BBC News, Azərbaycanca - Xəbərlər
Digər xəbərlər
Video, Ceyhun Bayramov: Rusiyadan gələn "məktub təəccübləndirdi", Duration 1,54
Rusiya Azərbaycan təyyarəsinin vurulması ilə bağlı apardığı cinayət işinə xitam verib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 26-da keçirdiyi mətbuat konfransında bildirib.
Video, Dünyanın ilk süni intellekt aktrisası - o, kimdir?, Duration 1,29
Britaniyanın istehsal şirkəti Particle6 tərəfindən ilk süni intellekt aktyor yaradılıb.
Video, Bakı “Qəzzaya hərbçi göndərməklə bağlı yekun qərar verməyib”, Duration 1,16
Azərbaycan hələ Qəzzaya hərbçilərini göndərməklə bağlı yekun qərarını verməyib. Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Yaponiyanın Nikkei saytına açıqlamasında deyib.
Video, Ceyhun Bayramov: “Rus Evi”nin ləğvi tam başa çatıb”, Duration 1,22
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 25-də keçirdiyi mətbuat konfransında deyib ki, "Rus Evi"nin ləğvi tam başa çatıb.
Nikol Paşinyan Zemfira və Ledi Qaqanı dinləyərkən niyə kədərlənir? - BBC onun yeni imicini araşdırıb
Ermənistan Baş nazirinin videoları postsovet gəncləri üçün memə çevrilib. Seçkilərdən əvvəl onun reytinqini artıracaqmı?
Türkiyədə Milad və Yeni il hücumu planlaşdıran "100-dən çox İŞİD üzvü həbs edilib"
Türkiyə hakimiyyəti, özünü İslam Dövləti adlandıran qruplaşmanın 100-dən çox şübhəli üzvünü həbs edib. Rəsmilər bildiriblər ki, bununıa Milad və Yeni il tədbirlərinə planlaşdırılan hücumların qarşısı alınıb.
AZAL təyyarə qəzası - Bakı və Moskva arasında keçən gərgin bir il: münasibətlər yaxşılaşacaqmı?
AZAL-ın sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasından sonra Azərbaycanın davranışı onu regionda Rusiyaya asanlıqla baş əyməyən güclənmiş bir ölkə kimi üzə çıxardı. Putin nadir hallardan biri idi ki, belə bir qəzaya görə üzr istəyirdi və Rusiyanın məsuliyyətini etiraf edirdi. Bəs bütün bunlar necə baş verdi, region və Azərbaycan son bir ildə nələrdən keçdi?
Video, Azərbaycanın bağlı sərhədləri qonşularını narazı salıb, Duration 2,42
Azərbaycanın quru sərhədlərini 6 ilə yaxındır bağlı saxlaması qonşuları İran və Gürcüstanı da narazı salır. Gürcüstanın İqtisadiyyat Nazirliyi ötən il bildirib ki, Azərbaycanla quru sərhədinin bağlanması səbəbindən Gürcüstan 400 milyon dollar zərər edib.
Öskürəyə nə yaxşı təsir edir?
Bal, elmi olaraq, öskürəyi aradan qaldırmaq üçün ən güclü təbii seçim hesab olunur. Sarıkök, zəncəfil, sarımsaq və tünd şokolad kimi digər kulinariya məhsullarının təsirləri məhdud olsa da və ya qəti şəkildə sübut olunmasa da, bir çox insan üçün sakitləşdirici dəstək təklif edə bilər.
Video, Azərbaycan nə edəcək? - Türkiyə və Yunanıstan/İsrail gərginliyi, Duration 2,15
Yunanıstan mobil raketlərin Egey adalarında yerləşdiriləcəyini bildirib. Bu raketlərin əksəriyyəti İsrail istehsalıdır və məqsəd Yunanıstanın müdafiə qabiliyyətini gücləndirməkdir. Ankara xəbərdarlıq edib ki, Yunanıstan tərəfindən hər hansı təhdid “qəti şəkildə zərərsizləşdiriləcək”. Əgər vəziyyət gərginləşərsə və münaqişəyə çevrilərsə, Azərbaycan kimə daha sadiq olmaq sualı qarşısında qala bilər.
"Artıq yaşamaq mümkün deyil" - Rusiyadan əmək miqrantları hara köçür?
Rusiyada miqrantlar üzərində nəzarət getdikcə daha sərtləşir. Cəmi bir il ərzində hakimiyyət orqanları "qanunsuz immiqrantların" reyestrini tətbiq etdi, məktəbə qəbul məhdudiyyətlərini sərtləşdirdi, polisə məhkəməsiz deportasiya etmək səlahiyyəti verdi və Moskva və ətraf bölgələrdə immiqrantların hərəkətlərini izləyən bir tətbiq işə saldı. Ukraynadakı müharibə və rublun düşməsi fonunda Rusiyada iş artıq daha az cəlbedici hala gəldi və yeni məhdudiyyətlərlə Orta Asiyadan olan getdikcə daha çox gənc Avropa da daxil olmaqla başqa yerlərə üz tutmağa başlayır.
Video, Bibiheybət gəmi təmiri zavodu bağlanır, işçiləri etiraz edir, Duration 1,28
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi bu zavoda artıq ehtiyac olmadığını bildirib. Etiraz edən işçilər işsiz qalacaqlarından narahatdılar.
Videolar
BBC News Azərbaycancanı WhatsApp-da izləyin
Biz Azərbaycan, region və dünyadan maraqlı və əhəmiyyətli xəbərlər, məqalələr və videoları sizə çatdırırıq. Onları birbaşa telefonunuzda oxumaq və baxmaq üçün kanalımızı WhatsApp-da izləyin









































