Yuri Tilemans
Yuri Tilemans | ||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
nid. Youri Tielemans | ||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||
Tam adı | Yuri Tilemans | |||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Sint-Piters-Lyu, Belçika | |||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||
Boyu | 176 | |||||||||||||||||||||||||||||||||
Çəkisi | 72 kq | |||||||||||||||||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||
Klub | Monako | |||||||||||||||||||||||||||||||||
Nömrəsi | 17 | |||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Yuri Tilemans (7 may 1997[1][2]) — Liqa 1 təmsilçilərindən olan Lester Siti klubunda və Belçika milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur.
Tilemans dünya futbolunda ən parlaq gənc perspektivlərdən biri sayılır.[3] O, Anderlext klubu ilə ümumilikdə 135 liqa görüşünə çıxmışdır. UEFA Çempionlar Liqasında 16 yaş və 148 günlüyündə debüt edən Tilemans bu turnirdə çıxış edən ən gənc Belçikalı futbolçu kimi tarixə düşmüşdür.
Tilemans Belçikanın bir neçə gənclər millisində mübarizə aparmışdır. 2016-cı ilin noyabr ayında 19 yaşı olarkən əsas komanda ilə debüt etmişdir.
Klub karyerası
[redaktə | vikimətni redaktə et]Anderlext
[redaktə | vikimətni redaktə et]Tilemans Brüssel regionundan kənarda yerləşən Sint-Piters-Lyu şəhərində anadan olmuşdur. Tilemans karyerasına Anderlext klubunun akademiyasında başlamışdır. 16 yaşı olarkən klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır.[4]
Tilemans ilk dəfə əsas heyətə 21 iyul 2013-cü ildə 2013 Belçika Superkuboku görüşündə Genk klubuna qarşı oyunda çağırılmışdır, lakin o, meydana daxil olmamış və ehtiyatda qalmışdır. Tilemans əsas komanda ilə debütünü bir həftə sonra Belçika Yupiler Liqasının açılış görüşündə Lokeren klubuna qarşı oyunda etmişdir. O, görüşün sonuna 25 dəqiqə qalmış Saça Klyestanı əvəz etmiş və komandası 3–2 hesabı ilə məğlub olmuşdur.[5] O, liqa tarixində ən gənc dördüncü futbolçu olmuşdur.
Tilemans UEFA Çempionlar Liqasında debütünü 2 oktyabrda 16 yaş və 148 günlüyündə Olimpiakos klubuna qarşı oyunda etmişdir. O, turnirdə meydana çıxan ən gənc belçikalı futbolçu kimi tarixə düşmüşdür.[6] O, Anderlextin çempion olduğu mövsümdə 21-i start heyətdə olmaqla ümumilikdə 29 oyuna çıxmışdır. O, peşəkar karyerasında ilk qolunu 6 aprel 2014-cü ildə Konstant Vanden Stok stadionunda Brügge klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə o, Kiriaka qol ötürməsi də vermiş və komandası 3–0 hesabı ilə qalib gəlmişdir.[7] Tilemans ilk iki mövsümdə Belçika İlin Ən Yaxşı Gənc futbolçusu mükafatına layiq görülmüşdür.[8]
Monako
[redaktə | vikimətni redaktə et]24 may 2017-ci ildə Tilemans Liqa 1 təmsilçilərindən olan Monako klubu ilə 25 milyon avro qarşılığında beş illik müqavilə imzalamışdır.[9]
Milli karyerası
[redaktə | vikimətni redaktə et]Tilemans 2015-ci ilin iyun ayında UEFA Avro 2016 təsnifat mərhələsində Uels millisi ilə oyun üçün Belçika millisinə çağırılmışdır.[10] O, əsas komanda ilə debütünü 9 noyabr 2016-cı ildə Niderland miliisinə qarşı yoldaşlıq oyununda etmişdir. O, 82-ci dəqiqədə Stiven Defuru əvəz etmişdir. Həmin görüşdə Belçika rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır.[11]
Şəxsi həyatı
[redaktə | vikimətni redaktə et]Tilemansın atası Belçika, anası isə Konqo vətəndaşıdır.[12] Tilemans peşəkar karyerasına davam etməklə yanaşı, 18 yaşına qədər təhsilini də davam etdirib.
