Səid Bilalov
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Səid Bilalov | |
---|---|
Səid Bilal oğlu Bilalov | |
Doğum tarixi | 12 fevral 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 1997 |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcələri | kimya üzrə elmlər doktoru, professor |
İş yeri | |
Təhsili | |
Mükafatları |
Səid Bilal oğlu Bilalov (12 fevral 1941, Söhüb, Quba rayonu – 1997) — kimyaçı alim, kimya elmləri doktoru, professor.[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]S.B.Bilalov 1941-ci il fevralın 12-də Quba rayonunun Söhb kəndində kəndli ailəsində anadan olmuşdur. Orta məktəbi Quba rayonunda bitirdikdən sonra, iki il istehsalatda çalışmışdır. 1959-65-ci illərdə Bakı Dövlət Universitetinin kimya fakultəsində təhsil almışdır. 1963-cü ildən Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda laborant və mühəndis vəzifəsində işləmişdir. 1965-ci ildən yeni yaradılmış Aşqarlar Kimyası İnstitutunda baş mühəndis, kiçik və böyük elmi işçi, 1990-cı ildın isə aparıcı elmi işçi vəzifələrində işləmişdir. 1972-ci ildə namizədlik, 1991-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildə aprel ayının 6-sinda vəfat etmişdir.
Elmi istiqaməti
[redaktə | vikimətni redaktə et]S.B.Bilalovun əsas elmi-tədqiqat işləri tərkibində azot, kükürd və fosfor saxlayan üzvi birləşmələrin və onların metal törəmələrinin və kompleks birləşmələrinin sintezinə həsr olunmuşdur. Onun tərəfindən ilk dəfə bir molekulda iki akseptor qrupu və hidroksil qrupu saxlayan aminospirtlərdə, alkoksiaminospirtlərdə və alkiltiospirtlərdə molekullar arası və molekuldaxili hidrogen rabitələrinin mövcudluğu İQ-spektroskopiya üsulu ilə tədqiq edilmişdir. O, apardığı tədqiqatlar nəticəsində antioksidləşdirici, korroziya, yeyilmə və tüstü əleyhinə aşqarlar almış və onların quruluşları ilə təsir effektivliyi arasındakı qarşılıqlı asılılığı müəyyən etmişdir. Səid müəllimin səsdən iti sürətlə uçan müasir reaktiv təyyarələr və raketlər üçün yüksək temperaturada işləyə bilən yanacaqlar üçün polifunksional aşqarın yaradılması sahəsində apardığı tədqiqatlar xüsusi əhəmiyyətə malikdir. Bu məqsədlə sadə texnologiya ilə aşqar almış və onun əsasında və ucuz yol ilə RT və T-6 markalı yanacaqlar hazırlanmış və keçmiş SSRİ Dövlət Komissiyasının sınaqlarından müvəffəqiyyətlə çıxmışdır. O, həmçinin T-1, TS-1,T-7, və T-8B markalı təyhyarə yanacaqlarının, benzinlərin və dizel yanacaqlarının keyfiyyətini yaxşılaşdıran aşqarların sintezi və tədqiqi sahəsində də tədqiqatlar aparmışdır. O, T-10, T-6 markalı raket yanacaqlarının istismar keyfiyyətlərini yaxşılaşdıran yeni növ aşqarlar təklif etmiş, sınaqlardan keçirmiş və yüksək nəticələr almışdır. Onun sintez etdiyi yeni kimyəvi reagent dəmir filizi mədənlərində, ərintilərdə, sənaye və metallurgiya müəssisələrində xüsusilə tank, traktor, kombayn və maşınqayırma sənayesində onlarla ən iri sənaye və hərbi obyektlərdə ekspress metod kimi metalların təyinində yüksək keyfiyyətli analitik reagent kimi tətbiq edilir.
Elmi əsərləri
[redaktə | vikimətni redaktə et]Onun tərəfindən aparılan tədqiqatların nəticələri 200 elmi əsərdə, o cümlədən 30 müəlliflik şəhadətnaməsidə öz əksini tapmışdır.[2]
Elmi rəhbərliyi
[redaktə | vikimətni redaktə et]2 elmlər namizədi yetişdirmişdir.
Pedaqoji fəaliyyəti
[redaktə | vikimətni redaktə et]30 ilə yaxın pedaqoji fəaliyyət göstərmişdir. 1963-cü ildə Azərbaycan Tibb İnstitutunda kimya müəllimi vəzifəsində işləmişdir 1994-cü ildə Azərbaycan Texniki Universitetinin (AzTU) "Daxili yanma mühərrikləri və avtotraktorlar " kafedrasının professoru vəzifəsində işləmişdir.
Mükafatları
[redaktə | vikimətni redaktə et]- 2 dəfə keçmiş SSRİ, 2 dəfə respublika "Bilik" Cəmiyyətinin Fəxri Fərmanı
- "Əmək veteranı" medalı (1993)
- Y.Məmmədəliyev adına mükafat və medal(1998)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "BİLALOV Səid Bilal oğlu - Azərbaycan kimyaçısı". Ensiklopediya.gov.az. 2024-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-19.
- ↑ "Bir çox mükafatlara layiq görülən qubalı kimyaçı Səid Bilalov". Shimal.news. 2024-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-19.