Ernesto Qrilyo
Ernesto Qrilyo | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||
Doğum tarixi | 1 oktyabr 1929[1] | ||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 18 iyun 1998 (68 yaşında) | ||||||||||||||||||||||||||||||
Vəfat yeri | |||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||
Boyu | 170 sm | ||||||||||||||||||||||||||||||
Çəkisi | 74 kq | ||||||||||||||||||||||||||||||
Mövqeyi | yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
Təltif və medalları | |||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Ernesto Qrilyo (isp. Ernesto Grillo; 1 oktyabr 1929[1], Buenos-Ayres – 18 iyun 1998, Buenos-Ayres) ― yarımmüdafiəçi mövqeyində oynamış Argentina futbolçusu. O, Argentinanın "Boka Xuniors" və "İndependyente" və İtaliyanın "Milan" klubunda çıxış etmişdir. O, həmçinin Argentina milli futbol komandasının üzvü olmuşdur. O, Argentina Futbol Assosiasiyasının Şöhrət Zalına daxil edilmişdir. O, 1953-cü ildə 3–1 hesabı ilə bitən İngiltərəylə oyunda qol vurduqdan sonra əfsanələşdi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Gənc ikən "River Pleyt" və "İndependyente"də bərkiyəndən sonra, 1949-cu ildə "İndependyente"də peşəkar karyerasına başladı. Qrilyonun karyerasının ən diqqət çəkən məqamı 4 may 1953-cü ildə Argentinanın heyətində İngiltərənin qapısına vurduğu qolu oldu. 1950-ci ildə Braziliyada təşkil olunan FIFA Dünya Kubokundan sonra İngiltərə Cənubi Amerikaya ikinci dəfə səfər etmişdir və komanda River Pleyt stadionunda oyuna qədər məğlubiyyətsiz qalırdı. Bu qolun sayəsində 14 may günü "Argentina futbolçusu günü" olaraq qeyd olundu.
Qrilyo 1955 Cənubi Amerika çempionatını qazanan milli komandanın bir hissəsi idi. 1957-ci ildə İtaliyaya köçdü və 1958–59 mösümündə "Milan" ilə Seriya A çempionluğunu qazandı.
1960-cı ildə "Boka Xuniors"a keçərək Argentinaya qayıtdl, orada ümumlikdə 101 oyuna 11 qol vurdu və 1962, 1964 və 1965-ci illərdə üç dəfə liqa çempionu oldu.[2]
Qrilyo peşəkar karyerasını 37 yaşında ikən 1966-cı ildə başa vurdu. Dörd il sonra "Boka Xuniors"un gənclər komandasının məşqçilik etməyə başladı. Qrilyo 31 dekabr 1986-cı ilədək orada çalışdı, klub onun müqaviləni uzatmamağa qərarı verdi. 1997-ci ildə depressiyaya düşdü və 18 iyun 1998-ci ildə vəfat etdi.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Ernesto Grillo † // Transfermarkt (çd.). 2000.
- ↑ "Grillo, Ernesto José". historiadeboca.com.ar. 18 March 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 November 2010.
- ↑ "Murió Ernesto Grillo, una leyenda del fútbol" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, Clarín, 19 June 1998
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Find a Grave" saytında Ernesto Qrilyo
- Argentina Futbol Assosiasiyasının Şöhrət Zalı (ispanca)
- Wayback Machine saytında Ernesto Qrilyonun profili (ispanca)
- 1 oktyabrda doğulanlar
- 1929-cu ildə doğulanlar
- Buenos-Ayresdə doğulanlar
- 18 iyunda vəfat edənlər
- 1998-ci ildə vəfat edənlər
- 68 yaşında vəfat edənlər
- Buenos-Ayresdə vəfat edənlər
- Əlifba sırasına görə futbolçular
- Argentina futbolçuları
- Argentina milli futbol komandasının oyunçuları
- İndependyente FK oyunçuları
- Boka Xuniors FK oyunçuları
- AC Milan FK oyunçuları
- Argentina futbol məşqçiləri
- Boka Xuniors FK məşqçiləri
- İtaliya A Seriyası oyunçuları
- Kopa Amerikanın qalib futbolçuları
- Futbol yarımmüdafiəçiləri
- Argentinanın kişi futbolçuları