Şablon müzakirəsi:Vikipediyanın Bacı Layihələri

Vikipediya, azad ensiklopediya
Ən son rəy:15 il öncə, Melikov Memmed tərəfindən "Vikimedia Fondunun digər layihələri" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Bu şablona bir iki dəyişiklik etmək lazımdı. Şablonun adı bəzi monitorlarda aşağıdakı yazılara qarışır, yuxarıdakı xətt də qismən bu yazının üstünə düşür. Bütün monitorlarda olmur bu, daha çox enli monitorlarda olur. Bir də ki, Vikimənbənin izahında "açıq mənbə" yazılması düz deyil, açıq mənbə spesifik termindir, proqramlaşdırmada filan istifadə olunur. Bu mənanı verən alternativ bir şey tapmaq lazımdı, indi ağlıma nəysə gəlmir. Fikri olan əsirgəməsin. --TimBitsتِمبِتس 16:42, 1 noyabr 2009 (UTC)Cavabla

Formasını eləyək "Türk dilli vikipediyaların siyahısı" kimi çərçivənin içində? "Açıq mənbə"yə də alternativ tapılsa dəyişərik.--Sortilegus 08:14, 2 noyabr 2009 (UTC)--Sortilegus 08:14, 2 noyabr 2009 (UTC)Cavabla

Nə üçün "BacıLayihələr", biz bir qayda olaraq bu mənada "qardaş" bilmişik--Melikov Memmed 08:32, 2 noyabr 2009 (UTC)Cavabla

O da ingilisdən dəqiq tərcümədir - "sister project". Heç "bacı" - "qardaş" kimi təyinlərə ehtiyac yoxdur. VikiMənbədə "Törəmə layihələr"dir adı. Biz də burda bu addan istifadə edə bilərik. --Sortilegus 08:39, 2 noyabr 2009 (UTC)Cavabla

İngiliscə "sister projects" azərbaycanca "qardaş layihələr" deməkdir (qardaş xalqlar, qardaş ölkələr). Hələ ki, "bacı xalqlar", "bacı ölkələr" eşitməmişəm. Televizorda rusca eşidilir "как огурчик" azərbaycanca tərcümə edilir: "Xiyar kimi". Bu da həmin tərcüməyə oxşayır.--Melikov Memmed 09:23, 2 noyabr 2009 (UTC)Cavabla

Vikimedia Fondunun digər layihələri sözünü ortadan yazmaq lazımdır.-- Cekli829 12:40, 2 Noyabr 2009 (Cek vaxtı ilə)

Elə hamısından yaxşı şablonu "Digər layihələr" adlandırmaqdır. Amma yazını ortaya çəkəndə ana səhifənin dizaynı korlanır. Çünki o biri şablonların hamısında yazılar sol küncdədir "Seçilmiş məqalə", "Seçilmiş şəkil" və s.--Sortilegus 12:01, 2 noyabr 2009 (UTC)Cavabla

Adlandırmadan əvvəl görünüş məsələsini bəlkə həll edək? Hissələrin arasına sətir qırılması komandası (br) yerləşdirməklə həll olunan işdi. --TimBitsتِمبِتس 02:37, 6 noyabr 2009 (UTC)Cavabla

Məndə mətn qarışmır, ona görə problemin kökünü tapa bilmirəm. Kimsə bilirsə, şablonun test variantını yaradıb orda düzəltsin, sonra bu şablona əlavə edək. --Sortilegus 19:59, 6 noyabr 2009 (UTC)Cavabla

Onda zəhmət olmasa ilk iki sətri ({| işərəsindən yuxarını), aşağıdakılarla əvəz elə. Əgər bu dəyişiklikdən sonra indi də sənin monitorunda problem yaransa onda ümumi dizaynda nəyisə dəyişmək lazımdı, elə olsa onu test səhifəsi ilə edərik. --TimBitsتِمبِتس 13:42, 7 noyabr 2009 (UTC)Cavabla

Vikimedia Fondunun digər layihələri



Bir az boz fon çox enli olur belə, yazı da aşağı düşür.--Sortilegus 21:57, 7 noyabr 2009 (UTC)Cavabla
Bu səhv məndə həm enli, həm də normal ölçülü monitorda yaranır. Həmçinin, "Türkdilli Vikipediyaların siyahısı"nda da eyni hal mövcuddur. Bunu aradan qaldırmaq problem deyil. Sadəcə düzəltdikdən sonra başqa istifadəçilərdə necə görünəcəyi maraqlıdır. Wertuose 22:29, 7 noyabr 2009 (UTC)Cavabla

Onda sən düzəlt, test variantında öz monitorunda problem görmürsənsə qeyd elə. Sonra başqa istifadəçilərdə əgər problem yaranıbsa desinlər, beləcə ümumi problemin kökünü taparıq. Bəli mən yazmağı unutmuşdum, məndə də o biri şablonda da həmin problem var. Bəzi kompüterlərdə isə olmur. Mən bunu monitorla əlaqəli hesab edirdim amma indi ki, deyirsən hər iki tipdə olur, deməli nəsə başqa şeydir, sınama-yanılma metodu ilə düzəltmək olar. --TimBitsتِمبِتس 16:22, 8 noyabr 2009 (UTC)Cavabla

