Vikipediya:Kənd meydanı/Arxiv/Aprel/2012

Vikipediya, azad ensiklopediya
Ən son rəy:12 il öncə, Vago tərəfindən "3 ildə nələr oldu!" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Türk dilli vikipediyaların konfransı

20 - 21 aprel tarixlərində türk dilli vikipediyaların Almatı şəhərində konfransı olacaq. Həmin tədbirə Azvikidə dəvətlidir. Hər vikidən iki nəfər iştirak etməlidir və bütün xərcləri Qazaxıstan ödüyür. Kim iştirak etmək istəyir?? Ətraflı məlumatı buradan ala bilərsiniz.--Baskervill 13:38, 28 fevral 2012 (UTC)

Bizim idarəçi və istifadəçilərimiz fəallıq göstərsələr yaxşı olar. Mənim şəxsi fikrimcə ən yaxşı variant Azərbaycandan 1, İrandan 1 fəal azvikiçinin bu konfransda iştirak etməsi olardı. Bu tip konfranslar çox maraqlı keçir (mən azvikini son 2 Wikimania-da - Qdansk və Hayfada təmsil etmişəm). Böyük ehtimal ki, Qazaxıstandakı konfransın 3 işlək dili olacaq - ingilis, türk və rus. --Sortilegus (talk) 20:05, 3 mart 2012 (UTC)
Hörmətli Sortilegus, Sizin bu işdə artıq kifayət qədər təcrübəniz var və şübhə etmirəm ki, AzVikini layiqincə təmsil edə bilərsiniz. Bəlkə bu məsuliyyəti də üzərinizə götürməniz barədə fikirləşəsiniz?! →Vago ms 05:46, 7 mart 2012 (UTC)
Mən hələ pedaqoji fəaliyyətimə görə iştirakla bağlı qəti qərara gəlməmişəm. Konfrans şənbə-bazar günlərinə düşsə də cümə və bazar ertəsi günlərini də qrafikdə nəzərə almaq lazımdır (1 gün getmək və 1 gün geri dönmək). Bir tərəfdən də, bu tip bütün beynəlxalq konfranslarda azvikini ancaq mənim təmsil etməyim düzgün deyil. Azvikidə indilik ən azı 15-20 fəal həmkarımız (idarəçi və istifadəçi) var ki, bizi istənilən belə tədbirdə layiqincə təmsil edə bilər. Mən Qdansk və Hayfada keçirilən son iki wikimania-da bizim vikini təmsil etmişəm. Bütün belə beynəlxlq konfranslarda azvikini ancaq mən təmsil etsəm, deməzlər ki, "Sortilegus, o boyda azvikidə səndən başqa adam yoxdur ki, gözümüzü "mozol" eləmisən":). Wikimania-dan fərqli olaraq türkdilli vikilərin belə toplantısı ilk dəfədir. Hayfadakı sonuncu wikimaniada qazaxdilli vikipediya ilin vikipediyası seçildi. Onların dövlət tərəfindən dəstəyi güclüdür - amma bununla belə təcrübələrini öyrənib, məsələn, türkdilli vikilərin növbəti toplantısının Azərbaycanda keçirilməsinə cəhd etmək olar. Hər halda bu konfransdakı bizim 2 təmsilçimiz bir az "diribaş" və təcrübəli istifadəçilər olmalıdır.--Sortilegus (talk) 19:32, 7 mart 2012 (UTC)
Məlumat üçün əlavə edim ki, Özbək vikipediasında belə bir dəvət var:
--Aydın Məmmədov 18:05, 6 mart 2012 (UTC)"
Turkic Wikimedia Conference, 20-21 April 2012, Almaty, Kazakhstan
"Добрый день, пишу Вам от имени казахской Википедии. Мы планируем провести Вики конференцию тюркоязычных стран в Алматы 20-21 апреля 2012 года. Для участия в конференции приглашаем и участников Узбекской Википедии. На данный момент мы можем оплатить проезд туда и обратно, а также проживание и питание двух человек. Просим Вас оказать содействие в распространении данной информации, а также определении представителя от Узбекской Википедии на данную конференцию. Регистрация и программа конференции будет доступы на странице Метe: http://meta.wikimedia.org/wiki/Turkic_Wikimedia_Conference_2012
e-mail: info@wikibilim.kz
С уважением--Ashina (talk) 10:19, 6 mart 2012 (UTC)
Təklif edirəm ki, kim getmək istəyirsə bura yazsın. Mənim getməyim hal hazırda mümkün deyil. Vaxt daralır, heç getmək istəyən yoxdur? Özüdə mən biləni xərcləri Qazaxıstan ödüyür.--Baskervill 19:07, 6 mart 2012 (UTC)

İngilis dili Vikipediyada Azərbaycanlılar ilə bağlı kateqoriya müzakirəsi

İngilis dili Vikipediyada bilindiyi kimi Azəri deyil azərbaycanlılar sözü geniş işlədilir. Gürcüstan azərbaycanlıları üçün yaradılan kateqoriyanın adını isə "Georgian Azeris" deyə vermişlər. Kateqoriya müzakirələri səhifəsinə bu adın "Georgian Azerbaijanis" deyə dəyişdirilməsi üçün əlavə etdim. Bir istifadəçi azərbaycanlının vətəndaşlıq ilə əlaqəli bir ad olduğunu Azəri isə etnosun adı olduğu mövzusunda israrçı oldu. Madam elədir niyə etnosa Azəri deyil Azərbaycanlılar deyə yazmışlar belə bəhs edmişlər dedim amma geri addım atmır. İngiliscə bilən istifadəçilər buraya fikir verə bilərlərsə çox yaxşı olar. esc2003 (talk) 20:19, 30 mart 2012 (UTC)

Azəri etnosu yoxdur. Türk etnosu var. 1936-ci il dövlət qanununa əsasən Sovet höküməti qərəzli addım atmış və burada yaşayan xalqa Azərbaycanlı, onun dilinə isə Azərbaycan dili adı vermişdir. Bu vaxtdan başlayaraq problemlər yaranmış.Xarici ölkələr buna əsasən birmənalı yanaşmırlar və bəzən səhv fikirlər yazırlar. Amma buna baxmayaraq müasir ədəbiyyatda bizim xalq Azəri-türkləri kimi qeyd olunur. Əslində Azərbaycanlı sözü qərəzli kəlmədir. Sadəcə olaraq Heydər Əliyevin dövründə bu daha da qəlibləşdir. Məhz 1974-cü ildə Konstitusiayaya dil əlavə edilərkən iclasda Heydər Əliyev, etnosun dəqiqləşdirilməsi ilə bağlı suala Mən Azərbaycanlıyam deyə cavab verib. Onun sonralar işlətdiyi məşhur "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!" kəlmə hal-hazırda bizim dövlətin əsas kursudur. Yəni bizim dövlət Azəri-türkü yox Azərbaycanlı adının qalmasını istəyir. Elə buna görə də bu siyasətə bir vətəndaş olaraq dəstək verməliyik. Baxmayaraq ki, Azərbaycanlı adlı etnos yoxdur. Türk adlı etnos var. Azərbaycanlı etnos deyil. Çünki bizim vətəndə həm talış, həm kürd, həm ləzgi, həm xınalıq və s. millətlər yaşayır. Onların hamısı bir vahid etnos deyil. Yəni onların hamısına Azərbaycanlı etnosu demək düz deyil. Etnos olaraq çoxlu etnos var. Amma biz yeni siyasət qaydalarımıza yəni həm sovet dövründə həm də ki, müstəqillik dövründə Azərbaycanlı sözünü etnos kimi yox vahid xalqın göstəricisi kimi istifadə etmişik. Baxmayaraq ki, Xalq Cəbhəsi döründə Elçibəy xəttində bizim Türk adlanmağımız daha irəli çəkilmək istədi. Amma son nəticədə Heydər Əliyev xalq tərəfindən prezident seçildi və Azərbaycanlı kəlməsi qəlibləşdi. Bu isə məncə müsbət addımdır. Çünki beynəlxalq arenda özümüzü türk adlandırmaqla qardaş Türklər ilə səhv salına bilərik. Mən də tər\fdarıyam ki, Azərbaycanlı adlanaq. Amma buna baxmayaraq Azərbaycan Dili deyilən kəlmə tamamilə qərəzli bir şeydir. Bizim dilimiz 1918-1920 illərdə AXC tərəfindən doğru olaraq türk dili kimi qanunla təsdiq olunmuşdur. Yuxarıda qeyd etdiyim kimi 1936-cı ildə dilimiz Azərbaycan dili, torpağımızın adı Azərbaycan, milli mənsubiyətimiz isə Azərbaycanlı kimi qərəzli şəkildə təyin edildi. Azərbaycan dili deyilən məfhum yoxdur. Bizim dilimiz Türk dilləri ailəsinin Oğuz qrupuna daxildir. Amma bütün bunlara baxmayaraq sərvətlərimizi qorumalyıq. Yəni əgər indi dilimiz Azərbaycan Dili kimi qeyd olunubsa nəyə görə biz bunu sevib qorumayaq? Nəyə görə bunu elə bütün dünyaya Azərbaycan dili kimi təbliğ etməyək? Dil haqqında 22 dekabr 1992-ci il tarixli 413 nömrəli qanun və 2002-ci ilədəki 30 sentyabr qanunu bizim dili Azərbaycan dili kimi qeyd edib. Deməli bizim doğma dilimiz türk dili olsada indi o, Azərbaycan dili adlanır. Biz dilimizi sevməliyik. Onu qorumalıyıq və bütün dünyaya təbliğ etməliyik. Çox təəssüflər olsun ki, Qarabağ məsələsinə görə vahid siyasət yaratmaq əvəzinə bəzən öz aramızda "Türk dili yoxsa Azərbaycan dili" kimi hal-hazırda bizə lazım olmayan və bizə ancaq ziyan gətirən mübahisələrdə iştirak edirik. Bunun əvəzinə hal-hazırda olan milli-mənəvi sərvətlərimizi qorumalıyıq..--RM-WaRRioR (talk) 09:41, 31 mart 2012 (UTC)

Bildirmək istəyirəm ki, esc2003 dediyi məsələ artıq öz həllini tapmışdır.--Melikov Memmedemail 09:59, 31 mart 2012 (UTC)
Müzakirə nəticəsini saatlar əvvəl görmüşəm və xoşbəxt olmuşam :) Amma təşəkkür etməkdə gecikdim. Çox sağol Melikov Memmed. Məsələni çox gözəl izah etmisən. esc2003 (talk) 18:16, 31 mart 2012 (UTC)
Hörmətli esc2003, əslində Sizə təşəkkür etmək lazımdır, sağ olun! --Melikov Memmedemail 04:34, 2 aprel 2012 (UTC)

Wikipedia → Wikidata

Wikimedia Foundation yeni bir layihə hazırlamaqdadır. Daha ətraflı burada. --►Safir yüzüklü Ceklimesaj 04:25, 3 aprel 2012 (UTC)

Maraqlı xəbərdir, sağ olun. --Melikov Memmedemail 04:42, 3 aprel 2012 (UTC)

Seçilmiş siyahı

Səsvermə gedir. Zəhmət olmasa fikirlərinizi bildirin. --N KOzi FORVM 12:11, 3 aprel 2012 (UTC)

Hər zaman qeyd etmişəm indidə qeyd etmək istərdim. Azvikidə yetərincə yaxşı vəziyyətdə olan seçilmiş siyahılar var. Elə məndə 2 gündür ki, həmin siyahılardan birinin (Osmanlı Sultanları) üzərində işləyirəm. Bölmənin ən qısa zamanda fəaliyyətə başlaması lazımdır. Hörmətlə--Baskervill 12:17, 3 aprel 2012 (UTC)

Seçilmiş şəkillər

Aprel ayı bizim vikidə "Günün seçilmiş şəkli" bölməsində "Kanadanın Alberta əyalətində yerləşən Morayn gölü" ayıdır:) Bizim istifadəçilər 1 gölün demək olar ki, eyni rakursdan, amma ayrı-ayrı fəsillərdə çəkilmiş 2 şəklinə seçilmiş şəkil statusu veriblər ("Vikipediya:Seçilmiş şəkil namizədləri/Moraine Lake 17092005.jpg" və "Vikipediya:Seçilmiş şəkil namizədləri/Moraine Lake-Banff NP.JPG"). Mən idarəçi kimi hər iki şəkli ana səhifədəki müvafiq bölməyə yerləşdirməliyəm. Vaxtı olanlar heç olmasa göl haqqında məqalə yaratsınlar, ya da ümumi razılıq olsa şəklin 1-nin yerləşdirilməsini bir az təxirə sala bilərik.--Sortilegus (talk) 16:56, 5 aprel 2012 (UTC)

