Mahmud Rəhimov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mahmud Rəhimov
15 aprel 1952 – 8 avqust 1956
SədrTeymur Quliyev
Mir Cəfər Bağırov
Sadıq Rəhimov
Şəxsi məlumatlar
Doğum tarixi 23 dekabr 1905(1905-12-23)
Doğum yeri
Vəfat tarixi 10 iyul 1989(1989-07-10) (83 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni — 23.03.1944 "Lenin" ordeni — 03.08.1960 "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni — 04.06.1942 "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Əmək veteranı" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

Mahmud Cəfərqulu oğlu Rəhimov (23 dekabr 1905, Bakı10 iyul 1989, Bakı) — Azərbaycan-sovet dövlət və dəniz nəqliyyatı xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1952–1956), Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəisi.

Mahmud Cəfərqulu oğlu Rəhimov 1905-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1920-ci ildə başlamış, uzun müddət ticarət şəbəkəsində çalışmışdır. 1925-ci ildə məktəbi bitirmiş, 1929-cu ilin axırınadək Bakı ticarət limanında əvvəlcə müxbir-mütərcim, sonra isə məxfi dəftərxananın rəisi vəzifəsində işləmişdir. Mahmud Rəhimov buradan Leninqrad şəhərinə su nəqliyyatının orta komanda heyəti kursuna oxumağa göndərilmişdir. O, diplom alaraq Xalq Su Nəqliyyatı Komissarlığının bölgüsünə əsasən Bakıya gəlmiş və 1931-ci ilədək Xəzər gəmiçiliyinin ekspedisiya şöbəsində işləmişdir. Xəzər dənizçiliyi ayrılarkən o, "Xəzərtanker"in ("Kasptanker") istismar şöbəsi rəisinin müavini, sonra isə bu şöbənin rəisi vəzifəsinə təyin olunmuşdur.[1]

Böyük Vətən müharibəsinin ilk illərində Mahmud Rəhimov "Xəzərtanker" Gəmiçiliyi İdarəsinin rəis müavini vəzifəsində çalışmış[2], 1942–1952-ci illərdə isə bu idarənin rəisi olmuşdur. Müharibədə Sovet Ordusunun neft məhsulları ilə təmin edilməsi sahəsində aktiv fəaliyyət göstərmişdir. 1952-ci ildə o, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini təyin edilmiş, 1956-cı ildən isə Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin ("Kaspar") rəisi olmuşdur.[3]

1965-ci ildə Mahmud Rəhimov dəniz nəqliyyatının inkişafına yardım göstərmək üçün Birləşmiş Ərəb Respublikasına göndərilmiş, orada SSRİ Dəniz Donanması Nazirliyinin müvəkkili vəzifəsində işləmişdir. 1966-cı ildə isə Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin İrandakı baş dəniz agentliyinin rəisi təyin olunmuşdur.[3]

Mahmud Rəhimov 1942-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilmiş, 1954–1961 və 1964–1966-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, 1961–1964-cü illərdə isə Mərkəzi Komitə üzvlüyünə namizəd olmuşdur.[4] SSRİ Ali Sovetinə (3 və 4-cü çağırış), Azərbaycan SSR Ali Sovetinə (3, 5 və 6-cı çağırış)[5], eləcə də Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinə deputat seçilmişdir.[1] O, 4 dəfə "Lenin" ordeni, "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif edilmişdir.[3]

Mahmud Rəhimov 10 iyul 1989-cu ildə 84 yaşında vəfat etmişdir.[3]

  1. 1 2 Маһмуд Ҹәфәргулу оғлу Рәһимов // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 92.
  2. Müsəllim Həsənov. Azərbaycanda gəmiçilik: sənədli tarix. Bakı. 2018. səh. 135.
  3. 1 2 3 4 М. Ҹ. Рәһимов // Коммунист. № 160 (20928). 11 ијул 1989-ҹу ил. С. 3.
  4. Ragimov, Makhmud Dzhafarkuli ogly // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 511.
  5. Рәһимов Маһмуд Ҹәфәргулу оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Алтынҹы чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1965. С. 260.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]