Adamöldürmə
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Adamöldürmə — "Öldürmə" anlayışı insanın həyatı və ölümü ilə ayrılmaz surətdə bağlıdır. Məlum olduğu kimi, insanın həyatı bioloji baxımdan maddələr mübadiləsi, qidalanma və ifrazatdan ibarətdir. Qeyd edilən funksiyanın bitməsi ilə insan həyatı da sona çatır. Bioloji mənada insan həyatı anlayışının verilməsinin insan həyatının sərhəddini müəyyən etmək üçün əhəmiyyəti vardır. Həyat doğum prosesi ilə başlayır. Həyatın təbii və labüd sonu orqanizmin qocalması nəticəsində fizioloji ölüm hesab edilir.
Ölümün baş vermə anı
[redaktə | vikimətni redaktə et]Ölümün baş vermə anı haqqında məsələ tibbi ədəbiyyatda mübahisəlidir. Müəlliflərin bir qisminin fikrincə, insanda ürək döyüntüsünün və tənəffüsün dayanması anından ölüm baş verir. Başqa qrup müəlliflərin fikrincə, ürəyin döyünməsini həyatın mövcudluğunu mütləq təsdiq edən dəlil hesab etmək olmaz, lakin beyində və mərkəzi əsəb sistemində üzvi dəyişikliyin baş verməsi hamılıqla mübahisəsiz həyatın sonu kimi qəbul edilir. Belə dəyişiklik gedənə qədər baş verən ölüm insanın klinik ölümü hesab edilir. Bununla yanaşı klinik ölüm baş verdikdən sonra da tənəffüsü və ürək döyüntüsünü bərpa etmək və insan həyatını geri qaytarmaq hallarına təsadüf edilir.
Bir qisim insanların ölümü vaxtından əvvəl (patoloji) — xəstəliklə, yaxud da zorakı hərəkətlərələ bağlı olur. Patoloji ölüm anlayışı həm də adam öldürməni (qəsdən, yaxud da ehtiyatsızlıqdan) əhatə edir. Beləliklə, ölümün zorakı xarakteri öldürmənin bir halıdır, lakin zorakılıqla bağlı baş verən ölüm həm də qanunauyğun xaraterdə ola bilər. Bu səbəbdən patoloji ölüm hallarının da bir-birindən fərqləndirilməsi zərurəti meydana gəlir. Qanunla yol verilən hallarda həyatdan məhrum etmədən, bədbəxt hadisə nəticəsində baş verən ölümdən, habelə özünü öldürməkdən fərqli olaraq, öldürmə halları Cinayət Məcəlləsinin Xüsusi hissəsində qeyri-hüquqi əməl kimi qeyd edilir və belə əməli törədənlər qanunla təqib olunur. Öldürmə hallarını qanuni həyatdan məhrum etmə və təqsirlə bağlı olmayan təsadüfi öldürmə hallarından fərqləndirmək üçün adam öldürmənin anlayışına "təqsirli həyatdan məhrum etmə" əlaməti daxil edilmişdir.
Nəhayət, adam öldürməni özünü öldürmədən fərqləndirmək üçün adam öldürmə anlayışına həm də “başqasını həyatdan məhrum etmə” əlaməti nəzərdə tutulmuşdur.
Yuxarıda qeyd edilənləri nəzərə almaqla, adam öldürməyə aşağıdakı məzmunda tərif vermək olar: Adam öldürmə başqasını qanunsuz olaraq, qəsdən və ya ehtiyatsızlıqdan həyatdan məhrum etmədə ifadə olunan ictimai təhlükəli əməldir.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]https://e-qanun.az/framework/52568