Birinci şəkil Vüqar1981 tərəfindən ikinci şəkil isə mənim tərəfimdən irəli sürülüb. Burada günah məndədir. Mən ikinci şəkili namizəd kimi irəli sürməzdən əvvəl, seçilmiş şəkillər bölməsində bu barədə şəkilin olub olmamasına baxmalı idim. Şəxsən mən düşünürdüm ki, bizdə belə bir şəkil yoxdur. Digər tərəfdən Azvikidə eyni bir yerin (şəhər, göl, bina) şəkilinin iki və ya daha çox sayıda seçilməsinin qadağan olması barədə heç bir məlumat yoxdur. Bununla öz əməlimə haqq qazandırmıram. Sadəcə olaraq burada ciddi bir problemdə görmürəm. Əgər hər iki şəkilə yüksək səslə lehinə səsi verilibsə, deməli şəkillər buna layiqdir. Hörmətlə--Baskervill 19:12, 6 aprel 2012 (UTC)
Məntiqlə düzdür. Bir şəklin namizədliyini mən də dəstəkləmişəm, digər şəklin səsverməsi diqqətimdən kənar qalıb - böyük ehtimal ki, orda da "lehinə" səs verərdim:) Amma düşünürəm ki, şəklin birini may ayına keçirsək (ana səhifəyə mayda çıxarsaq) pis olmaz. Sistemləşdirməni müəyyən qədər dəyişərəm. Hər gün üçün ana səhifəyə seçilmiş şəkil yerləşdirmək imkanlarımız indilik təxminən mayın sonunda tükənəcək. Tələm-tələsik səsvermə keçirmək də belə problemlər ortaya çıxarır. Digər məqalə sayı 100 min civarında olan vikilərin bu sahədəki praktikasını gərək öyrənək. --Sortilegus (talk) 19:46, 6 aprel 2012 (UTC)

Məni bir məsələ də düşündürür. Seçilmiş şəkillərin Azvikidə olan məqalələrdə istifadə edilən şəkillərdən olması yaxşı olmazdımı? Və bir də şəkillər seçilmiş şəkil namizədi kimi irəli sürülən zaman bütün bölmələr tam və düzgün doldurulmur. Bu məsələlərə diqqəti artırmalıyıq. -- ■ Sultan mesaj 20:31, 6 aprel 2012 (UTC)

Hal-hazırda bizdə 163 seçilmiş şəkil var. Bu şəkillərdən artıq bir çoxu günün seçilmiş şəkili bölməsində istifadə edilib. Mən elə bilirdim ki, bir gün Ana Səhifəyə əlavə olunacaq şəkillər tükənəcək. Ancaq mən bunu may yox oktyabr ayında gözləyirdim. Əlimizdən gələn qədər yeni namizədlər irəli sürməyə çalışırıq. Burada əsas problemlərdən biri idarəçilərin yeni namizədlər irəli sürməməsi və ya ("Vikipediya:Seçilmiş şəkil namizədləri") mövcud namizədlərə öz fikrini bildirməmələridir. Hörmətli Sultan11-in fikirnə gəlincə isə mən şəkillərin namizəd şəkilində irəli sürülməsini digər aktiv vikipedistlərdən öyrənmişəm. Hansısa bölmədə problem varsa, lütfən yazın aradan qaldıraq. Hörmətlə--Baskervill 08:46, 7 aprel 2012 (UTC)
Birdə Ana Səhifəyə əlavə etməyə şəkil tükənəndə mən yenidən başa qayıtmağı təklif edirəm. Bir necə aya (təxminən sentyabr ayına qədər) bizdə 365 şəkil olacaq. Bununlada bu məsələ öz həllini tapmış olacaq. Hörmətlə--Baskervill 08:49, 7 aprel 2012 (UTC)
Mən bizim hörmətli idarəçimiz Sultan11-in yazdıqları ilə tam razıyam. İndilik namizəd şəkillərə səs veririk və o səsvermə səhifələrində yerində olan bölmələr deyəsən elə "lehinə" və "əleyhinə" bölmələridir. "Şəkli yerləşdirən", "Şəklin kateqoriyası" və s. bölmələrə demək olar ki, heç fikir verilmir. Və ümumiyyətlə, istifadəçilərin həmin bölmələr haqqında çox az məlumatları var. O bölmələrdə də standartlaşdırma aparmaq lazımdır ki, istifadəçilər üçün nümunə olsun. İndilik bizim vikidə şəkil lisenziyaları, şəkil yükləmələr - ümumiyyətlə, şəkillərlə bağlı demək olar ki, bütün məsələlərə idarəçimiz Sultan11 nəzarət edir. Çox yaxşı olar ki, seçilmiş şəkillərə aid (səsvermə, ana səhifəyə ilkin və təkrar yerləşdirmə və s.) məsələlərə də o nəzarət etsin. Belə olarsa, məncə, ana səhifədəki "günün seçilmiş şəkli" bölməsi ilə bağlı problem öz həllini tapar. Hörmətli Baskervill-in təklifi (seçilmiş şəkillərin təkrar ana səhifəyə yerləşdirilməsi) indilik yeganə çıxış yolumuzdur. Bəzi seçilmiş şəkilləri ilin sonuna qədər ola bilər ki, 2-ci dəfə ana səhifəyə yerləşdirək. Amma idarəçilərin hər seçilmiş şəkil namizədinə səs verməsi məsələsinə gəlincə - bu vacib deyil. Mümkündür ki, heç bir idarəçinin namizədliyinə səs vermədiyi şəkil seçilmiş şəkil seçilsin. Yəni səsvermələrdə azviki istifadəçilərinin statusu heç bir rol oynamır. --Sortilegus (talk) 16:26, 10 aprel 2012 (UTC)

Əvvələr (təxminən bir il öncə) seçilmiş şəkil namizədləri irəli sürülən zaman yuxarıda söylənilən çatışmamazlıqlar çox az olsada son zamanlar demək olarkı kütləvilik təşkil edir. Seçilmiş şəkil namizədləri irəli sürülərkən bölmələri tam və düzgün doldurmağa çalışmasaq bunlar onszuda sonradan yeni maneələrin yaranmasına səbəb kimi qalacaq. Mən seçilmiş şəkil namizədlərindən birinə nümunə üçün düzəlişlər etdim. Digər istifadəçilər etiraz etməsələr seçilmiş şəkillərdə qalmış boş bölmələr aktiv istifadəçilərimiz tərəfindən tamamlansın. -- ■ Sultan mesaj 18:06, 10 aprel 2012 (UTC)

Laboratoriyadakı ərəb əlifbalı məqalələr

Azərbaycanca Vikipediyanın ərəb əlifbasında işləyən istifadəçilərindən xahiş edirəm ki, Vikipediya:Məqalə laboratoriyası layihəsindəki ərəb əlifbalı məqalələrə texniki nəzarət etsinlər. Məsələn, təkmilləşdirmə və səsvermə başa çatdıqda müvafiq əməliyyatları icra etsinlər və s. --►Safir yüzüklü Ceklimesaj 04:45, 11 aprel 2012 (UTC)

Şəki xanlığı

Mən Şəki xanlığı məqaləsinə bir bölmə hazırlamışdım. Həmin bölməni İstifadəçi:Aydinsalis müzakirəyə çıxarmadan pozub. Əsas götürüb ki, qeyri-mötəbər mənbədir. Mən həmin yazını "Soy" dərgisində və eyniliklə "Qarabağ xanlığı" adlı kitabda vermişəm. "Qarabağ xanlığı" kitabı ([1]) Şəki müəllimlər institutunda hazırlanıb, Təhsil nazirliyində dərs vəsaiti kimi təklif olunub, AMEA-nın Tarix institutunun elmi şurası tərəfindən təsdiq olunub. (Аzərbаycаn Rеspublikаsı Təhsil Nаzirliyinin iyul 2008–ci il tаriхli sаylı əmri ilə dərs vəsаiti kimi təsdiq оlunmuşdur.) Mötəbərliyinə daha nə fakt lazımdır? Həmin bölmədəki məqalə mənbələrə əsasən yazılıb. Demək olar ki, hər cümlənin sonunda sitat verilib. İstifadəçi:Aydinsalis əslən Şəkidən olan bir neçə hörmətli tarixçinin adlarını misal gətirib bildirir ki, mənbələr bu şəxslərdən olmalıdır. Şəki xanlığı tarixini şəkililər deyil, mütəxəssislər yazmalıdır. Həmin şəxslər Orta əsrlər üzrə ixtisaslaşıblar. Rəhmətlik Mahmud İsmayılov "Şəki xanlığı" adlı bir kitab hazırlamışdı. Həmin kitab elmi-kütləvi üslubda yazılıb. Mən XVIII və XIX əslər üzrə mütəxəssisəm. Həmin dövrlərə aid 20 kitabın müəllifiyəm. "Qarabağ xanlığı", "Qaradağ xanlığı", "Urmiya xanlığı", "Ərdəbil xanlığı", "Sərab xanlığı", "Marağa xanlığı", "Şəmşəddil sultanlığı" və sairə. Bu kitablar AMEA-nın, Tarix qurumunun, elm və təhsil ocaqlarının qrifi ilə çap olunub. İstifadəçi:Aydinsalis öz yazdığı yazıları (Aydın Məmmədov kimi) mənbəyə, xarici keçidlərə qoyur. Mötəbər mənbə hesab edir. Mənim yazılarıma hansı haqla qeyri-mötəbər yarlığını yapışdırır?

Keçək ikinci məsələyə. İstehza ilə, lağ edici bir tərzdə qeyd edir ki, Ənvər Çingizoğlu öz kitablarında Teymurlu sülaləsi yazdığına görə məqaləni bu cür adlandırır. Azərbaycan dilinin qramatik qanun-qaydalarına görə soy və sülalə adları -lı, li, -lu şəkilçiləri ilə yazılmalıdır. Teymuri adının sonindakı -i formantı Ərəbcə nisbət şəkilçisidir. Teymuri adı Azərbaycan dilində deyil. Azərbaycan tarixşünaslığı XIX əsrdən başlayır. Həmin dövrdəki tarixçilər təbii olaraq Fars, Ərəb dillərində oxumuşdular. Terminlərin də çoxu həmin dillərə aiddir. XX əsr tarixçiləri də kor-koranə o terminlərdən istifadə ediblər. Həm də Azərbaycan xalqını türk kökündən ayirıb, ari nəjada bağlamaq müddəlara da vardı. Orta məktəb şagirdi enklopediya kimi VİKİ-dən istifadə edərkən haqlı olaraq soruşur ki, Teymuri nə deməkdir. Teymurlu dilimizdə olduğundan artıq açıqlamağa yer qalmır.

