bəhai dini" məqaləsini yaratmamışdan qabaq AzVikidə "Bəhailik" məqaləsi mövcud idi. Belə olan halda əvvəlcə axtarıb baxmaq lazımdır ki, sizin yaratdığınız məqalə burda var, ya yoxdur. Sonra yeni məqalə yaratmaq lazımdır. "Xristian dini" və "Xristianlıq"ın fərqi nə qədərdirsə, məncə "Bəhailik"lə "Bəhai dini"nin də fərqi o qədərdir. Şablondan adlarının çıxarılması məsələsinə baxaram. Amma bizim idarəçilər arasındaVago dini məqalələrə nəzarət edir. Onun bu sahədə bilgiləri daha çoxdur. Ona müraciət etsəz məncə daha məqsədəuyğun olar. Hörmətlə:--Sortilegus 21:16, 17 İyun 2010 (UTC)
Kənd meydanı
[mənbəni redaktə et]Xoş gördük, həmkar.
Mən bu Kənd Meydanındakı şəkillə bağlı yazıram. Bəlkə onu dəyişək? Bir, iki fikrim var.. Hesab edirəm ki, tam adına uyğun olmamalıdır. Yəni həqiqətən kənddən olan şəkil olmasa da olar. Adi kafe və ya parlament tipli şəkillər də yerləşdirmək olar. Məsələn gürcü vikipediyasında çox qəşəng ediblər. Fikriniz? --Proger danış 12:27, 18 İyun 2010 (UTC)
Salam. "Kənd meydanı" ifadəsi əslində boş-boşuna seçilməyib. Kəndlərdə adətən kənd camaatı belə meydanlara toplaşıb kəndin həyatındakı vacib yenilikləri müzakirə edirlər, bəzən qeybət qılırlar:) Ad bununla assosiasiya olunur. Buna uyğun bir şəkil tapmalıyıq. Parlament şəklini necə qoyaq ora? Onda gərək bölmənin adını "Parlament tribunası"na dəyişək:) Mən bir vaxtlar nə qədər axtardım uyğun şəkil tapa bilmədim, hətta kənd meydanında da istifadəçilərə müraciət etdim, heç kimdən səs çıxmadı. --Sortilegus 12:39, 18 İyun 2010 (UTC)
- "Kəndlərdə adətən kənd camaatı belə meydanlara toplaşıb kəndin həyatındakı vacib yenilikləri müzakirə edirlər, bəzən qeybət qılırlar:)" - əllərində iPod ilə hə? :) Məncə bu elə də böyük əhəmiyyət kəsb etmir. Çalışaram mən tapım. Ya da "cəmiyyət" tipli bir şey tapmaq olar. Nə tapsam, göstərərəm. --Proger danış 13:29, 18 İyun 2010 (UTC)
- Bu şəkil yarayar görəsən? "Şəkil:KEND MEYDANI.jpg"--MrArifnajafov 13:04, 18 İyun 2010 (UTC)
Yox. -- Cekli829 18:05, 18 iyun 2010 (Cek vaxtı ilə)
Bununla bağlı qərar vermək üçün gərək müzakirələri elə Kənd meydanının özündə aparaq, vikicəmiyyət fikrini bildirsin.--Sortilegus 13:08, 18 İyun 2010 (UTC)
- Məncə də.--Pərviz 13:15, 18 İyun 2010 (UTC)
- Kənd meydanında davam etdirək müzakirələri--Sortilegus 13:21, 18 İyun 2010 (UTC)
Kateqoriyasız şəkillər
[mənbəni redaktə et]Salam. Kateqoriyasız şəkilləri təftiş edirəm. Adlandırmanın hamısını məqalələrdə olduğu kimi etsək yaxşıdır (yəni şəkilin adı da Azərbaycan dilində və məqalənin adı olmaq şərtiylə). Onda eyni mövzulu şəkillər kateqoriyalarda yanyana düşür. +Commonsda şəkil varsa bunu silib onunla əvəzləyirəm. Lazımsız şəkilləri silirəm. Lap axırda etiketləşdirməni aparacam. Belədə şəkillər sahəsində burda tam dərəbəylikdir. Təxmini hesablamalarıma görə kino şəkilləri də qaydaya salınandan sonra burda 4-5 min şəkil qalmalıdır. İndi 14 mindir. --Sortilegus 14:31, 18 İyun 2010 (UTC)
Bununla əlaqədar olaraq Sizi dəstəkləyirəm. Çoxdan həyata keçirilməli, vacib addımdır. Lakin bu dəqiqədən etibarən qarşıdakı iki gün internetə daxil olma imkanlarım məhduddur. Hər halda gələn həftə bu problemin həllinə mən də öz töhfəmi verə biləcəyəm. -- Cekli829 19:36, 18 iyun 2010 (Cek vaxtı ilə)
- Mən ikinizi də dəstəkləyirəm, özü də ikiəlli :) Bəlkə keyfiyyətə təsir edən amillərdən biri də lazımsız, ümumiyyətlə istifadəsiz fayllardır.--Vago 14:40, 18 İyun 2010 (UTC)
Seçilmiş məqalə
[mənbəni redaktə et]Salam. Deyəsən axı "vay-həşirlə" seçilmiş məqalələri səsverməyə çıxarırıq. Sənə elə gəlmir?--Sortilegus 18:56, 18 İyun 2010 (UTC)
Elədir. Amma bu da bir siyasətdir. Müşahidələr göstərir ki, məqalə Seçilmiş məqalə səsverməsinə çıxarıldıqda ona maraq artır, redaktələr çoxalır. Maraqlıdır, görən camaat nə deyəcək. "vay-həşir" etməsək olmur axı :) --Ira 19:13, 18 İyun 2010 (UTC)
Azərbaycan Böyük Vətən Müharibəsi illərində məqaləsinə nə deyirsən? "vay-həşir" (sözdən xoşum gəldi) etməyə dəyər?--Ira 19:15, 18 İyun 2010 (UTC)
Lütfən, siyasətsiz və mümkün qədər "vay-həşir"siz. "Seçilmiş məqalələr"in İKİNCİ təştişinə hələ var:)--Sortilegus 19:59, 18 İyun 2010 (UTC)
Burada heç bir "vay-həşir" görmürəm. Mən yalnız sənin sözünü təkrarladım. Əslində bu cür terminlər Vikipediya üçün deyil. --Ira 03:58, 19 İyun 2010 (UTC)
Sorry. Udinlər məqaləsi ilə bağlı Səfərin verdiyi ssılkada muzakirəni yəqin oxumusan da. Orda ən lağ obyektinə çevirdikləri məsələlərdən biri də bizim burdakı seçilmiş məqalələrimizdir. Məncə sayı artırmaq üçün yox, keyfiyyəti artırmaq üçün çalışmalıyıq. Qoy 2 seçilmiş məqaləmiz olsun, amma bütün vikistandartlara cavab versin, nəinki alayarımçıq 20-50 seçilmiş məqalə.--Sortilegus 21:00, 19 İyun 2010 (UTC)
BURADA NE BASH VERİR
[mənbəni redaktə et]HELEKİ MEN MEQALE YAZİRAM O SİLİNİR VE SEBEBİ DEYİLMİR,BUNA MİSAL ƏZADARLİQ,BASHQALARİ YAZANDA MİSAL VAGO BU SİLİNMİR.ONUDA DEYESEN BİLE-BİLE İDARECİ ELEMİSENKİ SHİELERİN YALANLARİ UZE CİXMASİN.GUNESHİN USTUNE PALCİQLA ORTMEK OLMAZ. SEN OZUNDE SHİESEN.AMA HEC NE OLMAZ!!!!!!MEQALELERİMİ BİRDE BOSH YERE SİLMEYİN!!!!! — Bu imzasız yazı Turk (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Salam. Mən artıq 3 ilə yaxındır ki, Azərbaycan dilində olan Vikipediyada fəaliyyət göstərirəm və bu müddət ərzində pis-yaxşı Vikipediya prinsiplərinə bələd olmuşam. Mən həm də Azərbaycan dilində olan Vikipediyanın 2-ci fəal istifadəçisi, eləcə də 7 idarəçisindən və 2 bürokratından biriyəm. Burda idarəçiliyin özəl xüsusiyyətləri var - ən vacib şərt bitərəf olmaqdır. Yəni idarəçi kimi mən nəinki şiə və ya sünni mövqeyində, heç müsəlman, xristian, iudaism, buddizm mövqeyində də dayana bilmərəm. Lap burda ateizm mövqeyini (Allahın mövcudluğunun inkarı) əks etdirən məqalə yaradılsa da, mən məqaləni tam oxuyub təhlil etməmiş silə bilmərəm. Eləcə də milli mənsubiyyət məsələsində - mən türk, ingilis, talış, ləzgi, fransız, ərəb, kürd, tat mövqeyini tuta bilmərəm. Bu vacib şərtdir. Əgər mənim fəaliyyətimdə neytrallıq-bitərəflik qaydalarını pozan hansısa addım olsa AzViki istifadəçiləri mənim statuslarımı dərhal səsverməyə çıxarıb ləğv edə bilərlər. Hətta belə bir şeyin olduğunu görsəm, bundan da əvvəl mən özüm bu səlahiyyətlərimdən imtina edərəm. Əzadarlıq məqaləsi silinməyib AzVikidən. Daxli keçiddən məqaləyə baxa bilərsiz. Bir də ki, mən burda heç kimi idarəçi etmirəm. İdarəçi statusu seçki yolu ilə istifadəçiyə verilir. Amma bir şeyi diqqətinizə çatdırım ki, sizin fəliyyətinizi diqqətlə izləyirəm. Və fəaliyyətiniz qeyri qənaətbəxşdir, hətta blok almağa yaxınsınız. Ancaq 5-6 məqalədə dini ayrı seçkiliyi - sünni-şiə məsələsini süni şəkildə qızışdırmaqla məşğulsunuz. Burda bu formada fəaliyyət göstərən "Stalker" adında istifadəçi var. Hər halda mən sizə fəaliyyətinizdə müəyyən korektələr etməyi tövsiyyə edirəm. --Sortilegus 21:03, 15 İyun 2010 (UTC)
- Stalker (müzakirə • töhfələr • statistikalar) və Turk (müzakirə • töhfələr • statistikalar) - burda hər ikinizin "fəaliyyətləri" bölməsinə baxın. Onu da diqqətinizə çatdırım ki, "Stalker" 6 ay müddətinə bloklanıb. Qeydiyyatdan keçməyən istifadəçilər tərəfindən, IP-lərdən edilən dəyişikliklər də nəzarətdədir. --Sortilegus 21:24, 15 İyun 2010 (UTC)
SALAM QARDASH,MEN COXDANDİ VAGO ADLİ BİRİNİN İSLAM HAQQİNDA YAZDİQLRİNA FİKİR VERİREM VE DUZELİSHLER EDİREM,CUNKİ BU ADAM İSLAMDAN DEYİL SHİELİKDEN YAZİR,VE EFSUSLAR OLSUNKİ BU ADAMİN YAZDİQİNİ HEC KİM DUZELTMİR.BİR TEREFLİ SHİELERİN MOVGEYİNİ TUTUR,HELE BİR MEQALESİNDE BU ADAM YAZMİSHDİKİ 3 XELİFEDE İSLAM DUSHMENİ OLUB.MARAQLİSİ BUDURKİ MENİ İZLEYİRSEN, BU ADAM AGZİNA GELENİ YAZİR BUNU İZLEYEN YOXDU,DEMEK Kİ SENDE BU ADAMİN AGLİNDASAN=EN AZİNDAN.HELE BU HARASİDİR BUTUN İSLAMİ MEQALELERDE BU YALNİZ SHİELİKDEN DEM VURUR.MEN SENDEN XAİSH EDİREM BU ADAMİDA İZLE VE CALİSH NEYTRALİTET VE BALANS POZULMASİN.EGER NEYTRALİTET POZULSA HEC KİM BURDAKİ MELUMATİN DEQİQLİYİNE İNANMAZ!!!!!!!! — Bu imzasız yazı Turk (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Mənim üçün sünni-şiə problemi yoxdur. Mən dini xurafatçılığın həmişə əleyhinə olmuşam. Onda belə danışaq - hansı məqalənin mətniylə razı deyilsinizsə, hansı bölmənin və ya cümlənin məqalədən çıxarılmasını istəyirsinizsə burda - mənim istifadəçi səhifəmdə yazın və izah edin ki, nəyə görə həmin mətn silinməlidir. Hər halda belə mübahisəli məqalələr 100-dən artıq olmaz. İdarəçilər isə burdakı 35 000 məqaləyə nəzarət etməli, yüklənən faylları, yaradılan şablonları nəzərdən keçirməlidirlər. Mən sizə söz verirəm ki, tam bitərəf olaraq qərar verəcəm və bu qərarımı sizinlə və digər mübahisə tərəfi ilə müzakirə edib icra edəcəm. --Sortilegus 15:59, 16 İyun 2010 (UTC)
BUYUR BU SENE
VAGO [Qədiri-Xum] SOHBETİNDE OZUNU BELE ASHİB,MEQALEDE TAMAMİ İLE SHİELERDEN DANİSHİLİR,İNDİ MEQALENİ DUZELDECEM SONRA BAX FERGLER NEDİ
SONRA İSTEYİRSENSE BİRDE NURCULLAR MEQALEİSNE BAX GOR ADAMLAR ORADA NE YAZİB ,
BİRDE DEYESEN SEN HELE OZUNDE MENİM DUZELDİYİM NURCULUQ MEQALESİNİ SİLMİSEN,SEBEBİNİ DE — Bu imzasız yazı Turk (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Oldu. Qədiri-Xum, Nurçular, Nurçuluq - 3 məqalə. Başqa hansı məqalələrlə bağlı etiraz varsa, lütfən onların da adlarını yazın. --Sortilegus 23:15, 19 İyun 2010 (UTC)
- Qədiri-Xum
- Nurçular
- Nurçuluq
- Həsən ibn Əli ibn əbu Talib
- Nikah
- Taliban
- Mehdi
- Aşura günü
- Şiə
- I Müaviyə
- Əzadarlıq
- Doka Umarov
- Sünni
- Cəfər Sadiq
- Əbu Hənifə
- Əbu Yusif
- Hənəfi məzhəbi
- Azan
- Maliki məzhəbi
- Şafi məzhəbi
- Əli bin Əbu Talib
- Qafqaz Əmirliyi
- Hənbəli məzhəbi
- Məzhəb
- Əli Bardakoğlu
- Əbu Bəkr
- Sələfilər
- Əfqanistan İslam Əmirliyi
Məscid
[mənbəni redaktə et]Sorry. Udinlər məqaləsi ilə bağlı Səfərin verdiyi ssılkada muzakirəni yəqin oxumusan da. Orda ən lağ obyektinə çevirdikləri məsələlərdən biri də bizim burdakı seçilmiş məqalələrimizdir. Məncə sayı artırmaq üçün yox, keyfiyyəti artırmaq üçün çalışmalıyıq. Qoy 2 seçilmiş məqaləmiz olsun, amma bütün vikistandartlara cavab versin, nəinki alayarımçıq 20-50 seçilmiş məqalə.--Sortilegus 21:00, 19 İyun 2010 (UTC)
Fikrinlə razıyam. Əlbəttə ki, seçilmiş məqalə Vikipediyanın bütün tələblərinə cavab verən, ümumi razılıq əsasında tərtib olunan məqalə olmalıdır və keyfiyyət birinci şərtdir. Məscid məqaləsinin nəyi pisdir ki? neytral və dini təbliğatdan uzaq bir məqalədir. Mən namizədliyini irəli sürmüşəm. Keçər ya keçməz - qoy istifadəçilər qərar versinlər. Əgər layiq deyilsə bu ayın axırına kimi məlum olacaq. --Ira 05:11, 20 İyun 2010 (UTC)
Animasiya
[mənbəni redaktə et]Salam. Bu şəkil [36] normalda hərəkətlidir. Amma mənim istifadəçi səhifəmdə ərəkətli olmur. Bu nədəndir? --sefer azeri 18:26, 20 İyun 2010 (UTC)
Salam. Sənin də səhifəndə hərəkətlidir.--Sortilegus 16:36, 20 İyun 2010 (UTC)
Ulduz
[mənbəni redaktə et]- Sortilegus, ulduz üçün çox sağ olun, ancaq doğrusu Vikipediya yalnız vaxt olanda tələm-tələsik girirəm, bundan da bir şey çıxmaz, ancaq inanıram ki, yeni-yeni istifadəçilər ilə Azərbaycanca Vikipediya yavaş-yavaş ən etibarlı informasiya mənbəyinə çevirilərək Vikipediya ailəsində öz layiqli yerini tutacaq, hələlik keyfiyyət məsələsi axsayır.--Melikov Memmed 17:29, 21 İyun 2010 (UTC)
Təkcə keyfiyyət məsələsi deyil. Problemlərin sayı daha çoxdur. Amma son 1 ildəki inkişaf onu göstərir ki, tədricən bütün bu problemlər öz həllini tapır və tapacaq. Sizin kimi "tələm-tələsik" Vikipediyaya girən və bu qədər dəyərli redaktələr edən istifadəçilərin sayı artdıqca belə problemləri aradan qaldırmaq daha asan olacaq. Hörmətlə:--Sortilegus 17:37, 21 İyun 2010 (UTC)
- Elə böyük işlərimin olmasına baxmayaraq, məni ulduza layiq gördüyün üçün və imtahanlarda uğur arzuladığına görə çox sağ ol. :) Hörmətlə:--Pərviz 22:35, 21 İyun 2010 (UTC)
Xarici keçidlər
[mənbəni redaktə et]Salam. http://karabakh-doc.azerall.info - bu sayt güvənilən saytdır? Mən nəzərdən keçirdim, çox maraqlı materiallar var. Həm də bütün tarixi dəlil və sübutlarla. Əsas sən bu sayta keçidləri əlavə edirsən məqalələrə → [37]. Problemsiz sayt olsa gələcəkdə rəsmi icazə almaqla materiallarından daha geniş istifadə edə bilərik.--Sortilegus 21:10, 21 İyun 2010 (UTC)
Salam, Sortilegus. Mənbə etibarlıdır. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi ilə Qarabağ Azadlıq Təşkilatı tərəfindən çap olunub. Həqiqətən maraqlı materiallar var. Məncə mənbə göstərməklə nəlumatları bura yerləşdirsək problem olmaz.
P.S. Daxil etdiyim məlumatlarda dəyərli redaktələrə görə təşəkkürlər. --Ira 21:19, 21 İyun 2010 (UTC)
Həmin təşkilatın sədri Akif Nağıdır. Onda Akif bəylə əlaqə saxlayıb materialların yerləşdirilməsinə rəsmi icazə alarıq.
