Qapı
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qapı —Girib-çıxmaq üçün evin, yaxud barının və s.-nin divarında açıq yer, deşik, habelə bu deşiyi qapamaq üçün taxtadan, dəmirdən və s.-dən düzəldilən qurğu. Qapılar əsasən obyektin daxili təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edilir.
Etimologiyası
[redaktə | vikimətni redaktə et]"Qapı" sözünün ilkin forması, tarixən Göytürk xaqanlığının dilinə, yəni Qədim türk dilində təsadüf edir. Göytürkçə səslənişi "Kapuğ"dur. Bu söz Azərbaycan dilində iki formada hələ də istifadə olunur. "Qapı" və "qabığ". Bunu daha yaxşı anlamaq üçün, belə bir mülahizə yürütmək olar: Necə ki, meyvənin "qabığını" açmadan onu yeyə bilməzsən, eyniylə evində "qabığını" açmadan içəri daxil ola bilməzsən. Bir müddət sonra öz tələffüz şəklini yavaş-yavaş itirməyə başlayıb bu söz, lakin bir çox dildə o sözün öz quruluşunu necə dəyişdiyi aydın olur. "Kapuğ" Macar dilində "Kapu" şəklində, yəni son hərfinin düşməsi şəklində, Türk dilində "Kapı" şəklində, yəni son hərfin dəyişilməsiylə və Azərbaycan dilində isə "Qapı" şəklində səsləndirilməyə davam edir.