Karyera statistikası
[redaktə | vikimətni redaktə et]Klub
[redaktə | vikimətni redaktə et]- 21 May 2017 tarixində yenilənib[13]
Klub | Mövsüm | Liqa | Kubok | Avropa | Digər | Ümumi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Diviziya | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Anderlext | 2013–14 | Belçika Pro Liqası | 29 | 1 | 2 | 1 | 4[a] | 0 | 0 | 0 | 35 | 2 |
2014–15 | Belçika Pro Liqası | 39 | 6 | 4 | 2 | 8[b] | 0 | 1[c] | 0 | 52 | 8 | |
2015–16 | Belçika Pro Liqası | 34 | 6 | 2 | 1 | 9[d] | 0 | — | 45 | 7 | ||
2016–17 | Belçika Birinci Diviziya A | 37 | 13 | 1 | 0 | 15[e] | 5 | — | 53 | 18 | ||
Ümumi | 139 | 26 | 9 | 4 | 36 | 5 | 1 | 0 | 185 | 35 | ||
Monako | 2017–18 | Liqa 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
Ümumi karyera | 139 | 26 | 9 | 4 | 36 | 5 | 1 | 0 | 185 | 35 |
- ↑ UEFA Çempionlar Liqası görüşləri daxildir.
- ↑ 6 görüş UEFA Çempionlar Liqasında, 2 görüş UEFA Avropa Liqasında
- ↑ Belçika Superkuboku görüşləri daxildir.
- ↑ UEFA Avropa Liqası görüşləri daxildir.
- ↑ 2 görüş və 1 qol UEFA Çempionlar Liqasında, 7 görüş və 4 qol in UEFA Avropa Liqasında
Milli komanda
[redaktə | vikimətni redaktə et]- 17 Aprel 2017 tarixində yenilənib[14]
Milli komanda | İl | Oyun | Qol | Əmsal |
---|---|---|---|---|
Belçika | ||||
2016 | 2 | 0 | 0.00 | |
2017 | 1 | 0 | 0.00 | |
Ümumi | 3 | 0 | 0.00 |
Uğurları
[redaktə | vikimətni redaktə et]Klub
[redaktə | vikimətni redaktə et]- Anderlext
- Belçika Pro Liqası: 2013–14, 2016–17
- Belçika Superkuboku: 2013, 2014
Fərdi
[redaktə | vikimətni redaktə et]- Belçika İlin Ən Yaxşı Peşəkar Gənc Futbolçusu: 2013–14, 2014–15
- Belçika İlin Talantı: 2014[15]
- Eboni Şu mükafatı: 2017[16]
- Belçika İlin Ən Yaxşı Peşəkar Futbolçusu: 2017
- UEFA Avropa Liqası İlin heyəti: 2016–17[17]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Youri Tielemans // Transfermarkt (çd.). 2000.
- ↑ Youri Tielemans // FBref (çd.).
- ↑ Tighe, Sam. "Top 100 European Football Prospects Aged Under 21". Bleacher Report. 30 October 2014. 22 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2015.
- ↑ De Cock, Bjorn. "In the footsteps of Vincent Kompany: Youri Tielemans". Benefoot. 28 October 2013. 13 September 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 April 2016.
- ↑ "Lokeren smeert jong Anderlecht al nederlaag aan" (Dutch). Sporza. 28 July 2013. 25 December 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 December 2016.
- ↑ Scholten, Berend. "UEFA.com's weekly wonderkid: Youri Tielemans". UEFA.com. Union of European Football Associations. 14 February 2015. 3 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 May 2015.
- ↑ "Club go down 3-0 at Anderlecht". Club Brugge. 7 April 2014. 25 December 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 December 2016.
- ↑ "Who is Youri Tielemans? We profile exciting Anderlecht midfielder". Sky Sports. 2 November 2015. 24 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 December 2016.
- ↑ "Youri Tielemans signs contract until 2022 with French champion Monaco". HLN. 24 May 2017. İstifadə tarixi: 24 May 2017.
- ↑ "Belgium's Marouane Fellaini out of Wales tie". BBC. 10 June 2015. 24 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 November 2015.
- ↑ "Netherlands 1-1 Belgium". BBC Sport. 10 November 2016. 6 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 December 2016.
- ↑ Bate, Adam; Terreur, Kristof. "Targets: Belgium". Sky Sports. 6 January 2014. 25 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2016.
- ↑ "Y. Tielemans". Soccerway. 18 April 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 November 2012.
- ↑ "Youri Tielemans". European Football. 13 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 April 2017.
- ↑ "Anderlecht's Praet is Belgium's best". UEFA. 14 January 2015. 15 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2015.
- ↑ "Youri Tielemans verzilvert topstatus Ebbenhouten Schoen". HLN. 8 May 2017. 6 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 May 2017.
- ↑ "UEFA Europa League Squad of the Season". UEFA. 25 May 2017. 28 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 May 2017.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Belgium stats at Belgian FA
- UEFA.com saytında statistika (ing.)
- Yaşayan insanlar
- 7 mayda doğulanlar
- 1997-ci ildə doğulanlar
- Əlifba sırasına görə futbolçular
- Monako FK oyunçuları
- Anderlext FK oyunçuları
- Belçika futbolçuları
- 2018 FİFA Dünya Kuboku oyunçuları
- Qaradərili Belçika idmançıları
- 2022 FİFA Dünya Kuboku oyunçuları
- Belçikanın kişi futbolçuları
- Aston Villa FK oyunçuları