P.S. Təşəkkürə görə təşəkkür:) Redaktə etmək bizim vəzifəmizdir - xidməti işimizi yerinə yetiririk. --Sortilegus 21:28, 21 İyun 2010 (UTC)
Akif Nağını şəxsən tanımıram. Amma əminəm ki, sən onu tatıyırsan. İmkan olsa icazə al. Bir də onda maraqlı şəkillər ola bilər. Əldə edə bilsək əla olar. Redaktə etməkdə professionalsan. Hərdən lap heyran oluram. Gülmə ha, həqiqi sözümdür :) --Ira 21:39, 21 İyun 2010 (UTC)
Ümumiyyətlə, Qərbi Azərbaycan, Qarabağ və ən nəhayət, Bütöv Azərbaycana dair AzVikidə məqalələr elə olmalıdır ki, "ilişməyə" xırda bir sap da qalmasın. Redaktorluq qabiliyyətimlə bağlı komplimentə görə də bir daha təşəkkürlər. Yazılı mətn redaktəsi mənim virtualla (internet) yanaşı həm də real həyatdakı peşəkar fəaliyyət sferama daxil olduğuna görə yəqin belə uğurlu alınır:)--Sortilegus 21:54, 21 İyun 2010 (UTC)
Kompliment deyil, professionallıq göz qabağındadır. Mən texniki sahənin mütəxəssisi olduğum üçün, cox zaman xırda şeylərə fikir vermirəm. Amma görürəm ki, sənin gözündən yayınmır. Daha bir məsələ, Ana səhifəni yeni variantla nə zaman dəyişəcəyik? Ruslar artıq dəyişiblər. Atalar demişkən: ağıllı fikirləşincə, dəli çayı keçdi. --Ira 22:03, 21 İyun 2010 (UTC)
Ana səhifəni yeniləməyi, yoxsa AzVikinin ümumi dizaynını dəyişməyi nəzərdə tutursan? Rus, ingilis və bir neçə digər böyük viki yeni dizayna keçiblər. Baxmaq lazımdır bunu necə ediblər, biz də edək. Ana səhifənin təklif olunan yeni variantında "Tarixdə bu gün" bölməsi tam hazır olmalıdır ki, onu dəyişək. Yəni 365 günün hamısı. Yoxsa bu bölməni hər gün yeniləmək mümkün olmayacaq. --Sortilegus 11:39, 22 İyun 2010 (UTC)
Xəbərdarlıq
[mənbəni redaktə et]Sortilegus, salam. İdarəçi Ira mənə yazdığı xəbərdarlıqdan belə çıxır ki, əgər o və Siz Azərbaycan dili məqaləsində “Azərbaycan türkcəsi” yazmamağı qərarlaşdırmışsınızsa mən buna cəhd etsəm bloklanacağam. Birincisi mən haradan bilməliyəm ki, Siz nə qərarlaşdırmısınız, ikincisi bu nə qədər düzdür ki, idarəçilər qərar verib Vikipediyanın ümumi qəbul olunmuş qaydalarını “ləğv edir” (çünki mən heç bir qayda pozmamışam). Bu cür bloklamalar ilə Azərbaycanca Vikipediya çox uzaqlara gedə bilməz, çox təəssüf ki, burada hələ bu cür düşüncələr hakimdir.--Melikov Memmed 07:40, 22 İyun 2010 (UTC)
Birincisi, bizim nə qərarlaşdırdığımızı siz məqalənin "tarixçə" səhifəsindən görməyə bilməzsiniz. İkinci, Vikipediyanın hansı ümumi qəbul olunmuş qaydalarının ləğv edilməsindən gedir. Azərbaycan dili məqaləsinin Azərbaycan Türkcəsi şəklində Vikipediyada yazılması hec bir qərarda qəbul olunmatyıb. Üçüncüsü, hələ bloklanmamısımız yalnız xəbərdarlıq edilibdir. Bir idarəçi kimi mənim Vikipediya qaydalarını pozanlara, idarəçilərin redaktələrinə hörmətsiz yanaşan hər bir istifadəçiyə xəbərdarlıq etməyə tam haqqım çatır. Dördüncüsü, Vikipediyanı uzaqlara apara biləcək istifadəçilər sizin kimilərdir. sabah da biri gəlib məqalənin adını Qafqaz tatarları dili qoysa onda necə, ona da göz yümaq. Gedin Azərbaycan konstitusiyası ilə tanış olun. Azərbaycan atributlarına (dilinə, bayrağına, gerbinə) hörmət edin! --Ira 08:33, 22 İyun 2010 (UTC)
Bloklamaqdan söhbət gedə bilməz. Sadəcə "Azərbaycan dili" məqaləsi ətrafında artıq nə vaxtdan bəridir ki, bu müzakirələr gedir. Məqalənin müzakirə səhifəsindəki müzakirədə iştirak edirsiz. İnanıram müzakirələrin gedişində hər şey Sizə aydın olacaq və biləcəksiniz ki, burda idarəçilər niyə bu məsələyə belə həssas yanaşırlar. Hörmətlə:--Sortilegus 11:46, 22 İyun 2010 (UTC)
- Mən məqalədə adlardan biri kimi də, mənbə göstərərək "Azərbaycan türkcəsi" ifadəsini əlavə etdim, heç müzakirələri oxumamışdım, Siz bunu siləndən sonra mən müzakirə səhifəsində qeyd yazaraq yenidən "Azərbaycan türkcəsi" yazdım. Bunlar adi şeylər və vandaliz hesab oluna biləcək heç nə yox. Bu məsələnin ilk tərəfi. Digərinə gəlincə, mənbələr göstərilərək məqalədə adlardan biri kimi də "Azərbaycan türkcəsi" yazılmasına bu qədər müqavimət olması düzü mənim üçün tam bir sürpiriz oldu (mən müzakirələri oxumamışdım), ancaq kim isə "Azərbaycan dili"ni "Azərbaycan türkcəsi" ilə əvəz etmək istəmir, sadəcə maqalədə bu dilin həm də belə adlanması göstərmək lazımdır, bu həm reallığa, həm də Vikipediya qaydalarına uyğundur, əgər bir anlığa təsəvvür etsək ki, Vikipediya dövlətin rəsmi saytıdır, yenə də bu məsələdə qəbahət bir şey ola bilməzdi.--Melikov Memmed 12:19, 22 İyun 2010 (UTC)
- Ümumiyyətlə, Vikipediya prinsiplərinə görə bu ensiklopediyanın dövlətə heç bir aidiyyatı yoxdur. Əsas dildir. Yəni İranda 30 milyon, Azərbaycanda 9 milyon, nə bilim, Tuvaluda Azərbaycan dilində danışan 1 şəxs (azərbaycanlı yazmadım, fikir verin) yaşayırsa, bura eyni dərəcədə İran, Azərbaycan, Tuvalu ensiklopediyasıdır:) Əsas dil bilgisidir - dövlət və milli mənsubiyyətin bura heç bir dəxli yoxdur. Dillə bağlı müzakirəni elə Azərbaycan dili məqaləsinin müzakirə səhifəsində davam etdirək ki, fikirlər istifadəçi müzakirəsi səhifələrinə "paylanmasın". Hörmətlə:--Sortilegus 12:30, 22 İyun 2010 (UTC)
İradə xanım, o dissertantları nəzakətli şəkildə yola sal çıxıb getsinlər:) (belə zarafata görə üzr istəyirəm). Cənublu qardaşlarımız danışdıqları dilə türk dili deyirlər və "Azəri" sözünü ümumiyyətlə qəbul etmirlər. Hər halda bu məsələ ilə bağlı biz burda nəsə bir ümumi qərara gələ bilməyəcəyik. Hamını müəyyən dərəcədə (!) razı salan qərar verilməlidir. Yoxsa ki, hər il bir neçə dəfə bununla bağlı müzakirə qızışır, bir qərar verilmir. Hörmətlə:--Sortilegus 12:12, 22 İyun 2010 (UTC)
Dessertantları yola saldım. Onlarla danışa-danışa özüm də fazari dilini öyrənmişəm :) Yox türk dili demirlər. Türk dili Türklər üçün deyirlər. Onu da soruşdum. :) Problemə gəldikdə düz deyirsən. Hər halda ümumi və yekun qərara gəlmək lazımdır. Yoxsa bu məsələ illərlə uzanacaq və konfliktlər yaradacaq. Ru. və eng. vikilərdə belə məsələlər barədə qərar qəbul edilir və qərarın yekunu məqalənin müzakirə səhifəsinə qoyulur. Məsələdən xəbərsiz yeni istifadəçi problemi qaldıran kimi ona bu qərarı göstərirlər, sakitçilik çökür. Biz də bu təcrübədən istifadə etməliyik. Hörmətlə, --Ira 12:37, 22 İyun 2010 (UTC)
Töhfə
[mənbəni redaktə et]Salam. Wertuosenin tövsiyəsi əsasında EnVikiyə uyğun {{Töhfə}} şablonunu alababat hazırlamışam. Düşünürəm ki, bir az da dəqiqləşdirmələr (əsasən sənəd hissəsində) apardıqdan sonra uyğun şablonların hamısını ləğv etmək olar. Siz bu işə necə baxırsınız? (Deyəsən bu gün "Müzakirələr günü"dür :)) --Vago 12:11, 22 İyun 2010 (UTC)
Salam. Çox əla! Ümumiyyətlə, şablonlarda belə ümumiləşdirmələr aparmaq vacibdir. 100 şablonun yerinə 1 belə universal şablon yaradılmalıdır. Şablon üzrə mütəxəssis Wertuosedir:) Qoy o baxıb bütün texniki əyər-əskiklərini aradan qaldırandan sonra mən də dil-üslub xətalarını düzəldərəm, tətbiq edərik. Müzakirələrin artması da əslində inkişaf göstəricisidir. Təbii ki, bütün müzakirələr etika çərçivəsində aparılmaslıdır. Düzdür, idarəçiləri və fəal istifadəçiləri müəyyən qədər işdən ayırır müzakirələr, amma bunsuz da olmur. Hörmətlə:--Sortilegus 12:19, 22 İyun 2010 (UTC)
Kaş ki...:))
[mənbəni redaktə et]Qorxma, elə də fərq yoxdur :))))--Vago 15:48, 22 İyun 2010 (UTC)
[38] Fərq yoxdursa, məqalələri redaktə edib qaydasına salaq. Mənim kimi hansı dinə, hansı millətə, hansı dövlətə tapınmsası "qeyri-məlum" olan birisinə kömək et:) "İslam" kateqoriyasındakı bütün məqalələri redaktə edək. Bitərəfliyinə güvənirəm.--Sortilegus 16:24, 22 İyun 2010 (UTC)
Yeni məqalələr
[mənbəni redaktə et]Salam. Commonsda hər yeni tapdığın şəkillə bağlı burda məqalə yaratmağa ehtiyac yoxdur. Çox yaxşı haldır ki, şəkilləri Commonsa yükləməyi öyrənmisən, amma şəklin rəssamı var, çəkildiyi dövr var - Azviki idarəçilərinə artıq problemlər yaradırsan. --Sortilegus 15:15, 22 İyun 2010 (UTC)
Anlamadım söhbət hansı şəkillərdən gedir? Bugeronun əsərlərini nəzərdə tutursunuzsa onlar hər tapılan şəkil deyil, məşhur əsərlərdir və digər vikilərdə də onlar haqqında ayrıca məqalələr var. Mən birinci şablonları yerləşdirdim. Bu axşam da inşallah məqalələri yazıb genişləndirməyi düşünürəm. Hörmətlə:--sefer azeri 21:00, 22 İyun 2010 (UTC)
Nə əcəb tanımırsız, məşhur rəssamdır. Bizdə deyəsən haqında məqalə yoxdur. Amma bir çox vikilərdə var [39]. Əsərləri çox gözəldir. Ona görə yaratdım məqalələri. Problem nədədi mən düzü başa düşmədim. Qısa olmalarındadırsa, zənginləşdirəcəm. Hörmətlə:--sefer azeri 21:49, 22 İyun 2010 (UTC)
Xüsusi adın tələffüs olunması
[mənbəni redaktə et]Mən artıq bunu burda izah etməkdən yorulmuşam:) Azərbaycan dilində xüsusi ad (adam adı, yer adı və s.) necə tələffüz olunursa elə də yazılır. Maykl Cekson (mən bu şəxs haqqında danışanda onun adını belə tələffüs edirəm). Bəs sən necə? "Michael Jackson"mu deyirsən?--Sortilegus 17:51, 22 İyun 2010 (UTC)
Hmmmm. Azərbaycan dilində belə qayda olduğunu bilmirdim. Marifləndirməyə görə minnətdaram. :) Bağışlayın ki sizi (həm də Wertuoseni) bezdirirəm bayaqdan. Mən də indiyə kimi yaratdığım bütün məqalələrdə Michael Jackson yazmışam. Eybi yox, söz, səhvlərimi təlafi edərəm. :) --sefer azeri 23:05, 22 İyun 2010 (UTC)
Maarifçilik funksiyasını öz üzərimə götürmək istəməzdim. Özümü buna layiq də bilmirəm. Amma tələsmə, sən yaratdığın səhifləri düzəltməyə başlasan, maarifçi kimi yox, idarəçi kimi işimiz burda xeyli çoxalacaq:) Hörmətlə:--Sortilegus 18:21, 22 İyun 2010 (UTC)
Buqro
[mənbəni redaktə et]Salam, Axşa Ovqatı səhifəsinə yazdıqlarımı niyə sildiniz? :(--sefer azeri 20:14, 22 İyun 2010 (UTC)
Düzəlişlərimi geri qaytardım. Adın transliterasiyanda problem var. İngiliscədəki "William" adı Azərbaycan dilinə "Uilyam" kimi transliterasiya olunmalıdır məncə. "Vilyam" kimi yox. Burda o qanun gözlənilib - Vilyam Şekspir məqaləsindən başqa.--Sortilegus 15:31, 23 İyun 2010 (UTC)
Salam. Bu məqalə silinməlidir. Sən sil, mən silsəm deyəcəklər qəsdi-qərəzliyi var :)--Ira 15:34, 23 İyun 2010 (UTC)
Salam. Qeyri-ensiklopedik məqalədir. Təbii ki, silinməlidir. --Sortilegus 15:42, 23 İyun 2010 (UTC)
- [40] və [41]
- Ələkrəm Hümmət var [42] bu talışdır, isə... — Bu imzasız yazı 85.141.115.194 (m) tərəfindən əlavə edilib;
Salamlar
[mənbəni redaktə et]Salam hörmətli Sotilegus . Necəsiniz ? Mən hərbi xidmətimi başa vurub qayıtdım . Ancaq bir il keçməyinə baxmayaraq görürəm ki , ana dilimizdə olan məqalələrin sayında elə də böyük artım olmayıb . İnşalllah sizinlə və digər dəyərli vətənpərvər istifadəçilərlə birlikdə uğurlu fəaliyyət göstərmək istəyirəm !
Hörmətlə !--Büyük Asparuh Bulgar 06:59, 8 İyul 2010 (UTC)
Salam Asparuh. Həmişə evində-eşiyində:) Düzdür, çox böyük artım olmayıb, amma məqalələrin keyfiyyəti xeyli yüksəlib. İnşallah, birlikdə daha yüksək nəticələr əldə edəcəyik. Hörmətlə:--Sortilegus 17:32, 13 İyul 2010 (UTC)
Communiqué "Geochange"
[mənbəni redaktə et]Salam. Xahiş edirəm mənim məqaləmin Communiqué "Geochange" saxlanılmasına səs verəsiniz.--Ismail Valiyev 09:28, 13 İyul 2010 (UTC)
Global Network for the Forecasting of Earthquakes
[mənbəni redaktə et]Salam Sortilegus. Ingilis wikipediyada mənim məqaləm haqqında çox böyük mübahisə gedir. Global Network for the Forecasting of Earthquakesxahiş edirəm orada səsvermədə iştirak edəsən. Bu təşkilatın əsasını azərbaycanlı alim Elçin Xəlilov qoyub.Və bu adın rast gəlindiyi bütün məqalələrdə qərəzli mövqelərə rast gəlinir. Xahiş edirəm səs verərkən http://en.wikipedia.org/wiki/Wikipedia:Articles_for_deletion/Global_Network_for_the_Forecasting_of_Earthquakes_%282nd_nomination%29 fikrinizi izah edin.Təşəkkür.--Ismail Valiyev 09:22, 17 İyul 2010 (UTC)
Usurpation
[mənbəni redaktə et]Hello Sortilegus. Can you help me with this request. Thanks. Rehman 10:26, 17 İyul 2010 (UTC)
- See page: Wikipedia:Changing username--Sortilegus 18:15, 17 İyul 2010 (UTC)
- The problem is, I don't understand the language. Meta asked me to ask you directly :(. Rehman 08:50, 18 İyul 2010 (UTC)
- Sortilegus, would you be willing to provide a basic instruction on the page for those visitors who don't speak the language? It would help immensely. Thank you! Kylu 03:56, 20 İyul 2010 (UTC)
Tarixi ərazi şablonu
[mənbəni redaktə et]Salam. Qərbi Azərbayandakı rayonlar haqqında olan məqalələrə tarixi ərazi şablonunu əlavə etmək lazımdır. Mən MrArifnajafovdan xahiş etmişdim, həmin şablon bu məqalələr üçün hazırlanıb və Vedi məqaləsinə tətbiq edilib. Amma tətbiq edə bilmədim. Mümkünsə siz tətbiq edin. Şablonun yuxarısındakı şəkil yerinə hər rayondan bir şəkil mən yükləyərəm. Bir də xəritənin adını dəyişib Qərbi Azərbaycan qoymaq lazımdır. --sefer azeri 18:44, 18 İyul 2010 (UTC)
- İyi akşamlar. Bir sorum olacaktı? Bu seçkin şekil değil mi? Sanırım bu da çözünürliği düşük olduğu için seçkinlikten çıkarıldı öyle değil mi?--Reality 00:39, 19 İyul 2010 (UTC)
Birde bu resimleri aday göstermek istiyorum. Göstermem de bir sakınca var mıdır?--Reality 00:46, 19 İyul 2010 (UTC)
- Birde eğer rahatsız etmiyorsam "Şablon:SŞ|şunu" Azericeye çevirebilir misiniz? Teşekkürler ve tekrar iyi geceler.--Reality 00:58, 19 İyul 2010 (UTC)
- Şu sayfaya seçildiğine dair bir not düşerseniz daha faydalı olur.--Reality 01:12, 19 İyul 2010 (UTC)
Bu istifadəçi Azərbaycan dilini bilmir--HombreDHojalata 20:38, 20 İyul 2010 (UTC)
Marika-25
[mənbəni redaktə et]Salam. Deyəsən AzVikini "daşlardan təmizləməklə məşğulsunuz" :) Marika-25-i niyə silmisiniz, aydın olmadı axı, özü istəyib ki?!
Salam. İstifadəçi səhifələrinin təftişini aparıram. Bu günə qədər tam nəzarətsiz qalıb, ona görə çoxlu lazımsız yazılar yazılan belə səhifələr var. Səhv etmirəmsə, Marika-25-in istifadəçi müzakirəsi deyil, istifadəçi səhifəsinə "xg" şablonu artırılmışdı, sonra isə silinmişdi. Səhifəni istifadəçi özü yaratmamışdı. Hörmətlə:--Sortilegus 11:05, 21 İyul 2010 (UTC)
Yox, mətn yazıb, sonra mətni məqaləyə köçürüb, istifadəçi səhifəsindən silib.--Sortilegus 11:07, 21 İyul 2010 (UTC)
- Görün nə qədər töhfəsi var? Maşallah!--Vago 11:12, 21 İyul 2010 (UTC)
Elədir. Bir vaxt aktiv olub. Amma töhfənin olmasının istifadəçi səhifəsinə aidiyyatı yoxdur. İstifadəçi səhifəsində yerləşdiriləcək məlumatlar üçün də konkret tələblər var. Yəni səhifəni məqalə yerinə işlətmək düzgün deyil. --Sortilegus 11:16, 21 İyul 2010 (UTC)
Kayzen.az
[mənbəni redaktə et]Salam. Kayzen.az niyə Vikipediyanın qara siyahısına salınıb ki?! Külək məqaləsində bu saytdan götürülən yazını sildim. İnşallah sonra məqaləni zənginləşdirərik. Hörmətlə,--Vago 11:15, 23 İyul 2010 (UTC)
Salam. İstifadəçi o sayta həddən artıq çox xarici keçidlər əlavə edirdi burdakı məqalələrdə. O da "mötəbər mənbə" kateqoriyasına aid ediləcək sayt deyil. Şəxsi saytdır və saytın sahibi nə istəsə yaza bilər orda. Amma mən saytı nəzərdən keçirmişdim o vaxt, elə bir problemə rast gəlməmişdim. Gələcəkdə bəlkə də qara siyahıdan çıxardıq. Hörmətlə:--Sortilegus 11:19, 23 İyul 2010 (UTC)
Peyğəmbərin(s.a.v) hədisləri
[mənbəni redaktə et]Salam. SELEFI (müzakirə • töhfələr • statistikalar)-nin yaratdığı Peyğəmbərin(s.a.v) hədisləri məqalədəki materialları VikiSitata köçürək, yoxsa VikiMənbəyə (Adını hələ ki dəyişmirəm, onsuz da silinəcək). Hörmətlə,--Vago 07:42, 26 İyul 2010 (UTC)
Coord
[mənbəni redaktə et]Salam. {{Coord}} şablonunda cəhətlərin adlarında dəyişiklik olundu (şm, c, ş, q - şm.e - "Şimal en", ş.u. - "şərq uzunluq" və s.). Bunları baş hərflə vermək lazımdır, yoxsa belə qalsın? (Məsələn, bax: Ağ göl). Hörmətlə, Vago 11:16, 28 İyul 2010 (UTC)
Salam. Məncə, belə - kiçik hərflə daha yaxşı görünür. Hörmətlə:--Sortilegus 15:51, 28 İyul 2010 (UTC)
Səsvermədə iştirak
[mənbəni redaktə et]Sortilegus, salam. Necəsən? Çoxdandır bir sual məni narahat edir: nədən Seçilmiş məqalə nəmizədləri səsverməsində iştirak etmirsən: [43]. Məncə təcrübəli istifadəçi və idarəçi kimi səsvermələrin heç olmasa bəzilərində iştirakın vacibdir. Əgər nəsə ciddi bir səbəb varsa xəbər elə - mən də iştirak etməyim. Hörmətlə, --Ira 05:56, 29 İyul 2010 (UTC)
Salam. Yaxşıyam, təşəkkürlər. Seçilmiş məqalə səsverməsində iştirak edib lehinə və ya əleyhinə səs verməmişdən qabaq məqaləni birinci cümlədən axırıncı cümləyə qədər oxuyuram. Sonuncu səsverməyə çıxarılan məqalələri oxumağa vaxt tapmadığıma görə qarasına səs verməyi lazım bilmədim. Həm də düşünürəm ki, seçilmiş məqalə şərtlərini bir az gərək çətinləşdirək. Laboratoriyadan keçməsi təklifi gözəl təklifdir - gərək o prinsipi qəbul edənə qədər hələlik seçilmiş məqalə səsvermələrini dayandıraq. Seçilmiş məqalə bütün viki standartlara cavab verməlidir. Təəssüf ki, hazırda bizdəki seçilmiş məqalələr ən yaxşı halda elə "yaxşı məqalə" şərtlərinə cavab verir. Hörmətlə:--Sortilegus 11:46, 29 İyul 2010 (UTC)
Kiçik hərf
[mənbəni redaktə et]Salam Sortilegus. Deyəsən, şablon üzrə mütəxəssislərimiz tətilə çıxıblar :) Elə bir şablon varmı ki, böyük hərflə başlanan sözün ilk hərfini də kiçik etsin? Hörmətlə, -Vago 12:22, 29 İyul 2010 (UTC)
Salam. Sözün düzü, rast gəlməmişəm. Şablonların siyahısından istəyirsən axtar, bəlkə tapa bildin. Şablonları da gərək təftiş edək. Həddən artıq çox və təkrar-təkrar yaradılmış lazımsız şablon var. Hörmətlə:--Sortilegus 12:27, 29 İyul 2010 (UTC)
- Birdən lazım olsa, istifadə edə bilərsiniz:
Əlifba sırasına görə {{lcfirst:Şəxslər}}
Alınır:Əlifba sırasına görə şəxslər
Təhqir
[mənbəni redaktə et]Salam. Artıq neçənci dəfədir, commonsda erməni mənşəli bir istifadəçi mənim yüklədiyim fayllara yazdığım şərhləri və kateqoriyaları dəyişərək mənə söyüş yazır ([44], [45]). Bununla nəsə etmək mümkündür?Hörmətlə:--Sefer azeri 21:07, 29 İyul 2010 (UTC)
Təşəkkür
[mənbəni redaktə et]Salam. Mənim emailimə Eltac Yuzbaşov adlı şəxsdən məktub gəlib. Könül Bünyadzadə məqaləsində etdiyiniz düzəlişlərə görə sizə təşəkkür edir. Hələ təcrübəsiz istifadəçi olduğuna görə istifadəçi müzakirəsi səhifəsində ismarıc yaza bilmir. Hörmətlə:--Sortilegus 19:20, 28 İyul 2010 (UTC)
Könül Bünyadzadə məqaləsinə görə yazdığınız xoş sözlərə görə çox sağ olun. Alim xanımın tərcümeyi-halı xoşuma gəldi, bir balaca mətnə əl gəzdirdim. Ziyalı və dəyərli insanların həyatı və nailiyyətlərini oxumaq insan güc verir.
Bu gün Biləsuvara, Milli Qəhrəman Mübariz İbrahimovun ata evinə getmişdim, atası ilə söhbət etdim, ona rəhmət dilədim.
Birdə. Bəzən gecə saat 12-dən sonra vikipediyamızda imzalarını tanıdığım çəxslərin işlədiyinin şahidi oluram.Ancaq nədənsə bir-birimizə sadəcə " salam" demək yadımıza düşmür.--Acategory 16:13, 29 İyul 2010 (UTC)
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Vikipediyada aktiv istifadəçilərin ünsiyyəti üçün irc kanalı var - çat funksiyasını yerini yetirir. Bir çox vikipediyada istifadəçilər bu kanalda bir-biri ilə ünsiyyət qururlar. Bizdə də bir ara aktiv idi. İndi mən bilən işləmir. Çalışıb onu da qaydasına salarıq. Hörmətlə:--Sortilegus 17:57, 29 İyul 2010 (UTC)
Salamlar
[mənbəni redaktə et]Selamlar Sortilegus, umarım anlaşabiliriz. Ben bir süredir tr.wiki'de OTRS gönüllüsüyüm. Yani info-tr@wikimedia.org adresine gelen epostaları yanıtlıyorum. Gönderilen şekillere verilen izinleri ekliyorum. Size söylemek istediğim info-az@wikimedia.org için başvuru yapsak, bu hesap için birkaç gönüllü Wikimedia'ya başvuru yapsa. Gelen epostalara cevap verse. Daha sonrada Kend Meydanında falan da bu adresi yayınlardınız. Son olarak rica edersem buraya ve burayada bakabilir misin. Eğer düşünceniz olumlu ise yardımcı olmak isterim. Hörmətlə: --taysin (mesaj) 10:18, 30 İyul 2010 (UTC)
- Salam. Çox gərəkli bir işdir. Mən keçid verdiyiniz səhifələri təftiş edim, sonra digər idarəçilərlə məsləhətləşib qərar verək. Dəyərli məlumata görə təşəkkürlər. Hörmətlə:--Sortilegus 10:29, 30 İyul 2010 (UTC)
Kateqoriya
[mənbəni redaktə et]Salam. Filankəs Filankəsov haqqında filmlər kateqoriyalarını yaratmaq düzgündür. Gün kateqoriyalarını da yaxşı yaratmısan. İndi məsələn, şəxslər haqqında məqalələrə tutaq ki, "14 fevralda doğulanlar", "5 yanvarda vəfat edənlər" kimi kateqoriyalar əlavə etmək lazımdır. Bunları da "Doğum günlərinə görə şəxslər" və "Vəfat günlərinə görə şəxslər" kateqoriyalarında toplamaq lazımdır. Orda sadəcə bir texniki məsələ var - ay məqaləsində günlərin ardıcıl görünməsi üçün - ona da əməl etmək gərəkdir ki, günlər ardıcıl düzülsün kateqoriyaya. Yorulmayasan.Hörmətlə:--Sortilegus 10:21, 30 İyul 2010 (UTC)
- Dünən bu məsələ haqqında düşündüm. Lakin həmin şablonlara "14 fevralda doğulanlar", "5 yanvarda vəfat edənlər" yox, "14 fevral", "5 yanvar" kateqoriyaları əlavə olunur. Elədirsə, düzəliş verirəm. Hörmətlə, --Vago 10:30, 30 İyul 2010 (UTC)
- "14 fevralda doğulanlar", "5 yanvarda vəfat edənlər" kateqoriyaları "14 fevral", "5 yanvar" kateqoriyalarının içində olmalıdır. Eynən "İllər" kateqoriyasındakı kimi. Amma "Şəxslər" şablonuna "Əlifba sırasına görə şəxslər" kateqoriyası əlavə etmək əla ağlına gəlib:) Mən də "Dövlət xadimi" şablonuna əlavə etdim. Kateqoriyalar bölündükcə "Əlifba sırasına görə şəxslər"in içində "Əlifba sırasına görə futbolçular", "Əlifba sırasına görə rəssamlar" və s. bu cür altkateqoriyalar əlavə edib konkretləşdirərik. Hörmətlə:--Sortilegus 10:45, 30 İyul 2010 (UTC)
Doğum və ölüm günlərini də nəzərdə tutmuşam. Necə ki, RuVikidə var. Hələ intervikiləri də əlavə etmək lazımdır. Bir robot botumuz da olsaydı çox yaxşı olardı. -- Cekli829 15:25, 30 iyul 2010 (Cek vaxtı ilə)
- Bot idarəçilərimizdən birində mütləq olmalıdır. Amma onunçün də texniki məsələrdən az-çox başı çıxan idarəçi lazımdır. İntervikilər əlavə edən bot ən sadə botdur. Bizim daha mürəkkəb əməliyyatlar yerinə yetirən bota ehtiyacımız var. Bura 100-dən artıq botdan tək birinin sahibi Azərbaycan dilini bilir - Mardetanhanın botu. Mardetanhayla Qdanskda tanış olduq, Zəncanlı soydaşımızdır. Azərbaycanı çox sevən birisidir. Mən xahiş edərəm, bizə mürəkkəb əməliyyatlar yerinə yetirə bilən bir bot yaratmaqda yardımçı olar. --Sortilegus 10:45, 30 İyul 2010 (UTC)
IP ünvanı
[mənbəni redaktə et]Salam, istifadəçinin IP ünvanını müəyyən edə bilirikmi? Hörmətlə, --Vago 13:55, 30 İyul 2010 (UTC)
Salam. Nəinki IP ünvanını — hansı ölkənin hansı şəhərində, şəhərin hansı məhəlləsinin hansı küçəsində, hansı küçənin hansı evində — müəyyən edə bilirik:) (zarafat kimi bir şaka):)--Sortilegus 14:12, 30 İyul 2010 (UTC)
- Deməli, hazırda bu məsələ məni aciz qoymağı bacarsa da, bizi aciz qoya bilməz. Buna da şükür :) --Vago 17:16, 1 Avqust 2010 (UTC)
Dövlət dili məqaləsi haqqında
[mənbəni redaktə et]Salam, Sortilegus. Siz adı çəkilən məqalədə " Dövlət dili" anlayışını "Rəsmi dövlət dili" anlayışı ilə əvəz etmisiniz. Hüquqda "Rəsmi dövlət dili" anlayışı yoxdur. Müxtəlif ölkələrdə ya " Dövlət dili" ya da " Rəsmi dil" termini işlədilir. Ona görə də Sizə hörmətim olsa da məqalədə düzgün termini geri qaytardım.--Acategory 05:31, 1 Avqust 2010 (UTC)
Təşəkkür edirəm
[mənbəni redaktə et]Thank you for creating the Ram Narayan article. Best regards Hekerui 10:34, 2 Avqust 2010 (UTC)
Doğum tarixi
[mənbəni redaktə et]Salam. Şablondan bəlkə "cu-ci il" hissəsini çıxaraq? Sadəcə "8 oktyabr 1964 (45 yaş)" qalsın, "8 oktyabr 1964-cü il (45 yaş)" yox. Bir də vəfat və ya ölüm tarixi şablonu hansıdır? Hörmətlə:--Sortilegus 16:10, 4 Avqust 2010 (UTC)
- Salam. Nə təhər məsləhətdir. {{Vəfat tarixi}} elə ölüm tarixi şablonu deməkdir. Sadəcə, insan ölüb, yaxud şəhid olubsa, hər ikisinə "vəfat edib" demək olar. Məsələn, Mübariz İbrahimov ölüb yox, şəhid olub deyirik. Bu üzdən şəhidlər haqqında "ölü" kəlməsini işlətməmək üçün {{vəfat tarixi}} və {{Vəfat tarixi və yaşı}} şablonundan istifadə edirəm (səhv etmirəmsə, ərəb dilində də belədir. Bu haqda Quranda da qeyd olunur. /bax: Bəqərə surəsi, 154). Əgər razılaşsaq, hətta şəxslər şablonunda "Ölüm tarixi"ni "Vəfat tarixi"nə dəyişə bilərik. Hörmətlə, --Vago 05:29, 5 Avqust 2010 (UTC)
Şəkilçinin çıxarılmasının tərəfdarı deyiləm. -- Cekli829 10:43, 5 avqust 2010 (Cek vaxtı ilə)
{{Vəfat tarixi}} - bu düzgündür. Amma şəxslər şablonunda düzəliş etmək artıq gecdir. 10 000 məqalədə "Ölüm tarixi" gedib. Şablonda düzəliş etməklə iş bitməyəcək, gərək 10 000 məqalədə bir-bir sonra düzəliş edək. Amma gələcəkdə "Şəxslər" şablonu yavaş-yavaş səhifələrdən azalacaq və daha konkret şablonlarla əvəz olunacaq. O konkret şablonlarda çalışıb "Vəfat tarixi" yazmaq lazımdır.