Düzəltdim. Bir problem yoxdursa belə qalsın. Amma düşünürəm ki, başlığı aşağıdakı kimi olsa pis olmazdı, həm də Ana Səhifədəki digər şablonların başlıqları ilə eyni olardı. Wertuose 10:40, 11 noyabr 2009 (UTC)Cavabla

Vikimedia Fondunun digər layihələri

Hələlik belə yaxşıdır. Belə qalsın.-- Cekli829 14:45, 11 Noyabr 2009 (Cek vaxtı ilə)

Kiçik bir düzəliş etdim. Yazını göy fonun altında yox, üzərində yazmışam. Məncə indi daha yaxşıdır. Həmçinin, Türkdilli Vikipediyaların siyahısını da düzəltdim. Ana Səhifənin stilinə də uyğundur. Wertuose 10:56, 11 noyabr 2009 (UTC)Cavabla

Çox sağ ol. Belə yaxşı görsənir. --TimBitsتِمبِتس 22:34, 11 noyabr 2009 (UTC)Cavabla

Bir-iki məsələni də idarəçilərin diqqətinə çatdırım. Digər şablonlardan fərqli olaraq bu şablon qutu formasında çərçivəyə alınmıyıb. Bir də bundan aşağıdakı Türkdilli Vikipediyalar şablonunun çərçivəsinin rəngi test variantından dəyişməyib, bütün ana səhifədən fərqli olaraq açıq göy rəngdə deyil, tünd rəngdədir. Hərçəndi ki, məncə bu hazırki mənasız rəngdən daha samballı görsənir, hal-hazırda ana səhifənin dizaynı məsələsi müzakirə mövzusu olmadığından xahiş edirəm idarəçilərin imkanı olsa o rəngi də dəyişib ana səhifənin ümumi tonuna uyğunlaşdırsınlar. Bir də Ceklinin Türkdilli Vikipediyalar şablonunun müzakirə səhifəsindəki təklifini mən də dəstəkləyirəm. --TimBitsتِمبِتس 05:50, 13 noyabr 2009 (UTC)Cavabla

Hamıya salam. Müzakirələrdə iştirak etməsəm də prosesi diqqətlə izləyirəm. Şablon mənim də xoşuma gəldi. Lakin, onu demək istəyirəm ki, elmdə, eləcə də veb resurslar barədə sənədlərdə "дочерные" sözü "törəmə" kimi istifadə olunur: Vikimedia Fondunun törəmə layihələri. Hörmətlə, --Ira 06:57, 13 noyabr 2009 (UTC)Cavabla

Vikipediyada bacı (törəmə) və digər layihələr ayrı-ayrı layihələrdir [1].--Ira 11:46, 19 noyabr 2009 (UTC)Cavabla

Düzdür. Onda variantları müəyyənləşdirək, sonra şablonun adını da, yazısını da dəyişək. Hələlik iki variant var.

1. Vikimedia fondunun qardaş layihələri
2. Vikimedia fondunun törəmə layihələri

Mən ikinci variantın tərəfdarıyam. Digər fəal istifadəçilər də öz fikirlərini və ya variantlarını yazsalar yaxşı olar. --Sortilegus 22:12, 19 noyabr 2009 (UTC)Cavabla

Vikimedia fondunun törəmə layihələri adı ilə razıyam.-- Cekli829 9:18, 20 Noyabr 2009 (Cek vaxtı ilə)

Vikipediyanın özü də "törəmə layihə"dir və "Digər törəmə layihələr" yazmaqla məsələni həll etmək olardı. Amma istisna deyil ki, metada "digər layihələr" adlandırılan və ensiklopediya olmayan layihələri də törəmə layihə kimi qəbul etmək olar. Bu səbəbdən digər vikilərdə Vikipediyanın və ensiklopedik stilə malik olan digər layihələrin bir-birilə əlaqəsini ifadə etmək üçün müxtəlif sözlərdən istifadə edilir. İngilis və alman vikisində "Vikipediyanın bacı layihələri", rus, italyan və ispanda "Qohum layihələr", türk və ukraynada "Qardaş layihələr" və s. Əgər biz də eyni mənanı almaq istəyiriksə onda, gərək qohumdan, qardaşdan birini seçək. Çünki, belə görünür ki, bütün digər vikilərdə bu layihələr məhz belə qiymətləndirilir. Wertuose 06:14, 20 noyabr 2009 (UTC)Cavabla
“Qardaş layihələr” və ya “Vikimedia fondunun digər layihələri” olmalıdır, "törəmə layihə" tam başqa mənadadır. “Родственные проекты” dilimizdə məhz “qardaş layihələr” deməkdir, “qohum” yox. Bax əgər “родственные народы” olsaydı, onda “qohum xalqlar” düz, “qardaş xalqlar” isə səhv olardı.--Melikov Memmed 16:10, 20 noyabr 2009 (UTC)Cavabla