Sabir Yaqubov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sabir Yaqubov
Şəxsi məlumatlar
Doğum tarixi 1 oktyabr 1948(1948-10-01)
Doğum yeri
Vəfat tarixi 18 yanvar 2019(2019-01-18) (70 yaşında)
Vəfat yeri

Sabir Yaqubov (tam adı: Yaqubov Sabir Ağakişi oğlu; 1 oktyabr 1948, Qubadlı18 yanvar 2019, Bakı) — Yevlax şəhər Partiya Komitəsinin birinci katibi, "Qızıl Qələm" mükafatçısı, Respublika Jurnalistlər Birliyinin üzvü.[1]

Sabir Yaqubov 1 oktyabr 1948-ci ildə Qubadlı rayonunda anadan olub. 1962–1966-cı illərdə Şuşa Pedaqoji Texnikumunda, 1967–1973-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində, 1976–1978-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. İxtisasca filoloqpolitoloqdur.

1976–1978-ci il illərdə hərbi hazırlıq kursu keçib, ehtiyatda olan zabitdir.

18 yanvar 2019-cu ildə Sabir Yaqubov Bakıda müalicə aldığı xəstəxanalardan birində dünyasını dəyişib.

Sabir Yaqubov 1966–1968-ci illərdə Qubadlı rayonunda müəllim, 1968–1973-cü illərdə rayon qəzetində müxbir, şöbə müdiri və məsul katib vəzifələrində çalışmışdır. Daha sonra 1973–1976-cı illərdə Qubadlı rayon Komsomol Komitəsinin birinci katibi, 1978–1980-ci illərdə isə Qubadlı rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində işləyib. 1980–1984-cü illərdə Qubadlı rayon Partiya Komitəsinin ikinci katibi olmuş Sabir Yaqubov 1984–1985-ci illərdə Sovetlər Birliyinin Əfqanıstandakı səfirinin müşaviri vəzifəsində çalışıb.[1]

1985–1988-ci illərdə Yevlax şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib. Sabir Yaqubov həmçinin yazıçı publisist-jurnalist kimi də tanınıb, 2006-cı ilədək əsasən mətbuat, nəşriyyat və poliqrafiya sahəsində çalışıb və Respublika Jurnalistlər Birliyinin üzvü olub.

Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsi Qaçqınların və məcburi köçkünlərin işləri üzrə şöbəsində böyük referent vəzifəsində işləyib. 2006-cı ilin mart ayından vəfatınadək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Gənclik" nəşriyyatında baş redaktor vəzifəsində çalışıb.

İctimai-siyasi fəaliyyəti

[redaktə | vikimətni redaktə et]
  • 1974–1985-ci illərdə Qubadlı rayon Partiya Komitəsinin büro və plenum üzvü, rayon Xalq Deputatları Sovetinin deputatı olub.
  • 1985–1988-ci illərdə Yevlax şəhər Partiya Komitəsinin büro və plenum üzvü, Şəhər Xalq deputatları Sovetinin deputatı olub.
  • 1986–1991-ci illərdə Azərbaycan KP MK Nəzarət Təftiş Komissyasının üzvü olub. 2005-ci il parlament seçkilərində 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd olub.
  • Yeni Azərbaycan Partiyasının üzvüdür.

"Qisas" (roman), "Nahaq qan" (povest), "Qaranlığın gözləri" (povest və hekayələr) kitabının müəlifidir. "Hər çeşmədən bir damla", "Raykom katibi", "Zərdabi yurdunun övladları", "Zəmanəmizin möcüzəsi", "Ömür yolum" kitablarında portret oçerkləri dərc olunub.

"Qibtə ediləsi ömür", "Biz referenduma gedəcəyik", "Xalqın layiqli namizədi" kimi onlarla publisistik yazının müəlifidir. "Unutma məni", "Zərdabi yurdunun övladları", "Ürəyimdə uca dağlar", "Ümid yeri" kitablarının redaktorudur. "Ömrüm bir kitabdır" xatirə romanı, "Xatirə çələngi" povesti və "İllərdən qalan izlər" adlı şeirlər kitabı çapa hazırdır.

  • Bir neçə kitabın müəllifi olduğu üçün "Qızıl Qələm" mükafatına da layiq görülüb.
  • Diplomatik fəaliyyətinə görə "Rəşadət" ordeni ilə təltif edilib.[1]
  1. 1 2 3 "Sabir Yaqubov". 2019-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-19.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]