Mən İstifadəçi:Aydinsalisin nifrətinin hardan qaynaqlandığını yaxşı bilirəm. Cəfərqulu xan Dünbilinin atasının adını Əhməd xan olduğunu fars, rus və ingilisdilli qaynaqlara əsasən yazdığımı və mənbələr gətirdiyimi bildirəndə də özünün mötəbər tarixçi olduğunu bildirmişdi. Mən İstifadəçi:Aydinsalisin mənə qarşı qeyri-ciddi olduğunu düşünüb təklif edirəm ki, həmin bölmə bərpa olunsun. Müzakirəyə çıxarılsın, qeyri-mötəbər hesab olunsa, silinsin. Şəki xanlığı məqaləsi onun özəl mülkü olmadığından digər istifadəçilər də redaktə və təzə faktlar əlavə edə bilsinlər. İstifadəçi:Aydinsalis idarəçilər tərəfindən məzarətə götürülsün. Özbaşına məqalə, bölmə çıxarmasın. Faktlara münasibətini ədəblə bildirsin.--Enver62 (talk) 07:24, 11 aprel 2012 (UTC)

✅Y Müvafiq bölmə bərpa olundu. Əlavə olaraq qeyd edim ki, həmin bölmənin əsasında, Şəki xanlığının siyasi əlaqələri və yaxud da Şəki xanlığının xarici əlaqələri adlı məqalə də yaratmaq olar. --►Safir yüzüklü Ceklimesaj 07:39, 11 aprel 2012 (UTC)


Hörmətli Cekli829. Təəssüflənirəm ki, son vaxtlar birtərəfli qərarlar verməyə başlamısınız. Amma vikipedia qaydalarına görə, əgər məndən şikayət varsa, mənim özümə də söz verməlisinz. Amma Siz məni dinləməmiş qərar qəbul edirsiniz?! Ənvər bəy mənim hərəkətimdən narazıdırsa niyə birbaşa mənə müraciət etməyib?! Amma o, burada yazandan düz 5 dəqiqə (!!!) sonra qərar qəbul etdiniz?!
İndi isə hörmətli Ənvər bəyin şikayətinə, gec də olsa öz münasibətimi bildirim. Şəki xanlığı məqaləsində mənbə yerində onun adını gördüm və təəccübləndim. Axı ona heç istinad edilməyib? Adını pozdum. 10-15 dəqiqədən sonra Ənvər bəy həmin məqalədə yeni bir bölmə yaratdı. Guya Şəki-Qarabağ münasibətləindən bəhs edir. Amma yarısı Şəki xanlığının ümumi tarixinə aiddir. Ənvər bəy Şəki xanlığı məqaləsini redakə etmək istəyirsə etsin, amma o bunu etmir, özünü reklıam edir, hansısa kitabından kopya edib bura yapışdırır. Məsələn, Ağa Məhəmməd şah Qovanlı-Qacar kimdir? Yəni Ənvər bəyin yazdıqları belə şeylərdir! Yəni o məqalə-zad redaktə eləməyib, sadəcə bizim işimizi artırır, o adının məqalədə- mənbələr yerində olması üçün hansısa kitabından bir səhifəni kopyə edib yapışdırır məqaləyə, sonra mən məcburam onun əlavə etdiyi hissədəki səhvləri və qərəzli ifadələri redaktə etməyə! Məsələn o, əgər doğrudan da mütəxəssisdirsə, niyə o əlavə etdiyi hissədə Qızılqaya xəyanətindən yazmayıb?
Mən evdə baxıram, uşaqlar nə barədəsə məlumat əldə etmək istəyirlərsə, vikipediaya müraciət edirlər, məsələn telefonla. Yəni demək istəyirəm ki gənc nəsil vikipedianı ciddi bir mənbə hesab edir!
Hörmətli Cekli829. Ənvər bəyin yazdıqları qərəzlidir. Özünüreklam xarakteri daşıyır. Onun yazı üslubu da vikipedia məqaləsinə heç cürə uyğun deyil. Elə bil nağıl yazır. Adicə bir misal, harada görmüsünüz ki ensiklopediyada şeir verilsin? Məsələn, bəlkə ASE-də buna təsadüf etmisiniz? Vikipedia da ensiklopediyadır! Ənvər bəyin əlavələrinin bir hissəsi də şeirdir, hansı ki mən ləğv elədim, siz isə əsassız olaraq onları bərpa etdiniz?! İndi xahiş edirəm onları özünüz ləğv edəsiniz. Onu da əlavə edim ki, mən Ənvər bəyin vikipediadakı fəaliyyəti ilə yaxından tanış deyiləm, amma bir-iki məqalənin müvzusu ilə bağlı vaxtiilə, onunla müzakirələr aparmışıq və mən o vaxtdan Ənvər bəyin həddindən artıq təhrifə, saxtakarlığa meylli bir vikipediaçı olması qənaətinə gəlmişəm. Sadəcə bir misal. 20 ildir Fətəli xan Xoyskinin nəsl-şəcərəsini öyrənirəm, amma hələ bilmirəm onun anasının adı nədir. Amma Ənvər bəy bilir, bəlkə soruşasınız haradan bilir?! Sonra Ənvər bəy dünbülü kürd tayfasını da türk elan edir, mənbə soruşanda, elə öz kitabına istinad edir və s. Mən hesab edirəm ki o, AzViki üçün çox qorxulu adamdır. Yuxarıda Teymurilər sülaləsinin adı ilə bağlı onun yazdığı izahat da didiklərimi bir daha təsdiq edir. Hesab edirəm ki Ənvər bəyin redaktə etdiyi bütün məqalələr yoxlanılmalı, lazım gələrsə, ona AzVikidə məqalə yaratmaq qadağan edilməlidir. Bildiyiniz kimi rus vikipediasında bəzi ermənilər və azərbaycanlılar üçün belə bir qərarlar qüvvədədir.
Hörmətli Cekli829. Sözgedən məqalədə xeyli mənbədən istifadə olunub. Həmçinin Şəki xanlığının tarixini də görkəmli tədqiqatçılar araşdırıblar, amma məqalənin mənbə yerində yalnız Ənvər bəyin adı göstərilir, halbuki Ənvər bəy nə elmlər namizədidir, nə də tədqiqatçı, kitab çap etdirməyə indi nə var ki, kim ağlına nə gəlsə yazıb çap etdirə bilər, kim deyir ki hər çap olunan yazı mötəbər hesab olunmalıdır?! Hə, hörmətli Cekli829 bu vəziyyət xoşunuza gəlir? Yəni məqalədə mənbə yerində vikipediaçının özünün adının durması deyirəm! Bu vəziyyət xoşunuza gəlmirsə, onda sual edirəm: bəs niyə belə vəziyyəti yaradırsınız?! --Aydın Məmmədov 3:35, 13 aprel 2012 (UTC)
  • Daşdan səs çıxır amma barəsində danışdıqlarımdan və sual verdiklərimdən səs çıxmır. Yaxşı, müzakirə istəyirdiniz, bu da müzakirə, mənim dediklərimə 1 kəlmə etiraz etmədiniz ki? Elə isə həmin hissəni bir daha niyə də pozmayım? --Aydın Məmmədov 20:30, 15 aprel 2012 (UTC)
Hörmətli Aydın Məmmədov. Qaldırdığınız problemə zamanında reaksiya verə bilməməyimin əsas səbəbi 13, 14, 15 aprel tarixlərində internetə giriş imkanımın məhdud olması ilə bağlıdır. Nəzərinizə çatdırım ki, bəhs olunan məqalənin mənbə bölməsində Ənvər Çingizoğlunun adının göstərilməsi vikiqaydalara tam uyğundur. Azərbaycanca Vikipediyada onun mənbə kimi göstərilməsinə heç bir məhdudiyyət yoxdur. O, folklor, etnoqrafiya, geneologiya sahələrində araşdırma aparan kifayət qədər sanballı bir tədqiqatçıdır. Deyirsiniz ki, kitab çap etdirməyə indi nə var ki, kim ağlına nə gəlsə yazıb çap etdirə bilər. Bəli, kitab çap etdirməyə nə var ki? Amma Ənvər Çingizoğlunun müəllifi olduğu kitablar elm adamları tərəfindən indiyə qədər hər hansısa ciddi bir mənfi rəy almamışdır. Mənbə göstərilən şəxsin elmlər namizədi olmağı isə heç də vacib şərt deyil. Xüsusilə Azərbaycanda kimlərin və necə elmi adlar aldıqlarını gördüyümüz bir dövrdə peşəkar tədqiqatçılara etibar etmək daha məqsədəuyğundur. Mənim yalnız bir təklifim var. Enver62-nin əlavə etdiyi bölmə əsasında, Şəki xanlığının siyasi əlaqələri və yaxud da Şəki xanlığının xarici əlaqələri adlı məqalə yaradılması faydalı olardı. Xahiş edirəm ki, iddialarınızı Müzakirə:Şəki xanlığı səhifəsində müzakirə edin. --►Safir yüzüklü Ceklimesaj 04:12, 16 aprel 2012 (UTC)
Hörmətli Cekli829. Lütfən, Ənvər bəyə olan şəxsi münasibətinizdən danışmayın, bu mənə tam aydındır. Mən onun qərəzli redaktələrindən söz açıram. Saxtakarlıqlarından, qərəzli redaktələrindən, AzViki üçün arzuolunmaz bir şəxs olmasından danışıram. Qeyd etdiyim faktlar kifayət deyilsə, yenə də əlavə edə bilərəm, elə bu gün Cəfərqulu xan Dünbülü məqaləsindən mənim saytıma keçidi pozub... O nə kitab yazır bilmirəm, onun buradakı məqalələri yalnız nağıla bənzəyir, hər şeyi təhrif edir, yeni-yeni terminlər yaradır, onun məqalələri kimə lazımdır?! Nə vaxta qədər onu dəstəkləyəcəksiniz? Xahiş edirəm, təcili ölçü götürəsiniz.

O ki qaldı indi bərpa etdiyiniz bölməyə, onu yenə siləcəyəm, axı mən qeyd etdim ki həmin hissə qərəzlidir. İstifadəki özünü reklam edir. Məgər bu vikipedia qaydalarının pozulması deyil?! Ehtiyac varsa Ənvər bəyin bütün fəaliyyətini araşdırıb və idarəçilər qarşısında məruzə ilə çıxış edə bilərəm? --Aydın Məmmədov 04:25, 16 aprel 2012 (UTC)

Xahiş edirəm ki, Enver62-nin əlavə etdiyi bölməni bir daha silməyin. Ora {{POV}} şablonunu əlavə etmişəm. Müzakirələr yekunlaşmadan redaktə müharibəsi aparmaq Vikipediya üçün yaxşı heç nə vəd etmir. --►Safir yüzüklü Ceklimesaj 05:03, 16 aprel 2012 (UTC)
Ok. Elə də, yəni Siz dediyiniz kimi də edəcəyəm. Amma şablonun yerini dəyişməyə məcbur oldum. Sonda onu da nəzərinizə çatdırmaq istəyirəm ki, kimsə hansısa kitabdan bir iki səhifəni kopya edib yapışdırır, onun hər cümləsini ləğv etmək üçün nə qədər vaxtım gedəcək. Bunun əvəzinə daha xeyirli işlərlə baş qoşsaydım daha yaxşı olmazdımı? Sizdən xahiş edirəm lütfən gələcəkdə belə halların təkrar olunmaması üçün nəsə bir tədbir görəsiniz. Bu barədə Rus Vikipediasını nümunə götürə bilərsiniz. Qərəzli istifadəçilərə məqalə redaktə etmək müəyyən müddətə qadağan olunur, həmin müddətdə idarəçilərin də qulağı dinc olur. Hesab edirəm ki, Siz də belə etməlisiniz. Həmçinin, təklif edirəm ki rus vikipediasındakı avtoritet mənbə məsələsinin AzVikiyə də tətbiq olunmasına başlanılsın. Bir xahişim də var, sözgedən məqalədən, lütfən, özünüz Ənvər bəyin adının mənbə yerindən götürün. Onun adının orada olması vikipedia qaydalarının kobud surətdə pozulması deməkdir! Belə ki vikipedia məqaləsi qərəzli, birtərəfli ola bilməz. İstifadəki öz adını mənbə yerinə qoyursa və istifadə edilmiş digər mənbələri göstərmirsə bu qərəzli hal, yaxud ədalətsizlik və üstəlik, özünüreklam deyilmi?! Hesab edirəm ki bu təklifimə etiraz etməyəcəksiniz. --Hörmətlə, Aydın Məmmədov 04:23, 16 aprel 2012 (UTC)
Hörmətli Cekli829! Sizin istədiyinizə uyğun olaraq, neçə saat vaxt sərf eləyib məqalənin müzakirə səhifəsində də iradlarımı bildirdim. - özü də daha ətraflı. Qarşı tərəfdən heç bir cavab gəlmədi, heç bir idarəçi və digər istifadəçi də mənim yazdıqlarıma etiraz etmədi. İndi nə etməliyəm? Mən pozmalıyam həmin bölməni, yoxsa Siz pozacaqsınız? Aydın Məmmədov 17:19, 17 aprel 2012 (UTC)

