Hökumə Billuri
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Hökümə Billuri | |
---|---|
Doğum tarixi | 3 mart 1926 |
Doğum yeri | Zəncan, Cənubi Azərbaycan |
Vəfat tarixi | 22 noyabr 2000 (74 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
Bakı Dövlət Universiteti Filologiya fakültəsi; Moskvada İctimai Elmlər Akademiyası |
Fəaliyyəti | şair, ədəbiyyatşünas |
Mükafatları |
|
Billuri Hökumə (Həkimə) İbrahim qızı (3 mart 1926, Zəncan – 22 noyabr 2000, Bakı) — Azərbaycan şairi, ədəbiyyatşünas, filolologiya elmləri namizədi (1963), Azərbaycan Respublikasının xalq şairi (1998), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1984). Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi olmuşdur.
Həyatı
[redaktə | vikimətni redaktə et]Hökumə İbrahim qızı Billuri 1926-cı il martın 3-də Zəncan şəhərində anadan olub.[1][2] Orta təhsilini Zəncan şəhərində alıb.[1]
1947-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olundu. Amma ürəyindən nisgil çəkilmədi. 1952-ci ildə Hökumə Billuri Şərq dünyasının söz, sənət, poeziya korifeylərindən olan Şəhriyara müraciətlə yazmışdı: Qoy zaman dolansın, sənsə belə qal! Şair dəyişməyə tapmasın macal. Təbrizi, Zəncanı sən yadına sal, Gəl öpüm mübarək, odlu sətrini, Səndən Təbrizimin alım ətrini… Zəmanəsinin tanınmış ədəbiyyatşünas alimi, son dərəcə həssas, diqqətçil insan Əli Sultanlı Hökumə xanımla universitetin auditoriyasında tanış olub, onun şeirlərindən məmnun qaldığını bildirib. "Qızım, sənin yaradıcılığından zövq alıram. Getdiyin yol çətindir, amma şərəflidir. Sənə ürəyincə uğurlar arzulayıram" deyib. Eyni zamanda Əli Sultanlı gənc şairin ilk "Mənim arzum" və "Ölməz qəhrəman" kitabları haqqında "Ədəbiyyat və incəsənət" qəzetində geniş məqalə də dərc etdirib. Tələbəlik illərini uğurla başa vuran Hökumə Billuri "Azərnəşr"in Bədii ədəbiyyat şöbəsində işə qəbul olundu. Yaradıcılığı məhsuldar oldu. "Şairin yadigarı", "Məndən uzaqlarda" şeirlər toplusu işıq üzü gördü. Çox keçmədi ictimai-siyasi fəaliyyətini nəzərə alıb onu Azərbaycan Demokrat Partiyası Mərkəzi Komitəsinin orqanı olan "Azərbaycan" qəzetinin Baş redaktoru vəzifəsinə təyin etdilər. Təxminən dörd il orada işlədi, ürəyindəki arzuları poetik misralarla, publisistik qeydlər vasitəsilə də oxuculara çatdırdı. Lakin poeziya onun varlığından, damarlarından, qanından süzülüb gəlirdi. İstəsə də, ondan ayrıla bilmirdi. Bəzən düşünərdi: "Nə yaxşı əlim qələm tutur, könlümdən keçənləri yazıb azacıq da olsa, sakitləşə bilirəm. Yoxsa ürəyim qüssədən çərləyərdi". Yazı üzərində işləyərkən xalq şairi Bəxtiyar Vahabzadə ilə görüşdük. Hal-əhval tutub məqsədimizi ona bildirdik. O, çox məmnun oldu: — Hökumə xanım kövrək şeirlər müəllifi olduğu kimi, həm də son dərəcə mədəni, alicənab insan idi. Onun 20-yə yaxın kitabı yadigar qalıb. Əsl ziyalı əvvəl mənsub olduğu xalqını, sonra özünü düşünməlidir. Billuri məhz belə qələm sahiblərindən idi. Bəxtiyar müəllim Hökumə Billuri ilə bağlı bir xatirəsini də danışdı: "1958-ci ildə "Gülüstan" poemam "Şəki" qəzetində dərc olunmuşdu. Qara qüvvələrin təzyiqinə, təqibinə məruz qalmışdım. Belə dar məqamda qayğıkeş insanlar məni müdafiə etdilər, onlardan biri də Hökumə xanım idi. O, istedadlı şair, geniş bilikli elm xadimi, həssas qəlbli insan kimi hələ də yaddaşımda yaşayır". Hökumə Billuri 1963-cü ildə "İran Azərbaycanının realist-demokratik ədəbiyyatı" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcə almışdır. Bir il sonra Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi vəzifəsinə dəvət olunmuş, ömrünün sonuna qədər orada çalışmışdır. Hökumə Billuri əməkdar incəsənət xadimi fəxri adına, müxtəlif fərmanlara, diplomlara layiq görülmüşdür. "Ürək dustaq oldu dərdə, fərağa" desə də, onun ömründən bugünümüzə daim anılan unudulmaz xatirələr yadigar qalmışdır. Hökumə Billuri 22 noyabr 2000-ci ildə Bakıda vəfat etmişdir.