- {{Şəxslər}} şablonu istifadə olunan məqalələrin hamısında birdən "Ölüm tarixi"ni "vəfat tarixi" ilə əvəz etmək bir neçə saniyəlik işdir, təbii ki, əgər izin versəniz.:) --Vago 05:27, 6 Avqust 2010 (UTC)
Şəkilçi məncə orda artıq yer tutur. Onsuz da şəkilçisiz də məlumdur ki, ildən söhbət gedir. Hər halda başqa istifadəçilərin də fikrini öyrənək bu məsələ ilə bağlı, sonra qərar verək. Hörmətlə:--Sortilegus 18:37, 5 Avqust 2010 (UTC)
- Mənim üçün bir sakıncası yok :) --Vago 05:27, 6 Avqust 2010 (UTC)
Vikilüğət
[mənbəni redaktə et]Salam, Vikilüğətdə redaktə tastaturasını dəyişmək istəyirəm. Köməklik göstərə bilərsinizmi? (Aktiv istifadəçi Sinan orada idarəçinin olmadığını söylədi)--Vago 12:10, 6 Avqust 2010 (UTC)
Vikilüğətdə idarəçi yoxdur deyə sistem məlumatlarını redaktə etmək olmur. Hər dəfə stüardlara müraciət etmək lazım gəlir. Bəlkə sənin üçün VikiLüğətdə müvəqqəti idarəçi statusu alaq? Lazım olan sistem məlumatlarını burdan at ora. Mən VikiSitatda müvəqqəti status götürüb bəzi məlumatları yeniləmişəm bir neçə ay bundan əvvəl. Hörmətlə:--Sortilegus 17:37, 6 Avqust 2010 (UTC)
- Necə məsləhət bilirsiniz. Orada fellərin zaman formaları ilə və isimlərin hallanması ilə bağlı şablonları qaydaya salmaq fikrindəyəm. Bu arada qanunauyğunluqlara tabe olmayan hallar var. Orada demək olarki əsas aktiv istifadəçi olan Sinandan xahiş edəcəyəm həmin halları desin, şablonlara əlavə edim. Bir filoloq kimi, Sizin də məsləhətlərinizə ehtiyac duyulur. Hörmətlə,-Vago 06:49, 7 Avqust 2010 (UTC)
VikiMənbədə Eminin, VikiLüğətdə Sinanın gördüyü işlər əvəzsizdir. Nə kömək lazım olsa mən həmişə hazır. Styuardlara müraciət edib sənin üçün VikiLüğətdə heç olmasa 3 aylıq müvəqqəti idarəçi statusu almağa çalışarıq. Hörmətlə:--Sortilegus 20:12, 7 Avqust 2010 (UTC)
İdarəçi ulduzu
[mənbəni redaktə et]Salam. Ulduza, ən əsası səmimi sözlərinizə görə təşəkkür edirəm. Hörmətlə, --Vago 06:08, 8 Avqust 2010 (UTC)
"GEOCHANGE" Rəsmi Bəyanatı
[mənbəni redaktə et]Salam Sortilegus mənim köhnə user adım İsmayil Valiyev idi.İngilis wikipediyada Azərbaycan haqda məqalələr qoyurdum.Lakin o akauntu bagladilar bu mənim yeni akauntumdu mən bu məqaləni ingilis dilində yaratmışdım məqalə silindi.Sonra Azəri variantını siz sildiz "GEOCHANGE" Rəsmi Bəyanatı- nın saytına [46] girsəz görərsiz ki kifayət qədər maraqlı məqalədi həm bu fikrin əsasını Victor Efimovich Khain [ http://en.wikipedia.org/wiki/Victor_Efimovich_Khain] və Elçin Xəlilov [47] qoyub.Mən belə hesab edirəm məqalə bərpa edilərək redaktə edilməlidir. Təşəkkür.--Earth Defender 05:59, 9 Avqust 2010 (UTC)
Vikisitat loqosunun "talehi"
[mənbəni redaktə et](Silmə qeydləri); 04:33 . . Sortilegus (Müzakirə | Köməklər) "Şəkil:Wiki.png" silindi (Dublikat fayl) Bu bilirsiniz nə deməkdir?! Mühafizə olunan Vikisitat loqosunu sildiniz! x( Tez onu bərpa edin, saytın loqosu yoxdur!--Pərviz 17:32, 9 Avqust 2010 (UTC)
Vikisitat loqosu commonsa yüklənməyib?--Sortilegus 17:42, 9 Avqust 2010 (UTC)
- Commonsa yüklənib, amma saytın loqosu olması üçün həmin vikidə wiki.png şəkildə olmalıdır. Xahiş edirəm, tez bərpa edin! Hörmətlə:--Pərviz 17:46, 9 Avqust 2010 (UTC)
Bərpa elədim. Amma çox böyük ehtimal ki, sistem məlumatlarının hansınınsa içində bu faylı commonsdakı ilə əvəz etmək mümkündür ki, saytda commonsa yüklənən loqo görünsün. --Sortilegus 18:18, 9 Avqust 2010 (UTC)
Salam. Babaları, atası xan olan birini bəy adlandırmaq düzgün deyil [48]. Kimsə öz xatirələrində və ya saytında "bəy" yazsa da məntiqi cəhətdən bunu doğru saymıram. --Ira 19:23, 9 Avqust 2010 (UTC)
Salam İradə xanım. Sözün düzü mən də ədəbiyyatlarda adın Behbud xan Cavanşir variantına rast gəlmişdim. Amma Vikidə Behbud bəy Cavanşir variantının da adı tez-tez keçir. Hələ Behbud ağa Cavanşir, Behbud bəy Cavanşirski variantı da var. Bunun ziyanı yoxdur - qoy indiki kimi bütün variantlar Behbud xan Cavanşir variantına yönlənsin ki, gələcəkdə təkrar mətnli məqalə yaradılmasın. Çox böyük ehtimal ki, cümhuriyyət parlamentinin üzvü olanda adı Behbud bəy Cavanşir kimi rəsmi sənədlərdə göstərilib, ona görə bu 2 variantlılıq yaranıb. Bir də dəqiqləşdirmək lazımdır, nazir postları tutanda rəsmi sənədlərdə adı necə gedib. Hörmətlə:--Sortilegus 00:43, 10 Avqust 2010 (UTC)
Salam
[mənbəni redaktə et]Axan salam. İşlər necədir? Çoxdandır görünmürsən. Mənə 1 email yaz. Bir məsələni səninlə dəqiqləşdirmək istəyirəm. Hörmətlə:--Sortilegus 00:28, 10 Avqust 2010 (UTC)
- salam email (mail.ru) yazdim.--Axan.bulut 05:44, 10 Avqust 2010 (UTC)
- ne oldi yoldash!--Axan.bulut 12:07, 10 Avqust 2010 (UTC)
- Vikilüğət = ویکی لغت
- Açıq lüğət = آچیق لغت
- Vikisitat =ویکی سیتات
- Vikikitab =ویکی کیتاب
emailə bax--Axan.bulut 12:46, 10 Avqust 2010 (UTC)
salam.mənən incimə--Axan.bulut 08:43, 11 Avqust 2010 (UTC)
شخصلر
[mənbəni redaktə et]Salam. "شخصلر" şablonuna münasibətiniz necədir? Hörmətlə, --Vago 09:08, 10 Avqust 2010 (UTC)
Salam. Məncə ərəb qrafiksasıyla yazılan şəxslər haqqında məqalələrə əlavə etsək pis olmaz. Hörmətlə:--Sortilegus 09:29, 10 Avqust 2010 (UTC)
- Kateqoriyanı nəzərdə tütürsunuz?--Vago 09:32, 10 Avqust 2010 (UTC)
Şablonun özünü. Ərəb əlifbasıyla hələ kateqoriyalar yaratmayaq. Ərəb əlifbasında olan məqalələri latınla olan kateqoriyalara yığmaq lazımdır hələlik. Bir də ki, ərəb əlifbalı məqalələrə intervikilər əlavə etmirik. Bu 2 əlifbalı vikipediya problemini çözənə qədər.--Sortilegus 09:36, 10 Avqust 2010 (UTC)
- Mümkünsə, necə görmək istədiyinizi nümayiş etdirəydiniz (nümunəvi məqalə kimi).--Vago 09:42, 10 Avqust 2010 (UTC)
Şəxlər
[mənbəni redaktə et]Salam. Şəxslər haqqında ərəb qrafikası ilə yazılmış məqlələrlə necə işləmək lazım olduğu aydın oldu. Bir xahişim var: Mümkünsə, şəxlərlə bağlı məqalələrə Doğum tarixi, vəfat tarixləri ilə bağlı şablonları yerləşdirin (Şəxslər şablonu hökmən bütün şəxslər haqqında məqalələrə əlavə edilməli, eyni zamanda Şəxslər kateqoriyası götürülməlidir ki, ona şablonun əlavə edilməsi bilinsin. Onsuz da bu halda şəxlər kateqoriyasına gərək qalmır, çünki "Əlifba sırasına görə şəxslər" kateqoriyası onu əvəz edir). Fikrim budur ki, gələcəkdə "Doğum tarixi göstərilməyən şəxslər haqqında məqalə", "Doğum günü göstərilməyən şəxslər haqqında məqalə", "Doğum ayı göstərilməyən şəxslər haqqında məqalə", "Vəfat tarixi göstərilməyən şəxslər haqqında məqalə" kimi kateqoriyaları şablonlarda yerləşdirək ki, belə məqalələri asanlıqla tapıb "zərərsizləşdirmək" :) imkanımız olsun. Hörmətlə --Vago 10:33, 10 Avqust 2010 (UTC)
Salam. Yaxşı ideyadır. İndilik faktiki AzVikinin yarısı elə şəxslər haqqında məqalələrdir, ona görə bu işi tədricən görə bilərik, qısa müddətə çətin olar bizim üçün. İdarəçilərə, bir də fəal istifadəçilərə də məlumat vermək lazımdır bununla bağlı. Bir də səndən bir xahişim var: əski əlifbada
- Vikilüğət
- Açıq lüğət
- Vikisitat
- Vikikitab
necə yazılır? Axan 2-sinin variantını yazıb mənim müzakirə səhifəmdə, onlara da bir baxarsan. Hörmətlə:--Sortilegus 07:18, 11 Avqust 2010 (UTC)
- Axanın yazdığı "Viki sitat" və "Viki kitab"dır (ayrı-ayrı yazılıb). Bitişik yazılış isə belə olmalıdır:
- Vikilüğət: ویکی لغت - ویکیلوغت
- Açıq lüğət: آچیق لغت - آچیق لوغت
- Vikisitat: ویکیسیتات(bitişik) ویکی سیتات
- Vikikitab: ویکیکیتاب(bitişik) ویکی کیتاب
Elektron ünvanınıza çevirici proqramı göndərirəm. --Vago 07:39, 11 Avqust 2010 (UTC)
Təşəkkürlər. O proqram nə dərəcədə düzgün çevirir? Mən bilən latından ərəbə dəqiq çevirən proqram hələ yoxdur. --Sortilegus 07:41, 11 Avqust 2010 (UTC)
- Nətcəni oxuyanda çətin də olsa başa düşürəm. Özüm yazmağa gəlincə, məsələn, "s" səsinin bildirən "sad" hərfi, yaxud "sin" hərfinin, eləcə də "t" səsini bildirən "Ta" və "tə" hərflərinin harada işlədilməsini dəqiq bilmirəm.--Vago 07:45, 11 Avqust 2010 (UTC)
ayrı-ayrı yazılsa daha düzgün və sadəcə oxunar.buna görə ki "viki" və "kitab" hər biri Ayrı İsm dir.lüğət kələməsi belə "لغت" yazılsa normal və düzgün dır.bax:|آنا صحیفه--Axan.bulut 08:57, 11 Avqust 2010 (UTC)
Gərək əski əlifbanı yaxşı bilən birindən soruşaq ki, səhv olmasın.--Sortilegus 11:41, 11 Avqust 2010 (UTC)
Şablonlar
[mənbəni redaktə et]Rus vikipediyasındakı şablonları ucdatutma AzVikiyə dublikat etmək bizə xələl gətirmir ki?!--Vago 07:57, 11 Avqust 2010 (UTC)
Bir vaxt ucdantutma ingilis vikisindən bura köçürüb 1-2 türk istifadəçi, hələ indiyə qədər onları düzəldə bilmirik. Şablon da eynən məqalə kimi Azərbaycan dilində və tam anlaşılan formada olmalıdır. Rusdan tərcümə edib bura köçürmək olar, başqa cür sonra problem yaradacaq. --Sortilegus 11:41, 11 Avqust 2010 (UTC)
Şahin Sultanov məqaləsi barədə
[mənbəni redaktə et]Salam, Sortilegus. Şahin Sultanov məqaləsində olan şəkli ona görə çıxartmışdım ki, orada verilmiş şəkil onun deyil. O Prezidentin təhlükəsizlik məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyevin şəklidir. Hörmətlə --Acategory 14:48, 10 Avqust 2010 (UTC)
"Azərbaycan dilinə qayğıya görə" mükafatınız mübarək
[mənbəni redaktə et]Salam, Sortilegus ! Siz yeni təsis edilmiş " Azərbaycan dilinə qayğıya görə" mükafatının ilk iki laureatından biri kimi " Azərbaycan Vikipediyasının inkişafında göstərdiyiniz fədakarlığa və dilin təmizliyinin qorunub saxlanmasında xüsusi xidmətlərə görə " təltif edilmisiniz. Bu münasibətlə Sizi ürəkdən təbrik edirəm. Böyük hörmətlə --Acategory 14:08, 11 Avqust 2010 (UTC)
Salam. Təşəkkür edirəm. Mən sizin burdakı məqalələrdə etdiyiniz redaktələri izləmişəm və Azərbaycan dilinin leksikasını, sintaksisini, qramatikasını doğrudan da gözəl bildiyinizin şahidi olmuşam. Mənə elə gəlir ki, bu mükafata layiq dəyərli vikidaşlarımızdan biri də sizsiniz. Hörmətlə:--Sortilegus 17:04, 11 Avqust 2010 (UTC)
bot
[mənbəni redaktə et]Hi, can I run my bot? I requested here. please help me, thanksEbraminio 18:19, 11 Avqust 2010 (UTC)
Şəkillər
[mənbəni redaktə et]Salam. Hansı şəkilləri ki kollaj kimi düzəldirsən, onları tək-tək saxlamağa ehtiyac var? Tutaq ki, Pirverdinin xoruzu (film, 1987)-da həm filmin adını, həm də 4 şəkli aşağıdakı şəkillərə əlavə etmək məncə artıqdır. Amma orda şəkli kollajda olan aktyorların ayrı-ayrı filmlərdən şəkillərini kollaj edib eynən filmlərdəki kimi onların haqlarında olan məqalələrə əlavə etmək olar ("Şəxslər" şablonuna yox, aşağıda və ya məqalənin içində). Belə necə olar?--Sortilegus 18:07, 11 Avqust 2010 (UTC)
Salam. Ehtiyac var. Kollajda olan şəkilləri digər məqalələrdə istifadə edəcəm. Adları da. Kollaj çox vaxt aparır. Aktyorlar üçün Ayrıca kadrlar daha uygundur. Ancaq eyni filmdən kollaj bəlkə də olar. (Eyni filmdən bir neçə kadr eyni aktyorun səhifəsində olarsa) Mən filmlər üçün kollaj yaratmışdım. Primitiv poster şəklində. Şəxslər üçün çox da uyğun gəlmir. Görək də iş başdan aşır. Uğur olsun!
P.S. Yeri gəlmişkən buradan Sənə, Cekliyə və Vagoya xüsusi təşəkkürümü bildirirəm. Azərbaycan kinosu məqalələrində redaktələrə görə.
--Vüsal Ağayev 18:52, 11 Avqust 2010 (UTC)
Əsəblərlə oynayırlar
[mənbəni redaktə et]Salam Sortilegus. Mən bunu sizə yazdıqda əsabdən əllərim əsir. Dünəndən çox səbr edirəm. Dünənki söhbətləri bağlayıb işimi davam edirdim. Cekli mənim fəaliyyətimdən yaman qıcıqlanır. İdarəçi səhifəsində bu gün yazdıqları əvvəl onun özünə sonrada sizə yazmağıma təhrik etdi. Mən çox xahiş edirəm ciddi işləyən insanları bu cür işindən yayındırmasın. Əgər tarixə baxsaq ayırd etsək dünən kənd meydanında baş verənlərin səbəkarı cekli özüdür. Onun fəaliyyətini dondurmağa qarşı məndə ciddi sübutlar var mən bunları açmadım aylardır. Əgər onun daxil olduğu İplere baxılsa bir neçə istifadəçi adıyla qeydiyyatdan keçdiyi bilinər. Bunu onun üzünədə sğyləmişəm və boynuna alıb ki Aygün və Aytən adlarıyla bağlı nikləri həyat yoldaşına və bacısı üçün açıb və (lakin bu adlar hələdə bir iiş görməyib). Bunu əvvəl boynundan atsada mən ona bunu isbatladım. Yəqin ki həmin acıqlar onda qalıb ki bu gün mənim fəaliyyətimi qəbul edəbilmir. Onun sölərini birdaha sizə göndərirəm:
- Belə ki, mən nə ona, nə də E-citizenə qarşı heç bir etik pozuntuya yol verməmişdim. Mən cəmisi 1 PieS yazmışdım. Onlarsa dərhal böyük bir Pyes yazdılar... Nə isə... --
- Mənə elə gəlir ki, istifadəçi Acategory və E-citizen bir mərkəzdən idarə olunur. -
- Sizin idarə olunmadığınızı bilirəm. Amma Acategorynin Sizin tərəfinizdən idarə olunmağı ilə bağlı çoxdandır ki, 1 şübhəm var. -- Cekli829
Xahiş edirəm məsələ həll olunsunş Dünya dərəbəylik deyil və vikidə bu cür şeylərin baş verməsi məni bir qadın kimi iyrəndirir (ifadəmə görə üzr istəyirəm). Hörmətlə --E-citizen 11:10, 12 Avqust 2010 (UTC)
Hörmətli Sortilegus. Aygün və Aytən adlı User-ləri mən yaratmamışam. Təbii ki, o, adların da iş görməsinə məsul şəxs mən deyiləm. Amma ailə üzvlərim üçün User-lər yaratmışam. Çünki biz ailəliklə vikipediyaçıyıq. Onlar nə iş görürsə buna cavabdeh də mən deyiləm. İstəyirlər iş görərlər, istəməzlər görməzlər. Amma qızımın iş görmək üçün yaşı hələ çatmır. Cəmi 11 aylıqdır. -- Cekli829 16:26, 12 avqust 2010 (Cek vaxtı ilə)
Təşəkkür
[mənbəni redaktə et]Çox hörmətli həmkarım qiymət və diqqətinizə görə çox minnətdaram.
- P.S. Bilirəm başınız mövcud qalmaqalla çox qarışıqdır. Sözün düzü heç nə anlaya bilmirəm. Yəqin respublika içində deyiləm ondandır. ("Deyəsən az wikidə daha görüləsi iş qalmayıb, bekarçılıqdır ki, bunlar baş verir"). Çox ürək ağrısı ilə izləyirəm və sizə güvənirəm. --MrArifnajafov 00:02, 15 Avqust 2010 (UTC)
Səhvimi gördüyünüzə görə minnətdaram, əlaqəli məqalələrdə artıq düzəlişlərə başlamışam.--MrArifnajafov 18:35, 17 Avqust 2010 (UTC)
İmzasız
[mənbəni redaktə et]Зачем вы удаляете в статье кашкайцы? Просто переведите с русского и всё. Азербайджанские читатели должны знать, что кашкайцы поднимали восстания в Ираке про шаха. Просто переведите отсюда и всё. — Bu imzasız yazı 83.237.46.251 (m) tərəfindən əlavə edilib;
Tural Bəxtiyarzadənin faylları
[mənbəni redaktə et]Salam Sortilegus. Tural Bəxtiyarzadə AzVikiyə öz dizyn işlərindən çoxlu sayda nümunəni yerləşdirmişdir. Onların silinməsini məqsədəuyğun hesab edirəm. Amma bəzilərini saxlamaq olar. Sİzin bununla bağlı fikriniz nədir? -- Cekli829 15:43, 18 avqust 2010 (Cek vaxtı ilə)
Salam. Bəlkə 1-2-sini saxlamaq olar. Kitab oblojkalarıdır demək olar ki, hamısı.