İrad "Ciji-bajı qeybətləri" yox, elmi əsaslarla olmalıdır. Ağlına gələni uydurub xalqı yormaqdansa, bəlli-başlı bir işlə məşğul olun. Lağ-loğaz etdiyiniz Qovanlı adı Ağaməhəmməd şahın mənsub olduğu oymağın adıdır. Qacar eli Qovanlı, Ziyadlı, Dəvəli və başqa oymaqlardan təşkil olunub. Sizin kimilər hələ də Ağaməhəmməd şaha "Qacar" deyirlər. Aydın Məmmədov yazır: "20 ildir Fətəli xan Xoyskinin nəsl-şəcərəsini öyrənirəm, amma hələ bilmirəm onun anasının adı nədir. Amma Ənvər bəy bilir, bəlkə soruşasınız haradan bilir?!" Sorşanlara cavab olaraq bildirirəm ki, mən Salis Məmmədovdan fərqli olaraq 20 ildən çoxdur ki, Tiflis, Sankt-Peterburq, Moskva, İstanbul və Tehran arxivlərində çalışıram. O, şəxs isə Biləcəridən o tərəfə keçməyib. Rus, fars dillərini və qismən isə başqa dilləri (ərəb, əfqan (dəri)) bilirəm. Xoyskilərin şəcərəsi ilə məşğul olana fars dilində Cəfərqulu xana aid bir sayt nişan verdim (orda onun atasının adı dəqiq göstərilmişdi) xırtdıya-xırtdıya qaldı. Şəcərə ilə məşğul olan tədqiqatçı mütləq Şərq dillərini bilməlidi. Mən geneoloq kimi beynəlxalq simpoziumlara dəvət olunuram. Salis Məmmədov isə naşı yanaşması ilə hələ də bizi məşğul edir. Sonra yazır: "Sonra Ənvər bəy dünbülü kürd tayfasını da türk elan edir" Cəfərqulu xan Dünbili məqaləsini açıb baxın. Bir daha onun nifrətinin hardan qaynaqlandığına bələd olacaqsınız. Orda yazmışam ki, "Dünbili tayfası Cənubi Azərbaycanda özlərini türk, Anadoluda zaza hesab edir". Mən Xoy şəhərində olarkən doktor Dünbili ilə görüşdüm. O, xan şəcərəsinə mənsubdir. Onların kürd kökənli olduğunu bildirəndə qəti etiraz etdi. Söylədi ki, Şərəf xan Bidlisidən başqa heç kim anları kürdlərə aid etmir. Onlar Bərməki nəslinə mənsubdurlar və bərməkilərin Orta Asiyadan Ərəbistana gəldikləri hər bir tarixçiyə bəllidir. Bu fikrə Məhəmmədəli xan Tərbiyyət, Nadir mirzə və başqaları da elmi əsaslarla şərik çıxır. Xoy və ətrafında yaşayan dünbililərin heç biri kürdcə bir kəlmə də bilmir. XIX və XVIII əsrlərdə də bilmirdilər. Şəki xanlığındakı iradlar isə Salis bəyin içindəki kinin qıcqırtısıdır. Hörmətlə:--Enver62 (talk) 18:05, 17 aprel 2012 (UTC)

Xeyli tərəddüddən sonra nəhayət ki istifadəçi Ənvər62 "rinq"ə çıxmağa cəsarət etdi, amma təəssüflər olsun ki suallara cavab vermək əvəzinə, yenə də əvvəlki kimi özünüreklamla məşğul olur, hər şeyi tərsinə izah etməyə çalışır, kobud səhvlərə yol verir, səhv mülahizələr irəli sürür, hamını çaşdırmaq istəyir və diqqəti əsas məsələlərdən yayındırmağa çalışır!
  • Əvvala, bildirirəm ki mən Aydın Məmmədovam, Salis Məmmədov deyiləm! Salis Məmmədov mənim atamdır və o, 3 il əvvəl rəhmətə gedib! Burdan-bura mənim adımla atamın adını qarışıq salır, görün onun "tədqiqatları" nə gündədir!
  • İkincisi, istifadəçi Ənvər62 doğrudan da "Tiflis, Sankt-Peterburq, Moskva, İstanbul və Tehran arxivlərində" çalışıbsa, niyə çap olunmuş Qarabağnamələrdən və mənim tədqiqatlarımdan qeyri bir mənbəyə istinad etmir?!
  • O ki qaldı Fətəli xan Xoyskinin anasının kim olmasına, Əgər ənvər bəy bunu bilirsə niyə mənbəni göstərmir? Mən İsgəndər xan Xoyskinin arvadlarından birinin adını öyrənə bildim və bunu da məqaləmdə qeyd elədim, amma bu o demək deyil ki həmin qadın mütləq Fətəli xanın anası olmalıdır, mən yalan yaza bilmərəm. Ənvər Çingizoğu isə həmin qadını tərəddüd etmədən Fətəli xanın anası kimi təqdim edir?! Sual verdim nəyə əsasən? - cavab vermədi! Daha doğrusu cavab verə bilmədi. İni isə gəlib yenə həmin məsələdən danışır...
  • Dünbülü tayfasının kürd olub olmamasına gəlincə isə, boş yerə mübahisə etməyə dəyməz, tarix elmi bu tayfanı kürd tayfası kimi tanıyır, o ki qaldı Cəfərqulu xanın bərməkilərdən olması məsələsinə, bunu ilk dəfə mən üzə çıxarmışam.
  • O ki qaldı Cəfərqulu xanın atasının adının Əhməd xan olub-olmasına, hasısa 1 dənə qeyri-mötəbər mənbəyə əsasən bunu dəqiqləşdirmək mümkün deyil. İranda kimsə ağlına nə gəlib yazıbsa, bu o demək deyil ki onu yazdığını ciddi hesab etməliyik!? Mən bu barədə Ənvər62 ilə müzakirə apararkən, məsləhət gördüm ki əgər bunu dəqiqləşdirmək istəyirsə gedib Qafqaz Aktlarına baxsın, amma o, hər şeyi hazır istəyir, indi isə gəlib burada hər şeyi tərsinə danışır!
  • O ki qaldı Ağa Məhəmməd şah Qovanlı Qacara, kim belə bir ad eşidib indiyə qədər. Azərbaycan tarixçiyi bu şahı Ağa Məhəmməd şah Qacar adı ilə tanıyır. Həqiqətən də Ağa Məhəmməd şahın qurduğu dövlət rəsmən "Qacariyyə" adlanıb, "Qovanlı-Qacar yox!"! Aydın Məmmədov 19:52, 17 aprel 2012 (UTC)

Bilirəm öyrənməkdən ötrü bağrın çatlayırdı. Yazıram istifadə et: General-mayor İskəndər xan əvvəlcə İsmayıl xan Dünbilinin qızı Səadət bəyimlə (RQVİA, fond 400, opis 17, delo 4307, vərəq 19-24.), ikinci dəfə Nuxa şəhər sakini Hacı Molla Zeynalın qızı Şəhribanu xanımla (RQVİA, fond 1300, opis 7, delo 10016, vərəq 20ob.) ailə qurmuşdu. Tədqiqatında mənim adımı çəkmədən qeyd etsən halal etmirəm.

Ağa Məhəmməd şahın qurduğu dövlətdən yox onun soyadından danışıram. Siz başa düşmürsünüz, ya özünüzü o yerə qoymusunuz.

Allah atanıza rəhmət eləsin! Siz bir yanlışlığa görə şəxsi bisavadlıqda təqsirləndirirsiniz? Gör nə qədər səhvlər yazırsınız, mən dinmirəm.

Siz özünüzdən başqa hamının yazısını qeyri-mötəbər adlandırırsınız. Cənubi Azərbaycan xanlıqlarından bəhs edən bütün tədqiqatçılar Cəfərqulu xanın atasını Əhməd xan kimi göstərirlər. O cümlədən H. Ə. Dəəlili (Azərbaycanın cənub xanlıqları, Bakı, "Elm", 1979) də. Siz kimi mötəbər hesab edirsiniz?

İnsanda həya yaxşı şeydir. Yazıya bax: "... mənim tədqiqatlarımdan qeyri bir mənbəyə istinad etmir?!" Siz haçandan tədqiqatçı olmusunuz ki, hələ bir sizdən istifadə edəm? Sizin hansı yazınızdan? Siz bəyəm Şəki xanlığı tarixi ilə məşğulsunuz? Bu da təzə çıxdı?..

Mən "rinq" adamı deyiləm. Başımı qatmayın. Xeyirli işlərlə məşğul olun! --Enver62 (talk) 20:32, 17 aprel 2012 (UTC)

Qeyd elədiyiniz 2 arvadın adı mənə çoxdan məlumdur, İsgəndər xan Xoyskinin isə 4 arvadı olub, söhbət Fətəli xan Xoyskinin anasından gedir, hansı mənbədə göstərilib ki, onun anası məhz Hacı Molla Zeynalın qızı Şəhribanu olub?! Mən sizdən heç nə öyrənmək istəmirəm, öz bildiklərim bəsimdir, mən təhrifin qarşısını almaq istəyirəm! Yeri gəlmişkən mənim bir sualıma da mümkünsə cavab verin, Cəfərqulu xan Dünbili məqaləsinin ensiklopedik hissəsini mən hazırlamışam. Yəni bütün tarixləri mən göstərmişəm. Siz isə orada yalnız bir hekayə yazmısınız, vəssəlam. Bəs nəyə görə öz adınızı məqalənin mənbəsi yerinə qoyursunuz, amma mənim saytıma xarici keçidi ləğv eləyirsiniz? Axı məqalədəki bütün ensiklopedik faktlar həmin saytdan götürülüb?! O ki qaldı Cəfərqulu xanın atasının kim olmasına, onu cəmi 1-2 günə tam dəqiqləşdirə bilərəm. Cəfərqulu xanı Rus imperiyasına qulluq edən adam olub, Cəfərqulu xanın kim olmasını, atasının kim olmasını bilmək istəyirsinizsə Qafqaz Aktlarına baxın, görün orada nələr yazılıb. O ki qaldı "Qovanlı-Qacar"a, hansı ki deyirsiniz ki "Ağa Məhəmməd şahın qurduğu dövlətdən yox onun soyadından danışıram", elə burada onun düzgün adını göstərirsiniz, amma onu vikipediaya saxta adla təqdim edirsiniz, dövlət məgər soyadı ilə adlanmırmı? Məsəl üçün Şah İsmayıl Səfəvi və Səfəvilər dövləti! Sonra, deyirsiniz "İnsanda həya yaxşı şeydir... Siz haçandan tədqiqatçı olmusunuz ki, hələ bir sizdən istifadə edəm? Sizin hansı yazınızdan? Siz bəyəm Şəki xanlığı tarixi ilə məşğulsunuz? Bu da təzə çıxdı?.." Cavab olaraq bildirirəm ki bəli, insanda həya yaxşı şeydir və sizin özünüzün mənim müzakirə səhifəmdə yazdığınızı xatırlatmağa məcburam: İnternetdə gedən bütün yazılarınızı oxumuşam. Çox maraqlı tədqiqatlarınız var. Mən də sizinlə tanışlığa çox şadam", ehtiyac varsa, mənim məqalələrimdəm nöqtəsindən vergülünə qədər kopyə edib vikipediya yapışdırdığınız hissələri də göstərə bilərəm, məqalələrin "historiya"sı sağ olsun. Aydın Məmmədov 21:46, 17 aprel 2012 (UTC)

Mənbə: (RQVİA, fond 1300, opis 7, delo 10016, vərəq 20ob.). Yazılır: "Cын генерал-лейтенанта Искендер хана Хойского от Шахрибану-ханым Гаджи-Молла-Зейнал-гызы. Начальное образавание получил в Елизаветпольской классической гимназии" və sairə. Yazırsınız: Qeyd elədiyiniz 2 arvadın adı mənə çoxdan məlumdur. Hardan bilirdiniz? Keçən dəfə mən sizə yazmışdım.

Sonra qeyd edirsiniz: Cəfərqulu xan Dünbili məqaləsinin ensiklopedik hissəsini mən hazırlamışam. Yəni bütün tarixləri mən göstərmişəm. Mən o məqaləni hazırlayanda, siz VİKİ-də fəaliyyət göstərmirdiniz. Vicdanla hərəkət edin.

Əvvəlcə mənim yazımı nağıl, indi isə hekayə adlandırırsınıs. İrəliləyişinizə görə sizi təbrik edirəm.

Məndə evdə AKAK-ın bütün buraxılışları var. Cildini deyin, tapım. Cəfərqulu xanın atasının adı Əhməd xandır. Hara istəyirsiniz baxın, kimdən istəyirsiniz soruşun.

Mən razıyam. Sizdən nə kopiyalamışam göstərin.

