Santyaqo Ramon-i-Kaxal
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Santyaqo Ramon-i-Kaxal | |
---|---|
isp. Santiago Felipe Ramón y Cajal | |
Doğum adı | Santiago Ramón y Cajal |
Doğum tarixi | 1 may 1852[1][2][…] |
Vəfat tarixi | 17 oktyabr 1934[3][4][…] (82 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahələri | nevrologiya, patologiya, histologiya |
İş yerləri |
|
Üzvlüyü |
|
Mükafatları | Fiziologiya və tibb üzrə Nobel mükafatı (1906) |
Vikianbarda əlaqəli mediafayllar |
Santyaqo Ramon-i-Kaxal (1 may 1852[1][2][…] – 17 oktyabr 1934[3][4][…], Madrid[6][7]) — Görkəmli ispan alimi, tibb elminin nevrologiya, patologiya kimi mühüm sahələrinin və histologiyanın dərin bilicisi, Santyaqo Ramoni Kahal dəyərli elmi araşdırmalar müəllifi kimi tanınır. Beyinin mikroskopik quruluşu ilə bağlı orijinal tədqiqatlar aparan alimin təsviri sənət sahəsində də xüsusi istedadı olmuşdur. Onun beyin hüceyrələrini təsvir edən yüzlərlə rəsm əsəri bu gün də tibb institutlarında tədris olunur. Məşhur alim tibb elminə "müasir nevrologiyanın atası" kimi daxil olmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]1852-ci ildə İspaniyanın Petilla de Araqon şəhərində dünyaya gəlmiş Kahalın atası Saraqos Universitetində tətbiqi anatomiya üzrə professor idi. Orta məktəb illərində üsyankar və dəcəl olduğu üçün dəfələrlə məktəbdən uzaqlaşdırılmışdır. On bir yaşında şəhər darvazasını dağıtdığına görə həbs olunması onun xasiyyəti barədə müəyyən bilgi verir. Uşaqlıq illərində pinəçilik və bərbərlik edən balaca Santyaqo elmə, xüsusən də tibb elminə böyük marağı ilə diqqəti cəlb etmişdir. Atası ilə anatomik atlas hazırlasa da, nəşr edilməmişdir.
İllər ötdükdən sonra bu marağı onu Saraqosa Universitetinin tibb fakültəsinə gətirmişdir. O, 1873-cü ildə tibb təhsili üzrə lisenziya aldıqdan sonra İspaniya ordusunda hərbi həkim kimi xidmətə başlamışdır.
1874/75-ci illərdə Kubaya hərbi ekspedisiyada iştirak etmişdir. İspaniyaya qayıtdıqdan sonra Madriddə doktorluq elmi dərəcəsi almışdır.
1881-ci ildə təsviri və ümumi anatomiya üzrə Valensiya Universitetinin, 1887-ci ildə isə histologiya və patoloji anatomiya üzrə Barselona Universitetinin professoru seçilən alim elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, bir sıra mədəni və elmi-tədqiqat qurumlarında da çalışmışdır. O, ayrı-ayrı vaxtlarda Saraqosa muzeyinin rəhbəri, Milli Gigiyena İnstitutunun direktoru vəzifələrində çalışmış və sonralar onun şərəfinə Kahal İnstitutu adlandırılan Bioloji Tədqiqatlar Laboratoriyasının əsasını qoymuşdur.
Alimin tibb elmindəki fəaliyyəti çoxşaxəliliyi, məhsuldarlığı və orijinallığı ilə seçilmişdir. Onun ilk araşdırmalarını iltihabın patologiyası, xoleranın mikrobiologiyası, epitel hüceyrələrin və toxumaların quruluşuna həsr olunmuşdur. Onun "Histologiya və mikroqrafiya üzrə təlimat", "Histologiyanın əsasları", "Ümumi patoloji anatomiya üzrə təlimat", "Histoloji anatomiya və sinir mərkəzləri barədə yeni anlayışlar", "İnsanlar və onurğalıların sinir sistemi barədə məqalələr toplusu" və "Onurğalılarda gözün torlu qişası" əsərləri tibb sahəsində çox məşhurdur.
Rusiya, Fransa, Almaniya kimi ölkələrin mükafatlarına layiq görülmüş S. R. Kahalın araşdırmaları İspaniya və Fransanın elmi məcmuələrində dərc olunmuşdur. Dünyanın bir çox nüfuzlu elmi mərkəzlərinin, o cümlədən Madriddəki Kral Elmlər Akademiyasının, Kral Tibb Akademiyasının, İspaniya Təbii Tarix Cəmiyyəti və Lissabon Elmlər Akademiyasının üzvü, Böyük Britaniyanın Kembric, Almaniyanın Vürsburq universitetlərinin fəxri doktoru seçilmişdir. Ancaq onun təltiflərinin zirvəsi 1906-cı ildə Kamillo Qolci ilə birlikdə "sinir sisteminin quruluşu ilə bağlı tədqiqatlarına görə" fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülməsidir.
Santyaqo Ramoni Kahal 1934-cü ildə Madriddə dünyasını dəyişmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Santiago Ramón y Cajal // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 ABŞ Konqres Kitabxanası. 1800.
- ↑ 1 2 Santiago Ramón y Cajal // KNAW Past Members (ing.).
- ↑ 1 2 https://www.academie-sciences.fr/fr/Liste-des-membres-depuis-la-creation-de-l-Academie-des-sciences/les-membres-du-passe-dont-le-nom-commence-par-r.html.
- ↑ 1 2 Santiago Ramón y Cajal. // Biography: Historical & Celebrity Profiles 2014.
- ↑ 1 2 www.accademiadellescienze.it (it.).
- ↑ Find a Grave (ing.). 1996.
- 1 mayda doğulanlar
- 1852-ci ildə doğulanlar
- 17 oktyabrda vəfat edənlər
- 1934-cü ildə vəfat edənlər
- 82 yaşında vəfat edənlər
- Madriddə vəfat edənlər
- Almudena qəbiristanlığında dəfn olunanlar
- Barselona Universitetinin müəllimləri
- London Kral Cəmiyyətinin üzvləri
- Bavariya Elmlər Akademiyasının üzvləri
- İsveç Kral Elmlər Akademiyasının üzvləri
- Macarıstan Elmlər Akademiyasının üzvləri
- Niderland Kral İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Fransa Elmlər Akademiyasının üzvləri
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- İspan dili Krallıq Akademiyasının üzvləri
- Əlifba sırasına görə Nobel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- İspaniyada doğulanlar
- Tibb
- Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları
- London Kral Cəmiyyətinin əcnəbi üzvləri