P.S. Vaxtın olanda mənə zəng elə bir məsələni müzakirə edək. Hörmətlə:--Sortilegus 12:22, 18 Avqust 2010 (UTC)
Töhfə
[mənbəni redaktə et]İstifadəçi töhfələri üçün deyəsən sən bir ümumi universal şablon yaratdın? Deyirəm bəlkə qalanlarını silək?--Sortilegus 14:03, 20 Avqust 2010 (UTC)
- "User" ləri silə bilmirik. Çünki User şablonlarında, məsələn 3000 yazan kimi avtomatik {{User 3000}} şablonuna keçid verir. Ona görə də belə istifadə olunan şablonlara {{Töhfə|3000}} əlavə olunmalıdır. «İstifadəçi "?"» şablonlarını silmişəm, ola bilər yaddan çıxan olsun.--Vago 14:06, 20 Avqust 2010 (UTC)
Takson
[mənbəni redaktə et]Salam, Sortilegus. Hələlik {{Takson}} şablonunu iki dildə işlənmək üçün düzəldirəm. İstifadə qaydasında hər ikisini verərik: Həm Azərbaycan dilində, həm də Latın variantını. Nə cür fikirdir?--Vago 15:03, 20 Avqust 2010 (UTC)
Necə məsləhətdir. O sahə üzrə mütəxəssis sənsən burda:) Amma məndən olsa yavaş-yavaş Azərbaycan dilində olan variantla əvəzləyərdim latını. Çalışmaq lazımdır ki, bütün şablonlar Azərbaycan dilində olsun, hamısının da doc səhifəsində istifadə qaydasının izahı verilsin. Bu yeni istifadəçilərin işini xeyli asanlaşdırar.--Sortilegus 15:32, 20 Avqust 2010 (UTC)
- {{Takson}} şablonunda problem yoxdur, yavaş-yavaş əlavələr etdikcə, şablonu milliləşdirərəm :). Həkimlə də məsləhətləşib, {{Taksoqutu}} şablonuna da əvvəlcə "ikidilli" statusu qazandırıb, yavaş-yavaş milliləşdirərik.--Vago 15:41, 20 Avqust 2010 (UTC)
Hə, o şablonu da Azərbaycan dilinə çevirmək lazımdır. Amma artıq 1000 məqalədə işlənib. Baxın görün neynirsiz. Kömək lazım olsa mən də qoşularam sizə, Ceklidən də xahiş edərik yardım əlini uzatsın. Bizim komanda hətta ingilis dilli vikipediyanın ən xod gedən botlarından da tez, operativ və çevik işləməyə qadirdir:)--Sortilegus 15:48, 20 Avqust 2010 (UTC)
Salam, mümkünsə, Siz də {{Taxobox}} şablonundakı tərcümə əyir-əskikliklərinə diqqət yetirərdiniz. Hörmətlə, --Vago 11:47, 23 Avqust 2010 (UTC)
- Salam. Terminlərdən bir o qədər başım çıxmır, amma belə orfoqrafik səhv yoxdur. Bir "Viruslar qrupu"nda "virus" sözünü kiçik hərflə yazmaq olar ki, standart olsun. Hörmətlə:--Sortilegus 11:59, 23 Avqust 2010 (UTC)
- {{Taksoqutu}} şablonu istifadə olunan məqalələr artıq milliləşib. Qaldı şəxslərlə bağlı məqalələrdə {{Doğum tarixi}} və {{Vəfat tarixi}} şablonlarının tətbiqi məsələsi - Siz əvvəldə nəsə bir cümlə işlətmişdiniz e, "Bizim komanda hətta ingilis dilli vikipediyanın ən xod gedən botlarından da tez, operativ və çevik işləməyə qadirdir:)" :).--Vago 06:17, 26 Avqust 2010 (UTC)
Maşallah, sən özün elə bir komandaymışsan, komandaya ehtiyacın yoxmuş:) Şəxslərə də o şablonu əlavə edərik. Mən sadəcə ona görə tələsmirəm ki, şəxslər şablonu gələcəkdə yavaş-yavaş ləğv olunacaq və indi istifadə olunduğu məqalələrin heç 1/10-də qalmayacaq. Yəni konkretləşdiriləcək - "Dövlət xadimi", "Futbolçu", "Musiqiçi", "Aktyor", "Yazıçı" və s. O şablonlarda elə eləmək lazımdır ki, hər şey qaydasında olsun. İndilik "Şəxslər" şablonu ümumiləşdirilmiş şablon rolunu oynayır.--Sortilegus 11:03, 26 Avqust 2010 (UTC)
Təşəkkür edirəm !
[mənbəni redaktə et]Hörmətli Sortilegus diqqətinizə görə minnətdaram . Təşəkkürlər ! Hörmətlə ! --Büyük Asparuh Bulgar 03:38, 21 Avqust 2010 (UTC)
Lisenziyasız
[mənbəni redaktə et]Salam. Şəklin lisenziyası yoxdur deyə müzakirəyə çıxarmadan niyə silirsən. Xahiş edirəm, filmoqrafiyası (kino ilə əlaqəli şəxslərin) olan şəxslərin şəkillərini geri qaytar. Onları mən zülmlə tapmışam. Belə olmaz....
P.S. Silməkdənsə kömək elə lisenziya qoyaq hamısına.
P.P.S. Şəkil keyfiyyətsizliyinə, mənbə göstərilmədiyinə, lisenziyası olmadığına görə müzakirə edilmədən silinə bilməz. Bu hörmətsizlikdir.
--Vüsal Ağayev 06:50, 21 Avqust 2010 (UTC)
Salam. Sənin yüklədiklərindən 3-4 rus aktyorunun şəklini silmişəm, commonsdakı daha keyfiyyətli şəkillə əvəzləmişəm. Axırıncı sildiklərim öz yüklədiklərimdir. Şair, yazıçı, jurnalist şəkilləridir. Onların da hamısının haradasa 2-3 aya daha keyfiyyətli və lisenziyalı şəkillərini birbaşa commonsa yükləyəcəm. Yazıçılar Birliyindən söz veriblər - həm şəkillər, həm də ki, hardasa 1500-2000 yazıçı, şair haqqında məlumatlar verəcəklər mənə. Hörmətlə:--Sortilegus 11:52, 21 Avqust 2010 (UTC)
İndi baxdım. Ancaq daha keyfiyyətlisi ilə əvəz olunana qədər bu şəkillərin qalmasının tərəfdarıyam. Xəbər yaxşı xəbərdir. "Ədəbiyyat Portalı" zənginləşmiş olar. Uğur olsun!
--Vüsal Ağayev 12:10, 21 Avqust 2010 (UTC)
Burada mən Profilimə necə Şablonlar əlavə edim?
[mənbəni redaktə et]Mən yolunu tapa bilmirəm ee.Redaktədəki formasını Copy etdim olmadı.Ancaq aşağıda görünür.Birdəki nikimi dəyişmək istəyirəm.Onu necə edim?Edirəm amma yenə eyni qalır.--DaRk_CrAsH 19:43, 19 Avqust 2010 (UTC)
Salam. Nikini sən özün dəyişə bilməzsən. Bu səhifədə → Vikipediya:İstifadəçi adı dəyişdirmək yaz, mən dəyişim. Ordakı müraciət formasında yaz. İstifadəçi şablonları hamısı bu səhifədədir → Kateqoriya:Şablonlar:İstifadəçi şablonları. Ordan istədiyin şablonu istifadəçi səhifənə bu formada → {{İstifadəçi şagird}} {{Vətənpərvər}} əlavə elə, səhifəndə görünəcək. Eliyə bilməsən hansı şablonları istəyirsən mənə yaz, mən sənin səhifənə əlavə eləyim. --Sortilegus 00:23, 23 Avqust 2010 (UTC)
Ramazan
[mənbəni redaktə et]Salam. Elvin Malik tərəfindən əlavə edilmiş ramazan ayının hər gün üçün duaları ilə bağlı fikriniz necədir, onları Vikipediyada saxlamaq olar, yoxsa duaların tərcümə və izahı olan səhifəyə xarici keçid kifayət edər?--Vago 10:31, 23 Avqust 2010 (UTC)
Salam. Eybi yox, qoy qalsın hələlik. --Sortilegus 10:34, 23 Avqust 2010 (UTC)
Şəkil
[mənbəni redaktə et]Xoş gördük.
Nəyəsə görə endirdiyim şəkillər, məqalədə (əvvəlcədən baxış) etdikdə görsənmir. Halbuki başqa şəkilləri yerləşdirib qoyduqda normal göstərir. Yeni üç ədəd şəkil endirmişəm. Heç biri məqalədə görsənmir. Bir neçə dəfə yenilədikdən sonra gah görsənir gah yox. Bu nədəndir? --Proger danış 11:25, 23 Avqust 2010 (UTC)
Sistemdə problem var. 1-2 günə düzəlməlidir.--Sortilegus 11:26, 23 Avqust 2010 (UTC)
- Problem yoxsa yenilənmə aparırlar? Elə bil bildiriş gəlmişdir. İstənilən halda cavaba görə təşəkkür. Bu arada biz nə vaxt yeni dizayna keçirik? --Proger danış 11:30, 23 Avqust 2010 (UTC)
Yeniləmə də aparırlar. Amma bu sırf fayllarla bağlı problemdir, yeniləmədən deyil. 1-2 dəfə olub belə. Ümumi dizaynı dəyişmək bir az uzun məsələdir. Onu gərək o biri vikilərin təcrübəsini öyrənək, sonra burda tətbiq edək. Gələn ilin əvvəlindən yəqin ki, çalışarıq keçək. Elə Ana səhifənin də dizaynın onda yeniləyərik. --Sortilegus 11:34, 23 Avqust 2010 (UTC)
- Gec deyil? Bəlkə bu ümumi görüş keçiriləndə bu məsələni bir müzakirə edək? Onda da qərarlaşdırarıq. Bu arada mən Vikini dizaynından danışırdım. Əslində çətin bir şey yoxdur axı :). BETA-ya keçid edirsən vəssalam. Sadəcə bunu hamı üçün defolt quymaq və Vikipediya loqosunu yeniləmək lazıdmır. --Proger danış 11:55, 23 Avqust 2010 (UTC)
Olar, müzakirə edərik. --Sortilegus 11:59, 23 Avqust 2010 (UTC)
Şəkillər
[mənbəni redaktə et]Salam. Öz yüklədiyin şəkilləri indidən silməyini düzgün saymıram.(mənim şəxsi fikrim) Hər halda daha keyfiyyətlisi olanda əvəz etmək olar. Tələsmək nəyə lazım. Kinoya aid şəxsləri onsuz da mən yenə tapıb yerinə qoyuram.
--Vüsal Ağayev 17:29, 26 Avqust 2010 (UTC)
Sənin şəxsi fikrinə hörmətlə yanaşıram, amma idarəçilərin ümumi müzakirə səhifəsini oxu - sən çox böyük problemlər yaratmısan burda. Ağıllı başla həll edə bilərik.--Sortilegus 18:05, 26 Avqust 2010 (UTC)
Öz yüklədiyin lisenziyasız şəkilləri silməklə sən problemi həll etmiş olmursan, vikipediyaya zərər vurursan. Yaxşısı bu idi ki, silməkdənsə mənbə və lisenziya yerləşdirərdin. Sonra daha keyfiyyətlisi olanda o zaman silərdin. İndi bütün şəkilləri silək əlimizi qoyaq qulağımızın dibinə gözləyək ki, hansısa qurum bizə söz verib şəkil verəcək. Ancaq indi bir iki yüklədiyin şəkli siləndən sonra mənə "böyük problem" çıxardırsan deyə bilməyi düşünürsənsə yanılırsan. "Böyük fəaliyyət problemsiz ötüşmür. Sənə də "böyük problemli" böyük fəaliyyət arzu edirəm. Ancaq vaxtilə gördüyüm işləri "problem" adlandıran şəxslə dialoqa girməyimə peşmanam.
P.S. Mübahisə etməmək məqsədilə bundan sonra cavab gəlməyəcək.
--Vüsal Ağayev 03:09, 27 Avqust 2010 (UTC)
Elə bir o qalmışdı ki, səninlə də mən burda söz güləşdirməyə başlayaq. Vikipediyanın ağsaqqallarına yaraşmaz:) Mənim sildiyim öz şəkillərimlə bağlı sən heç narahat olma. Yüksək keyfiyyətli şair, yazıçı, jurnalist şəkilləri mənlikdir. Sənin üçün də ən azı 20-30 bizim rejissorların, aktyorların lisenziyalı şəkillərini yükləyəcəm commonsa. Sadəcə yükləməmişdən qabaq göndərəcəm, baxıb seçərsən ki, ən məqsədəuyğununu yükləyim. --Sortilegus 16:03, 27 Avqust 2010 (UTC)
Fayllar
[mənbəni redaktə et]Salam. Sildiyim faylları niyə bərpa etmisən? O faylları mən yükləmişəm, AzVikiyə.--Sortilegus 15:06, 26 Avqust 2010 (UTC)
Vusal1981 xahiş etmişdi, ona görə də bərpa etdim. Hələlik qalsın. Commonsa yüklənəndə silərik. -- Cekli829 9:18, 27 avqust 2010 (Cek vaxtı ilə)
Şəkillər
[mənbəni redaktə et]Səfər salam. Sən commonsa yüklədiyin şəkillərdəki problemlərlə bağlı Mardetanha ilə onun ya commonsdakı, ya metadakı müzakirə səhifəsində bir məsləhətləş. Kütləvi şəkildə şəkilləri yükləmisən, özünə commonsun idarəçilərinin diqqətini cəlb etmisən (1 idarəçi isə sənin ordakı fəaliyyətinlə xüsusi məşğuldur). Commonsda bir başqa azərbaycanlı idarəçi də olmalıdır. Onun da kimliyini dəqiqləşdirib sənə deyərəm. Planlı və tədbirli şəkildə şəkilləri yükləməyə çalış. Bir də komputerində də hələlik saxla şəkilləri. Commonsa yükləyən kimi komputerindən silmə. --Sortilegus 16:58, 27 Avqust 2010 (UTC)
Salam. Köməyə və məsləhətə görə təşəkkür. Commonsda azərbaycanlı istifadəçinin olması məni çox sevindirdi. Nəhayət dərdimizi başa salmağa adam tapa biləcəm. Yoxsa bu biri istifadəçilərin dillərini də başa düşmürəm. Gündə də bir şey yazırlar. Yenə İradə xanım çox sağ olsun, mənə kömək edir. Çox xahiş edirəm, ən qısa zamanda azərbaycanlı istifadəçinin kim olmasını bildirəsən. --sefer azeri 23:53, 27 Avqust 2010 (UTC)
Commonsda 2 azərbaycanlı idarəçi var. Biri Mardetanha (müzakirə • töhfələr • statistikalar)dır. Bizim guneyli dostumuzdur. O biri idarəçinin kimliyini çalışaram öyənim. Mən bilən bir o qədər də aktiv idarəçilərdən deyil. Amma hər halda sənə bəlkə yardımı dəyər.--Sortilegus 19:01, 27 Avqust 2010 (UTC)
Qayğıkeş idarəçi
[mənbəni redaktə et]Layiq olduğunuz göz qabağındadır.
- P.S. Qafqaz Albaniyası məqaləsini bir yerə çıxartmaq lazımdır. Mən tarixçi deyiləm və mənbələrdən çox uzağam ona görə redaktələrə qoşula bilmirəm. Sizin bu işi qayğıkeş idarəçi kimi nəzarətdə saxlamağınız, pis olmazdı. Bu məqalənin xaricdə yaşayan bir azərbaycanlı kimi (bəlkəm də yaralı yerimiz olduğuna görə) əlbətdə ki, lazımi redaktələr aparıldıqdan sonra seçilmiş olmasına çox sevinərdim. Hörmətlə. --MrArifnajafov 18:19, 28 Avqust 2010 (UTC)
Merhaba
[mənbəni redaktə et](Türkçe) Merhaba ben kendim hakkında bir sayfa yaratmadım fakat uyarı mesajı atmışsınız anlayamadım hangi sayfa için söylüyorsunuz? Kumul 16:35, 29 Avqust 2010 (UTC)
The door to September 2010 awaits
[mənbəni redaktə et]Hi, as a global sysop I have blocked User:The door to September 2010 awaits because he is a well known xwiki vandal and sockpuppeteer. Since there are active admins on az.wiki I felt I should explain the block. Please let me know if you have any questions. fr33kman -simpleWP- 09:30, 30 Avqust 2010 (UTC)
İntizar
[mənbəni redaktə et]Salam hörmətli Sortilegus . Kimsə İntizar (1970) adlı məqaləsini yazarkan səhvən İntizar.jpg-ni (bu Türkiyəli müğənni xanım İnizarın şəklidir) məqaləyə yerləşdirmişdir . Mən bu müğənni haqqında məqalə yaratmaq istəsəm də həmin şəkli yeni yazmaq istədiyim məqaləyə yerləşdirə bilməyəcəyimi hiss edirəm . Mən nə etməliyəm ? Hörmətlə !--Büyük Asparuh Bulgar 09:42, 30 Avqust 2010 (UTC)
Salam. Mən həmin faylın adını dəyişdim. İndi istədiyiniz faylı İntizar.jpg adı ilə yükləyə bilərsiniz. Hörmətlə:--Sortilegus 10:23, 30 Avqust 2010 (UTC)
Aktyor və aktrisalar
[mənbəni redaktə et]Salam Sortilegus . Aktyor və aktrisalarla, rejissor asssisentləri ilə (...) bağlı nə qədər məqalələr var ki, təkcə şəxsin adı və 1-2 filmdə işlədiyi haqda məlumat var. Onlarla nə edək? Hörmətlə --Vago 11:13, 30 Avqust 2010 (UTC)
Salam. Həddən artıq çoxdur. O məsələni Vüsalla məsləhətləş. Amma yavaş-yavaş zənginləşdirir onları. Məncə, hələlik necə var qalsın. Hörmətlə:--Sortilegus 11:16, 30 Avqust 2010 (UTC)
İstifadəçi:Nagiyev ...
[mənbəni redaktə et]Bir də ki, İstifadəçi:Nagiyev Şamil İstifadəçi:Şamil Nagiyev eyni istifadəçidir. Belə halda nə tədbir görülür?--Vago 11:18, 30 Avqust 2010 (UTC)
Onu əvvəllər bloklamışdıq. Və yenə zərərli fəaliyyətlə məşğuldur. -- Cekli829 16:21, 30 avqust 2010 (Cek vaxtı ilə)
Müraciət eləsə hesablarını birləşdirə bilərəm. Belədə fəaliyyəti nəzarətdə saxlanılmalıdır. Hər iki istifadəçi hesabından redaktələr edib gələcəkdə səsvermələrdə iştirak etməyə çalışsa və 2 səs vermək istəsə IP-si yoxlanılandan sonra səsləri nəzərə alınmayacaq.--Sortilegus 11:24, 30 Avqust 2010 (UTC)
- Bu cür istifadəçilərə istifadəçi səhifəsində {{Şəxslər}} şablonunun tətbiqinə qadağa qoyulmasına necə baxırsınız? (Çünki həmin şablonun istifadəsi zamanı müəyyən kateqoriyalar avtomatik tətbiq olunur.)--Vago 11:28, 30 Avqust 2010 (UTC)
Şablonu götürmək lazımdır. Mən bu yaxınlarda bütün istifadəçi səhifələrindən yığışdırmışam. Ola bilər təzəlikcə əlavə edib. --Sortilegus 11:31, 30 Avqust 2010 (UTC)
1920-1990
[mənbəni redaktə et]Azərbaycan SSR-i (1920-1990-ci illər) dönəmində doğulanlar haqqında məqalədə doğulduğu yerlərə {{AzSSR}} şablonunun, eləcə də Rusiya imperiyası dövründə doğulanlara {{Rusİmp}} (1914-cü ilə qədər) və {{Rusİmp2}} (1914-1917-ci illərdə) tətbiq olunmasına Siz necə baxırsınız?--Vago 12:57, 30 Avqust 2010 (UTC)
Əslində elə olmalıdır. Sadəcə bayraqlarda qarışıqlıq yaranacaq. Azərbaycan SSRİ-nin də 6-7 bayrağı olub. Onda gərək onu da kateqoriyalara bölək.--Sortilegus 16:23, 30 Avqust 2010 (UTC)
Qrim rəssamı- Anna Adamek
[mənbəni redaktə et]Salam Sortilegus. Bu cür məqalələrin ensiklopedik əhəmiyyəti varmı (bəzilərini çıxmaq şərtilə)? Hörmətlə Vago 07:35, 31 Avqust 2010 (UTC)
Salam. Onlar Vüsalın yaratdığı məqalələrdir. Haradasa 2-3 il qabaq əksəriyyəti 1 günün içində bizdən qabaqkı idarəçilərdən biri tərəfindən silinmişdi. Bununla bağlı kənd meydanında uzun bir müzakirə açıldı və bu müzakirənin sonunda belə qərara gəlindi ki, onlar bərpa olunsun, daha bu tip məqalələr yaradılmasın və mövcud məqalələrin özünü onları yaradan istifadəçi zənginləşdirsin, lazım olmayanlara isə "sil" şablonu qoysun. İndi onları yenidən silməyə başlasaq həmin müzakirələr eynən o vaxtkı kimi başlayacaq və davam edəcək. İstifadəçi fəal olduğuna görə onun özü ilə bu məsələni müzakirə etməyin yaxşı olardı. Hörmətlə:--Sortilegus 10:17, 31 Avqust 2010 (UTC)
Film adı
[mənbəni redaktə et]- Salam. Eşq olsun! Burdakı ən ciddi problemlərdən birinin həlli ilə məşğulsan. Amma filmlərin adını dəyişməyə hələ tələsmə. Qoy bir ümumi məsləhətləşib qərar qəbul edək, sonra adları dəyişməyə başlayaq. Bəlkə doğrudan da heç film adlarında illəri yazmağa ehtiyac yoxdur. Ya janr üzrə konkretləşdirmə olmalıdır, ya yox? Məsələn, ..... (bədii film), ...... (sənədli film) və s. Qərar qəbul ediləndən sonra mən də bacardığım qədər sənə kömək edərəm.--Sortilegus 13:16, 2 Sentyabr 2010 (UTC)
Film adlarını dəyişmək istəyirəm. Amma necə? Bunu məhz müzakirələrin nəticəsində müəyyənləşdirdikdən sonra edəcəyəm. Hələlik isə Kateqoriyaların standartlaşdırılması ilə məşğulam. Bunu hazırkı şəraitdə film adlarının dəyişdirilməsindən də vacib və ciddi problem hesab edirəm. -- Cekli829 18:21, 2 sentyabr 2010 (Cek vaxtı ilə)
İstifadəçi fəaliyyəti
[mənbəni redaktə et]Salam. İstifadəçi FatehYarar (müzakirə • töhfələr • statistikalar)ın fəaliyyətinə nəzarət etsən yaxşı olar. Bu 2 əlifbalı ensiklopediya bizə problemlər yaratmaqda davam edir. Mən nə qədər çalışsam da, neçə-neçə mütəxəssis ilə məsləhətləşsəm də, dalandan çıxış yolunu tapa bilmədim:) Bu məsələdə vikidaşlar da israrlıdırlar. 2 əlifbanın olmasını vacib sayırlar. "Ağa deyir sür dərəyə..." prinsipinə əməl etməkdən başqa çıxış yolumuz yoxdur. Hörmətlə:--Sortilegus 17:28, 2 Sentyabr 2010 (UTC)
- Salam. Şair(lər) necə də gözəl deyib:
- Millət necə tarac olur, olsun, nə işim var,
- Üç-dörd əlfbası olur, olsun, nə işim var. :)
5-6 il bundan əvvəl Sabirin əski əlifbayla olan "Hophopnamə"sini almışdım. Deyirsiniz onu rəvan oxumağın vaxtı yetişib?! Nə deyirəm ki... :) Hörmətlə, --Vago 17:39, 2 Sentyabr 2010 (UTC)
Amma biz ərəb əlifbasını burdan ləğv etsək, dərhal fars millətçiləri 2-ci bir AzViki (ərəb əlifbası ilə) yarada bilərlər və bundan bizə qarşı istifadə edə bilərlər. Hətta buna cəhdlər də olmuşdur.--Sortilegus 17:58, 2 Sentyabr 2010 (UTC)
Şəkil
[mənbəni redaktə et]Salam Proger. Burda faylları "arıtlayırdım" və sənin müəllifin olduğun bir fayla rast gəldim:) Şəkil:Sassanid and Byzanz.png. Sadəcə məsələ burasındadır ki, sən müəllifi olduğun bu faylı (xəritəni) bura 24 avqust 2010-cu ildə yükləmisən, amma kimsə səndən onu 5 il bundan qabaq oğurlayıb və 25 oktyabr 2005-ci ildə commonsa yükləyib:) İndi neyləyək?--Sortilegus 20:40, 2 Sentyabr 2010 (UTC)
- Yaman sataşdın mənə! ;). Xoş gördük! İş orasındadır ki, mən bu şəkli "update" etmişəm. O üzdən mənbə olaraq özümü qeyd etdim. Ancaq əslində düz deyil... Belə edək, mənbəni dəyişib commons-dakını qoyaq və bura əlavə edək ki, bəs "Albaniya əlavə edildi". Bu arada mən bu xəritənin kəsilmiş variantı və Albaniya ilə Atropatenın ərazilərini göstərməklə düzəltmişəm. Onu yükləyəndə nə edim? Eyni zamanda mənimdir, eyni zamanda yox... Təklif? :) --Proger danış 22:31, 2 Sentyabr 2010 (UTC)
Uyğun lisenziya tapıb commonsa yükləmək lazımdır. Elə olur ki, xəritənin üzərindəki yazıları da tərcümə edib onu ayrıca fayl kimi commonsa yükləyirlər. Sadəcə mən commonsda işləməmişəm, ona görə bilmirəm bu halda hansı etiketlərdən istifadə olunur. --Sortilegus 19:46, 3 Sentyabr 2010 (UTC)
Yunan qəhrəmanları
[mənbəni redaktə et]Salam həkim. Təxminən il yarım bundan əvvəl Bakıda rus tədqiqatçısı N.A.Kunun "Qədim Yunanıstanın mifləri və əfsanələri" kitabının tərcüməsi işıq üzü görüb. Mən də kitabın redaktorlarından biriyəm. Xeyli əzəmətli bir kitabdır (həcm baxımından):) Çalışacam o kitabın elektron variantını tapım emaillə, tapa bilməsəm kitabın özünü poçtla sizə yollayım. Orda bu adlar, onların yazılışı və izahları, yunan qəhrəmanları haqqında xeyli məlumat var. Görürəm bu sahəyə aid məqalələri zənginləşdirmək işiylə ciddi məşğulsunuz. İşinizə məncə yarayar kitab. Düzdür, orda mənim razılaşmadığım, bununla belə yunan dili mütəxəssisləri ilə məsləhətləşmələrdən sonra adlandırılmada bəzi standartlar qəbul edildi və bunlar kitabda öz əksini tapdı. Məsələn, Qorqonalar kitabda "Ğorğonalar", Peqas "Peğas" kimi və s. yazıldı. Hər halda inanıram sizin özünüz üçün də maraqlı olar. Hörmətlə:--Sortilegus 20:20, 3 Sentyabr 2010 (UTC)
- Çoxhörmətli həmkarım, məlumata görə çoxsağolun. Bu kitab əlbətdə işləri çox asandlaşdırardı. Mövcud istinad edilə biləcək Azərbaycan dilində ədəbiyyatlardan istifadə edilərək viki məqalələrinin ortaq bir məxrəcə gətirilməsi gözəl olardı. İşin xeyrinə hər bir təklif və tövsiyələri qəbul etməyə hazıram. Gördüyüm iş bir sklet işidir. Çox istərdim ki, məndən də bacarıqli bir həmkar bu işi daha da qabağa aparsın.