--Enver62 (talk) 21:22, 17 aprel 2012 (UTC)

Axırıncı abzasa baxın: Enver62 (Müzakirə | Fəaliyyətlər) tərəfindən yaradılmış 19:50, 26 mart 2011 tarixli dəyişiklik Siz yazdığınız bu idi, mən isə onu az-maz ensiklopedik vəziyyətə saldım. Boş yerə mənimlə mübahisə etməyin. Bu da mənim məqaləm Aydın Məmmədov. Guya bilmirdiniz? "Elm" qəzetində də dərc olunub, Almaniyada elmi məcmuədə də. Elə yuxarıda əsassız olarq qeyd elədiyiniz " Qeyd elədiyiniz 2 arvadın adı mənə çoxdan məlumdur. Hardan bilirdiniz? Keçən dəfə mən sizə yazmışdım" sualına da orada cavab tapa bilərsiniz. Yəni mən nəyi haradan götürürəmsə, mənbəni göstərirəm. O ki qaldı Fətəli xan Xoyskinin anasının kim olması barədə təqdim etdiyiniz sənədə, açığını deyim ki nə qədər ki sənədi görməmişəm, heç vaxt elə bir sənədin doğru olmasına inana bilmərəm. Aydın Məmmədov 22:25, 17 aprel 2012 (UTC)

Oğru elə bağırdı ki... Mən yatandan sonra məni qaçmaqda ittiham, özünüzü haqlı hesab edirsiniz. Əvvəlcə gələk Cəfərqulu xan Dünbili məqaləsindəki son abzasa. Yazırsınız ki, "Bir müddət sonra Cəfərqulu xanın 300 nəfərlə ova getməsindən istifadə edən Fətəli şah Xoya qoşun göndərib oğlunu, arvadını və qardaşını girov götürdü. Cəfərqulu xan İrəvana getdi. Lakin tezliklə, vəliəhd Abbas mirzə ordusunun oraya üz tutduğunu eşidib həmin şəhəri də tərk etməyə məcbur oldu. (Nisə Mustafayeva, Cənubi Azərbaycan xanlıqları, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1995, səh. 69.) 1804-cü ildə ruslar İrəvanı ələ keçirdikləri vaxt Cəfərqulu xan 200 nəfərlə onların qərargahına gəlib sədaqət andı içdi. (ЦГВИА, ф. ВУА, дело 4258, ч.2. л.12) Əvəzində general-leytenant rütbəsi və Çar Aleksandrın adından qiymətli hədiyyələrlə mükafatlandırıldı. (Nisə Mustafayeva, Cənubi Azərbaycan xanlıqları, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1995, səh. 70.) 1806-cı ilin axırlarında isə ruslar Şəkinin xanı olmaq üçün Cəfərqulu xanı “dilə tutdular” (– bu ölkənin yerli xan sülaləsinə mənsub şəxslərdən artıq heç birisinin səmimiyyətinə inanmadıqlarına görə!) və Çar Aleksandrın 10 dekabr 1806-cı il tarixli fərmanı ilə onu rəsmi şəkildə Şəki xanı təyin etdilər. (Nisə Mustafayeva, Cənubi Azərbaycan xanlıqları, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1995, səh. 70.) Yeri gəlmişkən, qeyd edək ki, Cəfərqulu xan hələ 1802-ci ildə, o vaxtkı Şəki hakimi Məhəmmədhəsən xanla müttəfiqlik nümayiş etdirmişdi. Onun yeni təyinatı ilə əlaqədar isə 10 minə yaxın tərəfdarı, yaxud rəiyyət və qohum-əqrəbası Şəki xanlığı ərazisində məskunlaşdı. Tarixşünaslıqda Cəfərqulu xanla bağlı bir qədər inandırıcı olmayan belə bir müddəa da var ki, guya o, Xoydan xeyli erməni köçürmüş və bunlar Şəki xanlığı ərazisində 4-5 yeni kənd salıblarmış. Əslində isə 1824-cü il Şəki əyalətinin siyahıyaalma aktlarında yalnız Cəfərabad kəndi üzrə 93, Nuxa şəhəri üzrə isə 65 xoy mənşəli erməni ailəsinin qeydə alındığını görürük. 1804-1813-cü illər birinci Rusiya-İran müharibəsi zamanı rus qoşunlarına qoşulan Cəfərqulu xan Dünbili imperator I Aleksandr tərəfindən bahalı brilyantla bəzədilmiş qızıl metal və qızıl lələklə təltif edilmiş, 1807-ci ildə general-leytenant rütbəsi ilə təltif edilərək, həm də Şəki xanı təyin edilmişdi. Cəfərqulu xan 8 ilə yaxın Şəki xanı olduqdan sonra 22 avqust 1814-cü ildə isitmə xəstəliyindən ölmüşdür. Cəfərqulu xanın vəfatından sonra Şəki xanlığını onun oğlu İsmayıl xan idarə etmişdi. Şəki xanlığı 1819-cu ildə ləğv edilmişdi.

Cəfərqulu xanın Quzey Azərbaycandakı törəmələri Xoyski soyadını daşıyırdılar."

Bax: Göstərdiyim ədəbiyyatda sözbəsöz göstərilməyibsə məhkəməyə müraciət edə bilərsiniz.

İkincisi: Həmin bölməni mən yazmış olduğumdan, əvvəlcə "Soy" dərgisində çap etdiriyimdən, o mənbəni verməyi gərəkli bildim. Nə fərqi?--Enver62 (talk) 08:10, 18 aprel 2012 (UTC)

İşlətdiyiniz "Oğru elə bağırdı ki..." replikasının əlbəttə kim mənə heç aidiyyatı yoxdur, belə ki mən heç vaxt yalan danışmıram, saxtakarlıq etmirəm, özümüreklamla məşğul olmuram v s., onu yalnız özünütənqid mənasında başa düşmək olar. Sonrası da ki, yuxarıdakı sitat nəyə lazım idi? Dediniz ki guya mənim məqalələlərimdən istifadə etməməsiniz, mən də konkret olaraq göstərdim ki, yalan danışırsınız, flan vaxt, flan şeyi məndən götürmüsünüz. İndi o boyda sitatı bura qoymaqla nəyi sübut etmək istəyirsiniz, başım çıxmır?! O ki qaldı "Soy" dərgisinə, bizim əlimiz ona çatmır, bilmirik elə bir dərgi var, ya yox. "Qarabağ xanlığı" kitabı isə internetdə mötəbər mənbədə yerləşdirilib, vikipedia qaydalarına görə heç kimin tanımadığı, vikipedia ictimaiyyətinin əlinin çatmadığı hansısa "Soy" dərgisinə yox, mötəbər mənbədə yerlədirilən "Qarabağ xanlığı" kitabına istinad edilməli idi. Başqa sözlə, əgər mötəbər mənbədə yerləşdirilmiş "Qarabağ xanlığı" kitabı varsa, siz nəyə görə yeri məlum olmayan dərgiyə istinad edirsiniz?! "Qarabağ xanlığı" kitabının sizdən başqa daha 2 həmmüəllifi var. Belə çıxır ki siz onların adını qeyd etməmək üçün həmin dərgiyə istinad etməkdən çəkinmisiniz!
Lütfən, özünüzü reklam etməyi dayandırın. Sizin AzVikidəki fəaliyyətiniz yalnız özünüreklamdan ibarətdir və redaktə etdiyiniz məqalələrin də əksəriyyəti söz yığnağından başqa bir şey deyil, əcaib ifadələr, özünüzdən başqa heç kimi qəbul etmədiyi terminlər işlətdiyinizə görə, mövcud terminləri təhrif etdiyinizə görə vikipedia istifadəçiləri üçün zərərlidir, heç kimə lazım deyil. Siz AzVikini hörmətdən salırsınız. Mənim sizinlə nə qərəzçiliyim, ədavətim ola bilər ki? Lütfən, uşaq-uşaq sözlər danışmayın, ay aman guya siz nəyi bilirsiniz, mən bilmirəm və s. Əksinə, mən çox arzu edərdim ki siz məndən çox bilərsiniz və mən də sizin də biliklərinizdən istifadə edəm, amma... lütfən "göpologiya" ilə də məşğul olmayın, ay aman guya sizdə evdə Qafqaz Aktlarının bütün cildləri var və s. Əgər sizdə Qafqaz Aktlarının bütün cildləri olsaydı nə dərdimiz vardı ki?!
Əgər siz də mənim kimi azərbaycanlısınızsa və azərbaycan dilini ana diliniz hesab edirsinizsə lütfən, mənim iradlarımı səmimi qəbul edin. Yenə də təkrar edirəm, mənim heç kimlə qərəzçiliyim yoxdur, mən burada yalnız bir azərbaycanlı vikipedia istifadəçisi kimi, azərbaycan dilinin, Azərbaycan tarixinin, Azərbaycan elminin və nəyayət AzVikinin təəssübkeşi kimi çıxış edirəm və sizin də mənim yanımda olmağınızı istəyirəm. Aydın Məmmədov 18:37, 18 aprel 2012 (UTC)

Mən əmin oldum ki, siz xəstəsiniz. Kəlməbaşı təhqirə yol verirsiniz. Bu qədər xudpəsəndlik bəsdir! "Mən özüm görmədən filan fonda inanmıram", "Filan dərgiyə heç kimin əli çatmır", "Gopologiya" daha nə bilim nələr... Niyə özünüzdən başqa şəxsə inanmaq istəmirsiniz. Mən bu saat internetdəyəm. Siz AKAK-ın hansı cilidini, hansı vərəqini deyirsiniz köçürüm qoyum bira. Namərddir deməyən də, köçürüb qoymayan da. Az bu qədər xudpəsənd olun. AZVİKİ-nin "Azərbaycan tarixinin, Azərbaycan elminin və nəyayət AzVikinin təəssübkeşi", icazə verin bir-iki yazı da biz hazırlayaq. Şəkilər demişkən yalandan "pişik başı bəzəməyin". Xeyirli işlərlə məşğul olun. --Enver62 (talk) 20:51, 18 aprel 2012 (UTC)

İndi də "xəstə" oldum?! Ənvər bəy, göz qabağındadır ki mənə qarşı işlətdiyiniz qeyr-etik ifadələr, sonradan elə sizin özünüzə ünvanlanır. Elə isə olmazmı ki belə ifədələri ümumiyyətlə işlətməyəsiniz, məsələn mənim kimi, görürsünüz, mən hələ bir dənə belə ifadəyə yol verməmişəm. Nə isə indi də keçək sizin son təklifinizə. Amma təklifinizə bir daha diqqət yetirməliyik, Siz deyirsiniz ki Qafqaz Aktlarının bütün cildləri bu dəqiqə sizin evdə var, eləmi? Və vəd eləyirsiniz ki hansını istəsəm onun şəklini çəkib 5 dəqiqəyə mənə göndərə bilərsiniz, doğru başa düşürəm?

Amma mən istədiyimi göndərə bilməsəniz, sizdən 1 şeyin kopyasını istəyəcəm, hansı ki o sizdə var və onu mənə göndərməklə siz heç nə itirməyəcəksiniz. Razılaşırsınız? Aydın Məmmədov 21:26, 18 aprel 2012 (UTC)

Tam razıyam. Qafqaz Aktlarının bütün cildlərindən, hansı səhifəni istəsəniz. Hər halda istifadə etmisiniz. 12 cildindən də. 20 dəqiqə ərzində şəklini elə bura qoyacağam. Başladıq!--Enver62 (talk) 21:35, 18 aprel 2012 (UTC)

Hər ehtimala qarşı, dəqiqlik üçün bir daha təkrar edirəm, Siz deyirsiniz ki Qafqaz aktlarının 12 cildi də sizin evdədir? Bir hə deyin, sonra mən sizdən 1 şəkil istəyəcəyəm, siz də 20 dəqiqəyə onu mənə göndərməlisiniz. Aydın Məmmədov 21:43, 18 aprel 2012 (UTC)

Bəli! Dedim axı. Hansı vərəqi istəyirsinizsə! Əvvəlcə cilidini, sonra səhifəsini, əgər bilirsinizsə sənədin nömrəsini yazın. Mən köçürüb verəcəyəm. Dərhal. --Enver62 (talk) 21:53, 18 aprel 2012 (UTC)

Görək də, onda həmin aktların, evinizdə harda durursa 1 metrdən şəklini çəkib mənə göndərin, əgər göndərə bilmirsinizsə bu o deməkdir ki, sizin evinizdə iddia etdiyiniz kimi Qafqaz Aktları yoxdur, onda şərtləşdiyimiz kimi mən istədiyim digər şeyi - Aktların DVJ faylını mənə göndərməlisiniz. E-maillərim: aydin.salis@gmail.com və admin@ipekchi.biz Aydın Məmmədov 22:04, 18 aprel 2012 (UTC)

Cığallıq etməyin. Siz sənəd istəyin, nəyinizə lazımdır ki, məndə hansı variantdadır. Məsələn: Məndə Kavkazskiy kalendar PDF formasındadır. İndi İNTERNET əsridir. Kitabxana başqa cür qurulub. Görürsünüz, bayaqdan iddia edirdiniz yoxdur. Var, amma DVJ formasında. Uduzdunuz.--Enver62 (talk) 22:11, 18 aprel 2012 (UTC)

