Sensasiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Sensasiya – Latın sözü olub "hiss" mənasını bildirir. Hər hansı hadisənin, məlumatın güclü təəsürat yaratması sensasiya deməkdir.

Sensasiya jurnalistikada

[redaktə | mənbəni redaktə et]

Əsl sensasiya tapmaq jurnalistin böyük arzusudur. Əfsus ki, sensasiya qovğasında yalan məlumatlar da olur. Sensasiyalı məlumatlar "utka" termini adı altında tanınır. Termin qısaldılmış NT (latınca non testatur – yəni "yoxlanılmayıb" mənasını bildirir). Ən məşhur jurnalistika "utka"larından biri haqda bir vaxt Rusiyanın "Elm və həyat" jurnalında yazılmışdır. 1835-ci ildə "Nyu York San" qəzeti astronom C. Qerşelin güya ay planetinin sakinlərini gördüyü yazılmışdı. Qəzet uzun müddət öz oxucularına "özgə planetlər" haqda danışırdı. Çoxları bu "utka"ya inanmışdılar.