P.S. Yunan mifologiyasına müraciyyətdə məqsədim azərbaycan oxucularının bu qədim bəşəri irslə qismən də olsa tanış etməkdir. Azərbaycan oxucularının mədəni dünya baxışlarının artırılması üçün bizim "Dədə Qorqudumuzla" yanaşı bunları da bilməsi vacibdir. Mən bunları hələ orta məktəbdə olarkən oxumuşdum. Bir haşiyə çıxmaq istərdim. Bir ziyalı avropal ilə oturub ümumi söhbət əsnasında yerinə düşdükdə bu miflərdən, ümumiyyətlə klassik bəşəri irslərdən misal gətidikdə onun gözləri (sözün yaxşı mənasında, həsədapararaq) kəlləsinə çıxır: Azərbaycan hara Yunan əfsanəsi və ya bəşəri irs hara. Nə isə deyəsən uzunçuluq etdim. Hörmətlə: --MrArifnajafov 20:58, 3 Sentyabr 2010 (UTC)
Müzakirələr
[mənbəni redaktə et]Həm kənd meydanında, həm istifadəçi, şablon, kateqoriya müzakirəsi səhifələrində ismarıclar yazanda onları səhifədə sona əlavə etməyə çalış. Çünki öz ismarıclarını müzakirələrdə araya "soxuşduranda" vaxt etibarilə səndən əvvəl ismarıc yazan istifadəçilərin hətta fikirlərinin düz başa düşülməməsinə də nail ola bilərsən. Səhifə yuxarıdan üzüaşağı oxunur. --Sortilegus 21:23, 4 Sentyabr 2010 (UTC)
Səhifənin yuxarıdan aşağı oxunduğunu çox gözəl bilirəm. Azərbaycanca yazılmış mətnin qədim monqol dilindəki kimi aşağıdan yuxarıya oxunmadığını yada saldığınız üçün təşəkkür edirəm. Bilmirəm Sizi nə çaşdırır, ancaq mən mətnə uyğun yazıram. Bütün vikilərdə bu cür yazılış qəbul olunub (: istifadə edərək). Mən yuxarıdakı mövzuya cavab yazıram, bunun üçün altından : əlavə edib, yazıram. Əksinə bu cür olmayanda çaşdırıcıdır. Bilmirsən kim-kimə müraciət edir. Bu dəhşətli dərəcədə aydın və mübahisəsiz bir şeydir. Burada çaşdırıcı nə var axı? Nümunələr gətirim? Onlarladır, hamısını kopyalayım bura? --Proger danış 22:45, 4 Sentyabr 2010 (UTC)
Əslində, hətta aşağıdan yuxarıya, ya sağdan sola yazılsa da problem olmaz. Təəssüf ki, bizdə o formada oxunuş latın qrafikası ilə standart kimi qəbul olunmayıb. Amma sən ismarıclarını mətnin içinə salırsan. Məhz bu, oxunuşda çətinlik yaradır. Mən də yuxarıdakı ismarıca cavab yazıram. Sən araya öz ismarıcını salmaqla mənim yazdığımı mətndən təcrid edirsən. Olmaz ki, ümumi mətnin sonunda yazasan, amma kimə cavab verirsənsə onun ünvanını qeyd edəsən? Məsələn, ""Filankəs"in yazdığı bu fikirlə razı deyiləm" və s." bu formada. Nümunəyə ehtiyac yoxdur, ingilis dilli müzakirə səhifələrində bəzən sən deyən formadan istifadə olunur. --Sortilegus 23:14, 4 Sentyabr 2010 (UTC)
Müzakirəsiz silinən şəkillər
[mənbəni redaktə et]Müzakirə etmədən Şəkil:Təzəgül Məmmədova.JPG şəklini lazımsız fayl deyə niyə silirsən? Hörmətsizlik edirsən. Statusundan sui istifadə etmə. Bu son xəbərdarlıqdır. Elə düşünmə ki, istifadəçi idarəçiyə xəbərdarlıq edəb bilməz. --Vüsal Ağayev 05:38, 5 Sentyabr 2010 (UTC)
Salam. Təzəgül Məmmədova səhifəsinə özün həmin şəxsin daha keyfiyyətli şəklini yükləmisən → Şəkil:Təzəgül Məmmədova.jpg. Hər iki şəkli müqayisə edə bilərsən. Bu şəkli də bərpa etdim, problem yoxdur. Sadəcə, keyfiyyətli, lisenziyalı şəkillər əlavə olunduqca, keyfiyyətsiz, lisenziyasız şəkilləri silmək daha məqsədəuyğundur. Təbii ki, şəkilləri birbaşa commonsa yükləmək daha yaxşı olardı. Mən hələ heç vaxt heç kimə qarşı hörmətsizlik etməmişəm, idarəçi kimi də səlahiyyətlərimdən heç vaxt sui-istifadə etməmişəm. Xəbərdarlığa görə də təşəkkür edirəm. Çalışaram bundan sonrakı fəaliyyətimdə sənin tərəfindən xəbərdarlıq almayım:) Hörmətlə:--Sortilegus 14:29, 5 Sentyabr 2010 (UTC)
Lazım gəlsəydi şəkli özüm silərdim. Necə ki, əvvəllər etmişəm. Təşəkkürlər!
--Vüsal Ağayev 14:45, 5 Sentyabr 2010 (UTC)
Həddən artıq çox şəkil yükləyirsən Azvikiyə. Elə bil ki, "Lazım" artıq gəlib:) Şəkil:Həmidə Ömərova.jpg, Şəkil:Həmidə Ömərova-1.jpg, Şəkil:Həmidə Ömərova-2.jpg. "Lazım" səndən bu şəkillərin hansının qalmalı, hansının silinməli olduğunu soruşur.--Sortilegus 18:36, 7 Sentyabr 2010 (UTC)
Nə qədər lazımdı o qədər yükləyirəm. Xahiş edirəm mənə göstəriş verməyin. Heç biri silinməməlidir. Azvikiyə şəkil yükləməyin limitini deyəsən bundan sonra sizdən soruşmalı olacağam. Son vaxtlar xeyirli işlər görməkdənsə təəssüf ki, fəaliyyətiniz ancaq silməkdən ibarətdir. Ya da hansısa istifadəçiyə göstəriş verməkdən Progerə, mənə və digərlərinə. Məsləhət görərdim Ədəbiyyat portalını zənginləşdirin. Diktatura burada alınmayan bir anlayışdır. Sizi biz seçmişik, biz də sizinlə vidalaşa bilərik. Unutmayın! (bu sözləri yazmağa məni məcbur etdiniz)
--Vüsal Ağayev 04:36, 8 Sentyabr 2010 (UTC)
Müzakirə
[mənbəni redaktə et]İndi bu nə deməkdir ki, hörmətli Sortilegus? Əsasən müzakirələrdə iştirak edirəm? Mm.., tutaq ki, elədir. Və? Yazmısınız ki "İdarəçilərin müzakirələrdə iştirakı normaldır, bu onların vəzifə borcudur:)" (orfoqrafik yazılış forması saxlanılıb) - kim qarşı çıxır ki? Və ya kim anormal deyir ki? Ümumiyyətlə kim istəyir, istənilən şəxs müzakirədə iştirak edə bilər. Mən nə demək istədiyinizi anlamadım... --Proger danış 23:57, 6 Sentyabr 2010 (UTC)
Bir daha şəxslər haqqında
[mənbəni redaktə et]Salam. Əlifba sırasına görə şəxslər kateqoriyasından olan məqalələrə tətbiq olunacaq şablonları mümkünsə müəyyən edək (hazırda {{şəxslər}} şablonudur). Yazıçılar kateqoriyasına aid olan məqalələrə {{yazıçı}} şablonu tətbiq etdim. Şairlər, alimlər və s.-lərlə necə edək, həmin şablonlar xatırınızdadırmı? (Məsələn, {{musiqiçi}}, {{futbolçu}} və s.) Hamısının siyahısını tutub, Sizin şəxslərlə bağlı planlarınızı həyata keçirmək lazımdır (9000-dən çoxdur :( ). -Hörmətlə, --Vago 14:33, 7 Sentyabr 2010 (UTC)
Salam. "Yazıçı" şablonunda hələ müəyyən düzəlişlər etmək lazımdır. Prinsipcə şairlər üçün ayrı şablon yaratmağa heç ehtiyac yoxdur. Elə "Yazıçı" şablonuna 1-2 bənd əlavə etmək kifayətdir ki, həm yazıçıların, həm də şairlərin səhifəsində işlənsin. Sən yuxarıda qeyd edənlərdən savayı bir "Dövlət xadimi", bir də "Milli qəhrəman" şablonları yadımdadır. Hər halda Xüsusi səhifələrdəki "Prefiks-indeks" bölməsində şablonların siyahısına baxmaq lazımdır. Hörmətlə:--Sortilegus 14:38, 7 Sentyabr 2010 (UTC)
Şəkillər
[mənbəni redaktə et]Sortilegus, salam. Mehdixan Vəkilov, Mirzəağa Əlizadə məqalələrindəki bəzi şəkillər görünmür. Silinsəydi qırmızı keçid olardı. Şəkillərin müəlliflik hüququ Cavanşir Vəkilova aid olduğu üçün o, həmin şəkillərin Vikipediyada olmasına razıdır və onların Vikidən silinməsindən narahatdır. Xahiş edirəm buna aydınlıq gətirəsən. Hörmətlə, --Ira 16:20, 7 Sentyabr 2010 (UTC)
Salam. Faylların bəzilərini istifadəçi düz yükləməyib. Məsələn, bax Şəkil:Mehdixan-Kreml.jpg. Ancaq 1 istifadəçi yükləyib bütün faylları? Gərək onda 1-1 fəaliyyət statistikasına baxıb düzəldək. Amma əslində, bir məqaləni bu qədər şəkillə yükləmək də düzgün deyil. Hətta şəxsin özünün razılığı olsa da, bu heç də o demək deyil ki, bütün ailə albomunu bura yükləyə bilər. Hər halda mən indi araşdıraram. Hörmətlə:--Sortilegus 16:34, 7 Sentyabr 2010 (UTC)
Həmin istifadəçinin silinmiş fəaliyyətləri burdadır → [49] Yüklədiyi 3-4 şəkil silinib, amma bu adda şəkillər yoxdur onların arasında. --Sortilegus 16:43, 7 Sentyabr 2010 (UTC)
Razıyam. Bu qədər şəklin yüklənməsi düzgün deyil. Bunu onun özünə də demişəm (şəxsən). Amma digər tərəfdən şəkillər Vəkilovlar ailəsinin tarixini əks etdirir və aralarında çox qiymətliləri (maraqlı) var. Onlar ailə arxivində saxlanılır və yeganə nüsxədədilər. Gələcəkdə it-bat olmalarının ehtimalı da az deyil. Odur ki, onlar vikidə olsalar və şəkillər ilə hamının tanış olması heç də pis deyil. Commonsa yükləyə bilmir. Orada şəkillərin 70 ili olmaığına görə, şəkli çəkən fotoqrafın icazəsini istətirlər. 50 il bundan öncə şəkil şəkmiş fotoqrafın tapılması isə heç də real deyil (commonsdakıların məntiqi çox qəribədir :))
Bəlkə Cavanşir müəllimə deyim ki, həmin şəkilləri yenidən yükləsin bura? --Ira 17:02, 7 Sentyabr 2010 (UTC)
Elə yaxşı olar. Səməd Vurğun 1956-da rəhmətə gedib, o hansı şəkildə varsa həmin şəkli yalnız 16 ildən sonra problemsiz commonsa yükləmək mümkün olacaq. Sadəcə həmin məqalədəki şəkilləri biz digər məqalələrə paylaşdıra bilərik. Məsələn, Səməd Vurğunun dəfnini əks etdirən şəkilləri onun haqqında olan məqaləyə yerləşdirərik və s. Onda 1 səhifə bu qədər şəkillə yüklənməz. Vəkilovlar nəslinin nümayəndələrinin bizdə kateqoriyası var → Kateqoriya:Vəkilovlar. Problem olmayacaq. Commonsun qayda-qanunları sərtdir. Amma o formada tələblər daha düzgündür. Yoxsa ki, AzVikiyə kim nə şəkil istədi yükləyir, sonra idarəçilər gərək 1-1 axtarıb tapsınlar ki, hansısa şəkil doğrudan da Eynşteynin bələkdə olarkən anasının qucağında, Hitlerin uşaq vaxtı atasının əlindən tutub çəkdirdiyi şəkildir, ya yox:) Hörmətlə:--Sortilegus 17:19, 7 Sentyabr 2010 (UTC)
Vay-vay... Cavanşir müəllim oxusa əsəbləşəcək :))) --Ira 17:32, 7 Sentyabr 2010 (UTC)
Misalları misal üçün yazdım:) Azərbaycanın birinci xalq şairi o nəsildəndir. Mənim də ən çox sevdiyim 5-6 bizim şairdən biri, 5-6 bizim yazıçıdan biri o nəsildəndir. --Sortilegus 17:42, 7 Sentyabr 2010 (UTC)
Salamlar
[mənbəni redaktə et]Salamlar hörmətli Sortilegus . 1-da oladuğu kimi niyə az vikidə modellərin boy , çəki və digər ölçülərini əsas şəkilin altında göstərmək olmur ? Əgər olursa bunu necə etmək lazımdır ? Büyük Asparuh Bulgar
Salam. Rus vikisində modellər üçün xüsusi "Fotomodel" şablonu yaradıblar. Amma biz belə məqalələrə "şəxslər" şablonu əlavə edirik. Mən 1-2 günə belə bir şablon düzəldib sizə xəbər verərəm. Fotomodellər haqqında olan məqalələrə o şablonu əlavə edərik. Hörmətlə:--Sortilegus 12:34, 8 Sentyabr 2010 (UTC)
Şəxs şablonları
[mənbəni redaktə et]Salam. Bu kateqoriyaya aid olan şablonları xatırladıqca, kateqoriyaları əlavə edək ki, şəxslərlə bağlı məqalələrdə {{şəxslər}} şablonunu uyğun şablonlarla əvəzləyək. Hörmətlə, --Vago 13:47, 8 Sentyabr 2010 (UTC)
Salam. Olanlar elə bunlardır. Bəlkə 1-2-sini nəzərdən qaçıra bilərəm. Hansı ki, çox səhifədə işlənəcək onun adından tutmuş içindəki hər bir bəndə qədər dəqiq düzəltmək lazımdır ki, sonra çox sayda səhifədə dəyişiklik etmək lazım gəlməsin.Hörmətlə:--Sortilegus 14:12, 8 Sentyabr 2010 (UTC)
Vladimir Vısotski
[mənbəni redaktə et]Salam hörmətli Sortilegus, AzViki idarəçiləri commonsa yüklənən şəkilləri silə bilmirlər şərhini mənəmi yönləndimisiniz? Əgər elədirsə nəyi nəzərdə tutursuz? Başa düşmədim. --Bakuemil 19:25, 11 Sentyabr 2010 (UTC)
Salam Bakuemil. Mən istəyirəm ki, bizim vikidəki bütün şəkillər commonsa yüklənsin, sonra burdakı məqalələrə yerləşdirilsin. İstasnaların olmasını da qəbul edirəm. Bunu misal və nümunə kimi yazdım. Sizin fəaliyyətinizi də maraqla izləyirəm. Həm də təqdir edirəm. Hörmətlə:--Sortilegus 19:47, 11 Sentyabr 2010 (UTC)
Mən commonsdaki şəkillərin istifadəsini dəstəkləyirəm. Bunun üçün AzVikidə olan məqalələrdəki şəkilləri əgər Commonsda varsa lisenziyalı olan şəkillərlə əvəz edirəm. Bunu son fəaliyyətlərimdə də görə bilərsiz. Yeni istifadəçiləri də Commonsa yönləndirirəm. Amma KM-da da dediyim kimi mən Commons-un yükləmə siyasətini bəyənmədiyim üçün ora canla başla şəkil yükləmək istəmirəm. Amma bura da məcbur olmadıqca şəkil yükləmirəm. Dediyiniz kimi bizdə istisnalar var, hətta çoxdur. Onları Commons-a yükləyə bilməyəcəyimizə görə burdan da silinməsini istəməzdim. Çünki şəkilsiz məqalənin quru, təsir gücü az olacağını düşünürəm. Eyni zamanda Azərbaycanla əlaqədar məqalələrdə şəkillərin olmamasının Azərbaycanın tarix, mədəniyyət və s. sahələrinin tanıdılmasının effektivliyini azaldacağını düşünürəm. Uzun sözün qısası son fəaliyyətlərimdə şəkil yükləməkdən daha çox şəkil sildirirəm. :) Amma bir az insaflıyam. Commonsda olanlarla, mənasız olanlardan başqasına əl vurmuram. Uğurlar. --Bakuemil 20:27, 11 Sentyabr 2010 (UTC)
Təbrik
[mənbəni redaktə et]Təşəkkür edirəm Sortilegus! :) Bizim bu "atışmalar" sırf, belə demək olarsa texniki işdir də bəs ;). Bunu qətiyyən aqressivlik kimi qəbul etməyin! Təbrikə görə təşəkkür edirəm, hörmətli həmkar! :). --Proger danış 16:16, 12 Sentyabr 2010 (UTC)
Loqo
[mənbəni redaktə et]Zamanınız olanda, lütfən bir Kənd Meydanına baş çəkərsiniz mümkünsə. --Proger danış 17:17, 12 Sentyabr 2010 (UTC)
Şəklin mühafizəsini qaldırdım. Yaratdığın versiyanı yükləyə bilərsən. --Sortilegus 17:55, 12 Sentyabr 2010 (UTC)
Görürəm hazırdır, özün bu şəklin → Şəkil:Wiki.png yeni versiyasını yüklə. --Sortilegus 18:09, 12 Sentyabr 2010 (UTC)
Amma nəsə elə bil dəyişmədi axı... --Proger danış 18:09, 12 Sentyabr 2010 (UTC)
Bu dəyişilməlidir ki? O birisini dəyişsəm axı Kənd Meydanında iki eyni loqo olacaq. Bu fayl bağlıdır məgər əsas loqoya? --Proger danış 18:11, 12 Sentyabr 2010 (UTC) /Yenilədim keçidi/
Ümumiyyətlə mənə elə gəlir ki, yeni fayl yaradılmalıdır. Çünki burada köhnə loqo olur, yenilədim indi təzədir. Silin onu təzə fayl adı ilə yaratmalıyıq. Bu adla: Wikipedia-logo-v2-az.png. O da öz növbəsində burada yerləşdiriləcək. --Proger danış 18:19, 12 Sentyabr 2010 (UTC)
Bağladınız ki... Yükləyirdim ora. Ancaq başa düşmürəm nəyə görə ora. Siz mənim əvvəl yüklədiyimi geri alın. Çünki yeni fayl adı ilə endirmək lazımdır təzə loqonu. --Proger danış 18:26, 12 Sentyabr 2010 (UTC)
"Bu səhifə redaktə üçün bağlıdır". Qaldırın endirim dediyiniz səhifəyə. Harasa yoxa çıxdınız :). --Proger danış 18:40, 12 Sentyabr 2010 (UTC)
Mən burada aç, endirim. Bir də bu yeni ad məsələsi nə olsun? --Proger danış 20:08, 12 Sentyabr 2010 (UTC)
Ayrı fayl kimi yüklənsə sistem fayllarının hansındasa dəyişiklik edilməlidir. Üstünə yüklənəndə hər şey olduğu kimi qalır, loqo dəyişir. Qoy mən bu gün axşam bu məsələni dəqiqləşdirərəm. --Sortilegus 11:40, 13 Sentyabr 2010 (UTC)
Təbrik edirəm! :) --Proger danış 12:23, 13 Sentyabr 2010 (UTC)
Öz yaratdığın versiyanı yüklədin? Nəsə köhnə versiyaya oxşayır:) Ya da hələ dəyişilməyib.--Sortilegus 12:27, 13 Sentyabr 2010 (UTC)
- Hə öz yaratdığımdır. Mənə də elə gəldi bir anlıq. Amma göz öyrəşliyidir. Düzgün versiyanı endirmişəm. Bir keç ingilis dilli vikiyə. Müqayisə edən kimi adam başa düşür ki, düzdür hər şey :). Narahat olma. --Proger danış 12:31, 13 Sentyabr 2010 (UTC)
Sıfır reaksiya
[mənbəni redaktə et]Sizin IM-iniz var? (MSN, ICQ). --Proger danış 23:07, 12 Sentyabr 2010 (UTC)
Cavanşir Vəkilovun şəkilləri
[mənbəni redaktə et]Sortilegus, salam. Tapdım şəkil-fayllar nədən pozulub: adları düz deyildi. Yəni adlarında "ə", "ı", "-" simvolları stifadə olunmuşdu. Bu gün müəllim şəkilləri gətirdi. Yenidən yükləməyimi xahiş etdi. Bəzi şəkillərin yüklənməsinin (ailə şəkilləri) düzgün olmadığı barədə də danışdıq. Hörmətlə, --Ira 08:12, 14 Sentyabr 2010 (UTC)
Salam. Əslində, defis işarəsini bilmirəm, amma "ə", "ı" problem yaratmamalıdır. Burda uyğun lisenziya yerləşdirmək lazımdır şəkillərə, sonra commons məsələsinə baxarıq. Hər halda bir cəhd edərik. Hörmətlə:--Sortilegus 13:34, 14 Sentyabr 2010 (UTC)
Gümüş medala görə təbriklər!