Bəs mən nəyə görə neçə dəfə təkrar eləyirdim, nəhayat sizin ağzınızdan çıxdı ki Qafqaz Aktları sızın evdədir. İndi isə etiraf etdiniz ki, onların özləri sizin evinizdə yoxdur, yalnız... Yaxşı qoy mən uduzmuş olum, amma bir şərtlə ki DVJ-ni mənə göndərməlisiniz. Aydın Məmmədov 22:27, 18 aprel 2012
Gözlədim, gözlədim DVJ gəlib çıxmadı! Eybi yox, amma mən paxıl deyiləm, bəzilərinin gizlətdiyi bu djvu-ləri kim istəyirsə bu linkdən götürsün, AzVikinin bütün istifadəçilərinə hədiyyə edirəm, 12 cildin hamısını qoyuram bura, hesab edirəm ki, istifadəçilərin əlində belə bir mötəbər mənbənin olması, AzViki məqalələrin keyfiyyətinə əsaslı təsir göstərəcəkdir, buyurun: halal-halal xoşunuz olsun. Aydın Məmmədov 00:08, 19 aprel 2012
Əvvəlcə hər iki dəyərli istifadəçimizi səbirli olmağa çağırıram. Sonra isə qeyd edim ki, Aydın Məmmədov Şəki xanlığı məqaləsinin bir bölməsinin müzakirəsini aparmaq əvəzində qarşı tərəfin (yəni Enver62) fəaliyyətini müzakirə etməyə çalışır. İstifadəçimiz Aydın Məmmədovun təırəfli mövqedən çıxış etdiyi aydın görünür. Hətta idarəçimiz Cekli829un məsələyə münasibət bildirəndə son vaxtlar birtərəfli qərarlar verməyə başladığını iddia edərək onu günahlandırır. Burada Aydın Məmmədovla Enver62i arasında olan şəxsi münasibətlər müzakirə edilməməlidir. Müzakirələr təhqir, təhdid və aqressiyaya yol verilmədən aparılmalıdır. Ancaq belə hallar artıq hiss olunmaqdadır. Sonda onu qeyd edim ki, müzakirələrə sərf olunan bu vaxt ərzində həmin bölmə bir neçə dəfə redaktə oluna bilərdi. -- ■ Sultan mesaj 19:27, 17 aprel 2012 (UTC)
Hörmətli Siltan11. Sizə bir sualım var: Sabah mən Azərbaycan məqaləsində məqalənin ümumi mətninin həcmi boyda "Azərbaycan Türkmənistan əlaqələri" adlı yeni bir bölmə yaratsam bu vəziyyət idarəçilərin xoşuna gələcəkmi?! Aydın Məmmədov 21:28, 17 aprel 2012 (UTC)
Məsələnin çox sadə həlli var. Şəki xanlığı məqaləsində bir-iki abzasdan ibarət "Şəki xanlığının qonşu xanlıqlarla siyasi əlaqələri" bölməsi saxlanılır, yeni "Şəki xanlığının qonşu xanlıqlarla siyasi əlaqələri" məqaləsi yaradılır və Şəki xanlığı məqaləsindəki geniş yazı oraya köçürülür. Məncə burda mübahisələrə bu qədər vaxt sərf etməkdənsa həmin məqalələri vikiləşdirmək daha səmərəli olardı. --Melikov Memmedemail 04:20, 18 aprel 2012 (UTC)
Hörmətli Məmməd müəllim. Dediyiniz variant həqiqətən də indiki vəziyyətdə məsələnin ən doğru həllidir. Lütfən, kopyaçılığın - yəni vikipedia istifadəçilər tərəfindən haradasa dərc olunmuş məqalələrinin olduğu kimi vikipediaya yerləşdirilməsinə qarşısının alınması barədə də bir şey fikirləşərdiniz. Hörmətlə, Aydın Məmmədov 04:45, 18 aprel 2012 (UTC)
Dəfələrlə yazmışam, böyük həcmli "copy-paste" AzVikinin tarixi məqalələr hissəsini tamamilə "məhv edir", bu Vikipediya prinsiplərinə tam ziddir. Ən əsası bu məqalələri redaktə etmək mənasız bir iş olur, mənbələrlə çox çətinliklə yaradılan kiçik hissələr "copy-paste" içərisində "yox olub gedir". Əslində Vikipediya prinsiplərinə görə bu cür "copy-paste"ləri və mənbəsiz iddiaları silib atmaq olar, ancaq AzVikidə məqalələrin çoxu məhz "copy-paste" olduğu üçün istifadəçilər də artıq bunların adi hal olduğunu qəbul edərək silmələrə də pis baxırlar. Əgər bu sahədə AzVikidə olan əsas problem burada Vikipediya prinsiplərinə əməl olunmamasıdırsa, bunun qarşısını almağım tək yolu da istiadəçilərin çoxunun bu prinsipləri başa düşüb əməl etməsi ola bilər. Mən edə biləcəyim tək şey son 3 ildə olduğu kimi bundan sonrada da yorulmadan "etibarlı mənbə göstərin", "qaydalara əməl edin" yazmaq ola bilər. --Melikov Memmedemail 06:13, 18 aprel 2012 (UTC)

Az.Vikipediyada Azərbaycan leksikasında olmayan sözlərdən istifadə

Salam. Az.Vikipediyada Azərbaycan leksikasında olmayan sözlərdən və söz birləşmələrdən çox istifadə olunur. Məsələn Az.Vikipediyanın əsas səhifəsinin adının Ana Səhifə olması(Azərbaycan leksikasına görə Baş Səhifə olmalıdır), onlarla məqalənin türkiyə türkçesində olması və sair. Halbuki bundan bir əvvəl Çehel Sütun məqaləsinin türkyə türkçəsindən tərcümə etməyim İstifadəçi VagoMüzakirə tərəfindən başıma qaxılmış və bununlada istifadəçi seferə (indi istifadə etdiyi kukla adı ilə Ebrahimi-amir) təskinlik vermişdir. Hər halda istifadəçi VagoMüzakirəun məqalənin adı ilə bağlı izahatımı qavramaması (analiz edib doğru nəticə çıxarmaması) mənim problemim deyil. Ümumilikdə Az.Vikipediyada Tükiyə türkçesi leksikasından istifadə edilməməlidir.--Qara xan 02:15, 15 aprel 2012 (UTC)

Hörmətli Qara xan. AzVikinin baş səhifəsinin "Ana səhifə" adlanmasında heç bir qəbahət yoxdur, "Baş səhifə" də yazıla bilər, "Ana səhifə" də. Hər iki ifadə azərbaycan dilindədir. Amma yazılışına gəldikdə, həqiqətən Türkiyə türkcəsinin təsiri his olunur, yəni bizim dildə məncə 2-ci söz böyük həriglə başlamılı deyildi; yəni "Ana Səhifə" yox, "Ana səhifə" yazılmalı idi. O ki qaldı hansısa məqalələrin Türkiyə türkcəsi ilə olmasına, mümkündür, daha doğrusu belə hallar var, amma əlbəttə ki bu yolverilməz haldır. O ki qaldı Türkiyə leksikasından istifadə edilməməsinə, haqlısınız, amma əvvəlcə özünüz buna yol verməməlisiniz, belə ki qeyd etdiyiniz "Tükiyə türkçesi" ifadəsində, ikinci söz türkcədir. Bir də ki vaxtı qeyd eləyəndə, 5 saat çıxın. İndi gülməli görünür, guya siz aprelin 15-də yazmısınız, mən isə aprelin 14-də sizə cavab vermişəm. --Aydın Məmmədov 21:45, 14 aprel 2012 (UTC)
Hörmətli Aydın Məmmədov, Vaxtı qeyd etmək məsəlsində yanılırsınız çünki mən əvvəlki şərhimi yazanda həqiqətən vaxt 15 aprel idi. Həmçinin siz özünüz bundan əvvəlki şərhinizdə 15 aprel yazıbsız. O ki qaldı türkçe sözünə, mən tükçe yazmaqla Türkiyəlilərin dilini nəzərdə tutmuşam, tükcə sözünü isə mən yalnız Azərbaycan dilini nəzərdə tuturam.--Qara xan 12:39, 15 aprel 2012 (UTC)

...və bununlada istifadəçi seferə (indi istifadə etdiyi kukla adı ilə Ebrahimi-amir) təskinlik vermişdir

Mən bundan baş açmadım. Mən baş açmadlm bu məsələdə mənim rolum nədir? Və ya mənim kukla olmağım hardan bilindi? və.... --Əmir İbrahimi *danışıq* 07:03, 15 aprel 2012 (UTC)

Ana Səhifə formasında adlandırma tam düzgündür. Hörmətli Qara xan, sefer hal hazırda əsgərlikdədir və vikipediyada bir müddətdir ki, fəaliyyətini dayandırıb. Ebrahimi-amir isə Güney Azərbaycandan aramıza qatılır və güneylidir. Bu iki şəxsin bir-birinin kuklası olmadığını bir az araşdırma aparmaqlada isbat etmək olardı. Zəhmət olmasa belə böyük qalmaqla və hətta sizin bloklanmanıza səbəb ola biləcək fikrilər səsləndirməzdən əvvəl, bir az araşdırma aparın. Hörmətlə:--Baskervill 07:12, 15 aprel 2012 (UTC)
Hörmətli Baskervill, istifadəçi Ebrahimi-amirin Güney Azərbaycandan qatıldığını deyirsiz. Bu necə ola bilər? Axı İranda İnternet nəzarət altındadır və mən bilən indidə yalnız İranlı istifadəçilərin istifadə edə biləcəyi İntranet yaratmaq istəyirlər. Sonda məni bloklamaq ilə hədələməyinizə, birinci mən Vikipediya qaydalarına hər zaman riayət etmişəm və ikinci siz idarəçi deyilsiz mənə belə sözlər deməyinizə hüququnuz çatmır. Hörmətlə:--Qara xan 13:02, 15 aprel 2012 (UTC)

Mən vətənpərvər Azərbaycanlılara səslənirəm gözəl dilimizi bu Türkiyəlilərin dili ilə korlamıyaq. Ana səhifə adını Baş səhifə ilə əvəz edilməsini tələb edək.--Qara xan 13:10, 15 aprel 2012 (UTC)

Hörmətli Qara xan mən kimisə hədələmirəm. Əgər Emir Bəy, sizdən şikayət etsə o, zaman öz iddianızı mütləq sübut etməli olacaqsız. Hörmətlə--Baskervill 08:30, 15 aprel 2012 (UTC)
Hörmətli Baskervill, yuxarıdakı yazılarınız buradakı mövzuya aidiyyatı yoxdur. Əgər mənə iradınız varsa ya mənim müzakirə səhifəmə yada Vikipediya:Şikayət səhifəsinə yazın. Kənd Meydanı bu söhbətlərin yeri deyil. Mümkündürsə Ana səhifə adını Baş səhifə adı ilə əvəz edilməsinə dəstək verin. Hörmətlə:--Qara xan 13:10, 15 aprel 2012 (UTC)
Baş səhifə varitantını düzgün hesab etmirəm. Azviki fəaliyyətə başlayandan bəri Ana Səhifə başlığından isitifadə olunub. Bir digər müzakirədə Açıq Ensiklopediya yazısının Azad ensiklopediya yazısı ilə dəyişdirilməsi təklifini görmüşdüm. Düşünrəm ki, mövcud adlarda heç bir problem yoxdur. Hörmətlə:--Baskervill 15:22, 15 aprel 2012 (UTC)
  • Hörmətli Qaraxan. Vikipediada nəyinsə dəyişdirilməsini tələb edən istifadəçinin ən azından vikipedia haqqında bir az məlumatı olmalıdır. Mən Sizə kömək etmək istəyirəm, deyirəm ki vaxtı yazanda 5 saat əvvəli yazın, yəni indi Bakı vaxtı ilə saat 20.00-dırsa yazın 15.00. Qışda isə 4 saat əvvəli yazın. Niyə? Çünki Vikipedia istifadəçiləri müxtəlif saat qurşaqlarında yaşayırlar. Hərə öz vaxtını yazsa bilmək olmaz kim əvvəl yazıb, kim isə sonra. Ona görə hamı vikipediada vaxtı ümumdünya saatı ilə qeyd etməyə borcludur. Elə Siz də. Siz yazırsının ümumdünya vaxtını - yəni (UTC), amma vaxtı Bakı vaxtı ilə göstərirsiniz?! Mən Sizə başa salmaq istəyirəm, qulaq asmaq istəmirsiniz! Öyrənmək istəmirsiniz, amma heç nə bilmədiyiniz halda başqalarını öyrətmək istəyirsiniz!!!
  • Sonra, bir dəfə dedim ki, "Ana səhifə" və "Baş səhifə" azərbaycan dilindədir. Hər iki ifadə işlədilə bilər. Ola bilər ki kimsə yazsın "Giriş səhifəsi", "Əsas səhifə", bu da olar, amma əvvəlki 2 ifadə indi daha populyardır və daha yaxşı anlaşılır. Bu barədə boş yerə mübahisə etməyin.
  • Sonra, yazırsınız ki, "gözəl dilimizi bu Türkiyəlilərin dili ilə korlamıyaq", amma nəzərinizə çatdırıram ki, əvvəlcə özünüz buna riayət etməlisiniz, məsələn, bizim dildə "Türkiyəlilərin" yox, "türkiyəlilərin" yazılmalı idi və həm də bizim dildə belə ifadə də yoxdur; Yəni əslində deməli idiniz "Türkiyə türkcəsi"!
  • İbrahim Əmir və Səfər Azəri barədə yazdıqlarınz da gülməlidir. Səfər ən məhsuldar istifadəçilərdən biridir, zəhmətkeşdir, zəhmətkeşin kukla ilə oynamağa vaxtı olmaz. Əmir İbrahim isə İranda yaşayır, bizim əlifba ilə çox çətinliklə yazır. Səfər hara, Əmir İbrahim hara?! Bir də ki nəyə görə hesab edirsiniz ki İrandan AzVikini redaktə etmək olmaz?! Əmir İbrahim burada bomba partladır, ya nəsə bir pis iş görür ki, İranda onu qoymasınlar? Xahiş edirəm bir daha belə mənasız şeyləri yazıb digər istifadəkilərin vaxtını almayasınız. Amma konkret nəyisə öyrənmək istəyirsinizsə, deyin. Ya nəyisə dəqiqləşdirmək istəyirsinizsə, hardasa kömək lazımdırsa qulluğunuzda hazırıq, lütfən bir daha belə gülməli şeylər yazmayın və sonra da bizi yazdığınız gülməli şeylərə inandırmağa əbəs yerə cəhd etməyin! --Aydın Məmmədov 15:32, 15 aprel 2012 (UTC)
--Baskervill 16:06, 15 aprel 2012 (UTC)

