Sənubər Kərimova
Naviqasiyaya keç
Axtarışa keç
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Sənubər Kərimova | |
---|---|
Sənubər Ağa qızı Kərimova | |
Şəxsi məlumatlar | |
Doğum adı | Sənubər Ağa qızı Kərimova |
Doğum tarixi | 13 yanvar 1935 (89 yaş) |
Doğum yeri | |
Təhsili | |
|
|
Təltifləri |
|
Sənubər Kərimova (13 yanvar 1935, Naxçıvan MSSR) — Naxçıvan MSSR Ali Sovetinin 10–11-ci çağırış deputat, NMR Sosial Təminat naziri.
Həyatı
[redaktə | vikimətni redaktə et]- Kərimova Sənubər Ağa qızı doğum tarixi 13.01.1935 Naxçıvan şəhəri. 1959-cu ildə Azərbaycan Dövlət Universiteti (indiki BDU) filologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir.
- 1965–1975 illərdə "Şərq qapısı" qəzetində şöbə müdiri.
- 1975–1976 illərdə redaktor müavini və 1976–1985 illərdə redaktor.
- 1976–1985 illərdə Azərbaycan Jurnalistlər Birliyinin katibi və Naxçıvan vilayət təşkilatının sədri olmuşdur.
- 1980-ci ildən etibarən "Şərq qapısı" qəzetinin bazasında yaradılan böyük formatlı, gündəlik rus və Azərbaycan dillərində nəşr edilən "Sovet Naxçıvanı" – "Советская Нахичевань" qəzetlərinin baş redaktoru olmuşdur.
- 1985–1993 S. Kərimova Naxçıvan MSSR Sosial Təminat naziri, həmin nazirlik ləğv olunduqdan sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirin birinci müavini vəzifəsini daşımışdır.
- 1993–2000 illərdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini vəzifəsində çalışmışdır.
- 1975–1990 illərdə Naxçıvan Muxtar Respublikası qadınlar şurasının sədri olmuşdur.[1][2]
- 2000-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu "Folklor sarayı"nın nəşri olan "Dədə Qorqud" almanaxının əməkdaşıdır.[3] Naxçıvan MSSR Ali Sovetinin 10–11-ci çağırış deputatı seçilmişdir.[4]
Mükafatları
[redaktə | vikimətni redaktə et]- 1981-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan SSR əməkdar mədəniyyət işçisi fəxri adı verilmişdir.(Jurnalist)
- 1984-cü ildə S. Kərimova uzun illər vicdanlı əməyinə görə SSRİ Ali Soveti Rəyasət Heyəti adından "Əmək veteranı" medalı ilə təltif olunmuşdur.
Ailəsi
[redaktə | vikimətni redaktə et]Kəngərli nəslinin davamçılarından olan Kərimova Sənubər Ağa qızı Kərim Sultan Kəngərlinin nəticəsidir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu - Sənubər Kərimova" (PDF). Folklor.az. 2024-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-03-20.
- ↑ "Sənubər Kərimova – Kəngərlilər nəslinin layiqli davamçısı". Sabaha-inamla.az. 2024-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-20.
- ↑ "Sənubər Kərimova 1985-ci ildə Naxçıvan MSSR Əmək və Əhalinin Sosial Təminat naziri". ikisahil.az. 2024-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-20.
- ↑ "Sənubər Kərimova haqqında - Dədə Qorqud ● 2021/IV" (PDF). www.anl.az. 2024-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-03-20.
Kateqoriyalar:
- 13 yanvarda doğulanlar
- 1935-ci ildə doğulanlar
- Yaşayan insanlar
- SSRİ-də doğulanlar
- Bakı Dövlət Universitetinin məzunları
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- Azərbaycan SSR əməkdar mədəniyyət işçiləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Naxçıvanda doğulanlar
- Azərbaycanın qadın nazirləri
- Naxçıvan MSSR Ali Sovetinin X çağırış deputatları
- Naxçıvan MSSR Ali Sovetinin XI çağırış deputatları
- Naxçıvan Muxtar Respublikasının nazirləri
- Naxçıvan MSSR xalq komissarları və nazirləri