[mənbəni redaktə et]Təbriklər! Çox qısa zamanda AzViki üçün çox böyük işlər gördüyünə görə sənə təşəkkür edirəm. Hörmətlə:--Sortilegus 16:34, 15 Sentyabr 2010 (UTC)
- Təşəkkür edirəm. Məhəbbət əhlində belə bir xüsusiyyət var ki, sevdiyi tərəf üçün gördüyü gözəl işləri kiçik, pis işləri böyük hesab edər. Arzu edirəm ki, Azərbaycanca Vikipediyaya qarşı münasibətimiz o səviyyədə olsun ki, burada gözəl görünən fəaliyyətimizi kiçik hesab edək, Vikipediyaya mənfi təsir göstərən fəaliyyətimiz isə bundan sonra heç olmasın! Hörmətlə, --Vago 05:38, 16 Sentyabr 2010 (UTC)
Şəxslər
[mənbəni redaktə et]Salam, Sortilegus. Şəxslərə {{Dövlət xadimi}}, {{Alim}}, {{Yazıçı}} şablonları tətbiq edəndə müəyyən tərəddüdlərdə bulunuram. Bu şablonların hər birinin tətbiqi mümkün olan yerdə hansına üstünlük verək? Hörmətlə, --Vago 11:01, 18 Sentyabr 2010 (UTC)
Salam. Şəxsin əsas fəaliyyət sferasına uyğun gələn şablona üstünlük vermək lazımdır. Məsələn, Anar bir neçə filmin ssenari müəllifi, rejissoru və s. olub. Xeyli zəngin filmoqrafiyası var. Amma cəmiyyətdə yazıçı kimi tanınır. Ona görə onun haqqında olan məqaləyə {{Kino sənətçisi}} deyil, {{Yazıçı}} şablonunu əlavə etmək daha düzgündür. Şablonlarla bağlı belə mübahisəli məqamlar olan şəxs məqalələrinin siyahısını tərtib edib sonra qərar vermək olar. Sayları çox olmamalıdır. Hörmətlə:--Sortilegus 13:19, 18 Sentyabr 2010 (UTC)
publisistik
[mənbəni redaktə et]Salam Sortilegus. Nəsib bəy Yusifbəyli maqalesini Türkiye Türkçesi'ne çevirmekteyim lakin publisistik kelimesinin manasını anlaya bilemedim. Eğer biliyorsan türkiye lehçesindeki manasını veya ingilizcesinin söyleyebilir misin? Təşəkkür ederim. Hörmətlə. --Kriptocu 19:59, 18 Sentyabr 2010 (UTC)
Salam. publisistika → publicism / publisistik → publicistic / publisistik məqalə → publicistic article. --Sortilegus 20:09, 18 Sentyabr 2010 (UTC)
SPULT
[mənbəni redaktə et]Salam, Sortilegus. SPULT məqaləsinə göz gəzdirməyinizi xahiş edirəm (bununla bu tip məqalələrlə təqribən necə davranılmasının lazım olduğunu bilmək istəyirəm). Hörmətlə --Vago 05:36, 21 Sentyabr 2010 (UTC)
Help
[mənbəni redaktə et]Would you mind to help me translate infomations in the article Vyetnam from english language into Azerbaijani language? Newone 08:22, 22 Sentyabr 2010 (UTC)
"Artıq" şəkillər
[mənbəni redaktə et]Salam, Bakuemil. AzVikiyə yüklənmiş şəkilləri azad şəkillərlə əvəz etməyiniz istiqamətindəki fəaliyyətinizi təqdirəlayiq hesab edirəm və Sizə təşəkkür edirəm. Hörmətlə, --Vago 13:11, 22 Sentyabr 2010 (UTC)
Salam. Mən də Vagoya qoşuluram və sizə təşəkkür edirəm. Əslində, bu bizim Vikinin ən böyük problemlərindən biridir. Bacardığım qədər bu işdə sizə kömək etməyə çalışacam. Hörmətlə:--Sortilegus 20:34, 24 Sentyabr 2010 (UTC)
- Çox sağ olun. Edəcəyiniz köməyə görə də sağ olun. İlkin olaraq commonsla əvəz edə bildiklərimi əvəz edirəm. Sonra bəzi istifadəçilərə bəzi şəkilləri commonsa yükləməyi xahiş edəcəm. Commonsa problem yaratmadan yüklənə biləcək şəkillər var (əsasən texnologiya ilə əlaqədar məqalələrdə Azərbaycan dilində sxemlər var). Bir də fikirləşirəm ki yeni istifadəçiləri artıq mütləq commonsa yönləndirmək lazımdır. Bir çox rayon şəkilləri də commonsa yüklənə bilər. Artıq vaxtım əl verdiyi qədər davam etdirəcəm bu işi.--Bakuemil 20:43, 24 Sentyabr 2010 (UTC)
İstifadəçi şablonları
[mənbəni redaktə et]Salam, Sortilegus. İstifadəçi şablonlarının demək olar ki qaydaya salınaraq eyni ölçülərə gətirilməsi münasibətilə Sizi təbrik edirəm :)
- P.S.: Sağ əli {{Şəxslər}} şablonu istifadə olunan məqalələrin başına :) Hörmətlə, --Vago 06:13, 25 Sentyabr 2010 (UTC)
Salam Vago. Hələ istifadəçi şablonlarında 100%-lik nəticə deyil, amma hardasa 70% qaydaya salınıb. 1 həftəyə bu işi tamamlayarıq. Mən öz qaralama səhifəmdə statistika aparıram. Bizdə indi təxminən 3800 şablon var. İstifadəçi və dil şablonları qaydaya salınandan sonra mənim hesablamalarıma görə 1700-1800 şablon qüsursuz olacaq (ölkə, ölkə qaralama, ölkə bayraq, istifadəçi, dil və s. şablonları). Yerdə qalan 2000 şablondan ən azı 500-ü lazımsız və ya dublikat şablon kimi silinəcək. O biri 1500 şablon üzərində isə gərək işləyək (Azərbaycan dilinə çevirək, texniki qüsurları aradan qaldıraq və s.). O vaxt şablonlaşdırma sahəsində artıq bir peşəkar idarəçi kimi sənin də çiyninə daha bir ağır yük yükləyəcəyik:) Hələlik mən şablonları "arıtlayıram". Mən bilən bütün fəal vikipediyaçılar qüvvələrimizi birləşdirsək ilin sonuna qədər texniki problemlərin ən azı 60% həll edə bilərik. Gələn ilə saxlayarıq qanun və prinsiplərin hazırlanmasını və sistem məlumatlarının tərcüməsini. Hörmətlə:--Sortilegus 17:44, 25 Sentyabr 2010 (UTC)
Bakuemil
[mənbəni redaktə et]Salam. AzVikidə vaxt itkisinin qarşısını almaq üçün təklif edirəm ki, Bakuemilə müəyyən şərtlə müvəqqəti idarəçi statusunu verək. Sonra səsverməni keçirərik. Əminəm ki, Bakuemil səsvermə zamanı lazımı səsi toplaya biləcək. Hər halda bu təkilifimə digər idarəçilərin etiraz edəcəyini güman etmirəm. Bakuemilin fəaliyyətini yüksək qiymətləndirirəm. İnanıram ki, bütün iadarəçilər də bu fikirdədirlər. --Cekli829 12:42, 25 sentyabr 2010 (Cek vaxtı ilə)
Salam.Xahish edirem bu meqaleni silin.Bu meqale qeydiyatdan kechmemish biri terefinden yaradilib .Hormetle İstifadəçi:Rovshan.95
Şəkil yoxdur
[mənbəni redaktə et]Salam, Sortilegus. Vüsalın istifadəçi səhifəsindkilərə (2 yerdə şəkil yoxdur başlıq altında) münasibətinizi bilmək istərdim. Hörmətlə --Vago 14:04, 26 Sentyabr 2010 (UTC)
Salam. Tapa bilmədim. Nə məsələsi ilə bağlı? Hörmətlə:--Sortilegus 14:11, 26 Sentyabr 2010 (UTC)
- Vüsal şəkil olmayan şəxslər haqqında məqalələrdə uyğun olaraq "Şəkil-yoxdur-kişi.svg" və ya "Şəkil-yoxdur-qadın.svg" şəkillərini yerləşdirir. Mənsə kino sənətçisi şablonunu tətbiq edəndə, bunları ləğv eвirəm ki, şəkli olmayan kino sənətçiləri haqqında məqalələr bir kateqoriyada - "Şəkli olmayan kino sənətçisi haqqında məqalə" birləşdirilsin (onsuz da şəkil olmayanda səhifədə görünür ki, şəkil yoxdur.) Vüsal buna etiraz edir, yəni olmayan şəkilin səhifədə görünməsini münasib sayır.
- P.S.: Bir variant da mümkündür ki, qadın və kişiyə aid ümumi bir şəkil olsun, onu məqaləyə avtomatik yerləşdirək--Vago 14:20, 26 Sentyabr 2010 (UTC)
Mən bilən elə konkret bölgülərə ehtiyac yoxdur ("Şəkli olmayan kino sənətçisi haqqında məqalə"). Onu əsas götürsək onda gələcəkdə 100-lərlə bu cür kateqoriya yarana bilər ("Şəkli olmayan yazıçı haqqında məqalə" "Şəkli olmayan futbolçu haqqında məqalə", "Şəkli olmayan alim haqqında məqalə" və s.). Elə eləmək lazımdır ki, hansı məqaləyə "Şəkil-yoxdur-kişi.svg" və ya "Şəkil-yoxdur-qadın.svg" faylları artırılırsa o məqalə avtomatik "Şəkli olmayan şəxslər haqqında məqalələr" kateqoriyasına düşsün (Kateqoriyanın adını təxmini yazdım). Hörmətlə:--Sortilegus 14:26, 26 Sentyabr 2010 (UTC)
Ekran ölçüləri
[mənbəni redaktə et]Salam həmkar. Sənin kompüterinin monitoru geniş ekrandır (wide screen), yoxsa kvadrat ölçülüdür? Cavaba uyğun xahişim var. :) -- Pərviz 21:02, 29 Sentyabr 2010 (UTC)
Salam. Kvadrat ölçülüyə yaxın bir şeydir:)--Sortilegus 21:05, 29 Sentyabr 2010 (UTC)
Memalıq portalının loqosunu yeniləmişəm. Mənim monitorum enli olduğu üçün loqonun eni normal görsənir. Deyirəm bəlkə kvadrat ekranlarda loqo səhifənin eninə uyğun olmaz. Artıq yer tutar. Sənin ekranında normal görsənir?-- Pərviz 21:13, 29 Sentyabr 2010 (UTC)
Scream/Childhood
[mənbəni redaktə et]Salam , Scream/Childhood məqaləsinin seçilmiş statusu almağa layiq olduğunu düşünürəm. Bununla bağlı artıq iki idarəçiyə (Vago və MrArifNajafov) müraciət etsəm də musiqi ilə maraqlanmadıqlarından bir şey deyə bilməyəcəklərini söylədilər. Siz də bir baxın, məsləhət görsəniz laboratoriyaya göndərin, əyər-əksiyini də düzəldib səsverməyə çıxaraq. --sefer azeri 19:39, 01 Oktyabr 2010 (UTC)
Salam. Mən də daxil olmaqla idarəçilərə müraciət etməyə ehtiyac yoxdur axı. Azvikinin təcrübəli istifadəçiləri istənilən məqaləni laboratoriyaya göndərə bilər. Burda hansı qanunda yazılıb ki, ancaq idarəçilər seçilmiş məqalə statusu almağa layiq bildikləri məqalələri laboratoriyaya göndərə bilərlər? İndiki halda məqalə çox bərbad gündədir və laboratoriyaya salınmağa layiq deyil. Bu mənim fikrimdi. Amma siz bir təcrübəli istifadəçi kimi bunu edə bilərsiniz. Mənim işim onunla məhdudlaşacaq ki, səsvermənin sonuncu gününə qədər bir idarəçi kimi məqaləni oxuyub onun ya laboratoriyadan çıxarılmasına, ya da seçilmiş məqalə namizədi olmasına səs verəcəm (ya da ümumiyyətlə mövqe bildirməyəcəm). Şəxsən məqalə ilə bağlı fikrim isə belədir: məqalənin əyər-əskiyini xeyli düzəltmək lazımdır ki, laboratoriyaya salınmağa layiq olsun. Hörmətlə:--Sortilegus 20:23, 1 Oktyabr 2010 (UTC)
Dilçilik
[mənbəni redaktə et]Salam, Sortilegus. Vaxtınız olanda {{Dilçilik}} şablonundakı terminlərə göz gəzdirmənizi rica edirəm. Hörmətlə, --Vago 07:40, 6 Oktyabr 2010 (UTC)
Salam. Oldu, düzəlişlər edərəm. Bəzi bəndləri çıxarmaq, bəzilərini əlavə etmək lazımdır. Hörmətlə:--Sortilegus 19:20, 6 Oktyabr 2010 (UTC)
Diqqət
[mənbəni redaktə et]Salam, Sortilegus. Bu gün "İçəri şəhər" məqaləsinin erməni səhifəsinə daxil oldum [Իչարի Շահար (Բաքվի թաղամաս)]. Orada Azərbaycan ərazisi işğal olunmuş ərazilərsiz göstərilib. Özü də bu bir şablon şəklindədir.Bu situasiyada təcrübəli bir insan kimi deyin, nə etmək olar ?--Acategory 11:45, 6 Oktyabr 2010 (UTC)
Salam. İradə xanımla razıyam. Onlar belə əsas gətirilər ki, ermənidilli vikipediya iştirakçıları Azərbaycanla bağlı qaralama məqalələrində məhz bu bayraqlı ölkə xəritəsi şəklinin işlənilməsinə tərəfdardırlar. Bir növ bunu özlərinin vikicəmiyyətlərinin qərarı kimi qələmə verirlər. Bununla əlaqədar Wertuose onlarla müzakirə aparıb, xeyri yoxdur. Özünüz bu səhifədən oxuya və istəsəniz şərh də yaza bilərsiniz. Amma bunu mən boş vaxt itkisi sayıram. Erməni xisləti və xəstə təxəyyülünü hamımız gözəl bilirik. Hörmətlə:--Sortilegus 19:12, 6 Oktyabr 2010 (UTC)
Diqqət
[mənbəni redaktə et]Salamlar Sortilegus! Siz ixtiyarsız halda mənim "Nizami Rəmzi" məqaləmdəki "yaradıcıllıq" mövzusundakı "Gəlin biz o tarixi qabaqlayaq" devizini ləğv eləmisiniz. Əslində burda nə səhv, nə də yalan var. Mən bunu sadəcə istifadəçilik hüququndan istifadə edərək dələduzluq etmək kimi başa düşürəm. Əminəm ki, bu hal bir də təkrar olunmayacaq. Hörmətlə, Funtik!
Şablon "Azərbaycan-film-qaralama"
[mənbəni redaktə et]Salam. Bu nə şablondu? --Sortilegus 18:45, 9 Oktyabr 2010 (UTC)
- Salam. Azərbaycan filmləri üçün qaralama şablonudur. Bəzi filmlərin portal şablonunu dəyişəndə həm də bunu əlavə edirəm. Nəyisə düz etmirəm?-- Pərviz 18:53, 9 Oktyabr 2010 (UTC)
Azərbaycan filmləri elə hamısı qaralama şəklindədir də. Təxminən 3 500 məqalə. --Sortilegus 19:01, 9 Oktyabr 2010 (UTC)
- Onların içində verlişlər, tamaşalardə var. Bəlkə bu şablonu ancaq tammetrajlı və qısametrajlı bədii filmlərə əlavə edim? Ümumi sayı 400-ə yaxındır. "Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin." sözünə görə əsas əlavə edirəm ki, bəlkə yeni istifadəçilərin marağına səbəb olar. -- Pərviz 19:26, 9 Oktyabr 2010 (UTC)
Qızıl medal
[mənbəni redaktə et]Salam, Sortilegus! Vikediyanın "Qızıl medal"ı mübarək olsun! Hörmətlə, --Vago 08:18, 11 Oktyabr 2010 (UTC)
Salam. Təşəkkür edirəm, dost:)--Sortilegus 10:46, 11 Oktyabr 2010 (UTC)
- Mən də "Almaniyadan" qoşuluram.--MrArifnajafov 10:57, 11 Oktyabr 2010 (UTC)
- Təşəkkürlər:)--Sortilegus 11:18, 11 Oktyabr 2010 (UTC)
50-ni haqqladın, 100-ə nə qaldı? --Cekli829 16:35, 11 oktyabr 2010 (Cek vaxtı ilə)
- --Sortilegus 11:44, 11 Oktyabr 2010 (UTC)
Dostumuz Sortilegus! Vikediyanın "Qızıl medal"ı mübarək olsun! Size yeni uğurlar və yeni zirvələr arzusu ilə --Acategory 11:42, 11 Oktyabr 2010 (UTC)
- Təşəkkürlər:)--Sortilegus 11:44, 11 Oktyabr 2010 (UTC)
Kateqoriyalar
[mənbəni redaktə et]Salam. Kateqoriyalaşdırma işində son bir neçə ayda xeyli dəyərli işlər gördün. Əslində, bu formada kateqoriyalaşdırma və kateqoriyaların standartlaşdırılması əvvəl-axır aparılmalıydı. Bunun əziyyətini demək olar ki, təkbaşına çəkdin. Buna görə sənə təşəkkürlər. Hörmətlə:--Sortilegus 20:54, 12 Oktyabr 2010 (UTC)
Təşəkkürə görə təşəkkürlər. Amma hələ çox iş qalıb. Həm yeni kateqoriyalar yaratmaq lazımdır, həm yeni şablonlar yaratmaq lazımdır, həm də yeni portallar yaratmaq lazımdır. Hələ film adlarının standartlaşması... Bax bu çox qəliz bir prosesdir. --Cekli829 9:14, 13 oktyabr 2010 (Cek vaxtı ilə)
Şablonlar
[mənbəni redaktə et]Salam. Cekliyə AzVikidə kateqoriyalaşdırma işindəki çəkdiyi əziyyətə görə artıq təşəkkür etmişəm, şablonlaşdırma işində də əvəzsiz xidmətlərinə görə sənə təşəkkür etməyi özümə borc bilirəm:) Demək olar ki, 2005-ci ildən bu yana yaradılan bütün şablonların təştişini aparıb onları qaydaya salmısan (bu işdə digər fəal idarəçi və istifadəçilərimizin də iştirakını qeyd etmək lazımdır). Əslində, bu iş mənə həlli qəliz bir məsələ kimi görünürdü, amma indi görürəm ki, problem demək olar ki, 90% həll olunub. Şablonların "milliləşdirilməsinə", yəni Azərbaycan dilində olmasına diqqət ayırmağın xüsusilə təqdirəlayiqdir. Araşdırma aparsan görərsən ki, hətta məqalə sayı bizdən qat-qat çox olan, nəzarət imkanları daha geniş olan rus, türk vikipediyalarında bu problem hazırda bizdəkindən daha aktualdır. Bir daha sənə bu dəyərli fəaliyyətinə görə təşəkkür edirəm. Hörmətlə:--Sortilegus 21:09, 12 Oktyabr 2010 (UTC)
- Salam, Sortilegus. Mən də Sizə təşəkkür edirəm. Əslində bu birgə işimizdir və inşallah axıra çatdırılar. Hörmətlə, --Vago 08:05, 13 Oktyabr 2010 (UTC)
Silinmədə tələsiklik
[mənbəni redaktə et]Təhsil üzrə komissiyanın rəsmi adı var, bu, Azərbaycan Prezidentinin uyğun sərəncamı ilə bu adla yaradılıb.Sizin həmin rəsmi ada düzəliş edib başqa ad verməniz anlaşılan şey deyil. (Monakhfirst) Ümumiyyətlə lütfən nədənsə xoşunuz gəlmirsə həmin an silməyin. İnsanlar xeyli zəhmət çəkir. Məsələn "Elm və sənət Məclisi" bu gün Azərbaycanda alim və ziyalıların ən sevdiyi, toplandığı, elmi diskussiyalar apardığı bir qurumdur. Dünyanın hər yerindən (ABŞ, İngiltərə, Rusiya, Türkiyə, İran,..) məruzəçilər gəlir. Sizin xoşunuza gəlməyən nədir???(Monakhfirst) Bu tam yeni yaradılmış məqalədir, Cəfər Cabbarlının adını daşıyan mükafat haqqında məlumatları toplamaq, onu tamamlamaq və bununla da həm C.Cabbarlı haqqında məlumatı zənginləşdirmək, həm də bir sıra elm, ədəbiyyat, incəsənət xadimlərinin ölkədəki rolu qeyd edilir. Bunu niyə silirsiniz??? (Monakhfirst) — Bu imzasız yazı Monakhfirst (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Niyə?
[mənbəni redaktə et]Sildiyiniz məqalələri bərpa etməniz xahiş olunur. Əvəzində həmin məqalələr barədə fikrinizi yazın. Nöqsan hesab etdiyinizi göstərin. Məsələn, Peşə-məşğulluq mərkəzi Azərbaycan təhsil sistemində ən fundamental, vacib məsələlərdən biridir. Tələbə ilə ictimaiyyət və iş yerləri arasında əlaqənin nəzəri və praktik aspektlərini araşdırır, təhsillə həyat arasındakı uçurumu aradan qaldırır. Cəmi iki, ya üç ali məktəbdə bu cür mərkəz fəaliyyət göstərir. Beynəlxalq proqramlar, əməkdaşlıqlar nəticəsində yaradılıb. Amerika və Avropada universitetin gücünü ölçən ən vacib göstəricidir. Bu və digər sildiyiniz səhifələri bərpa etməniz xahiş olunur. Bunlar məzmunlu, ensiklopedik məqaləyə çox layiq mövzulardır. Və nəhayət, 4-5 milyon gürcü 42 min məqalədən artıq Vikipedia düzəldib, 40-50 milyonluq Azərbaycanlılar cəmi 38 min... (Monakhfirst) — Bu imzasız yazı Monakhfirst (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Məqalələrdəki məlumatlar ensiklopedik olmalıdır. Sizdən bir xahişim var - bir istifadəçi adı ilə qeydiyyatdan keçib burda fəaliyyət göstərin. Sizin ehtimal etdiyim "dublikatların" (vikipediya dilində "kuklaların") fəaliyyətinə nəzarət etmək də vaxt itkisidir. Sonuncu ismarıcınızı isə şəxsən özümə qarşı təhqir sayıram. Belə istehzalı atmacaları aradabir eşitməli və onlara dözməli oluram. İnşallah, belə deyənlərin də ağzını yumarıq. Amma bu sualınıza cavab istəyirsizsə özünüzün fəaliyyət statistikanıza baxın Monakhfirst (müzakirə • töhfələr • statistikalar) və sonra mənim fəaliyyət statistikam ilə Sortilegus (müzakirə • töhfələr • statistikalar) onu müqayisə edin.--Sortilegus 22:08, 16 Oktyabr 2010 (UTC)
Qəti surətdə
[mənbəni redaktə et]Mən qəti surətdə sizi təhqir etmək fikrində olmamışam, bu ağlıma belə gəlməz. Nə də öz fəaliyyətim barədə heç bir yüksək fikirdə olmamışam və bu barədə hər hansı bir söz işlətməmişəm. Sonuncu ismarıcım sizdən niyə belə etdiyinizi soruşmaq olub. Bunu nəyi pis işdir və ya hətta təhqirdir? Düzü "kuklalar" və "dublikatlar" deyəndə nəyi nəzərdə tutursunuz anlamadım. Əgər qeyri-qanuni bir iş görmüşəmsə açıq deyin. əgər bir məqalənin yaxşı və lazımlı olduğunu deyib sizdən onu bərpa etməyi xahi edirəmsə. bu xətrinizə dəyibsə, səbəbini anlamadım. Və nəhayət gürcülərlə müqayisə etməyim və zəifliyimiz hamımıza aiddir və siz fəal olduğunuz üçün əslində sizə aid deyil. Mən sonuncu ismarıcım niyə təhqirdir və atmacalı sözlərim hansıdır? Tam səmimi deyirəm ki, bu yöndə heç bir ifadə də tapa bilmədim. Nə isə... .--Monakhfirst 16 Oktyabr 2010 (UTC)
- Hörmətli, Monakhfirst. Söylədikləriniz əslində tək dostumuz Sortilegusə deyil, hamımıza aid olduğundan müdaxilə etmək məcburiyyətində qaldım. Azərbaycan Vikipediyası mehriban və çalışqan bir kollektivdir. Hər kəs onu daha da oxunaqlı etməyə çalışır. Tək axırıncı üç ayda AzVikipediyada üç yeni seçilmiş məqalə qəbul edilib. Əgər bizdə məqalənin azlığından narasınızsa , bizə vaxt ayırın, öz tərəfinizdən yeni məqalələr, yeni düzəllişlər edin. Nümunə göstərin. Kənardan ziyalıları kollektivimizə dəvət edin. Təcrübəli istifadiçılərin fəaliyyətinə diqqətlə yanaşın. İş qaydalarını dərindən öyrənməyə çalışın. Bizim əsas məqsədimiz kəmiyyət yox, keyfiyyətdir. Qısa vaxtda cəmi üç sətirlik on minlərlə məqalə yaratmaq olar. Ancaq bu bizə lazımdırmı ? Və ən əsası dözümlü olun, digərilərində özünüzə gələcək dost görün. Gələcək işlərinizə uğurlar arzusu ilə --Acategory 05:22, 17 Oktyabr 2010 (UTC)
Dosta təşəkkür
[mənbəni redaktə et]Hörmətli Acategory, təşəkkür edirəm. Sadəcə mənim xahişimin və kiçik etirazımın niyə təhqir kimi başa düşülməsini və buna görə tanınmış idarəçidən "ağzını yumarıq" deyə hədə almağımı və digər eyhamları anlamadım və təəssüflə qarşıladım. Gürcüstanla müqayisəni isə bizim daha güclü olmaq istəyimizi ifadə edərək yazdım (bu, əminəm ki, hamımızın istəyidir). Bu müqayisəni gətirməkdən bu halda məqsədim məzmunlu məqalələrin (həcmindən asılı olmayaraq) silinmə məsələsinə ehtiyatla yanaşmaq fikri idi. Mən Vikipediada təcrübəli deyiləm, bu işə təzə başladığıma görə hətta imzalamanı da yeni öyrənirəm. Sizə uğurlar arzulayıram --Monakhfirst, 17 Oktyabr 2010 (UTC)
Məqalənin adını dəyişməzdən öncə müzakirə səhifəsində öz fikirlərinizi yazsaydınız daha düzgün olardı. Vikipediya qaydaları bütün istifadəçilərə şamil edilir və kiminsə bürokrat olması o demək deyil ki, başqalarının fikirlərinə və arqumentlərinə məhəl qoymayaraq istədiyini etsin. Bir də ki, adı dəqiqləşdirib sonra dəyişmək daha düzgün olar, nəinki. dəyişdirib sonra dəqiqləşdirmək. Hər halda "qulaqları kəsib, sonra saymaq" lazım deyil.--Ira 15:15, 18 Oktyabr 2010 (UTC)
Məqalənin adını dəyişməmişəm, müzakirə səhifəsinin adını dəyişmişəm və məqalənin adına uyğunlaşdırmışam. Bir təcrübəli idarəçi kimi qeydlər etməmişdən əvvəl gərək fikir verəsən buna. Müzakirə səhifəsi mövcud olmayan məqalənin müzakirə səhifəsinə çevrilmişdi. --Sortilegus 15:20, 18 Oktyabr 2010 (UTC)
Mən məqalənin adının dəyişmiş olduğunu gördüm. Hər halda məni qara basmır. Məqalənin adı dəyişmişdi. --Ira 15:24, 18 Oktyabr 2010 (UTC)
Elə olanda məqalənin tarixçəsinə baxıb adını kim və nə vaxt dəyişdiyini görə bilirsən. Dərhal bürokratı "yıxıb-sürümək" lazım deyil ki, burda qulaq kəsirsən. --Sortilegus 15:36, 18 Oktyabr 2010 (UTC)
Elə məni də təəccübləndirən o oldu ki, tarixçədə adın yox idi, amma məqalənin adı dəyişmişdi. Qulaq kəsmək fikrim yoxdur. Bu bir məsəldir : "Görürlər dovşan qaçır, soruşurlar - niyə qaçırsan? Deyir - qulaq sayanlar gəlib meşəyə. Deyirlər bəs sən nədən qorxursan? Deyir - əvvəl kəsirlər, sonra sayırlar." İndi lətifəsi bizdən uzaq əvvəl gəl Mariyanın adını dəqiqləşdirək, sonra dəyişək. Yoxsa ki, istifadəçi işləyir, məqalə yaradır, zəhmət çəkir. Bizlərdən biri də gəlir saymazyna adı dəyişdirib gedir. Bu məsələdə mənə təsir edən də budur. Adi etik qaydalara fikir verilmir!!!--Ira 15:58, 18 Oktyabr 2010 (UTC)
Butun Idarecilerin Nezerine!