Mən Qara Xan ilə tamamilə razıyam. Türk dilində "ana" sözü baş deməkdir. Yəni əsas. Bizim dildə isə Baş əvəzinə ana işlədilmir. Türklər xəbərlərə "Ana haber" deyir. Amma biz buna ya "Əsas xəbərlər" ya da ki, "Baş xəbərlər" deyirik. Ona görə də "Ana Səhifə" sözünün dəyişdirilməsi əslində uzun müddətdir ki, sanki türk vikipediyasından aslı vəziyyətdə inkişaf edən Azərbaycan vikipediyası uğrunda böyük addım atarıq. Mən burada məqalədə sırf türk sözündə olan sözlər görəndə çox təəssüflənirəm. Bəyəm bizim ana dilimiz türk dilindən geriqalır? Bəyəm həmin sözlərin qarşılığı yoxdur bizim dildə? Əlbəttə var. Sadəcə həmin adamlar boyunlarına almalıdılar ki, tərcümə zamanı lüğətlərə nəzər yetirmirlər.--RM-WaRRioR (talk) 15:57, 15 aprel 2012 (UTC)

Ay qardaş, məcburam loru dildə deməyə Şəkidə bizim küçənin əsas su xəttinə biz "Ana durba" deyirik. Nədir, biz azərbaycanlı deyilik?! Gəlin belə razılaşaq, əgər bu mövzuda müzakirəni yenə də davam etdirmək istəyirsinizsə, lütfən bunu Ana səhifənin müzakirə səhifəsində edin, belə ki birbaşa Ana səhifəyə aiddir. Hə, bir də əlavə edim ki, Siz dediyiniz, "Baş" daha çox Orta Asiya respublikalarında populyardır. Özbəkistanda. Türkmənistanda, o birilərdə ya "Başkı" yazırlar. Baxın özbək dilində: Bosh sahifa (belə yazılsa da azərbaycan dilində siz dediyiniz kimi, yəni "baş səhifə" oxunur!), necə fikirləşirsiniz, "Baş səhifə" yazsaq, sonra deməyəcəksiniz ki bu özbək dilinin təsiridir?!--Aydın Məmmədov 16:22, 15 aprel 2012 (UTC)

Salam. Bu problemi biz nə qədər burada müzakirə etsəkdə həll etmək bizim əlimizdə deyil. Həll etmək idarəçilərin əlindədir. İdarəçilər bu problemi həll etmək istəmədiyi təqdirdə həll olmayacaq. Onlar üçün önəmli deyil Ana səhifə Türkiyə türkcəsindədir yada Azərbaycan dilində bu Baş səhifə adlanmalıdır. Ona görədə Az.Vikipediyada olan bu və digər xətaları aradan qaldırmaq və islahatlar keçirmək üçün hazırkı idarəçilərin əksəriyyəti çıxarılmalıdır. Çox qəribədir Az.Vikipediya idarəçilərinin əksəriyyəti yaşlı insanlardır və onlar idarəçi vəzifəsini uzun zamandır əllərində saxlayırlar. Ona görədə idarəçi seçkilərində gərək gənc və intellektual şəxslər idarəçi seçilsin. Çünki gənclər daha enerjili və ambisiyalı olur.--Qara xan 21:25, 15 aprel 2012 (UTC)

Mən 2 dəfə saat və vaxt barədə Sizə izahat verdim, yenə də öz biliyinizi edirsiniz, görünür ki ya Sız azərbaycan dilini zəif bilirsiniz, ya da mən azərbaycan dilində nəyisə izah etmək qabiliyyətinə malik deyiləm?! --Aydın Məmmədov 21:36, 15 aprel 2012 (UTC)

Başqa məsələlərə girmədən qısaca izahat verim. Azərbaycan saytlarında misallar belədir: 2 ədəd Ana səhifə(lent.az, müsavat), 2 ədəd əsas səhifə (trend.az, milli.az). Göründüyü kimi Ana Səhifə Vikipediyanın uydurması deyil. --N KOzi FORVM 04:31, 16 aprel 2012 (UTC)

Amma mən belə hesab edirəm ki "Ana Səhifə" yox, "Ana səhifə" kimi, yəni 2-cü söz kiçik hərflə yazılmalıdır. --Aydın Məmmədov 04:37, 16 aprel 2012 (UTC)
Sözsüz ədəbi Azərbaycan dilini əsas götürsək “Baş səhifə” olmalı idi. Bir şeyin başlanğıcını göstərmək üçün məhz “baş” sözü istifadə olunur. “Ana” isə bir şeyin əsasını, mərkəzini, kökünü göstərir. Məsələn, bir var ana arx, bir də var ondan ayrılan qollar. Mübahisə etməmək üçün, “Azərbaycan dilinin izahlı lüğəti”nə də baxa bilərsiniz (cild I). Ancaq konkret bu halda demək olar ki, “Ana səhifə” başlanğıc səhifə deyil, əsas səhifə mənasındadır. Ancaq bu halda da “Ana Səhifə” yazılışı yolverilməzdir, İstifadəçi:Aydinsalis tam haqlıdır, “Ana səhifə” olmalıdır. Məni daha çox digər qəribə terminlər maraqlandırır, məsələn, İstifadəçi müzakirəsi səhifəsinin “Danışıqlarım” şəklində olmasıdır, “danışmaq” dillə söyləmək, nəql etmək deməkdir, yazı ilə deyil səslə olan bir haldır, Vikipediyada kim ilə necə danışmaq olar, “VikiSkype” istifadə etmirik ki! Yəni digər elə hallar var ki, “Ana Səhifə” onun yanında heç nədir.--Melikov Memmedemail 11:21, 16 aprel 2012 (UTC)

Salam. Mən Azərbaycan dilinin izahlı lüğətinin I cildinə baxdım. Orada uzun yazıldığı üçün mən sadəcə izahatını verəcəm. Orada Ana Səhifə sözünün oxşar forması nümunədə göstərilib( Məsələn Ana çay, Ana zoğ) amma orada bunun məcazi mənada olduğu qeyd olunub. Hər halda Az.Vikipediyanın əsas səhifəsinin adını məcazi mənada yazmaq gülünc doğurur. Həmçinin Türkiyə əleyhdarı olan istifadəçi Melikov Memmedin Az.Vikipediyaya Türkiyə türkcəsinin sırınmasını müdafiyə etməsi sual yaradır. İstifadəçi Vugar_1981in göstərdiyi nümunələr etibarlı deyil çünki digər saytlar Baş səhifənin adını istədikləri kimi yaza bilərlar. Amma bura Az.Vikipediyadır. Az.Vikipediyada belə halların olması təəssüf hissi yaradır.--Qara xan 17:09, 16 aprel 2012 (UTC)

Məncə burda "təəssüf hissi" üçün heç bir şey yoxdur. Azərbaycan dili Türk (turkic) dillərinin bir qoludur və Türk dillərindədə çox saylı ortaq qavramlar var. Səhifələrə ad seçməkdə diqqətli olmağı müsbət qimətləndirirəm ancaq belə düşünürəm ki təəssüf üçün yer yoxdur.))) Hörmətli Melikov Memmed-in yazdığı məsələ barəsində deməliyəm ki Azvikidə "İstifadəçi müzakirəsi" terminindən istifadə olunur və bir istifadəçi öz imzasında işlətdiyi termin şəxsi bir məsələdir və KMında müzakirəyə çıxatmaq yersizdir.--Əmir İbrahimi *danışıq* 04:31, 17 aprel 2012 (UTC)
Hörmətli Qara xan, birincisi nə üçün "Türkiyə əleyhdarı olan istifadəçi Melikov Memmed" kimi nəticə çıxarmısınız mənə aydın deyil, üstəlik Vikipediyada da yolverilməzdir. İkincisi, məgər "Sözsüz ədəbi Azərbaycan dilini əsas götürsək “Baş səhifə” olmalı idi" nə deməkdir, aydın deyilmi? Diqqətlə oxusaydınız görərdiniz ki, mən yazanın məxzi budur ki, "Ana Səhifə" düz deyil, ancaq "dözmək olar", ancaq digər elə terminlər var ki, heç bir əndazəyə sığmır və tezliklə dəyişdirilməsi vacibdir. Hörmətli Əmir İbrahimi *danışıq*in isə məsələni araşdırmadan tələm-tələsik fikir bildiməsi artıq ənənəyə çevirilib, şəxsən məndə yuxarıda İstifadəçi adının yanında yazılıb, "Danışıqlarım" "Nizamlamalar" "İzlədiyim səhifələr", mən özüm isə bir şey dəyişdirməmişəm ki, fikirləşim ki, bu ancaq məndə belədir. Azərbaycanca "Danışıqlarım" isə bu mənada tam səhv yazılışdır--Melikov Memmedemail 05:01, 17 aprel 2012 (UTC)
Məndə yaranan "tələm-tələsik fikir bildimə" ənənəsi ondan qabağa gəlir ki əyləşdiyim yerdə oxarta mənə toxunublar ki indi biri ayrı bir məsələdən danışsada mən özümə alıram. Diyəsən yavaş-yavaş vikidən geri əyləşməliyəm. --Əmir İbrahimi *danışıq* 05:14, 17 aprel 2012 (UTC)
Fikrinizi tam anlaya bilmədim, ancaq məncə bu halda səhv etdiyinizi etiraf edirsiniz?! Mənim üçün də maraqlıdır, "Danışıqlarım" hamıda belə görsənir, ya tək məndə? --Melikov Memmedemail 05:37, 17 aprel 2012 (UTC)
Hamıda "Danışıqlarım" görsənir. O yadıma deyildi mən düzdəndə elə sizin "Müzakirə" səhifələri barədə düşündüyünüzü düşündüm. --Əmir İbrahimi *danışıq* 05:43, 17 aprel 2012 (UTC)
Aydındır, sağ olun.--Melikov Memmedemail 06:25, 17 aprel 2012 (UTC)
Hörmətli Əmir İbrahimi *danışıq* Azərbaycan dili türk dillərinin qolu deyil. Azərbaycan dilinin özü Türk dilidir. Siz yəqin Türk dili deyəndə Türkiyəlilərin türkçesini nəzərdə tutursuz. Amma Türkiyə türkçesinin sözlərinin 60%-dən çoxunu özləri yaradıblar yada avropa dillərindən götürüblər. Osmanlı dilini yadınıza salın. Osmanlı dövlətinin özü bu dili Lisan-i-Osmani adlandırırdı. Türkiyəlilər isə bu dili Osmanlı türkçesi adlandırır. Əslində Osmanlı dili ərəb, fars, türk dillərinin qarışmasından yaranmışdır. Sonda gəlin xalis türk dili Azərbaycan türkcəsini onların dili ilə korlamayaq və onlardan nümunə göstərməyək. Hörmətlə:--Qara xan 07:25, 17 aprel 2012 (UTC)
Hörmətli Qara xan, harada və nə vaxt Sizin başınıza nəyi qaxdığımı xahiş edirəm göstərəsiniz. Haqqımda yuxarıda yazdıqlarınıza baxıram, mövzuya aid bu təşəkkürünüzə baxıram, təəccüblənməyə bilmirəm. :)→Vago ms 08:44, 18 aprel 2012 (UTC)
İstifadəçi →Vago ms sizə etdiyim təşəkkür sizin mənim başıma qaxmamışdan qabaq baş vermişdi. Etdiyim təşəkkürdən sonra siz öz səviyyənizi (təşəkkürə cavab verilmə üsulu) göstərdiniz.--Qara xan 15:55, 18 aprel 2012 (UTC)
Hansı cavabı verməyimi göstərmədiniz axı, Siz insanları öz təfəkkürünüzə görə ittiham edirsiniz, yoxsa, ortaya faktı qoyub, sübut edib, sonra?! Sizdən xahiş etmişdim axı, dediyinizi sübut edəcək yazımı göstəriniz. Mənim hansısa tərcüməyə görə Vikipediyada kiminsə başına nəyisə qaxdığım mümkün deyil axı...→Vago ms 05:30, 19 aprel 2012 (UTC)
Burada [[2]]. İkinci şərhiniz.--Qara xan 05:59, 19 aprel 2012 (UTC)
Sefer Azeri məqalənin adını müzakirəsiz dəyişdiyinə görə həmin şərh izah üçün yazılıb və mövzu ilə birbaşa əlaqəsi olduğu üçün orada sizin yaratdığını məqaləni nümunə kimi qeyd etmişəm. Buna görə Siz haradan bu nəticəyə gəldiniz ki mən həmin tərcüməni Sizin başınıza qaxıram?! Vikipediyada o qədər belə tərcümələr var ki, hətta xatırımdadırsa, seçilmiş məqalə də olmalıdır. Mən özüm də ruvikidən bəzən istinadı olan materialları tərcümə edib AzVikiyə yerləşdirirəm. Bunları deməkdə məqsədim odur ki, tərcüməyə görə kiminsə başına nəsə qaxmalıyamsa, birinci özümdən başlamalıyam. O üzdən yuxarıda əminliklə qeyd etmişəm ki, "hansısa tərcüməyə görə Vikipediyada kiminsə başına nəyisə qaxdığım mümkün deyil" →Vago ms 06:13, 19 aprel 2012 (UTC)

