Vinilxlorid
Vinilxlorid | |
---|---|
Ümumi | |
Sistematik adı | Vinilxlorid |
Kimyəvi formulu | CH2=CHCl |
Molyar kütlə | 62,498 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0,9106 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | − 153,8 °S |
Qaynama nöqtəsi | − 13,8 °S |
Buxarın təzyiqi | 3,3 ± 0,1 atm[1] |
Optik xüsusiyyətlər | |
Sındırma əmsalı | 1,37[2] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 75-01-4 |
PubChem | 6338 |
RTECS | KU9625000 |
ChEBI | 28509 |
ChemSpider | 6098 |
Vinilxlorid (xloretilen, monoxloretilen), CH2=CHCl, halogenli doymamış karbohidrogendir.
Xassələri
[redaktə | vikimətni redaktə et]Vinilxlorid havadan ağır, zəif xloroform iyli, rəngsiz qazdır, asanlıqla alışıb yanır. Vinilxlorid dixloretan, xloroform, dietil efiri, neft karbohidrogenlərində yaxşı, suda isə çox pis həll olur.
Alınması
[redaktə | vikimətni redaktə et]Vinilxlorid ilk dəfə 1835-ci ildə Viktor Reno tərəfindən dixloretanı natrium hidroksidin spirtli məhlulu ilə işləyərək almışdır.
Sənayedə
[redaktə | vikimətni redaktə et]- Asetilenin qaz və maye fazada katalizatorun (HgCl2) iştirakı ilə hidroxlorlaşdırılması ilə :
CH≡CH + HCl → CH2=CHCl
- 1,2-dixloretanın dehidroxlorlaşdırılması ilə:
CH2Cl−CH2Cl +NaOH → CH2=CHCl+ NaCl+ H2O
Kimyəvi xassələri
[redaktə | vikimətni redaktə et]- Vinilxlorid öz-özünə polimerləşir.Katalizatorun iştirakı ilə maye halında polimerləşdikdə termoplastik qatrana çevrilir:
- Vinilxlorid halogenləri və hidrogen-halogenidləri asanlıqla özünə birləşdirir:
CH2=CHCl + HCl → CH3−CHCl2
Tətbiqi
[redaktə | vikimətni redaktə et]Vinilxloriddən alınan polivinilxlorid, eləcə də onun vinilasetat, vinilidenxlorid və s. vinil birləşmələri ilə birgə polimerləri sənayenin müxtəlif sahələrində geniş tətbiq olunan mühüm materiallardır. Plastik kütlə, sintetik lif, boya maddələri, süni dəri və s.istehsalında çox işlədilir.
Təhlükəsizliyi
[redaktə | vikimətni redaktə et]Vinilxlorid keyidici narkotik maddədir. Havada az miqdarda olduqda insanın başı gicəllənir, çox olduqda isə insan şüurunu tamam itirir.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Mənbə
[redaktə | vikimətni redaktə et]N.Ə.Səlimova, B.Ş.Şahpələngova. Ümumi kimya texnologiyası.Bakı 2013.