[mənbəni redaktə et]Bir az evvel idareci Irada tamamile essasiz olaraq idareci selahiyyetinden sui-istifade ederek meni bloklamisdir. Muzakire sehifemde sebeb kimi gosterdiyi butun bendler esassizdir: 1)Apardigim butun muzakireler vikipediya qayadalari daxilindedir, bunun eksini gosteren hec bir subut yoxdur, sadece idareci ozunun daxil oldugu muzakirede qarsi terefi susdurmaq ucun bu vasiteden istifade etmisdir. Sozugeden sehifede butun redaktelerim izlene, hamisinin istifadecilere hormet ve butun qaydalar daxilinde yazildigina sahid oluna biler 2)Ele bu sebebden de etdiyi xeberdarliq esassizdir ve men haqli olaraq onu vecime almamaq huququna malikem 3)bu fealiyyeti ile bagli ona xeberdarliq etmeyi bir vikipediyaci kimi ozume borc bilirem ve bunun hede-qorxu kimi qebul edilmeyi ucun hec bir esas yoxdur. Elece de hec bir hormet serhedleri xaricine cixmadigim butun redaktelerim izlenerek mueyyen edile biler. Vikipediyada xeberdarliq etmek ancaq idarecilere mexsus selahiyyet deyil. Qaydanin pozuldugunu hesab eden istenilen itfidadeci basqa istifadeciye, o cumleden de idareiye xeberdarliq ede biler ve bunu qadagan eden hec ne yoxdur. Butun bunlar nezere alinaraq, idarecilerden blokun legv edilmesini ve bunun sehven edildiyi ucun gelecek fealiyyetimde de nezere alinmamagini xahis edirem. Hormetle. İstifadəçi:TimBitsتِمبِتس adindan --174.89.137.98 18:24, 21 Oktyabr 2010 (UTC)
- Obyektiv münasibətinizə görə təşəkkür edirəm. Məncə artıq burda qaydaların pozulduğu aşkar olduğu üçün bunu qaydanı pozmuş idarəçinin xoş niyətinə həvalə etmək düzgün çıxmır, sözügedən idarəçinin səhvində təkid etdiyini də nəzərə alsaq. Bütün hallarda belə özbaşınalığın təkrar olmaması üçün tədbirlər görülməli, lazımi qərarlar alınmalıdır. Hər şeyə görə təşəkkürlər. İstifadəçi:TimBitsتِمبِتس adından --87.117.205.29 12:47, 22 Oktyabr 2010 (UTC)
TimBits, sizi bir də xəbərdar edirəm. Görürəm siz nə 1-ci xəbərdarlıqdan, nə də blokdan nəticə çıxarmadınız. "özbaşınalıq" sizin hərəkətlərinizdir. Bəsdir! Mənim səbrimi sınağa çəkməyin. Elə etməyin ki, sizi fasiləsiz bloklayım. Mənə hörmət etmirsiniz - özünüzə hörmət edin. --Irada 18:06, 22 Oktyabr 2010 (UTC)
- Salam. Müzakirə açmazdan əvvəl səninlə də məsləhətləşməy lazım olduğunu fikirləşirəm. Bundan sunra üçün yuxarıdakı məsələ haqqında fikrin nədir? Nə qərarlar alınmasını məsləhət görürsən?--TimBitsتِمبِتس 12:20, 25 Oktyabr 2010 (UTC)
- Salam. Mən artıq görürəm ki, burda "avtoritet"ə çevrilirəm:) Bu heç də yaxşı tendensiya deyil. Sənin bloklanmağın AzVikinin 7 idarəçisindən 5-nin və 4 fəal istifadəçisinin iştirakı ilə keçirilən görüşdə müzakirə edilib. Mənim mövqeyim idarəçilərin müzakirə səhifəsində öz əksini tapıb və dəyişilməyib. Səni də yaxşı anlayıram. Gələn il yanvarın əvvəlində 7 idarəçiyə etimad seçkisi keçirilməyini təklif edəcəm. Hörmətlə:--Sortilegus 17:09, 25 Oktyabr 2010 (UTC)
- Avtoritet deməzdim, bəlkə hörmət. Bu o demək deyil ki, digər idarəçilərə səndən az hörmət edirəm, sadəcə səni bütün tərəflərin neytral qəbul elədiyini fikirləşib yazmışdım. Mən vikipediyada heç nəyi şəxsi qəbul eləmirəm, onə görə də bu barədə heç kimdən üzr tələb etmək və ya cəzalandırılmasını istəmək fikrim yoxdur. Amma bu mənə yox hər hansı bir başqa istifadəçiyə də edilsəydi mən yenə də bu mövqeni tutardım, çünki bu cür idarəçi fəaliyyəti tamamilə yolverilməzdir. Burda mən iki addımın atılmasını mütləq hesab edirəm. Birincisi bu bloklamanın əsassız hesab edilməsi və fəaliyyət tarixçəmin bir hissəsi olaraq sayılmaması. İkincisi də bu cür faəliyyətin qəbuledilməz olduğu barədə idarəçiyə xəbərdarlıq edilməsi. Bunları da rəsmi olaraq etmək üçün səsvermə keçirmək lazımdır. Əgər sakitlik yaranması məqsədilə yanvara qədər bunu təxirə salmaq məsləhət bilinsə, mən bunu yanvarda da gündəliyə gətirə bilərəm amma bütün halarda məsələnin vaxtında həll ediləmsi daha effektivdir, təxirə salmağın nəyisə yoluna qoyacağına inanmıram. Burda problematik olan idarəçinin fəaliyyətidir və bu fəaliyyətin məsuliyyətini tam başa düşməməsidir. Yoxsa bu qüsurlar aradan qaldırılarsa şəxsən indi də, yanvarda da etimad seçkisi keçirilərsə bütün idarəçilərə etimadım müsbətdir, təkcə Mehrdadın fəaliyyətsizliyi səbəbilə idarəçilik statusunun ləğv edilməsini istəyərdim amma istifadəçilərin rəyi əks yöndə olarsa da buna etiraz etmərəm. --TimBitsتِمبِتس 01:50, 27 Oktyabr 2010 (UTC)
- Salam. Mən artıq görürəm ki, burda "avtoritet"ə çevrilirəm:) Bu heç də yaxşı tendensiya deyil. Sənin bloklanmağın AzVikinin 7 idarəçisindən 5-nin və 4 fəal istifadəçisinin iştirakı ilə keçirilən görüşdə müzakirə edilib. Mənim mövqeyim idarəçilərin müzakirə səhifəsində öz əksini tapıb və dəyişilməyib. Səni də yaxşı anlayıram. Gələn il yanvarın əvvəlində 7 idarəçiyə etimad seçkisi keçirilməyini təklif edəcəm. Hörmətlə:--Sortilegus 17:09, 25 Oktyabr 2010 (UTC)
Salam. Bu məqaləni seçilmiş məqalə labaratoriyasına yerləşdirmək istəyirəm. Siz bu haqda nə düşünürsünüz?--Robert Langdon 19:14, 26 Oktyabr 2010 (UTC)
Salam. Məncə material yaxşıdır, amma mənbələr, istinadlar, şəkillər azdır. Bu çatışmazlıqları düzəldib yerləşdirmək olar. Hörmətlə:--Sortilegus 19:16, 26 Oktyabr 2010 (UTC)
Salam. Bu mövzuya yenidən qayıdıram və bildirmək istəyirəm ki, istinadlar, mənbələr və lazımi şəkillər əlavə edildi. İndiki halda bəs necə yerləşdirmək olarmı? Hörmətlə--Robert Langdon 14:48, 3 noyabr 2010 (UTC)
Salam. Məncə olar. Sən laboratoriyaya yerləşdir, görək digər istifadəçilər nə deyirlər. Hörmətlə:--Sortilegus 20:58, 3 noyabr 2010 (UTC)
Anais
[mənbəni redaktə et]Salam "Anais" məqaləsinin müzakirəsiz silinməsi, barədə məlumat almaq istərdim, məqalə silinməsi üçün aidiyyatı şablon qoyulmalı və müzakirə olunmalıdır. --Gulustan 07:30, 27 Oktyabr 2010 (UTC)
Salam. Məqalə bir tərəfli yazılmışdı. Düzdür, müəyyən mənbələr artırılmışdı məqaləyə, amma bu onun tərəfsizliyini təmin etmirdi. Səhv etmirəmsə məqalənin müəllifi siz idiniz. Mən çıxış yolu kimi təklif edirəm ki, məqalə bərpa olunsun, amma neytral mövqedən yazılsın. Yəni bu erməni ilahəsinin məhsuldarlıq, bərəkət ilahəsi olduğu bir çox mənbələrdə qeyd edilir. Sizin göstərdiyiniz mənbələrdə isə o fahişəlik ilahəsi kimi göstərilir. Bu iki mövqenin ikisi də əksini tapmalıdır məqalədə, yalnız 1 mövqe əksini tapanda bu məqalənin neytrallığını şübhə altına alır. Hörmətlə:--Sortilegus 08:09, 27 Oktyabr 2010 (UTC)
- Удаленное Вами вчера содержание было сегодня снова восстановлено. О каких двух позициях Вы здесь пишете? Вам не кажется, что утверждение врача-психиатора, развивающего расистские идеи относительно наследственности преступных наклонностей, не считается АИ вообще и против принятого в мейнстримной исторической науке в частности? Все боги плодородия могут называться только богами плодородия - это общепринято во всем мире. Так что иной ТЗ в статье быть не может, тем более ссылок на проституцию. Искусствоведам это также хорошо известно, тем более поклоннику Дали, Маркеса и Феллини, --Zara-arush 12:31, 27 Oktyabr 2010 (UTC)
- Участники АзВики считают что статью надо оставить в АзВики. Некоторые из них начали работать над статьей. Я как администратор обязань учитывать мнение сообщества АзВики. А дисскусию вы можете продолжить в странице обсуждения статьи. --Sortilegus 14:03, 27 Oktyabr 2010 (UTC)
IP block exemption
[mənbəni redaktə et]Bu status nə işə yarayır? Onların vəzifələri nədir? -- Pərviz 20:58, 27 Oktyabr 2010 (UTC)
İdarəçilər IP diapazonlara blok qoyanda anonim istifadəçilərlə yanaşı bəzən qeydiyyatdan keçən istifadəçilər də bu bloka düşürlər. Bu status verilən istifadəçilər üçünsə belə problem yaranmır. --Sortilegus 18:20, 29 Oktyabr 2010 (UTC)
- Təşəkkürlər məlumata görə.-- Pərviz 19:35, 29 Oktyabr 2010 (UTC)
İstifadəçi adının dəyişdirilməsi
[mənbəni redaktə et]Salam Rovshan.95 Sizin istifadəçi adınızın dəyişdirilməsində heç bir problem yoxdur. Amma siz atomatik qeydiyyatdan keçmiş (avtotəsdiqlənmiş) istifadəçi hesabına malik olduğunuza görə nəzərinizə çatdırım ki, istifadəçi adınızın dəyişdirilməsi digər vikilahihələrdəki istifadəçi hesablarınızı AzVikidəki istifadəçi hesabınızdan ayıracaq. Yəni burada azvikidən başqa qeyd olunan bütün layihələrdə istifadəçi adınız elə Rovshan.95 olaraq qalacaq. Bunun belə olmasında problem görmürsünüzsə, mən sizin istifadəçi adınızı dəyişə bilərəm. Hörmətlə:--Sortilegus 18:54, 29 Oktyabr 2010 (UTC)
Salam. Əgər belədirsə onda dəyişilməsin. Həmçinin mənim imzamda Robert Langdon olaraq göstərir. Artıq məncə ehtiyac yoxdur. Hörmətlə--Robert Langdon 10:00, 30 Oktyabr 2010 (UTC)
Onu özünüz səhifənin yuxarı sağ küncündəki "Nizamlamalar" bölməsinə daxil olaraq "Xam imza" bölməsindən silməklə düzəldə bilərsiniz. Hörmətlə:--Sortilegus 18:25, 30 Oktyabr 2010 (UTC)
Məsləhətləşmə
[mənbəni redaktə et]Kənd meydanındakı məsləhətləşməyə dair mövqe bildirmək istəmirsinizmi--MrArifnajafov 16:05, 1 noyabr 2010 (UTC)
Əziz həmkar xoş gördük. Mənim META ilə bağlı inzibati proseduralardan demək olar ki heç xəbəril yoxdur. Bəlkəm zəhmət olmasa məni bir qədər bu haqqda maarifləndirəsiniz. (Necə və konkret hara təqdim olunmalı, hansı dildə müzakirələrə hansı dildə qoşulmaq olar?) --MrArifnajafov 21:22, 1 noyabr 2010 (UTC)
Müzakirə
[mənbəni redaktə et]- Burada mən artıq alman dilində sorğu vermişəm. Sizlərdə yaza bilərsiniz --MrArifnajafov 15:44, 2 noyabr 2010 (UTC)
Mükafat
[mənbəni redaktə et]Mükaafata görə dərin təşəkkürümü bildirirəm hörmətli həmkar! ;) --Proger danış 22:47, 3 noyabr 2010 (UTC)
Sənin haqqın olan mükafatdı. Bürokratik manelərin, sədlərin "memarı" olan AzViki bürokratı tərəfindən təqdim edilən:)--Sortilegus 22:53, 3 noyabr 2010 (UTC)
- :D Eşq oslun! ;) --Proger danış 22:56, 3 noyabr 2010 (UTC)
Qızıl medal
[mənbəni redaktə et]Mən də təbrik edirəm! Gələcək fəaliyyətində uğurlar. Yorulmayasan! Hörmətlə:--Sortilegus 18:35, 6 noyabr 2010 (UTC)
Əllini haqladım, yüzə az qaldı... Təbrikinizə görə minnətdaram! --Cekli829 9:21, 8 noyabr 2010 (Cek vaxtı ilə)
Salam. Bu məqalənin adı tamamilə səhvdir. Azərbaycan dilində fikrimcə bu Kolxida adlanmalıdır. İmkan daxilində bu məqalənin adını dəyişərdiniz. Hörmətlə, Verman1
Kollektiv əməyin gücü
[mənbəni redaktə et]Salam, Sortilegus. Məktub Sizin ünvana olsa da əslində müraciət bütün vikikollektivədir. Axırıncı seçilmiş məqalə Azərbaycan viki kollektivinin gücünü və malik olduğu potensialını göstərdi. Göründü ki, qabaqcıl viki səhifələr səviyyəsində məqalələr yaratmaq mümkündür. Məqalə üzərində praktiki olaraq hər bir kəs çalışdı, müzakirələrin gərginliyinə isə davam gətirmək çox çətin idi. Görülən işdən hər bir kəs zövq alırdı. Məqalə bizləri birləşdirdi, bir-birimizə yaxınlaşdırdı. Hər bir seçilmiş məqalə ardınca onlarla digər maraqlı məqalə gətirir. Ortada görüləsi işlərimiz çoxdur və buna bizim potensialımız çatar. Hamının gördüyü işi yüksək qiymətləndirir və həm işlərində, həm də şəxsi həyatlarında uğurlar arzulayıram. --Acategory 18:11, 15 noyabr 2010 (UTC)
Şablon
[mənbəni redaktə et]Xoş gördük həmkar :). Mümkünsə müvəqqəti bu şablonu bərpa edin. Tərkibində yazılış formasını (say, sıralanması da daxil) götürmək lazımdır. Lazım olan materialı götürdükdən sonra yenidən silərsiniz. Hörmətlə. --Proger danış 20:45, 16 noyabr 2010 (UTC)
Baş üstə:) Materialı götürəndən sonra "sil" şablonu qoyarsan. Hörmətlə:--Sortilegus 20:54, 16 noyabr 2010 (UTC)
- Başın sağ olun! :). Sil qoymamış, sizdiniz ki ;). Əccəb elədiniz. Material məndədir. Təşəkkür edirəm! --Proger danış 20:57, 16 noyabr 2010 (UTC)
Hələ silməmişəm. Sənin göstərdiyin keçid şablona olan istiqamətləndirmə səhifəsinə keçiddir, mən şablon səhifəsini bərpa etdim. --Sortilegus 21:00, 16 noyabr 2010 (UTC)
- Bay, bay... Üzr istəyirəm! :) Artıq şablonu yerləşdirdim. Təşəkkür! ;). --Proger danış 21:03, 16 noyabr 2010 (UTC)
Ok.--Sortilegus 21:06, 16 noyabr 2010 (UTC)
Kateqoriya:Ana Səhifə
[mənbəni redaktə et]Salam həmkar. "Kateqoriya:Vikipediya:Ana Səhifə"sini "Kateqoriya:Ana Səhifə" etmək istəyirəm (İngilis vikipediyasına uyğun). Bəzi səhifələr var ki qorunur. Zəhmət olmasa onlarda bu kateqoriyanı Siz əlavə edin. Hörmətlə:-- Pərviz 21:54, 16 noyabr 2010 (UTC)
Düzəltdim.--Sortilegus 21:24, 19 noyabr 2010 (UTC)
Bilirsiniz ki
[mənbəni redaktə et]Salam. Mənim ana səhifədə yerləşən bilirsiniz ki bölməsinə əlavə etmək üçün məlumatlarım var. Məncə burda yerləşdirə bilərəm və sizdə uyğun olsa orada yerləşdirin.
- Bəşəriyyət tarixində ən maraqlı edam üsulunu qədim misirlilər fikirləşiblər. Burada insanları yuxudan məhrum etməklə, onların ölümünə səbəb olurmuşlar.
- L.N.Tolstoy "Anna Karenina" əsərini yazarkən, A.S.Puşkinin qızı M.A.Qartunqdan ilham alıb.
- İnsanların 1%-i infra-qırmızı, 1%-i isə ultra-bənövşəyi şüaları görə bilir.
- Pluton planetində bir il bizim bildiyimiz 247 ilə bərabərdir.
- Ağ ayıların hamısı solaxaydır.
- Oklahoma ştatında iti hövsələdən çıxaranları həbs cəzası gözləyir.
- Təyyarədə uçan zaman insanın saçı ikiqat sürətlə uzanmağa başlayır.
- Yaponiya və ABŞ-da boşqablardan istifadə edilməyən restoranlar fəaliyyət göstərir. Burada "qab-qacaq" funksiyasını gözəl fotomodellər yerinə yetirirlər.
Hələlik bu qədər yazıram. Amma əlimdə bundan da çox məlumatlar var. Əgər istəsəniz sonra da qalanlarını yazaram. Hörmətlə --Robert Langdon 19:26, 17 noyabr 2010 (UTC)
Salam. Bunların bəziləri bir vaxtlar həmin şablonda olub. Məlumat çox olsa sistemləşdirib qoya bilərik amma. Hörmətlə:--Sortilegus 15:54, 18 noyabr 2010 (UTC)
Onda əgər istəyirsinizsə digər məlumatları da yerləşdirim. Hörmətlə --Robert Langdon 15:56, 18 noyabr 2010 (UTC)
Bir test səhifəsi kimi yaradıb ora yerləşdirsən pis olmaz.--Sortilegus 15:57, 18 noyabr 2010 (UTC)
Hörmətli istifadəçi salam. Kolagirən qalası məqaləsindəki xəritədə qalanın yeri düzgün göstərilməyib. Həmin qala Göyçə gölünün şimalında yox tam cənubunda yerləşir. Aşağı Qaranlıq rayonuna aiddir. Xahiş edirəm bunu düzəldəsiz. Mən bunu bacarmıram yoxsa özüm düzəldərdim. Hörmətlə: Araz Yaquboglu
Düzəltdim.--Sortilegus 21:24, 19 noyabr 2010 (UTC)
Ulduz
[mənbəni redaktə et]Mənə verilən ulduzu indi görürəm. Təşəkkür edirəm. Hörmətlə --Robert Langdon 19:45, 22 noyabr 2010 (UTC)
Təşəkkür
[mənbəni redaktə et]Fəaliyyətimi bu cür yüksək qiymətləndirdiyiniz üçün sizə təşəkkür edirəm. Mən Azərbaycan Vikipediyasını sizsiz təsəvvür edə bilmirəm. Fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Səmimiyyətlə:--Sultan11 22:42, 23 noyabr 2010 (UTC)
Qat-qat daha artıq mükafatlara layiqsiz. Xüsusilə Azərbaycanın rayon və kəndləri haqqındakı məqalələrdə etdiyiniz düzəlişlər, bu məqalələrin adlarının dəqiqləşdirilməsi, sistemləşdirilməsi istiqamətində gördüyünüz işlər əvəzsizdir. Hörmətlə:--Sortilegus 22:45, 23 noyabr 2010 (UTC)
Abdulla Əfəndiyev
[mənbəni redaktə et]Zəhmət olmazsa, "Abbdulla Əfəndiyev"in adını dəyişin. Yanlışdır. — Bu imzasız yazı Enver62 (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Qarayara
[mənbəni redaktə et]Etdiyiniz redaktələrə görə təşəkkürlər.--MrArifnajafov 17:49, 27 noyabr 2010 (UTC)
Dəyməz. Məncə, kifayət qədər zəngin məlumatlı məqalə alınıb. --Sortilegus 21:56, 27 noyabr 2010 (UTC)
51198 redaktə ilə 635-ci
[mənbəni redaktə et]Təbrik edirəm. 1000-likdəsən... --Cekli829 14:42, 29 noyabr 2010 (Cek vaxtı ilə)
Təşəkkür! Heç xəbərim yox idi, elə başımı aşağı salıb redaktələr etməklə məşğulam:) Sən də bu arada yanımdan sakitcə ötüb məni keçmisən ki:) 537-ci yerdəsən. Eşq olsun! 3 azvikiçinin ilk minlikdə olması yaxşıdı, amma azdı. Kak minimum orda 50 nəfər olmalıyıq. Hörmətlə:--Sortilegus 20:35, 29 noyabr 2010 (UTC)
The data from each decade ghas been combined to save space. The "estimation" for 2010 is fabricated, as it is from a missionary (propaganda) website.
[mənbəni redaktə et]Pleas use ONLY the source from http://www.azstat.org/statinfo/demoqraphic/az/006.shtml#s6 Azərbaycan Respublikasının Dövlət Statistika - Komitəsi "Demoqrafik göstəricilər - Əhalinin milli tərkibi (əhalinin siyahıyaalınmaları üzrə) — Bu imzasız yazı Menikure (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
The "estimation" of the etnic population of Azerbaycan is wrong, because it is from the missionary website which is not only false about the numbers but is also propaganda.
[mənbəni redaktə et]The "estimation" of the ethnic population of Azerbaycan is wrong, because it is from the missionary website which is not only false about the numbers but is also propaganda.