Commons translation request

Greetings! Apologies for interrupting with English, but I couldn't find an English language embassy for your Wikipedia project. Commons is updating their featured file templates, and I've been asked to look for translators for various languages. If anyone here would care to complete this task, you can find the template to edit here: http://commons.wikimedia.org/wiki/Template:Assessments/translate/az. There's not much to translate, expect maybe 15 minutes of work on it. If you undertake this task, it would be appreciated if you could tag it as completed when you are done, here: http://commons.wikimedia.org/wiki/Template_talk:Assessments#Translation_task. Best regards, --Kenneaal (talk) 11:57, 18 aprel 2012 (UTC)

Vikimaniya 2012

Hörmətli az-viki istifadəçiləri, bildiyiniz kimi builki Vikimaniya konfransı 12-15 iyul tarixlərində Vaşinqton şəhərində keçiriləcək. Bildiyim qədərilə bizim bəzi istifadəçilər, o cümlədən də mən konfransda iştirak üçün müraciət etmişdik. İştirakçı seçimlərinin nəticələri bu gün açıqlanıb və mənə müsbət cavab verilib. Konfransda iştirakım Azərbaycandilli Vikipediyanı təmsil etmə xarakterli olduğu üçün və bu konfransa az-vikidəki və Vikimediya Fondunun digər layihələrindəki fəaliyyətim və gələcəkdə verə biləcəyim töhfələr nəzərə alınaraq dəvət aldığım üçün bu xəbəri vikicəmiyyətlə bölüşmək və sizin də fikir və təkliflərinizi eşitmək istəyirəm. Wertuose (talk) 15:50, 21 aprel 2012 (UTC)

Təbrik edirəm və müvəffəqiyyətlər arzulayıram. Şübhə etmirəm ki, iştirak edəcəyiniz təqdirdə AzVikini ləyaqətlə təmsil edəcəksiniz.→Vago ms 04:59, 23 aprel 2012 (UTC)
Sizə bu səfərinizdə uğurlar arzulayıram. --N KOzi FORVM 05:35, 23 aprel 2012 (UTC)
Belə tədbirlərdə Azvikini hər dəfə yeni bir şəxsin təmsil etməsi önəmlidir. Düşünürəm ki, Wertuose bizi orada təmsil edəcək, bir neçə şəxsdən biridir. Sizi dəvət münasibəti ilə təbrik edirəm. Ümid edirəm ki, Azvikini lazımli şəkildə təmsil edəcəksiniz. Hörmətlə:--Baskervill müzakirə 07:42, 23 aprel 2012 (UTC)
Təbriklər Wertuose! İnanıram ki, azvikini vikimaniada layiqincə təmsil edəcəksiniz. Son 2 vikimaniada azvikini təmsil edən şəxs kimi təmsilçilik marafonunu sizə ötürürəm:) İnşallah o vaxta qədər Bakıda toplantı da keçirərik, orda fikir mübariləsi apararıq. Hörmətlə:--Sortilegus (talk) 07:56, 23 aprel 2012 (UTC)
Təbriklərə mən də qoşuluram. Bu mötəbər tədbirdə Wertuosenin bizi layiqincə təmsil edəcəyinə heç şübhə etmirəm. --►Safir yüzüklü Ceklimesaj 09:59, 23 aprel 2012 (UTC)
Məndə hörmətli Wertuoseni təbrik edirəm. Həmçinin hörmətli Wertuosedən xahiş edərdim ki, orada digər Vikipediyaçılara bizim azəri yox Azərbaycanlı olduğumuzu desin və onlardan öz Vikilərində bizim xalqımızın adını azəri yox Azərbaycanlı yazmalarını tələb etsin. Mən artıq En.Wikipediyada azeri sözünü azerbaijani sözü ilə əvəz etməkdən bezmişəm. Ümid edirəm bu işi həll edə bilərsiz. Hörmətlə:--Qara xan 13:44, 23 aprel 2012 (UTC)
Təbriklərə görə sağ olun. Hələ ki, səfərlə bağlı bütün məsələlər həll olunmayıb, ona görə də necə deyərlər "çayı keçməmiş hop deməyək", amma əgər alınsa, təbii ki, bizdəki problemləri əlaqədar şəxslərlə müzakirə edəcəyəm. --Wertuose (talk) 19:08, 26 aprel 2012 (UTC)

Ərəb və latın əlibasılar

Biz belə bir sistem yarada bilərik ki, hər bir məqaləni həm ərəb, həm də latın əlibasında oxuyaq, amma onlar bir məqalə kimi olsunlar. Qazax vikisindəki kimi, orada zəhmət olmasa baxın üstə solda. İndi bizdə demək olar ki 11 min ərəb əlibasında məqalə var, onların çoxu təkrarlanan məqalədirlər.--Hüseynli Zeynalabdin Cavanşir oğlu (talk) 16:24, 28 aprel 2012 (UTC)

Bu barədə bir çoz müzakirələr aparılıb. Əgər arxivə baxsanız bu müzakirələr ilə ətraflı tanış ola bilərsiniz. Qazax vikipediyasının ilin vikipediyası seçilməsində ən böyük səbəblərdən biridə budur. Azvikidə bəzi texniki problemlər əsas gətirilərək, bu işin mümkün olmadığı bildirilirdi. Maraqlıdır Qazaxlar 3 əlifbada bu işi görə bilirlər ancaq biz 2 əlifbada bunu edə bilmirik. Bu sahə ilə viki texnologiyalarından anlayışı olan şəxslər məşğul olmalıdır. Əgər bizdədə bunu etmək mümkün olsaydı cənubda yaşayan soydaşlarımızda bütün məqalələri rahat şəkildə oxuyardılar. Hörmətlə:-- Baskervill  Müzakirə  17:49, 28 aprel 2012 (UTC)

3 ildə nələr oldu!

Hamıya Allahın salamı olsun. 3 il bundan əvvəl 29 aprel 2009-cu ildə azvikidə qeydiyyata düşmüşəm. Bu müddət ərzində nələr yaşamadım... Vikipediyada fəailiyyət göstərdiyim ilk vaxtlar təcrübəsizlik ucbatından bəzi xətalar törətdiyimə rəğmən idarəçilər həmin xətaları başa salaraq onların üstünə pərdə çəkdilər. Zaman-zaman özüm də bu cür hallarla rastlaşdım və çalışdım ki, nəinki yeni istifadəçilərə, ümumiyyətlə gənc olduğunu güman etdiyim istifadəçilərə qarşı da bu cür davranaraq onları vikipediyadan uzaqlaşdırmağa səbəb olmayım.

Son günlər Мурад 97-nin blokunun açılması ilə bağlı müraciətin hazırda mənim də namizədi olduğum və hazırda keçirilən idarəçi seçkiləri ilə əlaqəli olduğunu düşünüb, Rovshan.95-ə bu sahədə dəstək vermək üçün onun blokunun açılmasına çalışmışam və inşallah buna nail olacağam, əslində onun da seçkilərdə hansı mövqe tutmasına şahid olmaq istəyirəm. Əsas istifadəçilərə məlumdur ki, İradə xanımın bürokrat seçkilərində ilk olaraq ona dəstək verməyənlərdən biri mən idim və bunun əsas səbəbi feysbukda razılığa gələrək vikipediyada hərəkətə keçənlərə qarşı müqavimətim idi və mənə olan təkliflərinə (bunun İradə xanıma qətiyyən aidiyyatı yoxdur) sərt təpki göstərməyimin nəticəsini indi görürəm və buna şadam. Baskervillin səsini vikipediyada naməlum səbəblərdən səsini əleyhimə dəyişməsini də təbii ki gözdən qaçıra bilməzdim. Əslində o, özü Rovshan.95 ilə əlaqəsini inkar etmir. Həmin Rovshan.95 ki, onun vikipediya qaydalarına riayət edəcəyinə inanıb, məsuliyyəti üzərimə götürərək, üzərindən bloku götürmüşəm və nəticədə zənnimdə yanıldığımdan və bunun nəticəsi olaraq istefaya getmək qərarımı açıqlayaraq həyata keçirdim. Əslində təkcə səlahiyyət əlimdə olsaydı yenə də bunu edərdim... O vaxta kimi ki, Rovshan.95 öz hisslərini cilovlamağı bacarsın və nəticədə qaydalara riayət edən gözəl vikipedist olsun.

İdarəçi seçkilərinə gəlincə, hörmətli aktiv bürokrat mənə bu barədə müraciət edəndə onsuz da vəziyyətin nə olduğunu bilirdim, hətta açıq şəkildə qeyd etmişəm ki, texniki dəstək və vandalizmlə mübarizə xüsusunda köməklik etmək şərtilə razılaşıram. Mənim vikipediyada bu işləri görmək təcrübəmdən istifadə etmək istəməyənlərə alqış deyirəm. Çünki onsuz da vaxt darlığından vikipediyaya əvvəlkitək çox baş çəkə bilmirəm və əslində idarəçi olmağa ehtiyacım da yoxdur. Əslində müraciət olunan gün seçkiləri başlaya da bilərdim. Lakin bu zaman bəzi istifadəçilər bundan xəbər tutub redaktə edə bilməyəcəkdilər və nəticədə onların səsvermə hüququndan məhrum olacaqdılar. İndi hər şey ortadadır. Kimlər uzun ayrılıqdan sonra ayın 13-dən 18-nə qədər redaktə edib mənə aydındır :)

Vikipediyada mənə verilən mükafatların hamısı (xüsusilə Arif müəllimin - çünki şablon düzəltmək sahəsində müəllimlərimdən biridir) dəyərlidir və buna görə onları təqdim edənlərin hər birinə təşəkkür edirəm. Çünki onların hər biri vikipediyaya xidmətimin müqabilində təqdim edilib. Özünün sağlığında müqəllidi olduğum rəhmətlik Fazil Lənkraninin bir sözünü unutmamağa çalışıram. O deyib ki, vacibləri yerinə yetir və xalqa xidmət et. Əgər qiyamətdə bunu kim sənə dedi deyə soruşsalar, denən Fazil!

Hamıya müvəffəqiyətlər arzulayıram və bundan sonra çalışacağam Sizləri çox rahatsız etməyim. →Vago ms 07:47, 29 aprel 2012 (UTC)