Eddi Albert

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Eddi Albert
ing. Eddie Albert
Doğum adı Edward Albert Heimberger
Digər adı Edvard Albert Haymberger
Doğum tarixi
Doğum yeri İllinoys, ABŞ
Vəfat tarixi (99 yaşında)
Vəfat yeri Los-Anceles, Kaliforniya
Vəfat səbəbi ağciyər iltihabı, Altsheymer xəstəliyi
Dəfn yeri
  • Vestvud qəbiristanlığı[d]
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 1933–1997
Təhsili
Mükafatları "Bürünc ulduz" medalı
IMDb ID0000734
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eddi Albert (ing. Eddie Albert; 22 aprel 1906[1][2][…]26 may 2005[3][1][…], Pasifik-Paliseyds[d], Kaliforniya) — ABŞ aktyoru.

Eddi Albert 22 aprel 1906-cı ildə əslən Almaniyadan olan emiqrant ailəsində anadan olmuşdur. Kiçik yaşlarında bu ailə Minnesotaya köçmüşdür. Birinci Dünya müharibəsi zamanı soyadı – Haymberger məktəbdə ona bəzi xoşagəlməzliklər yaşadıb. Yoldaşları ona düşmən kimi baxırdılar. 6 yaşında ikən qəzetpaylayan kimi işləsə də, artıq 14 yaşında isə Eddi teatr dərnəyinə yazılmışdır. Dərnəkdə onunla bir sinifdə gələcəkdə Enn Sotern kimi şöhrət qazanacaq aktrisa Harriett Leyk təhsil alırdı. 1924-cü ildə məktəbi bitirən Eddi, Minnesota ştatının universitetlərinin birində iqtisadiyyatı öyrənməyə başlayır. Lakin 1929-cu ilin birja iflasından sonra onun ixtisasına uyğun iş yeri tapılmadı. Məhz bu səbəbdən də Eddi təsadüfi işlərə qoşulmağa məcbur olur: gecə klublarında mahnı oxuyur, sirk artisti və sığorta agenti kimi çalışır.

1933-cü ildə o, Nyu-Yorka köçür. Eləcə də o, 30-cu illərdə Brodveydə teatr quruluşlarında iştirak etmişdir. Eddi Albert "Otaqlara xidmət" ("Room service") (1937–1938) və "Sirakuzlu oğlanlar" ("The Boys from Syracuse") (1938–1939) müzikllərində əsas rollarda çıxış etmişdir.

Eddi Albert 1936-cı ildə RCA telekampaniyasında ilk televiziya aktyorlarından biri olmuşdur. Elə həmin vaxt Eddi "Warner Brothers" kino şirkətindən təkliflər almağa başlayır. Onun kino fəaliyyətində debütü 1938-ci ildə çəkilmiş "Qardaş siçan" tammetrajlı ekran əsəri olmuşdur.

İkinci dünya müharibəsi zamanı Eddi Albert ABŞ-nin dəniz piyada korpusunda xidmət etmişdir. O, Tarava atollunda gedən döyüşlərdə iştirak edib. Eddi hidrotəyyarə pilotu olaraq düşmən atəşləri altında 70-dən artıq yoldaşını xilas etmişdir. Bu qəhrəmanlığına görə o, Bürünc ulduzla təltif olunmuşdur. Eddi 1943-cü ildə leytenant rütbəsi ilə istefaya çıxmışdır. O, eləcə də İkinci dünya müharibəsi haqqında lentə alınmış bir neçə sənədli filmdə də çəkilmişdir.

70 ilə yaxın sürən yaradıcılıq fəaliyyəti zamanı aktyor 150 filmdə, 90 serialda çəkilmişdir. O, iki dəfə "Oskar" kinomükafatına namizəd olmuşdur. Onlardan biri "Roma tətilləri" filmindəki roluna görə 1954-cü ildə, digəri isə "Qəlb qıran" filmindəki roluna görə 1973-cü ildə olmuşdur.

1956-cı ildə Eddi Albert "Çay mərasimi"ndə ifa etdiyi obraza görə "Qızıl qlobus" mükafatını almışdır. Bundan üç il əvvəl – 1953-cü ildə isə "Roma tətilləri" filmindəki fotoqraf İrvin obrazı ilə Ən yaxşı kişi roluna görə "BAFTA" mükafatı qazanmışdır.

Eddi Albert Hollivudun Şöhrət Xiyabanında (Hollivud bulvarı) 6441 nömrəsi altında ulduza malikdir.

Şəxsi həyatına gəlincə, E. Albert 1945-ci ildə meksikalı aktrisa Marqo ilə evlənmişdir. Bu ailə 1985-ci ildə Marqonun vəfatına qədər düz 40 il sürmüşdür. Onun oğlu kiçik Edvard Albert (1951–2006) də aktyor olmuşdur[4].

Eddi Albert 2005-ci ildə 99 yaşında sətəlcəm xəstəliyindən dünyasını dəyişmişdir.

İl Azərbaycanca adı Orijinal adı Rol
1941 Qatarlar gecə keçir The Wagons Roll at Night Mett
1947 İdeal nikah The Perfect Marriage Cil Kammins
1947 Məğlubedilməz Unconquered qonaq
1952 Kerri bacı Carrie Çarlz
1953 Roma tətilləri Roman Holidays İrvin Radoviç
1955 Mən sabah ağlayacağam I’ll Cry Tomorrow Bört Makquayr
1958 Öldürmək göstərişləri Orders to Kill mayor MakMahon
1962 Ən uzun gün The Longest Day Kolonel Tompson
1966 Yeddi qadın 7 Women Çarlz Peter
1975 Cəhənnəm yağışı The Devil's Rain Sem Riçards
1981 Dünən Yesterday Bart Kramer
1986 Kontor Head Office Pit Helms
1988 Böyük şəkil The Big Picture M. C.
  1. 1 2 Eddie Albert // Internet Broadway Database (ing.). 2000.
  2. Lundy D. R. Eddie Albert // The Peerage (ing.).
  3. http://www.legacy.com/obituaries/ladailynews/obituary.aspx?page=lifestory&pid=14072567.
  4. "Edward Albert" Arxivləşdirilib 2021-10-21 at the Wayback Machine. Internet Accuracy Project. "Edward Albert was also a photographer, sculptor, singer/songwriter, musician (guitar), and a linguist/dialectician who was fluent in French, Spanish, Portuguese and Mandarin Chinese."

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]