Vətən həsrəti ilə qəlbi döyünən şairənin el arasında məşhur şeirlərindən biridə "Təbriz" şeridir. Səksəninci illərin sonuna yaxın Azərbaycan milli hərəkatının genişləndiyi dövürdə məşhur SSRİ miliyounçusu Cənnət Əliyev tərəfindən həmçinin bu şer əsasında "Təbriz" müsiqisi bəstələnmişdir.
Qollarım dolana boynuna bir gün
Yenə baş qoyaram dizinə Təbriz
Həsrətdən hicrandan cana doymuşam
Doyunca baxaram gözünə Təbriz
Bulanıq suların axsın durulsun,
Təzə güllərindən büsat qurulsun
O gül camalına birdə vurulsun
Bir qubar qonmasın üzünə Təbriz
Gülüstan bağının seyrinə gəlim
Lalə yamacında birdə dincəlim
Ötən günlərimə yetişməz əlim
Düşüm heç olmasa izinə Təbriz
Bulanıq suların axsın durulsun
Təzə güllərindən büsat qurulsun
Ö gül camalına birdə vurulusun
Bir qubar qonmasın üzünə Təbriz
Fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Azərbaycan Dövlət Universitetinin filolologiya fakültəsini (1952) və Moskvada İctimai Elmlər Akademiyasını (1963) bitirmişdir[3]. Cənubi Azərb.-da milli azadlıq və demokratik hərəkatın (1941–45) fəal iştirakçısı olmuşdur.[4] Əsərləri: "Mənim arzum" (1949), "Mübarizə illərində" (1951), "Şairin yadigarı" (1957), "Səndən uzaqlarda" (1961), "Səhər günəşi" (1964), "İstərəm" (1969), "Çinar gözləyir məni" (1975), "Şerlər" (1980), "Bir də bahar gəlsə" (1984) və s. kitabları, "Səriyyə" ("Ölməz qəhrəman"), "Sənin həyatın", "Məhin", "O göylərin altında" poemaları. Məhəmmədhüseyn Şəhriyarın farsca şerlərini Azərbaycan dilinə[5], Səməd Vurğunun "Zəncinin arzuları" poemasını, Cəfər Cabbarlı, Mirvarid Dilbazi, Nəbi Xəzri və b.-nın şeirlərini isə fars dilinə tərcümə etmişdir. Müasir Cənubi Azərbaycan ədəbiyyatına, o cümlədən M. Şəhriyarın həyat və yaradıcılığına dair tədqiqatların müəllifidir. Azərbaycan Demokrat Firqəsi MK orqanı "Azərbaycan" qəzetinin baş redaktoru (1956–60), Azərbaycan EA Şərqşünaslıq İnstitunun baş elmi işçisi (1964 ildən) olmuşdur.
2023-cü ildə "Xalq əmanəti" layihəsi çərçivəsində "Seçilmiş əsərləri" kitabı işıq üzü görmüşdür[6][7].
Mənbə
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Kafkasyalı, 2002. səh. 414
- ↑ Cənubi Azərbaycan Ədəbiyyati Antologiyası. III. Bakı: Elm nəşriyyatı. 1988. səh. 247. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
- ↑ "Hökumə Billuri". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-01.
- ↑ Əhmədov, 2011. səh. 413
- ↑ Mir24 TV. "Презентация книги" (rus). Youtube.com. 27.05.2023. 2023-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-28.
- ↑ Real TV. ""Seçilmiş əsərlər" kitabı təqdim olunur" (az.). Youtube.com. 26.05.2023. 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-28.
- ↑ APA TV. ""Xalq Bankın" "Xalq Əmanəti" layihəsi davam edir" (az.). Youtube.com. 27.05.2023. 2023-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-28.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Əhmədov, Teymur. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) (az.). Bakı: Nurlar NPM. 2011. səh. 1056. ISBN 9789952460063.
- Kafkasyalı, Ali. İran türk edebiyatı antolojisi (az.). V. Ərzurum: Atatürk Üniversitesi Basımevi. 2002. səh. 573. ISBN 9757698113.
- 3 martda doğulanlar
- 1926-cı ildə doğulanlar
- 22 noyabrda vəfat edənlər
- 2000-ci ildə vəfat edənlər
- 74 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- "21 Azər" medalı ilə təltif edilənlər
- Azərbaycan Respublikasının xalq şairləri
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Əlifba sırasına görə yazıçı və şairlər
- Zəncanda doğulanlar
- Azərbaycan şairləri
- Azərbaycanlı şairlər
- Azərbaycanın xalq şairləri
- İran azərbaycanlısı şairlər
- Azərbaycanlı alimlər
- Azərbaycan feministləri
- Filologiya üzrə fəlsəfə doktorları
- Cənubi Azərbaycanda doğulanlar