Suzanbağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Suzanbağı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Suzanbağı (lat. Nymphaea) — bitkilər aləminin suzanbağıçiçəklilər dəstəsinin suzanbağıkimilər fəsiləsinə aid bitki cinsi.

Botaniki xarakteristikası

[redaktə | vikimətni redaktə et]

Böyük ürək formalı oval və ya ürək formalı yarpaqlarının üzərində iri çiçikləri vardır. Bu bitki suyun üzərində üzürmüş kimi görünür.

Bitkinin hazırkı Latın adı yunan dilindən gəlir. Νυμφαία - "nimfa", ehtimal ki, "kukla" mənasını verən Νύμφη sözü ilə bağlıdır. Bitki bəzən ağ su zanbağı adlanır.

İqtisadi əhəmiyyəti və tətbiqi

[redaktə | vikimətni redaktə et]

Su zanbaqlarının kökündə suyun altında nişasta ilə zəngin qalın sürünən rizomlar əmələ gətirir. Bu rizomlardan un istehsalı və nişasta istehsalı üçün xammal kimi istifadə oluna bilir. Tanninlər kəsilmiş rizomları və ya onlardan alınan unu suya batırmaqla onlardan çıxarılır. Qovrulmuş su zanbağı toxumları qəhvə əvəzedicisi kimi istifadə edilə bilir.

Heterotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]
  • Castalia Salisb.
  • Leuconymphaea Kuntze
  • Ondinea Hartog