Do not use this website Joshua Project – Unreached Peoples of the World : Azerbaijan
Wait until the offical data of the ethnic population of Azerbaycan for the years 2009/2010 is published by Azstat.org — Bu imzasız yazı Menikure (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Dünya reytinqi
[mənbəni redaktə et]Salam. Statistikaya indi baxdım, çox sevindim. Bir azvikiçinin redaktə sayına görə bütün Vikipediya istifadəçilərinin sıralamasında 82-ci yerdə olması çox sevindirici haldır. Onu da nəzərə almaq lazımdır ki, hazırda qeydiyyatdan keçən belə istifadəçilərin sayı, səhv etmirəmsə, 3 milyondan çoxdur. Sənə gələcək fəaliyyətində uğurlar və daha yüksək zirvələr fəth etmək arzusu ilə: --Sortilegus 20:46, 29 noyabr 2010 (UTC)
Salam. Təqdirə görə təşəkkürlər. Mən də səni 635-ci yerə görə təbrik edirəm. Arzular qarşılıqlıdır. Uğur olsun!
P.S. İndi baxdım deyəsən dünən səhv ediblər. 157-ciyəm.
--Vüsal Ağayev 06:25, 30 noyabr 2010 (UTC)
Salamlar
[mənbəni redaktə et]Sizi salamlayır və fəaliyyətinizə uğurlar arzulayıram. Hörmətlə --Acategory 19:15, 30 noyabr 2010 (UTC)
Azərbaycan Respublikası əhalisinin etnik tərkibi
[mənbəni redaktə et]Salam Asparuh. Bu məqaləyə → Azərbaycan Respublikası əhalisinin etnik tərkibi imkan olanda bir nəzər yetir. Sənin variantınla yuxarıda şərh yazan istifadəçinin variantı arasında müəyyən fərqlər var. Mənim rəqəmləri dəqiqləşdirmək imkanım yoxdur. Yaxşı olar ki, bu məqaləyə çoxlu sayda mənbə əlavə olunsun. Hörmətlə:--Sortilegus 21:14, 29 noyabr 2010 (UTC)
İstifadəçi yazıb ki, http://www.joshuaproject.net saytı missioner saytdır və onun məlumatlarından istifadə etməyək. Mən də bu saytın mənşəyini bilmirəm. Bu sayta istinadları sən vermisən. Yaxşı olar ki, elə ancaq bizim statistika komitəsinin məlumatlarına əsaslanaq. --Sortilegus 21:26, 29 noyabr 2010 (UTC)
Salam hörmətli Sortilegus . Azərbaycan Respublikası əhalisinin etnik tərkibi məqaləsi mənə aiddir . Ora yazılmalı olan rəqəmlər və bu rəqəmləri təsdiq edəvcək mənbələr məndə var . Xahiş edirəm məqaləninin mənim yaratdığım sonuncu versiyasını bərpa edəsiniz və onu dolğunlaşdırmaq üçün mənə 2 sutka vaxt verəsiniz , işimlə əlaqədar vikidə az oluram ancaq sırf bu dezinformasiyanın qarşısını almaq üçün bu məqaləni tam şəkildə redaktə edəcəyəm . Hörmətlə !--Büyük Asparuh Bulgar 00:58, 1 Dekabr 2010 (UTC)
Salam. Oldu. Hörmətlə:--Sortilegus 21:18, 30 noyabr 2010 (UTC)
Vikigörüş
[mənbəni redaktə et]Salam. Görüş səhifəsini təkmilləşdirdiyinə, elan verdiyinə görə sənə təşəkkür edirəm. Nəqliyyat marşrutlarını yazmaq ideyası da əladır və alqışlanır:) Amma deyirəm bəlkə 15 dəqiqə tez AzDramanın qabağında görüşək, sonra 2-3 dəqiqəlik vikigəzinti ilə gedək ofisə. Çünki 1-2 gündə bir neçə adam mənə zəng edib, yeri dəqiqləşdiriblər. Küçələrin adı dəyişib deyənə camaat onları köhnə adları ilə tanıyır. Qorxuram bu problem yarada. AzDramanı hami tanıyır. Onun qabağında məncə 17:45-də görüşsək yaxşı olar. --Sortilegus 17:28, 11 dekabr 2010 (UTC)
- Xoş gördük. Dəyməz əşi :). Mən də elə sən deyəni fikirləşmişdim. İndi yazaram səhifədə. --Proger danış 21:13, 12 dekabr 2010 (UTC)
Azərbaycan Sevgi Poeziyası: izah
[mənbəni redaktə et]Salam! "Min beş yüz ilin oğuz şeiri"ndə 1500 il ərzində şeir yazan irili-xırdalı yüzlərlə şairlərin şeirləri verilmişdir, mövzu məhdidiyyəti yoxdur, bir səhifədə 3-4 şairin şeirləri ola bilər. "Azərbaycan Sevgi Poeziyası" tamam başqa prinsiplə tərtib olunmuşdur; yalnız seçilmiş şairlər və seçilmiş sevgi şeirləri verilir, üstəlik hər şairə ayrı fəsil ayrılıb. Səməd Vurğun, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Şəhriyar kimi məşhurların istisnasız bütün sevgi şeirləri verilmişdir. Elmi və bədii kitablar yazan müəlliflərin əsərləri siyahısına onların yazdığı öz kitabları ilə yanaşı, kollektiv kitablarda yazdıqları fəsil də daxil edilir. Misal gətirək:
"The Legasy of İslam" kitabının (Oxford University Press, 1979) redaktoru J. Schacht və C. Bosworthdur/ Lakin hər fəslin öz müəllifi var, məələn 3-cü fəsil "Politics and war" adlanır və müəllifi Bernard Lewisdir. Yəni O, kitabın müəlliflərindən biridir."Azərbaycan Sevgi Poeziyası" da bu prinsiplə tərtib olunub, o kitabın müəllifləri, yəni bütöv fəsillərin müəllifləri ayrı-ayrı şairlərdir. Bu səbəbdən bu kitab həmin şairlərin əsas çap olunmuş əsərləri sırasına daxil edilməlidir (H. İsaxanlı kitabın tərtibçisidir və yalnız öz fəslinin müəllifidir, bütün kitabın deyil). Düzü mən dəyişiklikləri izləyəndə Poetikcan (müzakirə • töhfələr • statistikalar)ın bunu etdiyini gördüm, lakin nədənsə o, axıra çatdırmadı və mən sadəcə kitabın adını çatışmayan bir neçə müəllifin əsərləri siyahısına daxil etdim, tamlıq üçün. Hörmətlə, --Monakhfirst 21:36, 11 dekabr 2010 (UTC)
Şəkil
[mənbəni redaktə et]Salam Bu [50] şəkli bərpa edin zəhmət olmasa. --sefer 14:31, 12 dekabr 2010 (UTC)
Salam, Sortilegus. Belə getsə, nə olacaq?! :) --Vago 15:12, 13 dekabr 2010 (UTC)
Salam. Yönləndirilən müzakirə və portal səhifələridir. 5-10 dənədir. Əsaslarına əl dəymirəm:)--Sortilegus 15:14, 13 dekabr 2010 (UTC)
Adın yazılışında təhrif barədə
[mənbəni redaktə et]Salam!
Şəxs adlarında təhriflərə yol verilir.
Onun adı ingiliscə John Ryder-dir. Azərbaycanca iki cür yazıla bilər:
- 1. Elə ingilis dilində olan John Ryder kimi.Qeyd edək ki, latın əlifbasından istifadə edən xalqlar (onların mütəxəssisləri) arasında şərtləşmə var: hər xalq adam adlarını və digər xüsisi isimlərin böyük əksəriyyətini orijinal dildə necə yazılırsa elə o cür də yazsın, dəyişməsin. Məsələn Türkiyədə belədir. Bu halda azərbaycanca John Ryder yazılacaq. Məsələn, Bernard Lewis twrkcədə də olduğu kimi saxlanılır, "w" daxil olmaqla.
- 2. Tələffüzə uyğun olaraq azərbaycanca Con Rayder yazırlar. Bu, hələlik məqbul olsa da, dünya ilə səslşmir.--
- Jon Rayder yazılışı isə isə nə ondandır, nə bundan.
Monakhfirst 21:39, 14 dekabr 2010 (UTC)
- Elə bir şərtləşmənin olduğunu demək çətindi. Dünya praktikası belədi ki, hər dildə xarici adların və s. necə yazılmasını həmin dili işlədənlər özü müəyyən edir, biz də bu baxımdan dünya praktikasına əməl edirik və adların transliterasiya olunmasına üstünlük veririk. --TimBitsتِمبِتس 22:05, 14 dekabr 2010 (UTC)
- Salam. Düzdür, Con Rayder kimi yazılmalıdır. Mənim diqqətimdən yayınıb. Latınca yazılan adları Türkdilli vikipediyada olduğu kimi saxladıqlarından xəbərim var. Amma biz bir qayda olaraq bu cür adları Azərbaycan dilinə transliterasiya edirik. Bu həm Azərbaycanda, həm də Azərbaycandilli Vikipediyada artıq oturuşmuş prinsipdir. Hörmətlə:--Sortilegus 22:06, 14 dekabr 2010 (UTC)
Hi im not very good with the Azeri language. So I was just wondering if you might find some time to improve the Aynişan Quliyeva article. Perhaps her birthdate, and an image if you find any. Thanks.--90.225.122.124 17:03, 18 dekabr 2010 (UTC)
Vikigörüş
[mənbəni redaktə et]Şəkilləri yolladım. Hörmətlə: --Sortilegus 21:26, 18 dekabr 2010 (UTC)
- Təşəkkürlər. Baxdım. Elə bil dumanlıdır bəziləri.. Bu kameradandır? :). Həm də yəni o qədər şəkildə yalnız 6-ca şəkil yaxşıdır? :P. Bu dəhşətdir ki. Gərək deyərdin kimin var onlar da kamera gətirərdi. Yerləşdirəcəm bir azdan hamısını. Bir-başa Commonsa endirəcəm. Yəqin ki, şəkildə əksi olan heç kəs narazı olmaz ;). --Proger danış 21:38, 18 dekabr 2010 (UTC)
78 şəkildi:) Bunları seçə bildim. Hələlik yerləşdir, sabah-birigün hamısını görüşdə iştirak edən vikidaşların (müəllif hüquqları ilə qorunan ifadə:)) hamısına göndərərəm - bəlkə sonra bəzi şəkilləri dəyişdirərik, ya yenilərini əlavə edərik.
P.S. Gözlərimizin rəngi vspışkadan bəzi şəkillərdə qırmızıdır:) Onu fotoşopda düzəldib sonra yerləşdirsən yaxşı olar. --Sortilegus 21:46, 18 dekabr 2010 (UTC)
- Dəhşət... Nə çox. Məncə aralarında yenə maraqlısı olar. Gəl belə edək. Sən onları arxivləşdirib (.RAR) hansısa endirim saytına yükləyə bilərsən? Sonra da keçidi ver mənə, mən bir dizayner kimi (:P) baxım, 6-ya əlavə olar bir neçəsini də seçib yükləyim vikiyə. İndi bu birilərini endirərəm. --Proger danış 21:54, 18 dekabr 2010 (UTC)
Oldu--Sortilegus 22:19, 18 dekabr 2010 (UTC)
Bot statusu
[mənbəni redaktə et]Salam. Fəaliyyət statistikanıza nəzər saldım - alqışlanır:) Bu formada davam etsəz heç bot yaratmağınıza ehtiyac yoxdur. Elə istifadəçi hesabınızı bota çevirəcəyik:))--Sortilegus 22:39, 18 dekabr 2010 (UTC)
- Bot işi bana görə deyil (laf aramızda birəz tembel işi). Kullanıcısı olmayan ya da az olan vikilerde yeni sayfalar açarak katkı yapıyorum. Lakku (lbe) Vikisinde 70 sayfadan 300 sayfaya ulaştım. Şimdi de Avar (av) Vikisinde yazıyorum. Aynı anda da diğer vikilerde (ufak tefek olanlarda) madde açmaya çalışıyorum. Saygılarımla. --Kmoksy 22:48, 18 dekabr 2010 (UTC)
- Nə gözəl, nə gözəl. Mən inanıram ki, gələcəkdə həmin vikipediyaların kullanıcı sayı artdıqca və həmin dilləri bilən insanların sayı çoxaldıqca sizə bu yaratdığınız məqalələrə görə cani-dildən minnətdar olacaqlar:) Hörmətlə:--Sortilegus 22:57, 18 dekabr 2010 (UTC)
Rusiya şəhərləri
[mənbəni redaktə et]aydındır,çox sağolun--RamireZ 11:56, 20 dekabr 2010 (UTC)
Qaydalar
[mənbəni redaktə et]Xoş gördük! :)
Hörmətli həmkar, bu qaydaları yollamağı unutmayın. Gözləyirəm. --Proger danış 21:58, 21 dekabr 2010 (UTC)
Salam. Ruvikidəki qaydalar kateqoriyası budur ru:Категория:Википедия:Правила. Burda da hələ bütün qaydalar deyil - alt kateqoriyanın içindəkilərdir. Burdan da → ru:Категория:Википедия:Руководства bəzi təlimatları tərcümə edib "milliləşdirsək" yaxşı olar. Türk və ingilis vikisi ilə də müqayisə etmək, tutuşdurmaq lazımdır. Başlanğıc üçün bizdəki bu səhifədə olan qaydaları təkmilləşdirib axıra çıxa bilsək pis olmaz → Vikipediya:Vikipediya qaydaları. Amma sən hansı qaydanı hazırlamaq istədiyini mənə əvvəlcədən xəbər ver ki, eyni qaydanın tərtibi ilə məşğul olmayaq. Qaydaların tərtibini bölüşdürsək daha yaxşı olar - az vaxt itirərik. --Sortilegus 22:39, 21 dekabr 2010 (UTC)
Etimad səsverməsi
[mənbəni redaktə et]22 dekabr 2010 - 3 yanvar 2011 tarixləri arasında keçirilən etimad səsverməsində ötən ilin sonunda — 22 dekabr 2009-cu ildə başlanmış və 3 yanvar 2010-cu il tarixində yekunlaşmış səsvermədə olduğu kimi yenə mənə etimad göstərməyinizi rica edirəm. --Cekli829 13:49, 22 dekabr 2010 (Cek vaxtı ilə)
Mənə növbəti dəfə etimad göstərdiyiniz üçün Sizə təşəkkür edirəm! --Cekli829 14:32, 22 dekabr 2010 (Cek vaxtı ilə)
Bərpa
[mənbəni redaktə et]Alibus tərəfindən silinmiş istifadəçi səhifəmi bərpa etdiyiniz üçün təşəkkür edirəm! --Cekli829 9:16, 24 dekabr 2010 (Cek vaxtı ilə)
Dəyməz. Belə görünür ki, istifadəçi təcrübəsizliyindən silmişdi. Qəsdən vandalizm deyildi. --Sortilegus 12:25, 24 dekabr 2010 (UTC)
Arxivləşdirmə
[mənbəni redaktə et]İdarəçilərin qeyd və təkliflərini nəzərə alıb səsverməni dayandırdığınız üçün təşəkkür edirəm! Bəlkə Vikipediya:İdarəçilər/Arxiv1 səhifəsinə köçürdüyünüz müvafiq hissələrin rəngini dəyişdirəsiniz. Sarılar aydındır. Gümüşü rəng də aydındır. Buna görə də təklif edirəm ki, vaxtından əvvəl dayandırılmış səsvermənin rəngi başqa olsun. Rəngi özünüz seçin. Mən narıncını təklif edirəm. --Cekli829 16:07, 24 dekabr 2010 (Sumqayıt vaxtı ilə)
Yaxşı təklifdi. Düzəltdim. --Sortilegus 12:25, 24 dekabr 2010 (UTC)
Çox gözəl. Təşəkkür edirəm. --Cekli829 16:46, 24 dekabr 2010 (Cek vaxtı ilə)
Biyabır olmarıq
[mənbəni redaktə et]İlk əvvəl mənə göstərdiyiniz Yüksək Etimada görə Sizə bir daha minnətdaram! Mən Sizi və Vusal1981-i AzVikidə əfsanəvi istifadəçilər hesab edirəm. Bu sıraya bir neçə istifadəçini də əlavə etmək olar. O ki, qaldı Cek kəndində Vikimaniyanın keçirilməsi məsələsi... Bax o mənim təşəbbüsüm idi. Və əsas məqsədim o idi ki, təcrübə toplayaq və 2013-cü ildən sonrakı illərdə Can Azərbaycanımızda da Vikimaniya keçirək. Amma Vikimaniya Cek kəndində keçirilsə əgər, yenə biyabır olmayacağıq. Çünki, Cek kəndinin yerləşdiyi məkanda Vikimaniya keçirmək olar. Amma necə? Düzdür, kəndimizdə otel, aeroport və sairlər yoxdur. Lakin kəndimizdə geniş ərazilər var ki, həmin yerlərdə səyyar çadırlar qurub, məsələn hər biri 100 nəfərlik 20 çadır qurub bu tədbiri yüksək səviyyədə təşkil etmək olar. Bununla da nəinki, biyabır olarıq, hətta bu tədbir çox orijinal olar. Hətta Qəddafini də o tədbirə çağırmaq olar:))) --Cekli829 11:45, 27 dekabr 2010 (Cek vaxtı ilə)
Xoş sözlərə görə çox sağ ol. Elə tərifli sözlər dedin ki, lap özümü yunan mifologiyasının qəhrəmanı Herakl hiss elədim:) Burda çalışan bütün vikipediyaçılar nə iş görürüksə təmənnasız, Azərbaycan üçün görürük.
Çadır məsələsi yaxşı ideyadır, bəlkə 20 yox, 3 çadır quraq — ağ, qara, qırmızı:) Folklorumuzda da Dədə Qorquddan gələn belə ənənə var da:)--Sortilegus 20:00, 27 dekabr 2010 (UTC)
Bəs Dədə Qorqud kim olsun? --Cekli829 9:04, 28 dekabr 2010 (Cek vaxtı ilə)
Layihənin rəhbəri Cimbo Ueylsdir də, məncə bu seçimdə çox da düşünməyə ehtiyac yoxdur:) Meta indi burdakı yazışmalarımızı oxusa 2-ci dəfə orda biyabır olacağıq:)--Sortilegus 19:37, 28 dekabr 2010 (UTC)
Mən də elə düşünürdüm:))) Sizinlə razıyam. --Cekli829 9:17, 29 dekabr 2010 (Cek vaxtı ilə)
Salam Bakuemil. Son vaxtlar məqalələrə etdiyiniz dəyərli əlavələrə, məqalələri zənginləşdirdiyinizə və ümumiyyətlə, aktiv fəaliyyətinizə görə sizə təşəkkür edirəm. Bir şeyi diqqətinizə çatdırmaq istəyirəm: Siz Neftçala məqaləsini seçilmiş məqalə laboratoriyasına daxil etmisiniz. Amma elə məqalədə yerləşdirilən şablondan, məqalənin məzmunundan da görünür ki, o hələ qaralama halındadır. Laboratoriyaya adətən tam zənginləşdirilmiş məqalələr daxil edilir. Fəal istifadəçilər onun yalnız cüzi "əyər-əskiyini" düzəldir. Düzdür, bu prinsip bir neçə dəfə pozulub, amma bu o demək deyil ki, həmişə bu prinsipi pozmalıyıq. Yəni laboratoriyaya siz məqalə daxil edəndə istifadəçilərə elə bil müraciət edirsiz ki, mən bu məqalə üzərində işləmişəm, mənim fikrimcə o tam bitkin məqalədir və ona münasibətinizi bildirin. Qaralama halında məqaləni laboratoriyaya daxil etmək isə o deməkdir ki, gəlin mənə kömək edin bu məqaləni zənginləşdirək, yazaq. Bu prinsip əsas götürülərsə bilirsiniz laboratoriyaya nə qədər məqalə əlavə oluna bilər? Minlərlə! Və o prosesi heç idarə etmək olmaz. Məsələn, mən 100 məqalə var ki, istəyirəm onlar seçilmiş məqalə olsun, onda onların hamısını alayarımçıq elə laboratoriyaya daxil edərəm və gözləyərəm ki, hamı onları otursun zənginləşdirsin. Ümid edirəm fikrimi sizə çatdıra bildim. Hörmətlə:--Sortilegus 19:04, 27 dekabr 2010 (UTC)
- Məqaləni laboratoriyaya mən yerləşdirməmişəm. Amma yerləşdirən məni çox az fərqlə qabağlayıb :) Dediklərinizdə doğruluq payı var.
Mən əvvəli günündən laboratoriyanı "zənginlşdirmə" yeri kimi bilmişəm. Məqaləni şəxsən mən yerləşdirsəydim niyyətim belə olardı və laboratoriyanı belə başa düşürəm: "Məqalənin genişləndirirəm ki seçilmiş məqalə olsun və digər istifadəçilər məqaləyə buyurun baxıb iradlarınızı bildirin". Sizin də bir istifadəçi kimi irad bildirməyə haqınız var. Onu deyim ki məhz bu məqalədə zənginlşdirmə işində kimdənsə kömək gözləməmişəm, gözləmirəm də. Ancaq öz imkanlarıma etibar edirəm. İstəsəniz müzakirəni məqalənin müzakirə lövhəsində davam elətdirərik. Məqalənin seçilmiş məqalə statusu alması şərt və mütləq deyil. Başqa idarəçilər və istifadəçilərlə mezakirə edib məqalə ilə əlaqədar istədiyiniz qərarı ala bilrəsiz. İşlərinizdə uğurlar--Bakuemil 19:37, 27 dekabr 2010 (UTC)
Kateqoriyasız şablonlar
[mənbəni redaktə et]Salam, Sotilegus, biologiya üzrə kateqoriyasız şablonların demək olar ki hamısına kateqoriyalar əlavə etdim. Hörmətlə, --Vago 12:11, 29 dekabr 2010 (UTC)
Salam. Eşq olsun!--Sortilegus 21:22, 29 dekabr 2010 (UTC)
Yeni istifadəçilər
[mənbəni redaktə et]Aydındır çox sağolun.--JameS RamireZ 21:37, 30 dekabr 2010 (UTC)
Seçilmiş məqalə
[mənbəni redaktə et]Xoş gördük!
Həmkar Ana Səhifənn "Seçilmiş məqaləsini" avtomatlaşdırdım. Hazırdır. Ancaq həftəlikdir.. Düz etmişəm? İndi seçilmiş şəkil ilə məşğulam. --Proger danış 12:15, 31 dekabr 2010 (UTC)
Salam. Baxdım. Əladır.--Sortilegus 12:22, 31 dekabr 2010 (UTC)
- Yəni sözümün canı ondadır ki, həftəlik dəyişəcək. Normaldır? Bir də əlavə olunacaq məqalələr buradan sıralanır. --Proger danış 12:28, 31 dekabr 2010 (UTC)
Hələlik həftəlik. Gündəlik dəyişmək üçün hələ o qədər keyfiyyətli məqaləmiz yoxdur. Əlavə olunacaq məqalələr siyahısını elliklə müzakirə edib müəyyənləşdirərik. --Sortilegus 12:34, 31 dekabr 2010 (UTC)
- Hə bilirəm. Sadəcə əvvəl düşündüm ki, iki həftədən bir dəyişsin.. Onun texniki tətdbiqi azacıq mürəkkəbdir. O üzdən həftəlik etdim. Qəbuldursa lap yaxşı. Bu gün axşam olmaz, artıq seçilmiş şəkli də düzəldərəm. Bircə dorxduğum odur ki, 1 Yanvara çatdırmayım. Hələ mövzulu ayan bir azca təkmilləşdirilməsi gərəkir. Tək edirəm deyə çətindir. Əgər 1-nə çatdırmasam 3-ü 100 də 100 hazır olacaq. --Proger danış 12:39, 31 dekabr 2010 (UTC)
Qoy həftəlik olsun. 52 məqalə tapıb ortaya çıxara bilərik. Tələsmə, nə vaxt tam hazır oldu xəbər elə. Yeni Ana səhifəylə də bağlı işləri tamamlayandan sonra əlaqə saxlayarıq, müəyyən müddətə mühafizəni götürərəm, özün nə dəyişiklik lazımdır eliyərsən. --Sortilegus 12:43, 31 dekabr 2010 (UTC)
VikiLayihə yoxsa Layihə
[mənbəni redaktə et]Salam həmkar. Bizim vikipediyada layihələr yoxdur və istəyirəm ki, ən azından birini mən yaradım. Adlandırması, "Vikipediya:VikiLayihə <layihə adı>" olsa yaxşı olar yoxsa, "Vikipediya:Layihə:<layihə adı>"? Mən birinci variantı qəbul edirəm. Siz nə məsləhət görürsünüz? Hörmətlə:-- Pərviz 15:03, 31 dekabr 2010 (UTC)
Salam. Sən öz təklif etdiyin formada birini nümunə kimi yarat, baxıb adını, formasını müzakirə edək və standart kimi qəbul edək. --Sortilegus 15:07, 31 dekabr 2010 (UTC)