Qoz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qoz
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qoz (lat. Juglans) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin qozkimilər fəsiləsinə aid bitki cinsi.

Qışda yarpağını tökən ağaclardandır. Gənc sürgünlərin özü bölməlidir. Tumurcuqlar az sayda markalarla örtülmüşdür. Yarpaqcıqların kənarları bəzi növlərdə incə dişli, bəzilərdə isə düzdür (tam kənarlı). Yarpaqcıq sayı növlərə görə (3) 5-23 arasında dəyişir.

Çiçəklər bir evciklidir. Kişi çiçəklər bir əvvəlki ilin sürgünlərində yan vəziyyətli, aşağıya sallanan pişikcik halında qurul meydana gətirər. Qurullar budaqlanmamışdır. Hər bir kişi çiçəyin 1 brahte, 2 brahtecik ilə 3-4 yumşaqlı bir ətraf yarpağı (çanaq) vardır. Etamin sayı 7-105dir. Dişi çiçəklər isə yeni sürgünlərin ucunda terminal (təpədə) vəziyyətli tik dayanan 2-8 çiçəkli kasıb qurullar meydana gətirər. Dişi çiçəyin də 1 brahte, 2 brahtecik, 4 yumşaqlı ətraf yarpağı vardır. Bunlar ovaryumla qaynaşmışdır, tək ucları sərbəstdir. Ovaryum alt vəziyyətlidir; ətli qalın 2 stigması olduqca inkişaf etmişdir.

Payızda yetişkinləşən böyük nüvəli sulu meyvənin iç qismi 2 bölməyə ayrılmışdır. Toxum 2 yumşaqlı, yağlı və ləzzətlidir, yod ilə zəngindir.

Qoz bitkisinin toxumundan qida məhsulu kimi, yağından mətbəxtdə və təbabətdə istifadə olunur.

Odununun özü tünd, xarici qismi açıq rəngli, ağır və gözəl cila qəbul edən odunları vardır. Sənayedə, əsasən də mebel istehsalında istifadə edilir.

Homotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]
  • Nux Duhamel

Heterotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]
  • Regia Loudon ex C.DC.
  • Wallia Alef.