Kevin Kostner

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kevin Kostner
ing. Kevin Costner
Doğum adı Kevin Michael Costner
Doğum tarixi 18 yanvar 1955(1955-01-18)[1][2][…] (69 yaş)
Doğum yeri
Həyat yoldaşı Cindy Silva (1978-1996)
Uşaqları 7
Fəaliyyəti aktyor, kino aktyoru, kinorejissor, film prodüseri, televiziya aktyoru, səsləndirmə aktyoru[d], ssenarist, rejissor, musiqiçi
Fəaliyyət illəri 1974-dən günümüzə
Təhsili
  • Kaliforniya Dövlət Universiteti, Fallerton[d] (19731978)
Boyu 185 sm
Mükafatları Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı filmə görə "Oskar" mükafatı "Qızıl qlobus" mükafatı
IMDb ID0000126
kevincostner.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kevin Kostner (18 yanvar 1955[1][2][…], Linvud[d], Kaliforniya) — ABŞ aktyoru.

Kevin Maykl Kostner 1955-ci il yanvarın 18-də Kaliforniya ştatında ortabab bir ailədə doğulub. Anası Şaron Kostner səhiyyə işçisi, atası Vilyam isə çilingər idi. Kevin Kostner yeniyetmə illərində xarici görünüşünə görə çox utanırdı: kök, 1,85 metr boyuna görə belini əyib gəzən, böyük burnunu eynəyin altında gizlətməyə çalışan yöndəmsiz oğlan məktəbdə gülüş hədəfi idi.

2010-cu ilin iyulunda pop konsertdə iştirakı zamanı, mahnı ifa etməsi.

Onun qız dostu da yox idi. Nəhayət ki, dərdini atasına açır. O, isə oğluna güclü bədənə sahib olmaq üçün idmanla məşğul olmağı məsləhət görür. Həmin gündən qonşu qızlar hər səhər pəncərədən tövşüyə-tövşüyə qaçan Kevinə tamaşa edib gülürdülər. Həddən artıq təvazökar və hissiyatlı Kevin pərtliyini gizlədib, bəxtinin üzünə güləcəyi günü gözləyirdi: Yəqin, yaxşı iş tapandan və böyük bir evim olandan sonra məni sevən tapılacaq deyə düşünürdü.

Film karyerası

[redaktə | mənbəni redaktə et]

Məktəbi birtəhər başa vurub biznes kollecinə daxil olanda tarım və qamətli bədəni, geniş çiyinləri və məsum, dumduru mavi gözləri olan Kevini kurs qızları gözaltı edir, amma Kevinin içindəki o qorxaq uşaq hələ də qalırdı.

Kevin "Aktyorlar cəmiyyətinə" yazılır. Sonra isə Los-Anceles teatr studiyasında çalışmağa başlayır. Hələ də böyük kino şöhrətindən əsər-əlamət yox idi. İndi o, 3 uşaq atası idi. Sindi stüardessa, Kevin isə gah yük maşını sürücüsü, gah da balıqçı işləyirdi. Onun cibində cəmi 20 dollar pul qaldığı vaxt müəllimi ona "soft-porno" janrında olan "Sizzle Beach" filminə çəkilməyi təklif etdi.

Uğursuzluq onu o qədər sarsıtdı ki, o, çəkiliş meydanına düz 7 il qayıtmadı. "Nəhayət ki, mənə uğur gətirəcək filmə imza atdım" deyən Kostner əslində "Böyük titrəyiş" filmini nəzərdə tuturdu, lakin rejissor montajda onun rolunu elə kəsib doğradı ki, ortada bir şey qalmadı. Aktyoru pərt edən rejissor Lourens günahını yumaq üçün Kevini "Silverado" filminə baş rola çəkdi və bununla da geniş kino kütləsi onu tanıdı. Böyük triumfu gözləməkdən yorulan Kevin borca girib, ilk rejissor işini ekranlaşdırır: "Canavarlarla rəqs". Vestern janrında çəkilən 3 saatlıq filmdə Kevin hindu qəbiləsinə əsir düşən leytenant Dunbar rolunu oynayır.

Kinotənqidçilər filmin uğursuzluğuna proqnoz verirdilər, amma film 7 Oskar mükafatı aldı və milyonlarla dollar gəlir gətirdi, Amerika Kinoakademiyasının "Qızıl şedevrlər" siyahısına yazıldı. Kevin Kostner isə Hollivudun ən yaraşıqlı, ən arzulanan və ən bahalı aktyorları cərgəsinə keçdi. "Mühafizəçi" filmindən sonra isə Kevin dünyanın ən yaraşıqlı və cazibədar kişi titulunu qazandı.

"Mən özümü uşaqlarsız və Sindisiz qanadı qırılmış quşa bənzədirəm" deyən Kevini nümunəvi ər, ehtiraslı kişi və yaxşı ata kimi misal çəkirdilər, amma Amerika psixologiyasında belə bir termin var: "40 yaş krizisi". Kişi normal həyatını yaşayır, işi, ailəsi, evi, maşını hər bir şeyi var. Onu xoşbəxt hesab etmək olar, amma birdən o dəyişir, qəddarlaşır. 30 yaşına qayıtmaq istəyir. Kevinlə də bu baş verə bilərdi, əgər o, bir teoremi artıq isbat etməsəydi. 12 yaşında vurulduğu məktəb sevgisinə qəlbini yalnız 5 il sonra aça bildi. Qızı evlərinə yola saldı. Gecəni onlarda keçirdi. Bütün gecəni ona romantik şeirlər deyə-deyə yuxuya gedən Kevin səhər qızın qışqırığına oyandı. Və qəbul etdi: "Bir qadının nə istədiyini ona verməyincə ondan incəlik və sədaqət gözləmə". Məşhur aktyor bunu özü üçün aksioma edəndə 17 yaşında idi. Ancaq 54 yaşında da bu onun həyat devizidir.

  1. 1 2 Kevin Costner // Internet Speculative Fiction Database (ing.). 1995.
  2. 1 2 Kevin Michael Costner // Brockhauz Ensiklopediyası (alm.).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]